Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sain (Nir)
Sain (fars. سايين‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 287 nəfər yaşayır (50 ailə).
Augustin Saint-Hilaire
Oqüsten Sent-İler (fr. Augustin François César Prouvençal de Saint-Hilaire; 4 oktyabr 1779, Orlean – 3 sentyabr 1853, Orlean) — Fransız botaniki və səyyahı. Flora Brasiliae Meridionalis (3 cilddə, 1825–1832), Adrien Anri Loran de Jüsse və Jak Kambessede ilə birlikdə. Histoire des plantes les plus remarquables du Brésil et de Paraguay (1824) Plantes usuelles des Brésiliens (1827–1828), Adrien Anri Loran de Jüsse və Jak Kambessede ilə birlikdə.
Bidens saint-johniana
Bidens saint-johniana (lat. Bidens saint-johniana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü.
Euphorbia cap-saintemariensis
Euphorbia cap-saintemariensis (lat. Euphorbia cap-saintemariensis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Melicope saint-johnii
Melicope saint-johnii (lat. Melicope saint-johnii) — sədokimilər fəsiləsinin melicope cinsinə aid bitki növü.
Sainqala
Sainqala- İranın Zəncan ostanınınd Əbhər şəhristanının Mərkəzi bəxşində şəhər.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,083 nəfər və 2,896 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Saint-Ceyms sarayı
Sent-Ceyms sarayı (lang-enSaint) — İngiltərə krallarından VIII Henri tərəfindən inşa etdirilən saray. VIII Henri planlaşdırdığı sarayı XII əsrdən cüzamlı xəstə qızların saxlanıldığı xəstəxananın yerində inşa edilməsini istəmişdi. Sarayın inşası 1531-1536-cı illərdə davam etmişdir. Saray tikildiyi dövrdən etibarən Tüdorlar sülaləsinə, Stüartlar sülaləsinə, Hannoverlər sülaləsinə, Vindsorlar sülaləsinə xidmət etmişdir. VIII Henrinin qızı I Mariya öz həyatının çoxunu bu sarayda keçirmişdir. I Elizabet isə sarayın cüzam xəstələri üçün olan xəstəxananın üzərində inşa edildiyi üçün bura heç yaxın belə gəlməzdi. 1936-cı ilə qədər hal-hazırkı Bukingem sarayının funksiyasını yerinə yetirmişdir. Beləki V Georqun oğlu VIII Eduard kral olduqdan sonra kraliyyət sarayını Bukingem sarayına köçürmüşdür.
Saint-Gobain
Saint-Gobain — tikinti materiallarının istehsalı, emalı və paylanması üzrə ixtisaslaşmış bir Fransız şirkəti. Şirkət Jan Batist Kolber (1619–1663) tərəfindən 1665-ci ildə "Manufacture royale des glaces" adı altında təsis edilmişdir. Hazırda şirkət 68 ölkədə fəaliyyət göstərir və 2019-cu ilin statistikasına əsasən təxminən 171,000 işçisi var. 2019-cu ildən bəri şirkətin qərargahı Parisin La Defans ərazisində yerləşir.
Saint-Lazare vağzalı
Sen-Lazar vağzalı (fr. Le Chemin de fer) — Eduard Mane tərəfindən 1873-cü ildə çəkilmiş rəsm. Əsərdə XIX əsr Paris şəhərinin mənzərəsi təsvir olunmuşdur.
Saint-Lazare vağzalı (tablo)
Sen-Lazar vağzalı (fr. Le Chemin de fer) — Eduard Mane tərəfindən 1873-cü ildə çəkilmiş rəsm. Əsərdə XIX əsr Paris şəhərinin mənzərəsi təsvir olunmuşdur.
Saint Luke's Tower
Saint Luke's Tower (yaponca: 聖路加タワー, Hepbörn: Sei Ruka Tawā) — Yaponiyanın Tokio prefekturasının Çüo rayonunda yerləşən göydələndir. Hündürlüyü 221 m, 51 mərtəbəli göydələnin tikintisi 1994-cü ildə başa çatıb. Credit Pricing Corporation Nippon MacDermid Co., Ltd. Sanki Engineering Co., Ltd. Sojitz Cosmetics Corporation UMG ABS, Ltd.
Sainte-Périne - Rossini - Chardon-Lagache xəstəxanası
San Perin xəstəxanası (fr. hôpital Sainte-Périne - Rossini - Chardon-Lagache) — Paris-də yerləşən qədim fransız xəstəxanası; hal-hazırda universitet-xəstəxana kompleksidir. Assistance publique – Hôpitaux de Paris-in bir hissəsi və Versailles-Saint-Quentin-en-Yvelines Universitetinin tədris xəstəxanasıdır. 1807-cu ildə yaradılmışdır.
Versailles-Saint-Quentin-en-Yvelines Universiteti
Versailles-Saint-Quentin-en-Yvelines Universiteti (ing. University of Versailles-Saint-Quentin-en-Yvelines – UVSQ) — 1991-ci ildə təsis Fransa ictimai universitetdir. Bu çoxistiqamətli elm, biologiya, tibb, kosmetik, idarəetmə, siyasət. Versailles yerləşən bu ən yaxşı Fransız universitetlərindən biridir.
Yves Saint Laurent (marka)
Yves Saint Laurent (YSL), həmçinin Saint Laurent (2012-ci ildən), 1961-ci ildə İv Sen Loran və tərəfdaşı Pierr Berje tərəfindən qurulan Paris yüksək moda evidir. 1999-cu ildən moda evi Gucci qrupuna məxsusdur, o da öz növbəsində Kering holdinqinə məxsusdur. Kolleksiyanın hazırkı dizayneri Entoni Vaccarellodur. Yves Saint Laurent moda evində bir sıra əfsanəvi əşyalar istehsal edib: "Mondrian" don, Le Smoking qadın smokinləri, safari gödəkçələri və şəffaf paltarlar. “Vogue” jurnalı yazır ki, Yves Saint Laurent 1960-1970-ci illərdə kişi və qadın, yüksək və alçaq, klassik və avanqardın yenilikçi kombinasiyası ilə moda dünyasını alt-üst etdi: “Qadınlara şalvarlı kostyumları geyindirən, hərbi formanı və milli geyimləri gündəlikdə istifadə edən və hazır dizayner geyimlərini kütləyə çatdırdı məhz o olmuşdur”. Modelyerin özünün dediyinə görə, müasir qadının qarderobunu o yaradıb. Yves Saint Laurent 1961-ci ilin iyulunda dizayner İv Sen Loran və onun ortağı Pierr Berje tərəfindən təsis edilmişdir. Noyabr ayında Sen Loran və Berje şirkətin 80%-i müqabilində Atlantalı iş adamı Mac Robinsonun 700.000 dollar sərmayə yatırmasına razılaşdılar. YSL-in ilk kolleksiyası 1962-ci ilin yanvarında nümayiş etdirildi. Ev üçün loqoları 1963-cü ildə A.M. Kassandr hazırlanmışdır.
Saint Javelin
"Saint Javelin" və ya Müqəddəs Cavelin — Rusiyanın Ukraynaya hücumunda istifadə edilən "FGM-148 Javelin" tank əleyhinə silah kimi müasir silahları daşıyan müqəddəslərə bənzər fiqurun dini ikona üslubunda təsvirindən ibarət internet mem. Mem 2022-ci ildə Rusiyanın Ukraynaya hücumu zamanı Kristian Boris tərəfindən yaradılmış və bütün dünyada məşhurlaşmış, nəticədə digər oxşar memlər ortaya çıxmışdır. Mem müharibədə əhval-ruhiyyəni artırmış və ticarət məhsullarında istifadə edilmişdir. Bu, Ukraynaya yardım edən humanitar xeyriyyə təşkilatları üçün bir milyon dollardan çox vəsait toplanmasında mühüm rol oynamışdır. Mem ukraynalı və kanadalı jurnalist Kristian Boris tərəfindən yaradılmışdır. O, bunu əvvəlcə stikerlərin üzərində istifadə üçün nəzərdə tutmuşdu və gəlirləri Ukraynadakı humanitar səylərə bağışlanacaqdı. "Saint Javelin" memi Rusiyanın Ukraynaya hücumuna qarşı müqavimət simvolu olaraq internetdə məşhurlaşmışdır. Kristian Boris Torontoda yaşayır, lakin əvvəllər 2014-cü ildə ilkin münaqişə zamanı Ukraynada jurnalist kimi işləyirdi. O, müxtəlif ölkələrdə sərbəst fəaliyyət göstərmiş, Donbass müharibəsindən yetimlərin və dul qadınların vəziyyətindən xüsusilə təsirlənmişdir. Mem özü üzərində raketatan daşıyan, üslublaşdırılmış Madonna fiqurunu təsvir edir.
Saint-Jean-de-Maurienne müqaviləsi
Saint-Jean-de-Maurienne müqaviləsi — 1917-ci ilin ortalarında I Dünya Müharibəsi zamanı imzalanmış gizli müqavilələrdən biridir. İngiltərə və Fransa Osmanlı İmperiyasının parçalanması üçün torpaq verəcəyini vəd edərək İtaliyanı Müttəfiq dövlətlərin tərəfində müharibəyə girməyə razı saldılar. Bu müqaviləyə görə Mersindən başqa Antalya, Konya, Aydın və İzmirin İtaliyaya verilməsi istənilirdi. Oradakı maddələrə görə, müqavilə rusların təsdiqinə tabe idi. Lakin Rusiya hökuməti bolşeviklər tərəfindən devrildiyindən bu müqavilə heç vaxt qüvvəyə minmədi. Buna baxmayaraq, italyanlar onlara vəd edilmiş torpaqları istəməkdə israr edirdilər. Hətta bir italyan senator "Başqaları heç nə almasa, biz də heç nə tələb etməyəcəyik" söyləmişdi.
Saintmorysia
Athanasia (lat. Athanasia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Qain
Qain və ya Qayin — İranın Cənubi Xorasan ostanının şəhərlərindən və Qainat şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 32,474 nəfər və 8,492 ailədən ibarət idi.
Sail
Sail modeli 2000-ci ilin (2001-ci ildən satışda) sonunda Buick markası adı altında doğuldu. Avtomobil B sinifində Opel Corsanın başqa gövdə növü idi(sedan, universal). SAIC-GM əməkdaşlığında model altenativsiz, 91 at güclü 1.6 l həcmli mühərrik və 5 pilləli mexaniki sürətlər qutusu ilə təchiz edildi. 2005-ci ildə model Chevrolet tərkibinə keçirilərək radiator barmaqlıları, və ön optikası yeniləndi. İkinci nəsil Chevrolet Sail 2010-cu ildə ilk öncə hetçbek, daha sonra isə sedan olaraq buraxıldı. Yeni model artıq 3 mühərriklə təklif edilirdi: Bunlar 1.2 l, 1.4 l 87 və 103 at gücü benzin, 1.3 l 78 at güclü dizel mühərriklr idi. Sürətlər qutusu isə 5 pilləli mexaniki idi. Əlverişli qiymətinin olması Sail modelinin populyarlaşmasına gətirib çıxartdı. İlk iki nəsli, Çində 1.4 ədəd satılmışdır. Çindən başqa avtomobil Hindistan və Cənubi Amerikada da satılırdı.
Sait
Azərbaycan əlifbasında 9 sait var. I saiti yeganə saitdir ki, Azərbaycan dilində onunla başlanan söz yoxdur. Bu saitlərin 4-ü qalın, 5-i incədir. 1. Saitlər iki yerə ayrılır: Qalın — a, ı, o, u İncə — e, ə, i, ö, ü 2. Dodaqların vəziyyətinə görə: Dodaqlanan saitlər: o, u, ö, ü. Dodaqlanmayan saitlər: a, e, ə, ı, i. 3. Alt çənənin vəziyyətinə görə: Açıq saitlər: a, e, ə, o, ö. Qapalı saitlər: ı, i, u, ü.
Samin
Samin — İranın Həmədan ostanının Məlayer şəhristanının Samen bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,025 nəfər və 1,207 ailədən ibarət idi.
Sian
Sian — Şensi əyalətinin inzibati mərkəzi və Çinin şimal-qərbində ən iri şəhəridir. Əhalisi 3 mln. nəfərdən çoxdur. Sian (şəhərin keçmiş adı — Çanandır) Çinin məşhur qədim paytaxtı və "İpək yolunun" başlanğıc məntəqəsi olmuşdur. E.ə. IX əsrdən o, 10-dan çox sülalənin dövründə paytaxt olmuşdur. Burada bir çox diqqətəlayiq yerlər və qədim abidələr qorunub saxlanmışdır, onların arasında Banpo xarabalıqları – bizi 6000 il ayıran matriarxal cəmiyyətin düşərgəsi, imperator Tsin Şixuanın səradbəsindən götürülmüş döyüşçü və atların terrakota fiqurları – bunların da yaşı 2200 ildir, Tan sülaləsinin "Vəhşi qazlar" Böyük və kiçik paqodaları və Sun sülaləsinin memorial daş plitələri vardır. Sian Çinin turist məqkəzi və müasir sənaye bazalarından biridir. Onun əsas sənaye sahələri maşınqayırma və toxuculuq sənayesidir. VikiSəyahətdə Xi'an haqqında səyahət məlumatları var.
Sarin
Sarin (fr. Sarine, it. Sarina, alm. Saane) — İsveçrədə çay. Uzunluğu 128 km (80 mil) və 1,892 km² (731 kv mi) olan drenaj sahəsinə malikdir. Sarin, İsveçrədə Fribourq kantonunu uzununa istiqamətdə kəsən çaydır. Onun mənbəyi Vale kantonunda yerləşir. Aare çayının bir qoludur və buna görə də Reyn çayının drenaj hövzəsinin bir hissəsidir. Çayın uzunluğu 126 km, hövzəsi 1900 km²-dir. Çay Vale kantonunda 2284 m hündürlükdə Diablerets dağ silsiləsindən başlayır.
Xain
Viktor Xain — geologiya-mineralogiya elmləri doktoru, professor. Xain Əhməd Paşa — Sultan Süleyman Qanuni dönəmi vəzirlərindəndir. Filmlər Xain (film, 1973) — rejissor Hrişkiş Mukerci tərəfindən 1973-cü ildə çəkilmiş olan hindi dilli dram filmi. Xain Bizans — Qani Müjdənin ssenarisini yazdığı və rejissorluğunu üstləndiyi 21 yanvar 2000-ci il çıxış tarixli türk parodiya filmi.
Spin
Spin — ABŞ rok qrupu Tigers Jaw(en)-ın beşinci studiya albomu. 19 may 2017-ci ildə Black Cement tərəfindən buraxılıb.
Skin on Skin
Skin on Skin — almaniyalı müğənni və bəstəkar Sara Konnorun 2002-ci ildə çıxartdığı Unbelievable adlı studiya albomuna daxil etdiyi mahnıdır. Yazıçı və bəstəkar Rob Tayqer və Kay Denar tərəfindən hazırlanmışdır və 4 noyabr 2002-ci ildə albomun ikinci mahnısı olmuşdur.
Ban Pain
Ban Pain (Norfolk dili Ban Pain) — Norfolk adasının ən iri şəhəri. Adanın əsas kommersiya mərkəzi, faktiki paytaxtı. Adanın bir kənarından digərinə yol şəhərdən keçir. Dəqiq əhali sayı məlum deyil. Müəyyən mənbələrə görə onun əhalisi 180 nəfərdir (2007-ci il) Şəhərin bələdiyyəsi və dəqiq sərhədi yoxdur. Şəhərin ticarət-sənaye palatası sahibkarların şəhərin idarə edilməsində iştirakını təmin edir. Şəhərin emblemi və hansısa fərqlənmə nişanı yoxdur.
Chevrolet Sail
Sail modeli 2000-ci ilin (2001-ci ildən satışda) sonunda Buick markası adı altında doğuldu. Avtomobil B sinifində Opel Corsanın başqa gövdə növü idi(sedan, universal). SAIC-GM əməkdaşlığında model altenativsiz, 91 at güclü 1.6 l həcmli mühərrik və 5 pilləli mexaniki sürətlər qutusu ilə təchiz edildi. 2005-ci ildə model Chevrolet tərkibinə keçirilərək radiator barmaqlıları, və ön optikası yeniləndi. İkinci nəsil Chevrolet Sail 2010-cu ildə ilk öncə hetçbek, daha sonra isə sedan olaraq buraxıldı. Yeni model artıq 3 mühərriklə təklif edilirdi: Bunlar 1.2 l, 1.4 l 87 və 103 at gücü benzin, 1.3 l 78 at güclü dizel mühərriklr idi. Sürətlər qutusu isə 5 pilləli mexaniki idi. Əlverişli qiymətinin olması Sail modelinin populyarlaşmasına gətirib çıxartdı. İlk iki nəsli, Çində 1.4 ədəd satılmışdır. Çindən başqa avtomobil Hindistan və Cənubi Amerikada da satılırdı.
Feriki sani
Feriki sani (Osmanlı dili: فریق ثانی) və ya qısaca (Osmanlı dili: فریق), Osmanlı imperiyasının son dövrü ilə Türkiyə Respublikasının ilk illərində istifadə edilən mirliva və Feriki əvvəl rütbələri arasındakı hərbi rütbədir və müasir rütbələr arasında general-leytenant ilə general-mayor hərbi rütbəsinə bərabərdir. Bununla birlikdə Feriki sani rütbəsi də, 26 noyabr 1934-cü il tarixli 2590 saylı Ləqəb və Adların Ləğvi Haqqında Qanunun üçüncü maddəsinə uyğun olaraq ləğv edilmişdir.
Fərcad Saif
Fərcad Saif (24 iyul 1966) — Pakistanı təmsil edən stolüstü tennisçi. Fərcad Saif Pakistanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 25-ci pillənin sahibi olub.
Maher Zain
Mahir Zeyn (ing. Maher Zain; ərəb. ماهر زين‎ 16 iyul; 1981, Tərabülüs əş-Şam, Livan) — Livan əsilli İsveçli R&B musiqiçisi, bəstəkar və musiqi prodüseri. Facebook sevərləri və bir çox sənətçilər tərəfindən müasir İslam musiqisinin ulduzu olaraq qəbul edilir. Mahir Zeynin 2009-cu ildə Awakening Records prodakşn etiketi ilə çıxan ilk albomu Thank You Allah beynəlxalq bir uğur əldə etmişdir. Sənətçinin növbəti-ikinci albomu Forgive Me isə eyni prodakşn etiketi ilə 2 aprel 2012-ci ildə çıxmışdır. Mahir Zeyn səkkiz yaşında ikən ailəsilə birlikdə İsveçə köçmüşdür. Orada Aviasiya və Kosmos Mühəndisliyi fakültəsini bitirmişdir. Universitetdən sonra musiqi sahəsində iştirak etmiş və 2005-ci ildə Mərakeş təvəllüdlü İsveç prodüseri Nadir Xayat (səhnə adı ilə RedOne) ilə ünsiyyətə keçmişdir. 2006-cı ildə Nadir Xayat Nyu-Yorka köçdüyü zaman, Mahir də musiqi karyerasını davam etdirmək üçün onun ardınca getmiş və Kat DeLuna kimi sənətkarlarla işləməyə başlamışdır.
Main Page
Mülazimi sani
Mülazimi sani (osman. ملازم ثانی)) — Osmanlı imperiyasının son dövrlərində və Türkiyə Respublikasının ilk illərində istifadə edilmiş və müasir rütbələr arasında leytenant rütbəsinə bərabər olmuş hərbi rütbə. Mülazimi sani rütbəsi 26 noyabr 1934-cü il tarixli 2590 saylı Ləqəb və Adların Ləğvi Haqqında Qanunun üçüncü maddəsinə uyğun olaraq ləğv edilmişdir.
Məhəmməd Said
Məhəmməd Saed Mərağeyi −1883–1973 — محمد ساعد مراغه‌ای — iki dəfə İranın Baş Naziri, səkkiz dəfə Xarici İşlər Naziri, bir dəfə Daxili İşlər naziri, dörd dəfə xarici ölkələrdə səfir, dörd dəfə Senat Məclisi və bir dəfə Məclisin nümayəndəsi olmuşdur. Məhəmməd Saed, (Saedülvizarə) Marağada və ya da Tiflisdə anadan olmuşdur. Əslən azərbaycanlı, atası Məhəmmədkazım Qazi idi. Atası və babası Azərbaycanın yüksək səviyyəli münsif və hakimlərindən idi. İsveçrənin Lozann Universitetində təhsil almışdır. Məhəmməd Saidin uşaqlıq və gənclik illəri Zaqafqaziyada keçmiş, diplomatik karyerası burada başlanmışdır. Mart hadisələri zamanı Krasnokrestovskaya küçəsi (Şeyx Şamil) 23 ünvanda yerləşən və 100 nəfərdən çox iranlı təbəələrin və konsulluğun əməkdaşlarının sığınacaq tapdıqları İran konsulluğunun binası erməni silahlı dəstələri tərəfindən tutulmuşdu. M. S. Marağayi konsulluq binasının azad edilməsinə nail olmuş, daha sonra rus hərbçiləri ilə birgə Bakıda yaşayan və işləyən İran vətəndaşlarının da məruz qaldığı qırğınların qarşısının alınmasında fəal iştirak etmişdir. 1994-cü ildə Tehranda nəşr etdirdiyi "Siyasi xatirələr"ində 1918-ci il mart faciələri günlərində şəhərdəki vəziyyəti təsvir etmiş və göstərmişdir ki, şəhər küçələrindən və həyətlərdən ölülərin və yaralıların yığılması və şəxsiyyətlərinin təyin edilməsi üçün hələ yalnız onun yaratdığı komissiya tərəfindən 5000 nəfərdən artıq iranlı və qeyri-iranlı müsəlmanın qətlə yetirildiyi müəyyən olunmuş, bütün bu cəsədlər müsəlman qaydasında dəfn edilmişdir. Qanlı mart hadisələrindən sonra cəmiyyətdə böyük vahimə yaranmış, müsəlman əhalisi şəhəri kütləvi surətdə tərk etməyə başlamışdır.
Nəcmi Sani
Əmir Yar Əhməd Xuzani İsfahani — Səfəvilər dövlətinin vəkili. Daha çox Nəcmi Sani (İkinci Nəcm) ləqəbi ilə tanınırdı. İsfahanda doğulmuşdu. Xuzanilər nəslindən idi. 1510-cu ildə vəkil təyin olunmuşdur. 1512-ci ildə Şeybanilərə hücuma keçmişdi. İsgəndər bəy Münşi bu hadisəni belə nəql edir:Bəlx hüduduna gəlib-çatan Əmir Nəcm Humayun şahın əmri və işarəsi olmadan Mavəraünnəhri tutmaq fikrinə düşdü, Herat hakimi Hüseyn bəy Lələ, Xorasanın əzəmətli əmirləri və Bəlx hakimi Bayram xanla Amuyə çayını keçdi. Hısar tərəfdən də Məhəmməd Babur Mirzə özünü ona çatdıraraq qızılbaş qoşununa qoşuldu. Onlar əvvəlcə Hərar, sonrasa Qərşi qalalarını aldılar. Qərşidə Əmir Nəcm qətliam hökmünü verdi və orada Şeyxəm Mirzə Özbək və on beş min nəfər əsgər və rəiyyət qətl olundu.
Sabin xan
Sabin xan — (bolq. Сабин) - Bulqar xanı. 765-766 illərində hökmdarlıq etmişdir. Kormisoş xanın kürəkəni yaxud qaynı idi. Telets xanın öldürülməsindən sonra anti-Bizans əyanlar tərəfindən hakimiyyətə gətirilmişdi. İmperator V Konstantin ilə gizli-gizli sülh istəyən xan məktublarının kəşf olunmasından sonra əyanlar tərəfindən taxtdan salındı və İstanbula qaçmaqla ölümdən xilas oldu. 768-ci ildə imperatorun nümayəndəsi olaraq Paqan xanla görüşmüşdü və sürgündə vəfat etmişdir.
Sazin (Xudabəndə)
Sazin (fars. سازين‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 222 nəfər yaşayır (45 ailə).
Spin-off
Mediada spin-off (və ya spinoff) termini radio proqramda, televiziya verlişində, teleserialda, filmdə, video oyunda, romanda və ya hər hansı bir layihədə yer almış hekayənin, baş vermiş bir hadisənin, obrazın və s. kiminin ayrıca olaraq sırf o barədə hazırlanmış versiyasıdır. İngilis dilində istifadə olunan bu terminin Azərbaycan dilində birbaşa tərcüməsi olmasada "(nəyinsə) bir hissəsi" mənasında başa düşülə bilər. Daha dəqiq qavranması üçün aşağıdakı bir neçə nümunəyə nəzər salaq: 2009-17 illərdə The CW kanalında yayımlanmış Vampirin Gündəlikləri serialının bir neçə mövsümündə ilk vampir ailəsi haqqında söhbət açıldı. Sözügedən serial uğurlu alındığından kanal ilk vampir ailəsi mövzusunda ayrıca olaraq 2014-cü ildə İlk Doğulmuşlar adlı serial yayımlamağa başladı. Aktyor heyətinə gəldikdə isə rolları bu mövzudakı obrazları daha əvvəl Vampirin Gündəlikləri-ndə ifa etmiş eyni aktyorlar ifa etdilər. Fləş serialı da Ox serialının spin-off versiyasıdır (və ya spin-off-udur). Qrant Qastin tərəfindən oynanılmış Fləş obrazı ilk dəfə 2012-ci ildə yayımlanmağa başlayan Ox serialının 3 seriasında göründü. Yaradıcılar bu obraza diqqət yetirərək ona aid ayrıca bir serial hazırlamağı qərara aldılar və 2014-cü ildə Fləş serialını yayımlamağa başladılar. Rol isə bu rolu Ox-da oynamış Qastinə verildi.
Spin dalğaları
Spin dalğaları maqnit materialların (ferromaqnit, antiferromaqnit və ferrimaqnit) nizamlılığındakı həyəcanlanmaların yayılmasıdır. Bu kollektiv həyəcanlanmalar ardıcıl simmetriyaya malik maqnit qəfəslərində baş verir. Spin dalğalarının mövcudluğunu ilk dəfə ferromaqnitlər üçün 1930-cu ildə Feliks Blox söyləmişdir. Əsas halda ferromaqnit atomların spinləri bir-birinə paraleldir. Onlar anizotropiya oxu istiqamətində düzülürlər. Spinin bu istiqamətdən hər hansı meyli enerjinin artmasına gətirir. Əlbəttə, kristalda belə meyletmələr ola bilər. Məsələn, tam spinin proyeksiyası S z = N S − 1 {\displaystyle S_{z}=NS-1} olduğu stasionar hala baxaq. Belə hal atomlardan birinin spin proyeksiyasının vahid qədər azalması hesabına reallaşır. Spinin meyletməsi bütün kristala aid edilməlidir, yəni mübadilə qarşılıqlı təsiri nəticəsində spinin meyli atomdan atoma ötürülür.
Viktor Xain
Viktor Yefimoviç Xain (13 (26) fevral 1914, Bakı – 24 dekabr 2009, Moskva) — geologiya-mineralogiya elmləri doktoru, professor, geotektonika və regional geologiya sahəsi üzrə mütəxəssis, Rusiya Elmlər Akademiyasının akademiki, AMEA-nın Fəxri xarici üzvü, Paris Universitetinin fəxri doktoru, Bolqarıstan və Fransa geologiya cəmiyyətlərinin fəxri üzvüdür. Viktor Yefimoviç Xain 1914-cü il fevralın 13(26)-də Bakı şəhərində anadan olmuşdur. 1935-ci ildə Azərbaycan Neft İnstitutunun (indiki ADNSU) mədən fakültəsinin geoloji-kəşfiyyat şöbəsini bitirmişdir. 1940-cı ildə "Yuranın və təbaşirin fasiyaları və mezozoyda Cənub-Şərqi Qafqazın geotektonik inkişaf tarixi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Böyük Vətən müharibəsi illərində (1941-1945) havadan müdafiə hərbi hissələrində qulluq etmişdir. 1945-ci ildən Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) böyük elmi işçi, "Regional geologiya" şöbəsinin rəhbəri vəzifələrində işləmiş və eyni zamanda Azərbaycan Sənaye İnstitutunda müəllimlik etmişdir. 1947-ci ildə "Cənub-Şərqi Qafqazın geotektonik inkişafı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1954-cü ildən Moskva Dövlət Universitetində işləyir. 1 iyul 1966-cı ildən Yer haqqında (geologiya, geofizika) elmlər Bölməsi üzrə müxbir üzvü, 23 dekabr 1987-ci ildən geologiya, geofizika, geokimya və mədən elmləri (qlobal seysmologiya, tektonika) Bölməsi üzrə akademikdir. Viktor Yefimoviç Xain 2004-cü ildə AMEA-nın Fəxri xarici üzvü seçilmişdir.
Vladimir Savin
Vladimir Fyodoroviç Savin (22 aprel 1926 – 23 dekabr 2001, Bakı) — səs operatoru, ssenarist, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2000). Vladimir Fyodoroviç Savin 22 aprel 1926-cı ildə anadan olmuşdur. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. 20+1 (film, 1986) (qısametrajlı bədii süjet-Mozalan № 105) Abşeron ritmləri (film, 1970) (tammetrajlı musiqili-bədii televiziya filmi) — səs operatoru "Ağ pambığı becərəndə, yığanda..." (film, 1989) Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film) — səs operatoru Azərbaycan peşə-texniki təhsil günü Moskvada (film, 1974) Azərbaycanın səhnə ustaları (film, 1965) Azərbaycanın subtropiklərində (film, 1963) Bacarıqlı əllər (film, 1963) Bağ mövsümü (film, 1985) Bağlı qapı (film, 1981) Bakıda küləklər əsir (film, 1974) Bakının işıqları (film, 1979) Batmış şəhərin axtarışında (film, 1987) Bir cənub şəhərində (film, 1969) Biri vardı, biri yoxdu... (film, 1967) Biz poliqrafçılarıq (film, 1969) Bizim 29-cu ordenli (film, 1970) Bizim layiqli ardıcıllarımız (film, 1972) Bizim şən yayımız (film, 1967) Böyük İpək Yolunda (film, 1986) Bürünc "Neftçi" (film, 1966) Cansıxıcı əhvalat (film, 1988) Cazibə qüvvəsi (film, 1964)(film, kinoalmanax) Cəfər Cabbarlı. Səhnə əsərləri (film, 1973) Çobanlar (film, 1961) Dədə Qorqud (film, 1975) Dostuma məktub (film, 1992) Əzablı yollar (film, 1982) Geriyə baxmağa dəyər (film, 1985) Gəmilərin təmiri zamanı texniki təhlükəsizlik (film, 1965) Güllər və adamlar (film, 1975) Güman (film, 1989) Hər şey yaxşılığa doğru Həsənbəy Zərdabi (film, 1992) Hücum (film, 1989) Xalq istehlakı mallarının buraxılışının öyrənilməsinin təşkili (film, 1989) Xəzər üzərindən körpü (film, 1963)(II) Xəzər üzərində körpü (film, 1988) (Qısametrajlı sənədli film) İncəsənət veteranı (film, 1966) İstintaq (film, 1979) İş növbəsi (film, 1975) Kimya kombinatlarının optimal layihələşdirilməsi yolları (film, 1967) Koqalımdan xəbərlər (film, 1987) Köç (film, 1983) Köhnə bərə (film, 1984) Köpək (film, 1994) Qaraca qız (film, 1966)(film, kinoalmanax) Qatır Məmməd (film, 1974) Qeyri-adi ov (film, 1974) Qərib cinlər diyarında (film, 1977) Qəribə adam (film, 1979) Qızıl əllər (film, 1967) Qızıl qaz (film, 1972) Qorki və Azərbaycan (film, 1984) Qovlar (film, 1992) Müqəddəs and (film, 1983) "Nabran" Hərbi-İdman Düşərgəsində (film, 1973) Nakəs (film, 1991) Oxuyur Müslüm Maqomayev (film, 1971) Özgə vaxt (film, 1996) Park (film, 1983) Ramin (film, 1988) Salam, metro! (film, 1988) Sehrli naxışlar (film, 1984) Sürəyya (film, 1987) Şahid qız (film, 1990) Səmaya yönəldilmiş (film, 1975) Sən belə cımbılısan (film, 1982) Sibir-evdən 8000 km aralı (film, 1988) Şəki sarayı (film, 1965) Şirbalanın məhəbbəti (film, 1991) Tərbiyəçi (film, 1971) Texniki vasitələr kompleksində (film, 1970) Udi xalqı (film, 1993) Unutma... (film, 1989) Üzü küləyə (film, 1977) Vətən mənə oğul desə (film, 1996) Vulkana doğru (film, 1977) Yaxşı ad uğrunda (film, 1972) Bahar əyləncələri (film, 1989) Yeddi gözəl (film, 1982) Yeddi oğul istərəm...
Sayın
Sayın — Türk soyadı. Emel Sayın — Türk müğənni. Hulusi Sayın — Türk generalı. Digər Sayın (İcrud) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd.
Şahin
Şahin (lat. Falco pelegrinoides) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Şair
Şair — şeir yazan şəxs; təbiətində şeir yazmaq qabiliyyəti olan şəxs.
Şaiq
Şaiq — kişi adı. Şaiq Kəlbiyev Şaiq Kəlbiyev (əsgər, 1971) — Qarabağ müharibəsi şəhidi. Şaiq Kəlbiyev (əsgər, 1994) — Vətən müharibəsi şəhidi. Şaiq Cavadzadə — İkinci Qarabağ müharibəsi şəhidi. Şaiq Məmmədov — azərbaycanlı jurnalist Şaiq Bəşirov — Qarabağ müharibəsi şəhidi. Şaiq Qədimov — tibb elmləri namizədi.
Şan
Şan (alm. Schaan‎) – Lixtenşteynin ən iri yaşayış məntəqəsi. Ölkənin paytaxtı Vadus şəhərinin yaxınlığında, mərkəzində yerləşir. 2010-cu ilin məlumatlarına görə əhalinin sayı 5767 nəfər, sahəsi isə 26,921 km²-dir. Rəsmi kodu 7005, poçt indeksi 9494. Cənubdan paytaxt Vadusla, şərqdən Trizenberq və Plangen, şimaldandan isə Eşen və Qamprin şəhərləri ilə sərhədlənir. Qərbdən isə İsveçrə ilə həmsərhəddir. Şərq hissədə "Üç bacı" sıra dağları ucalır.
Şin
Şin (Şəki) — Şəki rayonunda Baş Layısqı kənd inzibati ərazi dairəsində kənd.
Ağ Şanı
Ağ Şanı — üzüm növü. Abşeronun yerli sortudur. Azərbaycan Respublikasının əksər üzümçülük rayonlarında, Dərbənddə, Həştərxan və Volqoqrad vilayətlərində becərilir. Kolları güclü böyüyəndir. Çardaqda, alleyada, sərilən formada (qumlu torpaqlarda) yaxşı məhsul verir. Bu onu göstərir ki, dayağı şpalerdən ibarət olan üzümlüklərdə kordon və kombinələşmiş formalar tətbiq edilməlidir. Çiçəkləri funksional dişi tiplidir. Qara Şanı onun ən yaxşı tozlayıcısıdır. Mərdəkanda, Bilgəh və Fatmayıda Ağ Şanı Qara Şanı ilə qarışıq əkilir. Siyezen ve Zarat bolgelerinde, en yaxshi mehsul veren "Fransa süfre üzüm sortu"dur.
Bahar Şahin
Bahar Şahin (4 may 1997, Ankara) - Türk aktrisa Bahar Şahin 1997-ci ildə Ankara-da anadan olub. Ailəsi əslən Artvinlidir. 12 yaşında ailəsi ilə birlikdə İstanbul-a köçdü və burada təhsil və təlim həyatına davam etdi. Məktəb illərində teatr dərslərinə qatıldı. Şahin 2015-ci ildə O Hayat Benim serialı ilə televiziyaya başladı. Daha sonra Yol Arkadaşım, Yol Arkadaşım 2, İyi Oyun kimi filmlərdə rol aldı və "Lise Devriyesi", "Servet" kimi seriallarda rol aldı. 2019–2020-ci illər arasında Ən yaxşı aktrisa nominasiyasında Qızıl Kelebek Mükafat-ına namizəd göstərildiyi "Zalim İstanbul" serialında "Ceren" obrazını canlandıraraq gündəmə gəldi. Film Televiziya Ümid vəd edən aktrisa- 2.
Emel Sayın
Emel Sayın (Türk. Emel Sayın; 20 noyabr 1945, Sarqışla, Sivas ili) — Türk müğənni.
Emil Şahin
Emil Şahin oğlu Qonaqov (19 may 1987, Bakı) — azərbaycanlı bəstəkar. Emil Şahin oğlu Qonaqov 19 may 1987-ci ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə Eldar Məmmədov adına orta məktəbə daxil olmuşdur.Musiqiyə olan həvəsi uşaq yaşlarından formalaşdığı üçün, məktəbdən əlavə həmin illərdə Səbail rayonunda fəaliyyət göstərən incəsənət dərnəklərində, eləcə də Bülbül adına orta ixtisas musiqi məktəbində təşkil olunan müxtəlif konsertlərdə fəal iştirak edərək laureat olmuşdur. İlk bəstələdiyi melodiya 11 yaşı olarkən ərsəyə gəlib. "Vətən" adlı bu bəstə illər ötməsinə baxmayaraq onun yaradıcılığında özünəməxsus yer tutur. Bu əsər daha da təkmilləşdirilərək, Azərbaycan Respublikasının Xalq artisti Qara Qarayev adına Dövlət Kamera Orkestrının bədii rəhbəri və dirijoru Teymur Göyçayevlə birlikdə xüsusi layihə kimi dinləyicilərə təqdim olunacaqdır. Əsərin ifaçısı Azərbaycan muğamlarını dünyaya tanıdan xalq artisti , “Şöhrət” ordenli Alim Qasımov olacaq. Emil Şahin haqqında məlumatda onu da vurğulamaq istərdik ki, 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq İqtisadi Münasibətlər" fakültəsinə daxil olmuşdur. Onu Emil Şahin kimi tanıdan "Xəyallar" kompoziyasını da elə həmin ildə yazmışdır. Bu əsər çox qısa müddət ərzində ona şöhrət qazandırıb.
Fəqir (şair)
Fəqir — XVIII əsr ləzgi əsilli Azərbaycan şairi. Şair Səfəvilər Dövlətinin Şirvan bəylərbəyliyinə aid Miskincə kəndində anadan olub. Fəqirin şəxsi həyatı barədə mənbələrdə demək olar ki, məlumat yoxdur. Onun əsl adı belə məlum deyil. Şairin Fəqir sözünü özünə təxəless götürdüyü ehtimal edilir. Fəqir keçmiş Sufizm termini olub mənası kasıb deməkdir. Şairin yalnız Səfəvilər Dövlətinin Şirvan bəylərbəyliyinə aid Miskincə kəndində anadan olduğu məlumdur. XVIII əsrdə Səfəvilər Dövləti dövründə yazıb yaratdığı məlumdur. Şairin yaradıcılığı iki hissəyə bölünür: sevgi lirikası və sosial etiraz lirikası. Sevgi lirikasına Fəqirin "Gəldin" və "Görünməz" kimi şeirləri daxildir.