SİAM
SİANİD
OBASTAN VİKİ
Sian
Sian — Şensi əyalətinin inzibati mərkəzi və Çinin şimal-qərbində ən iri şəhəridir. Əhalisi 3 mln. nəfərdən çoxdur. Sian (şəhərin keçmiş adı — Çanandır) Çinin məşhur qədim paytaxtı və "İpək yolunun" başlanğıc məntəqəsi olmuşdur. E.ə. IX əsrdən o, 10-dan çox sülalənin dövründə paytaxt olmuşdur. Burada bir çox diqqətəlayiq yerlər və qədim abidələr qorunub saxlanmışdır, onların arasında Banpo xarabalıqları – bizi 6000 il ayıran matriarxal cəmiyyətin düşərgəsi, imperator Tsin Şixuanın səradbəsindən götürülmüş döyüşçü və atların terrakota fiqurları – bunların da yaşı 2200 ildir, Tan sülaləsinin "Vəhşi qazlar" Böyük və kiçik paqodaları və Sun sülaləsinin memorial daş plitələri vardır. Sian Çinin turist məqkəzi və müasir sənaye bazalarından biridir. Onun əsas sənaye sahələri maşınqayırma və toxuculuq sənayesidir. == İstinadlar == == Xarici keçidlər == VikiSəyahətdə Xi'an haqqında səyahət məlumatları var.
Norodom Sianuk
Norodom Sianuk(31 oktyabr 1922 — 15 oktyabr 2012) — 1941-ci ildən 1955-ci ilədək, 1960-cı ildən 1970-ci ildək və 1993-cü ildən 2004-cü ilədək Kambocanın Norodom sülaləsindən olan altmışıncı, altmış ikinci və altmış üçüncü kralı.
Sianeya
Sianeya (lat. Cyanea) — heyvanlar aləminin dalayıcılar tipinin sifoidlər sinfinin yastımeduzlar dəstəsinin sianeyalar fəsiləsinə aid heyvan cinsi.
Sianeya (bitki)
Sianeya (lat. Cyanea) – zəngçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == Kittelia Rchb. Rollandia Gaudich. == Növləri == Cyanea aculeatiflora Rock Cyanea acuminata (Gaudich.) Hillebr. Cyanea angustifolia (Cham.) Hillebr. Cyanea arborea Hillebr. Cyanea asarifolia H. St. John Cyanea asplenifolia (H. Mann) Hillebr. Cyanea calycina (Cham.) Lammers Cyanea comata Hillebr.
Sianeyalar
Sianeyalar (lat. Cyaneidae) — heyvanlar aləminin dalayıcılar tipinin sifoidlər sinfinin yastımeduzlar dəstəsinə aid heyvan fəsiləsi.
Sianid turşusu
Sianid turşusu (HCN) — hidrogen sianidin suda məhlulu olub, rəngsiz, uçucu, acı badam iyi verən maye halında zəhərləyici turşu. Hidrogen sianid, bəzən pruss turşusu adlanır, HCN formuluna və H−C≡N struktur formuluna malik kimyəvi birləşmədir. Otaq temperaturundan bir qədər yuxarı, 25,6 °C-də qaynayan rəngsiz, son dərəcə zəhərli və tez alışan mayedir. Qaynama temperaturu 25,60 °C, donma temperaturu mənfi 13,30C, sıxlığı 0,692 q/sm3-dir. Su, efir və spirtdə istənilən nisbətdə qarışır, bir çox üzvi həlledicilərdə həll olur. Turşunu durulaşmış formada saxlamaq lazımdır. 1 damcı qeyri-üzvi turşunu 100 ml məhlula əlavə etdikdə suda məhlulu daha davamlı olur. Sianid turşusu(HCN) çox zəif turşu olub, onun dissosiasiyası sabiti 6,2*10–10-dur. Sianid turşusu həddən artıq zəhərlidir. Turşunun buxarı ilə nəfəs aldıqda və ya o dərinin zədələnmiş hissəsinə düşdükdə ölümlə nəticələnir.
Sianobakteriya
Sianobakteriya (ing. Cyanobacteria) — fotosintetik bakteriyalardır. Rənglərindən ötürü göy-yaşıl yosunlar olaraq da adlandırılırlar. Bu yosunların hüceyrə quruluşu və nüvə aparatına görə prokariotlara aid olduğuna baxmayaraq, onlar yosun kimi yosunların arasında verilmişdir. Bu yosunları bakteriyalarla əlaqələndirən tipik xüsusiyyətlər dən biri onların qılafının daxili hissəsinin Murelindən ibarət olub Lizosimə həssaslığı, nüvə maddəsinin , hüceyrənin digər elementlərindən xüsusi membranla ayrılmaması, mitoxondri və xloroplastların olmamasıdır. Göstərilən bu əlamətlər onlarıprokariotlara daxil etməyə imkan verir. Göy-yaşıl yosunlar əsasən cənub zonasının çöl və səhra torpaqlarında yayılıraq torpağın üst səthində dərivarı örtük əmələ gətirir. Onlar yer kürəsinin ən qədim fotoavtotrof orqanizmlərindən olub həyatın ilk orqanizmləri-canlıları hesab olunur. Torpaq həyatına uyğunlaşmış bu yosunlar iqlimin dəyişməsi-quraqlıqla əlaqədar onlar efemerdirlər. Rütubətlə əlaqədar sürətlə çoxalır, yayın quraqlığında və qışda sakit vəziyyətə keçirlər.
Sianobiontlar
Sianobiontlar aləmi və Cyanobionta — bu qrupa aid olan orqanizmlər əvvəllər "göy-yaşıl yosunlar" adlanırdı. Ancaq canlı orqanizmlərin ümumi iyerarxiyasında sianobiontlar (hüceyrənin nüvəsi yoxdur, buna görə də onlar prokariotlara — nüvəsizlərə daxil edilir) yosunlara nisbətən aşağı və mikroblara nisbətən (daha mürəkkəb struktur və fotosintez zamanı molekulyar oksigeni ayırma qabiliyyəti və rəngi şərtləndirən piqmentlərin olması) yüksək pillədə durur. Bu orqanizmlərin xüsusiləşmiş nüvəsi olmayan nisbətən sabit hüceyrə forması olur. Sianobiontlar aləmi arasında həm tək, həm də kolonial formalar rast gəlirlər. Sonuncular adətən ümumi selikli qişa ilə örtülmüş olur. Selikdə, habelə orqanizmin özündə və ya onun səthində karbonatların toplanması baş verə bilər ki, bu da qalın əhəndaşı qatlarının (stromatolitlər və b.) əmələ gəlməsinə səbəb olur. Bir neçə piqmentin (xlorofil, fikosian, fikoeritrin və karotin) olması göy-yaşıl və ya çəhrayı, sarı və ya tamamilə qara rəngi müəyyən edir. Sianobiontlar aləmi Yer tarixində sərbəst oksigen ayıran ilk orqanizmlərdir. Hazırda sianobiontlar aləmi şirinsulu və dəniz hövzələrində məskunlaşır, duzluluğun kəskin dəyişməsinə dözə bilirlər; çoxları quruda (torpağın içində və səthində, daşların üzərində, takırlarda, səhralarda və b.) yaşamağa uyğunlaşmışdır. Dənizlərdə, fotosintezlə əlaqədar olaraq, sianobiontlar aləmi əsasən dayazsulu sahələrdə yayılmışdır.
Sianobiontlar aləmi

Sianoz
Sianoz — dəri və selikli qişanın göyümtül rəngə boyanmasıdır. Sianoza səbəb qanda oksigenin azalması, oksigenin hemoqlobinlə birləşməməsidir.
Sianxlorid
Sianxlorid (CN)Cl — yüngül uçucu, rəngsiz 13.5 0 C- də qaynayan, mənfi 6 0C-də donan maye halda olan maddə. Kəskin iyə malik olub, selikli qişalarcıqlandırır və gözyaşarma əmələ gətirir. Yüksək qatılıqda ümumi zəhərlənmə baş verir. Sianxloridlə zəhərlənmələr – orqanizmdə gedən maddələr mübadiləsini təmin edən fermentlərin aktivliyinin dayandırılmasına gətirib çıxarır. Sianxloridlə nəfəs aldıqda ağızda acı metal tamı, boğazın qıcıqlanması, zəiflik, qorxu və baş gicəllənməsi hiss olunur. Zəhərlənmənin zəif hallarında bu hisslər tez keçib gedir, ağır hallarında isə bu hisslər get — gedə artır, göz bəbəklərinin genişlənməsi, fikrin çaşqınlığı, qıcolma və iflic baş verir. İlk yardım: zəhərlənmiş şəxsə ilk növbədə əleyhqaz geydirmək lazımdır. Ona antidot verilir və ya amilnitrit ampulunu sındırıb şlem-maskanın içərisinə yeridirlər və zəhərlənmə zonasından çıxarırlar. Təmiz havada əleyhqazı çıxarıb, geyimin yaxasını açıb zərərçəkənə süni tənəffüs vermək lazımdır. Antidot olmadıqda venadaxili 40 – 60 sm³ 1 % — li metilen abısı məhlulu 25–30 saniyə ərzində yeridilir.
Sianuk cığırı
Sianuk cığırı — Kambocada Vyetnam müharibəsi (1960–1975) zamanı Vyetnam Xalq Ordusu və onun Vyetkonq partizanları tərəfindən istifadə edilən logistik təchizat sistemi. 1966-cı və 1970-ci illər arasında istifadə olunan bu sistem Laos krallığının cənub-şərq hissəsindən keçən və daha çox tanınan Ho Şi Min cığırı ilə eyni şəkildə işləyir, eyni məqsədlərə xidmət edirdi. Bu ad ABŞ tərəfindən verilmişdir və Şimali Vyetnama görə, bu iki sistem ayrı deyildilər. ABŞ-nin bu sistemə mane olmaq cəhdləri 1969-cu ildə başlamışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Kissinger, Henry A., White House Years Morris, Virginia and Hills, Clive, Ho Chi Minh's Blueprint for Revolution: In the Words of Vietnamese Strategists and Operatives, McFarland & Co Inc, 2018. Morris, Virginia and Hills, Clive, A History of the Ho Chi Minh Trail: The Road to Freedom, Orchid Press, 2006.

Значение слова в других словарях

апати́чески до́нор наре́з насу́шивать осерча́ть отъе́здиться плутократи́ческий преципита́т стреля́ться типоразме́р флористи́ческий целести́н долгошёрстый контролёрша лоси́ха небезоснова́тельный поименова́ть семьи́ща фокстро́т фразёрствовать функциони́ровать перепуг подскочить полезащитный тунисец