Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Asarum
Çobandüdüyü (lat. Asarum) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin zəravəndkimilər fəsiləsinə aid bitki cinsi.
Sakura
Sakura (yap. さくら, yap. 桜, 櫻) — 11 bioloji növün və gavalıkimilər yarımfəsiləsinə daxil olan bir neçə ağac çeşidinin ümumi adı. Çox vaxt Prunus serrulata da sakura adlandırılır. Sakura adlanan növlərin çoxu əsasən dekorativ bitkilərdir və kiçik, yeyilməyən meyvələr bitirirlər.
Sayram
Sayram (qaz. Сайрам) — Qazaxıstanda tarixi kənd. Çimkəndin 10 km şəeqində, Sayramsu çayının sahilində yerləşir. Əhalisi 40 mindən çoxdur. Əhalinin 95 faizini özbəklər təşkil edirlər.. Eləcə də qazaxlar və başqa millətin nümayəndələri yaşayırlar. Əhməd Yəsəvi Qərbi Türküstanın Çimkənd şəhəri yaxınlığındakı Sayram qəsəbəsində dünyaya gəlmişdir. Orta Asiya türkləri arasında İslamı yayan, Anadolunun türkləşməsində və müsəlmanlaşmasında böyük rolu olan Əhməd Yəsəvinin doğum tarixi dəqiq bilinmir. Əhməd bin İbrahim bin İlyas Yəsəvi — Pir Sultan, Xoca Əhməd, Kul Xacə Əhməd kimi də tanınmışdır. O, ilk təlim və tərbiyəsini Yəsi şəhərində almış və bu şəhərin adını özünə təxəllüs götürmüşdür.
Vakuum
Vakuum — heç bir şeyin olmadığı yerdir, başqa sözlə desək, boşluqdur. Bu söz latınca "vakuus" sözündən yaranmışdır və "boşluq" mənasını verir. Əslində tam vakuum mövcud deyil. Siz metal qabdan havanı nə qədər sorub çıxarsanız da, havanın müəyyən miqdarı yenə də orada qalacaqdır. Belə qismən boş olan yer yarımçıq vakuum adlandırılır. Hava həmişə vakuumu doldurmağa çalışır və bizim ağciyərlərimizin işi bu prinsipə əsaslanmışdır. Biz nəfəs verəndə сiyərlərimizdə yarımçıq vakuum alınır və nəfəs aldığımız zaman hava onu doldurmağa çalışır. Amma boşluq heç də həmişə hava ilə dolmur. Əgər biz stəkandakı limonadı çöplə içsək, onda ağzımızda olan yarımçıq vakuum hava deyil, limonad dolduracaqdır. Yarımçıq vakuum təyyarələrə havada qalmağa yardım göstərir.
Sapium
Sapium (lat. Sapium) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinə aid bitki cinsi. Sapiopsis Müll.Arg. Seborium Raf.
Lokrum
Lokrum (xorv. Lokrum) — Adriatik dənizində Xorvatiyaya məxsus kiçik ada. Ada Dubrovnik şəhərinin yaxınlığıda yerləşir və ərazi baxımdan Dubrovaçko-Neretvan jupaniyasına daxildir. Adanı çox vaxt Elafat adalar qrupuna daxil edirlər. Lokrum adasının sahəsi 0,694 km²-dir. Sahil xəttinin uzunluğu — 5058 metrdir. Adanın uzunluğu — 1,6 km, eni isə — 540 metrdir. Adanın dəniz səviyyəsindən ən yüksək zirvəsi 93 metrdir. Zirvədə fransızlar tərəfində inşa edilmiş Fort Royal istehkamı var. Kiçik ölçülərə baxmayaraq adada kiçik göl var — Mrtvo (Ölü) (xorv.
Aksum
Aksum (tiqr. ኣኽሱም Ak̠ʷsəm; amh. አክሱም Ak̠sum; q.yun. Ἄξουμις və Αὔξουμις) — Efiopiyanın Tiqray regionunda şəhər. Aksum Aksum Krallığının tarixi paytaxtı olmuşdur. Şəhər artıq 66,800 nəfər əhalisi olan (2015) turizm şəhəridir. Aksum İmperiyası bölgəni eramızdan əvvəl 400-cü ildən 10 əsrə qədər idarə edən bir dəniz və ticarət gücü idi. 1980-ci ildə UNESCO Aksumun arxeoloji ərazilərini tarixi dəyərinə görə Ümumdünya irsi siyahısına əlavə etdi. Aksum, Tiqray regionunun Mekelay zonasında, Adva dağlarının bazasına yaxın yerdə yerləşir. 2,131 metr (6,991 ft) yüksəkliyə malikdir 2,131 metr (6,991 ft) və Lailay Maiçev rayonu ilə əhatə olunmuşdur.
Ayrum
Ayrum Tiflis quberniyasının Borçalı qəzasında kənd adı. Ayrum - Tiflis quberniyasının Borçalı qəzasında kənd adı. Ayrum tayfasının məskunlaşmasından yaranmışdır. Türklər XIII əsrin əvvəllərində Anadolu yarımadasında Konya (İkonum) sultanlığını tutduqdan sonra, oradakı türk tayfalarının bir hissəsi Gəncə bölgəsinə və İrəvan əyalətinə köçmüşlər. Ayrum adı ayrı ("ayrılmış") sözündəndir. "Ayrım" adının guya hay (yəni erməni) və urum (yəni Roma,Bizans) sözlərindən ibarət olması fikri yanlışdır. İrəvan əyalətində ayrumların bir hissəsi İrana keçəndən sonra Şahsevənlərə qoşulmuş, digər hissəsi Ayrumlu(631 ailə), Seyid Aqsaqlı (311 ailə), Taşanlı (124 ailə) və Saatlı (160 ailə) qollarından ibarət olmuşdu. Ayrumlar oradan Azərbaycana, (Gədəbəy-Qazax bölgəsinə) və Gürcüstana köçmüşlər.
Barum
Yuxarı Çaykənd (1991-ci ilədək Barum) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Kəndin əhalisi 414 nəfər təşkil edir ki, onun da 222 nəfəri kişi, 192 nəfəri isə qadındır. Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Carum
Zirə (lat. Carum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. Hündürlüyü 30-60 sm, gövdəsi düz, yuxarı hissəsi budaqlıdır. Yoğun köklərə malikdir. Yarpaqları dövrəsində uzunsovdur, aşağıdakılar uzun saplaqlıdır. Çiçəkləri mürəkkəb çətir şəklində yerləşmişdir, ləçəkləri ağdır və ya çəhrayı rəngdədir. Meyvəsi iki tərəfdən sıxılmış şəkildə uzunsovdur, yetişdikdə 2 toxuma ayrılır. Özünəməxsus güclü ətirli iyə, acı, yandıran ədviyyəli dada malikdir. Ədviyyat kimi çörəkbişirmə, qənnadı və konserv sənayesində işlədilir. İyun-iyul aylarında çiçəkləyərək iyul-avqust aylarında meyvə verir.
Karum
Karum (ticarət qəsəbəsi, tacir koloniyası) — Yaxın Şərq tarixinin qədim dövrünə aid termin. Mövcud ticarət yollarından mənfəət əldə etmək və mal mübadiləsində iştirak etmək üçün xarici şəhərdə qəsəbə və ya ticarət rayonu. Karumda yaşayan tacirlər çox vaxt yerli özünüidarəetmə və xüsusi imtiyazlardan istifadə edirdilər. Ən tanınmış karum II minilliyin əvvəllərində Anadoluda assuriyalılar tərəfindən qurulmuş Kaneş karumudur.
Qarum
Qarum — Qədim Romada yeməklərin dadlandırılması üçün istifadə edilmiş yemək sousu. Balıq sousu olaraq bilinən qarumun cinsi aktivliyi yüksəldən afrodizyak tərkibli olduğu ehtimal edilməkdədir. Qədim Romada daha geniş yayılmasına baxmayaraq, qarumdan Qədim Yunanıstanda da istifadə edilmişdir. Əsasən tuna və ilan balqılarının daxili orqanlarının duzlanması ilə hazırlanan qaruma şərab, sirkə, qara istiot, yağ və duz kimi əlavələr edilirdi. Qarum təkcə yeməklərin hazırlanmasında yox eyni zamanda dərman və dərinin cavan saxlanılması üçündə istifadə edilmişdir.
Sagum
Sagum — Qədim Romada yundan hazırlanan hərbi geyim. Sagum Roma ordusunda sərkərdə, generallar, yuxarı rütbəli zabitlər tərəfindən geyilən paludamentumdan fərqli olaraq, Roma əsgərləri və aşağı zabitlər tərəfindən geyilən bir paltar idi. Çox kasıb və ya ucqar ərazilərdə yaşayanlar sagumu vəhşi heyvan və ya qoyun dərisindən hazırlayırdılar. Toqadan fərqli olaraq sagum hərbi geyim idi. Sagumun yuxarı üçüncü hissəsi açıq başlıq halında idi, çiyinlərdən kürəyə qatlanırdı və yağışlı havalarda bədənin kürk hissəsinin islanmasının qarşısını alırdı. Pis hava şəraitində həmin hissədən həm də başı örtmək üçün istifadə olunurdu. Hərbi səfərlər zamanı ondan yorğan kimi də istifadə edilirdi. Adi sagum fibulanın (metal sancaq) vasitəsilə sağ çiyinə bağlanırdı. Sagumdan, konsullar istisna olmaqla, bütün Roma [[vətəndaşları istifadə edirdilər. Sagum həmçinin yoxsul insanlar üçün bürüncək hesab olunurdu.
Saruq
Saruq — İranın Mərkəzi ostanının Fərahan şəhristanının Saruq bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,189 nəfər və 647 ailədən ibarət idi. Əhalisi Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Berberis saxorum
Berberis saxorum (lat. Berberis saxorum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.
Bulbophyllum scabrum
Bulbophyllum scabrum (lat. Bulbophyllum scabrum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Galium scabrum
Galium scabrum (lat. Galium scabrum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü.
Lakrua-Barres
Lakrua-Barres (fr. Lacroix-Barrez, oks. La Crotz) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Myur-de-Barres kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12036. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 310 nəfər (15-64 yaş) arasında 196 nəfər iqtisadi fəal, 114 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 63,2%, 1999-cu ildə 63.4%).
Mayli Sayrus
Mayli Rey Sayrus (ing. Miley Ray Cyrus; doğum adı: Destini Houp Sayrus (ing. Destiny Hope Cyrus); 23 noyabr 1992[…], Neşvill) — amerikan aktrisa, müğənni, bəstəkar və model. Sayrus bir Disney serialı olan Hanna Montanadakı Mayli Stüart/Hanna Montana roluyla tanınır. Qızıl Qlobus mükafatına namizəd göstərilmişdir. 2012-ci ildə aktyor Liam Hemsvort ilə nişanlanıb. Ancaq sonra müxtəlif səbəblərlə ayrılıblar. Billi Rey Sayrusun qızıdır. Kristofer Kosi və Treys (Los-Ancelesdəki Metro Station adlı elektro rok qrupunun solisti və gitaristi) adlarında iki ögey qardaşı vardır. Həmçinin Brendi adında bir ögey bacısı, Breyson adında bir qardaşı və Noah adında Mayli kimi aktrisa olan bir bacısı vardır.
Neoseiulus warrum
Neoseiulus warrum (lat. Neoseiulus warrum) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Polygonum scabrum
Sakuma Kanae
Sakuma Kanae (佐久間鼎, Kanae Sakuma, 7 sentyabr 1888, Çiba prefekturası – 9 yanvar 1970) – Yaponiya dilçisi və psixoloqu. Çiba prefekturasında doğulmuş və Tokio Universitetindən məzun olmuşdur. Kyuşu və Toyo universitetlərində professorluq etmiş, Yaponiya Elmlər Akademiyasının üzvlüyünə qəbul edilmişdir. Geştalt psixologiyasını Yaponiyaya gətirən şəxs kimi tanınır. Müasir yapon dilinin qrammatikasını tədqiq etmiş və Tokio ləhcəsi əsasında yapon dilinin fonetikasını öyrənmişdir. Başlıca əsərlərinə yapon dilinin fonetikası haqqındakı tədqiqatlarından bəhs edən "Nihon onseyqaku" (1929), müasir jestlərin istifadəsindən bəhs edən "Qenday nihonqo no hyoqen to qoho" (1936) və yapon dilinin nəzəri tədqiqindən bəhs edən "Nihonqo no qenqo riron" (1959) daxildir. Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild. Tokio: Kodansha. 1983.
Sayrus Dallin
Sayrus Dallin (ing. Cyrus Edwin Dallin; 1861, Sprinqvill, Yuta – 1944, Arlinqton, Massaçusets) — Amerikalı heykəltaraş və oxçu, 1904 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı. 1904-cü ildə Sent-Luis şəhərində keçirilən oyunlarında, Dallin bütün kişi fənlərində iştirak etdi. Komanda yarışında üçüncü oldu və bürünc medal qazandı.
Typhlodromus macrum
Typhlodromus macrum (lat. Typhlodromus macrum) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. Typhlodromus macrum Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Vakuum borusu
Vakuum borusu (Vacuum tube) – elektron selini idarə etmək üçün metal elektrodlardan və tordan ibarət şüşə boru; vakuum yaratmaq üçün həmin borudan, demək olar ki, bütün qazlar çıxarılıb. 1950-ci illərdə yarımkeçiricilərin meydana çıxmasından qabaq vakuum boruları elektron sxemlərdə gücləndirici və açarların funksiyasını yerinə yetirirdi. Onlardan bu gün də müəyyən qurğularda, məsələn, çox yüksək səviyyəli gücün tələb olunduğu katod-şüa borularında istifadə olunur. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Şahrud
Şahrud — İranın Simnan ostanının şəhərlərindən və Şahrud şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 126,916 nəfər və 35,548 ailədən ibarət idi.
Şahrux
Şahrux Mirzə (20 Avqust 1377, Səmərqənd-13 Mart 1447, Rey; fars. ‎: شاهرخ (Šāhrukh Mīrzā) ) — Teymuri imperiyasının 3-cü hökmdarı. Şahrux Mirzə Əmir Teymurun 4-cü və kiçik oğludur. Anası Qarakitay qızı Tuqay Türkanağadır. Uşaq yaşlarından elmə, sənətə yüksək qiymət vermiş, incəsənətlə məşğul olmuşdur. Digər mirzələrdən fərqli olaraq gənc yaşlarında siyasi məsələlərdən uzaq olmuş, ordu işlərinə maraq göstərməmişdir. Bu səbəbdən atası tərəfindən çox sevilsə də, vəliəhd olaraq təyin edilməmişdir. 1397-ci ildə Əmir Teymur mərkəzi Herat şəhəri olan Xorasan əyalətinin idarəsini ona tapşırmışdı. Teymur ölümündən əvvəl nəvəsi Pir Məhəmmədi vəliəhd təyin etmişdi. Onun bu vəsiyyəti oğlanları arasında narazılığa səbəb oldu.
Şanrus
Şanrus (fr. Chamrousse) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Domen və Viziy kantonlarına daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38567. Kommunanın 1999-cu il üçün əhalisi 1810 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 1384 ilə 2440 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 110 km cənub-şərqdə, Qrenobldan 15 km şimal-qərbdə yerləşir.
Şukrut
Şukrut və ya Choucroute garnie — Alsatiya mətbəxinin ənənəvi yeməyi. Kolbasa və digər duzlu ətlər və kartof ilə kələm hazırlamaq üçün istifadə edilən bir Alsas reseptidir.
Diz (Şahrud)
Diz (fars. ديز‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 509 nəfər yaşayır (136 ailə).