ŞÜKRÜ

razılıq, təşəkkür, minnətdarlıqla bağlı olan.
ŞÜKRULLA
ŞÜKÜR
OBASTAN VİKİ
Şükrü Birant
Şükrü Birant — Türkiyə futbolçusu. 1964-1974-cü illərdə Fənərbaxçada oynamışdır. Meydana çıxdığı 317 oyunda 7 qol vurmuşdur. Türkiyənin müxtəlif milli komandalarında 26 dəfə meydana çıxmışdır.
Şükrü Elçin
Şükrü Elçin (23 sentyabr 1912, Florina[d] – 30 oktyabr 2008, Ankara) — türk şairi, folklorşünas, tədqiqatçı, akademik və yazıçı. Şükrü Elçin 23 sentyabr 1912-ci ildə Florinada anadan olub. Ailəsi, Lozanna müqaviləsidən sonra mübadil-mühacir olaraq Türkiyəyə gəlib Turqutluya yerləşmişdi. Şükrü Elçin ilk və orta təhsilini Turqutlu və Manisada bitirib 1936-cı ildə İzmir Oğlan Liseyinin məzunu olmuşdu. 1939-cu ildə İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin "Türk dili və ədəbiyyatı" şöbəsini bitirdi. Xalq ədəbiyyatı ilə əlaqədar məzunluq dissertasiyasını tamamladı və "Aslı və Kərəm" adlı əsəri Milli Təhsil Nazirliyi tərəfindən 1949-cu ildə nəşr olundu. Kitab / Mensur Realist Xalq Hekayələri mövzusunda dissertasiyası ilə elmlər doktoru adını aldı. Sivas Liseyində, Dənizli Liseyində, Ankara Kişi Texniki Müəllim Liseyində, Ankara Atatürk Liseyində, Ankara Maarif Kollecində, Döyüş Kollecində və Qazi Təhsil İnstitutunda ədəbiyyatdan dərs dedi. Milli Təhsil Nazirliyinin təqaüdü ilə iki il Parisə getdi və orada folklor və xalq ədəbiyyatı ilə başlı araşdırmalar etmişdi. 1962-ci ildə Anadolu Köy Orta Oyunları (Kənd Teatrı) adlı dissertasiyası işi ilə dosent oldu.
Şükrü Kaya
Şükrü Kaya (9 mart 1883 – 10 yanvar 1959, İstanbul) — Türk ədibi, görkəmli siyasi xadim. İstanbulun işğalından sonra Maltaya sürgün edilmiş, sürgündən qaçaraq bir müddət İtaliya və Almaniyada yaşamışdır. Türkiyəyə döndükdən sonra yüksək dövlət vəzifələrində çalışmış, daha çox bədii tərcümə fəaliyyəti ilə məşğul olmuşdur.
Şükrü Saracoğlu
Mehmet Şükrü Saracoğlu (1887[…], İzmir, Aydın vilayəti – 27 dekabr 1953, İstanbul) — Türk siyasətçi və dövlət xadimi, Türkiyənin 5-ci Baş Naziri, 1942–1946-cı illər ərzində Türkiyənin Baş naziri, 1938–1942-ci illər ərzində xarici işlər naziri, 1948–1950-ci illərdə isə TBMM-in sədri vəzifələrini icra etmişdir. Bundan başqa müxtəlif hökumətlərin tərkibində Təhsil, maliyyə və ədalət naziri vəzifələrini yerinə yetirmişdir. İsmət İnönü ilə birgə II Dünya müharibəsi illərində Türkiyənin tərəfsiz qalma siyasətinə yön verən şəxslərdən biridir. Mehmet Şükrü Saracoğlu 1886-ci ildə İzmir əyalətinin Ödəmiş qəsəbəsində anadan olmuşdur. Atası Mehmet Tofiq Trabzonun Akçaabat qəsəbəsindən Ödəmişə köç etmiş və burada sərraclıqla məşğul olmuşdur. Anası Şərifə xanım isə ev qadını olan Şükrü Saracoğlu ailənin ilk uşağı idi. Köhnə maliyyə naziri Əhməd Zühdü paşanın nəvəsi Səadət Oraloğlu ilə evlənmiş, 3 övladı olmuşdur. Orta məktəbi Ödəmişdə bitirdikdən sonra İzmir Atatürk liseyinə daxil olmuşdur. Buranı birinciliklə bitirərək təhsilini Məktəb-i Mülkiyyədə davam etdirmişdir. 1909-cu ildə təhsili başa çatdıraraq İzmir valiliyində məmur olaraq çalışmağa başlayır.
Şükrü Tezər
Şükrü Tezər (1893, Larisa – 1969, İzmir) — türk əsgəri, bürokrat. Mustafa Kamal Paşanın döyüş köməkçilərindən biridir. 1916–1918-ci illər arasında Ədirnədən Diyarbəkirə, Şərqi Suriya cəbhələrində onun ətrafında və tabeliyində idi. Mustafa Kamal bu dövrdə yaşadıqlarını qələmə aldığı gündəliyi özünə vermiş və bu dəftər Tezerin xatirələri ilə birlikdə Türk Tarix Qurumu tərəfindən ilk dəfə 1972-ci ildə "Atatürkün gündəliyi" adı ilə nəşr edilmişdir. 1893-cü ildə Yunanıstanın Larisa şəhərində anadan olub. Atası Larisalı Nuri bəydir. Ailəsi 93 hərbindən sonra Manisaya köçdü. İbtidai və orta təhsilini Manisada başa vurduqdan sonra İstanbul Bəylərbəyi Ehtiyat Zabit Məktəbinə daxil olur. Balkan müharibəsi başlayanda təhsilini yarımçıq qoyaraq Osmanlı ordusuna qatılır. Məktəbi bitirdikdən sonra ilk olaraq Serez Redif Diviziyasının Mərkəzi Alayın hücum batalyonuna təyin edildi.
Şükrü Özyıldız
Şükrü Özyıldız (18 fevral 1988, İzmir)- Türk aktyordur. Şükrü Özyıldız 18 fevral 1988-ci ildə İzmirdə anadan olub. Anası Rodoslu Yunan, atası Trabzonludur. Onun özündən iki yaş kiçik bir bacısı var. İstanbul Texniki Universitetində Dəniz Mühəndisliyi fakültəsini qazandıqdan və bir il İstanbulda təhsil aldıqdan sonra yenidən imtahan verib Ege Universitetində Biznesin idarə edilməsi fakültəsində təhsil almağa başladı, daha sonra Erasmus proqramı ilə Portuqaliyaya getdi. Uşaqlıqdan döyüş sənətinə maraq göstərən Özyıldız Portuqaliyada qəfəs döyüşlərinə qatılıb. Daha sonra qəfəs davalarından əl çəkdiyini açıqlayıb. Xaricdə aktyorluq emalatxanasına qatılan Özyıldız aktyorluğu çox bəyəndiyinə qərar verib və Müjdat Gezen Sənət Mərkəzində aktyorluq təhsili almağa qərar verib. Bir çox teatr tamaşası, reklam və seriallarda rol alan aktyor ilk dəfə 2011-ci ildə FOX-da yayımlanan gündəlik "Derin Sular" serialında ekranlarda görünüb. 2013-2014-cü illərdə Star TV və FOX ekranlarında yayımlanan "Benim Hala Umudum Var" serialında Gizem Karaca və Berk Oktay ilə baş rolları paylaşıb, daha sonra 2013-cü ildə ilk uzun metrajlı filmi "Neva"da baş rolu canlandırıb.
Şükrü Sökmensüer
Şükrü Sökmensüer və ya İbrahim Şükrü Sökmensüer (d. Skopye, Osmanlı imperiyası; 1890 - ö. Ankara, Türkiyə; 18 oktyabr 1978) - türkiyəli siyasətçi və köhnə daxili işlər naziri. 1890-cı ildə Osmanlı imperiyasının Balkan bölgəsində yerləşən şəhəri olan Skopyedə dünyaya gəlmiş və Ərkanı Hərbiyyədən məzun olmuşdur. Osmanlı ordusundakı xidməti zamanı IV Ordu korpusunun IV Ağır topçu alayının birinci taborunun III batareyasında, Çatalca VIII Topçu alayında, XX Ordu korpusunun baş qərərgahında, II Firqənin V Ordu korpusunun I şöbəsində zabit kimi xidmət etmiş, sonradan XV Firqənin ərkani hərbiyyə rəisliyini etmişdir. Respublikanın qurulmasından etibarən mühüm vəzifələrdə çalışmışdır. Bu vəzifələr bunlardır: Məskunlaşdırma İdarəsi, Asayiş İdarəsi müdürlüyü, Təhlükəsizlik İşləri müdürünün müavini, Trakya Ümummüfəttişliyinin baş müşavirliyi, Təhlükəsizlik Ümümmüdürlüyünün rəhbəri, Hatay Suverenlik Cəmiyyətinin baş katibliyi, Hatay valiliyi, Ticarət Vəkaləti İaşə vəkilliyi, Türk Hava Qurumu başqanlığı, Uşaq Yetişdirmı Qurumu İdarə Heyyəti üzvlüyü, Köhnə Döyüşçülər Cəmiyyəti Heysiyyət Divanı başqanlığı. SÖkmensüer Hatayın Türkiyəyə birləşdirilməsində mühüm rol oynamış, bu proses zamanı bir neçə vacib vəzifəni yerinə yetirmişdir. Bundan başqa, Sökmensüer bir neçə dəfə TBMM-ə də seçilmişdir. O. VI çağırış (ara dönəm) və VII çağırış Ərzincandan, VIII çağırış Gümüşxanədən TBMM-ə üzv seçilmişdir.
Məhməd Şükrü Paşa
Mehmet Şükrü Paşa (türk. Mehmed Şükrü Paşa; 1857 və ya 1856, Ərzurum – 1916, Konstantinopol) — Osmanlı generalı. Balkan müharibələrində Bolqarıstanın mühasirəyə aldığı Ədirnəni çətin şərtlər altında 155 gün müdafiə etdi. Bu hadisə tarixdə "Ədirnə müdafiəsi" kimi də tanınır. Ədirnədə xatirəsinə həsr edilmiş abidə var. Bu abidə Balkan müharibələri muzeyində də mövcuddur. Abidə 1998-ci il iyulun 27-də açılmışdır. Abidə və muzeyi ziyarət etmək sərbəstdir. 1857-ci ildə Ərzurumda anadan olmüşdür. Ailənin yeganə övladı idi.
Şükrü Haluk Akalın
Şükrü Haluk Akalın (22 yanvar 1956, Adana) — 15 aprel 2001-ci ildən 12 yanvar 2012-ci il tarixinə qədər Türk Dilləri Dərnəyinin prezidenti vəzifəsini icra etmişdi. Qurumda keçirilən mətbuat konfransında Akalın vəzifəsindən könüllü olaraq xitam verildiyini və Hacettepe Universitetində müəllim vəzifəsinə qayıtdığını bildirdi. İlk və orta təhsilini Adanada bitirdikdən sonra İstanbuldakı liseydə təhsilini davam etdirmişdi.. Orta məktəb illərində Son Havadis və Yeni İstanbul qəzetlərində müxbir olaraq çalışmışdır. 1979-cu ildə İstanbul Universiteti Ədəbiyyat fakültəsinin "Türk dili və ədəbiyyatı" şöbəsini bitirdikdən sonra doktorantura təhsilini eyni şöbədə davam etdirmişdi. 1987-ci ildə doktorluq dissertasiyasını Saltuk-adı I (İcmal — Mətn) adlı tezisi ilə almışdır. 1989-cu ildə Çukurova Universiteti Fən-Ədəbiyyat Fakültəsi "Türk dili və Ədəbiyyatı" kafedrasına dosent təyin edildi. Eyni bölmədə 1990-cı ildə Türk Dili dosenti və 1996-cı ildə professorluq adını qazanmışdı. Çukurova Universitetində Türk dili kafedrasının müdiri vəzifəsində, Eyni Universitetin Türkoloji Araşdırma Mərkəzinin direktoru vəzifəsini də icra etmişdi. 1995-ci ildə rəsmi qəzetdə 15 aprel 2001-ci ildə dərc edilmiş üçtərəfli sərəncamla Elmi Komitənin baş üzvü seçildi və Türk Dili Birliyinin prezidenti təyin edildi.
Şükrü Naili Gökbərk
Şükrü Naili Gökbərk (türk. Şükrü Naili Gökberk; 1876, Saloniki – 26 oktyabr 1936, Ədirnə, Ədirnə ili) — Türk əsgəri və siyasətçisi. Türkiyə İstiqlaliyyət müharibəsinin komandirlərindən biri olmuşdur. Bursa, Əskişəhər və İstanbulun işğaldan azad edilməsində ən böyük əməyi olan Osmanlı komandirlərindən biridir. 1876-ci ildə Salonikidə Mustafa bəyin və Həsibə xanımın ailəsində anadan olmuşdur. Ədirnə liseyindən məzun olduqdan sonra 1899-cu ildə Hərbi Məktəbi, 1902-ci ildə Hərbi Akademiyanı kapitan rütbəsi ilə bitirmişdir. Təhsilini başa vurduqdan sonra Salonikidəki 3-cü ordu komandanlığının nəzdindəki Korça və Vlyorada 2-ci dərəcəli Rədif taboru vəzifəsinə təyin edildi. Şükrü Naili Gökbərk Birinci Dünya müharibəsində Osmanlı ordusunda zabit kimi xidmət göstərdi. 1917-ci ilin senytabrın birində polkovnik və Türkiyə İstiqlaliyyət müharibəsi ərzində isə 1922-ci ilin 30 avqustunda general-mayor rütbəsinə yüksəldi. 1926-ci ilin 30 avqustunda isə general-leytenant oldu.
Şükrü Saracoğlu stadionu
Fənərbaxça Şükrü Saracoğlu stadionu — Türkiyədə, İstanbul şəhərinin Kadıköy ilçəsində yerləşən futbol stadionu. Stadion 1908-ci ildə tikilmişdir. Türkiyənin ən böyük 4-cü stadionudur. Adını 1936-1950 illəri arasında Fənərbaxça prezidenti olmuş Türkiyənin keçmiş baş naziri Şükrü Saracoğludan almışdır. Dəfələrlə yenilənən stadion sonuncu dəfə 1999-2006 illərində təmir edilib. 2009-cu ildə Şaxtyor və Verder Bremen futbol klubları arasında baş tutmuş UEFA Kubokunun finalına ev sahibliyi edib. Əvvəllər Silahdarağa, Papazın çayırı adlandırılan stadion ərazisində İngilis və yunan gənclər futbol oynayırdılar. 1908-ci ildə Cəmil Paşanın razılığı ilə stadion "Union Club" adı altında açıldı. Stadiondan illik istifadə dəyəri 30 qızıl idi. Stadionun tikilməsində 3000 qızıl pul xərclənmişdi və İngiltərədən gətirilmiş xüsusi ot örtüyü ilə örtülmüşdü.
Mehmet Şükrü Paşa
Mehmet Şükrü Paşa (türk. Mehmed Şükrü Paşa; 1857 və ya 1856, Ərzurum – 1916, Konstantinopol) — Osmanlı generalı. Balkan müharibələrində Bolqarıstanın mühasirəyə aldığı Ədirnəni çətin şərtlər altında 155 gün müdafiə etdi. Bu hadisə tarixdə "Ədirnə müdafiəsi" kimi də tanınır. Ədirnədə xatirəsinə həsr edilmiş abidə var. Bu abidə Balkan müharibələri muzeyində də mövcuddur. Abidə 1998-ci il iyulun 27-də açılmışdır. Abidə və muzeyi ziyarət etmək sərbəstdir. == Həyatı == 1857-ci ildə Ərzurumda anadan olmüşdür. Ailənin yeganə övladı idi.
Fənərbaxça Şükrü Saracoğlu Stadionu
Fənərbaxça Şükrü Saracoğlu stadionu — Türkiyədə, İstanbul şəhərinin Kadıköy ilçəsində yerləşən futbol stadionu. Stadion 1908-ci ildə tikilmişdir. Türkiyənin ən böyük 4-cü stadionudur. Adını 1936-1950 illəri arasında Fənərbaxça prezidenti olmuş Türkiyənin keçmiş baş naziri Şükrü Saracoğludan almışdır. Dəfələrlə yenilənən stadion sonuncu dəfə 1999-2006 illərində təmir edilib. 2009-cu ildə Şaxtyor və Verder Bremen futbol klubları arasında baş tutmuş UEFA Kubokunun finalına ev sahibliyi edib. == Tarixi == Əvvəllər Silahdarağa, Papazın çayırı adlandırılan stadion ərazisində İngilis və yunan gənclər futbol oynayırdılar. 1908-ci ildə Cəmil Paşanın razılığı ilə stadion "Union Club" adı altında açıldı. Stadiondan illik istifadə dəyəri 30 qızıl idi. Stadionun tikilməsində 3000 qızıl pul xərclənmişdi və İngiltərədən gətirilmiş xüsusi ot örtüyü ilə örtülmüşdü.
Şükrüllah Şirvani
Şükrüllah Şirvani — II Mehmedin şəxsi həkimi, Mahmud Şirvaninin oğludur. Əslən Şamaxıdan olan bu həkim Qahirədə Şəmsəddin Səxavidən hədis dərsləri almışdı. Həmçinin II Mehmedin müəllimi mövlana Şəmsəddin Güranidən İstanbulda hədis dərsləri almışdı. O, xəstələri təmənnasız müalicə etdiyinə görə "Kasıbların həkimi" ləqəbini qazanmışdı. Fütuhat fil-Cifr Risalətüs-Sultaniyyə fit Tibb Risalə fil-Qulunc vəl-İxtibas Lətaifül-Cəlilə Rəvzətül-İtr fit Tibb Müxtəsəri-Tibb İxtiyarati-Bədi Mürşid fit-Tibb əl-İlyasiyyə fit-Tibb Kamalnamə Riyazül-Ülum — II Bəyazidə həsr etmişdi.