Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Salıqqışlağı (Germi)
Salıqqışlağı (fars. سلوك قشلاقي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 45 nəfər yaşayır (9 ailə).
Balıq
Balıqlar (lat. Pisces) – Orqanizminin bütün mərhələsində qəlsəmə ilə tənəffüs etmək xüsusiyyətinə malik olan çənəağızlı onurğalı su heyvan qruplarının sinifüstü. Balıqların əksəriyyəti bütün ömrü boyu qəlsəmələrlə, az qismi isə həm də atmosfer havası ilə tənəffüs edir. Bəzi növlərdə əlavə tənəffüs orqanları inkişaf etmişdir. Balıqlarda hərəkətli çənələr, tək və cüt üzgəclər əmələ gəlmişdir. Tək üzgəclərə bel, quyruq və anal üzgəcləri, cüt üzgəclərə isə döş və qarın üzgəcləri aiddir. Başın üstündə öndə bir cüt qoxu dəliyi yerləşir. Dərinin üzəri, adətən, pulcuqlarla örtülü olur. Bədən forması çox müxtəlifdir. == Təsnifatı == Sümüklü balıqlar sinfi Şüaüzgəcli balıqlar (Actinopterygii) yarımsinfi Qanoid balıqlar (Ganoidomorpha) infrasinfi Sümüklü balıqlar (Teleostei) infrasinfi Xoanlar (Sarcopterygii) yarımsinfi İkitənəffüslülər (Dipnoi) dəstəüstü Pəncəüzgəclilər (Crossopterygii) dəstəüstü Qığırdaqlı balıqlar sinfi Yastıqəlsəməlilər (Elasmobranchii) Bütövbaşkimilər (Holocephali) Akantodlar sinfi (nəsli kəsilib) Plakodermalar sinfi (nəsli kəsilib) Antiarchi yarımsinfi Arthrodira yarımsinfi Petalichthyda yarımsinfi Phyllolepida yarımsinfi Ptyctodontida yarımsinfi Rhenanida yarımsinfi tənəffüs sistemi su ilə qan damarları arasındakı xarici tənəffüs, qan ilə toxumalar arasındakı daxili tənəffüs olmaqla 2 hissədən ibarətdir.
Qalıq
Fosil və ya qalıq — havayla təması birdən kəsildiyi üçün qoruna bilmiş canlı qalıqlarına verilən ümumi addır. Qabıq, sümük, diş, toxum, yarpaq ya da bir heyvan və ya bitki qalığı milyonlarla il əvvəlindəki canlı həyat haqqında məlumat verər. Qalıqları və qalıqlaşmağı araşdıran elm sahəsinə paleontologiya deyilir. Latınca fodare, qazmaq sözcüyündən törəmişdir. == Bitki qalıqları == Ümumiyyətlə sərt toxumlar və taxta qisimlər qalıqlaşmış olaraq tapılar. Çiçək və yarpaqların özləri qorunmazlar ancaq karbon təsiri onların quruluşundakı çox incə detalları dahi qorumaqdadır. == Heyvan qalıqları == Dişlər, sümüklər və qabıqlar, dəri, ət, kürk, tükdən daha çox rast gəlinən qalıqlardır. Ümumiyyətlə sümüklər tapılar ancaq Alyaska, Sibir kimi yerlərdə nadir olaraq bütün mamut qalığına rast gəlinmişdir. Bu bölgələrdəki donmuş heyvanlar qalıq olaraq tamamilə milyonlarla il qorunmuşdur. == Qabıqlı dəniz canlıları == Milyonlarla il əvvəl dənizlərlə qablı olan bölgələrdən su geri çəkildiyində qabıqlı dəniz canlıları palçıq, qum və palçığa basdırılmışlar.
Kaluqa (balıq)
Kaluqa (lat. Huso dauricus) — Nərələr fəsiləsindən balıq, Ağ balıqlar cinsinə aid balıq növü. Amur çayı hövzəsində 55° ş.e və 34° ş.e arasında yerləşən bölgədə yaşayır. Onlara hətta 50 metr suyun dərinliyində belə rast gəlmək mümkündür. Maksimal qeydə alınmış uzunluğu 560 sm təşkil etmişdir. Olduqca əhəmiyyəli balıq növüdür. Sənaye əhəmiyyətlidir. == Təsviri == Uzunluqları 5,6 metr təşkil edir (6 metrlik keçmişdə olması ehtimal edilir), çəkisi 1 tondur. Ağzı ayparavari formaya malikdir. Birinci bel üzgəci olduqca iri olur.
Mirzə Sadıq
Mirzə Əsəd oğlu Sadıq və ya Sadıqcan (1846, Şuşa – 1902, Şuşa) — Azərbaycan musiqiçisi, tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar. Sadıqcan — Azərbaycanın tanınmış tarzənlərindən biri sayılır. Sadıqcan tarı təkmilləşdirərək, bu alətdə virtuoz oyunların imkanlarını genişləndirdi. O, tara cingənə və kök simləri əlavə edib, simlərin sayını 5-dən 11-ə çatdırıb. O, həmçinin tarın pərdə tutma sistemini tamamilə dəyişdirib, onların sayını 28-dən 22-yə endirdi. Sadıqcan Azərbaycan muğamına əhəmiyyətli yeniliklər təqdim edərək, "Segah" və "Mirzə Hüseyn Segahı"nı təkmilləşdirdi və "Mahur" muğamını yaxşılaşdırdı. Azərbaycan muğamında "Mahur-Hindi", "Orta Mahur", "Zabul Segah", "Xaric Segah", "Mirzə Hüseyn Segahı", "Yetim Segah", "Çoban Bayatı" yaranması, Sadıqcanın yaradıcılığı və Azərbaycan tarı ilə bağlıdır. 1890-cı illərdə Sadıqcanın rəhbərliyi altında Şuşada ansambl yarandı. Ansamblın tərkibində, o dövrün tanınmış müğənniləri və musiqiçiləri daxil idi. Tarzənin tanınmış şagirdlərindən — Qurban Pirimov, Məşədi Cəmil Əmirov, Məşədi Zeynal Haqverdiyev, Şirin Axundov, Mərdi Canıbəyov, Həmid Malıbəyli və digərlərini qeyd etmək olar.
Orda Balıq
Ordu-Balıq yaxud Qarabalsaqun (Çin dili: 回鶻單于城 pinyin: huígǔ dānyú chéng; anlamı: Uygur Tanhu qalası) — Uyğur Xaqanlığının aynı paytaxtını müdafiə edən qala. Uyğur Xaqanlığının paytaxtı o dövrdə Mubalik də adlanan Ordu-Balıq adlı şəhər olmuşdur. Qala ordu deyilən bir bürcdən ibarət idi. Bu bürc isə balıq deyilən ikinci bir bürcün daxilində idi. Bu qala sisteminə də Ordu-Balıq deyilir. Ordu-alıq sadəcə Türklərdə istifadə olunan qala sitilidir. Keçmiş türk dillərində balıq (بلق) qala şəhər mənasında işlənirdi.
Ordu-Balıq
Ordu-Balıq yaxud Qarabalsaqun (Çin dili: 回鶻單于城 pinyin: huígǔ dānyú chéng; anlamı: Uygur Tanhu qalası) — Uyğur Xaqanlığının aynı paytaxtını müdafiə edən qala. Uyğur Xaqanlığının paytaxtı o dövrdə Mubalik də adlanan Ordu-Balıq adlı şəhər olmuşdur. Qala ordu deyilən bir bürcdən ibarət idi. Bu bürc isə balıq deyilən ikinci bir bürcün daxilində idi. Bu qala sisteminə də Ordu-Balıq deyilir. Ordu-alıq sadəcə Türklərdə istifadə olunan qala sitilidir. Keçmiş türk dillərində balıq (بلق) qala şəhər mənasında işlənirdi.
Qalıq balıqlar
Zirehli balıqlar (lat. Placodermi) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan sinfi. == Maraqlı fakt == 380 milyon il bundan əvvəl Materpiscis zirehli balığı məlum olan ən qədim diri doğan orqanizm hesab olunur.
Qalıq yanacaqlar
Qalıq yanacaqlar — mineral yanacaqlar olaraq da bilinər, hidrokarbon ehtiva edən kömür, neft və təbii qaz kimi təbii enerji qaynaqlarıdır. Qalıq yanacaqlar sənaye sahədə çox geniş bir istifadə sahəsi tapmaqdadır. Elektrik istehsalında, ümumiyyətlə qalıq yanacağın yanması ilə ortaya çıxan enerji bir turbinə güc olaraq çatdırılar. Köhnə generatorlarda ümumiyyətlə yanacağın yanması ilə əldə edilən buxar turbini çevirmək üçün istifadə edilərdi, lakin yeni enerji stansiyalarında yanma ilə əldə edilən qazlar, birbaşa olaraq qaz turbinini çevirməkdədir. 20 və 21-ci əsrdə dünya səviyyəsindəki texnoloji inkişaflarla, qalıq yanacaqlardan əldə edilən enerjiyə olan ehtiyac artmaqdadır. Xüsusilə neftdən əldə edilən benzin, dünya səviyyəsində və regional olaraq böyük qarşıdurmaların ana səbəbi halına gəlməkdədir. Kömür, neft və təbii qaz dünyanın bugünkü enerji ehtiyacının çox hissəsini təmin edir. Strukturlarında karbon və hidrogen elementlərini saxlayan bu qalıq yanacaqlar, uzun müddətlər içərisində meydana gəlməkdə lakin çox tez istehlak edilməkdədir. Dünyanın müəyyən bölgələrində toplanmış bu yanacaqların günümüz texnologiyasıyla ¾-nün yarısının çıxarılması qeyri-mümkün; digər yarısının isə çıxarılması texniki olaraq çox bahalıdır. Bu da qalıq yanacaqları yenilənə bilməyən və məhdud yanacaqlar sinifinə daxil edilir.
Qurbanəliyev sadıq
Qurbağa balıq
Sadıq Bağırov
Sadıq Bağırov (1940—2015) — azərbaycanlı əməkdar rəssam. == Həyatı == Sadıq Bağırov 1940-сı ildə Bakı şəhərində anadan olub, 1978-ci ildən Kaluqada yaşayır. Rusiya Rəssamlar İttifaqının üzvü olan Sadıq Bağırov şəhər, vilayət və respublika sərgilərinin iştirakçısı idi. Yaratdığı onlarla rəsm əsəri hazırda Azərbaycan, Rusiya, Ukrayna, ABŞ, Fransa, İtaliya, Almaniya, Yuqoslaviya, Polşa və Braziliyada şəxsi kolleksiyalarda saxlanılır. O, Rusiya prezidenti Vladimir Putinin mədəniyyət məsələləri ilə bağlı Kaluqa vilayəti üzrə müşaviri olmuşdur. 20 may 2015-ci ildə vəfat etmişdir. Kaluqanın Litvinski məzarlığında torpağa tapşırılıb.
Sadıq Dadaşov
Sadıq Ələkbər oğlu Dadaşov (2 (15) aprel 1905, Bakı, Bakı quberniyası, Rusiya imperiyası – 24 dekabr 1946, Moskva) — Azərbaycan-sovet memarı, memarlıq tarixçisi, Azərbaycan sovet memarlığının banilərindən biri, professor, SSRİ Memarlıq Akademiyasının müxbir üzvü (1941), Azərbaycan SSR Elmlər Akademiyasının akademiki (1945), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1940), "Stalin" mükafatı laureatı (1941). == Həyatı == Sadıq Ələkbər oğlu Dadaşov 15 aprel 1905-ci ildə Bakıda anadan olmuşdur. Sadıq Dadasov 1929-cu ildə M. Əzizbəyov adına Bakı Politexnik İnstitutunun İnşaat fakültəsini bitirmişdir. O, 1944-cü ildə Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Memarlıq İşləri İdarəsinin ilk rəisi olmuşdur. Sadıq Dadaşov 1941-ci ildə SSRİ Memarlıq Akademiyasının müxbir üzvü, 1945-ci ildə yeni yaradılmış Azərbaycan SSR Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) akademiki seçilmişdir. 1940-cı ildə ona Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adı verilmiş və 1941-ci ildə SSRİ Dövlət mükafati laureatı olmuşdur. O, "Lenin" ordeni, "Qırmızı əmək bayrağı" ordeni və medallarla təltif edilmişdir. Sadıq Dadaşov 24 dekabr 1946-cı ildə Moskvada vəfat etmiş, Bakıda dəfn olunmuşdur. == Elmi fəaliyyəti == Sadıq Dadaşov Azərbaycan memarlıq irsinin ilk elmi tədqiqatçısıdır. O, Azərbaycan memarlığı tarixinin öyrənilməsinin əsasını qoymuş, bu məqsədlə 1934–1940 və 1944–1946 illərdə Azərbaycanın bir sıra rayonlarına elmi səfərlər təşkil etmişdir.
Sadıq Elcanlı
Sadıq Elcanlı (Sadıq Qurbanqulu oğlu İbrahimov) — ssenari müəllifi, kino redaktoru. == Həyatı == Sadıq Elcanlı 12 yanvar 1956-cı ildə Dəvəçinin Surra kəndində anadan olub. Universitetin flologiya fakültəsində təhsil alıb (1974-1979). 1980-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri şirkətində işləyir, ədəbiyyat və incəsənət redaksiyasında baş redaktordur. "Sirli səsin sorağı", "Əbədi sevginin xatirələri" povest və hekayələr kitabının müəllifi, əməkdar jurnalistdir. 2016-cı ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür. 6 noyabr 1992-ci ildə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy tərəfindən “Azərbaycan Respublikasının əməkdar jurnalisti” fəxri adına layiq görülüb == Filmoqrafiya == Abbas Səhhət (film, 2007) (qısametrajlı sənədli film) (AzTV) — ssenari müəllifi "Atikva" ümid deməkdir (film, 1994) Avşarlar (film, 1996) Bəsdir, ağlama! (film, 1999) Bir ömrün xatirəsi (film, 2007) Böyük ömrün davamı (film, 2007) Dahi qurucu (film, 2009) Dünya bir pəncərədir (veriliş, 2007) Etnoqrafik etüdlər (film, 1996) Ey, Vətən! (film, 1995) Əbədi zirvə (film, 1998) Əbədiyyət ünvanı (film, 2004) Güllələnmiş heykəllər (film, 2002) Hacı Arif (film, 1995) Heydər Əliyev və Azərbaycan dili (film, 1997) Xilaskar. I film (film, 2003) Xilaskar.
Sadıq Hüseynov
Sadıq Hüseynov (aktyor)
Sadıq Həsənzadə
Sadıq Həsən oğlu Həsənzadə (1906, Bakı – 1979, Bakı) — aktyor, Azərbaycan SSR əməkdar artisti (1958). == Həyatı == Əməkdar artist olub. Gəncə teatrının qüdrətli xarakterlər ustası kimi şöhrət qazanıb. Otuz ılə yaxın Gəncə teatrında işləyib və yaşlı vaxtlarında Sumqayıt teatrında, "Azərbaycanfilm" studiyasında çalışıb. Gəncə teatrında ifa etdiyi əsas rollar: Elxan və Yanardağ, Uryadnik, Şərif və Aftil ("Od gəlini", "1905-ci ildə" və "Almaz", Cəfər Cabbarlı), Vəli ("Bahar", Məmmədhüseyn Təhmasib), Qurbanov, Mirzə Qərənfil ("Aşnalar" və "Xoşbəxtlər", Sabit Rəhman), Əbdək ("Nizami", Mehdi Hüseyn), Nüsrət ("Qatır Məmməd", Zeynal Xəlil), Montano və Yaqo ("Otello", Vilyam Şekspir), Hacı Qara, Xan ("Hacı Qara" və "Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Zeynəboğlu ("Vəfa", Rəsul Rza), Dev ("Məlik Məmməd", Əyyub Abbasov), Rzaqulu ("Hacı Fərəc", Nəcəf bəy Vəzirov), Şapur, Qacar ("Fərhad və Şirin" və "Vaqif", Səməd Vurğun), Xacə Süleyman ("Qərq edilmiş daşlar", İlo Mosaşvili), Ağasəlim ("Atayevlər ailəsi", İlyas Əfəndiyev), Tahir ("Xəyanət", Həsən Bicari və Qulamrza Cəmşidi), Qənbərov ("Günəş", Lütfəli Həsənov), Qulam ("Vicdan", Bəxtiyar Vahabzadə), Cjou Pu Yuan ("Tufan", Tsao Yuy), Əfrasiyab ("Səyavuş", Hüseyn Cavid), Cönendro ("Qanq qızı", Rabindranat Taqor), Tumacov ("Kişilər", Altay Məmmədov), Ömər ("Şücayət qəbul edilmir", Toktobolat Əbdülmöminov), Farsadan ("Tariyel", Məmmədəli Nəsirov), Sarvan ("Kəndçi qızı", Mirzə İbrahimov), komissar ("Anacan", Yusif Əzimzadə), Gəray bəy ("Komsomol poeması", İsgəndər Coşqun), Milton Sterlinq ("Sarı əlcək", Əfqan Əsgərov), Dərviş ("Nəsrəddin", Yusif Əzimzadə), Kazım ("Ürək yanarsa...", Teymur Məmmədov), Mark Tuysk ("Azmış oğul", Eqon Rannet), Yanar ("Ürək sevərsə... ", Əlyar Yusifli), Braun ("Üç qəpiklik opera", Bertolt Brext). == Filmoqrafiya == Azərbaycan naminə (film, 2005) Bayquş gələndə... (film, 1978) Bir cənub şəhərində (film, 1969) Biri vardı, biri yoxdu... (film, 1967) Dənizə çıxmaq qorxuludur (film, 1973) Dörd bazar günü (film, 1975) Firəngiz (film, 1975) Gecə söhbəti (film, 1971) Həyat bizi sınayır (film, 1972) Xoşbəxtlik qayğıları (film, 1976) İki dəfə iki (film, 1973) Qanun naminə (film, 1968) Qatır Məmməd (film, 1974) Qayınana (film, 1978) Qızıl qaz (film, 1972) Mezozoy əhvalatı (film, 1976) Nəsimi (film, 1973) O qızı tapın (film, 1970) Od içində (film, 1978) Putyovka (film, 1975) Səmt küləyi (film, 1973) Tütək səsi (film, 1975) Var olun, qızlar... (film, 1972) Yeddi oğul istərəm...
Sadıq Murtuzayev
Sadıq (Sadıx) Nəbi oğlu Murtuzayev (25 iyul 1927, İlisu, Zaqatala qəzası[d] – 4 fevral 2021) — Azərbaycan dövlət və partiya xadimi, Azərbaycan Kəndli-Fermer Təsərrüfatları İstehsalat Birliyinin sədri, filologiya elmləri namizədi, Şəki, Abşeron və Ağdam Rayon Partiya Komitələrinin birinci katibi. == Həyatı == S. Murtuzayev 1956-cı ildə Zaqatala rayon Partiya Komitəsinin ikinci katibi seçilir. Bir qədər sonra namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi alimlik adı alır. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vəli Axundov onun bu işini alqışlayır, digər partiya işçilərinə nümunə göstərir. Sadıq müəllim tez-tez respublika mətbuatında aktual mövzularla çıxışlar edir. 1959-cu ildə Zaqatala rayon Partiya Komitəsinin birinci katib seçilən S. Murtuzayev cəmi ilyarım sonra SSRİ Ali Sovetinın deputatı olur və Sov. İKP-nin XXII qurultayına nümayəndə seçilir, Lenin orderinə layiq görülür. 1962-ci ildə Azərbaycan KP MK-nın ideologiya şöbəsinin müdiri, 1963-cü ildən 1990-cı ilin sonunadək Abşeron, Şəki, Ağdam və yenidən Abşeron rayonlarının birinci katibi vəzifələrində çalışır. O, eyni zamanda 30 ilə yaxın Azərbaycan KP MK-nın üzvü, Sov. İKP-nın XXII, XXIII qurultaylarının və XIX Ümumittifaq Partiya Konfransının nümayəndəsi olur.
Sadıq Nurumbetov
Sadıq Nurumbetov (1900-1972) - Özbəkistanın və Qaraqalpaqstanın xalq şairi, Berdax adına Dövlət mükafatı laureatı, qaraqalpaq poeziyasının görkəmli nümayəndələrindən biri. == Həyatı == Sadıq Nurumbetov 1900-cü ildə Kegeyli rayonunda dünyaya göz açmışdır. Şair ilk şeirləri yumoristik və satirik formada qələmə almışdır. Bu əsərlərdə Sadıq Nurumbetov insanlardakı zəif cəhətləri və eybəcərlikləri qeydə almışdır. Abbas Dabılovdan fərqli olaraq psixoloji lirika ustası olan Sadıq Nurumbetov şeirlərində vətəndaş lirikasına daha çox yer verirdi. Onun xalqlar dostluğu haqqında şeirləri yüksək bədii keyfiyyətləri ilə seçilirdi. Şairin satirik və yumoristik şeirləri «Şamanlar», «Tənbəllər» və başqaları qrotesklə dolu və gülüş doğuran əsərlərdən ibarət idi. Bu əsərlər məhz onu yumor ustası kimi tanınmasına səbəb olmuşdur. «Qardaşlar» poema-dastanında isə müəllif Xarəzm ərazisində yaşayan xalqların dostluğunu vəsf etməklə, həm də onların yeni dövr və cəmiyyətin qurulmasında iştirakını tərənnüm edirdi. Abbas Dabılov kimi Nurumbetov da şifahi epik yaradıcılığın ənənələrini uğurla davam etdirirdi.
Sadıq Nəcəfi
Sadıq Nəcəfi — Təbrizin əlli beşinci bələdiyyə başçısı. O, 1960-cı ildə Əcəbşir şəhristanının Xızırlı şəhərində dünyaya gəlmişdir.
Sadıq Qarayev
Sadıq Qurbanov
Sadiq Qurbanov (12 iyul 1972, Əlikli, İliç rayonu) — texniki elmlər namizədi. Yeni Azərbaycan Partiyasının üzvü, Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı (2020). == Həyatı == Sadiq Qurbanov 12 iyul 1972-ci ildə Naxçıvan MR-nın Şərur rayonunun Ələkli kəndində anadan olmuşdur. 1989-cu ildə Ərəbyengicə kənd orta məktəbini bitirmiş, həmin ildə də Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1994-cü ildə təhsilini başa vuraraq həmin fakültənin dissertantı olmuş, eyni zamanda "Nəzəri mexanika və bütöv mühit mexanikası" kafedrasında laborant vəzifəsində çalışmışdır. 2005-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək texnika elmlər namizədi namizədlik dərəcəsini almışdır. 1997–2001-ci illərdə BDU-nun hüquq fakültəsində təhsil almışdır. 2001–2004-cü illərdə YAP-ın göndərişi ilə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və bələdiyyə idarəetməsi" fakültəsində təhsil almışdır. Ailəlidir, üç övladı var. == Fəaliyyəti == 1999–2006-cı illərdə YAP-ın icra katibliyində "Partiyalar arası əlaqələr şöbəsi"nin müdiri vəzifəsində çalışmışdır.
Sadıq Qurbanəliyev
== Siyahı ==
Sadıq Rəhimov
Sadıq Hacıyarəli oğlu Rəhimov (14 (27) sentyabr 1914, Balaxanı, Bakı qəzası – 11 iyun 1975, Bakı) — Azərbaycan SSR dövlət xadimi, Azərbaycan SSR Nazirlər Sovetinin Sədri (1954–1958). Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü. == Həyatı == 1914-cü il sentyabrın 27-də Bakının Balaxanı kəndində neftçi fəhlə ailəsində anadan olmuşdur. Atası Yarəli Balaxanıda neft mədənlərində əvvəllər fəhləlik etmiş, sonralar qazmaçı və qazma ustası olmuşdur. Usta Hacıyarəli oğlunu savadlı və dövrünün ziyalı adamlarından olmasını istəyirdi. O, bu məqsədlə də oğlu Sadığı Balaxanıda yeni açılmış kənd 7 illik məktəbinə oxumağa qoyur. S. Rəhimov 1929-cu ildə Balaxanı kənd məktəbini bitirmiş və Bakı neft texnikumuna daxil olmuşdur. 1931-ci ildə texnikumu müvəffəqiyyətlə bitirən S. Rəhimov Bakı maşınqayırma zavodunda texnik vəzifəsində əmək fəaliyyətinə başlamışdır. S. Rəhimov 1932–1936-cı illərdə Azərbaycan SSR Xalq Yüngül Sənaye Komissarlığının 2 saylı Bakı ayaqqabı fabrikində əvvəl texnik, sonra isə mexaniki emalatxananın müdiri olmuşdur. Elmə, təhsilə, savadını artırmağa daima can atan S. Rəhimov fabrikdə işləməklə yanaşı, 1932-ci ildə Azərbaycan Sənaye İnstitutunun maşınqayırma fakültəsinə daxil olmuşdur.
Sadıq Sadıqov
Sadıq Sadıqov (9 noyabr 1965, Naxçıvan) — "Neftçi" PFK-nın 6-cı prezidenti (2010–2015). == Həyatı == Sadıqov Sadıq Asəf oğlu 1965-ci ildə anadan olub. Azərbaycan Politexnik İnstitutunu bitirib. "Neftçi İdman Klubu" İctimai Birliyinin idarəetmə aparatının rəhbəri vəzifəsində çalışan Sadıq Sadıqov Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidentidir. Onun müxtəlif illərdə İdman cəmiyyətləri və klublarına rəhbərlik etdiyi dövrlərdə idmançılarımız Olimpiya Oyunları, Dünya və Avropa çempionatlarında çoxlu sayda uğur qazanıblar. Sadıq Sadıqov idmandakı xidmətlərinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən fəxri ad və medalla təltif olunub. 2008-ci ildə Azərbaycan Respublikasının "Əməkdar bədən tərbiyyəsi və idman xadimi" fəxri adına, 2011-ci ildə isə "Tərəqqi" medalına layiq görülüb. Sadıq Sadıqov 2009–2015-ci illərdə "Neftçi" Peşəkar Futbol Klubunun prezidenti vəzifəsini icra edib. Onun rəhbərliyi altında "Neftçi" 3 dəfə Azərbaycan çempionu olub və 2 dəfə ölkə kubokunu qazanıb. 2012-ci ildə "Neftçi" Azərbaycan futbolunun tarixində ilk dəfə olaraq Avropa Liqası kimi mötəbər turnirin qrup mərhələsində iştirak edib.
Sadıq Sadıqzadə
Sadıq İsmayıl oğlu Sadıqzadə (29 dekabr 1917, Ordubad – 3 noyabr 1988) — elmlər doktoru, II Dünya müharibəsi iştirakçısı. == Həyatı == Sadıq İsmayıl oğlu Sadıqzadə 1917-ci il dekabrın 29-da Ordubad şəhərində anadan olmuşdur. 1926-cı ildə Ordubad yeddiillik məktəbinin birinci sinifinə daxil olmuş və oranı 1932-ci ildə bitirdikdən sonra Bakı şəhərində N.Nərimanov adına Sənaye Texnikumunun (ST) kimya bölməsinə qəbul olmuşdur. 1937-ci ildə ST-ni qurtardıqdan sonra Azərbaycan Dövlət Universitetinin (ADU) kimya fakültəsinin birinci kursuna qəbul olunmuşdur. 1939-46-cı illərdə Hərbi Dəniz Donanmasında qulluq etmişdir. Hərbidən tərxis edildikdən sonra yenidən ADU-nun kimya fakültəsinin III kursuna bərpa edilmiş və 1949-cu ildə oranı bitirmişdir. Həmin ildə Azərbaycan Elmlər Akademiyası (EA) Kimya İnstitutunun (Kİ) aspiranturasına daxil olmuş və dissertasiya işini yerinə yetirmək üçün SSRİ EA Ümumi Kimya İnstitutuna (ÜKİ) (Moskva ş.) ezam edilmişdir. == Elmi fəaliyyəti == S.İ.Sadıqzadə 1953-cü ildə kimya elmləri namizədi elmi dərəcəsi almaq üçün “Bir sıra silisium tərkibli karbohidrogenlərin sintezi və reaksiyaları” mövzusunda dissertasiya işini müdafiə etmişdir. Həmin il Kİ-də böyük elmi işçi vəzifəsinə seçilmiş və yenidən SSRİ EA ÜKİ-yə ezam edilmişdir. 1962-ci ildə Moskvada ÜKİ-nin Elmi Şurasında kimya elmləri doktoru dərəcəsi almaq üçün “Katalitik üsulla karbofunksional qruplu silisium-üzvi birləşmələrin sintez üsulları” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Sadıq Saleh
Sadıq Saleh Xəlil oğlu Bağırov (6 (19) mart 1907, Bakı – 27 sentyabr 1977, Bakı) — Azərbaycan-sovet teatr və kino aktyoru, Azərbaycan SSR əməkdar artisti (1959). == Həyatı == Sadıq Saleh Xəlil oğlu Bağırov 19 mart 1907-ci ildə Bakı şəhərində anadan olmuşdur. Üçsinifli şəhər, sonra üç il 9 saylı, 1920–1922-ci illərdə sovet fəhlə məktəblərində təhsil alıb. 1926-cı ildə Əbilov adına klubun dram dərməyinə üzv olub. Həmçinin Qaraşəhər, Metallist, Həkimlər klublarının dram dərnəklərində həvəskar aktyorluq edib. 1929–1932-ci illərdə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbində aktyorluq təhsili alıb. Tələbə vaxtı Akademik Milli Dram Teatrının yardım heyətinə götürülüb. Təhsilini başa çatdırdıqdan sonra isə bu truppaya götürülüb. == Yaradıcılığı == === Səhnə həyatı === Sadıq Saleh sənətə 1925-ci ildə gəlmişdir. Teatra məhəbbət Sadıq Salehdə çox gənc yaşlarında yaranmışdır.
Baliğ
Baliğ (ərəbcə بالغ və ya بُلوغ‎)) — yetişmiş, həddi-buluğa çatmış. İslamda baliğ yetişmiş və həddi buluğa çatmış oğlan və ya qıza deyilir. Bir müsəlmanın baliğ olması (yəni həddi-buluğa çatması) o demədir ki, artıq gördüyü hər bir haram iş müqabilində ona günah yazılır, bir şərtlə ki, dəli olmasın….
Caliq
Caliq-İranın Sistan və Bəlucistan ostanının Səravan şəhristanının Caliq bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 13,903 nəfər və 2,594 ailədən ibarət idi.
Sadiq
Sadiq — ad.
Salik
Salik qanunu (lat. lex Salica) — Güman olunduğu kimi, salik franklarının 6 əsrin əvvəlində, yəni hələ Xlodviqin sağlığında ikən onun göstərişi ilə yazıya alınmış məhkəmə adətlərinin toplusudur. Başqa barbar qaydalarına nisbətən Roma təsiri burada qat-qat azdır və özü də, başlıca olaraq, zahiri əlamətlərdən -latın dilində yazılmasında, cərimələrin Qədim Roma pul vahidləri ilə alınmasında özünü göstərir. Salik qanunu franklarda hələ işğala qədər mövcud olmuş qədim İbtidai-icma quruluşu qaydalarını az-çox məlumatlar -əmlak və ictimai bərabərsizliyin, daşınan əmlak üzərində xüsusi mülkiyətin, torpağa irsi hüququn və nəhayət, dövlətin meydana gəlməsi haqqında da məlumatlar tapılır. 6–9-cu əsrlər ərzində frank kralları "Salik qanunu"na təkrarən əlavələr etmişdilər. Buna görə də o nisbətən sonrakı dövrlərin qaynaqları ilə birlikdə frank cəmiyətinin ibtidai icma quruluşundan feodalizmə doğru sonrakı təkamülünü də izləmək imkanı verir. Tasitin təsvir etdiyi qədim almanlara nisbətən franklarda təsərrüfatın inkişaf səviyyəsi xeyli yüksək idi. Bu dövrlərdə franklarda daşınan əmlak üzərində tamamilə inkişaf etmiş xüsusi mülkiyyət var idi. Bunu, məsələn, Salik qaydasının taxıl, mal-qara, ev quşları, qayıq, balıq toru oğurluğuna qarşı müəyyən etdiyi yüksək cərimələr təsdiq edirdi. Lakin həyətyanı sahələrdən başqa, torpaq üzərində xüsusi mülkiyət Salik qaydalarına məlum deyildi.
Salix
Söyüd (lat. Salix) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Söyüd qışda yarpağını tökən, iri ölçülü ağac və ya xırda kol şəklində olan bitkidir. Yarpaqları uzunsov lansetvaridir, damarlanması lələkvaridir, saplağı qısadır. Çiçək sırğaları sallaq və ya dikdayanandır. Yarpaqlamadan əvvəl və ya sonra, yaxud yarpaqlama vaxtı çiçəkləyirlər. Nektarlı bitkilərdir. Cinsin yer kürəsində 600-dən artıq növü məlumdur. Qafqazda təqribən 25 növü, Azərbaycanda isə 15 növü bitir. Çox qədim cinsdir və onun qazıntı halında tapılmış nümunələri üçüncü dövrə aiddir.
Şadlıq
Şadlıq — Türkmənistan Respublikasının Marı vilayətidə şəhər.
Şahlıq
Şahlıq — Azərbaycan Respublikasının Ucar rayonunun Əlikənd inzibati ərazi vahidində kənd.Şirvan düzündədir. == Əhalisi == Əhalisinin sayı 975 nəfərdir. == Toponimikası == Yaşayış məntəqəsi XIX əsrin sonla­rında Şaxlıq adlı yerdə salınmışdır. Azərbaycan dilinin dialektlərində şaxlıq “xırda meşəlik”, “kolluq” mənasındadır.
Şalıx
Şamlıq
Bala Şamlıq — Azərbaycanın Tovuz rayonunda kənd. Şamlıq — Azərbaycanın Tovuz rayonunda kənd. Şamlıq — Ermənistanda şəhər.
Şayiq
Şayiq (fars. شايق‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 923 nəfər yaşayır (190 ailə).
Şali
Şali (çeç. Шела) - Rusiyanın subyekti olan Çeçenistan respublikasında yerləşən Şalinski rayonunun şəhər mərkəzi. == Coğrafiyası == Şəhər Şalinski rayonunun mərkəzi hissəsində, Çeçen düzənliyinin ətəklərindən keçən meşə silsiləsini kəsən Bass çayının hər iki sahilində yerləşir. Arqun dəmiryol stansiyasından 18 km cənubda və Qroznı şəhərindən 36 km cənub-şərqdə, regional avtomobil magistralı qovşağının keçdiyi yerdədir. Şəhərin sahəsi 2009-cu ilin məlumatlarına görə 27,02 km²-dir. Mülayim kontinental iqlim üstünlük təşkil edir. Orta illik yağıntının miqdarı təxminən 450 mm-dir. == Tarixi == XIX əsrin ortalarında Şali Böyük Çeçenistanın ən böyük kəndlərindən biri idi. Strateji mövqeyinə görə, aul Qafqaz müharibəsi illərində çar qoşunlarına hücum etmək üçün yola çıxan İmam Şamil qoşunlarını toplanma nöqtəsi kimi xidmət edirdi. 1944-cü ildə Çeçenlər və İnquşların məcburi köçürülməsindən və Çeçen-İnguş Muxtar Sovet Sosialist Respublikasının ləğv edilməsindən sonra kənd Mejdureçe adlandırıldı.
Şaiq
Şaiq — kişi adı. Şaiq Məmmədov — azərbaycanlı jurnalist Şaiq Qədimov — tibb elmləri namizədi.
Sadiq Azayev
Sadiq Ağabalayev
Sadiq Baxışov