Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Silahsız Kuvvet
Sagopa Kajmer (türk: [sɑgopɑ kɑʒmæɾ]), əsl adı Yunus Özyavuz, ya da tanınan köhnə adlarıyla DJ Mic Check və Silahsız Kuvvet (hərf. Silahsız qüvvə; 17 avqust 1978, Samsun) — Türkiyə reperi, musiqi prodüseri, bəstəkarı, söz yazıçısı, mahnı yazıçısı və diceyi. Yunis Özyavuz 17 avqust 1978-ci ildə Samsunda doğuldu. İbtidai, orta və lisey təhsilini Samsunda tamamladı. 1966-cı ildə Samsunda yerli bir radioda diceyliklə işləməyə başladı. Daha sonra ali təhsil üçün İstanbula gəldi və İstanbul Universiteti Ədəbiyyat Fakültəsi(tr) Fars Dili və Ədəbiyyatı bölümündən məzun oldu. 1998-ci ildə Kuvvetmira adlı rep qrupunu qurdu və qrupda Silahsız Kuvvet adıyla yer aldı. Türkiyə rep sənətçilərinin 1999-cu ildə buraxdığı rep albomu olan Yeraltı Operasyonu albomunda yer aldı. Əvvəl Silahsız Kuvvet təxəllüsünü istifadə edən sənətçi daha sonra Sagopa Kajmer adından istifadə etməyə başladı və Sagopa Kajmer adlı bir albom buraxdı. Bu albomdan başqa, 2001-ci ildə On Kurşun, 2004-cü ildə Bir Pesimistin Gözyaşları albomunu yayımladı. G.O.R.A. filminin musiqilərini bəstələdi.
Hitler salamı
Hitler salamı (alm. Hitlergruß‎) — Nasist salamlaşması adı ilə də tanınan və Nasional Sosialist Alman Fəhlə Partiyasının üzvləri tərəfindən yaradılmış salamlaşma forması. Hitler salamı verən şəxs Adolf Hitlerə və onun apardığı siyasətə öz bağlılığını ifadə etməkdədir. Hitleri salamı vermək 1933-cü ildə Almaniyada Nasional Sosialist Alman Fəhlə Partiyası hakimiyyətə gələndən sonra Vermaxt əsgərləri və dinc əhali üçün məcburiyyət halına gətirilmişdir. Üçüncü Reyx dönəmi ərzində sözü gedən jest ümumi birlik ifadəsi kimi izah olunurdu. Günümüzdə keçmiş adı ilə Hitler salamı olaraq bilinən Nasist salamı vermək Almaniya və Avstriyada cinayət məsuliyyəti daşıyır. 1923-cü ilin əvvəllərinə qədər Nasional Sosialist Alman Fəhlə Partiyasının üzvü olan şəxslər öz liderlərini yuxarı istiqamətdə tam şəkildə açılmış qol hərəkəti ilə salamlamaqda idi. Adolf Hitler kütlə qarşısında ona ünvanlanan Hitler salamına sağ əlini qaldırır, dirsəyini yuxarı doğru bükərək cavab verirdi. Çox yaşa Hitler və Hitlerə Salam olsun kimi anlamlara gələn Hitler salamı alman dilində Heil Hitler! olaraq adlandırılmışdır.
Vulkan salamı
Vulkan salamı — 1960-cı illərdə yayımlanan televiziya serialı Ulduz Yolunda populyarlaşan əl jestidir. Jest orta və üzük barmağını bir-birindən ayırıb ovuc içini qabağa verib baş barmağı açmaqla yaranır.
İbn Salamın elçiliyi
İbn Salamın elçiliyi və ya Məcnunun atasının elçiliyi — Nizami Gəncəvinin "Leyli və Məcnun" əlyazmasına Mir Seyid Əli tərəfindən çəkilmiş rəsm əsəridir. Əvvəl L. Qartnerin kolleksiyasına daxil olan iki hissəli miniatür hazırda Harvard Universitetinin Artur M. Sakler muzeyində saxlanılır. == Təsvir == Miniatürdə ədəbi süjet lövhənin aşağı hissəsində - birinci planda təsvir olunur, yuxarıda isə əsas epizodla bilavasitə əlaqəsi olmayan köçərilərin həyatına aid müxtəlif məişət səhnələri verilir. Zəngin ornamentli xalçalarla bəzədilmiş yarımaçılı geniş çadırda Leylinin atası ilə İbn Salamın atası əyləşmişdir. Bu mərasimdə onların yaxın adamları da iştirak edirlər. Sol tərəfdə yemək-içmək gətirən ev xidmətçiləri, sağda isə əmrə müntəzir vəziyyətdə duran qonaq xidmətçiləri verilmişdir. Miniatürün əsas kompozisiya mərkəzini təşkil edən bu çadırın arxasında daha iki çadır görünür. İçərisi fantastik quş təsvirləri və orqament motivləri ilə bəzədilmiş çadırlardan birində Leyli və yaşlı bir qadın əyləşmişdir. Miniatürün ön planında on iki adam təsvir edilmişdir. Bütün fiqurların təfsirində canlılıq, ifadəlilik nəzəri cəlb edir.
Salamin
Salamin (yun. Σαλαμίνα və ya Σαλαμίς) — Yunanıstanın Afina yaxınlığındakı Saronikos körfəzinin eyni adlı adalarının ən böyüyü. Adanın sahəsi 91,503 kvadrat kilometrdir. 2011-ci il siyahıyaalmasına görə, əhalisi 39,283 nəfərdir. Attika periferiyasının Adalar adlı periferiya vahidində eyni adlı cəmiyyətə aiddir. Cəmiyyətin inzibati mərkəzi Salamin şəhəridir. == Tarixi == Eramızdan əvvəl VII-VI əsrlərdə adanın sahibi olmaq üçün Afina və Meqara arasında uzun mübarizə gedirdi. Salamin yaxınlığında antik dövrün ən məşhur döyüşlərindən biri baş vermişdir və burada yunanlar Femistoklun komandanlığı altında eramızdan əvvəl 480-ci ildə İran donanmasını məğlub etmişdilər. Salamin həmçinin Troya müharibəsi zamanı salaminlərə başçılıq edən Ayaksın adası kimi tanınır. == İqtisadiyyatı == Perama — Pirey bölgəsinin işçi əhalisi üçün bağ zonasıdır, xarici turistlərə burada nadir qarşılaşmaq olar.
Salami
Salami — İranın Rəzəvi Xorasan ostanının Xaf şəhristanının Salami bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,056 nəfər və 1,341 ailədən ibarət idi.
Şamsız
Şamsız - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunda kənd. == Tarixi == Toponim bitki adı bildirən şam sözünə -sız şəkilçisinin artırılması ilə düzəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə 124 nəfər, 1914 - cü ildə 186 nəfər, 1916-cı ildə 911 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanalar tarixi-etnik torpaqlarına dönmüşdür. Burada 1926-cı ildə 54 nəfər, 1931-ci ildə 52 nəfər azərbaycanlı yaşamışdır. 1940-cı illərdə azərbaycanlılar kənddən çıxarılmış və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Cəfər Salmasi
Cəfər Salmasi (d. 1918 22 sentyabr, İraq, Qədhimiyə – ö. 31 yanvar 2000. İran İslam Respublikası) ) – azərbaycanlı ağır atletika idmançısı. İranın birinci Olimpiya medalını qazanmış idmançıdır. İraqda anadan olsa da, əslən Cənubi Azərbaycanın Salmas şəhərindəndir. == Həyatı == Ağır atletika ilə məşğul olmamışdan əvvəl Cəfər Salmasi Bağdaddakı məktəblərdən birində müəllim kimi çalışmışdır. Sonra rəsimli kitablardan istifadə edərək gimnastik hərəkətləri öyrənmişdir. Təxminən, 20 yaşında olarkən İrana səfər etmiş və bu səfər zamanı iranlı idman ustaları tərəfindən kəşf edilmişdir. Bundan sonra, İran çempionatında iştirak etmək üçün dəvət edilmiş və qalib olmuşdur.
Salamin (Kipr)
Salamin (yun. Σαλαμίς və ya yun. Σαλαμίνα της Κύπρου) — Kipr adası, Şimali Kipr Türk Respublikasının Famaqusta şəhərinin 6 km qədər şimalında yerləşən antik şəhər. Şəhər Trodos dağından qaynaqlanan Pedios (Qanlıdərə) çayının dənizə tökülən hövzəsinə yaxın bir yerdə salınmışdır. XIX əsrin sonlarında, ağaclarla və torpaq təbəqəsiylə örtülmüş bir halda kəşf edilmiş və 1952-1974-cü illər arasında edilən qazıntılar nəticəsində şəhərin böyük bir hissəsi ortaya çıxarılmışdı. 1974-cü ildə ara verilən qazıntılar 1998-ci ildə Ankara Universiteti tərəfindən təkrar başlanmışdır. İncildə də adı çəkilən şəhər, həvari Barnaba və həvari Pavelin vəəzlərinə şahid olmuşdur. == Quruluşu və İlk dövr == Tunc dövrünün sonlarındakı köçlərlə Anadoludan gələn qövmlər və Yunanıstandan gələn axeylər tərəfindən qurulmuşdur. Bir başqa rəvayətə görə, Troya müharibəsinə qatılan və Salamin adası kralı Telamonun oğlu Tefkros şəhərin qurucusu olaraq bilinməkdədir. Antik şəhərdə tapılan ən qədim tapıntılar, şəhərin nekropolundan əldə edilən mənbələrə görə eramızdan əvvəl XI əsrə aiddir.
Salamin döyüşü
Salamin dəniz döyüşü e.ə 500–449-cu illər Yunan-İran müharibəsi əsnasında, e.ə 27 sentyabr 480-ci ildə Eqey dənizindəki Salamin adası yaxınlığında yunan(350–380 gəmi, komandan Evribid) və pers(1000 yaxın gəmi, komandan Kserks) donanmaları arasında baş verib. Afinalı strateq Femistoklun fəndinə görə yunan donanması iki cərgəyə düzüldü. Kserks gəmiləri 3 cərgəyə düzdü, bu isə onların manevr imkanını dar sahədə xeyli məhdudlaşdırdı. Döyüş əməliyatını yunanlar başladı. Onların gəmiləri daha çevik və yüngül idi. Qəti hucuma dözməyən perslər geri çəkilməyə başladı; sıralarının sıxlığına görə hərəkət azadlığından məhrum oldular və yunanların gəmilərinin qoçlarının zərbələrindən və bir biriləri ilə toğğuşmaları səbəbindən xeyli itki verdilər. Nəticədə perslər məğlub oldular. Onlar 200 gəmi itirdilər, yunanlar −40. Salamin döyüşündəki qələbə Yunan-İran müharibəsinin gedişini yunanların xeyrinə dəyişdi. == Mənbə == Советская военная энциклопедия Москва 1980 Военное издательство министерства обороны СССР T. 8 səh.
Icadyptes salasi
Icadyptes salasi — Pinqvinkimilər fəsiləsinə aid olan nəsli kəsilmiş növ. Onlar əsasən Cənubi Amerikanın tropik ərziləri sahillərində yayılmışdılar. Cins adı iki sözün birləşməsindən əmələ gəlmişdir: "Ica" — Perunun İka regionu, "dyptes" yunan məşhəlli soz olub "üzgüçü". Növ adı isə Peru paleontoloqu Rodolf Salasın şərəfinə adlandırılmışdır. Bu növə aid tapintılar İka departamentində Şimali Karolina Universiteti əməkdaşı olan Culii Klarkın rəhbərlik etdiyi ekspedisiya zamanı kəşf edilmişdir. Bu tapıntıya aid qalıqlar 1,5 m uzunluğa malikdirlər. Bu canlılar indiyənə qədər mövcud olmuş pinqvinlər arasında ölçüsünə görə üçüncüdürlər. Icadyptes salasi və Perudyptes devriesi növləri yaşadığı ərazilər əsasən isti bölgələr təşkil etmişdir. Hazırda isə, ancaq Eynəkli pinqvin və Qalapaqos pinqvini isti enliklərdə yaşayır. Alimlərin fikirinə görə pinqvinlər Antarktida, Yeni Zelandiya və cənub enliklərindən ekvatora 10 mln il öncə yayılmışlar.
Niyam Salami
Niyam Salami (doğum adıyla: Niyaməddin Salam oğlu Səfərov; d. 15 fevral 1976, Masallı) — Azərbaycan müğənnisi == Həyatı == Səfərov Niyaməddin Salam oğlu 1976-ci il fevral ayının 15-də Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. 1982–1992-cü illərdə Masallı rayonu, Ərkivan kənd orta məktəbində təhsil almışdır. 1994–1996-ci illərdə Bakı şəhərində Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində rəssamlıq ixtisası üzrə tədris almışdır. 2009–2021-ci illərdə Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli ilə işbirlikləri olmuş, bəstəkardan vokal dərsləri almış və onun müğənni üçün bəstələdiyi 7 mahnısını ifa etmişdir. === Ailəsi === Atası Səfərov Salam İsmayıl oğlu 1956-cı ildə Masallı rayonundə Ərkivan kəndində anadan olmuşdur. Uzun illər Dəmir yollarında mexanik vəzifəsində çalışmışdır. 2001-ci ildə dünyasını dəyişib. Anası Səfərova Hacıxanım Fərhad qızı Astara rayonunun Kakalos kəndində anadan olmuşdur. Evdar qadın olmuşdur.
Şalvarsız metro gəzintisi
Şalvarsız metro gəzintisi (ing. No Pants Subway Ride) — Hər ilin yanvar ayında dünyanın bir sıra ölkələrində keçirilən fleşmob. == Tarixi == İlk dəfə olaraq 2002-ci ildə ABŞ-da keçirilmişdir. 2015-ci ilin yanvar ayının 11-də bu fleşmob 14-cü dəfə qeyd olunub. Təkcə Nyu-Yorkda keçirilən aksiyada 4 mindən çox insan iştirak edib. Bu aksiyaya London, Berlin, Riqa, Pekin, Madrid, Sidney və digər meqapolis sakinləri də qoşulub. == Qaydaları == Fləşmob üzvləri yeraltı nəqliyyata – metroya şalvar və ətəksiz düşməlidir. Bununla yanaşı, iştirakçılar məsələn, kitab oxumaqla özlərini təbii aparmalıdırlar.