Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sapyornı yarımadası
Sapyornı yarımadası (rus. Полуостров Сапёрный) — Ruskiy adasının ərazisində yerləşən və onun ¼ hissəsini təşkil edir. Cənub-qərbdən Novik buxtası, şimaldan Şərqi Bosfor boğazı, şərqdən Ussuriyski körfəzi ilə əhatələnir. Yelena adasından süni kanalla ayrılır. Ən hündür zirvəsi Pospelov təpəsidir ki, onunda hündürlüyü 167 metrdir. İnzibati cəhətdən Vladivostok şəhəri Frunzenski rayonu ərazisinə daxildir.
Sailor
Sapfir
Sapfir - göy və mavi rəngli qiymətli daş. Kimyəvi quruluşu: Al2O3 Sapfir - geniş müalicə spektrlərinə malikdir. O, osteoxondroz, dəri xəstəlikləri zamanı qaşınmanı, (xüsusilə onu boyunda qızıl çərçivə içərisində gəzdirərlərsə) aşağı salır. Sol əldə gəzdirilən sapfir daşı olan üzük və ya qolbağı astma, ürək və nevrolgiyalar zamanı kömək edir. .
Sapporo
Sapporo (yap. 札幌市) — Yaponiyanın Hokkaydo prefekturasının mərkəzidir. Şəhərin rəsmi yaranma tarixi 1868-ci il hesab olunur. 1972-ci ildə XI Qış Olimpiya Oyunları Sapporoda keçirilmişdir.
Sipyer
Sipyer (fr. Sipyer) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qrass dairəsi, Qrass-1 kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Sent-Oban kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi 38,15 km², əhalisi 348 nəfərdir (2006) artım tendensiyası ilə: 372 nəfər (2012), əhalinin sıxlığı 9,8 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 374 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 372 nəfər.
Aspyr
Aspyr Media, Inc. – baş qərərgahı Ostin, Texasda yerləşən ABŞ videooyun nəşrçisi. 1996-ci ildə qurulan şirkət videooyunların, Microsoft Windows-dan MacOS və Linux-a daşınmasında ixtisaslaşıb. Aspyr'ın loqosu altında, daşınan məşhur seriyalar arasında Call Of Duty, Sivilizasiya, Ulduz Müharibələri, The Sims 2 və Borderlands iştirak edir. 2003-cü ildə Aspyr, Mac Əyləncə Bazarı'nın 60 faizinə sahib oldu. MacOS və Linux'dan, Aspyr, Game Boy Advance, Nintendo DS, Xbox, Xbox 360, PlayStation 2, IOS, Android və Windows Mobile'a da videooyun daşıyıb. Aspyr, videooyunlarının daşınmasından əlavə, Wideload Games'in 2005-ci ildə satışa çıxarılan Stubbs The Zombie in Rebel Without a Pulse adlı oyunu ilə məşhur hala gələn nəşriyyat xidmətləri də təqdim edir. Aspyr, 2014-ci ilin İyun ayında, Linux üçün, Sivilizasiya V'in daşınmasını satışa çıxardı. Aspyr, ayrıca bir çox albomlar və sənədli filmlər istehsal etdi və payladı. 2015-ci ildə Aspyr, Quantic Dream tərəfindən hazırlana Fahrenheit: İndigo Prophecy'ni, həm hazırladı, həm də nəşr etdi, bu onların daşınma sahəsinin xaricindəki təkmilləşdirilən ilk oyunu edir.
Mayor
Mayor (lat. maior — baş) — baş zabit heyətinin birinci hərbi rütbəsi. Bəzi ölkələrdə "komandante" (ispandilli ölkələrdə), "kommandant" (Fransa, İrlandiya) və s. adlandırılır. Səslənmə baxımından eyni olan və zabitliyə qədər ən ali dərəcə sayılan fransız rütbəsi ilə səhv salınmamalıdır (məsələn; fransız polisinin briqadir-mayoru). Rütbə XVII əsrdə polk serjant-mayoru — polk komandirinin köməkçisi rütbəsindən yaranmışdır. Mayor qarovula və polkun qidalanmasına görə məsuliyyət daşıyırdı. Polklar batalyonlara bölünəndə bir qayda olaraq batalyon komandiri mayor olurdu.
Sapfo
Qərb ədəbiyyatının ilk qadın nümayəndələrindən olan Sapfo yazıçılığın hələ inkişaf etmədiyi, tarixçilərin hər şeydən əvvəl şəhərlərin və o zaman üçün güc sahibi olan kişilərin işləri ilə maraqlandığı bir dövrdə yaşadığı üçün onun haqqında bildiklərimizin çoxunu məhz öz şeirlərinə borcluyuq. Lakin bu, onun həyatı ilə bağlı çoxlu ziddiyyətli hekayələrin uydurulması üçün də şərait yaratmışdı. Sapfo eramızdan əvvəl 630-cu ildə Lesbos adasındakı Eresosda doğulmuş və ömrünün böyük bir hissəsini adanın paytaxtı Mytilene’də keçirmişdi. Yunan lirik şairi olan Sapfo yazı üslubunun gözəlliyi ilə bütün əsrlərdə hamını özünə heyran etmişdi. Sapfo tarix boyu ən böyük qadın şairlərdən biri hesab olunur. Onun yaradıcılığı həm məhsuldar, həm də o dövrün təməlqoyma xarakterini daşıyaraq onun yolunu davam edən minlərlə başqa şair üçün nümunə olmuşdu. Müasir dövrdə onun adı və doğulduğu yer həmcinslərini, yəni qadınları sevən qadınların adı ilə eyniləşmişdir. Bu gün də Sapfo çoxları üçün qadın homoseksuallığının bir simvolu sayılır. Bəzi mənbələrdə ümumi “lezbiyan” ifadəsinin onun doğulduğu Lesbos adasının adından qaynaqlandığı deyilir. Başlanğıcda bir kişi və bir qadın arasında sevgini izah edən bu söz, Sapfonun dilimizə olan təsiri ilə günümüzdə iki qadın arasındakı romantik sevgini izah edən “saf” sözü kimi işlədilir.
Sopor
Sopor (lat. sopor — keylik, süstlük, yuxu) (soporoz hal - lat. status soporosus) — şərti reflekslərin itməsi və reflektor fəaliyyətin saxlanılması ilə huşun qaralması və itməsi, qeyri adi və müəyyən "dərin yuxu". Xəstə ətraf mühitə qarşı tam laqeyd olub, tapşırıqları yerinə yetirmir, sualları cavablandırmır. Ağrı qıcıqlarına mimiki əzələlərlə cavab verir. Bəzən ağrının şiddətindən asılı olaraq digər hərəki reaksiyalarla da cavablandırıla bilinir. Bu hal topor da (ölüm yuxusu; ölümcül yuxu) adlandırılır.
Sanyo
Sanyo Electric Co., Ltd. (yap. 三洋電機株式会社, Rom: San'yō Denki Kabushiki-gaisha) Yaponiyanın elektronika şirkətidir. Şirkətin baş ofisi Moriquçidə yerləşir. Sanyo şirkəti 1947-ci ildə Konosuke Matsushitanın qaynı və keçmiş Matsushita şirkətinin işçisi olan Toshio Iue (1902-1969) tərəfindən təsis edilmişdir. 21 dekabr 2009-cu ildə Panasonic şirkəti, Sanyo-nun 50,2%-lik səhmlərini 400 milyard yapon yeni qarşılığında satın alaraq, şirkəti özünün törəmə şirkəti etmişdir. 2010-cu ilin iyul ayında isə Panasonic, Sanyonun qalan səhmlərini də aldığını elan etmişdir.
Senyor Senyor böyük və Senyor Senyor kiçik (Kim Possibl)
Senyor Senyor böyük və Senyor Senyor kiçik - "Kim Possibl" serialının qəddar personajlardan biridirlər. Senyor Senyor böyük və Senyor Senyor kiçik (Cunior) pulla maraqlanan şəxslərdir. Yaşadıqları yer adadır. Senyor Senyor böyük əvvəllər "Milyonçular klubu"nun üzvü idi. Lakin sonralar klubdan xaric edilmişdir. Senyor Senyor böyük, oğluna qəddarların gizli məlumatlarını öyrədirdi ki, onun layiqli davamçısı olsun. Cunior əzələli bədənə sahib olan, gözəl və nisbətən ağıldankəmdir. Çox vaxtı oğulun yöndəmsizliyi ucbatından atasının və digər qəddar şəxslərin planları pozulur. Senyor Senyorun ən qəti düşməni Kim Possibldır. Lakin oğlu Senyor Senyor Cunior atasından fərqli olaraq Kim Possibla aşiqdir.
Aleksandra Savior
Aleksandra Savior MakDermot (14 iyun 1995, Portlend) — amerikalı müğənni, bəstəkar. Onun debüt studiya albomu "Belladonna of Sadness" 2017-ci ilin 7 aprel tarixində Columbia Records tərəfindən buraxılmışdır. İkinci studiya albomu "The Archer" 10 yanvar 2020-ci ildə işıq üzü görmüşdür. == Həyatı == Aleksandra Savior 14 iyun 1995-ci ildə Oreqon ştatının Portlend şəhərində anadan olub. O, ana bətnində olarkən anasına uşaqlıq yolu xərçəngi diaqnozu qoyulmuş, xoşbəxtlikdən anası xəstəlikdən sağalmışdır. Bu hadisəyə görə atası onun orta adı kimi Xilaskar mənasına gələn Savior-u seçib. Aleksandranın 12 yaşı olarkən valideynləri boşanmış, atası Nyu-Orlensə daşınmışdır. O, mahnı yazmağa 14 yaşında maraq göstərib. Musiqiçiliklə məşğul olan böyük qardaşından ilham alıb. Soul və qranj janrında olan mahnıları, ələlxüsus da atasının səsyazmalarını – Pearl Jam, Otis Redding və Jimi Hendrix kimi sənətçilərə qulaq asaraq böyüyüb.
Pyui-Sanyer
Püi-Sanyer (fr. Puy-Sanières, oks. Puei Sanheras) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Savin-le-Lak kantonuna daxildir. INSEE kodu — 05111. 2008-ci ildə əhalinin sayı 220 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 133 nəfər (15-64 yaş) arasında 94 nəfər iqtisadi cəhətdən, 39 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 70.7%, 1999-cu ildə 71.4%). Fəal olan 94 nəfərdən 92 nəfər (46 kişi və 46 qadın) çalışdı, 2 qadın işsizdi.
Püi-Sanyer
Püi-Sanyer (fr. Puy-Sanières, oks. Puei Sanheras) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Savin-le-Lak kantonuna daxildir. INSEE kodu — 05111. 2008-ci ildə əhalinin sayı 220 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 133 nəfər (15-64 yaş) arasında 94 nəfər iqtisadi cəhətdən, 39 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 70.7%, 1999-cu ildə 71.4%). Fəal olan 94 nəfərdən 92 nəfər (46 kişi və 46 qadın) çalışdı, 2 qadın işsizdi.
Sailor Moon
Seylor Mun və ya Yaponiyada tanınan adı ilə Bishoujo Senshi Sailor Moon (美少女戦士セーラームーン, Bishōjo Senshi Sērā Mūn, azərb. Gözəl qoruyucu Seylor Mun‎) — yapon manqaka Naoko Takeuçi tərəfindən yazılmış və çəkilmiş şoco manqa seriyası. Manqa seriyası 1991-1997-ci illərdə "Nakayoshi" jurnalında nəşr olunmuşdur. Bu dövrdə 52 fəsli 18 tankobon cildi şəklində çap edilmişdir. Manqa seriyası Seylor Muna çevrilərək Ay şahzadəsinin və Əfsanəvi Gümüş Kristalın (「幻の銀水晶」, Maboroshi no Ginzuishō) axtarışına çıxan 14 yaşlı qız Usaqi Tsukino haqqındadır. Seriya boyunca Seylor Mun Əfsanəvi Gümüş Kristalı qorumaq və Günəş sistemini məhv etmək istəyən düşmənlərin qarşısını almaq üçün yaradılmış Seylor döyüşçüləri (セーラー戦士, Sērā Senshi) komandasına başçılıq edir. Manqa seriyasının 18 cildi əsasında Toei Animation tərəfindən anime hazırlanmışdır. Anime Yaponiyada 5 mövsüm olmaqla 1992-1997-ci illərdə yayımlanmışdır. Bundan başqa, manqa seriyası əsasında 3 animasiya filmi, 3 qısametrajlı animasiya, 1 televiziya verilişi və "Gözəl qoruyucu Seylor Mun" adlı teleserial hazırlanmışdır. Anime hekayəsi 2014-cü ildən göstərilən "Sailor Moon Crystal" animesi ilə yenidən başladılmışdır.
Sandor Petöfi
Şandor Petöfi (mac. Petőfi Sándor, 1 yanvar 1823[…] – güm. 31 iyul 1849[…], güm. Albeşti[d]) — Məşhur macar şairi və liberal inqilabçı. Macarıstanın milli şairi hesab edilən Şandor Petöfi Macarıstan ədəbiyyatında və şeiriyyatında özünə məxsus iz qoymuşdur. Vətənpərvər Petöfi Macarıstanda 1848–1849-cu illərdəki Macar inqilabının rəhbərlərindən biri olmuşdur. O, Macar inqilabından ilhamlanaraq Milli Mahnı (Nemzeti dal) şeirini yazmışdır. Şandor Petöfi 1823-cü ildə yanvar ayının 1-də Kişkunfeledxaza şəhərində serb əsilli bir ailədə anadan olmuşdur. Ailəsinin maddi durumu ilə bağlı tez-tez başqa şəhərlərə köç edən Petöfi təhsilini də müxtəlif şəhərlərdə almışdır, lakin ilk şeirlərini 1835–1838-ci illərdə Asod şəhərində yaşayarkən yazmışdır. 1841-ci ildə Papa şəhərində təhsil aldığı bir vaxtda Petöfinin həyatında yeni bir mərhələ başlayır.
Sapporo Universiteti
Sapporo Universiteti (yap. 札幌大学) — Yaponiyanın Sapporo şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin əsası 1967-ci ildə qoyulmuşdur.
Sardor Rüstəmov
Drunken Sailor
"Drunken Sailor" (azərb. Sərxoş dənizçi‎), həmçinin "What Shall We Do with the Drunken Sailor?" (Sərxoş dənizçi ilə nə edək?) or "Up She Rises" (O, qalxır) — ənənəvi şanti. Roud Xalq Mahnısı İndeksində 322-ci yerdədir. Ən azı 1830-cu illərdə yelkənli gəmilərdə oxunurdu. Mahnının sözləri versiyalarına görə dəyişir, lakin adətən bu sualın bəzi variantını ehtiva edir: "Səhər tez vaxtlarda sərxoş dənizçi ilə nə edək?" Bəzi ifa üslublarında hər bir ardıcıl misra sərxoş dənizçini ayıltmaq və ya onu cəzalandırmaq üsulunu təklif edir. Digər üslublarda müxtəlif insanlar haqqında əlavə suallar verilir və cavablandırılır. "Drunken Sailor" XX əsrdə dənizçi olmayanlar arasında populyar bir mahnı kimi yenidən canlandırılmışdır. Mahnının auditoriyası genişlənərək insanlar arasında şanti repertuarının ən məşhur mahnılarından birinə çevrilmişdir. Bu, bir çox musiqi sənətçiləri tərəfindən ifa edilmiş və yazılmışdır. Mahnı müntəzəm olaraq populyar mədəniyyətdə müşahidə olunur.
Sandor Torgelle
Sándor Torghelle (5 may 1982[…], Budapeşt) — karyerasının sonuna yaxın Nemzeti Bajnokság II klubu Vasas üçün hücumçu kimi oynayan keçmiş macar futbolçusudur. O, karyerası ərzində Honved, Marcali, Crystal Palace, Panathinaikos, PAOK, Carl Zeiss Jena, FC Augsburg, Fortuna Düsseldorf və Videoton komandalarında çıxış edib. 2004–2010-cu illər arasında Macarıstan milli futbol komandasının heyətində 42 oyun keçirib. Macarıstanda böyüyən, Honvéd, Marcali VFC və MTK Hungária klublarında oynayan Torqelle daha sonra 2004-cü ilin avqustunda Crystal Palace FC ilə təxminən 750.000 funt sterlinqə imza atdı. UEFA Avro 2004-dən əvvəl o, Kayzerslauterndə Almaniyanı 2:0 hesabı ilə məğlub etdikləri şokedici beynəlxalq yoldaşlıq matçında Macarıstan milli komandasının heyətində hər iki qolu vurmaqla diqqətləri üzərinə çəkmişdi. O, 10 nömrəli formanı geyinirdi, lakin Crystal Palace-da müntəzəm bir siyahı təmin etmək üçün mübarizə aparırdı. O, Liqa Kubokunda Çarltonla matçda cəmi bir qol vurdu, lakin hakim kobud oyuna görə onu meydandan qovdu. Palace'da 12 ay qaldıqdan sonra Torqelle 10 nömrəli formanı Jon Mackenə transfer etdi və tezliklə 2005–06 mövsümü üçün Yunanıstanın Panathinaikos klubuna icarəyə göndərildi. Müqavilədə onun geri çağırılması ilə bağlı heç bir bənd yox idi, ona görə də bütün mövsümü Yunanıstanda keçirdi. Ancaq bu, kluba təsir edə bilmədi və Panathinaikos müqaviləni qalıcı etməməyi seçdi.
General-mayor
General-mayor — Azərbaycan Silahlı Qüvvələrində ali hərbi rütbə. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə kontr-admiral rütbəsidir.
Mayor Brenner
Mayor Rafailoviç Brenner (25 dekabr 1906 (7 yanvar 1907), Dnepr – 7 aprel 1973, Bakı) — Azərbaycan pianoçusu, pedaqoq, Azərbaycan SSR xalq artisti (1968). == Həyatı == Mayor Rafailoviç Brenner 25 dekabr 1906 (7 yanvar 1907)-ci ildə Yekaterinoslavda (hazırkı Dnepr) anadan olmuşdur. Brennerin uşaqlıq illəri Yekateroslavda keçib. Musiqiçi ailəsində doğulduğu üçün ilk dərslərini peşəkar pianoçu olan atasından alıb. Yekaterinoslav Musiqi Kollecində S. D. Xramovun sinfində dərs alan Brenner eyni zamanda müşayiətçi kimi çalışıb və fortepiano dərsləri verib. Texnikumda oxuduğu müddətdə (1921–1925) Brenner dəfələrlə solo proqramlarla çıxış etmiş, onun repertuarına Çaykovskinin və Rimski-Korsakovun fortepiano konsertləri də daxil olmuşdur. Peterburq konservatoriyasını bitirmiş (1930), Peterburq filarmoniyasının solisti olmuşdur (1930–1935). 1935-ci ildə Hacıbəyov onu şəxsən Azərbaycan Dövlət Konservatoriyasına dəvət etmiş və Brenner ömrünün sonunadək burada dərs demişdir. Azərbaycanda pianoçu kadrların (F. Bədəlbəyli, F. Quliyeva, N. Usubova və b.) yetişdirilməsində, ifaçılıq mədəniyyətinin inkişafında böyük rolu olmuşdur == Təltif və mükafatları == "Azərbaycan SSR xalq artisti" fəxri adı — 25 iyun 1968 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 24 may 1960 == İstinadlar == == Ədəbiyyat == Музыкальная энциклопедия: [в 6 т.]. Т. 1.
Mayor gölü
Mayor gölü — Çeçenistanın Naurski rayonunda, Tersko-Kumskaya ovalığında göl. Gölün səthinin sahəsi — 0.18 km², göl dəniz səviyyəsindən 92–94 m yüksəklikdə yerləşir. == Təsviri == Mayor gölü Mayor fermasından təxminən 500 m cənubda, Stavropol diyarı ilə sərhədə yaxın yerdə yerləşir. Qərb və şərq sahilləri çox girintilidir. Dibi düz və palçıqlıdır. Gölün mərkəzində bir neçə ada var. Kiçik qamış bataqlıqları da var. Cənub sahilində ağaclar, əsasən qovaq, alma ağacı, meşə armudu, tut, kollar var. Gölün ətrafı, il boyu otlaq kimi istifadə olunan yarı səhra mənzərəsi ilə əhatə olunmuşdur. Göl əsasən qrunt suları ilə qidalanır.
Sayur (çay)
Sayur (ərəb. نهر الساجور‎ ; türk. Sayur Çayı) ― 108 kilometr (67 mil) Türkiyədən başlayaraq Suriya ərazisində Fərat çayına tökülən uzun çay. Sayur Suriyada Fərat çayına qovuşan üç çaydan ən kiçiyi və sağ sahilində Fərata qovuşan yeganə çaydır. Sayur hövzəsində məskunlaşılma Alt plaeolit dövründə başlamışdır və bu günə qədər davam edir. Sayur çayı 60 kilometr (37 mil)-i Türkiyə, 48 kilometr (30 mil)-i isə Suriya ərazisində olmaqla 108 kilometr (67 mil) uzunluğundadır. Çay Qaziantepin cənubunda birləşən iki axınla qidalanır. Buradan başlayan Sayur Suriya-Türkiyə sərhədini keçənə qədər cənub-şərqə doğru axır. Daha sonra çay Fərata tökülənə qədər onu sağ sahili boyu təxminən şərq istiqamətində davam edir. Çayın orta su sərfi saniyədə 4,1 kub metrdir.
SAPHO sindromu
SAPHO sindromu – S-sinovit (iri oynaqların oliqoasimmetrik artriti, birtərəfli sakroiliit), A – acne, P – pustulosis (pustulyoz psoriaz, ovuc-pəncə pustulyozu və ya irinli adenit), H – hiperostoz (xüsusilə döş qəfəsinin ön səthi körpücük-akromion hiperostozu ilə), O – osteit (simfizin birləşməsi, sakroiliit, spondilodissit). Aseptik artrit müxtəlif dəri elementləri ilə gedir. Törədici kimi Propionibacterium acnes güman edilir. HLA-B27 xəstələrin bir qismində pozitiv olur.
Şamxor
Şəmkir — Azərbaycanda şəhər, Şəmkir rayonunun inzibati mərkəzi. 1944-cü ildə rayon tabeli şəhər statusu almışdır. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şamxor rayonunun Şamxor şəhəri dəqiqləşdirmə qaydasında Şəmkir şəhəri adlandırılmışdır. Şəmkir şəhərinin adı eyni adlı qədim qala ilə bağlıdır. Həmin qalanın xarabaları şəhərdən 20 km şərqdə, Muxtariyyət kəndinin yaxınlığında qalmışdır. Şəmkir şəhərinin V – VI əsrlərdə salınması güman edilir. Orta əsrlərdə Şamxur adı ilə tanınmış bu şəhər Kiçik Qafqaz ərazisindən axan Böyük Şəmkir çayının sahilində yerləşirdi. O vaxtlar şəhərin ərazisi 20 hektar olmuşdur. Orda səkkiz qülləli feodal qəsri vardır. Bu şəhərin sərvətləri əcnəbi tacirlər və yadelli işğalçıları həmişə özünə cəlb edirdi.
Şaplar
Şaplar — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Şaplar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Şaplar kəndi Dalqılıclı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şaplar kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 25 noyabr 2020-ci il tarixində noyabr ayının 10-da imzalanmış üçtərəfli bəyanata əsasən işğaldan azad edilmişdir. Bu kənd Şapı adında qeydə alınmışdır. Əslində Şahpərilər olduğu söylənilir. Kürdlər arasında şəxs adlarının yuvarlaq işlənməsi nəticəsində Şahpəri adı Şapı formasına düşmüşdür. Yerli əhalinin məlumatına görə kəndi XIX əsrdə Kərbalayi Ellaz qızı Şahpəriyə cehizlik verilmiş binə yerində onun övladları saldığına görə verilmişdir. İşğal altında olan Şaplar kəndində 2014-cü il iyulun 11-də erməni xüsusi təyinatlıları tərəfindən keçirilən əməliyyat zamanı Həsən Həsənov adlı bir azərbaycanlı öldürülmüş, Şahbaz Cəlal oğlu Quliyev və Dilqəm Qardaşxan oğlu Əsgərov adlı iki azərbaycanlı isə girov götürülmüş və onlara cinayət işi açılmışdır. Kənd əhalisi kürdlər və azərbaycanlılardan ibarətdir.
Şapar
Şapar (çuvaş Шӑпӑр, rus. Шапар), Şabr (çuvaş Шӑбр, rus. Шабр), Şıbır (çuvaş Шыбыр) və ya Puzır (rus. Пузырь) — türkdilli çuvaşlara məxsus tuluq zurnası. Müasir dövrlərə qədər şapardan sadəcə toy mərasimlərində istifadə edilirdi.
La-Şaplod
La-Şaplod (fr. La Chapelaude) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Lyursi-Levi kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03087. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 974 nəfər təşkil edirdi. == İqtisadiyyatı == Kommuna Monlyuson şərab bölgəsinin bir hissəsidir. 2007-ci ildə əmək qabiliyyətli 641 nəfər (15–64 yaş arasında) 478 nəfər iqtisadi fəal, 163 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74,6%, 1999-cu ildə 66,3%). Fəal olan 478 nəfərdən 431 nəfər (241 kişi və 190 qadın) işləyir, 47 nəfər işsizdir (22 kişi və 25 qadın).
Sándor Torghelle
Sándor Torghelle (5 may 1982[…], Budapeşt) — karyerasının sonuna yaxın Nemzeti Bajnokság II klubu Vasas üçün hücumçu kimi oynayan keçmiş macar futbolçusudur. O, karyerası ərzində Honved, Marcali, Crystal Palace, Panathinaikos, PAOK, Carl Zeiss Jena, FC Augsburg, Fortuna Düsseldorf və Videoton komandalarında çıxış edib. 2004–2010-cu illər arasında Macarıstan milli futbol komandasının heyətində 42 oyun keçirib. Macarıstanda böyüyən, Honvéd, Marcali VFC və MTK Hungária klublarında oynayan Torqelle daha sonra 2004-cü ilin avqustunda Crystal Palace FC ilə təxminən 750.000 funt sterlinqə imza atdı. UEFA Avro 2004-dən əvvəl o, Kayzerslauterndə Almaniyanı 2:0 hesabı ilə məğlub etdikləri şokedici beynəlxalq yoldaşlıq matçında Macarıstan milli komandasının heyətində hər iki qolu vurmaqla diqqətləri üzərinə çəkmişdi. O, 10 nömrəli formanı geyinirdi, lakin Crystal Palace-da müntəzəm bir siyahı təmin etmək üçün mübarizə aparırdı. O, Liqa Kubokunda Çarltonla matçda cəmi bir qol vurdu, lakin hakim kobud oyuna görə onu meydandan qovdu. Palace'da 12 ay qaldıqdan sonra Torqelle 10 nömrəli formanı Jon Mackenə transfer etdi və tezliklə 2005–06 mövsümü üçün Yunanıstanın Panathinaikos klubuna icarəyə göndərildi. Müqavilədə onun geri çağırılması ilə bağlı heç bir bənd yox idi, ona görə də bütün mövsümü Yunanıstanda keçirdi. Ancaq bu, kluba təsir edə bilmədi və Panathinaikos müqaviləni qalıcı etməməyi seçdi.