SENYÓR₁

[ lat. senior – böyük] Qərbi Avropada orta əsrlərdə: özünə məxsus olan ərazi miqyasında dövlət başçısı hüququna malik torpaq sahibi, feodal.
SENYÓR₂
SENZ
OBASTAN VİKİ
Senyor Senyor böyük və Senyor Senyor kiçik (Kim Possibl)
Senyor Senyor böyük və Senyor Senyor kiçik - "Kim Possibl" serialının qəddar personajlardan biridirlər. Senyor Senyor böyük və Senyor Senyor kiçik (Cunior) pulla maraqlanan şəxslərdir. Yaşadıqları yer adadır. Senyor Senyor böyük əvvəllər "Milyonçular klubu"nun üzvü idi. Lakin sonralar klubdan xaric edilmişdir. Senyor Senyor böyük, oğluna qəddarların gizli məlumatlarını öyrədirdi ki, onun layiqli davamçısı olsun. Cunior əzələli bədənə sahib olan, gözəl və nisbətən ağıldankəmdir. Çox vaxtı oğulun yöndəmsizliyi ucbatından atasının və digər qəddar şəxslərin planları pozulur. Senyor Senyorun ən qəti düşməni Kim Possibldır. Lakin oğlu Senyor Senyor Cunior atasından fərqli olaraq Kim Possibla aşiqdir.
Senyoraj
Senoraj (fr. seigneuriage)— Fransız sözü senyor (yəni, öz ərazisində pul çapetmə səlahiyyətinə malik yeganə feodal) sözündən yaranıb və pul çapı vasitəsi ilə yaradılan gəlir mənasını verir. Pul təklifindəki artım inflyasiyaya səbəb olur. Bəs nəticədə inflyasiya baş verəcəksə, mərkəzi banklar niyə pul çap edirlər? Bunun əsas səbəbi senyorajdır. Dövlət müəyyən mal və xidmətlərin alınmasına, eləcə də əhalinin az gəlirli təbəqəsinə transfertlərə müəyyən xərclər çəkir. Hökumət bu xərcləri müxtəlif yollarla (vergi, məqsədli fondlardan büdcəyə transferlər, dövlət əmlakının satışından gəlirlər və s.) təmin edə bilər. Bu yollardan biri də senyorajdır. Senyoraj bir baxımdan inflyasiya vergisidir. İnflyasiyanı bir vergi kimi görmək ilk növbədə çətin ola bilər.
Nostra Senyora de Meritxell Xəstəxanası
Nostra Senyora de Meritxell Xəstəxanası — Andorradakı yeganə xəstəxana. O, Andorranın himayədarı olan Meritxel xanımının şərəfinə adlandırılıb. Xəstəxana 1993-cü ildə Eskaldes-Enqordanidə cəmi 5000 m²-lik çox dik bir ərazidə tikilmişdir. 12 mertebeli tikilən xəstəxananın aşağı hissəsində 267 avtomobil üçün dayanacaq təmin edilmişdir. Üst mərtəbələr S şəkilli xətti blok şəklində qurulmuşdur. Oteldə şəxsi vanna otağı olan 192 tək otaq var. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 70-ci ildönümünə həsr olunmuş xəstəxana meydanında incəsənət instalyasiyasının açılışı 2018-ci ilin dekabrında Səhiyyə Naziri Karles Alvares tərəfindən olmuşdur. Yaxın zamanda yeni radioterapiya şöbəsi xəstəxananın yanında, Avenida Fiter Rossel küçəsindəki avtomobil dayanacağında tikiləcək və ona liftlə qoşulacaq. Xüsusi müalicə üçün xəstələr vertolyotla Barselonaya və ya Tuluzaya göndəriləcək.

Значение слова в других словарях