Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sarımsaq
Sarımsaq (lat. Allium sativum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. Sarımsaq ağımtıl rəngli soğanaqlı bitkidir. Dadı çox kəskin yandırıcı olmaqla yanaşı, özünəməxsus ətirli iyi vardır. Sarımsaqdan Şərq təbabətində çox qədim zamanlardan dərman kimi bir sıra xəstəliklərə qarşı istifadə olunur. Məsələn, xroniki mədə-bağırsaq xoralarının müalicəsində, zəiflikdə, avitaminozda, zob xəstəliklərində və s. Tərkibində "fitonsid" maddəsinin mövcudluğundan, sarımsaq son dərəcə qüvvətli bakterisid təsirə malikdir. Sarımsaqdan alınan "allisin" maddəsinin çox qüvvətli bakterisid təsiri vardır. Onun on mində bir nisbətini su ilə durulaşdırdıqda belə yenə də bakteriyalara öldürücü təsir göstərir, onların inkişafını dayandırır. Son illərdə aparılan tədqiqatlar nəticəsində sarımsağın tərkibində bir sıra müalicə əhəmiyyətli maddələrin olduğu müəyyən edilmişdir.
Sarımsaq bageti
'Sarımsaq bageti' - Fransa mətbəxi. Baget, uzunsov yumru çörək, Fransanın simvollarından biridir, xüsusilə Parisin. Eyfel qülləsi, şərab, beret və ya pendirin simvola çevrilməsi kimi. Fransadan kənarda da çoxlu növ baget var, onlar dünyanın çox ölkəsində məşhurlaşıblar. Fransız mətbəxi tərəvəzlərdən tez-tez istifadə etməsi ilə xarakterizə olunur: kartoflar, qabıqlı lobya, bütün növ soğanlar, ispanaq, kələm, pomidor, badımcan, kərəviz, göbələklər – bütün bunlar appetayzerlərin (iştaha açıcıların), əsas yeməklərin və qarnirlərin əsasıdır. İlkin yemək adətən sup olur, ən məşhuru isə kəvər sup-püredir.
Sarımsaq turşusu
Sarımsaq turşusu - Azərbaycan və bir sıra başqa şərq ölkələrinin mətbəxinə aid olan ənənəvi turşulardan biridir. == Lazım olan ərzaqlar == 1 litrlik banka üçün 10 baş sarımsaq (təxminən yarım kilo) 4 ədəd dəfnə yarpağı 4 ədəd mixək 5-6 ədəd yumru qara istiot 2 xörək qaşığı iri duz Təxminən 2 stəkan üzüm sirkəsi == Hazırlanma qaydası == Sarımsaq başlarının üst bir neçə lay qabığını soyun. Elə edin ki, dişlər ayrılmasın, baş bütov qalsın. Sarımsağı bankaya yığın. İçinə dəfnə yarpağı, mixək və istiotu əlavə edin. Sirkə tökün. Bankanı bağlayın. Ehmallıca o tərəfə bu tərəfə döndərin ki, ədvalar yayılsın. Bankanı sərin yerə qoyun.Turşu təxminən 2 aya hazırdır.
Sarımsaq çörəyi
Sarımsaq çörəyi — sarımsaq,zeytun yağı və ya kərə yağı ilə örtülmüş bir növ çörəkdir. Bu çörək adətən baget şəklində hazırlanır. Bəzi versiyaları,Çeddar, Mozzarella və Brınza kimi müxtəlif pendir növləri ilə örtülür. Bəzi restoranlarda məzə kimi serv olunur.
Kəvərəbənzər sarımsaq
Sarıdağ
Sarıdağ (zirvə)
Sarıbağ (Takab)
Sarıbağ (fars. ساري باغ‎) - İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd.
Sarıdağ (zirvə)
Sarıdağ — Baş Qafqaz silsiləsinin şərqində yerləşən və hündürlüyü 3360 metr olan zirvə. Dağ Azərbaycan ilə Rusiya (Dağıstan) arasında sərhəddə yerləşir. Mühüm hidrocoğrafi mövqeyə sahibdir. Dağ Samur çayı, Qazıqumux Göysu çayı və Avar Göysu çayını ayıtır. Onun ərazisindən başlayan qollar Samur və Avar Göysu çaylarına tökülür. Dağdan başlayan bəzi çay qolları isə Qanıxçaya tökülür.
Sarıdağ (Babək rayonu)
Sarıdağ — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində dağ. Vayxır kəndindən 4 km cənub-şərqdədir. Hündürlüyü 1725 m-dir. Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsindən qərbə uzanan Qarabaş ayrılmasının qurtaracağında, onun Quşqayası yüksəkliyindən (hünd. 1757,7 m) cənub-qərbə ayrılan eyniadlı tirənin ən yüksək zirvəsi. Vayxır kəndindən 4 km-dək şərq-çənub-şərqdədir. Orta Eosenin Lütet mərtəbəsinin üst hissəsinə aid Alt Paradaş lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahına aid Ağqaya-Sarıdağ antiklinalının xırda qırışıqlarla mürəkkəbləşmiş şimal-şərq qanadında yerləşir. Qərb yamacından şimal-şərq istiqamətli fay-yerdəyişmə qırılması keçir.
Sarıdağ (Culfa rayonu)
Sarıdağ — Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində dağ. Əlincəçayın aşağı axınında, onun dərəsinin sağ yamacında, Qızılca kəndindən 3,5 km cənub-şərqdədir. Hündürlüyü 1181,8 m-dir. Cənub-qərb yamacı sıldırımdır. Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsindən cənub-qərbə uzanan Çaşırdağ ayrılmasının qurtaracağında zirvə. Əlinсəçауın sağ sahilində, Ərəzin kəndindən 2,6 km şimal-şimal-şərqdədir. Orta Miosenin Tarxan regiomərtəbəsinin üst hissəsinə aid Ərəzin lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuşdur, cənub və şərq yamacları sıldırımlı yüksəklikdir. Qərb yamacında şimal-şərq istiqamətdə uzanan Orta Miosen yaşlı subqələvi qabbroid tərkibli subvulkanik kütlə açılır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ antiklinalının Naxçıvan qoyulma çökəkliyinin hüdudlarına izlənilən şimal-qərb periklinal hissəsinin maili cənub-qərb qanadında yerləşir.
Sarıdağ (Şahbuz rayonu)
Sarıdağ — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin cənub-qərb yamacında, Sarnındibiçayın mənbə hissəsindədir. Hündürlüyü 1986,9 m-dir. Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsindən qərbə uzanan Qarabaş ayrılmasında zirvə. Külüs kəndindən 4 km-dək cənub-qərbdə, Sarınındibi çayının mənbə hissəsindədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahına aid Türkeş-Milax antiklinalının şimal-şərq qanadında yerləşir.
Sarıdağ (Şərur rayonu)
Sarıdağ — Şərur rayonu ərazisində Dəmirçi kəndindən 2 km cənub-şərqdə, Vəlidağdan (1242,2 m) 5 km cənub-şərqdə, Naxçıvan dağarası çökəkliyinin şimal-qərbində, Şərur düzənliyinin şimal kənarında, Araz çayının sol sahilindəki Dəhnə-Vəlidağ tirəsinin eyniadlı cənub-şərq seqmentində dağ. Hündürlüyü 1084,1 m-dir. Zirvə hissəsi və cənub-şərq yamacları Orta Devonun Eyfel mərtəbəsinə aid Qurdqapısı lay dəstəsinin, şimal-qərb yamacları ondan yaşlı Danzik lay dəstəsinin əhəngdaşı, qumdaşı, kvarsit, şist və argillitlərindən təşkil olunmuş günbəzvarı yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb qurtaracağında, Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin gömülmüş cənub-qərb cinahında, cavan çöküntülər altından yer səthinə çıxan Dəhnə-Vəlidağ tirəsinin Sarıdağ seqmentində müşahidə edilən ikincidərəcəli Dəmirçi antiklinalının cənub-şərq qanadında yerləşir. Zirvə və yamaclarından şimal-qərb və şimal-şərq istiqamətli fay və əks-fay qırılma pozulmaları keçir.