Sarıdağ — Şərur rayonu ərazisində Dəmirçi kəndindən 2 km cənub-şərqdə, Vəlidağdan (1242,2 m) 5 km cənub-şərqdə, Naxçıvan dağarası çökəkliyinin şimal-qərbində, Şərur düzənliyinin şimal kənarında, Araz çayının sol sahilindəki Dəhnə-Vəlidağ tirəsinin eyniadlı cənub-şərq seqmentində dağ. Hündürlüyü 1084,1 m-dir. Zirvə hissəsi və cənub-şərq yamacları Orta Devonun Eyfel mərtəbəsinə aid Qurdqapısı lay dəstəsinin, şimal-qərb yamacları ondan yaşlı Danzik lay dəstəsinin əhəngdaşı, qumdaşı, kvarsit, şist və argillitlərindən təşkil olunmuş günbəzvarı yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb qurtaracağında, Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin gömülmüş cənub-qərb cinahında, cavan çöküntülər altından yer səthinə çıxan Dəhnə-Vəlidağ tirəsinin Sarıdağ seqmentində müşahidə edilən ikincidərəcəli Dəmirçi antiklinalının cənub-şərq qanadında yerləşir. Zirvə və yamaclarından şimal-qərb və şimal-şərq istiqamətli fay və əks-fay qırılma pozulmaları keçir.[1]
Sarıdağ | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1084,1 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |