Sarıdağ (Şahbuz rayonu)

SarıdağNaxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin cənub-qərb yamacında, Sarnındibiçayın mənbə hissəsindədir. Hündürlüyü 1986,9 m-dir. Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsindən qərbə uzanan Qarabaş ayrılmasında zirvə. Külüs kəndindən 4 km-dək cənub-qərbdə, Sarınındibi çayının mənbə hissəsindədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahına aid Türkeş-Milax antiklinalının şimal-şərq qanadında yerləşir.[1]

Sarıdağ
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1986,9 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov . 2005. səh. 596. ISBN 5-8066-1468-9.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]