SARSILMAQ

f.
1. Şiddətli zərbədən dağılmaq, uçmaq, böyük zədə almaq; titrəmək.
Bizim təyyarələr… Od saçır hər yan; Topların səsindən sarsılır cahan. M.Rahim.
Yaxınlığa düşən mərmi partlayışından qazma möhkəmcə sarsıldı, lampa söndü … ara qarışdı. Ə.Əbülhəsən.

2. məc. Təsirli, kədərli bir xəbərdən, işdən, hadisədən və s.-dən çox böyük həyəcan keçirmək, ruhi əzab çəkmək, mütəəssir olmaq, sarsıntı keçirmək.
Oğlan bu dəhşətli tələbdən sarsıldı. Mir Cəlal.
Kamal bu sərt, amansız həqiqəti ona söyləyəndə ana sarsılmışdı… M.Rzaquluzadə.

3. məc. Qırılmaq, puç olmaq, alt-üst olmaq.
Onun ümidləri hər tərəfdən sarsılmışdı. M.S.Ordubadi.

Синонимы

  • SARSILMAQ əyilmək — səndələmək
  • SARSILMAQ pozulmaq — pisləşmək — xarablaşmaq
  • SARSILMAQ silkələmək — əsmək — titrəmək
  • SARSILMAQ həyəcanlanmaq — əsəbiləşmək — karıxmaq — çaşmaq

Антонимы

  • SARSILMAQ SARSILMAQ – MÖHKƏMLƏNMƏK Sarsılır cümlə əqrəbası onun; Daima yaslı, daima məhzun (H.Cavid); O, çəkişmələrdə, vuruşmalarda möhkəmlənmişdi (“Ulduz”)

Этимология

  • SARSILMAQ Sarsmaq feili “titrəmək” demək olub. Söz bununla bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
SARSILMA
SARSILMAZ

Значение слова в других словарях

игнори́рование изна́шиваемость учёба антипати́ческий впечатли́ть гемоглоби́нный игроте́хник небезвре́дно перетрави́ться сотряса́ть щеня́чий математика blossom Cambridge blue deep-dyed hot lick membranaceous paviour ridden twicer воробьиный противошоковый птенец сгинуть шарлотка