Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
106 saylı avtobusun partladılması
106 saylı avtobusun partladılması — 17 iyun 1984-cü ildə Bakı şəhərində 106 saylı sərnişin avtobusunun erməni terrorçusu Henrix Vartanov tərəfindən partladılması hadisəsi. 17 iyun 1984-cü ildə Bakı şəhərində 106 saylı sərnişin avtobusu erməni terrorçusu Henrix Vartanov tərəfindən partladıldı. Vartanovun bu qanlı əməli o vaxt SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən terror aktı kimi deyil, onunla müdiriyyət arasında olan narazılıq kimi qiymətləndirildi. İki uşaq anası olan bir qadın həlak olmuş, üç nəfər yaralanmışdır. "Zaman Azərbaycan" qəzeti, 22 noyabr 2012-ci il. Təmiz Söhbət - Ziya Yusifzadə (26.03.1999) — YouTube saytı.
Saylı Sarıcalı yaşayış yeri
Saylı Sarıcalı — yaşayış yeri Ağcabədi rayonu Sarıcalı kəndindən 1,6 km şimal-şərqdə 1 saylı Quzanlı qaçqın qəsəbəsinə gedən yolun üzərində yerləşir. Diametri 100 m, hündürlüyü 1 m-ə yaxın olan təpənin mərkəzi hissəsindən yol keçir. Abidənin səthi və ətrafları dağılsa da arxeoloji qazıntılar aparmaq üçün hələ də salamat hissələr qalmaqdadır. Yaşayış yeri Leylatəpə mədəniyyətinə aiddir.
123 saylı Nüvə Razılaşması
123 Sazişi, Saziş 123 və ya 123 saylı Nüvə Razılaşması — ABŞ-nin 1954-cü il Atom Enerjisi Aktının "Başqa Millətlərlə Əməkdaşlıq" başlıqlı 123-cü Maddəsi. ABŞ və hər hansı digər dövlət arasında nüvə sazişləri üçün ilkin şərt kimi əməkdaşlıq müqaviləsidir. Bu günə qədər ABŞ 48 ölkə ilə təxminən iyirmi üç saziş imzalayıb. Obama administrasiyası tərəfindən 2009-cu ildə Birləşmiş Ərəb Əmirlikləri ilə imzalanmış 123 müqavilə 123 Sazişinin "qızıl standartı" adlandırılır.
103 saylı Gədəbəy seçki dairəsi
105 saylı Tovuz seçki dairəsi
107 saylı Qazax seçki dairəsi
AŞPA-nın 2085 saylı qətnaməsi
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2085 saylı qətnaməsi — Azərbaycanın cəbhəyanı bölgələrinin sakinlərinin sudan qəsdən məhrum edilməsi ilə bağlı AŞPA tərəfindən 26 yanvar 2016-cı ildə qəbul edilmiş qətnamə. Sənəddə Beynəlxalq çayların suyundan istifadə haqqında 1966-cı il Helsinki(en) və 2004-cü il Berlin Qaydalarına(en) istinad edilməklə, sudan istifadə hüququnun əhəmiyyəti və dövlətlərin bu hüququ təmin etmək öhdəliyi vurğulanır. Qətnamədə, həmçinin, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 20 may 2014-cü il tarixli bəyanatına da xatırlatma edilir. AŞPA-nın 2085 saylı qətnaməsində Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazisində yerləşən Sərsəng su anbarının cari vəziyyətinin yeni humanitar böhran yarada bilməsi ehtimalı qeyd olunmuş və Ermənistan hakimiyyətindən su ehtiyatlarından "siyasi təsir aləti və ya təzyiq vasitəsi kimi istifadəni dayandırması" tələb edilmişdir. Bununla yanaşı, sənəddə sözügedən məsələ ilə bağlı hesabatın hazırlanması zamanı Ermənistan parlamentinin nümayəndə heyətinin və digər səlahiyyətli şəxslərin əməkdaşlıq etməməsi Assambleya tərəfindən qətiyyətlə pislənilmişdir. 1980-ci illərin sonlarında Ermənistanla Azərbaycan arasında başlanmış münaqişə tezliklə genişmiqyaslı müharibəyə çevrilir və Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonun erməni silahlı qüvvələri tərəfindən işğalı ilə nəticələnir. Ermənilər tərəfindən ələ keçirilmiş strateji əhəmiyyətli obyektlərdən biri də Sərsəng su anbarı olur. Hələ 1976-1977-ci illərdə Heydər Əliyevin Azərbaycan KP MK-nin I katibi olduğu dövrdə həmin anbarla yanaşı, Tərtər çayı üzərində gücü 50 MVt olan eyni adlı su elektrik stansiyası da tikilib istifadəyə verilmişdi. Nəticədə nəinki içməli suyun təmin edilməsinə, həm də Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Ağdam və Goranboy rayonlarının ümumilikdə 120 min hektara yaxın əkin sahələrinin suvarılmasına nail olunmuşdu. Müharibənin başlanması Azərbaycanın ən yüksəklikdə yerləşən və Qarabağ iqtisadi rayonunun ümumi su tutumu 575 mln m³ olan ən iri su hövzəsinə – Sərsəng su anbarına da öz təsirini göstərir.
4.1 saylı layihə
4.1 saylı layihə (ing. Project 4.1) — Bu ad altında aparılmış tibbi təcrübəni Marşall adalarının sakinlərinin başına gətirib. 1954-cü ilin martın 1-də atom partlayışı nəticəsində alınmış radiasiyanın nəticələrini insanlar üzərində müşahidə etmək üçün amerikalılar belə dəhşətli təcrübəyə qol qoydular. Onlar belə nəticələri heç gözləmirdi. Təcrübədən sonrakı ilk 5 ildə uşaq salma və ölü doğulma halları həmişəkindən 2 dəfə artmışdı. Sağ qalanların əksəriyyəti xərçəng xəstəliyinə tutuldu.
701 saylı Motoatıcı Briqada
701-ci Briqada — Azərbaycan Silahlı Qüvvələri-nin ilk hərbi hissəsi.I Qarabağ müharibəsində şücaət və qəhrəmanlıqla iştirak etmiş hərbi birləşmə. 9 oktyabr 1991-ci ildə Ali Sovet Silahlı Qüvvələrin yaradılması barədə qərar qəbul edib və o zaman keçmiş sovet ordusunun Şıx qəsəbəsindəki 18 110 saylı hərbi hissəsinin bazasında A.S.Q ilk motoatıcı briqadası formalaşdırılıb. Kəlbəcər rayonunu əvvəllər 701-ci briqada müdafiə edirdi, sonra 701-ci briqada Laçın rayonuna döyüş əməliyyatlara göndərilir. 1993 ilin fevralın ayının ortalarında Ağdərə rayonu düşmən tərəfindən işğal olunandan sonra Kəlbəcər rayonu əli yalın düşmənlə üz- üzə qalır. 701-ci briqada isə Əzizağa Qənizadənin MN rəhbərliyi qarşısında dəfələrlə məsələ qaldırılsa da Laçın rayonundan Kəlbəcər rayonuna qaytarılmır və beləliklə bu rayonun işğalı üçün münbit zəmin hazırlanmış olur. Düşmənin 6 alaya qədər olan qüvvəsinin Kəlbəcər rayonuna 3 istiqamətindən gedən irimiqyaslı hücumu zamanı hələ 701-ci briqada Laçın rayonunda döyüşürdü. Halbuki bu günədək kəlbəcərlilər də daxil olmaqla çoxları bu rayonun işğalında 701 saylı hərbi hissənin günahkar olduğunu düşünür. Amma əlahəzrət fakt tamam bunun əksini deyir. Laçın rayonunda döyüş əməliyyatları aparan 701-ci briqada Kəlbəcər rayonunda necə ola bilərdi? Düşmən Kəlbəcər rayonunda döyüşür, 701-ci briqada isə Laçın rayonunda mövqeləri qorumaqla məşğuldur.
701 saylı hərbi briqada
701-ci Briqada — Azərbaycan Silahlı Qüvvələri-nin ilk hərbi hissəsi.I Qarabağ müharibəsində şücaət və qəhrəmanlıqla iştirak etmiş hərbi birləşmə. 9 oktyabr 1991-ci ildə Ali Sovet Silahlı Qüvvələrin yaradılması barədə qərar qəbul edib və o zaman keçmiş sovet ordusunun Şıx qəsəbəsindəki 18 110 saylı hərbi hissəsinin bazasında A.S.Q ilk motoatıcı briqadası formalaşdırılıb. Kəlbəcər rayonunu əvvəllər 701-ci briqada müdafiə edirdi, sonra 701-ci briqada Laçın rayonuna döyüş əməliyyatlara göndərilir. 1993 ilin fevralın ayının ortalarında Ağdərə rayonu düşmən tərəfindən işğal olunandan sonra Kəlbəcər rayonu əli yalın düşmənlə üz- üzə qalır. 701-ci briqada isə Əzizağa Qənizadənin MN rəhbərliyi qarşısında dəfələrlə məsələ qaldırılsa da Laçın rayonundan Kəlbəcər rayonuna qaytarılmır və beləliklə bu rayonun işğalı üçün münbit zəmin hazırlanmış olur. Düşmənin 6 alaya qədər olan qüvvəsinin Kəlbəcər rayonuna 3 istiqamətindən gedən irimiqyaslı hücumu zamanı hələ 701-ci briqada Laçın rayonunda döyüşürdü. Halbuki bu günədək kəlbəcərlilər də daxil olmaqla çoxları bu rayonun işğalında 701 saylı hərbi hissənin günahkar olduğunu düşünür. Amma əlahəzrət fakt tamam bunun əksini deyir. Laçın rayonunda döyüş əməliyyatları aparan 701-ci briqada Kəlbəcər rayonunda necə ola bilərdi? Düşmən Kəlbəcər rayonunda döyüşür, 701-ci briqada isə Laçın rayonunda mövqeləri qorumaqla məşğuldur.
701 saylı hərbi hissə
701-ci Briqada — Azərbaycan Silahlı Qüvvələri-nin ilk hərbi hissəsi.I Qarabağ müharibəsində şücaət və qəhrəmanlıqla iştirak etmiş hərbi birləşmə. 9 oktyabr 1991-ci ildə Ali Sovet Silahlı Qüvvələrin yaradılması barədə qərar qəbul edib və o zaman keçmiş sovet ordusunun Şıx qəsəbəsindəki 18 110 saylı hərbi hissəsinin bazasında A.S.Q ilk motoatıcı briqadası formalaşdırılıb. Kəlbəcər rayonunu əvvəllər 701-ci briqada müdafiə edirdi, sonra 701-ci briqada Laçın rayonuna döyüş əməliyyatlara göndərilir. 1993 ilin fevralın ayının ortalarında Ağdərə rayonu düşmən tərəfindən işğal olunandan sonra Kəlbəcər rayonu əli yalın düşmənlə üz- üzə qalır. 701-ci briqada isə Əzizağa Qənizadənin MN rəhbərliyi qarşısında dəfələrlə məsələ qaldırılsa da Laçın rayonundan Kəlbəcər rayonuna qaytarılmır və beləliklə bu rayonun işğalı üçün münbit zəmin hazırlanmış olur. Düşmənin 6 alaya qədər olan qüvvəsinin Kəlbəcər rayonuna 3 istiqamətindən gedən irimiqyaslı hücumu zamanı hələ 701-ci briqada Laçın rayonunda döyüşürdü. Halbuki bu günədək kəlbəcərlilər də daxil olmaqla çoxları bu rayonun işğalında 701 saylı hərbi hissənin günahkar olduğunu düşünür. Amma əlahəzrət fakt tamam bunun əksini deyir. Laçın rayonunda döyüş əməliyyatları aparan 701-ci briqada Kəlbəcər rayonunda necə ola bilərdi? Düşmən Kəlbəcər rayonunda döyüşür, 701-ci briqada isə Laçın rayonunda mövqeləri qorumaqla məşğuldur.
811 saylı hərbi hissə
811 saylı Laçın dağ-atıcı alayı və yaxud Laçın alayı — Qarabağ müharibəsində Laçın rayonunda dislokasiya olunmuş hərbi hissə. 27 mart 1992-ci il tarixində Laçın ərazi özünümüdafiə batalyonunun bazasında yaradılıb. 30 aprel 1992-ci il tarixinə kimi mövcud olmuş hərbi hissənin komandiri Arif Paşa, qərargah rəisi Rafiq Nağıyev olub. 811 saylı Laçın alayı Laçının işğalından 18 gün əvvəl 1992-ci il aprelin 30-da müdafiə naziri Rəhim Qazıyevin 0151 saylı əmri ilə ləğv edilərək 704 saylı briqadanın komandiri, ərazi üzrə məsul komendant Elbrus Orucova tabe etdirilib. Rəhim Qazıyev alayın ləğvi barədə bunları deyir: Arif Paşanın bildirdiyinə görə alayın de-yure ləğvindən sonra da fəaliyyətlərini davam etdirmişlər.
108 saylı Ağstafa seçki dairəsi
109 saylı Balakən seçki dairəsi
110 saylı Zaqatala seçki dairəsi
112 saylı Qax seçki dairəsi
116 saylı Qəbələ seçki dairəsi
11 saylı Qaradağ seçki dairəsi
121 saylı Laçın seçki dairəsi
122 saylı Xankəndi seçki dairəsi
123 saylı Kəlbəcər seçki dairəsi
123 saylı zərbə-həmlə alayı
123 saylı zərbə-həmlə alayı — Qarabağ müharibəsi vaxtı mövcud olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahı tabeçiliyində zərbə həmlə alayı. Surətin dəstəsi və yaxud Surət Hüseynov dəstəsi adı ilə tanınıb. Birinci batalyon — Yevlaxın Qaramanlı kənd Əfqanıstan müharibəsi veteranlarının rotası əsasında qurulub. Batalyon komandiri Xosrov Əhmədov, daha sonra isə "Azərbaycan Bayrağı" ordenli Dostəli Hacıyev olub. İkinci batalyon — Borsunluda yerləşmiş İkinci batalyon Azərbaycan Xalq Cəbhəsinin Yevlax rayon şöbəsinin üzvlərindən təşkil olunub. Komandirləri Kobra Murad ləqəbli Murad Qurbanov və Komandir ləqəbli Nağıyev Yusif olub. Üçüncü batalyon — Bakı, Xaçmaz, Quba, Neftçala, Salyan, Balakən və digər rayonlardan gəlmiş, yüksək döyüş hazırlıqlı könüllülərin əsasında yaradılmış batalyonun komandiri kadr zabit kapitan Hümbət Əliyev olub. Dördüncü batalyon — "Gəncə batalyonu" adı ilə tanınan Dördüncü batalyon Azərbaycan Xalq Cəbhəsinin Gəncə şöbəsinin üzvlərindən təşkil olunub. Batalyon komandiri Mehman Ələkbərov olub. Tank batalyonu — OMON-un çevik zirehli dəstəsinin ekipajları əsasında qurulmuş batalyonun ilk komandiri Nazim Bayramov, daha sonra isə Altay Bayramov olub.
29 saylı Səbail seçki dairəsi
2 saylı Şərur seçki dairəsi
48 saylı Yevlax seçki dairəsi
100 saylı Şəmkir-Daşkəsən seçki dairəsi
101 saylı Göygöl-Daşkəsən seçki dairəsi
102 saylı Samux-Şəmkir seçki dairəsi
102 saylı Samux–Şəmkir seçki dairəsi
104 saylı Gədəbəy-Tovuz seçki dairəsi
106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi
Malaysia Airlines 370 saylı uçuş (8 mart 2014)
Malayziya Hava Yolları reys 370 — 8 mart 2014-cu il tarixində China Southern Airlines adına sərnişin daşıyan Malaysia Airlinesə məxsus sərnişin təyyarəsinin Kuala Lumpur Beynəlxalq Hava Limanı ilə Pekin Paytaxt Beynəlxalq Havalımanı arasındakı səfəri əsnasında itib. 227'si sərnişin və 12-si ekipaj üzvündən ibarət olan təyyarə 8 saat davam edəcək səfəri üçün Kuala Lumpur Beynəlxalq Havalımanından yerli saatla gecə 00:41-də havalandı. Subang Hava Trafik İdarə Mərkəzi saat 01:22-də Tayland Körfəzi üzərindəykən təyyarə ilə bağlantını itirdi və 02:40 itkin hesabat olundu. Itkin düşdüyü doğrulandıqdan sonra Cənubi Çin dənizi və Tayland körfəzində ABŞ, Çin, Avstraliya, Vyetnam, Filippin, Malayziya, Sinqapur və Taylanddan qrupların qatıldığı ortaq axtarış-qurtarma əməliyyatı başladıldı. Bir neçə ölkələrin axtarış səylərinə baxmayaraq, təyyarə hələ aşkar olunmamışdır.
Saylıkma Kombu
Saylıkma Kombu (tuvaca: Сайлыкмаа Комбу d. 12 dekabr 1960) – tuvalı ədəbiyyatçı, tənqidçi, tərcüməçi və şair. 12 dekabr 1960-cı ildə Tuvanın Baytayqa bölgəsinin Baytal kəndində anadan olmuşdur. Qızıl Səhiyyə Məktəbindən 1979-cu ildə məzun olduqdan sonra, 1984-cü ildə filologiya fakültəsində təhsilini davam etdirmiş və oradan da məzun olmuşdur. Rusiya Federasiyasında Dünya Ədəbiyyatı İnistitutunda assistant olaraq işləmişdir. 1999-cu ildə "Çağdaş Tuva şeri: növ sistemi" ilə doktorantura mövzusunu müdafiə etmişdir. Uzun müddətdir Tuva Dövlət Universitetində işləməkdədir. Tuva şer dünyasına bir çox dünya şairinin əsərlərini qazandırmışdır. Puşkin, Nekrasova, Tutçeva, Feta, Safpo, Ahmatov, Tsvetayev, Admadulin, Dobrinov kimi şairlərin əsərlərini tərcümə etmişdir. Türkiyə türkcəsi, Altay türkcəsi, Çuvaş türkcəsi və Monqol dilindən topladığı şerləri ruscaya tərcümə etmişdir.
İslam Əməkdaşlıq Təşkilatının 10/11 saylı qətnaməsi
İslam Əməkdaşlıq Təşkilatının 10/11 saylı qətnaməsi (əvvəlki adı İslam Konfransı Təşkilatının 10/11 saylı qətnaməsi) — Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı (əvvəlki adı İslam Konfransı Təşkilatı) tərəfindən 13—14 mart 2008-ci ildə Seneqalın Dakar şəhərində keçirilən İslam Sammiti Konfransının 11-ci sessiyasında qəbul edilmiş "Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzü" adlı 10/11-P(IS) saylı qətnamə. Qətnamənin qəbul edilməsində məqsəd Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzünə görə narahatlığın ifadə olunması, Azərbaycan Respublikasının ərazi bütövlüyü məsələsinə hərtərəfli dəstək verilməsi olmuşdur. Dakar konfransı "Azərbaycanın haqq işinin dəstəklənməsi yolunda uğurlu addım" olaraq qiymətləndirilir. Məhz həmin sessiyada İslam Əməkdaşlıq Təşkilatının yeni Nizamnaməsi qəbul edilmiş və bu beynəlxalq təşkilatın əsas sənədinin məqsəd və məramları bölməsində işğal altında olan dövlətlərin öz ərazi bütövlüyünü bərpa etməsi hüququnun üzv dövlətlər tərəfindən birmənalı dəstəklənməsi barədə müddəa təsbit olunmuşdur. 1980-ci illərin sonlarında Ermənistanla Azərbaycan arasında başlanmış silahlı münaqişə bir milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, həmçinin Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonun erməni silahlı qüvvələri tərəfindən işğalı ilə nəticələnir. Nəhayət, Rusiyanın vasitəçiliyi ilə 1994-cü il mayında cəbhədə atəşkəsə nail olunur. Atəşkəs əldə edilməsinə baxmayaraq, sonrakı illərdə atəşkəs rejimi tez-tez pozulur. Atəşkəsə dair razılıq əldə olunduqdan sonra tərəflər arasında ilk şiddətli toqquşma isə 4 mart 2008-ci ildə baş verir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, Tərtər rayonunun işğal altındakı Çiləbürt kəndi yaxınlığında ermənilərin kəşfiyyat-diversiya qrupu Azərbaycan ordusunun üzbəüz mövqelərini ələ keçirməyə cəhd göstərir. Silahlı qarşıdurma nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 4 hərbçisi şəhid olur.
BMT Təhlükəsizlik Şurasının 1047 saylı qətnaməsi
BMT Təhlükəsizlik Şurasının 1047 saylı qətnaməsi — 1996-cı il fevralın 29-da Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qurumun 3637-ci iclasında yekdilliklə qəbul edilmiş qərar. Sənəddə Təhlükəsizlik Şurasının 808 (1993), 827 (1993), 936 (1994) və 955 (1994) saylı qətnamələrinə xatırlatma edilmişdir. Qətnaməyə əsasən Şura Luiza Arburu Keçmiş Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı və Ruanda Beynəlxalq Cinayət Tribunalının prokuroru təyin etmişdir. Təhlükəsizlik Şurası 1 oktyabr 1996-cı ildən prokuror Riçard Qoldstounun səlahiyyətlərinə xitam veriləcəyini qeyd etmiş və kanadalı hakim Luiza Arburun səlahiyyət müddətinin həmin tarixdən başlanacağına qərar vermişdi.
BMT Təhlükəsizlik Şurasının 1165 saylı qətnaməsi
BMT Təhlükəsizlik Şurasının 1165 saylı qətnaməsi — 1998-ci il aprelin 30-da Ruanda Beynəlxalq Cinayət Tribunalının (RBCT) yerinin müəyyən edilməsi ilə bağlı öhdəliyi ifadə edən 955 (1994) saylı qətnamənin xatırlandığı, RBCT-də III Palatanın yaradılmasını nəzərdə tutan, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qurumun 3877-ci iclasında yekdilliklə qəbul edilmiş qərar. Sənəddə Təhlükəsizlik Şurası xatırladıb ki, 955 saylı qətnamə RBCT-də məhkəmə palatalarının və hakimlərin sayının artırılmasına icazə verir. Qətnamə Ruandada beynəlxalq humanitar hüququn pozulmasına görə məsuliyyət daşıyanların mühakimə olunmasının sülh və barışığa töhfə verəcəyini təsdiqləyib. Sənədə görə mühakimə olunmağı gözləyən çox insan olduğu üçün Ruanda məhkəmə sisteminin gücləndirilməsinə ehtiyac da var idi. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin VII Fəslinə əsasən fəaliyyət göstərən Təhlükəsizlik Şurası RBCT-də üçüncü məhkəmə palatası yaratdı və məhkəmə palatalarına seçkilərin 24 may 2003-cü ildə, yəni cari hakimlərin səlahiyyət müddətinin başa çatacağı tarixdə keçiriləcəyini bildirdi. Hakimlər seçkilərdən sonra mümkün qədər tez öz səlahiyyətlərinin icrasına başlamalı idilər. RBCT-də əlavə səmərəlilik təşviq edildi və Baş katib Kofi Annandan Tribunalın səmərəli fəaliyyətini asanlaşdırmaq üçün tədbirlər görməsi xahiş olundu.
BMT Təhlükəsizlik Şurasının 1259 saylı qətnaməsi
BMT Təhlükəsizlik Şurasının 1259 saylı qətnaməsi — 1999-cu il avqustun 11-də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qurumun 4033-cü iclasında yekdilliklə qəbul edilmiş qərar. Sənəddə Təhlükəsizlik Şurasının 808 (1993), 827 (1993), 936 (1994), 955 (1994) və 1047 (1996) saylı qətnamələrinə xatırlatma edilmişdir. Qətnaməyə əsasən Şura Karla Del Ponteni Keçmiş Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı və Ruanda Beynəlxalq Cinayət Tribunalının prokuroru təyin etmişdir. Təhlükəsizlik Şurası 15 sentyabr 1999-cu ildən prokuror Luiza Arburun səlahiyyətlərinə xitam veriləcəyini qeyd etmiş və isveçrəli prokuror Karla Del Pontenin səlahiyyət müddətinin həmin tarixdən başlanacağına qərar vermişdi.
BMT Təhlükəsizlik Şurasının 1503 saylı qətnaməsi
BMT Təhlükəsizlik Şurasının 1503 saylı qətnaməsi — 2003-cü il avqustun 28-də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qurumun 4817-ci iclasında yekdilliklə qəbul edilmiş qərar. Sənəddə BMT-nin 827 (1993), 955 (1994), 978 (1995), 1165 (1998), 1166 (1998), 1329 (2000), 1411 (2002) və 1431 (2002) saylı qətnamələrinə xatırlatma edilmişdir. Təhlükəsizlik Şurası, bu qətnamə ilə, 1999-cu ildən bəri bir vəzifəli şəxsin – Karla Del Pontenin səlahiyyətində olan Keçmiş Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı (YBCT) və Ruanda Beynəlxalq Cinayət Tribunalı (RBCT) üzrə prokurorluq funksiyasının bölünməsi barədə qərar qəbul etmişdir. Sənəddə Təhlükəsizlik Şurası hər iki tribunalın keçmiş Yuqoslaviya və Ruandada sülh və təhlükəsizliyə töhfə verməkdə əldə etdiyi irəliləyişi yüksək qiymətləndirmişdi. Şura Balkanlar və Afrikanın Böyük gölləri regionunda aidiyyəti dövlətlərin atdığı addımları alqışlayaraq, hər iki tribunalın məqsədlərindən birinin azadlıqda qalan bütün şəxslərin tutulması olduğunu qeyd etmiş və ölkələri bu istiqamətdə əməkdaşlığa çağırmışdı. Şura dövlətləri səyahət qadağaları və aktivlərin dondurulması yolu ilə qaçaqlara kömək edən şəxslərə qarşı tədbirlər görməyə çağırmışdı. Qətnamənin preambulasında həmçinin YBCT və RBCT-də araşdırmaların 2004-cü ilə qədər, məhkəmə baxışının isə 2008-ci ilin sonuna qədər başa çatdırılması və 2010-cu ildə bütün diqqətin yüksək vəzifəli rəhbər şəxslərin təqibinə yönəldilməsi nəzərdə tutulurdu. Aşağı vəzifəli məmurlar milli səviyyədə mühakimə olunacaqdılar. Milli məhkəmə sistemlərinin gücləndirilməsi YBCT-də müharibə cinayətləri palatasının yaradılması da daxil olmaqla, YBCT və RBCT-nin tamamlanma strategiyaları üçün mühüm əhəmiyyət kəsb edirdi. Təhlükəsizlik Şurası əmin idi ki, hər iki tribunalın ayrı-ayrılıqda öz prokuroru olsa, işlərini daha səmərəli şəkildə başa çatdıra bilərlər.
BMT Təhlükəsizlik Şurasının 936 saylı qətnaməsi
BMT Təhlükəsizlik Şurasının 936 saylı qətnaməsi — 1994-cü il iyulun 8-də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qurumun 3401-ci iclasında yekdilliklə qəbul edilmiş qərar. Sənəddə Təhlükəsizlik Şurasının 808 (1993) və 827 (1994) saylı qətnamələrinə xatırlatma edilmişdir. Qətnaməyə əsasən Şura Cənubi Afrika Konstitusiya Məhkəməsində hakim olan Riçard Qoldstounu Keçmiş Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalının prokuroru təyin etmişdir.
BMT Təhlükəsizlik Şurasının 955 saylı qətnaməsi
BMT Təhlükəsizlik Şurasının 955 saylı qətnaməsi — 1994-cü il noyabrın 8-də Ruanda ilə bağlı bütün qətnamələrin bir daha təsdiq edilməsi ilə ölkədə baş vermiş beynəlxalq humanitar hüququn ciddi dərəcədə pozulması barədə narahatlığın ifadə olunduğu, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin VII Fəslinə əsasən Ruanda Beynəlxalq Cinayət Tribunalının (RBCT-nin) yaradıldığı, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qurumun 3453-cü iclasında qəbul edilmiş qərar. Təhlükəsizlik Şurası 935 (1994) saylı qətnamə əsasında yaradılmış Ekspertlər Komissiyasının işini yüksək qiymətləndirmiş və Ruandada baş vermiş soyqırım və beynəlxalq humanitar hüququn digər geniş şəkildə pozulması xəbərlərindən narahatlığını bildirmişdi. Qurum bu vəziyyətin beynəlxalq sülhə və təhlükəsizliyə təhdid təşkil etdiyini və sülhün bərqərar olması üçün bu cür cinayətlərə son qoymaq və təqsirkarları məsuliyyətə cəlb etmək əzmində olduğunu qeyd etmişdi. Şura hesab edirdi ki, beynəlxalq tribunalın yaradılması bu cür pozuntuların dayandırılmasını və aradan qaldırılmasını təmin edəcək. Bu baxımdan Ruandada məhkəmə sisteminin gücləndirilməsi üçün beynəlxalq əməkdaşlığa ehtiyac olduğu vurğulanmışdı. RBCT və onun Nizamnaməsi Ruanda hökumətinin 1994-cü il yanvarın 1-dən dekabrın 31-dək Ruandada beynəlxalq humanitar hüququn ciddi pozuntularının təqibi üçün beynəlxalq tribunal yaratmaqla bağlı tələb irəli sürməsindən sonra yaradılmışdı. Bütün ölkələr RBCT və onun orqanları ilə əməkdaşlığa və hazırkı qətnamənin həyata keçirilməsi üçün daxili qanunvericiliyə uyğun tədbirlər görməyə çağırılmışdı. Prosesi dəstəkləmək üçün tribunalın vəsait, avadanlıq və xidmətlərlə təminatı da istənilmişdi. RBCT-nin Nizamnaməsinin 26 və 27-ci maddələrinə əsasən cəzaların icrası və ya yüngülləşdirilməsi ilə bağlı qərarlar qəbul edilməzdən əvvəl Ruanda hökuməti məlumatlandırılacaqdı. Baş katib Butros Butros-Qalidən cari qətnamənin dərhal həyata keçirilməsini təmin etmək və RBCT-nin yeri ilə bağlı tövsiyələr də daxil olmaqla, tribunalın fəaliyyəti üçün tədbirlər görmək tələb olunmuşdu.
BMT Təhlükəsizlik Şurasının 977 saylı qətnaməsi
BMT Təhlükəsizlik Şurasının 977 saylı qətnaməsi — 1995-ci il fevralın 22-də Ruanda Beynəlxalq Cinayət Tribunalının (RBCT) yerinin müəyyən edilməsi ilə bağlı öhdəliyi ifadə edən 955 (1994) saylı qətnamənin xatırlandığı, Baş katib Butros Butros-Qalinin hesabatının qeyd edildiyi, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qurumun 3502-ci iclasında yekdilliklə qəbul edilmiş qərar. Sənədə əsasən tribunalın qərargahı Tanzaniyanın Aruşa şəhərində yerləşməli idi. Baş katibin hesabatına görə, qərar RBCT-nin yaradılması prosesinin ikinci mərhələsinə işarə edir ki, bu da indi altı məhkəmə hakiminin seçilməsi prosesinin başlamasına imkan verəcəkdir. Ruandanın şuradakı nümayəndəsi Manzi Bakuramutsa bildirmişdi ki, onun hökuməti qərargahın Ruandadan kənarda müəyyən edilməsi qərarını dəstəkləməsə də, Təhlükəsizlik Şurası ilə əməkdaşlığa davam edəcək.
836 saylı Ağdam ərazi özünümüdafiə batalyonu
836 saylı Ağdam ərazi özünümüdafiə batalyonu, həmçinin Ağdam özünümüdafiə batalyonu və ya sadəcə Ağdam batalyonu — Azərbaycan milislərinin Ağdam şəhərindən olan bölməsi. 1991-ci ilin sentyabrında yaradılmışdır. Azərbaycanda yaradılan ilk ərazi özünümüdafiə batalyonudur. Mərkəzi Ağdam rayonunun Əlimədədli kəndi idi. Batalyonun ilk komandiri Allahverdi Bağırovdur (müavini Əkbər Rüstəmov olmuşdur), onu 1992-ci ilin yazından dekabrına qədər Yaqub Rzayev əvəz etmişdir. Batalyon ASQ-nin 708-ci briqadası kimi yenidən təşkil edilmiş, Goranboy əməliyyatında və Ağdam uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Axundov, Rizvan. Ağdamım canım qanım. Bakı: «Apostroff». 2015.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsi
BMT Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsi (S/RES/1325) — 31 oktyabr 2000-ci ildə BMT Təhlükəsizlik Şurası tərəfindən 1261 (1999), 1265 (1999), 1296 (2000) və 1314 (2000) saylı qətnamələri geri çevirdikdən sonra yekdilliklə qəbul edilmiş qadınlar, sülh və təhlükəsizliklə bağlı qətnaməsi. Qətnamə silahlı münaqişənin qadınlara və qızlara qeyri-mütənasib və unikal təsirini etiraf etmişdir. Burada münaqişə, repatriasiya və məskunlaşma, reabilitasiya, reinteqrasiya və münaqişədən sonra yenidənqurma prosesi zamanı qadın və qızların xüsusi ehtiyaclarını nəzərə almaq üçün gender perspektivinin qəbul edilməsi tələb olunur. 1325 saylı qətnamə Təhlükəsizlik Şurasının münaqişə tərəflərindən qadın hüquqlarının pozulmasının qarşısını almağı, qadınların sülh danışıqlarında və münaqişədən sonrakı bərpa proseslərində iştirakını dəstəkləməyi, qadınları və qızları müharibə zamanı cinsi zorakılıqdan müdafiə etməyi tələb edən ilk rəsmi və hüquqi sənədi idi. . Bu, həmçinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının münaqişənin qadınlara təsirini xüsusi qeyd edən ilk qətnaməsi idi. Qətnamə o vaxtdan 1325 saylı qətnamənin komponentlərinin irəlilədilməsinə yönəlmiş qadınlar, sülh və təhlükəsizlik gündəliyi üçün təşkilati çərçivəyə çevrilmişdir. Qətnamədə qeyd edilən bəndlər aşağıdakılardır: Üzv-dövlətləri münaqişələrin qarşısının alınması, nizamlanması və həlli üçün milli, regional və beynəlxalq institutlar və mexanizmler çərçivəsində qərar qəbul etmənin bütün səviyyələrində qadınların daha geniş təmsil olunmasını təmin etməyə təkidlə çağırır, Baş Katibi qadınların münaqişələrin həlli və sülh prosesində qərar qəbul etmə səviyyəsində iştirakının gücləndirilməsini nəzərdə tutan strateji fəaliyyət planını (A/49/587) həyata keçirməyə çağırır; Baş Katibdən daha çox qadını onun adından xeyirxah xidmətlər göstərmək məqsədilə xüsusi nümayəndə və elçi təyin etməsini təkidlə xahiş edir və bu baxımdan üzv-dövlətləri mütamadi olaraq yeniləşdirilən mərkəzləşdirilmiş siyahıya daxil etmək üçün Baş Katibə namizədləri təqdim etməyə çağırır; Baş Katibdən Birleşmiş Millətlər Təşkilatının səhra əməliyyatlarında, xüsusilə də hərbi müşahidəçilər, mülki polis, insan haqqları və humanitar məsələlərlə məşğul olan heyət arasında qadınların rolunun və iştirakının gücləndirilməsi yollarını nəzərdən kəçirmeyi bir daha təkidlə xahiş edir; Cender perspektivinin sülhməramlı əməliyyatlara daxil edilməsi niyyətini ifadə ədir və Baş Katibdən, müvafiq hallarda, cender komponentini səhra əməliyyatlarına daxil etməyi təkidlə xahiş edir; Baş Katibdən qadınların mühafizəsi, haqqlarını və xüsusi ehtiyacları, həmçinin qadınların bütün sülhqoruma və sülhyaratma əməliyyatlarına cəlb olunmasının əhəmiyyəti barədə göstərişləri və təlim materiallarını üzv-dövlətlərə təqdim etməyi xahiş edir və üzv-dövlətləri bu elementləri, eləcə də HİV/AİDS məsələlərini sülhməramlı əməliyyatların heyata keçirilməsi üçün təlim alan milli hərbi və mülki polis heyətinin təlim proqramlarına daxil etməyə dəvət edir və Baş Katibdən sülhməramlı əməliyyatlarda iştirak edən mülki heyətin də oxşar telim almasını təmin etməyi bir daha xahiş edir; Üzv-dövlətlərdən cender məsələlərinə həssas olan sahələrdə telim səylərinə, o cümlədən BMT- nin Qadınlar üçün İnkişaf Fondu, BMT-nin Uşaq Fondu, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və digər müvafiq orqanlar da daxil olmaqla müxtəlif fondlar və proqramlar tərəfindən həyata keçirilən fəaliyyətə könüllü maliyyə, texniki və təşkilatı dəstəyi gücləndirməyi təkidlə xahiş edir; Bütün iştirakçı tərəfləri sülh sazişlərinin müzakirəsi və onların icrası zamanı cender aspektlərini, o cümlədən: a) Repatriasiya və yenidən məskunlaşdırma, reabilitasiya, reinteqrasiya və münaqişədən sonrakı bərpa müddətində qadınların və qızların xüsusi ehtiyaclarını nəzərə alan; b) Yerli qadınlar tərəfindən irəli sürülən sülh təşəbbüslərini və yərli səviyyədə münaqişələrin həllinə yönəlmiş prosesləri dəstəkləyən və sülh sazişlərinin bütün icra mexanizmlərinə qadınların cəlb olunmasını təmin edən; c) Qadın və qızların insan haqqlarının, xüsusilə de konstitusiya, seçki sistemi, polis ve ədliyyə ilə bağlı haqqlarının müdafiəsini ve onlara qarşı hörməti təmin edən tədbirlər görməyə çağırır, Silahlı münaqişələrin bütün tərəflərini mülki şəxslər kimi qadın ve qızların hüquqları və müdafiəsi ilə bağlı tətbiq oluna bilən beynəlxalq hüquq normalarına, xüsusilə də 1949-cu il Cenevrə konvensiyalarına ve onlara 1977-ci il tarixli Protokollara, 1951-ci il Qaçqınlar üzrə Konvensiyaya ve ona 1967-ci il tarixli protokola, 1979-cu il Qadınlara qarşı bütün ayrı-seçkilik formalarının aradan qaldırılması haqqında Konvensiyaya ve ona 1999-cu il tarixli Fakültativ Protokola və 1989-cu il BMT-nin Uşaq haqqları Konvensiyasına ve ona 25 may 2000-ci il tarixli iki Fakültativ protokola tam şəkildə hörmət etməyə ve Beynəlxalq Cinayət Mehkemesinin Roma Statutunun müvafiq müddəalarına diqqət yetirməyə çağırır; Silahlı münaqişələrin bütün tərəflərini qadınları ve qızları cinsi zorakılıqdan, xüsusilə də zorlamalardan və digər növ cinsi cinayətlərdən və silahlı münaqişə vəziyyətlərində digər növ zorakılıqdan müdafiə etmək üçün tədbirlər görməyə çağırır; Bütün dövlətlərin qanunsuzluğa son qoymaq ve soyqırımda, insanlığa qarşı cinayətlərdə, qadın və qızlara qarşı cinsi və digər növ zor tətbiq etmə halları da daxil olmaqla hərbi cinayətlərdə, günahlandırılan şəxsləri mehkeme yoiü ile təqib etmək cavabdehliyini vurğulayır və bu cinayətlərə münasibətdə, mümkün olan hallarda, amnistiyanın tətbiq edilməməsi ehtiyacını qeyd edir; Silahlı münaqişələrin bütün tərəflərini qaçqın düşərgələrinin ve məskunlaşma məntəqələrinin humanitar və mülki xarakterinə hörmət etməyə, ve onların layihelendirilmesində qadınların ve qızların xüsusi ehtiyaclarını nəzərə almağa çağırır və özünün 19 noyabr 1998-ci il 1208 (1998) saylı və 19 aprel 2000-ci il 1296 (2000) saylı qetnamelerine istinad edir; Tərksilah, tərxis ve yənidəninteqrasiyanın planlaşdın İmasına cəlb olunmuş şəxsləri əvvəllər hərbi əməliyyatlarda iştirak etmiş qadın və kişilərin fərqli ehtiyaclarını ve onların ailə üzvlərinin ehtiyaclarını nəzərə almağa çağırır; Hər dəfə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 41-ci maddəsinə müvafiq olaraq tədbirlər heyata keçirilən zaman, müvafiq humanitar istisnalar etmək üçün həmin tədbirlərin mülki əhaliyə potensial təsirinin nəzərə alınması ve qadın və qızların xüsusi ehtiyaclarına diqqət verilməsinə hazırlığını bir daha təsdiq edir; Təhlükəsizlik Şurasının missiyalarının cender mülahizələrini ve qadın haqqlarını, o cümlədən yerli və beynəlxalq qadın qrupları ile məsləhətləşmələrin keçirilməsi vasitəsilə, nəzərə almasını təmin etməyə can atdığını ifadə edir; Baş Katibi hərbi münaqişələrin qadınlara ve qızlara təsiri, qadınların sülh quruculuğunda rolu, sülh prosesləri ve münaqişələrin həllində cender aspektləri haqqında araşdırmalar aparmağa ve araşdırmaların nəticələri barədə Təhlükəsizlik Şurasına məruzə təqdim etməyə ve onu Birləşmiş Millətlər Təşkilatına üzv-dövlətlərin müzakirəsinə təqdim etməyə dəvət edir; Baş Katibdən, müvafiq hallarda, sülhün qorunması üzrə missiyalarda cender problematikası və qadınlara və qızlara aid bütün digər aspektlər sahəsində əldə olunmuş irəliləyişləri Təhlükəsizlik Şurasına təqdim etdiyi məruzələrə daxil etməyi xahiş edir; Bu məsələ ilə fəal məşğul olmağı qərara alır.
Sallı
Sallı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayon mərkəzindən 14 km şimal-qərbdə, «Səlim gədiyindən gələn çayın Dərələyəzdən Göyçəyə gedən magistral yolun üstündə» yerləşir. 1828-ci ildə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə Salçı kimi, Qafqazın 5 verstlik xəritəsində Sallı formasında qeyd edilmişdir. Erməni mənbələrində kəndin ilk adı Sal formasında göstərilir. Toponim sal qədim türk etnoniminə mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə düzəlib «sal tayfasının yaşadığı yer» mənasını bildirir. Etnotoponimdir. Qurulşca düzəltmə toponimdir.1728-ci ildən mə’lumdur. Mənbədə qeyd olunur ki, kəndin əhalisi şiə (qızılbaş) olduğuna görə köçüb getmişdir. Sonra ora başqa elə məxsus azərbaycanlı ailələr və XIX əsrin əvvəllərində xaricdən gəlmə ermənilər məskunlaşmışlar. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur.
Sayğı
Hörmət və ya sayğı — şəxsiyyətə hörmətlə yanaşmaq, tənqidi şəxsin özü deyil onun fikrinə yönəltmək, etirazı mədəni şəkildə etmək, heç kimin fikrini "lağa" qoymamaq, hamının danışmaq hüququ olduğunu dərk etmək Yeri gəldikdə güzəştə getməyi bacarmaq, "özünə rəva bilmədiyini, başqalarına rəva bilmə" atalar sözünü unutmamaq. Hər kəsə hörmət edən, sayğı göstərən və eyni zamanda da özünə hörmət qazanmağa çalışan insan bacarmalıdır. "Buyurun", "bağışlayın", "zəhmət olmasa", "üzr istəyirəm", "minnətdaram" və s. kimi kəlmələri dildə vərdişə çevirmək bacarığı; fikrini əsaslandırmaq, əsassız fikirdən qaçmaq bacarığı; "Bu mənim şəxsi fikrimdir", "Bu onun şəxsi fikridir", "Hər kəsin öz fikrini söyləmək haqqı var" və s. kimi düşüncələrini normal qəbul etməklə ona dəstək vermək bacarığı.
Saçlı
Saçlı (Abaran)
Çaylı
Çaylı (Biləsuvar) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun inzibati ərazi vahidində kənd. Çaylı (Göygöl) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Çaylı (Qazax) — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Çaylı (Şəmkir) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Bala Çaylı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Birinci Çaylı — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. İkinci Çaylı — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Çaylı (Ağdərə) — Azərbaycan Respublikasının Ağdərə rayonunun inzibati ərazi vahidində kənd. Çaylı (Ağdərə) Nerkin Çaylı (Aşağı Çaylı) — Azərbaycanın ləğv olunmuş Ağdərə rayonunda kənd. Kənd ləğv edilmişdir.
Sayqı
Hörmət və ya sayğı — şəxsiyyətə hörmətlə yanaşmaq, tənqidi şəxsin özü deyil onun fikrinə yönəltmək, etirazı mədəni şəkildə etmək, heç kimin fikrini "lağa" qoymamaq, hamının danışmaq hüququ olduğunu dərk etmək Yeri gəldikdə güzəştə getməyi bacarmaq, "özünə rəva bilmədiyini, başqalarına rəva bilmə" atalar sözünü unutmamaq. Hər kəsə hörmət edən, sayğı göstərən və eyni zamanda da özünə hörmət qazanmağa çalışan insan bacarmalıdır. "Buyurun", "bağışlayın", "zəhmət olmasa", "üzr istəyirəm", "minnətdaram" və s. kimi kəlmələri dildə vərdişə çevirmək bacarığı; fikrini əsaslandırmaq, əsassız fikirdən qaçmaq bacarığı; "Bu mənim şəxsi fikrimdir", "Bu onun şəxsi fikridir", "Hər kəsin öz fikrini söyləmək haqqı var" və s. kimi düşüncələrini normal qəbul etməklə ona dəstək vermək bacarığı.
Sayli Valdespino
Kompüter faylı
Kompüter faylı — informasiyanın diskdə tutduğu yerdir. Faylın adı iki hissədən ibarət olur: adın özündən və faylın tipini göstərən uzantıdan. Faylın adında hərf və rəqəmlərdən istifadə etmək olar. Məsələn: "İnformatika-7", "Lesson1", "sgfg123", "Bölüm_1". Bəzi simvolların xüsusi təyinatı olduğundan faylın adında onlardan istifadə etmək olmaz.Kompüter üçün faylın adının böyük və ya kiçik hərflərlə yazılmasının fərqi yoxdur. Faylın adı ən çoxu 255 simvoldan ibarət ola bilər, ancaq çalışmaq lazımdır ki, o, yetərincə qısa olsun. Faylın adında * / : < > ? \ | " simvollarından istifadə etməyin. Həmin simvolların hər birinin əməliyyat sistemi üçün xüsusi mənası var. Faylın aşağıdakı növləri olur: Sistem faylları – dəyişməyən fayllar.
Nerkin Çaylı
Aşağı Çaylı — Ağdərə rayonunun Yuxarı Çaylı inzibati ərazi vahidində kənd. Tərtər çayının sol sahilində yerləşən və əvvəllər Çaylı adlanan kəndin Aşağı hissəsidir. 1933-cu ildə Aşağı Çaylı kimi qeydə alınan bu kənd sonralar Nerkin (erm. "Aşağı") Çaylı adlandırılmışdı. ASÇC-nin (Azərbaycan Sosialist Şura Cümhuriyyəti və ya Azərbaycan SSR) 1933-cü il üçün inzibati bölgüsündə o zaman mövcud olmuş Muxtar Dağlıq Qarabağ Oblastın (Dağlıq Qarabağ Muxtar Vilayətinin) tərkibində Yuxarı Çaylı kənd şurası və qeyd olunan kənd şurasının tərkibində Aşağı Çayı və Yuxarı Çaylı məskun yerləri qeyd olunur. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 mart 1982-ci il tarixli Fərmanı ilə bir birinə birləşmiş Verin Çaylı və Nerkin Çaylı kəndlərinə Çaylı adı verilməsinin və bununla əlaqədar Çaylı kəndi mərkəz olmaqla, Verin Çaylı kənd Sovetinin Çaylı kənd Soveti adlandırılmasının təsdiq olunması qərara alınmışdı. Aşağı Çaylı kəndi 1828-ci ildə İrandan köcürülmüş ermənilərin Qarabağda (Tərtər çayı sahilində) yerləşdirilməsindən yaranmış kənddir. Ermənicə Nerkin (aşağı) Çaylı adlanmışdır.
Sayalı (balet)
Sayalı — bəstəkar Elnarə Dadaşova tərəfindən 1983-cü ildə bəstələnmiş birpərdəli balet. Balet bəstəkarın anasının Sayalı Tağıyevanın adını daşıyır. Premyera 15 dekabr 2012 ildə olub. Baletmeyster Pulumb Agilliu, dirijoru Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rəssamı isə əməkdar mədəniyyət işçisi Yusif Babayevdir. “Sa­ya­lı” ba­le­ti­nin lent ya­zı­sı 1983-cü il­dən Azər­bay­can Te­le­vi­zi­ya və Ra­dio Şir­kə­ti­nin fo­no­te­ka­sın­da saxlanılır. Əsər Azər­bay­can Te­le­vi­zi­ya və ra­dio Şir­kə­ti­nin sim­fo­nik or­kest­ri­nin ifa­sın­da len­tə alı­nıb. “Araz” proqramı ilə vax­ta­şı­rı efi­rə ve­ri­lib və ve­ri­lir. "Sayalı" baleti Novruz, bayramında təbiətin oyanması, heç vaxt solmayan əbədi məhəbbət, gənclik və rəqabət mövzusundadır.
Sayalı Sadıqova
Sayalı Allahverdi qızı Sadıqova (22 iyun 1960, Krasnoselsk rayonu) — Azərbaycan alimi, filologiya elmləri doktoru, professor, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Terminologiya" şöbəsinin müdiri və AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavinidir. Sayalı Sadıqova 1960-cı ildə ən qədim tarixə malik olan Qərbi Azərbaycanın Göyçə mahalında, Krasnoselo rayonunun Cil kəndində ziyalı ailəsində anadan olmuşdur. 1967-ci ildə Cil kənd orta məktəbində birinci sinfə getmiş, 1977-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. Həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin (APİ) filologiya fakültəsinə daxil olmuşdur. Təhsil aldığı illərdə İnstitut Tələbə Həmkarlar təşkilatının sədri, Tələbə Elmi Cəmiyyətinin sədr müavini olmuşdur. 1981-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1981-1984-cü illərdə Azərbaycan dili ixtisası üzrə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin aspirantı olmuşdur. Elmi fəaliyyətə 1984-cü ildə AMEA Nəsimi adına Dilçilik İnstitutunda kiçik elmi işçi vəzifəsi ilə başlamışdır. 1986-cı ildə “Azərbaycan ədəbi dilində termin söz birləşmələri” mövzusunda namizədlik dissertasiyasını 26 yaşında müdafiə etmişdir. S.A.Sadıqova bu sahədəki fəaliyyətini davam etdirmək məqsədi ilə 1994-1997-ci illərdə Nəsimi adına Dilçilik İnstitutunda əyani doktoranturaya qəbul olmuşdur.
Sayalı Tağıyeva
Tağıyeva Sayalı Abdulla qızı (1920, Şuşa – 2013, Bakı) — tibb e.d. (1969), prof. (1969). Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir (1942). 1942-ci ildən Tibb İnstitutunıın daxili xəstəliklərin hospital-terapiya kafedrasında ordinator, 1944-cü ildən assistent, 1955-ci ildən dosent, 1969-cu ildən professor olmuşdur. 1980-ci ildən 1992-ci ilə qədər pediatriya fakültəsinin daxili xəstəliklər kafedrasının müdiri işləmiş, 1992-ci ildən isə kafedranın professorudur. 130-dan çox elmi əsərin, o cümlədən 2 monoqrafiya, 3 metodiki vəsait, 2 ixtira və s. müəllifidir. Bəstəkar Elnarə Dadaşovanın anasıdır.
Sayalı bağı
Sayalı bağı — Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şəhriyar kəndinin cənub şərqində arxeoloji abidə. Yаşаyış yеri Şəhriyаr kəndinin cənub-şərqində yеrləşir. Yаşаyış yеrinin bir qismi əkin sаhəsinə çеvrilmiş, bir qismində isə yеni binаlаr sаlınmışdır. Аrаşdırmаlаr zаmаnı möhrədən tikilmiş dördkünc fоrmаlı binаlаrın qаlıqlаrı, çəhrаyı rəngdə bişirilmiş şirli və şirsiz kеrаmikа məmulаtı əldə еdilmişdir. Аşkаr оlunаn kеrаmikа məmulаtı Sоn Оrtа əsrlər üçün хаrаktеrikdir. Yаşаyış yеri ilə bаğlı yеrli əhаli аrаsındа müxtəlif rəvаyətlər vаrdır. Yаşаyış yеrini XVI-XIX əsrlərə аid еtmək оlаr.
Saçlı (Abaran)
Saçlı, Noraşen — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. Rayon mərkəzindən 26 km məsafədə, Abaran çayının sol qolu üstündə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı Sacılı olmuşdur. Z. Qorqodyanın əsərində kəndin qədim adının Sacılı olduğuna əsaslanıb qeyd edə bilərik ki, toponim Sacilər türk adı əsasında formalaşmışdır. Tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 15.
Saçlı (Meşkinşəhr)
Saçlı (fars. ساچلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 83 nəfər yaşayır (18 ailə).
Saçlı (roman)
"Şaçlı" — xalq yazıçı Süleyman Rəhimovun ikinci romanı. Azərbaycan yazıçısı S. Rəhimovun ikinci romanı olan "Saçlı" əsərinin birinci kitabı 1944-cü ildə çap olunmuşdur. Romanın ikinci kitabı isə 1949-cu ildə çapdan çıxmışdı. Romanlarının birinci nəşrini işləmək ənənəsi bu romanda da özünü büruzə verir. "Saçlı"nın birinci kitabı daha iri işlənmiş həcmdə 1948-ci ildə, ikinci cildi isə 1949-cu ildə çap olunmuşdur. Bu romanda yazıçı böyük bir dövrü — 30-cu illərdən başlamış müharibənin qurtardığı ilk illərə qədərki bir dövrü əhatə etməyə çalışmışdır. Yazıçı bəhs olunan dövrdə məktəblərdə müəllim, məktəb direktoru, rayon maarif şöbəsinin müdiri, hətta Şuşa müəllimlər kursunun direktoru da olmuşdu. Bu fəaliyyətləri dövründə yığdığı materialları "Saçlı" əsərində qələmə almışdı. Əsərdəki hadisələr çoxşaxəli olsa da, bu hadisələrin axınında çoxlu insanlar göstərilsə də, onun əsas, mərkəzi surəti — işlədiyi kənddə hamının Saçlı adlandırdığı Ruxsarə adlı həkim qızdır. Bakıda tibbi təhsil alan Ruxsarə 1931-ci ildə uzaq bir kəndə göndərilir.
Verin Çaylı
Çaylı — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çaylı kənd inzibati ərazi dairəsində kənd. Kənd XIX əsrdə gəlmə ermənilər orada məskunlaşdıqdan sonra Verin Çaylı (Yuxarı Çaylı) adlandırılmışdır. Yaşayış məntəqəsi çay kənarında yerləşdiyi üçün belə adlandırılmışdır. ASÇC-nin (Azərbaycan Sosialist Şura Cümhuriyyəti və ya Azərbaycan SSR) 1933-cü il üçün inzibati bölgüsündə o zaman mövcud olmuş Muxtar Dağlıq Qarabağ Oblastın (Dağlıq Qarabağ Muxtar Vilayətinin) tərkibində Yuxarı Çaylı kənd şurası və qeyd olunan kənd şurasının tərkibində Aşağı Çayı və Yuxarı Çaylı məskun yerləri qeyd olunur. Azərbaycan SSR-nin 1977-ci il yanvarın 1-nə olan vəziyyətə görə tərtib edilmiş inzibati-ərazi bölgüsündə Verin Çaylı və Nerkin Çaylı kəndləri o zaman mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayətində Mardakert rayonunun Verin Çaylı kənd Sovetinin tərkibində göstərilir, Verin Çaylı kəndi isə Verin Çaylı kənd Sovetinin mərkəzi kimi göstərilir. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 mart 1982-ci il tarixli Fərmanı ilə bir birinə birləşmiş Verin Çaylı və Nerkin Çaylı kəndlərinə Çaylı adı verilməsinin və bununla əlaqədar Çaylı kəndi mərkəz olmaqla, Verin Çaylı kənd Sovetinin Çaylı kənd Soveti adlandırılmasının təsdiq olunması qərara alınmışdı. Qarabağ münaqişəsi başlayandan sonra Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli Qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv olunması, Mardakert rayonunun Ağdərə rayonu adlandırılması qərara alınmışdı. Daha sonra isə Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Çaylı kənd Soveti Tərtər rayonunun tərkibinə verilmişdi. Ağdərə rayonu isə Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli qərarı ilə ləğv edilərək ərazisi Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Kəndin ərazisində 2010-cu ilin iyun ayında Çaylı döyüşü baş vermişdir.
Çaylı (Ağdərə)
Çaylı — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çaylı kənd inzibati ərazi dairəsində kənd. Kənd XIX əsrdə gəlmə ermənilər orada məskunlaşdıqdan sonra Verin Çaylı (Yuxarı Çaylı) adlandırılmışdır. Yaşayış məntəqəsi çay kənarında yerləşdiyi üçün belə adlandırılmışdır. ASÇC-nin (Azərbaycan Sosialist Şura Cümhuriyyəti və ya Azərbaycan SSR) 1933-cü il üçün inzibati bölgüsündə o zaman mövcud olmuş Muxtar Dağlıq Qarabağ Oblastın (Dağlıq Qarabağ Muxtar Vilayətinin) tərkibində Yuxarı Çaylı kənd şurası və qeyd olunan kənd şurasının tərkibində Aşağı Çayı və Yuxarı Çaylı məskun yerləri qeyd olunur. Azərbaycan SSR-nin 1977-ci il yanvarın 1-nə olan vəziyyətə görə tərtib edilmiş inzibati-ərazi bölgüsündə Verin Çaylı və Nerkin Çaylı kəndləri o zaman mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayətində Mardakert rayonunun Verin Çaylı kənd Sovetinin tərkibində göstərilir, Verin Çaylı kəndi isə Verin Çaylı kənd Sovetinin mərkəzi kimi göstərilir. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 mart 1982-ci il tarixli Fərmanı ilə bir birinə birləşmiş Verin Çaylı və Nerkin Çaylı kəndlərinə Çaylı adı verilməsinin və bununla əlaqədar Çaylı kəndi mərkəz olmaqla, Verin Çaylı kənd Sovetinin Çaylı kənd Soveti adlandırılmasının təsdiq olunması qərara alınmışdı. Qarabağ münaqişəsi başlayandan sonra Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli Qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv olunması, Mardakert rayonunun Ağdərə rayonu adlandırılması qərara alınmışdı. Daha sonra isə Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Çaylı kənd Soveti Tərtər rayonunun tərkibinə verilmişdi. Ağdərə rayonu isə Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli qərarı ilə ləğv edilərək ərazisi Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Kəndin ərazisində 2010-cu ilin iyun ayında Çaylı döyüşü baş vermişdir.
Çaylı (Biləsuvar)
Çaylı (əvvəlki adı: Fioletovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Çaylı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Biləsuvar rayonunun Fioletovka kəndi Biləsuvar şəhər Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Fioletovka kənd Soveti yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2005-ci il tarixli, 976-IIQ saylı Qərarı ilə Biləsuvar rayonunun Fioletovka kənd inzibati ərazi vahidi tərkibindəki Fioletovka kəndi Çaylı kəndi, Fioletovka kənd inzibati ərazi vahidi Çaylı kənd inzibati ərazi vahidi adlandırılmışdır. Kəndi XX əsrin əvvəllərində Rusiyanın mərkəzi quberniyalarından köçürülmüş rus ailələri salmışlar. İnqilabçı İ.T.Fioletovun (1883-1918) şərəfinə Fioletovka adlandırılmış və memorial toponim olmuşdur. Kənd 2005-ci ildən Çaylı adlanır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Muğan düzündə yerləşir. Allahverdiyev Elnur Kamil oğlu (2001-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Babayev Elməddin Cəfərqulu oğlu (1981-2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Çaylı (Göygöl)
Çaylı — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 dekabr 2006-cı il tarixli, 215-IIIQ saylı Qərarı ilə Xanlar rayonunun Çaylı kənd inzibati ərazi dairəsi Çaylı kənd inzibati ərazi vahidi hesab edilmişdir. Yaşayış məntəqəsi çay kənarında yerləşdiyi üçün belə adlandırılmışdır. Kənd XIX əsrdə yaradılmışdır. Kənd Gəncə-Qazax düzənliyində yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 896 nəfər əhali yaşayır.
Çaylı (Qazax)
Çaylı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Çaylı Qazax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Coğaz çayının sahilində, Gəncə-Qazax düzənliyindədir. Kəndin ərazisi əvvəllər Qıraq Kəsəmən kəndinin qışlaq yeri olmuşdur. Sonralar bu kənddən çıxmış qızyetərli nəslinə mənsub ailələr Çaylı kəndinin bünövrəsini qoymuşlar. Çaylı kəndi Gəncə-Qazax düzənliyindədir. Yaşayış məntəqəsi Coğaz çayının sahilində salındığına görə belə adlanmışdır. Qıraq Kəsəmən (Ağstafa rayonu) kəndindən çıxmış qızyetərli nəslindən olan ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Kəndin ərazisi əvvəllər qızyetərli nəslinin qışlaq yeri olmuşdur. Kənd Qazax rayonuda Daş Salahlıdan sonra ikinci böyük kənddir.
Çaylı (Tərtər)
Çaylı — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çaylı kənd inzibati ərazi dairəsində kənd. Kənd XIX əsrdə gəlmə ermənilər orada məskunlaşdıqdan sonra Verin Çaylı (Yuxarı Çaylı) adlandırılmışdır. Yaşayış məntəqəsi çay kənarında yerləşdiyi üçün belə adlandırılmışdır. ASÇC-nin (Azərbaycan Sosialist Şura Cümhuriyyəti və ya Azərbaycan SSR) 1933-cü il üçün inzibati bölgüsündə o zaman mövcud olmuş Muxtar Dağlıq Qarabağ Oblastın (Dağlıq Qarabağ Muxtar Vilayətinin) tərkibində Yuxarı Çaylı kənd şurası və qeyd olunan kənd şurasının tərkibində Aşağı Çayı və Yuxarı Çaylı məskun yerləri qeyd olunur. Azərbaycan SSR-nin 1977-ci il yanvarın 1-nə olan vəziyyətə görə tərtib edilmiş inzibati-ərazi bölgüsündə Verin Çaylı və Nerkin Çaylı kəndləri o zaman mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayətində Mardakert rayonunun Verin Çaylı kənd Sovetinin tərkibində göstərilir, Verin Çaylı kəndi isə Verin Çaylı kənd Sovetinin mərkəzi kimi göstərilir. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 mart 1982-ci il tarixli Fərmanı ilə bir birinə birləşmiş Verin Çaylı və Nerkin Çaylı kəndlərinə Çaylı adı verilməsinin və bununla əlaqədar Çaylı kəndi mərkəz olmaqla, Verin Çaylı kənd Sovetinin Çaylı kənd Soveti adlandırılmasının təsdiq olunması qərara alınmışdı. Qarabağ münaqişəsi başlayandan sonra Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli Qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv olunması, Mardakert rayonunun Ağdərə rayonu adlandırılması qərara alınmışdı. Daha sonra isə Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Çaylı kənd Soveti Tərtər rayonunun tərkibinə verilmişdi. Ağdərə rayonu isə Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli qərarı ilə ləğv edilərək ərazisi Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Kəndin ərazisində 2010-cu ilin iyun ayında Çaylı döyüşü baş vermişdir.
Çaylı (Şəmkir)
Çaylı — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Şəmkir rayonunun Seyfəli inzibati ərazi vahidində kənd. Şəmkir çayının sahilindədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Qazax rayonunun Çaylı kəndindən gəlmiş ailələr salmışlar. Şəmkir r-nunun Seyfəli i.ə.v.-də kənd. Şəmkir çayının sahilindədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Qazax r-nunun Çaylı kəndindən gəlmiş ailələr salmışlar; Çaylı adlı bütün yaşayış məntəqələri çay kənarında yerləşdikləri üçün belə adlandırılmışdır. Kənd əhalisi 537 (2009) nəfərdir ki, onunda 256 nəfəri kişi, 281 nəfəri isə qadınlar təşkil edir. Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Çaylı bələdiyyəsi
Çaylı bələdiyyəsi (Qazax) — Qazax rayonunda bələdiyyə. Çaylı bələdiyyəsi (Göygöl) — Göygöl rayonunda bələdiyyə.
Çaylı döyüşü
Çaylı toqquşması və ya Çaylı döyüşü — 18–19 iyun 2010-cu ildə Çaylı yaxınlığında Azərbaycan Silahlı Qüvvələri və Qarabağ separatçıları arasında baş verən toqquşma. 18 iyun 2010-cu ildə İlham Əliyev, Serj Sarkisyan və Dmitri Medvedyevin iştirakçılığı ilə Rusiyada keçirilən üçtərəfli sülh danışıqları növbəti dəfə uğursuz bitdi. Sankt-Peterburq sülh danışıqlarından sonra İlham Əliyev Maliyyə forumunda iştirak etmədən Rusiyanı tərk edir. Toqquşmada Azərbaycan tərəfi erməni tərəfini, erməni tərəfi isə Azərbaycan tərəfini günahlandırır. Döyüşdən sonra ATƏT-in Minsk Qrupu tərəfləri atəşkəsə və sakitləşməyə çağırır. ATƏT-in Minsk Qrupu sülh yolundan başqa münaqişənin həllini görmədiyini söyləyiblər. Eləcə də ATƏT bildiribki cəbhə xəttində monitorinqləri davam etdirəcək. İlham Əliyevin sərancamı ilə həlak olmuş Mübariz İbrahimova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilir.
Çaylı məhəlləsi
Çaylı məhəlləsi — Gəncəçayın sağ sahilində keçmiş Yerevanskaya naberejnaya və Uçiliş küçələrində, indiki N.Nərimanov prospektindəki 10 saylı məktəbin ətrafında və prospektin VI-VII-VIII-IX döngələrində və Ə.Cəmil küçəsində yerləşən məhəllə. Çaylı camaatının Gəncəyə nə vaxt və haradan gəlməsi haqqında dəqiq məlumat azdır. Çaylının tarixi təxminən XVII-XVIII əsrlərdən başlayır. Kəndə köç XVII əsrin əvvəllərindən başlamışdır. Köç edənlərin əksəri indiki Ağstafa rayonunun Kəsəmən kəndindən olmuşdur. Bunun səbəbi Çar Rusiyasının öz xidmətlərinə görə bu torpaqları hərbiçilərindən birinə vermək idi. Kəndə əvvəlcə üç nəsil — bənnalar (Bənayevlər), qocalar (Qocayevlər), çarçılar (Çarçıyevlər) gəlmişlər. 1736-cı ildə Muğanda şah seçilən Nadir Gəncə bəylərbəyliyinin torpaqlarının bir qismini Kaxet çarı II Teymuraza verdi. Verilən elatlardan biri də Çaylı idi. Rus çarından aldığı hədiyyələrə və xoş vədlərə uyan II İrakli ölkəsində yaşayan müsəlmanlara ögey münasibət bəsləyirdi.
Şadlı
Şadlı — soyad, təxəllüs. İbrahim xan Şadlı — Şadlı elinin elbəyi, Fətəli şah Avşarın sərkərdəsi. Yarməhəmməd xan Şadlı — Şadlı elinin elbəyi, Nasirəddin şah Qacar dövründə vali. Cəfərqulu xan Şadlı — Şadlı elinin elbəyi, Nadir şah Avşarın sərkərdəsi. Aslan sultan Şadlı — Qərbi Azərbaycandakı Şadlı elinin başçısı.
Şamlı
Şamlı — Təxəllüs. Bu təxəllüsü olan tanınmış şəxslər Abbasqulu xan Şamlı — Qızılbaş sərkərdəsi, Heratın hakimi, şair, xəttat Abdı bəy Şamlı — Qızılbaş əmiri, Heratın hakimi Durmuş xan Şamlı — Qızılbaş sərkərdəsi, Heratın hakimi Ağzivər sultan Şamlı — Qızılbaş sərkərdəsi, Herat hakimi Hüseyn bəy Şamlı — I Şah İsmayılım lələsi, Şirvanın ilk qızılbaş hakimi Hüseyn xan Şamlı — Qızılbaş sərkərdəsi, Əmirəlüməra, Heratın, Çuxur Sədin bəylərbəyi Hüseynqulu sultan Şamlı — Şamlı elindən qızılbaş sərkərdəsi, Səbzivar vilayətinin hakimi Həsən xan Şamlı — Qızılbaş sərkərdəsi, Heratın hakimi, şair, xəttat II Zeynal xan Şamlı — Qızılbaş sərkərdəsi, Bağdadın hakimi, Zeynal xan Şamlının nəvəsi Mirzə Vəli xəlifə Şamlı — Qızılbaş sərkərdəsi, Məşhədin hakimi Mustafa xan Şamlı — Nadir şahın səfiri, Şamlı elinin başçılarından Mürtəzaqulu xan Şamlı — şair, vali, xəttat Rzaqulu xan Şamlı — Nadir şahın sərkərdəsi və səfiri Sultan Hüseyn xan Şamlı — Şamlı elindən qızılbaş sərkərdəsi, Qəzvin hakimi, Herat bəylərbəyi Vəliqulu bəy Şamlı — Şamlı elindən olan Azərbaycan tarixçisi Xəlifə sultan Şamlı — Qızılbaş sərkərdəsi, Heratın hakimi Zeynal xan Şamlı — Qızılbaş sərkərdəsi, Heratın hakimi Əhməd sultan Şamlı — Şamlı elindən qızılbaş sərkərdəsi, I Şah Təhmasib Səfəvinin əmiri. Əhməd Şamlı — tanınmış İran şairi Əhməd Şamlı Məşhədi — XVIII əsrin və Qacarlar dövrünün əvvəllərinin xəttatlarından Əliqulu xan Şamlı — Sultan Hüseyn bəyin oğlu, Durmuş xanın nəvəsi, II Şah İsmayıl Səfəvinin zamanında Heratın hakimi, Abbas mirzənin (I Şah Abbas Səfəvinin) lələsi, I Təhmasib Səfəvinin kürəkəni Əlmərdan xan Şamlı — Nadir şahın səfiri, sərkərdə Ərəb xan Şamlı — Şamlı elinin Bəydili oymağından olan qızılbaş sərkərdəsi, Şirvan vilayətinin bəylərbəyi Sepidə Şamlı — İranlı yazıçı, romançı Yaşayış məntəqələri Şamlı (Qəbələ) — Azərbaycanın Qəbələ rayonunda kənd. Şamlı (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Hüseynabad Şamlı — İranın Həmədan ostanının Məlayer şəhristanının Cokar bəxşində kənd Şamlı (tayfa) — Azərbaycanlıların soykökündə duran tafyalardan biri. Şamlı eli — Azərbaycanın soykökündə duran qurumlardan biri.
Şali
Şali (çeç. Шела) - Rusiyanın subyekti olan Çeçenistan respublikasında yerləşən Şalinski rayonunun şəhər mərkəzi. Şəhər Şalinski rayonunun mərkəzi hissəsində, Çeçen düzənliyinin ətəklərindən keçən meşə silsiləsini kəsən Bass çayının hər iki sahilində yerləşir. Arqun dəmiryol stansiyasından 18 km cənubda və Qroznı şəhərindən 36 km cənub-şərqdə, regional avtomobil magistralı qovşağının keçdiyi yerdədir. Şəhərin sahəsi 2009-cu ilin məlumatlarına görə 27,02 km²-dir. Mülayim kontinental iqlim üstünlük təşkil edir. Orta illik yağıntının miqdarı təxminən 450 mm-dir. XIX əsrin ortalarında Şali Böyük Çeçenistanın ən böyük kəndlərindən biri idi. Strateji mövqeyinə görə, aul Qafqaz müharibəsi illərində çar qoşunlarına hücum etmək üçün yola çıxan İmam Şamil qoşunlarını toplanma nöqtəsi kimi xidmət edirdi. 1944-cü ildə Çeçenlər və İnquşların məcburi köçürülməsindən və Çeçen-İnguş Muxtar Sovet Sosialist Respublikasının ləğv edilməsindən sonra kənd Mejdureçe adlandırıldı.
Hüseynabad Şamlı
Hüseynabad Şamlı-İranın Həmədan ostanının Məlayer şəhristanının Cokar bəxşində kənd.
Kayli Cenner
Kayli Kristen Cenner (ing. Kylie Kristen Jenner; 10 avqust 1997[…], Los-Anceles, Los-Anceles dairəsi, Kaliforniya, ABŞ) — amerikalı model və iş qadını. Kylie Cosmetics adlı makiyaj markası və KylieSkin adlı dəri qulluq məhsulları markasının qurucusu və sahibidir. E! televiziya kanalında göstərilən Keeping Up with the Kardashians ailə realiti şoularında rol alır. 2019-cu ildə Forbes jurnalının açıqladığı siyahıda 1 milyard dollar sərvəti ilə dünyanın ən gənc milyarderi olmuşdur. Brus Cenner və Kris Cennerin qızıdır. Kendal Cennerin kiçik bacısıdır və Kourti Kardaşyan, Kim Kardaşyan, Kloi Kardaşyan və Rob Kardaşyan adında 4 ögey bacı və qardaşı, ata tərəfindən isə 4 ögey bacı və qardaşı var. Kayli də ailədəki digər üzvlər kimi məşhur amerikalı gənc media şəxsiyyəti və modeldir. Hər dönəm şou-biznesdə çox danışılan və dünya üzrə geniş kütlə tərəfindən izlənən Kim Kardaşyanın ögey bacısıdır.
Kayli Minouq
Kayli Enn Minouq, AO, OBE (ing. Kylie Ann Minogue [ˈkaɪliː mɨˈnoʊɡ], eyni zamanda mononim kimi Kylie; 28 may 1968[…], Melburn) — Avstraliyalı pop müğənni, mahnı müəllifi və aktrisadır. Tez-tez dəyişikliyi ilə tanınan və kommersiya baxımından ən uğurlu Avstraliya ifaçısıdır. Mətbuatda onu Avstraliya musiqi səhnəsinin "pop şahzadəsi" və "stil ikonu" adlandırırlar. Minouq 1980-ci illərin ortalarında Avstraliyanın "Qonşular" serialında çəkilməklə məşhurluq qazanır. 1980-ci illərin sonlarında PWL studiyası ilə müqavilə imzalayaraq musiqi karyerasına başladı. Prodüserlər ilə əməkdaşlıq illərində müğənni babblqam və dans-pop üslubunda dörd studiya albomu buraxdı. İlk üç albomu və "The Loco-Motion", "Hand on Your Heart", "Better the Devil You Know" və "Step Back in Time" sinqlları Avstraliya və Britaniya hit-paradlarının ilk onluğuna daxil oldu. Deconstruction Records səsyazma studiyasının dəstəyi ilə PWL dən ayrılan Minouq Kylie Minogue albomunu buraxdı. 1997-ci ildə elektron rəqs musiqisi üslubunda Rok elementləri olan Impossible Princess adlı eksperimental albom buraxdı.
Kayli Vatson
Kiçik Şamlı
Kiçik Şamlı (fars. شاملوي كوچك‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanının Abışəhməd bəxşinin Qışlaq dehestanında kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 187 nəfər yaşayır (35 ailə).
Mayli Sayrus
Mayli Rey Sayrus (ing. Miley Ray Cyrus; doğum adı: Destini Houp Sayrus (ing. Destiny Hope Cyrus); 23 noyabr 1992[…], Neşvill) — amerikan aktrisa, müğənni, bəstəkar və model. Sayrus bir Disney serialı olan Hanna Montanadakı Mayli Stüart/Hanna Montana roluyla tanınır. Qızıl Qlobus mükafatına namizəd göstərilmişdir. 2012-ci ildə aktyor Liam Hemsvort ilə nişanlanıb. Ancaq sonra müxtəlif səbəblərlə ayrılıblar. Billi Rey Sayrusun qızıdır. Kristofer Kosi və Treys (Los-Ancelesdəki Metro Station adlı elektro rok qrupunun solisti və gitaristi) adlarında iki ögey qardaşı vardır. Həmçinin Brendi adında bir ögey bacısı, Breyson adında bir qardaşı və Noah adında Mayli kimi aktrisa olan bir bacısı vardır.
Məhəmmədcəfər Şamlı
Məhəmmədcəfər Şamlı-(?-?). XVIII yüzil tarixçisi Məhəmmədcəfər Şamlı öncə Nadir şah Avşarın sarayında, onun ölümündən sonra Əfqanıstanın Dürrani sülaləsindən Əhməd şah Abdalinin srayında yazıb-yaratmışdı.Onun "Mənazil-əl-futuh", "Tərifi-Mənazil-əl-futuh" adlı tarixi əsərləri var. Bu əsərlər İran, hindistan şahlarından bəhs edir. Məşhur Paniapat döyüşü bu əsərlərdə işıqlandırılır.
Naser Şadli
Naser Şadli (Fransızca tələffüz: [nɑsɛʁ ʃadli]; 2 avqust 1989) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda və Belçika milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən peşəkar Belçika futbolçusudur. O, peşəkar karyerasına Eerste Diviziya təmsilçilərindən olan Apeldoorn klubunda start vermişdir. 2010-cu ildə isə Tvente klubuna transfer olmuşdur. O, ilk mövsümdəcə KNVB Kubokunun qalibi olmuşdur. 2013-cü ildə Şadli Tottenhem Hotspur klubu ilə müqavilə imzalamışdır. Üç il sonra isə klub rekordu olan £13 milyon qarşılığında Vest Bromviç Albion klubuna transfer olmuşdur. Şadlinin atası Mərakeş vətəndaşıdır. O, 2010-cu ildə Mərakeş millisində debüt etmişdir. Növbəti ilə isə o, Belçika millisini təmsil etməyə başlamışdır. O, milli ilə 2014 və 2018 FİFA Dünya Kuboku turnirləri də daxil olmaqla, 51 oyunda iştirak etmişdir.
Rayli Kio
Daniel Rayli Kio (ing. Danielle Riley Keough; 29 may 1989, Santa-Monika, Kaliforniya, ABŞ) — ABŞ aktrisası, fotomodeli və film istehsalçısı. Kionun film sənayesində debüt işi 20 yaşında "The Runaways"də (2010) Mariya Küri obrazı olmuşdur.
Salli Hokins
Salli Sesiliya Hokins (ing. Sally Cecilia Hawkins; 27 aprel 1976[…]) — Britaniyalı aktrisa. 2008-ci ildə "Qayğısız" filmində Poppi rolunda çıxışı ona bir neçə beynəlxalq mükafat, o cümlədən komediya və ya musiqili filmdə ən yaxşı aktrisa nominasiyasında Qızıl Qlobus qazandırdı. Digər diqqətəlayiq rollar arasında Paddington və Paddington II filmlərində Xanım Meri Braun, Vera Dreykdə Syuzan (2004), BBC-nin “Məxməri Barmaqlar” serialında Sue Trinder (2005) və İnandırmada Anna (2007), “Suyun forması” filmində Eliza Esposito var. (2017). Kral Dramatik İncəsənət Akademiyasını bitirdikdən sonra Salli Hokins teatr aktrisası kimi karyerasına "Romeo və Cülyetta", "Müch Ado About Nothing" və "A Midsummer Night's Dream" kimi tamaşalarda başlayıb. Onun ilk böyük rolu Mayk Linin "Hər şey ya da heç nə" filmində olub. O, Vera Dreykdə (2004) ikinci plan rolunu oynayaraq və "Qayğısız" (2008) filmində baş rolda oynayaraq Li ilə işləməyə davam etdi, buna görə o, bir neçə mükafat, o cümlədən Ən Yaxşı Aktrisa üzrə Qızıl Qlobus Mükafatı aldı. Dərs (2009) Jasmin (film, 2013) / ing.
Salli Prisand
Salli Prisand (1946-cı il təvəllüdlü) — rus. Регины Йонас′dan sonra yəhudi tarixində qaranlıqdan keçmiş, ravvinlik seminariyasının kordinasiyası ilə ikinci ravvin və ABŞ-nin ilk xanım ravvin praktikantıdır. Ravvin adı 1971-ci il 3 iyun tarixində Cincinnati, ing. Plum Street′də yerləşən məbəddə ing. Hebrew Union College-Jewish Institute of Religion yəhudi seminariyası tərəfindən layiq görülmüşdür. Bundan sonra Prisand Nyu-York, Manhetten′dakı ing. Stephen Wise Free Synagogue sinaqoqunda köməkçi ravvin vəzifəsini icra etmiş və sonra ing. New Jersey ştatında, ing. Tinton Falls şəhərində yerləşən ing. Monmouth Reform Temple məbədinə rəhbərlik etmişdir.