Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Scream
Scream/Childhood — Maykl Ceksonun doqquzuncu studio albomu HIStory: Past, Present and Future, Book I albomundan olan cüt sinql. Scream mahnısı aıbomda birinci, Childhood mahnısı isə HIStory Continues adlı ikinci diskdə onuncu mahnıdır. Scream Canet Ceksonla duet, Childhood isə solo parçadır. Sinql 31 may 1995-ci ildə satışa çıxarılmışdır. Scream ilk növbədə Maykl Ceksona qarşı uşaq cinsi istismarı ilə bağlı dövrü mətbuatda yer alan əsassız informasiyalara qarşı cavab mahnısı kimi nəzərdə tutulmuşdu. Mahnının sözləri və musiqisi Cimmi Cəm və Terri Luis tərəfindən yazılmış, Maykl isə mahnıda vokal ifayla yanaşı, çoxlu musiqi alətində də ifa etmişdir. Mahnıda pop, electrorock, new jack swing, dance-pop, və funk musiqi elementlərindən istifadə edilib. Epic Recordsun rəsmən satışa çıxarılmasına kimi ciddi cəhdlə mahnın qorumasına baxmayaraq, mahnı satışa çıxarılmadan əvvəl radiolara sızmış və səsləndirilmişdir. Ümumiyyətlə mahnı tənqidçilər arasında müsbət qarşılanmış, bu isə Grammy Award və American Music Awarda namizəd kimi irəli sürülməsinə təkan vermişdir. Mahnıya çəkilmiş videoklip MTV Video Music Awards və Grammy mükafatlarını qazanmasına baxmayaraq, hələ də Ceksonun ən çox tənqid edilən klipi olaraq qalmaqdadır.
Secan
Secan (fars. سيجان‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Xosro Beyg dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 53 ailədə 83 nəfəri kişilər və 94 nəfəri qadınlar olmaqla cəmi 177 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Steam
Steam — rəqəmsal videooyun və proqramlar nəşr edən servisdir və məşhur Valve şirkətinə məxsusdur. Steam Valve-nin və habelə onun razılığı ilə Epic Games, THQ, 2K Games, Activision, Capcom, Codemasters, Eidos Interactive, 1С, GSC Game World, id Software, SEGA, Atari, Rockstar Games, Telltale Games, Ubisoft, Bethesda Softworks və digər başqa şirkətlərin rəqəmsal oyunlarının və proqramlarının aktivasiyasını, yenilənməsini təmin edir və həyata keçirir. 2013-cü ilin may ayında, artıq Steam-də dörd mindən çox oyun yayılır. Bu oyunlara hər gün,həftələr arası və həftəsonu endirimləri aiddir. Qeydiyyatdan keçmiş hesabların sayı 65 milyonu keçib. Steam-ın rəsmi saytında,onunla əməkdaşlıq edən bütün nəşrçilərin və bəstəkarların adı açıq keçiddə yerləşən siyahıdadır. Əvvəllər bu servisdə yalnız oyunlar və onlara aid olan modifikasiyalar, treylerlər yayımlanırdı ancaq, Valve bir neçə dəfə bildirmişdi ki, onlar bununla kifayətlənməyəcəkdirlər və gələcəkdə musiqi, filmlərin yayımına da başlayacaqlar. 2012-ci ilin oktyabr ayının ikisində Steam-də «Proqramlar»(Software) adlı bölmə yarandı.Hal-hazırda bu bölmədə Source-Filmmaker, Art Rage kimi proqramlar mövcuddur. Steam ondan erkən yaranan WON sistemini əvəz etmək üçün yarandı. Steam-ın tarixçəsi 1999-cu ildə Team Fortress Classic və Counter-Strike-nin tez bir şəkildə müvəffəqiyyət qazanması ilə başladı.
SEAT
SEAT, İspan avtomobil istehsalçısı. 1919-da qurulan firma 1931-ci ilə qədər Fiat-Hispania adı altında satılmışdır. Şüarı "Avto Emocion"-dur.
SeAZ
SEAZ (ru: ОАО «Сирпуховский автомобильный завод» -abr: Serpukhov Avtomobilny Zavod - az: Serpuxov Avtomobil Zavodu), Sovet Rus avtomobil istehsalçısı, 2010-cu ilə qədər OKA avtomobillərinin istehsalında ixtisaslaşmışdı. 2011-ci ildən etibarən avtomobil istehsalı dayandırıldı, yalnız OKA avtomobil markası üçün hissələr istehsal etmişdir. Serpuxov şəhərində (Moskva vilayəti, Rusiya) yerləşir. 1939-cu ildə Serpukhov Motosiklet Zavodu (“SMZ”) olaraq yaradılmışdır.
Sebu
Sebu (Cebú) — Filippinin ərazisinin böyüklüyünə görə ikinci şəhəri və eyniadlı adanın mərkəzi. Şəhərin əsası 1565-ci ildə qoyulub. Adanın kəşfi 1521-ci ildə gəmisi burada lövbər salmış Fernando Magellanın adı ilə bağlıdır.
Seru
Sero (fars. سِرو‎)— İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanının Sumaye Bəradust bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,508 nəfər və 279 ailədən ibarət idi.
Eucalyptus scias
Eucalyptus scias (lat. Eucalyptus scias) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Yarımnövləri == Eucalyptus scias subsp. apoda L.A.S.Johnson & K.D.Hill Eucalyptus scias subsp. callimastha L.A.S.Johnson & K.D.Hill Eucalyptus scias subsp.
Scream/Childhood
Scream/Childhood — Maykl Ceksonun doqquzuncu studio albomu HIStory: Past, Present and Future, Book I albomundan olan cüt sinql. Scream mahnısı aıbomda birinci, Childhood mahnısı isə HIStory Continues adlı ikinci diskdə onuncu mahnıdır. Scream Canet Ceksonla duet, Childhood isə solo parçadır. Sinql 31 may 1995-ci ildə satışa çıxarılmışdır. Scream ilk növbədə Maykl Ceksona qarşı uşaq cinsi istismarı ilə bağlı dövrü mətbuatda yer alan əsassız informasiyalara qarşı cavab mahnısı kimi nəzərdə tutulmuşdu. Mahnının sözləri və musiqisi Cimmi Cəm və Terri Luis tərəfindən yazılmış, Maykl isə mahnıda vokal ifayla yanaşı, çoxlu musiqi alətində də ifa etmişdir. Mahnıda pop, electrorock, new jack swing, dance-pop, və funk musiqi elementlərindən istifadə edilib. Epic Recordsun rəsmən satışa çıxarılmasına kimi ciddi cəhdlə mahnın qorumasına baxmayaraq, mahnı satışa çıxarılmadan əvvəl radiolara sızmış və səsləndirilmişdir. Ümumiyyətlə mahnı tənqidçilər arasında müsbət qarşılanmış, bu isə Grammy Award və American Music Awarda namizəd kimi irəli sürülməsinə təkan vermişdir. Mahnıya çəkilmiş videoklip MTV Video Music Awards və Grammy mükafatlarını qazanmasına baxmayaraq, hələ də Ceksonun ən çox tənqid edilən klipi olaraq qalmaqdadır.
Ocean Eyes
"Ocean Eyes" — amerikalı müğənni Billi Aylişin ilk mini-albomu "Don't Smile at Me"dən birinci sinql. Mahnını əvvəlcə Finneas öz qrupu üçün yazmışdı, lakin Aylişin səsinə uyğun olduğunu gördükdən sonra mahnını ona vermək qərarına gəldi. Mahnı ilk dəfə 18 noyabr 2015-ci ildə SoundCloud-da buraxılıb. Bir il sonra 2016-cı ildə Darkroom və Interscope Records tərəfindən yenidən yayımlanmışdır.
Speak Now
Speak Now — amerikalı müğənni Teylor Sviftin üçüncü studiya albomu. 25 oktyabr 2010-cu ildə Big Machine Records tərəfindən buraxılıb.
Ocean Waves
Okean dalğaları (yap. 海がきこえる, ing. Ocean Waves, digər adı ilə I Can Hear the Sea) — Studio Ghibli-nin 1993-cü ildə ekranlara çıxan anime filmi. Taku Morisaki qatar stansiyasında doğma şəhəri Koçiyə qayıdarkən yolda məktəb günlərində yaşadığı sevgi üçbucağını xatırlayır. Ocean Waves (anime) Anime News Network Ensiklopediyasında Ocean Waves — Internet Movie Database saytında.
Debora Seku
Debora Seku (26 noyabr 1979, Rio de Janeiro) — Braziliya aktrisası.
Sean Boswell
Sean Bosvel — Forsaj franşizasından Lukas Blekin canlandırdığı uydurma personaj. Şon anası ilə Amerikada yaşayan 17 yaşlı orta məktəb şagirdidir. Şon küçə yarışlarına görə daim polis tərəfindən saxlanılır və onlar daim anası xanım Bosvellə köçməli olurlar. Nəhayət, anası Şonu atasının yaşadığı Tokioya göndərmək qərarına gəlir. Burada məskunlaşan Şon məktəbə başlayır və burada da küçə yarışlarına qatılır. Məktəbdə gördüyü özü kimi Qaycinə aşiq olan Şon buna görə də Tokioda Yakuza liderinin qardaşı oğlu Takaşi ilə düşmən olur. Takaşinin yaxın dostu Han Lue Şonla dost olur, ona drift etməyi öyrədir və müəllimlik edir. Daha sonra Şon atasının evindən ayrılıb Han Luenin qarajında məskunlaşır. Burada olarkən Takaşinin qaraja daxil olması nəticəsində, Tokio küçələrəndi avtomobilli qaçdı-tutdu başlayır və Han ölür. Hanın ölümündən sonra Şon Hanın oğurladığı pulu Takaşinin əmisi Kamata götürür və Takaşi ilə yarışmaq üçün icazə istəyir.
Sebu adası
Sebu adası (isp. Cebú, seb. Sugbo) — İnzibati baxımdan Filippinnin eyni adlı vilayətə daxil oilan ada. Adanın sahəsi 4467,5 km² təşkil edir. Adada 2010-cı il məlumatına görə 4 167 320 nəfər yaşayır (2010). Arxipelaqın mərkəzində yerləşir. Filippin arxipelaqına daxil olan orta ölçülü adadır Adanın inzibati mərkəzi Sebu şəhəridir. Filippinin ərazisinin böyüklüyünə görə ikinci və ən qədim şəhərlərindən biridir. Sebu adası Neqros adasından şərqdə, Leyte adasından qərbdə, Bohol adasından isə cənub-şərqdə yerləşir. Bohol adasından Sebu boğazı, Neqros adasıntan isə Tanon boğazı ilə ayrılır.
Siau Şuşen
Şuşen Siau (13 noyabr 1976, Taypey) — Çinli aktrisa, müğənni və teleaparıcı. КиноПоиск.ru: Сяо Шушэнь 蕭淑慎檔案庫 AsianWiki: Shu-shen Hsiao Hsiao Shu Shen Height Profile Arxivləşdirilib 2014-04-28 at the Wayback Machine Youtube-da Şuşen Siaunun Üfiq (ing.
Şuşen Siau
Şuşen Siau (13 noyabr 1976, Taypey) — Çinli aktrisa, müğənni və teleaparıcı. КиноПоиск.ru: Сяо Шушэнь 蕭淑慎檔案庫 AsianWiki: Shu-shen Hsiao Hsiao Shu Shen Height Profile Arxivləşdirilib 2014-04-28 at the Wayback Machine Youtube-da Şuşen Siaunun Üfiq (ing.
Scream (Maykl Cekson albomu)
Scream – Maykl Cekson 2017-ci ildə çıxarılması gözlənilən ümumiləşdirmə albomudur. 14-cü trek "Blood on the Dance Floor", "Dangerous", "This Place Hotel", "Is It Scary" və "Leave Me Alone" mahnılarının vokal və musiqi materiallarından istifadə edilməklə yaradılıb.
Səcah
Səcah binti əl-Haris (ərəb. سجاح بنت الحارث‎) — İslama görə, o, 7-ci əsrdə İslamı qəbul edən bəzi ərəbləri yeni dindən uzaqlaşmağa təşviq edən yalançı peyğəmbər idi. Səcah Taqlibitlər arasında böyüyür və buna görə də xristianlığa yaxşı bələd idi. Məhəmməd peyğəmbərin dövründə Səcah “buludların ağası” adlandırdığı Tanrı adından trans halında danışdığını iddia edirdi. O, xüsusi bir yüksəklikdən (minbər) “vəhylər” söyləyirdi. Üstəlik bir müəzzini vardı ki, oda: “Şəhadət verirəm ki, Səcah Allahın peyğəmbəridir” deyə bağırırdı. Onun “açıqlamaları” qafiyəli nəsr şəklini alırdı. Səcah bir qrup tərəfdarı ilə birlikdə İraqdan doğma Bənu Təmim qəbiləsinin ərazisinə köçür. 633-cü ildə ordusunun başında Səcah o vaxt başqa bir yalançı peyğəmbər Müseylimənin fəaliyyət göstərdiyi Yəmamaya hücum edir. Yəmamaya getdikdən sonra Səcah İraqa qayıdır və orada daha sonra tövbə edərək İslamı qəbul edir.
Seyü
Seyyu (声優, seiyū) — Yaponiya səs aktyoru. Seyyular filmlər, video oyunlar və animelərdə personajları səsləndirirlər. Seyyular üçün hətta xüsusi kurslar tərtib olunur. Bəzən animedəki mahnıları da özləri oxuyur, anime bitdikdə disk buraxırlar. Uşaq və oğlan yeniyetmələrini də səsləndirmək mümkün olduğu üçün daha çox qadın seyyulara ehtiyac var.
Çeju
Çeju - Cənubi Koreyada Çejudo adası vilayətinin paytaxtı və ən böyük şəhəri. Şəhərə Çeju Beynəlxalq Hava Limanı (BHNA kodu CJU) xidmət edir. Koreya yarımadasının kənarında olan bir adada yerləşən Çeju, ilin çox hissəsində yumşaq, isti hava şəraitinə malikdir. Şəhər nüfuzlu mehmanxanaları və ictimai kazino obyektləri olan tanınmış bir kurortdur. 2011-ci ildə Seul və Çeju şəhərləri arasında 9,9 milyon sərnişin uçub, bu da Qimpo-Çeju marşrutunu dünyanın ən işlək sərnişin hava marşrutu edib. Çeju hər il materik Koreya, Yaponiya və Çindən on milyondan çox qonağa ev sahibliyi edir. Şəhərin ərazisi yazılı tarixdən əvvəl Çejudoda mərkəzi rol oynamışdır. Şəhər 1970-ci illərdən bəri çox sürətlə böyüdü. Şin Çeju (신제주) və ya "Yeni Çeju", bir neçə on il əvvəl, hava limanından yuxarıdakı təpədə qurulmuşdur və burada bir çox hökumət binaları tikilmişdir. 1970-ci illərə qədər şəhərdə yayılmış olan qamış damlı binalar tədricən yoxa çıxdı.
Çyau
𐕟 (səslənməsi /tsˈ/, transkripsiyası C̣', c̣') — Alban əlifbasının 48-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ծա́ւ (Cáw) kimi verilmişdir. Tədqiqatçı Jost Gippert hərfin əsl adının "C̣’aw" ola biləcəyi ehtimalını müdafiə edir. Digər tədqiqatçılardan Sergey Muravyev bu hərfi ermənicə Ր (r) hərfi ilə bənzətmişdir. Aşot Abramyan bu hərfi /c/ səsi ilə izah etmişdir. Sinay palimpsestlərində əsasən alb. 𐕌𐕒𐕡𐕟𐕒𐕡𐕙 (muc̣'ur) 'müqəddəs' sözündə rast gəlinmişdir (udi muc'ur).
Şemu
Şemu (sözün kökü şam isti, şemet qızmar deməkdir) — Qədim Misir təqvimində bir mövsüm, istilərin düşmə vaxtı analmını verir. Yuxarı Misir üçün bu müddət fevral ayının əvvəllərinə, Nilin mənsəbində isə ortalarına dəlalət edir. Şemu mövsümünə Renutet, Xonsu, Xenti-xet və İpet-hemet ayları daxildir. Sülalə öncəsi dövrdən Orta padşahlıq dövrünədək bu mövsüm indiki təqvimlə fevralın əvvəlindən iyunun əvvəlinə qədər, Yeni padşahlıq dövründən başlayaraq, aprelin 28-dən avqusutun 25-nə qədər sürürdü.
Şnau
Şnau (nid. Snauw, alm. Schnau‎) və ya şnava — Avropada XVII əsrdə geniş yayılmış böyük olmayan, ikidorlu yelkənli ticarət və döyüş gəmisi. Şnau iki dor ağacına, düzbucaqlı yelkənlərə, buşprit adlanan gəmi dimdiyinə və ona bərkidilmiş kliver yelkənlərinə, dorlar arası yerləşən staksel adlanan üçkünc yelkənlərə malikdir. Hərbi şnaunun göyərtəsində 12-18 kiçik kalibrli top olub, gəminin gövdəsinin orta su sıxışdırma qabiliyyəti 150 ton, uzunluğu 25-30 metr, eni 6-8 metrdur. Ekipaj heyəti 80 nəfərə qədərdir.
Scream (Sergey Lazarev mahnısı)
Scream (azərb. Qışqırıq‎) — Rusiyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Sergey Lazarev "Scream" mahnısı ilə Rusiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnının musiqisi Filipp Kirkorov və yunan bəstəkarı Dimitris Kantopulosa, sözləri isə Şeron Vona aiddir.
Adidas Beau Jeu
Adidas Beau Jeu — futbol üzrə Avropa çempionatı 2016 turnirinin rəsmi topu. "Beau Jeu" fransız dilindən tərcümədə "gözəl oyun" deməkdir. == Dizayn == Top Adidas şirkəti tərəfindən istehsal olunmuşdur. 12 noyabr 2015-ci ildə Fransa millisinin keçmiş futbolçusu Zinəddin Zidanın təqdimatı ilə ictimaiyyətə tanıdılmışdır. Top qeyri-adi dizayna malikdir. Top üçün Adidas Brazuca topunun elementlərindən istifadə olunmuşdur. Narıncı elementlərə malik göy xətlərin əmələ gətirdiyi hərflər və rəqəmlər "EURO" və "2016" sözlərini ortaya çıxarır.
Siau Şu-şen
Şuşen Siau (13 noyabr 1976, Taypey) — Çinli aktrisa, müğənni və teleaparıcı. КиноПоиск.ru: Сяо Шушэнь 蕭淑慎檔案庫 AsianWiki: Shu-shen Hsiao Hsiao Shu Shen Height Profile Arxivləşdirilib 2014-04-28 at the Wayback Machine Youtube-da Şuşen Siaunun Üfiq (ing.
Şu-şen Siau
Şuşen Siau (13 noyabr 1976, Taypey) — Çinli aktrisa, müğənni və teleaparıcı. КиноПоиск.ru: Сяо Шушэнь 蕭淑慎檔案庫 AsianWiki: Shu-shen Hsiao Hsiao Shu Shen Height Profile Arxivləşdirilib 2014-04-28 at the Wayback Machine Youtube-da Şuşen Siaunun Üfiq (ing.
Əhməd Seku Ture
Əhməd Seku Ture (9 yanvar 1922 – 26 mart 1984, Klivlend, ABŞ) — Qvineya siyasi, dövlət və ictimai xadimi, yazıçı, müstəmləkəçiliyə qarşı mübariz, 1958-ci il 2 oktyabr tarixindən 26 mart 1984-cü ilədək Qvineyanın ilk prezidenti. O, 9 yanvar 1922-ci il Fransa Qvineyasının Farana qəsəbəsində Malinka xalqına aid kəndli ailəsində anadan olmuşdur. O, 1884–1898-ci illərdə Fransa müstəmləkəçiliyinə müqavimət göstərmiş olan Qərbi Sudan xalqlarının müstəmləkə əleyhinə mübarizəsinin məşhur lideri Samori Turenin nəticəsi idi. İki il Konakri koloniyasının mərkəzindəki Pedaqoji Liseydə təhsil alırdı, lakin 1937-ci ildə inqilabi fəaliyyətinə (tətillərdə iştirak edirdi) görə qovuldu, poçtda işləmişdir. 1945-ci ildə işçilər dərnəyinin həmtəsisçisi, 1946-cı ildə Qərbi Afrika ölkələrinin müstəqilliyi uğrunda mübarizə aparan Afrika Demokratik Birliyinin vitse-prezidenti oldu. 1947-ci ildə Qvineya Demokratik Partiyasını yaratdı və 1952-ci ildə ona rəhbərlik etməyə başladı. 1948-ci ildən Fransa Ümumi Əmək Konfederasiyasının Qvineya bölməsinin baş katibi oldu, 1950-ci ildən eyni vəzifəni Fransız Qərbi Afrikadakı həmkarlar ittifaqları koordinasiya komitəsində tutdu, 1956-cı ildən isə Qara Afrika İşçiləri Ümumi Konfederasiyasının baş katibi idi. 1956-cı ildə Fransa Milli Məclisinə deputat və Konakrinin meri seçildi və bu da Qvineyanın müstəqilliyi uğrunda güzəştsiz mübarizə aparmasına imkan verdi. 1958-ci ildə Qvineya referendumda V Respublika Konstitusiyasını rədd edən yeganə fransız müstəmləkəsi oldu və beləliklə 2 oktyabr 1958-ci ildə müstəqillik qazandı. Bu, Fransa ilə əlaqələrin kəsilməsinə və ölkənin iqtisadi mühasirəyə alınmasına səbəb oldu.
CEU
Mərkəzi Avropa Universiteti (ing. Central European University (CEU), mac. Közép-európai Egyetem) Macarıstanın paytaxtı Budapeşt şəhərində yerləşən və dünyanın ən nüfuzlu universitetlərindən biridir. Universitet 1991-ci ildə Corc Sorosun maliyyə dəstəyi ilə bir qrup ziyalı tərəfindən Mərkəzi və Şərqi Avropa, eləcə də keçmiş SSRİ ölkələrində açıq cəmiyyət və demokratiyanın inkişafına töfhə məqsədilə yaradılmışdır. Universitetin kampusları Varşava və Budapeştdə yerləşir. Bu gün MAU – 110-dan çox ölkədən olan 1600 nəfər tələbənin oxuduğu beynəlxalq universitetdir. Universitetin təsisçisi Corc Soros tərəfindən maliyyələşdirilən və 400 milyon avroya qədər büdcəsi olan MAU fondu sayəsində bir çox istedadlı və fərqlənən tələbələr bütün kurs boyu maliyyə dəstəyi alır. Mərkəzi Avropa Universiteti daimi ianə fondunun eksklüziv benefisiarıdır. MAU İanə Fondu Avropada ən böyük akademik ianə fondlarından biridir və universitetin uzunmüddətli maliyyə səmərəliliyini təmin etmək üçün yaradılmışdır. Bu, Budapeştdə yerləşən universitetin əsas əməliyyat xərcləri üçün illik maliyyəni təmin edir.
Şehu Abdullahi
Şehu Abdullahi (12 mart 1993-cü ildə anadan olub) — Türkiyə Super Liqası təmsilçilərindən olan Bursaspor klubunda müdafiəçi kimi çıxış edən peşəkar Nigeriyalı futbolçudur. 2014-cü ilin iyul ayında Abdullahi $480,000 qarşılığında Kano Pillars klubundan Küveyt Premyer Liqası təmsilçilərindən olan Qadsiya klubuna transfer olmuşdur. Transferdən Abdullahi $330,000, Kano Pillars isə $150,000 gəlir əldə etmişdir. 6 iyun 2015-ci ildə Şehu Primeyra liqa təmsilçilərindən olan Yuniao da Madeyra klubu ilə iki illik müqavilə imzalamışdır. 2 sentyabr 2016-cı ildə Şehu Kipr təmsilçilərindən olan Anortosis Famaqusta klubu ilə iki illik müqavilə imzalamışdır. Transfer qiymətinin 20%-i digər Avropa ölkəsinə ödənmişdir. 2014-cü ilin yanvar ayında komandanın baş məşqçisi Stefen Keşi Şehunu 2014 Afrika Millətlər Çempionatında iştirak etmək üçün Nigeriya milli futbol komandasına dəvət etmişdir. O, Zimbabve millisi ilə üçüncü yer uğrunda qarşılaşmada komandasının qələbə qolunu vurmuşdur. Şehu 2016 Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Nigeriya millisinin 35 nəfərlik heyətinə daxil edilmişdir.
Sea Breeze
Sea Breeze 500 hektar ərazini əhatə edən 25-dən çox layihəni, 50-dan çox restoranı, kafe və barları, 60 hovuzu, sosial obyektləri, abadlaşdırılmış 6,5 km çimərlik ərazisini və 150 hektar yaşıl sahəsini cəmləşdirən kurort lahiyədir. Sea Breeze 2006-ci ildə Emin Ağalarov tərəfindən təsis edilib.