Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Smerch
9K58 “Smerç” (BM-30) – Katyuşa nəslindən olan reaktiv yaylım atəşi sistemidir. Bu sistem 1970-ci illərin sonunda SSRİ dövlət tabeçiliyində olan Splav (Tula) silah hazırlama zavodunda yaradılmışdır. 1987-ci ildə SSRİ Silahlı Qüvvələrində tətbiq edilir. NATO bu sistemi ilk dəfə olaraq 1983-cü ildə müşahidə etdiyindən ona M1983 adı verilmişdir. Smerç qısa məsafəli ballistik raket sistemi olan FROG-7-ni əvəz etmişdir. Maksimum atış məsafəsi: 90–124 km Maksimum məsafə: 850 km Lülə sayı: 12 Yenidən doldurulma: 16-20 dəqiqə Yer dəyişmə: 3 dəqiqə Salvo atış müddəti: 38 saniyə Əsas silahı: 9M55 və ya 9M528 raketi Motoru: V-12 dizel mühərriki Gücü: 525 at gücü İstehsalçı ölkə: SSRİ/Rusiya İstehsalçı firma: Splav (Tula) silah hazırlama zavodu Tip: Reaktiv yaylım atəş sistemi İstehsal tarixi: 1987 – davam edir Xidmətə giriş ili: 1987 – günümüzə Lülə diametri (Kalibr): 300 mm Yerdəyişmə vaxtı: 3 dəqiqə Qalxma bucağı: 0º... +55º Üfüqi tuşlama bucağı: 30º... +60º Məhvetmə radiusu: 672.000 m² Hədəfi vurma dəqiqliyi 0.3% m Minimal atəş məsafəsi: 20 km Şassi: MAZ-543M Uzunluğu: 12.1 m Eni: 3.05 m Hündürlüyü: 3.05 m Təkər formulası: 8x8 Mühərrik: D12A-525A V12 dizel Maksimal sürət: 60 km/s Mənzili: 900 km Heyət üzvü: 4 nəfər BM-30 “Smerç” reaktiv yaylım atəşi sistemi öz dağıdıcı gücünə və taktiki-texniki göstəricilərinə görə dünyada bənzəri yoxdur. Smerç sistemi dördoxlu MAZ-543M (kütləsi 43,7 ton, maksimal sürəti 69 km/saat) yük avtomobilinin üzərində yerləşdirilmiş 300 mm çaplı 12 boru paketindən ibarətdir. Bu sistem bütün raketləri 38 saniyəyə ata bilir.
Search engine
Axtarış sistemi (ing. Search engine) – Veb-də informasiyanı açar sözlərə, mövzulara və s. görə axtarmağa imkan verən proqram (məsələn, AltaVista, Excite, Google, HotBot, Infoseek, Lycos, Magellan, Rambler, Yahoo!). Axtarış sistemləri avtomatlaşdırılmış indekslərdir və hər axtarış sisteminin öz verilənlər bazası var. Buna görə də eyni açar sözlərə görə müxtəlif axtarış sistemlərində axtarış etdikdə fərqli nəticələr alınır. Bəzən axtarış nəticələrində mətləbə dəxli olmayan informasiyalar çıxır, çünki elə bir veb-alət yoxdur ki, bütün Veb’i indeksləsin (nizamlasın). Axtarış sistemləri üç əsas hissədən ibarət olur: Axtarış sistemi proqramının özü əsas komponentdir. Bu proqram öz verilənlər bazasında saxlanılan milyonlarla yazının içərisində axtarış aparır. İkinci hissə hörümçək (SPİDER), yaxud soxulcandır (CRAWLER). Axtarış sistemi robotu olan hörümçək İnternetdə açar sözlərə görə axtarış aparır.
Search engines
Axtarış sistemi (ing. Search engine) – Veb-də informasiyanı açar sözlərə, mövzulara və s. görə axtarmağa imkan verən proqram (məsələn, AltaVista, Excite, Google, HotBot, Infoseek, Lycos, Magellan, Rambler, Yahoo!). Axtarış sistemləri avtomatlaşdırılmış indekslərdir və hər axtarış sisteminin öz verilənlər bazası var. Buna görə də eyni açar sözlərə görə müxtəlif axtarış sistemlərində axtarış etdikdə fərqli nəticələr alınır. Bəzən axtarış nəticələrində mətləbə dəxli olmayan informasiyalar çıxır, çünki elə bir veb-alət yoxdur ki, bütün Veb’i indeksləsin (nizamlasın). Axtarış sistemləri üç əsas hissədən ibarət olur: Axtarış sistemi proqramının özü əsas komponentdir. Bu proqram öz verilənlər bazasında saxlanılan milyonlarla yazının içərisində axtarış aparır. İkinci hissə hörümçək (SPİDER), yaxud soxulcandır (CRAWLER). Axtarış sistemi robotu olan hörümçək İnternetdə açar sözlərə görə axtarış aparır.
Corc
Corc — Dünyada çox işlədilən ad və soyad.
Conch Republic
Konk Respublikası — ABŞ-yə məxsus olan Florida Keysin bir hissəsi sayılan Key Westdə yerləşən və heç bir ölkə tərəfindən tanınmayan bir mikrodövlətdir. 23 aprel 1982-ci ildə ABŞ-dən ayrılmasının elanından sonra regionun turizm fəaliyyəti artmışdır.
Corca Meloni
Giorgia Meloni (it. Giorgia Meloni; 15 yanvar 1977, Roma, İtaliya) 22 oktyabr 2022-ci ildən İtaliyanın baş naziri vəzifəsini icra edən italyan siyasətçi və bu vəzifədə olmuş ilk qadındır. 2006-cı ildən Deputatlar Palatasının üzvü, 2014-cü ildən İtaliyanın Qardaşları (Fdl) siyasi partiyasının başçısı və 2020-ci ildən Avropa Mühafizəkarlar və İslahatçılar Pariyasının prezidentidir.
Corce Corceksu
Corce Corceksu (12 sentyabr 1887 – 1 sentyabr 1964, Buxarest) — rumın dirijoru, violonçelçalan. Buxarest konservatoriyasını (K. Dimitreskunun violonçel sinfini) bitirmiş (1910), Berlində Ali musiqi məktəbində X. Bekkerin violonçel sinfində (1910–14) oxumuş, burada kompozisiya və dirijorluqla da məşğul olmuşdur. 1911–16-cı illərdə simli "Marto-kvartet"in heyətində violonçel ifaçısı kimi çıxış etmişdir. 1916–18-ci illərdə R. Ştraus və A. fon Nikişdən dirijorluq dərsi almışdır. Dirijor kimi debütü Berlin filarmonik orkestri ilə olmuşdur (1918). Buxarest filarmoniyasının orkestrini (1920) yaratmış (hazırda C. Enes ku ad. Simfonik orkestr), 1944-cü ilə qədər və 1954–64-cü illərdə onun baş dirijoru olmuşdur. 1922–40-cı illərdə (fasilələrlə) Buxarest Opera Teatrının dirijoru və direktoru, 1950–53-cü illərdə Buxarest konservatoriyasının professoru idi. Repertuarında müasir musiqi əsas yer tuturdu.
Corce Enesku
Corce Enesku (19 avqust 1881[…] – 4 may 1955[…], VIII arondisman (Paris), Fransa) — Rumıniya bəstəkarı və musiqiçisi. Corce Enesku 19 avqust 1881-ci ildə Livendə (Rumıniya) anadan olub. 13 yaşında Vyana konservatoriyasını bitirən Enesku Paris konservatoriyasına daxil olub və burada skripkada ifasına görə ilk mükafatını qazanıb. Eneskunun əsərləri arasında Edip operasını (Oedipe, 1936), 3 simfoniyanı, 2 orkestr rapsodiyasını, violonçeldə ifa və kiçik orkestr üçün kamera simfoniyasını, kamera əsərlərini, o cümlədən fortepiano və skripka üçün pyeslərini qeyd etmək olar. Corce Enesku həm dahi bəstəkar, həm dirijor, həm də mahir musiqiçi olubdur. Onun əsərləri - opera, simfoniya və sonataları müasir rumın musiqisinin əsasını qoymuşdur. Corce Enesku dünya mədəniyyət xəzinəsinə çox böyük töhfəsini vermişdir. Bununla bərabər, Corce Eneskunun ictimai fəaliyyəti də çox geniş olmuşdur. O, Rumıniya Bəstəkarlar Cəmiyyətinin təsisçisi və prezidenti olmuşdur, antifaşist hərəkatında da çox fəal iştirak etmişdir. Enesku 4 may 1955-ci ildə Parisdə vəfat edib.
Corco Armani
Corco Armani (it. Giorgio Armani; d.11 iyul 1934, İtaliya, Pyaçentsa) — İtaliyalı geyim dizayneri. Corco Armani Pyaçentsa universitetində tibb üzrə təhsil almış, lakin dizayn işlərinə aludə olduğundan təhsilini başa vurmamışdır. 1964-cü ildə N.Çerrutinin firmasında, 1970-ci ildən isə hazır geyim firmalarında müstəqil işləməyə başlamışdır. 1974-cü ildən öz markası ilə kişi və qadın geyimləri kolleksiyalarını hazırlamışdır. Armani ciddi, qüsursuz klassik üsluba sərbəst görünüş verə bilmişdir. Qadın qarderobuna yumşaq yun parçadan kişi stilində tikilmiş şalvarlı kostyumlar əlavə etmişdir. Armani kolleksiyalarına gənclər üçün cins parçadan geyimlər daxil edən (1981-ci ildən) ilk dizayner olmuşdur. Armaninin estetik prinsipi "nəzərə çarpmayan moda"dır və buna görə də onun modellərində gözəl, dəbdəbəli parçalar və zərif, nəfis aksessuarlar sadə, aydın formalar əsasında birləşmişdir. "Olimpia Milano" basketbol yığımın prezidentidir.
Corco Kinalya
Corco Kinalya (it. Giorgio Chinaglia; 24 yanvar 1947, Karrara, Toskana – 1 aprel 2012[…], Neapol) — İtaliyalı keçmiş futbolçu, hücumçu. Karyerasına İngiltərədə başlayıb. Sonra İtaliyaya köçür və burada ilk bir neçə mövsümü aşağı liqalarda oynayır. 1969-cu ildə "Latsio" klubuna transfer edilir, Roma klubunda iki yüzdən çox oyun keçirdib. "Latsio" ilə 1973/74 mövsümündə İtaliya çempionluğunu qazanır və çempionatın bombardiri olur. Karyerasının ikinci yarısını dörd dəfə Şimali Amerika Futbol Liqasını qazandığı "New York Cosmos" klubunda keçirdib. 254 oyunda (pley-off da daxil olmaqla) 242 qol vuraraq Şimali Amerika Futbol Liqası tarixinin ən yaxşı bombardiridir. 2000-ci ildə ABŞ Futbol Şöhrət Salonuna düşur və eyni zamanda "Latsio" tarixinin ən böyük oyunçusu hesab edilir. Karyerasını başa vurduqdan sonra idman funksioneri kimi çalışıb.
Corco Morandi
Corco Morandi (20 iyul 1890[…], Boloniya – 18 iyun 1964[…], Boloniya) — əsasən natürmort əsərləri ilə tanınan italyan rəssam. Corco Morandi 1890-cı ildə Bolonyada anadan olmuşdur. 1907-ci ildə İncəsənət Akademiyasına daxil olmuşdur. O burada XIV əsr təsvir incəsənəti ilə geniş şəkildə tanış olmuşdur. Rembrandt haqqında kitablar oxuyan Morandi qravür hazırlamağa başlamışdır. İlk illərdə əsasən kubizm və sezan cərəyanlarına yönəlmişdir. 1914-cü ildə futurist əsərlər yaratmağa başlamışdır. Həmin il Bolonyada bir məktəbdə incəsənət dərsi verməyə başlamış və burada 1929-cu ilə qədər işləmişdir. Hazırda Bolonyada onun əsərlərinin sərgiləndiyi muzey yerləşir. 1915-ci ildə Birinci dünya müharibəsinə qatılmaq üçün orduya yazılmış, amma səhhətindəki problemlərə görə əsgərlikdən ayrılmışdır.
Corco Napolitano
Corco Napolitano (29 iyun 1925, Neapol – 22 sentyabr 2023, Roma) — İtaliya Respublikasının onbirinci prezidenti (2006-2015). 29 iyun 1925-ci ildə Neapol şəhərində anadan olmuşdur. 1942-ci ildə Neapol Universitetində qeyri-qanuni kommunist tələbə təşkilatının üzvü olmuş və gizli antifaşist mübarizəsində iştirak etmişdir. 1945-ci ildə İtaliya Kommunist Partiyasının (İKP) üzvü olmuşdur. 1947-ci ildə Neapol Universitetinin hüquqşünaslıq fakültəsini bitirmişdir. 1953-cü ildə İtaliya parlamentinin üzvü seçilmişdir. 1962-ci ildə İKP-nin rəhbərliyinə seçilmiş, iqtisadi siyasət və İtaliyanın cənubunun inkişafı məsələləri ilə məşğul olmuşdur. 1991-ci ildə Kommunist ideologiyasından imtina etmiş, İKP-nin əsasında yaradılmış "Sol Demokratik Partiya"nın liderlərindən biri olmuşdur. 1992–1994-cü illrədə İtaliya Parlamentinin Deputatlar Palatasına sədrlik etmişdir. 1996–1998-ci illərdə R. Prodi hökumətində Daxili İşlər Naziri olmuşdur.
Corco Parizi
Corco Parizi (it. Giorgio Parisi; 4 avqust 1948, Roma) — 2021-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülən italyan fiziki.
Corco Vazari
Corco Vazari (it. Giorgio Vasari; 30 iyul 1511[…], Arezzo, Florensiya Respublikası – 27 iyun 1574[…], Florensiya, Böyük Toskana hersoqluğu) —İtaliya rəssamı, Renessans mədəniyyətinin görkəmli nümayəndələrindən biri. Mazaççonun bioqrafi (katibi), renessans dövrünün rəssamı Corco Vazari (1511–1574) yazırdı ki, Mazaçço ("Yöndəmsiz") ləqəbi ona ətraf həyata diqqətsiz olduğu üçün verilmişdi. Müəllimləri olmasalar da, Brunelleski və Donatello ilə təmasda olması Mazaçço üçün əsl məktəb olub.
Corce Eduardo Rayt
Corce Eduardo Rayt (isp. Jorge Eduardo Wright; 20 aprel 1922, Buenos-Ayres – 4 yanvar 2005) — Argentina mikoloqu. Corce Eduardo Rayt mikologiya üzrə ixtisaslaşmışdır. E.O. Albertó., B.E. Lechner, J.E. Wright. 2004. The genus Pleurotus in Argentina. Mycologia 96 ( 4 ): 849 - 857 B.E. Lechner, J.E. Wright, E.O. Albertó. 2005. The genus Pleurotus in Argentina: mating tests. Sydowia 57 ( 2) : 233 - 245.
Corco de Kiriko
Corco de Kiriko (it. Giorgio de Chirico) — italyan boyakarı, qrafik, heykəltaraş, səhnəqraf və yazıçı, metafizik rəngkarlığın banisi. 1905-ci ilədək Afina Politexnikumunda, sonra Münhendə Rəssamlıq Akademiyasında (1906-1909) təhsil almışdır. Yaradıcılığına M.Böklin, M.Klinger sənətinin güclü təsiri ("Lapiflərin kentavrlarla döyüşü", 1909, Müasir İncəsənət Qalereyası, Roma) olmuşdur. Giorgio de Chirico: Catalogo generale/Claudio Bruni Sakraischik, Isabella Far, eds. Milano: Electa, 1971—1983 Giorgio De Chirico, 1888—1978: Galleria nazionale d’arte moderna, Roma, 11 novembre 1981-3 gennaio 1982/ Pia Vivarelli, ed. Roma: De Luca, 1981 Giorgio de Chirico: post-metaphysical & baroque paintings, 1920—1970/ Claudio Bruni Sakraischik a.o., eds. New York: Robert Miller, 1984. Baldacci, Paolo & Fagiolo Dell’Arco, Maurizio (1982), Giorgio de Chirico Parigi 1924-1930, Galleria Philippe Daverio, Milano Brandani, Edoarto (a cura di), Di Genova, Giorgio, Bonfiglioli, Patrizia (1999), Giorgio de Chirico, catalogo dell'opera grafica 1969-1977, Edizioni Bora, Bologna Bruni, C., Cat. generale di opere di Giorgio de Chirico, Milano 1971-74 Ciranna, A., Giorgio de Chirico.
Sent-Corcs kafedralı
Müqəddəs Georgi kafedralı — Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində yerləşən kafedral. Kafedral səkkizguşəli forma şəklindədir. Şəhərin Çörçil yolu yaxınlığında yerləşir. Kafedral memar Sebastyon Kastaynanın layihəsi və 1896-cı ildə Adova döyüşündə ələ keçirilmiş italyan əsirlərin qüvvəsi əsasında ucaldılmışdır. Kafedral bir çox Avropa memarlığı elementlərini özündə saxlayır. 1937-ci ildə İkinci İtaliya-Efiopiya müharibəsində kafedral yandırılmişdır. 1941-ci ildə müstəqilliyini yenidən qazanan Efiopiyanın imperatoru Hayle Selasiyye tərəfindən bərpa edilmişdir. 1917-ci ildə Efiopiya imperatriçası I Zevditu, 1941-ci ildə imperatoru Hayle Selasiyyenin tacqoyma mərasimləri bu kafedralda keçirilmişdir. Hazırda kafedralda muzey fəaliyyət göstərir.
Şorca
Ermənistanda Şorca (Göyçə) — Göyçə mahalında Çəmbərək rayonuna aid bir kənd. Aşağı Şorca — Göyçə mahalında Basarkeçər rayonuna aid bir kənd. Yuxarı Şorca — Göyçə mahalında Basarkeçər rayonuna aid bir kənd. Şorca — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd.
Corc Abekassis
Corc Edqar Abekassis (ing. George Edgar Abecassis; 21 mart 1913 – 18 dekabr 1991) — ingilis avtoyarışçısı, Formula-1-də HWM komandasının həmtəsisçisi.
Corc Abela
Corc Abela (22 aprel 1948) — Aprel 2009-ci ildən etibarən Malta 'nın prezidentidir. Hamrun 'da Lyceum və Qormi yerli ibtidai təhsil məktəbinə getdi. 1965-ci ildə Sənət hissəsindən məzun olduğu Malta Universiteti nə getdi. Qısa bir müddət müəllim olaraq işlərinə davam etdi və bir notarius oldu və 1975-ci ildə vəkil olaraq məzun oldu. Dərhal bir hüquq məsləhətçisi olaraq Baş İşçi Birliyi tərəfindən işə alındı ​​və beləcə əhəmiyyətli bir təcrübə əldə edərək 25 il Birliyin içində çalışdı. 1995-ci ildə Avropa Hüququ üzərinə doktara (Magister Iuris) etdi. 1982-ci ildə, Qormi FC sədri olaraq xidmət verdikdən sonra Malta Futbol Federasiyası başçılığına seçildi. Başçılığı dövründə əhəmiyyətli dəyişikliklərə gedərək təhsil sahələri, idman salonu və fizika müalicə kliniği və infrastruktur inkişaf etdirilmişdir. Malta milli futbol komandasının oyunçularına peşəkar olaraq ilk dəfə təhsilləri ilə məşğul olunmuşdur. On il sonra, 1992-ci ildə İşçi Partiyası içində məsul olaraq bir rol aldı.
Corc Adamski
Corc Adamski (ing. George Adamski) – amerikalı-polyak yazıçı, ufoloq və 1940–1950-ci illərdə uçan naməlum obyektlər tərəfindən qaçırıldığını və onlarla dostluq münasibətləri qurduğunu iddia etmiş şəxs. Adamski UNO-larla birlikdə Aya və digər planletlərə uçuşlar apardığını bildirmişdir və XX əsrin ortalarında uçan naməlum obyektlərin qaçırdığı ən məşhur şəxs kimi tanınmaqdadır. Adamski, 1950-ci illərdən etibarən ön plana çıxmağa başlayan uçan naməlum obyekt tədqiqatçılarından biri idi. Özünü filosof, müəllim, tələbə və uçan naməlum obyekt tədqiqatçısı olaraq adlandıran yazıçını bir çox müasiri yalançı, fırıldaqçı və şarlatan olduğunu bəyan etmişdilər. Yazıçı tərəfindən Skandinaviya ufoları ilə baş tutan görüşlərdən və kosmik gəmilərində onlarla səyahətlərini təsvir edən üç kitab yazılmışdır. "Uçan boşqablar endi" adlanan ilk kitab 1953-cü ildə Dezmond Leslinin həmmüəllifliyində nəşr edilmişdir. 1955-ci ildə isə "Kosmik gəmilərin içində" və 1961-i ildə "Uçan boşqabın vidası" adlı sayca üçüncü kitab çıxmışdır. Müəllifin ilk iki kitabı bestseller əsərlər kimi Amerika Birləşmiş Ştatlarında 200 min nüsxədən çox satılmışdır. Adamskinin iddiaları və fəaliyyəti Amerika Birləşmiş Ştatlarından sonra ən çox Yaponiyada əks-səda doğurmuşdur.
Corc Akerlof
Corc Akerlof (ing. George Arthur Akerlof, 17 iyun 1940, Nyu-Heyven[d], Konnektikut) — Amerikalı iqtisadçı. 2001-ci ildə Maykl Spens və Cozef Stiqlitslə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Corc Akerlof Berkli Kaliforniya Universitetində iqtisadiyyat professorudur. Corc Akerlofun atası İsveç, anası isə yəhudi əsillidir. Corc Akerlof Lavrensvil məktəbindən məzun olmuş və 1962-ci ildə Yel Universitetində magistr dərəcəsinə yüksəlmişdir. 1966-cı ildə Massaçusets Texnologiya İnstitutunda doktorluq dərəcəsinə yüksəlmiş və London İqtisadiyyat məktəbində işləməyə başlamışdır. Corc Akerlofun həyat yoldaşı Canet Yellen San Fransiskonun Federal Ehtiyat Sisteminin rəhbəridir və Berkli Kaliforniya Universitetində iqtisadiyyat professorudur. Canet Yellen həmçinin Bill Klintonun İqtisadi Məsləhət Şurasında da işləmişdi.
Corc Amik
Corc Amik (ing. George Amick) — 24 oktyabr 1924-cü ildə ABŞ-nin Oreqon ştatında anadan olmuş, 9 aprel 1959-cu ildə Floridada Daytona Beach-də keçirdiyi avtomobil qəza nəticəsində vəfat etmişdir. ABŞ-lı avtomobil yarışçısı, əsasən Amerika milli çempionatında çıxış etmişdir.38 qalibiyyət qazanmışdır. Yarışçı 1955-59-cu illərdə AAA, Usac,1957-58-ci illərdə Indianapolis 500 iştirak etmişdir. Formula 1ə daxil olan bu yarışlarda , Corc 6 xal qazanmış, 1958-ci ildə 15-ci yerdə qərarlaşmışdı. Amik, karyerasına ABŞ-nin şimal şərq ştatlarında başlayan yarışlarda çıxış edərək başlamış və sonralar Mitjet oyunlarına keçmişdir. Son 3 ildə 38 qalibiyyət qazanaraq hər üç mövsümdən bir ilk on ən yaxşı iştirakçı siyahısına daxil olurdu. 1958-ci ildə AAA yarışlarına, daha sonra USAC yarışlarına qatılmağa başladı. Burada 5 il ərzində 3 dəfə qalibiyyət qazanır.1956-cı ildə Indianapolis 500 yarışlarında iştirak üçün müraciət edir, lakin qəbul olunmur. 1957-ci ildə qəbul olunsa da, sürət aşağı olduğundan yarışa daxil ola bilmir.
Corc Anson
Corc Anson (1697–1762)
Corc Arliss
Corc Arliss (ing. Augustus George Andrews, 10 aprel 1868 — 5 fevral 1946) — Böyük Britaniya kinoaktyoru."Oskar" mükafatına layiq görülüb.
Corc Bayron
the Corc Qordon Bayron 22 yanvar 1788[…], Vestminster borosu, Böyük London[…] – 19 aprel 1824, Mesolonqion[d][…]) — ingilis romantik şairi. İki əsr bundan öncə olduğu kimi bu gün də ingilis şairi Corc Qordon Bayronun yaradıcılığı, əsərlərinin dili və poetikası, ədəbiyyatda bayronizm ictimai əhvali-ruhiyyəsi dünya ədəbiyyatşünaslığının və dilçiliyinin diqqət mərkəzində qalır. Bayronun əsərləri mütaliə edilir, öyrənilir, tədqiqata və təhlilə cəlb olunur. Müvafiq tendensiya Azərbaycan ədəbiyyatşünaslığı və dilçiliyi üçün də yad deyildir. Lakin XXI əsrdə Bayron yaradıcılığını tədqiq etmək həmin işi 50 il bundan öncə həyata keçirməkdən konseptual şəkildə olmasa da, forma etibarilə xeyli fərqlənir. Mütərəqqi romantizmin görkəmli nümayəndələrindən hesab olunan Bayronun yaradıcılığı dünya ədəbiyyatının inkişafına güclü təsir göstərmişdir. Əbəs yerə deyil ki, dünya ədəbiyyatında məhz Bayron "Sevimli şair" ləqəbi ilə tanınır. Dünyagörüşündəki ziddiyyətlər-fərdiyyətçilik, ümidsizlik, ekzotikaya aludəçiliklə yanaşı, üsyankar ruh, azadpərvərlik, məzlum xalqlara rəğbət Bayron yaradıcılığının əsas xüsusiyyətləridir. Onun qəhrəmanları əsasən təkbaşına vuruşur, mübarizə aparır, həyatın ən çətin sınaqlarından çıxış yolunu şəxsi azadlığında görür. Corc Qordon Noel Bayron 1788-ci il yanvar aynın 22-də Londonda yoxsullaşmış bir lord ailəsində anadan olmuşdur.
Aşağı Şorca
Aşağı Şorca — Göyçə mahalında kənd. Əsrarəngiz təbiətə malik olan Şorca kəndi Şərqi göyçə silsiləsinin suayrıclarında, dəniz səviyyəsindən 2250–2400 m yüksəklikdə, orta və dik meyilli yamacda yerləşmişdir. Kəndin ərazisindən iki çay(Yellidərə çayı və Keyti çayları) axırdı. Kəndin ərazisində çoxlu sayda bulaqlar var ki, suyunun mineral tərkibinə görə dünyanın ən yaxşı içməli suları sırasına daxildir. Kəndin ərazisində tektonik və vulkanik mənşəli çoxlu sayda qayalıqlar mövcuddur ki, bunlar da təbiətə xüsusi gözəllik verir. Bu qayaların bəzilərinin nisb hündürlüyü 50 m dən çoxdur (Buğauçan qaya, Qalaçan qayası, Qara qaya, Atuçan qaya və s.). Kəndin yuxarı hissələrindən Göyçə gölünə füsunkar bir mənzərə açılır. Kəndin ərazisi əsasən alp çəmənliklərindən ibarətdir. Buna görə də kəndin ərazisində 3000 dən artıq növ çəmən bitkiləri yayılmışdır ki, bunların 200 dən çoxu qiymətli dərman bitkiləridir. Ot bitkilərindən Qafqaz bənövşəsi, Nərgiz çiçəyi, Lalə, bat-bat, kəklikotu, bağyarpağı, Boymadərən, pişikotu, xoruzgülü, xanımotu, alp dişəsi, qantəpər, əvəlik, lilpar, zəncirotu, zəngçiçəyi, çobanyastığı, şırımlı topal, ağbığ, qırtıc, çəmənlik üçyarpaq yonca, dəvəqanqalı, alaqanqal və s.
Yuxarı Şorca
Yuxarı Şorca — Göyçə mahalının Basarkeçər rayonunda kənd. Yuxarı Şorca İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Kəndin digər adları Tatar Şorcası, Başkeyti, Şorcalı Keyti olmuşdur. İ.Şopenin əsərində Baş Keyti adı formasında qeyd edilmişdir. Kəndin ilkin adı məhz Baş keyti olmuşdur. XIX əsrin 80-cı illərində kəndin adı artıq Şorca formasında öz əksini tapmışdır. Rayonun ərazisindəki Aşağı Keyti, Təzə (Yeni) Keyti kəndi XIX əsrin 80-cı illərində Şorcalı, XX əsrin əvəllərində Aşağı Şorca kəndi adlarıdırıldıqdan sonra, Şorca kəndi də Yuxarı Şorca adlandırılmışdır. Rayon mərkəzindən 15 km cənub-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirici əlamət bildirən yuxarı sözünün və "duzluq, şoranlıq" mənasında işlənən şor sözünə sifətin çoxaltma dərəcəsinin morfoloji əlamətini bildirən -ca şəkilçisinin artırılması ilə düzəlib.
Şorca (Bükan)
Şorca (fars. ‎‎‎شورجه‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 43 nəfər yaşayır (6 ailə).
Şorca (Göyçə)
Şorca — Göyçə mahalıda Çəmbərək rayonuna aid bir kənddir. (Çəmbərək rayonundan Göyçə mahalına aid olan cəmi 5 kənddən biri). Hazırda Geğarkunik marzında (vilayət) yerləşir. Şorca İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonunda kənd. Rayon mərkəzindən 13 km cənub-şərqdə Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. XIX əsrin 40-cı illərində kəndə ruslar (malakanlar) köçürüləndən sonra kənd həm də Nadejdino adlandırılmışdır. Kəndin adı erməni mənbələrində Şor Əli, Şorjalı, rus mənbələrində Şorcalı (Şordjalu) formalarında qeyd edilmişdir. Toponim şorcalı tayfa adının əsasında yaranmışdır. Toponimin sonundakı -lı şəkilçsi sonralar ixtisar edilmiş və sənədlərdə Şorca kimi rəsmiləşmişdi.
Şorca (Xudabəndə)
Şorca (fars. شورجا‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 241 nəfər yaşayır (45 ailə).
Şorçu (Özbəkistan)
Şorçu (özb. Shoʻrchi) — Özbəkistanın Surxandərya vilayətində şəhər.
Şəvkət Çoruh
Şəvkət Çoruh (30 iyun 1973, İstanbul) — 2006-cı ildən Arxa Küçələr adlı serialdakı Məsud rolu ilə tanınır. İstanbuldakı Ata Səhnənin qurucusudur. Şəvkət Çoruh 1973-cü ildə İstanbulda dünyaya gəlib. 93 Hərbi sonunda Ardanuçun Anaçlı kəndindən İstanbula köç edərək hal-hazırda Ömərli Barajı suları altında qalmış olan Muradlı kəndinə yerləşmiş Artvinli bir ailənin tək uşağıdır. Anası dərzi, atası avtobus sürücüsü idi. İlk təhsilini Üsküdarda Daşməktəb məktəbində tamamlayan Çoruh 14 yaşından 24 yaşına qədər Maltəpədə yaşayıb. Orta təhsilini Qartal Anadolu Məktəbində tamamlayıb. Məktəbdən məzun olduqdan sonra Müjdat Gəzən Sənət Mərkəzində teatr təhsili alıb. 1989-cu ildən bəri müxtəlif teatr oyunlarında rol alıb. Adını bir internet firmasının reklamında oynadığı "Kokoreççi" yazaraq duyurdu.