Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Script
Skriptləşdirmə dili - hər hansı proqramın bir və ya bir neçə hissəsini idarə etməyə imkan verən proqramlaşdırma dilidir. Skript müəyyən proqramlarla yerinə yetirilən bir proqram hissəsidir. Skriptin proqramdan əsas fərqi, kompilyasiya olunmadan istifadə olunmasıdır. Skriptləşdirmə dillərinin müxtəlif tipləri vardır.
Stripe
Stripe — San-Fransisko yerləşən Amerika texnologiya şirkətidir. Onun iş prinsipi fərdi şəxslərə və müəssisələrə İnternet üzərindən ödənişlər etmək və qəbul etmək imkanı verir .
Escape-ardıcıllıq
Escape-ardıcıllıq – ESC idarəedici simvolu ilə (ASCII yığınında onluq kodu 27, onaltılıq isə 1Bh) başlayan və arxasında bir və ya bir neçə simvol olan simvollar ardıcıllığı; bu simvolların birləşməsi qurğuya və ya proqrama verilən göstəriş və ya komanda əmələ gətirir. Escape-ardıcıllıqlardan çox zaman printerə komanda (məsələn, növbəti simvolları yarımqalın şriftlə çap etmək) vermək üçün istifadə edilir.
Escape klavişi
Escape klavişi – IBM PC/XT klaviaturasının sol yuxarı küncündə və ya orijinal IBM AT klaviaturasının sol yuxarı küncündə yerləşən klaviş; tətbiqi proqramlar və əməliyyat sistemləri tərəfindən müxtəlif məqsədlər üçün istifadə olunur. Bir çox tətbiqi proqramlarda Escape klavişi istifadəçini menyu strikturunun öndəki daha yüksək səviyyəsinə qaytarır və ya proqramdan çıxışı həyata keçirir. Digər proqramlarda Escape klavişi menyunu çağıra, iş rejimini dəyişə və ya əməliyyatı ləğv edə bilər. Apple firmasının kompüterlərinin ADB və Extended klaviaturalarında IBM firmasının kompüterləri ilə uyğunlaşmaq üçün sol yuxarı küncündə Esc klavişi var; o, Apple Macintosh kompüteri meynfreymlərlə birləşmək üçün istifadə edildikdə və ya onda MS-DOS proqramları çalışdıqda gərəkli olur.
Karlos Sarate
Karlos Zareyt (ing. Carlos Zarate Santa; 23 may 1951) — Meksikalı boksçu. Karlos keçirtdiyi 70 döyüşün 63 döyüşünü nakautla qalib olmuşdur. Cəmi 4 dəfə məğlubiyyətə uğrayıb. Dünyada ən peşəkar boksçularından biridir. O, WBC çempionatında yüngül çəki üzrə 28 dekabr, 1976-cı ildə Norveçdə qalib gəlmişdir. WBC döyüşü 8 may 1976-cı ildə başlamış və 3 iyun 1979-cu ilə qədər davam etmişdir. O, Lup Pindora qalib gəlmiş lakin, finalda Con Ovenə uduzan Karlos son saniyələrdə vurduğu zərbələr nəticəsində hesab dəyişmiş və qalib olmuşdur. Zareyt 100 idmançı arasında, 1999-ci ildə Askeytid Press tərəfindən 20-ci əsrin 1 saylı idmançısı (Raben Alviz yanaşı) kimi seçilib.
The Script
The Script — İrlandiyanın məşhur rok qrupu. == Tarixi == Qrup 2001-ci ildə İrlandiyanın paytaxtı Dublində yaradılıb. Qrupun əsas üzvləri solist Denni O'Donohyu, zərbçi Qlen Pauer, elektro gitaraçı Mark Şihandır. Qrupun ikinci dərəcəli üzvləri: bass gitarada Ben Sargeant, klavyedə Rodni Alexandro, digər elektro gitarada "Paul İnder"dir. Qrupun ilk albomu 2008-ci ildə öz adlarını verdiyi "The Script" albomu idi. Bundan sonra daha bir uğurlu albom 2010-ci ildə çıxan "Science & Faith" albomu olub. Artıq bu albom çıxarkən qrup fəaliyyətini ABŞ-də davam etdirirdi. Bu albomun ən gözəl mahnısı ise "For The First Time" adlı romantik mahnı olub. Bu albom çıxdığı vaxt qrupun başçısı Denni O'Donohyu Fransanın məşhur xəbər kanalı olan Euro News kanalına çağırılır və ondan albom haqqında geniş məlumat alınır. Qrupun tarixi ərzində ən böyük uğuru isə sözsüz ki, 2012-ci ilin fevral ayında Avropanın "ən yaxşı rok qrupu" adına layiq görülməsidir.
Xscape (albom)
Xscape — Amerikalı sənətçi Maykl Cekson tərəfindən əvvəlcədən hazırlanmış mahnılardan ibarət, ölümündən sonra işıq üzü görən sayca ikinci albomdur. Albom 2014-cü il may ayının 13-də MJJ Music və Epik Rekords tərəfindən yayımlanmışdır. Bu, Ceksonun ölümündən bəri Sony və Motown şirkətlərinin buraxdığı sayca 11-ci albomdur. Alboma daxil olan mahnıların yenidən hazırlanmasında Epik Rekords şirkətinin başçısı L.A. Reid və səsyazma studiyasında çalışan profesional qrupun, başlıca olaraq, Timbalandın böyük rolu olmuşdur. Bu qrupun tərkibinə Stargate, Jerome "J-Roc" Harmon, John McClain və Rodney Jerkins daxildir. Xscape Sony şirkəti tərəfindən təqdim olundu və Sony Xperia Z2 mobil telefonunun satış reklamı üçün, bu alboma daxil olan Slave To The Rhythm mahnısından istifadə edilmişdir. Albom müsbət reaksiya ilə qarşılandı. Albomun ilk çıxış mahnısı Love Never Felt So Good 2014-cü il, may ayının 1-də premyerası keçirildi. Həmçinin, albomun deluxe buraxılışına mahnıların orijinal versiyaları ilə yanaşı, bir əlavə sinql və iki video daxildir. == Arxa plan (tarixçəsi) == Rəsmi olaraq, Xscape albomu 8 mahnısı ilə birlikdə martın 31-i, 2014-cü ildə yayımlandı.
Serap Özçelik
Serap Özçelik (18 fevral 1988, İstanbul) — Türk karateçi. == Karyerası == Fransanın paytaxtı Parisdə keçirilən 2012 Karate Dünya Çempionatında Serap Özçelik ilk turda belaruslu Koulinkoviçlə qarşılaşıb, normal vaxt 1–1 bitən döyüşü hakimin qərarı ilə udub, daha sonra ikinci turda Xorvatiya idmançısı Ratkoviçi 1–0 məğlub edib. O, 3-cü turda çilili Bruna ilə qarşılaşıb, bundan sonra 1/4 finala yüksəlib. O, 1/4 finalda fransalı Aleksandra Reçiya ilə qarşılaşıb və rəqibinə 7:2 hesabı ilə uduzub. Reçia finala yüksəldikdən sonra təkrar görüşdə rusiyalı Ponomareva ilə qarşılaşan Özçelik 4–3 hesabı ilə qalib gələrək üçüncülük matçına vəsiqə qazanıb. 2014-cü ildə Almaniyanın Bremen şəhərində keçirilən karate üzrə Dünya Çempionatında Serap Özçelik qadınlar arasında kumite yarışlarında 50 kq çəki dərəcəsində finalda Almaniya üçün mübarizə aparan türk əsilli Duyğu Buğurla üz-üzə gəlib. O, Duyu Buğuru 6–1 hesabı ilə məğlub edərək qızıl medal qazanıb. Serap Özçelik 2015-ci ildə Azərbaycanın paytaxtı Bakıda keçirilən Avropa Oyunlarında qızıl medal qazanıb. Kumitedə 50 kq-da qızıl medal qazanan Serap Özçelik "Avropa Oyunlarında Türkiyəyə qızıl medal qazandıran ilk türk idmançı" olur. O, Bakı Kristal Zalında 50 kq çəki dərəcəsində fərdi kumite üzrə təsnifat mərhələsində A qrupunda yer alıb.
Owari no Seraph
Seraph of the End və ya Yaponiyada tanınan adı ilə Owari no Seraph (終わりのセラフ, Owari no Serafu, azərb. Sonun serafimi‎) – Yamato Yamamotonun rəssamlığı ilə Takaya Kaqami tərəfindən yazılan qaranlıq fentezi manqa seriyası. 3 sentyabr 2012-ci ildən Shueisha nəşriyyatının "Jump Square" jurnalında nəşr olunur. Manqa seriyasında hadisələr insan məhsulu bir virusun bütün dünyada əhalinin azalmasına və ancaq 13 yaşından kiçik uşaqların sağ qalmasına səbəb olduğu bir dünyada cərəyan edir. Dünyada baş verən bu qırğından fürsət bilən vampirlər üzə çıxırlar və dünyada hakimiyyəti ələ keçirməyə çalışırlar. Yuiçiro Hyakuya adlı gənc öldürülən yetimxana ailəsinin qisasını almaq və dostu Mikaela Hyakuyanı vampirlərin əlindən almaq üçün vampir qırma birliyinə qoşulur. 28 avqust 2014-cü ildə Wit Studio anime adaptasiyasını anons etmişdir. Serialın birinci hissəsi 4 aprel 2015-ci ildən 20 iyun 2015-ci ilə kimi, ikinci hissəsi 10 oktyabr 2015-ci ildən 26 dekabr 2015-ci ilə kimi yayımlanmışdır. Serial 14 fevral 2018-ci ildə Böyük Britaniyada yayımlanmağa başlamışdır.Kaqami və Yamamoto tərəfindən Quren İçinosedən bəhs edən ranobe seriyaları hazırlanmışdır. == Məzmun == 2012-ci ildə insanlar tərəfindən hazırlanmış süni virus dünyada fəlakətə yol açır və dünya əhalisinin sayını kəskin azaldır.
The Script (albom)
The Script (albom) The Script rok qrupunun 2008-ci ildə çıxan ilk albomudur. We Cry mahnısı ilə çıxış edən albomun dəqiq çıxış tarixi 11 Avqust 2008-ci ildir. Albomun trek listi: We Cry , Before The Worst, Talk You Down, The Man Who Can't Be Moved, Breakeven, Rusty Halo, The End Where I Begin, Fall For Anything, If You See Kay, I'm Yours, Anybody There". Albomun 5 trekinə klip çəkilmişdir. Bunlardır: We Cry , Breakeven, Before The Worst, Talk You Down, The Man Who Can't Be Moved".
Cape Canaveral
Kanaveral burnu - Florida, ABŞ-də yerləşən Atlantik okeanı sahilindəki uzun və ensiz bir ərazidir. Bura kosmik çimərlik kimi də tanınır və Kennedi Kosmik Mərkəzinin bir hissəsidir. Bu hissələrin hər hansı birindən bir çox ABŞ kosmik gəmiləri buraxılır. ABŞ-nin bütün pilotlu kosmik uçuş proqramları da Canaveral burnundan həyata keçirilən buraxılışlarla reallaşır. “Canaveral” (İspan dilində: Cañaveral) adı ispaniyalı səyyahlar tərəfindən verilmişdir və canebrake, yəni bambuk və ya qamış kolu deməkdir. “Cape of Canes”, yəni qamış burnu kimi də tərcümə edilə bilər.
Sape boğazı
Sape boğazı (ind. Selat Sape) — Kiçik Zond adaları akvatoriyasında yerləşən boğaz. Sumbava və Komodo adasını ayırlr. Flores dənizini Sumba boğazı ilə birləşdirir. Olduqca təhlüləliyi ilə seçilir. Burada iti dəniz axınları və qayalıqlar mövcuddur. Aktiv balıqçılıq regionudur. Boğaz ərazinin bir hissəsi Komodo milli parlı ərazisinə daxildir. Suları Dayvinq həvəskarlarını bura cəlb edir. == Coğrafi xüsusiyyətləri == Boğaz Flores dənizini Sumbava boğazı ilə birləşdirir və Hind okeanına aiddir.
Millionaires (The Script mahnısı)
"Millionaires" mahnısı — The Script rok qrupunun #3 albomundan olan bir trekdir. Mahnının qısa məzmunu bundan ibarətdir ki, guya həyatdakı hər şeyin pul, var-dövlət olmadığını və insanın əsl varlılığının məhz ürəkdə, yəni hislərdə olduğunu göstərir. Mahnının klipi 12 İyun 2013 tarixində çəkilmişdir və hələ ki klipin baxış sayısı 4 milyona yaxındır. Qrup üzvləri özləri də müsahibələrində bildirmişlər ki, bu klip qrupun ən uğursuz klipləri arasındadır.
Seraph of the End
Seraph of the End və ya Yaponiyada tanınan adı ilə Owari no Seraph (終わりのセラフ, Owari no Serafu, azərb. Sonun serafimi‎) – Yamato Yamamotonun rəssamlığı ilə Takaya Kaqami tərəfindən yazılan qaranlıq fentezi manqa seriyası. 3 sentyabr 2012-ci ildən Shueisha nəşriyyatının "Jump Square" jurnalında nəşr olunur. Manqa seriyasında hadisələr insan məhsulu bir virusun bütün dünyada əhalinin azalmasına və ancaq 13 yaşından kiçik uşaqların sağ qalmasına səbəb olduğu bir dünyada cərəyan edir. Dünyada baş verən bu qırğından fürsət bilən vampirlər üzə çıxırlar və dünyada hakimiyyəti ələ keçirməyə çalışırlar. Yuiçiro Hyakuya adlı gənc öldürülən yetimxana ailəsinin qisasını almaq və dostu Mikaela Hyakuyanı vampirlərin əlindən almaq üçün vampir qırma birliyinə qoşulur. 28 avqust 2014-cü ildə Wit Studio anime adaptasiyasını anons etmişdir. Serialın birinci hissəsi 4 aprel 2015-ci ildən 20 iyun 2015-ci ilə kimi, ikinci hissəsi 10 oktyabr 2015-ci ildən 26 dekabr 2015-ci ilə kimi yayımlanmışdır. Serial 14 fevral 2018-ci ildə Böyük Britaniyada yayımlanmağa başlamışdır.Kaqami və Yamamoto tərəfindən Quren İçinosedən bəhs edən ranobe seriyaları hazırlanmışdır. == Məzmun == 2012-ci ildə insanlar tərəfindən hazırlanmış süni virus dünyada fəlakətə yol açır və dünya əhalisinin sayını kəskin azaldır.
Superheroes (The Script song)
Superheroes — The Script rok qrupunun No Sound Without Silence albomuna daxil olan çıxış mahnısıdır. Mahnının klipi 4 Avqust 2014 tarixində yayımlanmışdır.
Shape of My Heart
Shape of My Heart — Britaniya müğənnisi Stinqin "Ten Summoner’s Tales" adlı dördüncü studiya albomundan olan mahnı. Orijinal CD nəşrində sıra sayına görə onuncu trek kimi təqdim olunub. Mahnı 1993-cü il istehsalı "Demolition Man" mini-albomuna və 2010-cu il istehsalı "Live in Berlin" konsert albomuna daxil edilib. Fransız rejissor Lük Besson özünün "Leon" filmində bu mahnıdan istifadə edib.Mahnının müəllifləri Stinq ilə Dominik Millerdi. Miller mahnıda ispan akustik gitarasında ifa edib. Mahnının qarmonika partiyasını ifa etmək üçün amerikalı cazmen Larri Adler dəvət edilib.Sinqlın Böyük Britaniya hit-paradında ən yüksək mövqeyi 57-ci yer olmuşdur.
Cape Canaveral, Florida
Keip Kanaveral, ABŞ-nin Florida ştatında yerləşən, Brevard qraflığının tərkibində yerləşən şəhərdir. 2010-cu il əhalinin siyahıya alınmasına görə şəhərin əhalisi 9.912 nəfərdir.
Boka-de-la-Serpe boğazı
Boka-de-la-Serpe boğaz — Trinidad və Tabaqonun cənub-qərbində yerləşən Hikakos burnu ilə Venesuellanın şimal sahillərini ayırır. Boğaz həm də Atlantik okeanı ilə Pariya köefəzini birləşdirir. Boğazın uzunluğu 14 km-dir (8,7 mil). == Tarixi == Boğaz Xristofor Kolumbun üçüncü səfəri zamanı onun şərəfinə adlandırılmışdır.
Sword Art Online: Ordinal Scale
Sword Art Online: Ordinal Scale (ソードアート・オンライン -オーディナル・スケール-, Sōdo Āto Onrain -Ōdinaru Sukēru-, azərb. Onlayn Qılınc Sənəti: Sıra şkalası‎) – abec-in rəssamlığı ilə Reki Kavahara tərəfindən yazılan "Sword Art Online" ranobe seriyası əsasında çəkilmiş 2017-ci il istehsalı elmi fentezi anime filmi. Film A-1 Pictures studiyası tərəfindən çəkilmişdir. Rejissoru Tomohiko İto, ssenaristi Reki Kavahara, personaj dizayneri Şinqo Adaçı, bəstəkarı Yuki Kaciuradır. Yaponiya, Almaniya, Cənub-şərqi Asiyada 18 fevral 2017-ci ildə, Meksikada 4 mart 2017-ci ildə, ABŞ-də 9 mart 2017-ci ildə buraxılmışdır. == Məzmun == 2026-cı ildə yeni virtual reallıq sistemi Augma təqdim olunur. Augma NerveGear və AmuSphere-dən sonra virtual reallıq texnologiyalarının 3-cü nəslidir. Bu iki texnologiyadan fərqli olaraq Augma tam dalış etmir, artırılmış reallığa əsaslanır. Augma əsasında buraxılmış yeni oyun isə "Ordinal Scale" (OS) adlanır. "Ordinal Scale" oyununda oyunçular bacarıqlarına əsasən sıralanırlar.
Şirazə
Şirazə — toxuculuqda toxunmuş toxuculuq məmulatının (xalça, parça və s.) en tərəfdən qıraqları. Bir çox halda şirazələr iş üstündə hazırlanmır, xalça toxuma dəzgahından yerə salındıqdan sonra əsasən bazarda çalışan xüsusi şirazəbənd ustalar tərəfindən xalçanın yanlarına yun iplərlə dolandırırlar.
One Man, and a Crate of Puppets
One Man, and a Crate of Puppets (azərb. Bir kişi və bir kukla qutusu‎) — Cerri Holkins tərəfindən yazılan, Mayk Krahulik tərəfindən illistrasiya edilmiş və "Fallout 3" video oyununun baş dizayneri Emil Paqliarulo ilə birgə yaradılmış 12 hissəli rəsmi "Fallout" veb-komiksi.Komiks 2008-ci ilin iyul ayında rəsmi "Fallout 3" veb-saytında buraxılmışdır. Komiks "Sığınacaq 77"nin yeganə sakini və onun kuklalarla dolu qutusundan bəhs edir. Veb-komiks, hər həftənin çərşənbə günü yenilənirdi. == Məzmun == Komiksin əvvəlində baş qəhrəman "Sığınacaq 77"nin yeganə sakini və sığınacaqda sadəcə kuklalarla dolu bir qutunun olduğunu öyrənir. Bu, Volt-Tek tərəfindən həyata keçirilmiş təcrübələrdən biri idi. Sığınacaq sakini ilk aylarda ilkin vahimə və depressiya yaşamışdır. Buna görə də o, oyanmasından bir il, üç ay və on iki gün sonra qutunu açmışdır. Kukla-adam bu kuklalarla — Kral, Nənə və Müqəddəs itlə oynayır. Kukla-adamda artıq nir neçə şəxsiyyət pozqunluğu yaranır və Volt-Boy kuklasının onunla danışdığını fərz edir.
If You Could See Me Now (The Script mahnısı)
"If You Could See Me Now" mahnısı — The Script rok qrupunun indiyə kimi həm #3 albomundan, həm də ümumiyyətlə çıxardığı ilk və tək "Hip hop" tərzində olan trekidir. Bu mahnı qrupun solisti Danny O'Donoghuenin atası Shay O'Donoghue xatirəsinə həsr olunmuşdur. Mahnının ərsəyə gəlməsində demək olar ki, Danny O'Donoghue özü iştirak etmişdir. Yalnız bir sıra yerlərində gitarist Mark Sheehan və digər bəstəkarlar düzəlişlər etmişdir. Mahnıda ən yadda qalan və təsir edici hissəsi isə "The roses came, but they took you away" yəni tərcümədə mənası "Güllər gəldi, amma onlar səni uzaqlaşdırdı" deməkdir. Bu hissə isə əbəs yerə işlədilməyib. Çünki Denninin atası məhz 14 Fevralda — Sevgililər günündə dünyasını dəyişmişdir. Məhz bu hadisə bu günə təsadüf etdiyi üçün o, bunu beləcə əlaqələndirib. Mahnının klipi 18 fevral 2013 tarixində çəkilmişdir. Hazırda klipin baxış sayı 20 milyondan çoxdur.
Surakə ibn Əmr
Surakə ibn Əmr (ərəb. سراقة بن عمرو‎) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin səhabələrindən biri, İslam sərkərdəsi, Qafqazdakı fəth müharibələrinin iştirakçısı. Zu-n-Nun (ərəb. زو النون‎) və Zu-n-Nur (ərəb. ذو النور‎) kimi də tanınır. == Bioqrafiyası == Surakə ibn Əmr 640-cı ildə Xəlifə Ömər ibn Xəttab tərəfindən Bab əl-Əbvab (Dərbənd) və Əl-Babın (Ermənistan) fəthinə məsul təyin edildi, onun avanqardına Əbdürrəhman ibn Rəbiə komandanlıq edirdi. Daha sonra isə rəhbərlik Rəbiəyə keçmişdir. O, həmçinin Bab əl-Əbvabın fars valisi Şəhrvarazla müqavilə bağladıqdan sonra digər fəthlərə dəstələr göndərir. Surakə ibn Əmr ordusunda fəaliyyət göstərməyə razı olan hər kəsİ cizyədən azad edir, həmçinin Tiflis və Azərbaycan fəth edilir. 651-ci ildə dağlıq ərazilər uğrunda gedən müharibə zamanı o dünyasını dəyişir və Əbdürrəhman ibn Rəbiə onun yerinə canişini təyin edilir.