Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Scream
Scream/Childhood — Maykl Ceksonun doqquzuncu studio albomu HIStory: Past, Present and Future, Book I albomundan olan cüt sinql. Scream mahnısı aıbomda birinci, Childhood mahnısı isə HIStory Continues adlı ikinci diskdə onuncu mahnıdır. Scream Canet Ceksonla duet, Childhood isə solo parçadır. Sinql 31 may 1995-ci ildə satışa çıxarılmışdır. Scream ilk növbədə Maykl Ceksona qarşı uşaq cinsi istismarı ilə bağlı dövrü mətbuatda yer alan əsassız informasiyalara qarşı cavab mahnısı kimi nəzərdə tutulmuşdu. Mahnının sözləri və musiqisi Cimmi Cəm və Terri Luis tərəfindən yazılmış, Maykl isə mahnıda vokal ifayla yanaşı, çoxlu musiqi alətində də ifa etmişdir. Mahnıda pop, electrorock, new jack swing, dance-pop, və funk musiqi elementlərindən istifadə edilib. Epic Recordsun rəsmən satışa çıxarılmasına kimi ciddi cəhdlə mahnın qorumasına baxmayaraq, mahnı satışa çıxarılmadan əvvəl radiolara sızmış və səsləndirilmişdir. Ümumiyyətlə mahnı tənqidçilər arasında müsbət qarşılanmış, bu isə Grammy Award və American Music Awarda namizəd kimi irəli sürülməsinə təkan vermişdir. Mahnıya çəkilmiş videoklip MTV Video Music Awards və Grammy mükafatlarını qazanmasına baxmayaraq, hələ də Ceksonun ən çox tənqid edilən klipi olaraq qalmaqdadır.
Scream/Childhood
Scream/Childhood — Maykl Ceksonun doqquzuncu studio albomu HIStory: Past, Present and Future, Book I albomundan olan cüt sinql. Scream mahnısı aıbomda birinci, Childhood mahnısı isə HIStory Continues adlı ikinci diskdə onuncu mahnıdır. Scream Canet Ceksonla duet, Childhood isə solo parçadır. Sinql 31 may 1995-ci ildə satışa çıxarılmışdır. Scream ilk növbədə Maykl Ceksona qarşı uşaq cinsi istismarı ilə bağlı dövrü mətbuatda yer alan əsassız informasiyalara qarşı cavab mahnısı kimi nəzərdə tutulmuşdu. Mahnının sözləri və musiqisi Cimmi Cəm və Terri Luis tərəfindən yazılmış, Maykl isə mahnıda vokal ifayla yanaşı, çoxlu musiqi alətində də ifa etmişdir. Mahnıda pop, electrorock, new jack swing, dance-pop, və funk musiqi elementlərindən istifadə edilib. Epic Recordsun rəsmən satışa çıxarılmasına kimi ciddi cəhdlə mahnın qorumasına baxmayaraq, mahnı satışa çıxarılmadan əvvəl radiolara sızmış və səsləndirilmişdir. Ümumiyyətlə mahnı tənqidçilər arasında müsbət qarşılanmış, bu isə Grammy Award və American Music Awarda namizəd kimi irəli sürülməsinə təkan vermişdir. Mahnıya çəkilmiş videoklip MTV Video Music Awards və Grammy mükafatlarını qazanmasına baxmayaraq, hələ də Ceksonun ən çox tənqid edilən klipi olaraq qalmaqdadır.
Scream (Maykl Cekson albomu)
Scream – Maykl Cekson 2017-ci ildə çıxarılması gözlənilən ümumiləşdirmə albomudur. == Kompozisiyaların siyahısı == 14-cü trek "Blood on the Dance Floor", "Dangerous", "This Place Hotel", "Is It Scary" və "Leave Me Alone" mahnılarının vokal və musiqi materiallarından istifadə edilməklə yaradılıb.
Scream (Sergey Lazarev mahnısı)
Scream (azərb. Qışqırıq‎) — Rusiyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Sergey Lazarev "Scream" mahnısı ilə Rusiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnının musiqisi Filipp Kirkorov və yunan bəstəkarı Dimitris Kantopulosa, sözləri isə Şeron Vona aiddir.
SDRAM
SDRAM(synchronous dynamic random access memory,синхронная динамическая память с произвольным доступом,eş zamanlı dinamik rastgele erişimli bellek,ixtiyari erişimli sinxron dinamik yaddaş)– kompüterdə operativ yaddaş kimi istifadə olunan yaddasaxlama qurğusu. Kütləvi istehsalına 1993-cü ildə başlanılıb. Verilənlərin asinxron mübadiləsinin istifadə olunduğu başqa növ DRAM yaddaşlardan fərqli olaraq, SDRAM qurğusuna daxil olan idarəedici siqnala cavab dərhal geri qaytarılmır, yalnız növbəti takt siqnalı alındıqdan sonra qaytarılır.SDRAM sinxron interfeysə malikdir ki, nəzarət girişlərində dəyişikliklər saat girişinin artan kənarından sonra tanınır. JEDEC tərəfindən standartlaşdırılmış SDRAM ailələrində, saat siqnalı gələn əmrlərə cavab verən daxili sonlu dövlət maşınının gücləndirilməsini nəzarət edir.Bu əmrlər, yeni əmrlər alınarkən daha əvvəl başlayan əməliyyatları tamamlayaraq, performansı artırmaq üçün boru şəklində ola bilər. Yaddaş bir neçə eyni ölçülü, lakin müstəqil bölmələrə bölünür.SDRAM geniş şəkildə kompüterlərdə istifadə olunur. Orijinal SDRAM-dan başqa, ikiqat məlumat dərəcəsi RAM-lərinin gələcək nəsilləri 2014-cü ilin ikinci yarısında yayımlanan ən son nəsil (DDR4) ilə - DDR (DDR1), DDR2, DDR3 və DDR4 kimi kütləvi bazarlara daxil olmuşlar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 755 s.
Steam
Steam — rəqəmsal videooyun və proqramlar nəşr edən servisdir və məşhur Valve şirkətinə məxsusdur. Steam Valve-nin və habelə onun razılığı ilə Epic Games, THQ, 2K Games, Activision, Capcom, Codemasters, Eidos Interactive, 1С, GSC Game World, id Software, SEGA, Atari, Rockstar Games, Telltale Games, Ubisoft, Bethesda Softworks və digər başqa şirkətlərin rəqəmsal oyunlarının və proqramlarının aktivasiyasını, yenilənməsini təmin edir və həyata keçirir. 2013-cü ilin may ayında,artıq Steam-də dörd mindən çox oyun yayılır.Bu oyunlara hər gün,həftələr arası və həftəsonu endirimləri aiddir.Qeydiyyatdan keçmiş hesabların sayı 65 milyonu keçib.Steam-ın rəsmi saytında,onunla əməkdaşlıq edən bütün nəşrçilərin və bəstəkarların adı açıq keçiddə yerləşən siyahıdadır. Əvvəllər bu servisdə yalnız oyunlar və onlara aid olan modifikasiyalar,treylerlər yayımlanırdı ancaq,Valve bir neçə dəfə bildirmişdi ki onlar bununla kifayətlənməyəcəkdirlər və gələcəkdə musiqi,filmlərin yayımına da başlayacaqlar. 2012-ci ilin oktyabr ayının ikisində Steam-də «Proqramlar»(Software) adlı bölmə yarandı.Hal-hazırda bu bölmədə Source-Filmmaker,Art Rage kimi proqramlar mövcuddur. == Yaranma tarixçəsi == Steam ondan erkən yaranan WON sistemini əvəz etmək üçün yarandı.Steam-ın tarixçəsi 1999 ildə Team Fortress Classic və Counter-Strike-nin tez bir şəkildə müvəffəqiyyət qazanması ilə başladı. Hələ bu iki oyun final stadiyasına çatmamışdılar ancaq ən yaxşı multipleyerlərdən biri hesab olunurdular.Həmçinin,bu vaxtda artıq bu oyunların istifadəçilərinin sayı 2-3 minə çatmışdı.TFC və CS oyunçularının sayı bir neçə ildən sonra qat-qat çoxalmağa başladı.Bu hadisələri diqqətlə müşahidə edən Valve şirkəti artıq,ənənəvi onlayn-oyunların hazırlanmasına yenidən,başqa bir açıdan başlamaq istəyirdi.Onların əsas məqsədlərindən biri də gələcəkdə bu proqramın istifadəçilərinin sayının daha da çoxalması idi.Bunun üçün isə artıq oyunların avtomatik şəkildə yenilənməsi,VAC-ın daha da təkmilləşdirilməsi və s. kimi vacib ünsürlər müəlliflərin qarşısında maneəçilik törədirdi və onlar belə qərara gəldilər ki,artıq yeni bir sistem yaratmaq lazımdı,bütün səciyyəvi əməliyyatlar bu platforma vasitəsilə həyata keçirilməli idi.Ancaq bu ideyanın həyata keçirilməsi üçün külli miqdarda vəsait tələb olunurdu.Valve şirkəti özünə yeni əməkdaşlar axtarırdı bunlardan biri də Yahoo!,Cisco,Amazon idi.Ancaq bu şirkətlərdən heç biri Valve-nin təklifini qiymətləndirə bilmədi.Ancaq bu platforma Valve üçün o qədər dəyərli idi ki,artıq onların özü bu sistem üzərində işləməyə başladılar. Steam birinci dəfə 2002-ci ilin 22 mart ayında,Game Developers Conference-də təqdim olundu.Steam-ın 1.0 versiyası CS 4.1 beta-versiya vaxtlarına təsadüf edirdi.CS 4.1-in beta-testerləri bu proqramı məcburi olaraq yükləməli idilər,ancaq,proqram final versiyanın əlavə komponenti kimi hesab olunurdu. == Proqramın adı == Steam (azərb.
Screen Rant
"Screen Rant" — ABŞ xəbər və əyləncə portalı. Sayt 2003-cü ildə fəaliyyətə göstərməyə başlamışdır. Burad televiziya, filmlər, video oyunlar sahəsində xəbərlər dərc edilir. Sayt Vik Holtreman tərəfindən təsis edilmişdir. "Screen Rant" həmçinin, 5 milyondan çox abunəçisi və 2 milyard ümumi baxışı olan "YouTube" kanalına malikdir."Screen Rant" vaxt keçdikcə Los-Anceles qırmızı xalçası, Nyu-York Film Festivalı və "San Diego Comic-Con" kimi hadisələri işıqlandırmağa başlamışdır.2015-ci ildə "Screen Rant" Monrealda yerləşən onlayn media naşiri "Valnet, Inc." tərəfindən satın alınmışdır.
BanG Dream!
BanG Dream! (バンドリ, Bandori) — Bushiroad tərəfindən istehsal olunan bir musiqi media franşizi. == İstinadlar == == Xarici keçidlər == bang-dream.com — BanG Dream!
Nensi Acram
Nensi Nabil Ajram (ərəb. نانسي نبيل عجرم‎; 16 may 1983-cü il, Əşrəfiyə[1]) — Livan müğənnisi. İndiyə qədər 2-si uşaqlar üçün olmaqla, ümumilikdə 12 studiya albomu çıxaran sənətçi karyerası boyunca çox sayda mötəbər ərəb festivallarına qatılıb, həmçinin çox sayda mükafata layiq görülüb. Onlardan biri də Ən Yaxşı Yaxın Şərq Sənətçisi olaraq, 2008-ci ildə qazandığı World Music Awards [2]mükafatıdır. Bununla da o, o zamana qədər həmin mükafatı almış ən gənc ərəb sənətçisi olmuşdur. Ardınca, 2012 və 2014-cü illərdə də World Music Awards mükafatına layiq görülmüşdür[3]. Nensi Ajram Coca-Cola şirkətinin Yaxın Şərqdə olan ilk və yeganə qadın sözçüsü olmuşdur. O, həm də UNICEF-in Yaxın Şərq üzrə ilk qadın xoşməramlı səfiridir[4]. Bundan əlavə, sənətçi Tiffany&Co markasının da Yaxın Şərqdə ilk ərəb təmsilçisi olmuşdur[5]. Nensi həmçinin sosial şəbəkələrdə ən çox izləyiciyə malik ərəb sənətçisidir.
Quantic Dream
Quantic Dream SA — Parisdə yerləşən Fransız videooyun tərtibatçı və yayımlayıcısı şirkətidir. 1997-ci ilin Mayında əsası qoyulan şirkət 5 oyun istehsal etmişdir: The Nomad Soul (1999), Fahrenheit (2005), Heavy Rain (2010), Beyond: Two Souls (2013), və Detroit: Become Human (2018). Şirkət interaktiv hekayəçiliyin təşviqi ilə tanınır. 2022-ci ilin Avqust ayında NetEase şirkəti tərəfindən alınan şirkət "NetEase"in ilk Avropa oyun studiyası olmuşdur.
Seram (ada)
Seram (ind. Pulau Seram) — Malay arxipelaqına və Molukk adalarına daxil olan ada. Onun sahəsi 17,1 min. km² təşkil edir. Əsas limanı Masoxi şəhəridir. == Coğrafiyası və geologiyası == Seram adasının mərkəzində dağ silsiləsi keçir. Adanın ən hündür nöqtəsi Binaya (3019 m) dağıdır. Seram demək olar ki, bütünlüklə rütubətli tropik meşələri ilə örtülmüşdür. Geoloji baxımında qarışıq zonada yerləşir. Burada litosfer tavalarının toqquşma yeri olması və tektonik catların çoxluğu ilə seçilir.
Seram dənizi
Seram dənizi (ing. Ceram Sea) — Sakit okeanında adalar arası dəniz olaraq Malay arxipelaqına daxil olan Seram, Buru, Sula, Obi, Mussol adaları və Sendarau yarımadası (Yeni Qvineya) arasın yerləşir. Sahəsi 161,000 km² , həcmi 173,000 km³ təşkil edir. Orta dərinliyi 1074 m, ən dərin yeri 5319 metrdir. Dibi qumsal və çoxlu mərcan rifi ilə zəngindir. Səthində temperatur 27-28 s arası dəyişir. Duzluğu 34 ‰ təşkil edir. Əsas limanları Baru (Seram), Fakfak (Yeni Qvineya).
Teenage Dream
Teenage Dream - Keti Perrinin ikinci studiya albomu. 30 avqust 2010 dünyanın azad ediləcək üzrə Capitol Records.
The Monsterican Dream
The Monsterican Dream — Lordi studiya albomu.
I Have A Dream
Mənim bir arzum var (ing. I have a dream) — amerikalı hüquq müdafiəçisi, 1964-cü il Nobel Sülh Mükafatı laureatı Martin Lüter Kinqin 1963-cü il 28 avqust tarixində Vaşinqtona yürüş zamanı Linkoln memorialının qarşısında 200-300 min nümayişçinin önündə etdiyi məşhur çıxışı. Bu çıxışında o, gələcəkdə ağların və qaradərililərin bərabər hüquqlara malik olduğu bir Amerika görmək istədiyini ifadə etmişdir. Bu çıxış natiqlik sənətinin incilərindən hesab edilir. Öz üslubuna görə zənci baptist moizəsinə bənzəyir və İncilə, ABŞ İstiqlal Bəyannaməsinə, Qulların azad edilməsi haqda manifestə və ABŞ Konstitusiyasına allüziyalarla zəngindir. Millətimizin azadlığı uğrunda mübarizə tarixində azman bir hadisə kimi qalası bu nümayişdə sizinlə bir yerdə olduğuma görə xoşbəxtəm! Yüz il bundan əvvəl, rəmzi olaraq abidəsinin kölgəsinə yığışdığımız böyük amerikalı Avraam Linkoln Azadlıq bəyannaməsini imzaladı. Bu əlamətdar sənəd haqsızlığın dözülməz əsarəti altında inləməkdə olan milyonlarla qul zəncilərin qəlbində ümid işığı yandırdı. Bu, köləliyin uzun gecəsindən sonra sevincə açılan dan yerinə bənzəyirdi. Ancaq indi, yüz il keçəndən sonra müdhiş fakt qarşısında qalmışıq.
Life Is a Dream
Həyat bir xəyaldır Pedro Calderon de la Barca'nın 1635 - ci ildə çıxan və Barokun ədəbi hərəkatına aid bir teatr əsəridir. Əsas mövzu, insanın fərz edilən bir taleylə aparılmadan həyatını konfiqurasiya etmək azadlığıdır. Bir yuxu kimi həyat anlayışı çox qədimdir, Hindu düşüncəsində, Fars mistisizmində, Buddist əxlaqında, Judeo-Xristian ənənəsində və Yunan fəlsəfəsində istinadlar var. Bu səbəbdən hətta ədəbi bir mövzu olaraq qəbul edilmişdir.
Requiem for a Dream
Bir yuxu üçün rekviyem (ing. Requiem for A Dream) Darren Aronofskinin 2000-ci ildə çəkdiyi dram və cinayət janrlı film. Hubert Selby Jr.'ün 1978də çap olunmuş romanından, 2000-ci ildə ekranlaşdırılıb. Başrollarında Ellen Burstyn, Jennifer Connelly, Marlon Wayans ve Jared Leto yer alır. Ellen Burstyn bu film ile 2000 Ən Yaxşı Aktrissa Oscar mükafatına namizəd olmuştur. == Mövzusu == Film müasir dünyada gəncləri ən çox zəhərləyən narkotik, bu bağlılığın yol açdığı əxkaqsızlıqlar və televiziya bağlılığından həyatları alt-üst olan 4 insandan danışır. Narkotik bağımlısı bir gənc, televizor bağımlısı anası və aralarında gündən-günə yüksələn bir uçurum… Narkotik batağı içərisindəki Harry’nin həyatdaki tək məqsədi daha çox narkotikdir. Ümidsiz anasını isə həyata bağlayan tək şey ən sevdiyi yarışma programıdır. Bir gün bu yarışmada iştirak haqqı kazananda tək düşündüyü şey qalib olmaq və bu zaman qırmızı paltarını geyinmiş olmaqdır. Yaşlı, dul ve bədbəxt qadın arıqlama həbləri atmağa başlayır.
The Dream (Roko Blajeviç mahnısı)
The Dream (azərb. Yuxu‎) — Xorvatiyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Roko Blajeviç "The Dream" mahnısı ilə Xorvatiyanın Dora 2019 musiqi festivalında qələbə qazanaraq Xorvatiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmək hüququ əldə etmişdir. Mahnı 2017 Avroviziya Mahnı Müsabiqəsində Fransanı təmsil edən Jak Hudek tərəfindən bəstələnmişdir. Mahnının sözləri Andrea Çuriç və Avroviziya 2014-də Avstriyanın, Avroviziya 2015-də isə Serbiya və Sloveniyanın mahnılarını yazan Çarli Meysona aiddir.
Çəram
Çəram — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhərlərindən və Çəram şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 11,980 nəfər və 2,264 ailədən ibarət idi.
Nənsi Əcrəm
Nensi Nabil Ajram (ərəb. نانسي نبيل عجرم‎; 16 may 1983-cü il, Əşrəfiyə[1]) — Livan müğənnisi. İndiyə qədər 2-si uşaqlar üçün olmaqla, ümumilikdə 12 studiya albomu çıxaran sənətçi karyerası boyunca çox sayda mötəbər ərəb festivallarına qatılıb, həmçinin çox sayda mükafata layiq görülüb. Onlardan biri də Ən Yaxşı Yaxın Şərq Sənətçisi olaraq, 2008-ci ildə qazandığı World Music Awards [2]mükafatıdır. Bununla da o, o zamana qədər həmin mükafatı almış ən gənc ərəb sənətçisi olmuşdur. Ardınca, 2012 və 2014-cü illərdə də World Music Awards mükafatına layiq görülmüşdür[3]. Nensi Ajram Coca-Cola şirkətinin Yaxın Şərqdə olan ilk və yeganə qadın sözçüsü olmuşdur. O, həm də UNICEF-in Yaxın Şərq üzrə ilk qadın xoşməramlı səfiridir[4]. Bundan əlavə, sənətçi Tiffany&Co markasının da Yaxın Şərqdə ilk ərəb təmsilçisi olmuşdur[5]. Nensi həmçinin sosial şəbəkələrdə ən çox izləyiciyə malik ərəb sənətçisidir.
Çəram şəhristanı
Çəram şəhristanı — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhristanlarından biridir.Şəhristanın inzibati mərkəzi Çəram şəhəridir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 36,238 nəfər və 7,013 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti şiə müsəlmandırlar.