Nensi Acram

Nensi Nabil Ajram (ərəb. نانسي نبيل عجرم‎; 16 may 1983-cü il, Əşrəfiyə[1]) — Livan müğənnisi.

Nensi Ajram
ərəb. نانسي عجرم
Ümumi məlumatlar
Doğum adı Nensi bint Nabil Ajram
Doğum tarixi (41 yaş)
Doğum yeri Beyrut, Livan
Vətəndaşlığı
Uşağı 3
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 1998–indiyə kimi
Janrlar Pop, ərəb popu.
Albom şirkətləri EMI Arabia (1998)
Megastar (2001–2005)
In2Musica (2008–indiyə kimi)
nancyajram.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İndiyə qədər 2-si uşaqlar üçün olmaqla, ümumilikdə 12 studiya albomu çıxaran sənətçi karyerası boyunca çox sayda mötəbər ərəb festivallarına qatılıb, həmçinin çox sayda mükafata layiq görülüb. Onlardan biri də Ən Yaxşı Yaxın Şərq Sənətçisi olaraq, 2008-ci ildə qazandığı World Music Awards [2]mükafatıdır. Bununla da o, o zamana qədər həmin mükafatı almış ən gənc ərəb sənətçisi olmuşdur. Ardınca, 2012 və 2014-cü illərdə də World Music Awards mükafatına layiq görülmüşdür[3].

Nensi Ajram Coca-Cola şirkətinin Yaxın Şərqdə olan ilk və yeganə qadın sözçüsü olmuşdur. O, həm də UNICEF-in Yaxın Şərq üzrə ilk qadın xoşməramlı səfiridir[4]. Bundan əlavə, sənətçi Tiffany&Co markasının da Yaxın Şərqdə ilk ərəb təmsilçisi olmuşdur[5]. Nensi həmçinin sosial şəbəkələrdə ən çox izləyiciyə malik ərəb sənətçisidir. Bir çoxları tərəfindən onilliyin ərəb musiqi simvolu hesab edilən Nensi Oprah Winfrey Show-da Yaxın Şərqin ən nüfuzlu şəxsiyyətlərindən biri kimi təsvir edilmişdir. Nensi "Cosmopolitan" jurnalı tərəfindən 2023-cü ildə "Yaxın Şərqdə tanımalı olduğunuz ən ilhamverici 14 qadın" siyahısında 4-cü, həmin siyahıda sənətçilər arasında isə 1-ci yeri tutub[6]

Nensi Ajramın Dubay[7] və İstanbulda[8] olan Madame Tussauds muzeyində mumdan heykəli qoyulmuşdur.

Livanlı müğənni Nensi Ajram Spotify tərəfindən Ərəb Pop Kraliçası olaraq təqdim edilmişdir[9]. Nensi Feyruz və mərhum Ümm Külsüm kimi böyük müğənniləri geridə qoyaraq Spotify-da "Ən çox dinlənən" ərəb sənətçisi kimi yeni rekorda imza atıb. Nensi mahnılarının 100 milyondan çox dinlənməsinə nail olduqdan sonra platformada "Ən çox dinlənən" qadın ifaçı kimi siyahının başında gəldi[10][11].

Uşaqlığı və karyerasının başlanğıcı

[redaktə | mənbəni redaktə et]

Nensi Ajram 16 may 1983-cü ildə Livanda, Beyrutun Əşrəfiyyə bölgəsində, Nabil AjramRaymonda Aoun ailəsində anadan olub. 1995-ci ildə 12 yaşında Nensi Livan realiti televiziya müsabiqəsi olan Noujoum Al-Moustakbal (“Gələcəyin Ulduzları”) estrada şousunda iştirak etdi. Nensi Ümm Külsümün mahnısını ifa edərək, Tarab kateqoriyasında qızıl medal qazandı. O, tanınmış Livan musiqiçilərindən musiqi təhsili aldı. 18 yaşından az olmasına baxmayaraq, Livandakı peşəkar sənətçilər sindikatı onu üzv kimi qəbul etdi. 1998-ci ildə, yəni 15 yaşında ikən "Mehtagalak" (“Sənə ehtiyacım var”) adlı ilk albomunu buraxdı[12]. Onun ardınca 2001-ci ildə, 18 yaşında çıxartdığı “Sheel Oyounak Anni” (Gözlərini məndən çək”) albomu isə daha böyük uğur qazandı.

Sənətçiyə ən çox uğur gətirən isə Ya Salam albomundan olan "Akhasmak ah" mahnısı və klipi oldu. Ərəb adət-ənənələrinə zidd olduğuna görə böyük səs-küyə səbəb olsa da, gənc nəsil tərəfindən böyük maraqla qarşılanan bu mahnı ilə Nensi Ajram ərəb popunda yeni bir era başlatdı. O, 15 yaşında artıq bir solo ifaçı olmuş, 20 yaşlarında hit-paradlara başçılıq etmiş, 24 yaşında 30 milyon albom satmış və 26 yaşında BMT Uşaq Fondunun (UNICEF) Yaxın Şərq və Şimali Afrika üçün ilk qadın səfir olmuşdur. [13].

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Nensi 2008-ci ildə 3 illik münasibətdən sonra stomatoloqu olan həkim Fadi el Haşem ilə evləndi. Nensi ilk hamiləliyi müddətində də karyerasına davam etdi. Bu müddətdə o “Lamset eid” (“Əlin toxunuşu”) klipini və ilk Sony Ericsson reklamını çəkdirdi. O həmçinin, canlı konsertlərinə davam etməklə yanaşı, World Music Awards mükafatını da qazandı. 16 may 2009-cu ildə, yəni öz doğum günündə Nensi ilk övladını dünyaya gətirdi və adını "Mila" qoydu. Eyni gündə sənətçinin qızı üçün yazdırdığı “Ya Rabi Tekbar Mila” (“Milanın böyüməsi üçün dua edirəm”) adlı mahnısı da buraxıldı. Elə həmin il Rotana Magazine tərəfindən aparılan sorğuda Nensi 2009-cu ilin “Ən Gözəl Anası” seçildi. 2010-cu ildə ikinci övladına hamilə olduğu müddətdə isə Nensi “Sheikh Al Shabab” (“Gənclərin şeyxi”) və “Ya Kether” (“Nə qədər çox”) kliplərini təqdim etdi. 23 aprel 2011-ci ildə isə Nensinin 2-ci qızı "Ella" anadan oldu. İkinci övladı dünyaya gələn gün Nensi onun üçün yazdırdığı “Hadri Laabek” (“Oyuncaqlarını hazırla”) adlı mahnısını çıxardı. Nensinin 3-cü övladı isə 30 Yanvar 2019-cu ildə dünyaya gəldi. 3-cü dəfə qız anası olan Nensi övladının adını "Lya" qoydu. Bu dəfə də ənənəsinə sadiq qalaraq, 3-cü qızının doğumundan sonra da Nensi onun üçün yazdırdığı “Lya” mahnısını öz Youtube kanalında paylaşdı[14].

İli: Adı:
1998 Mehtagalak
2001 Sheel Oyounak Anni
2003 Ya Salam
2004 Ah W Noss
2006 Ya Tabtab
2007 Shakhbat Shakhabit(uşaq albomu)
2008 Betfakar Fi Eih?!
2010 Nancy7 (albom)
2012 Super Nancy(uşaq albomu)
2014 Nancy8
2017 Nancy9 (Hassa Beek)
2021 Nancy10

[15]

Rəsmi klipləri
İli: Adı: Albom: Rejissor:
1997 "Oilha kelma ala shani" Sinql Ali El Darzi
1998 "Mehtagalak" Mehtagalak Elie Feghali
2001 "Sheel oyounak anni" Sheel Oyounak Anni Guy Zahlan
2002 "Akhasmak ah" Ya Salam Nadine Labaki
2003 "Ya Salam"
"Yay sehr oyoono"
2004 "Ah w noss" Ah W Noss
"Lawn oyounak"
2005 "Oul tani keda" Luca Tomassini
"Enta eih" Nadine Labaki
2006 "Ya tabtab" Ya Tabtab
"Moegaba" Harry Rankin,

Mike Lipscombe

"Ana yalli bahebbak" Pascale D'Ash
"Ehsas Gedid" Said El Marouk
2007 "Elli kan" Diamantino Ferreira
"Meshtaga leik" Mirna Khayat
"Shakhbat shakhabit" Shakhbat Shakhabit Said El Marouk
2008 "Risala ilal alam" Fadi Haddad
"Betfakkar fi eih" Betfakar Fi Eih?! Said El Marouk
"Min dah elly nseik"
2009 "Lamset eid" Leila Kanaan
"Ebn el geran" Mike Harris
"Mashi haddi" Leila Kanaan
2010 "Shaggaa' be alamak" Sinql Leila Kanaan
"Fi hagat" Nancy7 (albom) Nadine Labaki
"Sheikh el shabab" Leila Kanaan
2011 "Ya kether" Sophie Boutros
2012 "Super Nancy" Super Nancy Leila Kanaan
"Badak teb'a fik" Sinql Waleed Nassif
2013 "Aamel aekla"
2014 "Ma tegy hena" Nancy8 Joe Bou Eid
"Shaggaa helmak" Sinql Jeff T. Thomas
"Moush far'a ktir" Nancy8 Said El Marouk
"Ma aw'edak ma ghir" Fadi Haddad
"Yalla" Angy Jammal
2015 "W bkoun jayi wade'ak" Fadi Haddad
2017 "Hassa beek" Nancy9 (Hassa Beek) Leila Kanaan
2018 "W maak"
"Badna nwalee el jaw" Sinql Samir Syriani
2019 "El hob zay el water" Nancy9 (Hassa Beek) Leila Kanaan
2020 "Albi ya albi" Sinql Raja Nehme
"Ila Beirut al ontha" Samir Syriani
2021 "Emmi"
"Salamat" Nancy10
"Miyye w khamsin" Leila Kanaan
2022 "Ma te'tezer" Samir Syriani
"Sah sah" Sinql Sarah McColgan
"Aala shanak" Nancy10 Leila Kanaan
"Ya eid" Sinql Samir Syriani
2023 "Baddi hada hebbou" Nancy10
2023 "Tegy Nenbeset" Sinql Leila Kanaan

[16] [17]

  1. Nensi Ajram Wikipedia
  2. "Dünya Musiqi Mükafatı"-nın rəsmi Facebook hesabı
  3. Nensi Ajram rəsmi vebsaytı
  4. Nensi Ajram haqqında məlumatlar
  5. Nensi Ajramın Tiffany&Co ilə əməkdaşlığı
  6. Cosmopolitan Yaxın Şərq
  7. Nensi Ajramın Dubaydakı mum heykəli
  8. Nensi Ajramın İstanbuldakı mum heykəli
  9. Spotify-ın rəsmi Instagram hesabı
  10. Nensi Ajramın Spotify nəticələri
  11. Nensi Ajramın Spotify hesabı
  12. Nensi Ajramın şəxsi həyatı
  13. Müsahibə
  14. "Lya" mahnısı
  15. Nensi Ajramın albom siyahısı
  16. Nensi Ajramın klip siyahısı
  17. Nensi Ajramın Youtube kanalı