Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sekvoyya
Sekvoyya (Corc Gess)
Sekvoyya (ing. Sequoyah, həm də Corc Gess (George Guess) kimi də tanınır; təxm. 1760-1770 — 1843-1845) — çeroki hindu tayfasının başçısı, hecalı çeroki əlifbasının ixtiraçısı, çeroki dilində nəşr edilən "Çeroki Feniks" qəzetinin yaradıcısı olmuşdur. == Qısa bioqrafiyası == Təxminən 1760-cı və ya 1770-ci illərdə çeroki tayfasından olan bir qadının oğlu olmuşdur. Onun doğum yeri məlum deyil, amma doğulduğu yer kimi Tenessidə Taskeqi kəndi göstərilir. 1809-cu ildə Alabama ştatının Villestaun şəhərinə gələrək, gümüş işləri ilə məşğul olmağa başlamışdır. Onda o ingilis dilini bilməsə də, amerikalıların yazıdan necə istifadə etdiyini görür. Bundan sonra o çeroki dili üçün yazı sistemini tərtib etməyə başlayır. İlk əvvəl o, əlifbanı heroqlif yazısı ilə tərtib etməyə üstünlük versə də, lakin sonradan bunu hecavi əlifba ilə əvəz etmək qərarına gəlir. 1821-ci ildə onun tərəfindən hazırlanmış əlifbada 86 simvol var idi.
Sekvoya
Sekvoya (lat. Sequoia) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinə aid bitki cinsi.
Həmişəyaşıl sekvoya
Həmişəyaşıl sekvoya (lat. Sequoia sempervirens) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin sekvoya cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amerikanın dağlıq rayonlarında, Sakit okean sahili boyu ərazilərdə yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 100 m-ə və çətirinin diamteri 8–10 m-ə çatan uzunömürlü (2000 ilə qədər) ağacdır. Sistematik baxımdan bu növ sekvoyadendrona yaxındır. Çətiri ensizdir və budaqlanması gövdənin yuxarısından başlayır. İynəyarpaqları neştərvarıdır, yumşaqdır, budaq üzərində iki cərgədə düzülür. Qozaları kiçik ölçüdədir, ovaldır 2-2,5 sm uzunluqdadır. Hamar, mavi-boz iynəyarpaqlı qısa zoğları sekvoyaya dekorativ görünüş verir. Ağacın qabığı qalın, qırmızımtıl, dərin şırımlıdır.
Savoyya
Savoya (fr. Savoie, oks. Savòia) — Fransanın şərqində yerləşən, Overn-Rona-Alp regionun departamentlərindən biri. Sıra nömrəsi — 73. İnzibati mərkəzi — Şamberi, Subprefekturası isə Sen-Jan-de-Moryen, Albervil. Əhalisi — 421105 nəfərdir (departamentlər arasında 57-ci yer, 2012-ci ilin məlumatları). Departament Fransanın ən dağlıq bölgəsidir (ərazinin 88,4% -i). Onlar əsasən Alp dağlarına aiddir, lakin Savoyun qərbində Yura dağı yerləşir. Departament 1860-cı ildə Savoya hersoqluğu Fransaya qoşulması zamanı yaradılmışdır. XIX əsrin sonlarından etibarən, Savoyada turizm sektoru aktiv şəkildə inkişaf edir.
Savoyya hersoqluğu
Savoyya hersoqluğu (it. Ducato di Savoia; fr. Duché de Savoie) 1416–1714-cü illər arasında Savoyya sülaləsinin hakimiyyəti altındakı torpaqlara verilən addır. Hersoqluq İtaliya yarımadasının şimalında yerləşirdi. Ərazisinin bir hissəsi indiki Fransanın bir hissəsidir. Savoyya əyalətinin davamı olan Hersoqluq, Sardiniya və İtaliya Krallığının əsas hissəsini təşkil etmişdir. == Mənbə == Oresko, Robert (1997). "The House of Savoy in search for a royal crown in the seventeenth century". In Oresko, Robert; Gibbs, G. C.; Scott, H. M. (eds.). Royal and Republican Sovereignty in Early Modern Europe: Essays in Memory of Ragnhild Hatton.
Savoyya sülaləsi
Savoyya sülaləsi (it. Casa Savoia) dünyada ən qədim kral ailələrindən biridir. Sülalənin əsası 1003-cü ildə Savoyya regionunda qoyulmuşdur, tədrici genişlənmə nəticəsində II Viktor Emanueldən başlayaraq 85 il müddətinə bu sülalənin nümayəndələri olan- I Umberto, III Viktor Emanuel və II Umberto İtaliya krallığını idarə etmişlər. II Umberto cəmi iki həftə hakimiyyədə qaldı, referendum nəticəsində hakimiyyətdən getdi və ölkə respublika elan olundu. == Erkən tarixləri == Sülalənin əsasını Sabaudialı Umberto (Humbert Biankamano) qoymuşdur. O, 1003-1047-ci illərdə hakimiyyətdə olmuşdur. Çox tarixçilərə görə, Umberto özü Saksoniyada, Magdeburq yaxınlığında anadan olmuşdur. Onun qraflığı kasıb idi, lakin tədricən diplomatik uğurlar nəticəsində böyüməyə başlayır. Onun iki oğlu Mömin Moris Abbatlığında yepiskop idi. Umbertonun ölümündən sonra hakimiyyətə onun oğlu Savoyyalı Otto gəlir.
Yuxarı Savoyya
Yuxarı Savoyya (fr. Haute-Savoie, oks. Nauta Savòia) — Fransanın şərqində yerləşən, Overn-Rona-Alp regionun departamentlərindən biri. Sıra nömrəsi — 74. İnzibati mərkəzi — Annesi (fr. Annecy). Əhalisi — 760979 nəfər (departamentlər arasında 30-cu yerdə, 2010-cu ilin məlumatları). == Coğrafiyası == Ərazisi — 4388 km². Departament Alp dağlarında yerləşir İtaliya və İsveçrə ilə sərhəddir. == Tarixi == XIX əsrin ortalarına qədər Savoyya sülaləsinin hersoqluğuna məxsus idi.
Fransisk (Savoyya hersoqu)
Fransisk (it. Francesco Giacinto di Savoia) (14 sentyabr 1632, Turin – 4 oktyabr 1638, Turin) — Savoyya hersoqu. Atası Savoyya hersoqu Viktor Amadeus, anası isə Fransa kralı IV Henrinin qızı Kristinadır. Atasının ani vəfatının ardından, hələ 5 yaşında ikən Savoyya hersoqu, anası isə taxt naibəsi elan olundu. Ancaq cəmi bir il sonra qızdırmalı xəstəlik səbəbilə öldüyü qeyd edilir. Ölümündən sonra taxta 4 yaşlı kiçik qardaşı Çarlz Emanuel çıxdı və anası naibəliyə davam etdi. == Mənbə == Storrs, Christopher (1999). War, Diplomacy and the Rise of Savoy 1690–1720. Cambridge University Press. ISBN 0521551463 Merlini, Carlo (1938).
Lüdovik (Savoyya hersoqu)
Lüdovik (it. Ludovico di Savoia) (24 fevral 1413, Cenevrə, Cenevrə kantonu[d] – 29 yanvar 1465, Lion) — Savoyya hersoqu. Atası ilk Savoyya hersoqu və antipapa VIII Amadeus, anası isə Fransa kralı II Conun nəvəsi Burqundiyalı Mariyadır. == Mənbə == Fletcher, Stella (2000). The Longman Companion to Renaissance Europe, 1390–1530. Pearson Education Limited. Grendler, Paul F. (2017). The Jesuits and Italian Universities, 1548–1773. The Catholic University of America Press. Hand, Joni M. (2013).
Burqundiyalı Mariya (Savoyya hersoqinası)
Burqundiyalı Mariya (it. Maria di Borgogna) (sentyabr 1386, Dijon – 8 oktyabr 1422, Tonon-le-Ben[d]) — İlk Savoyya hersoqu və antipapa VIII Amadeusun xanımı, Savoyya hersoqinası. Atası Burqundiya hersoqu Cəsur Filipp, anası isə Flandriya qrafinyası Marqaritadır. Hələ 7 yaşında ikən 10 yaşlı Savoyya qrafı VIII Amadeusla nigahlandı. Cütlüyün toy mərasimi isə 1401-ci ilin mayında baş tutdu. Ərinin 1416-cı ildə hersoqluğa yüksəlməsiylə o da qrafinyalıqdan hersoqinalığa yüksəldi. == Mənbə == Suckale, Robert; Crossley, Paul (2005). Prague: The Crown of Bohemia, 1347-1437. Metropolitan Museum of Art. p.
Emanuel Filibert (Savoyya hersoqu)
Emanuel Filibert (it. Emanuele Filiberto di Savoia) və ya Dəmirbaş (it. Testa di ferro) (8 iyul 1528, Şamberi, Savoy hersoqluğu – 30 avqust 1580, Turin, Savoy hersoqluğu) — Savoyya hersoqu. Atası Savoyya hersoqu III Çarlz, anası isə Portuqaliya kralı I Manuelin qızı Portuqaliyalı Beatrisdir. Anası Müqəddəs Roma imperatoru V Karlın həm baldızı, həm də xalası qızı idi. Bu səbəblə gənc yaşlarından etibarən V Karlın ordusunda Fransaya qarşı müharibədə xidmət etməyə başlamışdı. 1553-cü ildə atasının vəfatıyla Savoyya hersoqluğuna yüksəlsə də, bütün mülkləri fransızlar tərəfindən işğal edilmişdi və 1536-cı ildən bəri bütün ailəsi sürgündə yaşamaqda idi. Bu səbəblə torpaqlarını geri almaq ümidiylə Habsburqlara xidmət etməyə davam etdi. Üstəlik, 1555-1559-cu illərdə Habsburqların Hollandiyadakı hakimi olaraq fəaliyyət göstərmişdir. Bu vəzifədə ikən ispanların şimali Fransaya etdiyi hücumlara şəxsən rəhbərlik etdi.
III Çarlz (Savoyya hersoqu)
III Çarlz (it. Carlo III di Savoia) və ya Yaxşı Çarlz (it. Carlo il Buono) (10 oktyabr 1486, Şaze-syur-En – 17 avqust 1553, Verçelli[d], Pyemont) — Savoyya hersoqu. Atası Savoyya hersoqu II Filipp, anası isə Klaudin Brosdur. 1536-cı ildə bacısı oğlu olan Fransa kralı I Fransisk tərəfindən hersoqluq işğal olundu və III Çarlz ölkədən qaçmağa məcbur oldu. Qalan ömrünü sürgündə keçirmişdir. == Mənbə == John Roger Paas, The German Political Broadsheet, 1600–1700: 1600–1615, (Otto Harrassowitz, 1985), 67. Michael Mallett and Christine Shaw, The Italian Wars, 1494–1559, (Pearson Educational Limited, 2012), 230–231.
II Filibert (Savoyya hersoqu)
II Filibert (it. Filiberto II di Savoia) və ya Yaraşıqlı Filibert (it. Filiberto il Bello) (10 aprel 1480, Pon-d'En – 10 sentyabr 1504, Pon-d'En) — Savoyya hersoqu. Atası Savoyya hersoqu II Filipp, anası isə Burbonlu Marqaritadır. 1496-cı ildə atası II Filipp gözlənilmədən Savoyya hersoqu olmuşdu və taxt iddiasını gücləndirmək məqsədilə varisi olan 16 yaşlı oğlu Filiberti sələfinin 9 yaşlı bacısı Yolanda ilə evləndirmişdi. Yolanda Savoyya hersoqu I Çarlzın qızı və onun şəcərəsindən gələn ən böyük varis idi. Atasının qısa səltənəti və ölümünün ardından Filibert taxta çıxdı. Ancaq 2 il sonra xanımı Yolanda vəfat etdi və Filibertin taxt iddiası zəiflədi. Bu səbəblə Filibert Avropanın böyüyən gücü Habsburqlara yaxınlaşmağa başladı. Siyasi məqsədlərlə 1501-ci ildə Müqəddəs Roma imperatoru I Maksimilyanın qızı Marqarita ilə evləndi.
II Filipp (Savoyya hersoqu)
II Filipp (it. Filippo II di Savoia) və ya Torpaqsız Filipp (it. Filippo senza Terra) (5 fevral 1438, Şamberi, Fransa metropoliyası – 7 noyabr 1497, Şamberi, Fransa metropoliyası) — Savoyya hersoqu. Atası Savoyya hersoqu Lüdovik, anası isə Kipr kralı Yanoşun qızı Annadır. Savoyya hersoqluğu böyük qardaşı IX Amadeusun şəcərəsindən davam edirdi. Ancaq onun nəvəsi II Çarlz 6 yaşında vəfat etmiş, sülalənin taxta ən yaxın kişi namizədi olaraq II Filipp səltənəti ələ aldı. Buna baxmayaraq taxt sırasında qardaşının şəcərəsinə mənsub bəzi qadın nümayəndələr buna qarşı çıxdılar. Taxt iddiasını gücləndirmək məqsədilə sələfinin bacısı Yolandanı böyük oğlu Filibertlə evləndirdi. Ancaq çox keçmədən II Filipp vəfat etdi. == Mənbə == Cholakian, Patricia Francis; Cholakian, Rouben Charles (2006).
II Çarlz (Savoyya hersoqu)
II Çarlz (it. Carlo II di Savoia) (23 iyun 1489, Turin – 16 aprel 1496 və ya 1496, Monkalyeri, Pyemont) — Savoyya hersoqu, Kilikiyanın, Yerusəlimin və Kiprin de-yure kralı. Atası Savoyya hersoqu I Çarlz, anası isə Milan hersoqu I Françesko Sforzanın nəvələrindən Blanşdır. Atasının ani vəfatının ardından, hələ 1 yaşında ikən Savoyya hersoqu, anası isə taxt naibəsi elan olundu. Ancaq hələ 6 yaşında ikən yatağından düşərək öldüyü qeyd edilir. Hersoqun uşaq yaşda vəfat etməsinin ardından Savoyya sülaləsinin taxta ən yaxın kişi üzvü olan II Filipp (I Lüdovik və Kiprli Annanın üçüncü oğlu) səltənəti ələ aldı. Ancaq olduqca yaşlı olan II Filipp taxt iddiasını gücləndirmək məqsədilə sələfinin bacısı Yolandanı böyük oğlu Filibertlə evləndirdi. Onun 6 illik qısa səltənətində Fransa kralı VIII Çarlz İtaliyanı və Neapolu işğal etdi. Bu səfər üçün fransız ordusunun hersoqluğun ərazisindən keçməsinə icazə verildi. == Mənbə == Sabaudian Studies: Political Culture, Dynasty, and Territory (1400–1700), ed.
IX Amadeus (Savoyya hersoqu)
IX Amadeus (it. Amedeo IX di Savoia) və ya Xoşbəxt Amadeus (1 fevral 1435 – 30 mart 1472, Verçelli[d], Pyemont) — Savoyya hersoqu. Atası Savoyya hersoqu Lüdovik, anası isə Kipr kralı Yanoşun qızı Annadır. == Mənbə == Vester, Matthew (April 1, 2013). Sabaudian Studies: Political Culture, Dynasty, and Territory (1400–1700). Truman State University Press. ISBN 9781612480947 Bunson, Matthew; Bunson, Margaret; Bunson, Stephen (2003). Bunson, Matthew and Bunson, Stephen. "Amadeus IX of Savoy", Our Sunday Visitor's Encyclopedia of Saints, OSV Publishing, 2003.
I Filibert (Savoyya hersoqu)
I Filibert (it. Filiberto I di Savoia) və ya Ovçu Filibert (it. Filiberto il Cacciatore) (17 avqust 1465, Şamberi, Fransa metropoliyası – 22 sentyabr 1482, Lion) — Savoyya hersoqu. Atası Savoyya hersoqu IX Amadeus, anası isə Fransa kralı VII Çarlzın qızı Valualı Yolandadır. Atasının ani vəfatının ardından, hələ 7 yaşında ikən Savoyya hersoqu, anası isə taxt naibəsi elan olundu. 1476-cı ildə taxt iddiasını gücləndirmək məqsədilə hələ 4 yaşındakı bibisi qızı Bianka Mariya Sforza ilə vəkalətən evləndirildi. Formal bir evliliklə bir araya gətirilən bəy və gəlin yetkinlik yaşına çatmadan evlilik sonlandı. Belə ki, Filibert hələ 17 yaşında ikən tutulduğu vərəm xəstəliyi səbəbilə vəfat etdi. Övladı olmadığı üçün taxta kiçik qardaşı Çarlz çıxdı. == Mənbə == Vester, Matthew (April 1, 2013).
I Çarlz (Savoyya hersoqu)
I Çarlz (it. Carlo I di Savoia) və ya Cəngavər Çarlz (it. Carlo il Guerriero) (29 mart 1468 – 13 mart 1490 və ya 1490) — Savoyya hersoqu, Kilikiyanın, Yerusəlimin və Kiprin de-yure kralı. Atası Savoyya hersoqu IX Amadeus, anası isə Fransa kralı VII Çarlzın qızı Valualı Yolandadır. Böyük qardaşı I Filibertin qanuni varis buraxmadan ani vəfatı səbəbilə, 1482-ci ildə 14 yaşında ikən Savoyya hersoqu oldu. 1485-ci ildə keçmiş Kipr kraliçası Şarlotta tərəfindən rəsmi varis elan olundu. Kiprli Şarlotta onun əmisi Lüdovikin həm dayısı qızı, həm də ikinci xanımı idi və 1464-cü ildə ögey qardaşı II Ceymsə məğlub olaraq ölkədən qaçmışdı. Ancaq hələ də taxt iddiasını davam etdirirdi. Krallıq Venesiya Respublikası tərəfindən işğal edilsə də, Savoyya sülaləsi de-yure olaraq öz taxt iddialarını davam etdirdilər. Ancaq I Çarlz da qardaşı kimi gənc yaşında vərəm xəstəliyi səbəbilə vəfat etdi.
Portuqaliyalı Beatris (Savoyya hersoqinası)
Portuqaliyalı Beatris (port. Beatriz de Portugal) (31 dekabr 1504, Lissabon – 8 yanvar 1538, Nitsa, Sardiniya krallığı) — Savoyya hersoqu III Çarlzın xanımı, Savoyya hersoqinası. Atası Portuqaliya kralı I Manuel, anası isə Kastiliya kraliçası I İzabellanın qızı Mariyadır. Bu səbəblə Portuqaliya infantası olaraq da hesab edilir. == Həyatı == 8 aprel 1521-ci ildə Savoyya hersoqu III Çarlzla evləndi və bu nikahdan 9 övladı oldu. Ancaq bunlardan yalnız biri — Emanuel Filibert yetkinlik yaşına çatdı. 1531-ci ildə həm xalası oğlu, həm də bacısının əri olan Müqəddəs Roma imperatoru V Karl tərəfindən Asti qrafinası elan olundu. Vəfatının ardından bu ünvan oğluna keçdi. 1533-cü ildə imperatorun bacısı qızı Danimarkalı Kristinanı Şamberidə qarşıladı və onun Milan hersoqu II Françesko Sforzayla evləndirilməsində vasitəçilik etdi. Ancaq 2 il sonra dul qalan Danimarkalı Kristinanı böyük oğlu Lüdoviklə evləndirmək istəsə də, bu planı baş tutmadı və oğlu cəmi 1 il sonra vəfat etdi.
Çarlz Albert (Savoyya hersoqu)
Çarlz Albert (it. Carlo Alberto di Savoia) (2 oktyabr 1798[…], Turin, Sardiniya krallığı – 28 iyul 1849[…], Portu) — Savoyya hersoqu və Sardiniya kralı. Atası Karinano şahzadəsi Çarlz Emanuel, anası isə Polşa kralı III Avqustun nəvəsi Saksoniyalı Mariya Kristinadır. == Mənbə == Robertson, Priscilla. Revolutions of 1848: a social history (1952). pp 309–401. Smith, Denis Mack, Modern Italy: A Political History (University of Michigan Press: Ann Arbor, 1997).
Çarlz Feliks (Savoyya hersoqu)
Çarlz Feliks (it. Carlo Felice di Savoia) (6 aprel 1765[…], Turin, Sardiniya krallığı – 27 aprel 1831[…], Turin, Turin əyaləti[d]) — Savoyya hersoqu və Sardiniya kralı. Atası Savoyya hersoqu Viktor Amadeus, anası isə İspaniya kralı V Filippin qızı Mariya Antuanetta Ferdinandadır. == Mənbə == S. Costa di Beauregard, Unhomme d'autrefois, Paris 1877, p. 274 Rosario Romeo, Dal Piemonte sabaudo all'Italia liberale. Torino, Einaudi, 1963, p. 33 F. Lemmi, La politica estera di Carlo Alberto nei suoi primi anni di regno, Firenze 1928, p. 93. G. Manno, Biografia di S. A. R. il duca del Genevese poscia re C. F., in Note sarde e ricordi, Torino 1868, p.
Emmanuil Filibert (Savoyya hersoqu)
Emanuel Filibert (it. Emanuele Filiberto di Savoia) və ya Dəmirbaş (it. Testa di ferro) (8 iyul 1528, Şamberi, Savoy hersoqluğu – 30 avqust 1580, Turin, Savoy hersoqluğu) — Savoyya hersoqu. Atası Savoyya hersoqu III Çarlz, anası isə Portuqaliya kralı I Manuelin qızı Portuqaliyalı Beatrisdir. Anası Müqəddəs Roma imperatoru V Karlın həm baldızı, həm də xalası qızı idi. Bu səbəblə gənc yaşlarından etibarən V Karlın ordusunda Fransaya qarşı müharibədə xidmət etməyə başlamışdı. 1553-cü ildə atasının vəfatıyla Savoyya hersoqluğuna yüksəlsə də, bütün mülkləri fransızlar tərəfindən işğal edilmişdi və 1536-cı ildən bəri bütün ailəsi sürgündə yaşamaqda idi. Bu səbəblə torpaqlarını geri almaq ümidiylə Habsburqlara xidmət etməyə davam etdi. Üstəlik, 1555-1559-cu illərdə Habsburqların Hollandiyadakı hakimi olaraq fəaliyyət göstərmişdir. Bu vəzifədə ikən ispanların şimali Fransaya etdiyi hücumlara şəxsən rəhbərlik etdi.
II Karl (Savoyya hersoqu)
II Çarlz (it. Carlo II di Savoia) (23 iyun 1489, Turin – 16 aprel 1496 və ya 1496, Monkalyeri, Pyemont) — Savoyya hersoqu, Kilikiyanın, Yerusəlimin və Kiprin de-yure kralı. Atası Savoyya hersoqu I Çarlz, anası isə Milan hersoqu I Françesko Sforzanın nəvələrindən Blanşdır. Atasının ani vəfatının ardından, hələ 1 yaşında ikən Savoyya hersoqu, anası isə taxt naibəsi elan olundu. Ancaq hələ 6 yaşında ikən yatağından düşərək öldüyü qeyd edilir. Hersoqun uşaq yaşda vəfat etməsinin ardından Savoyya sülaləsinin taxta ən yaxın kişi üzvü olan II Filipp (I Lüdovik və Kiprli Annanın üçüncü oğlu) səltənəti ələ aldı. Ancaq olduqca yaşlı olan II Filipp taxt iddiasını gücləndirmək məqsədilə sələfinin bacısı Yolandanı böyük oğlu Filibertlə evləndirdi. Onun 6 illik qısa səltənətində Fransa kralı VIII Çarlz İtaliyanı və Neapolu işğal etdi. Bu səfər üçün fransız ordusunun hersoqluğun ərazisindən keçməsinə icazə verildi. == Mənbə == Sabaudian Studies: Political Culture, Dynasty, and Territory (1400–1700), ed.
IX Amadey (Savoyya hersoqu)
IX Amadeus (it. Amedeo IX di Savoia) və ya Xoşbəxt Amadeus (1 fevral 1435 – 30 mart 1472, Verçelli[d], Pyemont) — Savoyya hersoqu. Atası Savoyya hersoqu Lüdovik, anası isə Kipr kralı Yanoşun qızı Annadır. == Mənbə == Vester, Matthew (April 1, 2013). Sabaudian Studies: Political Culture, Dynasty, and Territory (1400–1700). Truman State University Press. ISBN 9781612480947 Bunson, Matthew; Bunson, Margaret; Bunson, Stephen (2003). Bunson, Matthew and Bunson, Stephen. "Amadeus IX of Savoy", Our Sunday Visitor's Encyclopedia of Saints, OSV Publishing, 2003.