Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vint Serf
Vint Serf (Vinton Grey "Vint" Serf; 23 iyun 1943, Nyu-Heyven[d]) – Amerikan kompüter alimi. O dünyada "İnternetin atası" adı ilə tanınır. Həmçinin Beynəlxalq Texnologiya medalı, Turing mükafatı və Prezident azadlıq mükafatı da almışdır. Vinton G. "Vint" Serf Robert Kahn ilə birlikdə internetin təməl memarı və TCP/IP protokolunun iki yaradıcısından biri olması səbəbi ilə "internetin atası" olaraq qeyd edilir. Kompüter elmləri doktoru adını almış Kerf, uzun illər Amerika Müdafiə Nazirliyində iləri tədqiqat layihələri agentliyində (internetin ilk düzəltdiyi yer) işlədikdən sonra, müxtəlif əsas vəzifələrdə olmuş şəxslərdən biridir. Hal-hazırda Google-da Prezident yardımçısı ve Şief Internet Evangelist rütbələrinə sahibdir.
Serb
Serblər — Avropada xalq.
Sero
Sero (fars. سِرو‎)— İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanının Sumaye Bəradust bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,508 nəfər və 279 ailədən ibarət idi.
Sers
Sers - İrəvan quberinyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd.
Seru
Sero (fars. سِرو‎)— İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanının Sumaye Bəradust bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,508 nəfər və 279 ailədən ibarət idi.
Verf
Tərsanə və ya verf — gəmilərin tikintisi və ya təmiri üçün yer və ya müəssisə. Sovet dövründə bu cür müəssisələr üçün "gəmiqayırma zavodu" adından istifadə olunurdu. O, gəmilərin və gəmilərin tikintisi, konvertasiyası, modernləşdirilməsi, təmiri və utilizasiyası üzrə ixtisaslaşmışdır. == Etimologiyası == Tərsanə sözü Azərbaycan dilinə italyan dilindəki "tersaná" sözündən keçmişdir, bu söz isə öz növbəsində ərəb dilində "darüssəna" (ərəb. دَار اَلصِّنَاعَة‎‎, mənası – "sənaye evi") sözündən yaranmışdır. Verf sözü Niderland dilindəki "werf" sözündən keçmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Альфред Генрихович Нюберг. Верфь // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб..
Ser
Ser (ing. sir, Sir, qədim fransız dilindən sieur, ağa, cənab, hökümdar, həmçinin lat. senior böyük) — ingilis dilli ölkələrdə kişilərə müraciət forması, iki mənası var — titul və müraciət forması.
Antal Serb
Antal Serb (mac. Szerb Antal; d. 1 may 1901, Budapeşt, Avstriya-Macarıstan – ö. 27 yanvar 1945, Balf, Sopron, Macarıstan) — Macarıstan yazıçısı, alimi, ədəbiyyat tarixçisi və tərcüməçisi. Macar ədəbiyyatının ən mühüm yazıçı, tənqidçi və ədəbiyyat tarixçilərindən biridir. Pendangron mifi (mac. A Pendragon legenda, 1934) və Səyyah və ay işığı (mac. Utas és holdvilág, 1937) adlı romanları ilə beynəlxalq aləmdə məşhurluq qazanmışdır. == Həyatı == 1901-ci il may ayının 1-də Budapeştdə yəhudilikdən katolikliyə keçmiş ailədə anadan olmuşdur.1938-ci ildə jurnalist-yazıçı Aladar Balindin qızı Klara Balint ilə evlənmişdir. === Təhsili === Budapeşt Universitetində alman və ingilis ədəbiyyatı üzrə təhsil almağa başlamış və 1924-cü ildə elə burada doktarantura təhsilini də başa vurmuşdur.
Sera Kadıgil
Salihə Sera Kadıgil (29 noyabr 1984, İstanbul) — Türkiyə Böyük Millət Məclisi 27-ci və 28-ci çağırış millət vəkili. Türkiyə Böyük Millət Məclisinin 27-ci və 28-ci çağırış İstanbul millət vəkili == Həyatı == Sera Kadıgil 29 noyabr 1984-cü il tarixində İstanbulda anadan olub. 2003-cü ildə Vəfa liseyini bitirmiş, 2007-ci ildə isə İstanbul Universitetinin Hüquq fakültəsindən məzun olmuşdur. 2010-cu ildə həmin universitetdə özəl hüquq ixtisası üzrə magistratura pilləsini bitirib. Sera Kadıgil London Kraliça Meri Universitetində apardığı tədqiqatlar nəticəsində kino əsərləri üzrə magistrlik dissertasiyasını tamamlayıb. Hal-hazırda Sera Kadıgil İstanbul Universitetində doktorantura təhsilini davam etdirir.Evlidir. İngilis dilini bilir. == İctimai-siyasi fəaliyyəti == Sera Kadıgil hüquq karyerasını mədəniyyət və incəsənət sahəsinə yönəltmiş, fəaliyyətə başladığı gündən bu yana bir çox teatr və incəsənət təşkilatları ilə yanaşı, Aktyorlar İttifaqı, Kino və Televiziya İşçiləri Həmkarlar İtifaqı kimi həmkarlar ittifaqlarının vəkilliyini də üzərinə götürüb. İstanbul Vəkillər Kollegiyasının Heyvan Hüquqları Komissiyasının İdarə Heyətinin üzvü vəzifəsində çalışıb.2018-ci il Türkiyə Parlament seçkilərində Türkiyə Böyük Millət Məclisinin 27-ci çağırışına İstanbul 1-ci seçki dairəsi üzrə millət vəkili seçilmişdir. Parlamentdə o, Qadın və Kişilər üçün Bərabər İmkanlar Komitəsinin üzvüdür.
Sera Kutlubey
Sera Kutlubey (24 oktyabr 1997, Ankara) — Türkiyə aktrisası. == Həyatı == Sera Kutlubey 24 oktyabr 1997-ci ildə Ankara anadan olmuşdur. Haliç Universitetinin Teatr fakültəsini bitirmişdir.
Serb-xorvatca
Serb-Xorvat dili - cənubi slavyan dillərindən biri. Serb, xorvat və bosniya dilləri serb-xorvat dilinin regional variantları sayılır.
Serb Respublikası
Serb Respublikası (serb. Република Српска, Republika Srpska) — Bosniya və Herseqovina suveren ölkəni təşkil edən iki siyasi qurumlardan biridir (ikincisi Bosniya və Herseqovina Federasiyasıdı).
Serb dili
Serb dili (српски језик) — Slavyan dillərindən biri. Bolqar, makedon, sloven, monteneqro, xorvat və bosniya dilləri ilə birgə Cənubi slavyan dilləri yarımqrupuna aid edilir.
Serb dinarı
Serb dinarı — Serbiyanın istifadə etdiyi pul vahididir. Voyevodina (İnzibati mərkəzi Novi-Sad şəhəridir.) Serbiyanın muxtar bir bölgəsidir və onlar da Serb dinarını istifadə edirlər. Kosovo və Monteneqro Serbiyadan ayrıldıqdan sonra serb dinarı yerinə Avropa İttifaqının rəsmi pul vahidi olan avro istifadə etməyə başladı. Şimali Kosovoda hələ də Serb dinarı rəsmi pul vahidi olaraq istifadə edilməkdədir.
Serb qartalı
Serb qartalı — Serbiya heraldika və veksillologiyası tarixində ikibaşlı heraldik qartal şəklində təsvir edilən əsas simvoldur. İkibaşlı qartal və serb xaçı əsrlər boyu Serb xalqının milli kimliyini təmsil edən əsas heraldik simvollar olmuşdur. Orta əsrdə Nemaniçi sülaləsində zamanı ortaya çıxmışdır. Üzərində xaç olan qartal, Serbiya Krallığı tərəfindən 1882-ci ildə qurulmuş ənənəyə uyğun olaraq Serbiya gerbinin müasir dizaynında istifadə edilmişdir. "Ağ Qartal" ordeni, Serbiya və Yuqoslaviya vətəndaşlarının sülh və ya müharibədəki nailiyyətlərinə görə və ya 1883-1945 illəri arasında Vəliəhd, dövlət və millət qarşısında xüsusi xidmətlərinə görə təltif edilən bir kral ordeni idi. == Tarixi == === Orta əsrlər === Cütbaşlı qartal orta əsrlər Serbiyada Estrukan Mədəniyyətindən qəbul edimişdi. Geniş yayılmış yanlış bir təsəvvürə görə simvol keçmiş Bizans təsirindən yarandığı iddia edilsədə, bu tarixçilər tərəfindən inkar edilmişdir. Tarixi mənbələrə məlum olan ən qədim qorunan cütbaşlı qartal simvolu 1190-cı ilə aid olan Müqəddəs Pyotr və Pol kilsəsində yerləşən Xumun Miroslavın portretində təsvir edilmişdir. Bu simvol bir boyun və iki baş, boyun və quyruqda boyunluq, yayılmış qanadlar, bir quyruq, qanaddan daha yüksək başlar, üç barmaqlı ayaqları olan qartalı təsvir edirdi. Nemaniçi qartalının bu növü 12-15 əsrlər arasında inkişaf etmişdir.
Serb üsyanları
Serbiya üsyanları – 19-cu əsrin əvvəllərində Serblərin Osmanlı Dövlətinə qarşı başladıqları və 1878-ci ildə Serbiyanın müstəqilliyi ilə nəticələnmiş üsyan. == Osmanlı Serbləri == Tarixən Serbiya ərazisinin Osmanlı Dövlətinə qatılması 14-cü əsrdə başlamış 15-ci əsrin ortalarında başa çatmışdır.Osmanlı Dövləti Serb Knyazlığı ilə 1371-ci ildə apardığı Çirmən döyüşü və 1389-cu ildəki I Kosova Müharibəsinin Serblərin məğlubiyyəti ilə nəticələnməsi Serbləri zəiflətmiş və bir çox Serbiya ərazisinin Osmanlılara keçməsinə səbəb olmuşdur. Osmanlı dövründə Serblərdən yığım üsulu dövlətin yüksək pillələrinə çatmış bir çox dövlət adamı mövcuddur. Bunlardan ən mühümü, şübhəsiz, yüksəlmə dövründə əvvəl donanma komandiri və sonra da 14 illik müddətlə sədrəzəmlik etmiş olan Sokollu Məmməd Paşadır. == Üsyanın səbəbləri == Serbiya üsyanlarının səbəbləri arasında aşağıdakılar göstərilə bilər: Rusiya və Avstriyanın qızışdırmaları, 17-ci əsrdə Osmanlı idarəçiliyindəki nüfuz zəifliyi, Serbiyadakı yeniçərilərin xalqa yaxşı davranmaması, Fransa İnqilabından sonra ortaya çıxan millətçilik cərəyanları, Osmanlı-Avstriya müharibələri zamanı Serbiya ərazilərinin müharibə sahəsi halına gəlməsidir. == 1804 və 1805-ci il üsyanları == 19-cu əsr əvvəllərində Avstriya və Rusiya, Serbiyada xalqı Osmanlı hakimiyyətinə qarşı təxribat siyasəti həyata keçirməyə başlamışdılar.Həmçinin buradakı yeniçərilər Müsəlman və Xristian xalqa qarşı çox pis hərəkət edərək xalqın əməlli-başlı zəhləsini tökürdülər.Bu şəraitdə Serblər adi bir çoban olan Qara Yorkun başçılığı ilə üsyan qaldırdılar. Ruslardan da aldığı dəstəklə Qara Yorkun 13 Dekabr 1806-cı ildə Belqrada girdi.1806-1812 Osmanlı-Rus Müharibəsi gedişində Belqrad Qara Yorkunun rəhbərlik etdiyi üsyançıların əlində qaldı.Osmanlı dövləti və Rusiya arasında imzalanan Buxarest sülh müqaviləsi ilə Serblərə bəzi imtiyazlar verildi.Osmanlılar Ruslarla bağlanan sülhdən sonra Serbiyadakı üsyançıları məğlub edərək Belqradı yenidən ələ keçirdilər.Qara Yorku 21 Sentyabr 1813-cü ildə digər üsyançılarla birlikdə canını xilas etmək üçün Avstriyaya qaçdı. Beləliklə, ilk Serb üsyanı məğlubiyyətlə başa çatdı. Müstəqilliklərini qazanmaq istəyən Serblər 1814-ci ildəki Vyana konqresinə bir heyət göndərdilər. Ancaq bir nəticə vermədiyi üçün 1815-ci ildə Miloş Obrenoviçin liderliyi altında ikinci bir qiyam başladı və hərəkətləri Ruslar tərəfindən dəstəkləndi.Bu üsyan da uğursuz oldu, amma 1817-ci ildə Rusiya ilə yeni bir müharibə istəməyən və bölgəyə yönəlik mümkün bir Rus müdaxiləsinə mane olmaq istəyən Osmanlı Dövləti Serblərə bəzi muxtariyyət hüququ verməyə razı oldu.Osmanlı valisi Maraşlı Əli Paşa Miloş Obrenoviçle razılığa gələrək Serbiyanın daxili işlərində müstəqil olmasını təmin etdi.1828-1829 Osmanlı-Rus Müharibəsində məğlub olan Osmanlılar Ruslarla imzaladıqları Ədirnə müqaviləsi ilə Serbiyanın yarı müstəqil bir hala gəlməsini qəbul etdilər.1830 və 1833-ci illərdə Osmanlı padşahı II. Mahmudun imzaladığı Xətti Şəriflərlə Miloş Obrenoviçin əlindəki torpaqlar artırılıb və özü Osmanlılar tərəfindən rəsmən Serbiya şahzadəsi kimi tanınıb.
Sere (rayon)
Sere (fr. Céret) — Fransanın Oksitaniya (region) regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Şərqi Pireney. Suprefektura — Sere. Rayon əhalisi 2006-cı ildə 70 187 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 74 nəf / km². Rayon sahəsi — 954 km².
Serj Gensbur
Serj Gensbur(fr. Serge Gainsbourg [sɛʁʒ ɡɛ̃zbuʁ], əsl adı — Lüsyen Ginsburq (fr. Lucien Ginsburg); 2 aprel 1928[…], Parisin 4-cü rayonu[d] – 2 mart 1991[…], Parisin 7-ci dairəsi[d]) — Fransa şairi, bəstəkarı, müğənnisi, aktyoru, ssenaristi və kinorejissoru. == Həyatı == Serj Gensbur əslən Feodosiya yəhudilərindəndir. Valideynləri Oktyabr inqilabından sonra Fransaya mühacirət etmişdilər. O, 2 aprel 1928-ci ildə Paris şəhərində anadan olmuşdu. Əvvəlcə rəssam olmaq istəyirdi. Musiqinin müxtəlif janrlarında özünü müğənni, bəstəkar kimi sınayandan sonra yolunu seçdi. Kino və ədəbiyyata da bağlandı. Xarici görünüşünə görə aktyor kimi həmin dönəmdə uğur qazana bilməsə də rejissor kimi tez tanındı.
Serj Sarkisyan
Serj Azati Sarkisyan (bəzi Azərbaycandilli mənbələrdə Serj Sərkisyan; erm. Սերժ Ազատի Սարգսյան – Serj Azati Sargisyan; 30 iyun 1954, Stepanakert, SSRİ) — Ermənistan siyasətçisi, Ermənistan Respublikasının Baş Naziri 11-ci (4 noyabr 1996–20 mart 1997) və 15-ci baş naziri (17 aprel–23 aprel 2018), Ermənistan Respublikasının 3-cü Prezidenti (9 aprel 2008–9 aprel 2018). == Həyatı == Serj Sarkisyan 30 iyun 1954-cü ildə Azərbaycan SSR-in DQMV paytaxtı olan Xankəndində doğulub. 1971-ci ildə İrəvan Dövlət Universitetinə qəbul olub, 1971–72-ci illərdə Sovet Ordusunda hərbi qulluqda olub və 1979-cu ildə İrəvan Dövlət Universitetinin Filologiya fakültəsindən məzun olub. 1983-cü ildə Rita Sarkisyan ilə ailə həyatı qurub, bu izdivacdan onların Anuş və Satenik adlı iki qızı dünyaya gəlib. Onların Məryəm, Rita, Ara və Serj adlı dörd nəvələri var. Sərkisyan həm də Ermənistan Şahmat Federasiyasının başçısıdır. İş karyerasına 1975-ci ildə İrəvanın Elektrik Qurğuları Zavodunda başlayıb. === Ailəsi === Sarkisyanın Anuş və Satenik adlı iki qızı var. Böyük qızı Anuş Sarkisyan ixtisasca hüquqşünasdır və Ermənistanın Vatikandakı səfiri Mikayıl Minansyanla evlidir.
Serj Sarqsyan
Serj Azati Sarkisyan (bəzi Azərbaycandilli mənbələrdə Serj Sərkisyan; erm. Սերժ Ազատի Սարգսյան – Serj Azati Sargisyan; 30 iyun 1954, Stepanakert, SSRİ) — Ermənistan siyasətçisi, Ermənistan Respublikasının Baş Naziri 11-ci (4 noyabr 1996–20 mart 1997) və 15-ci baş naziri (17 aprel–23 aprel 2018), Ermənistan Respublikasının 3-cü Prezidenti (9 aprel 2008–9 aprel 2018). == Həyatı == Serj Sarkisyan 30 iyun 1954-cü ildə Azərbaycan SSR-in DQMV paytaxtı olan Xankəndində doğulub. 1971-ci ildə İrəvan Dövlət Universitetinə qəbul olub, 1971–72-ci illərdə Sovet Ordusunda hərbi qulluqda olub və 1979-cu ildə İrəvan Dövlət Universitetinin Filologiya fakültəsindən məzun olub. 1983-cü ildə Rita Sarkisyan ilə ailə həyatı qurub, bu izdivacdan onların Anuş və Satenik adlı iki qızı dünyaya gəlib. Onların Məryəm, Rita, Ara və Serj adlı dörd nəvələri var. Sərkisyan həm də Ermənistan Şahmat Federasiyasının başçısıdır. İş karyerasına 1975-ci ildə İrəvanın Elektrik Qurğuları Zavodunda başlayıb. === Ailəsi === Sarkisyanın Anuş və Satenik adlı iki qızı var. Böyük qızı Anuş Sarkisyan ixtisasca hüquqşünasdır və Ermənistanın Vatikandakı səfiri Mikayıl Minansyanla evlidir.
Serj Sərkisyan
Serj Azati Sarkisyan (bəzi Azərbaycandilli mənbələrdə Serj Sərkisyan; erm. Սերժ Ազատի Սարգսյան – Serj Azati Sargisyan; 30 iyun 1954, Stepanakert, SSRİ) — Ermənistan siyasətçisi, Ermənistan Respublikasının Baş Naziri 11-ci (4 noyabr 1996–20 mart 1997) və 15-ci baş naziri (17 aprel–23 aprel 2018), Ermənistan Respublikasının 3-cü Prezidenti (9 aprel 2008–9 aprel 2018). == Həyatı == Serj Sarkisyan 30 iyun 1954-cü ildə Azərbaycan SSR-in DQMV paytaxtı olan Xankəndində doğulub. 1971-ci ildə İrəvan Dövlət Universitetinə qəbul olub, 1971–72-ci illərdə Sovet Ordusunda hərbi qulluqda olub və 1979-cu ildə İrəvan Dövlət Universitetinin Filologiya fakültəsindən məzun olub. 1983-cü ildə Rita Sarkisyan ilə ailə həyatı qurub, bu izdivacdan onların Anuş və Satenik adlı iki qızı dünyaya gəlib. Onların Məryəm, Rita, Ara və Serj adlı dörd nəvələri var. Sərkisyan həm də Ermənistan Şahmat Federasiyasının başçısıdır. İş karyerasına 1975-ci ildə İrəvanın Elektrik Qurğuları Zavodunda başlayıb. === Ailəsi === Sarkisyanın Anuş və Satenik adlı iki qızı var. Böyük qızı Anuş Sarkisyan ixtisasca hüquqşünasdır və Ermənistanın Vatikandakı səfiri Mikayıl Minansyanla evlidir.
Serj Tankyan
Serj Tankyan (21 avqust 1967, Livan) — erməni əsilli amerikalı rokçu. System of a Down qrupunun vokalistidir. == Həyatı == 21 avqust 1967-ci ildə Livanda doğulmuşdur. Hal-hazırda söz yazarı, bəstəkar kimidə fəaliyyət göstərir.
Sero Manutsyan
Sero Bərxudaroviç Manutsyan (1890, Şuşa – 1961, Stepanakert) — Dağlıq Qarabağ Muxtar Vilayətinin birinci Katibi (07.07.1923–17.11.1923) == Həyatı == Sero Manutsyan 1890-cı ildə Şuşada doğulub. 1928-1932-ci illərdə Azərbaycan SSR Dövlət Muzeyinin direktoru işləmişdir. 1961-ci ildə Xankəndidə vəfat etmişdir.
Serr-Nerpol
Serr-Nerpol (fr. Serre-Nerpol) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38275. Kommunanın 2012-ci il üçün əhalisi 299 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
Serj Klarsfeld
Serj Klarsfeld (fr. Serge Klarsfeld; 17 sentyabr 1935, Buxarest) — Fransalı vəkil, tarixçi və ictimai xadim, İkinci Dünya müharibəsindən sonra "Nasist ovçusu". 1960-cı illərdən Serj Üçüncü Reyxin işğalı altında olan Fransanın yəhudi qurbanlarının xatirəsini yad etmək üçün mübarizə aparmağa başlayıb və İsrailin tərəfdarı olmuşdur. Serj Klarsfeld alman həyat yoldaşı Beata Klarsfeld ilə birlikdə Kurt Lisçka, Alois Brunner, Klaus Barbe, Ernst Ehlers və Kurt Asçe də daxil olmaqla qaçıb gizlənən çoxsaylı nasist müharibə cinayətkarlarının tapılıb üzə çıxarılması və onlar haqda sənədlərin aşkar edilməsi ilə məşhurlaşıb. == Həyatı == Serj Klarsfeldin valideynləri Raisa və Arno 1928-ci ildə təhsil almaq üçün Parisə köçüblər. Onun anası Bessarabiyadan, atası Rumıniyadandır. Üçüncü Reyxin hücumundan və Fransanın işğalından sonra onlar Fransanın işğal olunmamış hissəsinə qaça bildilər. Nitsada Serj Alois Brunnerin komandanlığı altında keçirilən reydlərdən birində ölümdən çətinliklə xilas oldu. O, anası və bacısı Tatyana divar araxasında gizlənib, atası isə nasistlərin diqqətini özünə çəkmək üçün mənzildə qalıb. Nəticədə atası həbs olunub və deportasiya edilib.
Şərf
Şərf — geyim növü və aksessuarı == Tarixçə == Şərfin yaranma tarixi çox qədimdir. Arxeoloqlar belə hesab edirlər ki, şərfdən ilk dəfə 2.000 il bundan əvvəl bəzək əşyası kimi istifadə edirmişlər. 1974-cü ildə Çində böyük bir qəbiristanlıq aşkar edilmişdir. Bura - hərbçi qəbiristanlığı imiş. Burada dəfn olunanların qəbirlərindən 7.000-dən çox boynuna şarf dolanmış hərbçi fiqurları tapılmışdır. Bu səbəbdən də tarixçilər hesab edirlər ki, şərfın vətəni - Çindir. Neçə əsrlər bundan əvvəl Çin imperatoru Çen döyüşçülərin hansı səviyyəyə aid olduğunu ayırd etmək üçün döyüşçülərin boynuna şərflar bağlatdırırdı. İmperator Çenin yüksək səviyyəyə məxsus döyüşçüləri boyunlarına – ipək şarf, adi döyüşçülər isə boyunlarına – pambıq şərflar dolayırdılar. == Müxtəlif mədəniyyətlərdə == Qədim Misirdə ipək şarflar - sosial status və avtoritet əlaməti hesab edilirdi. Qədim şəkillərdən məlum olur ki, çariça Nefertitinin şarfları ipəkdən hazırlanırmış.
Hərf
Hərf — Səsin, fonemin qrafik ifadəsi olan yazı işarəsi.
Sərv
Sərv (lat. Cupressus) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinə aid bitki cinsi. Sərv cinsinə daxil olan bitkilər piramidaşəkilli və ya şaxlı-budaqlı çətirə malik həmişəyaşıl ağac və ya kollardır. == Təbabətdə == Sərv qədimdən bəri Azərbaycanda becərdilir. Məhəmməd Hüseyn Xan (XVIII əsr) yazır: 9 q sərv ağacının iynəyarpağı 2,25 q ovxalanmış balzamik mirra ilə daxilə qəbul olunduqda, sidik kisəsi üçün xeyirlidir, sidik durğunluğunda kömək edir. Yuyulmuş iynəyarpağın külünü yanıq üzərinə, yuyulmamışı isə təzəcə əmələ gəlmiş yaranın üstünə tökmək faydalıdır. Sərvin yaşıl meyvəsinin şirəsini burun içərisindəki yaraya damızdırırlar. Çillər, dəmrov, ayaqda ağ ləkələri yox etmək üçün tərkibində aşağıdakı dərmanlar olan kompresslərdən istifadə edirlər: sirkədə bişmiş sərv iynəyarpağı və peyin. Bundan əlavə, sərvin iynəyarpağını xaricdən istfadə etdikdə zəifləmiş əl-ayağı möhkəmləndirir, qanaxmanın qarşısını alır, yaraları qurudur, şişləri sovurur. Ovxalanmış iynəyarpağın arpa unu ilə kompresi qanazlığında və yanıqlarda kömək edir.
Zərf
Zərf- Hər hansı bir materialın içinə yerləşdirildiyi qorumaq, gizlətmək və ya estetik görünüş məqsədli, kağız və ya plastik maddədən hazırlanan qablaşdırma vasitəsi. Dəftərxana ləvazimatı olaraq,daha çox məktubların içinə yerləşdirilərək qorunduğu və gizləndiyi kağız parçası olan zərflər eyni zamanda pul, kart və hər cür çap sənədi daşıya bilən vəsaitlərdir. == Pəncərəli zərflər == Pəncərəli zərflər, ön tərəflərində kəsmə dəlik olan zərflərdir ki, daxilindəki kağızın göründüyünə imkan verir. == Təhlükəsizlikli zərflər == Təhlükəsizlikli zərflər- daxillərində çap olmuş naxışlı bir boyaya malikdirlər ki məzmununu görməyini çətin edirlər.Müxtəlif nümunələridə mövcuddur.
Şelf
Şеlf (ing. shelf) – dayaz, matеrikin su ilə basılmış hissələridir. Dünya оkеanının 8%-ə yaхınını tutur. Adətən 200 m dərinliyə qədər оlan sahələr bura aid еdilir. Şеlf aid оlduğu matеrikin rеlyеfinə uyğun, dayaz, zəif mеylli düzənliklərə dеyilir. Dünya оkеaının bu hissəsi еlə bir sahədir ki, gətirmə matеriallarının əsas hissəsi burada tоplanır. Gеоlоji baхımdan şеlf matеriklərə aid еdilən yеr kürəsinin bir hissəsi sayılır. Şelf [ing. shelf – dayazlıq] - okeanologiyada qitənin kənarında yerləşən, dənizlə örtülü vilayət- geniş qitə dayazlığı. Qlobal miqyasda şelf eni sıfırdan 1500 km-dək dəyişir, orta hesabla 78 km təşkil edir.
Şərif
Şərif — Kişi adı. Şərif Vəlizadə — Qafqaz müsəlmanlarının VIII Müftisi. Şərif Qurbanəliyev — Rejissor. Ssenari müəllifi. Prodüser. Aktyor. Şərif Şərifov — Azərbaycanlı güləşçi. Şərif Şərifov (operator) — Azərbaycan operatoru. Ömər Şərif — Hollivud aktyoru.
Şərq
Şərq və ya Doğu — Gün çıxan coğrafi səmt. Şərq (o cümlədən qərb) istiqaməti, şimal və cənuba, yəni Yer kürəsinin coğrafi qütblərinə perpendikulyardır. Şərqə istiqamət coğrafi azimut üzrə +90°; astronomik azimut üzrə −90°-dir. Şərqdə gecə-gündüz bərabərliyi olan günlərində günəş şüaları düz bucaq altında düşür. Müasir xəritələrdə şərq, bir qayda olaraq, sağda yerləşir. Beynəlxalq işarəsi E (east) hərfidir.
Şərəf
Şərəf — sədaqət, ədalət, dürüstlük, alicənablıq kimi fərdi keyfiyyətləri qiymətləndirilməsi ilə bağlı kompleks etik və sosial mənaları. Şərəf müəyyən mədəni və ya sosial ənənələr, maddi səbəbləri və ya şəxsi ambisiyaları ilə həyat gətirdi nisbi anlayış kimi görülə bilər. Digər tərəfdən, şərəf ilk xas insan duyğusu, onun şəxsiyyətinin ayrılmaz hissəsi kimi qəbul edilir.Lüğət VI Dahl, bu bölgü əks etdirən şərəf müəyyən və bir "daxili mənəvi ləyaqət, cəsarət, dürüstlük, soul və yaxşı vicdan alicənablıq," və "şərti, dünyəvi, dünyəvi alicənablıq, tez-tez yalan, xəyali".
Şef
Şef (fr. Chef — rəis, başçı) — kollektiv, bölmə, təşkilat rəhbərinin qeyri-rəsmi adı. == Ədəbiyyat == Шеф // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907.
Şər
Şər — Mənəvi aləmdə Xeyrin əleyhidarı. == Ümumi məlumat == İblis, cinlər, şeytanlar və ümumiyyətlə şər qüvvələrə inanc, onlara münasibət və bu varlıqlarla mübarizə müxtəlif xalqlarda müəyyən şəkillər almışdır. Həmin ruhani varlıqlar barədə məlumatlar İlahi dinlərdə də mövcuddur. Yəhudiliyə nəzər salsaq "Tövratda İlahi varlılar" adıyla anılan məxluqlardan xəbər verilir. Onların ya mələk, ya da peyğəmbər Şistin (ə.s) nəslindən gələn insanlar olduqları güman edilir. Bu "ilahi varlıqlar"ın qadınlarla əlaqəsindən Nefillər adlanan divlər törədiyi yəhudilərin müqəddəs kitabında qeyd edilir. (Yaradlış 6/4). Həmçinin Tövratda ilanın peyğəmbər və ilk insan olan Adəm (ə.s) ilə Həvvanı aldadaraq cənnətdən çıxarılmasına səbəb olması haqqında ayələr bəyan edilir (Yaradılış 3/1–23). İlahiyyatçıların fikrincə, bu ilan yəhudi və xristian inancında Veelzevul (milçəklərin tanrısı) adıyla məşhur olan iblisdir. Tövratda adı çəkilən növbəti şər qüvvə Azazeldir.
"Şərq-Qərb"
"Şərq-Qərb" ASC — Azərbaycanda nəşriyyat və mətbəə xidmətləri göstərir.
"Şərəf" ordeni
"Şərəf" ordeni — Azərbaycan Respublikasının dövlət təltifi. 16 fevral 2007-ci ildə təsis edilmişdir. == Tarixi və statusu == "Şərəf" ordeni və onun statusu Azərbaycan Respublikasının 2007-ci il 16 fevral tarixli 248-IIIQ saylı Qanunu ilə təsis edilmişdir.Əsasnaməyə əsasən orden Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir: Azərbaycan Respublikasının dövləti və xalqı qarşısında böyük xidmətlərinə görə; Azərbaycan Respublikasının milli dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə; İqtisadi, elmi-texniki, sosial-mədəni inkişafda müstəsna xidmətlərinə görə; Elm, mədəniyyət, ədəbiyyat, incəsənət, təhsil və səhiyyə sahələrində böyük xidmətlərinə görə.Azərbaycan Respublikasının "Şərəf" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Rəşadət" ordenindən sonra taxılır. == Təsviri == "Şərəf" ordeninin hal-hazırkı təsviri Azərbaycan Respublikasının 30 sentyabr 2013-cü il tarixli 726-IVQD nömrəli Qanunu ilə edilmiş dəyişikliklərlə aşağıdakı formada verilmişdir: "Şərəf" ordeni qızıldan və platindən hazırlanmış səkkizguşəli ulduz və onun üzərinə bərkidilmiş girdə lövhədən ibarətdir. Girdə lövhədə platindən duzəldilmiş xarici və qızıldan düzəldilmiş daxili dairə mövcuddur. Platindən hazırlanmış xarici dairənin yuxarı hissəsində çevrə boyunca qızıldan "Şərəf" sözü həkk olunmuşdur. Girdə lövhənin ortasında süni yaqut bərkidilmişdir. Orden halqa və ilgək vasitəsilə kənarları qoşa sarı xətli tünd qırmızı rəngdə lentə birləşdirilmişdir. Arxa tərəfi hamar səthlidir, ortasında ordenin seriyası və nömrəsi həkk olunmuşdur. Təltif dəstinə aşağıdakılar daxildir: Boyundan asmaq üçün kənarları qoşa sarı xətli tünd qırmızı rəngdə 27 mm enində lentdən ibarət 50 mm qabarit ölçülü orden; Paltara bərkidilmək üçün elementi olan, aşağıya doğru bucaq altında kəsilən, kənarları qoşa sarı xətli tünd qırmızı rəngdə, 37 mm x 50 mm ölçüdə lentə halqa və ilgək vasitəsilə birləşdirilən 35 mm qabarit ölçülü orden.
Adi sərv
Alt (hərf)
𐔰 (səslənməsi: /a/; transkripsiyası: A, a) — Alban əlifbasının birinci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ալթ (Alt) kimi verilmişdir. Formaca erməni əlifbasındakı Զ hərfi ilə bənzəşir. Gürcü dilçi Roman Lolua və erməni tədqiqatçı Aşot Abramyanın fikrincə Asomtavruli yazısındakı Ⴀ hərfinin invers formasıdır. Alban əlifbasında [a] səsinin qarşılığı kimi işlənilib.
Aor (hərf)
𐕈 (səslənməsi /ɒ/, transkripsiyası Å, å) — Alban əlifbasının 25-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ար (Ar) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulze'nin fikrincə bu hərfin əsl adı "Aor" olmalıdır, çünki tərkibində bu hərf olan Qafqaz alban sözlərinin udi ekvivalentlərində "o" hərfinə çevrilmişdir. Əncir mənasına gələn alb. 𐔸𐕈𐕀𐔰𐕎 (tåxan) və udi tǒxə̌n, iyirmi mənasına gələn alb. 𐕍𐕈 (q̇å) və udi qo sözləri sözügedən saitin əlavə udlaqlaşmalı və ya udlaqlaşmasız [o] səsinə yaxın olduğunu qəti şəkildə göstərir. Erməni tədqiqatçı Aşot Abramyan isə düşünürdü ki, bu hərfin düzgün transkripsiyası ä olmalıdır. Sergey Murayevin fikrincə isə bu hərf udlaqlaşdırıcı saiti bildirirdi. Georgi Klimov bu hərfin öncələr nə formasını, nə də mənasını başa düşməyib, lakin sonrakı əsərində onun fonetik dəyərini səhvən /ʒ/ kimi qeyd edib.
Baş hərf
Baş hərf — digər hərflərlə müqayisədə daha iri ölçüdə yazılan hərf. O digər qrafika ilə işlənir. Bir çox dillərdə baş hərflər cümlənin başlanğıcında, xüsusi isimlərdə və şeirlərdə hər sətirin əvvəlində yazılır. Bəzi hallarda xüsusi ayırmaq üçün hansısa söz və ya cümlə ancaq baş hərflə yazıla bilər.
Ben (hərf)
Բ, բ (səslənməsi: ben, erm. բեն) — Erməni əlifbasının ikinci hərfi. Digər erməni hərflərində olduğu kimi, "ben" hərfi də yunan əlifbasından bir hərfin - Β (beta) hərfinin yuxarı hissəsinin ixtisarı vasitəsiylə yaradılmışdır. Ա «ayb» və Բ «ben» hərflərinin birləşməsindən erməni dilində "əlifba" anlamına gələn "aybuben" sözü yaranır.