salam!

my compliments! / my humblest respects! / your humble servant! / cheerio(h)! * моё почтение / привет! (употребляется как приветствие при встрече)
salamsız dərviş kimi
sallağı oturmaq (çömələrək oturmaq)
OBASTAN VİKİ
Salam
Salam (ibranicə שלום, ərəbcə سَلَام,) sülh və əmin-amanlıq deməkdir. Yəhudilər və Müsəlmanlar arasında görüşərkən istifadə olunan ifadədir. Bir çox türkdilli ölkələr tərəfindən də istifadə olunur. Yəhudilikdə "Salam" Allahın sifətlərindən biri kimi, İslamda Əs-Səlam Allahın adlarından biri kimi qəbul edilir və sülh, əmin-amanlıq bəxş edən mənasını daşıyır. Yəhudilər və Müsəlmanlar rastlaşdıqda, görüşdükdə biri digərinə "Salam" (Sülh üzərinizə olsun!) deməklə Allahdan ona salamatlıq, əmin-amanlıq, firavanlıq bəxş etməsini diləyir. Sözün ilk zamanlar deyiliş forması "Salam" deyil, "Şalom" şəklində idi. . Zamanla bu söz ərəb dilinə keçmiş və nəticə etibarilə formasını dəyişərək günümüzdəki "Salam" şəklində tələffüz edilmişdir Yəhudilik inancın görə "Salam" çox önəmli yer tutur. Belə ki, onlar bir-birləri ilə görüşərkən bu sözdən istifadə edirlər. İncil yazılarına əsasən, İsa Məsih də öz şagirdlərinə "bir evə girən zaman o ev sakinlərinə "Sizə Salam Olsun!" deyin" deməsi diqqətə layiqdir.
Heydərbabaya salam
Heydərbabaya salam — məşhur Cənubi Azərbaycanlı şair Məhəmmədhüseyn Şəhriyarın 1954-cü ildə Azərbaycan dilində yazdığı poema. Heydərbaba ildırımlar çaxanda Sellər,sular şaqıllayıb axanda Qızlar ona səf bağlayıb baxanda Salam olsun Şövkətüzə,elüzə Mənim də bir adım gəlsin dilüzə... == Poema haqqında == Poema əslində şairin uşaqlıq yaddaşında yaşayan ucqar bir kəndin xiffəti ilə yazılsa da, bütöv Vətən haqqında dastan kimi oxunur. "Heydərbabaya salam" əsəri 1954-cü ilin mart ayında Təbrizdə nəşr olunmuşdur. Həmin nəşrə müqəddimə yazmış alimlər – Mehdi Rövşənzəmir və Əbdüləli Karəng onu yüksək qiymətləndirmiş, bu poemanın dünya ədəbiyyatının bir sıra nadir əsərləri ilə eyni səviyyədə dayandığını göstərmişlər. Şəhriyar "Heydərbabaya salam" əsəri ilə Azərbaycan türkünün milli həyatını bütün cəhətləri ilə göstərməyə müvəffəq ola bilmişdir. Bəzilərinin dediyi kimi, bu əsər qısa bir zaman fasiləsində yaranmayıb. Bu əsər illərdən bəri Vətəndən ayrı düşmüş, Vətən həsrəti, Vətənə qovuşmaq arzusu ilə yaşayan, Vətən üçün qəlbi yanan Şəhriyarın ürəyində dönə-dönə təkrarlanmış və yalnız anasının Tehrana gəlişindən sonra qələmə alınmışdır. Sadə bir formada yazılan poema hələ əlyazma şəklində yayılaraq şöhrət tapmış və dövrün ziyalılarının diqqətini özünə cəlb etmişdir. Poema iki hissədən ibarətdir.
Hərbi salam
Hərbi salam — hərbçilərin dövlət və hərbi bayrağa, həmçinin bir — birinə nizamnamə ilə nəzərdə tutulan ehtiram hərəkəti. == Hərbi salamın tarixi == Orduda qəbul olunan hərbi salamlaşmanın – sağ əli furajkanın günlüyünə qoymaq ənəsinin tarixi isə çox əsr əvvələrə gedir. Hansı ki, o dövrlərdə cəngavərlər yaraq-əsləhəni tam komplektdə daşıyırdılar. İki cəngavər qarşılaşdıqda qarşılarındakı şəxsin dost, ya düşmən olduğunu anlamaq üçün onlar dəbilqəni, yaxud da dəbilqənin qalxanını qaldırmalı olurdular. Bu hərəkət artıq yaraq-əsləh gəzdirmə dövrü sona çatdıqda belə, döyüşə hazırlaşan iki şəxsin qaşılaşması zamanı təkrar olurdu. Beləliklə, hərbi salamlaşmanın əsası qoyuldu. Başındakı geyimi (dəbilqə, furajkanı) çıxarma əvəzinə əli alına tərəf qaldırmanın da öz tarixi var. Əsgərlər tüfəngi barıtla doldurarkən əlləri hisə batmış olurdu. Baş geyimini də çirkli əllərlə çıxartmaq onu yararsız hala gətirmək demək idi. Ona görə də XVIII əsrin sonlarında hərbi salamlaşma sağ əli furjkanın günlüyünə qoymaq hərəkəti ilə məhdudlaşdırıldı.
Salam Aydınbəyov
Salam Müqtədir oğlu Aydınbəyov (1912, Bakı – oktyabr 1967, Bakı) — Azərbaycan-sovet dövlət xadimi və alimi, Azərbaycan SSR ticarət naziri (1953–1954), Dağıstan MSSR Nazirlər Sovetinin sədri (1948–1951) Salam Aydınbəyov 1912-ci ildə inqilabçı Müqtədir Aydınbəyov ailəsində anadan olmuşdur. Atası inqilabi fəaliyyətinə görə əksinqilabçılar tərəfindən öldürülmüş, anasının himayəsində böyümüş və dövlət təqaüdü almışdır. 1926-cı ildə Zaqafqaziya Dəmir Yolu Azərbaycan SSR Yalama stansiyası natamam orta məktəbinin 5-ci sinfini bitirmişdir. 1927–1931-ci illərdə Dağıstan MSSR-in Dərbənd şəhərində əvvəlcə ikinci dərəcəli orta məktəbdə, sonra pedaqoji texnikumda təhsilini başa çatdırmış, orta pedaqoji təhsil işçisi diplomu almışdır. Salam Aydınbəyov 1931-ci ilin sentyabrından 1932-ci ilin sentyabrınadək Yalama dəmir yolu natamam orta məktəbində müəllim işləmişdir. 1932-ci ilin sentyabrından 1935-ci ilin iyul ayınadək Bakı şəhərində Ali Kənd Təsərrüfatı Məktəbində oxumuş, təhsilini başa vurduqdan sonra, 1936-cı il sentyabr ayınadək Quba Kənd Təsərrüfatı Texnikumunda iqtisadiyyat fənni üzrə müəllim işləmişdir. 1936-cı ilin sentyabrından 1937-ci ilin noyabrınadək Dağıstan MSSR Axtı rayon Xalq Maarif Şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1937-ci ildən 1939-cu ilin may ayınadək ÜİLKGİ Dağıstan Vilayət Komitəsində tələbə-gənclər şöbəsinin müdiri işləmişdir. Sonra Azərbaycan K(b)P MK-ya müraciət etməsi ilə əlaqədar Dağıstan Vilayət Partiya Komitəsinin qərarı ilə işindən azad olunaraq Bakıya göndərilmişdir. 1939-cu ilin oktyabrından Azərbaycan K(b)P MK-nın kadrlar şöbəsinin təlimatçısı vəzifəsində çalışmışdır.
Salam Məmmədəliyev
Salam Vamiq oğlu Məmmədəliyev — Azərbaycan televiziya rejissoru. Salam Vamiq oğlu Məmmədəliyev Bakıda anadan olub. 1998-2002-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. "O olmasın, bu olsun" tamaşasında "qoçu Əsgər, "Kuraj ana"da keşiş və gənc vəkil obrazlarında iştirak edib. 1998-2000-ci illərdə AzTV-də "Tələbə klubu" verilişində rejissor assistenti, 2000-2002-ci illərdə isə Lider TV-də “Bumeranq şou” verilişində rejissor assistenti, "Jazz time" verilişində rejissor assistenti və rejissor olaraq çalışıb. Lider TV-də Cəfər Cabbarlıya həsr olunmuş filmdə onun obrazını ifa edib. 2005-ci ildən İctimai televiziyada rejissor, 2010-cu ildən isə quruluşçu rejissor kimi çalışır. Bir çox musiqili-əyləncəli verilişlərə quruluş verib. Avroviziya Mahnı Müsabiqəsinin milli seçim turunun quruluşçu rejissoru olmuşdur. Hazırda "Ozan məclisi" və "Ustad dərsi" kimi musiqi verilişlərinin rejissorudur.
Salam Məryəm
Salam Məryəm ( lat. Ave Maria ) İsanın anası Məryəmə ünvanlanan ənənəvi xristian duasıdır. Dua Lukanın İncilində təsvir olunan iki bibliya epizoduna əsaslanır: Mələk Cəbrayılın Məryəmə ziyarəti ( Elan ) və Məryəmin Vəftizçi Yəhyanın anası Elizabetə sonrakı ziyarəti ( Ziyarət ). Salam Məryəm, Theotokos (Allahın Anası) olaraq qəbul edilən Məryəm üçün həmd və ona müraciətdir. 16-cı əsrdən bəri, Katolik Kilsəsində istifadə edilən dua versiyası onun şəfaəti üçün müraciətlə sonlanır. Duanın müxtəlif adət-ənənələrdə çeşidli versiyaları var və tez-tez musiqi olaraq bəstələnir. Latın kilsəsində Salam Məryəm Angelus və Rozari kimi digər duaların əsasını təşkil edir. Şərq Pravoslav Kilsələrinin məzmurunda Theotokion Allahın Anasına həmd etmək üçün həsr edilmişdir. Şərqi pravoslav kilsələri Theotokiondan başqa, həm yunanca, həm də tərcümələrdə tez-tez fərdi dua üçün Salam Məryəmə (Məryəmin şəfaəti üçün açıq tələb olmadan) olduqca oxşar bir duaya malikdirlər. Şərqi Katolik Kilsələri öz ənənələrinə əməl edirlər və ya Lüteranlar, Anqlikanlar, Müstəqil Katoliklər və Köhnə Katoliklər kimi tarixən Katolik Kilsəsi ilə əlaqəli bir çox digər Qərb qrupları tərəfindən də istifadə edilən Latın Kilsəsi versiyasını qəbul edirlər.
Salam Qədirzadə
Salam Qədirzadə (10 aprel 1923, Bakı – 15 noyabr 1987, Bakı) — Məşhur Azərbaycan yazıçısı, dramaturq.Azərbaycanın məşhur alimi, professor, tanımış ictimai xadim Salam Dadaş oğlu Qədirzadə 1923-cü ilin aprel ayının 10-da Bakı şəhərində anadan olub. Hələ uşaq illərindən ədəbiyyata böyük həvəsi olan S. Qədirzadə şeir və hekayələr yazır, ədəbi dərnəklərdə iştirak edir, məktəbdən sonra məhz bu sahədə təhsil almağı planlaşdırırdı. Lakin Böyük Vətən müharibəsi həmin arzuları düz 5 il təxirə saldı. 1941-ci ildə orta məktəbi bitirən kimi 18 yaşlı Salam könüllü şəkildə cəbhəyə yola düşür. 1941–1945-ci illərdə o, Şimali Qafqaz, Kuban, Qərbi Ukrayna, Polşa, Bessarabiya, Rumıniya, Çexoslovakiya, eləcə də Almaniyanın faşistlərdən azad edilməsində sıravi döyüşçü kimi iştirak edir, cəbhələrdə göstərdiyi şücaətə görə III dərəcəli Şöhrət ordeni, İgidliyə görə və daha yeddi medalla təltif olunmuş, Baş Ali Komandanlıq tərəfindən fərqləndirilmişdi. Müharibə illəri sonradan yazıçının bir sıra əsərlərində öz əksini tapmışdı. 1946-cı ildə ordu sıralarından tərxis olunduqdan sonra Salam Qədirzadə Sumqayıt şəhərində 18 saylı fabrik-zavod təhsili məktəbində müdir müavini vəzifəsinə təyin edilir. 1948-ci ildə isə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin qiyabi şöbəsinə daxil olur və eyni zamanda Mərkəzi radionun yerli verilişləri üzrə məsul redaktoru vəzifəsində çalışmağa başlayır. 1949-cu ildə Azərbaycan Yazıçılar İttifaqının zəmanəti ilə Salam Qədirzadə Moskvadakı M. Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərilir. Onun hələ tələbə ikən diplom işi olaraq yazdığı "Gənclik" povestini Rusiyanın məşhur "Detgiz" nəşriyyatı ayrıca kitab şəklində nəşr edir.
Salam Salamzadə
Salam Əbdülqasım oğlu Salamzadə (23 fevral (7 mart) 1908, Bakı – 12 may 1997, Bakı) — rəssam, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1940), Azərbaycan SSR xalq rəssamı (1982). Salam Salamzadənin Bakı (1959), (1962), (1974), Moskva (1969), (1974) və Kiyev (1974) şəhərlərində əsərlərindən ibarət fərdi sərgiləri təşkil olunub. Əsərləri ölkəmizlə yanaşı xarici ölkələrin də muzey, qalereya və şəxsi kolleksiyalarında saxlanılır. Rəssam həmçinin, ictimai fəaliyyətlə də məşğul olub, Azərbaycan Milli İncəsənət Muzeyinin və Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru vəzifəsində işləyib. Hal-hazırda Salam Salamzadənin 72 əsəri Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda qorunub saxlanmaqdadır. Salam Salamzadə 7 mart 1908-ci ildə Bakıda, Əbdülqasım bəylə Xədicə xanımın ailəsində anadan olmuşdur. O 10 yaşında olarkən anası Xədicə xanım vəfat edir. Uşaqlığının kifayət qədər çətin olmasına baxmayaraq, Salam Salamzadə hələ orta məktəbdə oxuyarkən rəsm çəkməyə böyük maraq göstərirdi. Nəticədə 1925-1929-cu illərdə o, ilk peşə təhsilini Azərbaycan Dövlət Rəssamlıq Texnikomunda almağa nail olur. Buradakı müəllimlərinin təlim-tərbiyə metodları gələcəkdə onun fərdi üslubuna dərindən təsir edir.
Salam Sarvan
Salam Sarvan (1966, Astraxanbazar rayonu) — Azərbaycanlı yazıçı, şair. Salam Sarvan - şair. 1966-cı ildə Cəlilabad rayonunda anadan olub. N.A.Voznesenski adına Leninqrad Mailiyə-iqtisad institutunu bitirib. Bakıda yaşayır. Ölkənin tanınmış media orqanlarında redaktor kimi çalışıb. Hazırda Dövlət Tərcümə Mərkəzinin "Xəzər" dünya ədəbiyyatı jurnalında Baş redaktor müavinidir. "Sənə deyiləsi deyil sənə deyiləsi sözüm", "Mən gələr olmadım, yolu qarşıla", "Heykəl tənhalığı" adlı şeir kitablarının müəllifidir. Şeirləri ingilis, fransız, rus, türk, ukrayna, polyak, gürcü, özbək dillərinə tərcümə olunub.Azərbaycan Dövlət Tərcümə Mərkəzinin xətti ilə "Boğulmaq da olmur, dayazdır dünya" kitabı ukrayn dilində nəşr edilib.
Salam kədər
"Salam, kədər!" (fransızca: "Bonjour tristesse") əsəri 1954-cü ildə Fransua Saqan (Françoise Sagan) tərəfindən yazılmışdır. Romanın başlığı Pol Elardın (Paul Éluard) "Sağol, kədər/Salam, kədər" misraları ilə başlayan şeirindən götürülmüşdür (şeirin adı: "À peine défigurée"). 1958-ci ildə Otto Preminger tərəfindən romana ingilis dilli film çəkilmişdir. Bu romanı müəllif 18 yaşında olarkən yazmışdır və roman qısa müddət ərzində oxucular arasında böyük rəğbət hissi ilə qarşılanmışdır. Kitab 30-dan artıq dilə tərcümə olunmuş, 5 milyondan çox nüsxəsi satılmışdır. Əsərin baş qəhrəmanı Sesilya (Cécile) bütün gənclərin idoluna çevrilmişdir. Le Monde qəzetinin 1999-cu ildə tərtib etdiyi "XX əsrin 100 kitabı" siyahısında bu əsərə də rast gəlmək mümkündür.
Salam məscidi
Salam məscidi — Abşeron rayonu Fatmayı kəndinin mərkəzində yerləşir. XIX əsrdə inşa edilməsi qeyd olunur. Fatmayı kəndinin mərkəzindən keçən Cəlil Cavadov küçəsinin sol tərəfində yerləşir. Hazırda fəaliyyət göstərmir.
Salam İsmayıl
Salam Xeyrulla oğlu İsmayıl — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2015). Salam İsmayıl 23 aprel 1951-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitunun aktyorluq fakültəsini bitirmişdir. 1974–1976-cı illərdə "Azərbaycanfilm" kinostudiyasında rejissor köməkçisi vəzifəsində işləmiş, 1977-ci ildən Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərir. Kino sahəsində bir neçə irili və xırdalı rollarda çəkilmişdir. Teatr xadimlər ittifaqının üzvü, ""Qızıl Dərviş" mükafatı" mükafatı laureatıdır. 30 dekabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. Solğun çiçəklər (C. Cabbarlı) — Bəhram, Aydın (C. Cabbarlı) — Novruz bəy Oqtay Eloğlu (C. Cabbarlı) — Mazadaranski Maral (H. Cavid) — Cəmil Atabəylər (N. Həsənzadə) — Abubəkir Sənsiz (S. Qurbanov) — Tərlan Bizim küçənin oğlanları (film, 1973) Qocalar, qocalar... (film, 1982) Yük (film, 1995) Bir anın həqiqəti (film, 2003) Koroğlu (film, 2003) Acılar bitməz (film, 2009) (tammetrajlı bədii film) — rol: Qəzənfər Cavad xan (film, 2009) Aktrisa (film, 2011) (tammetrajlı bədii film) — rol: bağban Kərim Həsənov Çölçü (film, 2012) Tək olanda qorxma...
Salam İsmayılov
Salam Xeyrulla oğlu İsmayıl — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2015). Salam İsmayıl 23 aprel 1951-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitunun aktyorluq fakültəsini bitirmişdir. 1974–1976-cı illərdə "Azərbaycanfilm" kinostudiyasında rejissor köməkçisi vəzifəsində işləmiş, 1977-ci ildən Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərir. Kino sahəsində bir neçə irili və xırdalı rollarda çəkilmişdir. Teatr xadimlər ittifaqının üzvü, ""Qızıl Dərviş" mükafatı" mükafatı laureatıdır. 30 dekabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. Solğun çiçəklər (C. Cabbarlı) — Bəhram, Aydın (C. Cabbarlı) — Novruz bəy Oqtay Eloğlu (C. Cabbarlı) — Mazadaranski Maral (H. Cavid) — Cəmil Atabəylər (N. Həsənzadə) — Abubəkir Sənsiz (S. Qurbanov) — Tərlan Bizim küçənin oğlanları (film, 1973) Qocalar, qocalar... (film, 1982) Yük (film, 1995) Bir anın həqiqəti (film, 2003) Koroğlu (film, 2003) Acılar bitməz (film, 2009) (tammetrajlı bədii film) — rol: Qəzənfər Cavad xan (film, 2009) Aktrisa (film, 2011) (tammetrajlı bədii film) — rol: bağban Kərim Həsənov Çölçü (film, 2012) Tək olanda qorxma...
Ya Salam
“Ya Salam” (ərəbcə: يا سلام‎) ərəb pop ulduzu Nensi Ajramın 3-cü albomu olub, 2003-cü ildə buraxılmışdır. Albomun mahnıları 2002-2003-cü illərdə yazılıb. Bu, ona böyük uğur qazandıran albom hesab olunur. Janrı - ərəb popudur. Davamiyyəti – 39:00. İstehsalçı şirkət - Megastar / Relax-In. Prodüser – Jiji Lamara. "Akhasmak Ah" – 4:57/ Küsərəm, hə. "Nasseto Garho" – 4:39/ Yarasını unutdurdum "Yay (Sehr Oyouno)" – 4:23/ Wow (Gözlərinin sehri) "Inta W Bass" – 4:56/ Yalnız sən "Ya Salam" – 4:37/ Ah, necə əla "Ahla Jaw" – 3:54/ Ən yaxşı həyat "Eynann Tara" – 4:07 / Gözlər görür "Inta" – 4:14/ Sən "Ashkaraballi" – 3:13/ Açıq-aşkar bəlli Sinqllar: Akhasmak Ah (10 həftə 1-ci oldu) Ya Salam Yay (Sehr Oyoono) (6 həftə 1-ci və 5 həftə 2-ci oldu) Ahla Jaw (2-ci pillə) “Akhasmak, ah” köhnə ərəb filmlərini xatırladan klipdir. Bu klipdə müğənni öz müştəriləri üçün oynayan kafe meneceri kimi nümayiş olunur.
Əbdus Salam
Məhəmməd Əbdus Salam (Pəncab, Urdu: محمد عبد السلام; oxunuşu [əbd̪ʊs səlɑm]; d. 29 Yanvar 1926 - ö. 21 Noyabr 1996 ), Elektrozəif qüvvət ilə əlaqədar işlərə verdikləri töhfələrinə görə 1979-cu ildə fizika üzrə Nobel Mükafatını alan nəzəri fizikdir. Özü Nobel mükafatı qazanan ilk Pakistanlı və Misirli Ənvər Sədatdan sonra Nobel mükafatı qazanan ilk müsəlman olmaqla birlikdə bu fənn sahəsində bu mükafatı qazanan ilk müsəlman olmuşdur. Salam 1960-cı ildən 1974-cü ilə qədər Pakistan hökumətində elm məsləhətçisi kimi fəaliyyət göstərmişdir və bu əhəmiyyətli rol Pakistanın infrastrukturuna böyük töhfələr vermişdir. Salam nəzəri və parçacıq fizikasında əhəmiyyətli inkişaflarından və verdikləri töhfələrinə məsul olmanın yanında ölkəsindəki elmi araşdırmaları ən yüksək səviyyəyə çıxarmaqla da öhdəçilikli olmuşdur. Salam SUPARCOnun yaradıcı müdiri idi və Pakistan Atom Enerji Komissiyasında (PAEC) Nəzəri Fizika Qrupunun rəhbərliyində çalışmışdır. Elm məsləhətçisi olaraq Salam nüvə enerjisinin sülh üçün istifadə edilməsində və 1972-ci ildə Pakistanın atom bombasını inkişaf etdirməsində tamamlayıcı bir rol oynamışdır və onun nəzarətində çalışan elm adamları tərəfindən bu proqramın "elmi atası" olaraq göstərilmişdir. 1974-cü ildə Pakistan Parlamenti Əhmədiyyə Müsəlman Birliyinin kafir olduğunu bəyan edən sənədi nəşr etdikdən sonra Salam ölkəsindən etirazlarla ayrıldı. Ölümündən sonra belə ölkəsinin ən nüfuzlu elm adamlarından sayıldı.
Abdullah ibn Salam
Abdullah ibn Salam (550-ci illər və ya 550, Mədinə – 643 və ya 663, Mədinə) — Məhəmməd peyğəmbərin səhabələrindən biri olmuşdur. O, Mədinədə doğulmuşdur. İslamı qəbul etməzdən əvvəl o, Yəhudi kahini olmuşdur. O dövrdə onun adı Hüseyn ibn Salam olmuşdur. O, sonuncu peyğəmbərin gələcəyinə inanmışdır. Məhəmməd peyğəmbər haqqında insanlardan eşitsə də, onunla tanış olmamışdır. Peyğəmbər Mədinəyə hicrət etdikdən sonra, Hüseyn onun yanına gəlmiş və onun simasında əski yəhudi mənbələrində gəlişi gözlənilən sonuncu Tanrı elçisini tanımışdır. Bundan sonra o, İslamı qəbul etmiş və Məhəmməd peyğəmbər də onu Abdullah ibn Salam adlandırmışdır. Abdullah ibn Salam yazıb-oxumağı bacarmış, həyatı boyu dini elmlərlə məşğul olmuşdur. Ondan bir neçə hədis də rəvayət edilmişdir.
Salam, Azərbaycan! (1966)
Kinolent tamaşaçıları Azərbaycanın mənzərəli guşələri, tarixi abidələri, təbii sərvətləri, möcüzələr adası adlanan Neft Daşları ilə tanış edir. Film Azərbaycanın Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyətinin sifarişi ilə çəkilmişdir. Rejissor: Ruslan Şahmalıyev Ssenari müəllifi: Ruslan Şahmalıyev Operator: Zaur Məhərrəmov Bəstəkar: Emin Mahmudov Səs operatoru: Şamil Kərimov Azərbaycanın Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyəti Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Salam, Metro! (1988)
Film-reportaj Bakı metrosu xidmətinin gecə necə işləməsi barədədir. Kinolendə gənclərin fəhlə peşələrinə meyl göstərməsi probleminə toxunulmuşdur.
Salam, İordaniya (1981)
Film İordaniyada Azərbaycan mədəniyyəti günlərinə həsr edilmişdir. Kinolentdə xalqlar dostluğu tərənnüm olunur.
Salam, Əlcəzair (1968)
Film Əlcəzairdə keçirilən beynəlxalq yarmarka haqqındadır. Dünyanın 20 ölkəsinin iştirak etdiyi bu yarmarkada Azərbaycan yeganə respublika idi ki, ona xüsusi bölmə ayrılmışdı. Filmdə yarmarkanın açılışı, Əlcəzair dövlət xadimlərinin yarmarkanın Azərbaycan bölməsinə gəlişi, burada nümayiş etdirilən eksponatlar, Əlcəzairin qeyri-adi gözəlliyi, habelə respublikamızın incəsənət ustalarının konsertləri öz əksini tapmışdır.
Vadi-üs-Salam
Vadi-üs-Salam və ya Sülh vadisi (ərəb. وادي السلام‎) — İraq şiələrin müqəddəs Nəcəf şəhərində yerləşən İslam qəbiristanlığıdır. Bu, dünyanın ən böyük qəbiristanlığıdır. Qəbiristanlıq 1,485.5 acre (601.16 ha; 6.01 km2; 2.32 kv. mil) ərazini əhatə edir və 6 milyondan çox cəsəddən ibarətdir. Hər il milyonlarla zəvvar cəlb edir.
Ümumdünya Salam Günü
21 noyabr Ümumdünya Salam Günüdür. 1973-cü ildən etibarən hər il keçirilir. Bu günü Maykl və Brayn Makkomak qardaşları müharibənin qızğın vaxtında beynəlxalq gərginliyin artmasına qarşı etiraz əlaməti olaraq fikirləşiblər. Onlar səmimi salamlarla dolu olan məktubları dünyanın bütün nöqtələrinə göndərmiş və məktubu oxuyandan belə bir məktubdan heç olmasa daha on nəfərə göndərməyi xahiş etmişdilər. Bu fikir hər kəs tərəfindən dəstəkləndi və o vaxtdan etibarən 21 noyabr tarixi şən emosiyalar və xoş əhval-ruhiyyəli Ümumdünya Salam Günü kimi qeyd edilir.
Hababam sinifi salam
Hababam sinfi salam (türk. Hababam Sınıfı Merhaba) — 2003-cü il istehsalı Türkiyə komediya filmi. == Mövzusu == Hababam sinfinin məzun olmasından illər keçsədə Özəl Çamlıca Liseyində təhsil hələ də davam edir. Məktəbin əvvəlki sahibi Məhərrəm Gür vəfat etdikdən sonra, yerinə oğlu dəli Bədri (Mehmet Əli Ərbil) keçmişdir. Zəmanə Hababamçılar, əvvəlki adətlərini qoruyaraq müəllimlərinə yenə əziyyətlər verirdilər. Dəli Bədri isə onların fəsadlarını bəhanə edərək məktəbi satmaq fikrindədir. Bu vəziyyətdə məktəbin yeni direktoru Fatoş müəllimə (Hülya Koçyiğit), çarəni köhnə Hababamçıdan tapır və güdük Nəcmini (Xalid Ağcatəpə) bələdçi müəllim kimi məktəbə geri gətirir.
O dünyadan salam
O dünyadan salam filmi rejissor Tofiq Tağızadə tərəfindən 1991-ci ildə ekranlaşdırılmışdır. Film Cəlil Məmmədquluzadənin "Ölülər" pyesinin motivləri əsasında çəkilmişdir. Film görkəmli ədibin, vətəndaşın anadan olmasının 125 illiyinə ithaf edilmişdir. Film ümumbəşəri problemlər qaldırır, insanları ayıq olmağa, yaxşını pisdən, xeyri şərdən, həqiqəti yalandan ayırmağa, həyata açıq gözlə baxmağa çağırır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Məlik Dadaşov, Leyla Bədirbəyli, Səyavuş Aslan, Yılmaz Duru, Mərahim Fərzəlibəyov ifa edirlər. Kino əsəri cəhalətpərəstliyi, avamlığı, kortəbii fanatizmi, fırıldaqçılığı ifşa edir. Burada söhbət çirkin adamlardan deyil, dövrün çirkin ab-havasından gedir. Filmdə adamların xeyirxahlığı və sadəlövhlüyü ön plana çıxarılmışdır. Sadəlövhlük isə qüsur deyil, təmizlikdir, möcüzəyə inamdır.
Sərayə əl-Salam
Sərayə əl-Salam (ərəb. سرايا السلام‎, hərf. Sülh bölükləri) — 2014-cü ildə yaradılmış İraq şiə milisi. Onlar Xalq Səfərbərlik Qüvvələrinin bir hissəsidir və "Mehdi Ordusu" qruplaşmasının dirçəlişi cəhdidir. Onlar Müqtəda əs-Sədr tərəfindən şiə ziyarətgahlarını İslam Dövlətindən qorumaq üçün yaradılmışdır. 2014-cü ilin iyun ayında bu "Sülh bölükləri" İraq müharibəsi zamanı "Mehdi Ordusu"nun əsas əməliyyat mərkəzi olması ilə tanınan Bağdadın Mədinət-əs-Sədr gecəqondusunda yürüş etmişdilər. "Sülh bölükləri" türbələri qorumaqla yanaşı 2014-cü ilin oktyabrında Cüfr ən-Nəsr geri alınması kimi hücum əməliyyatlarında iştirak etmişdilər. Onlar 2015-ci ilin fevralında fəaliyyətlərini müvəqqəti dayandırmışdılar, lakin mart ayında İkinci Tikrit döyüşündə fəallıq göstərmişdilər.