Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Seylon
Şri-Lanka (sinhal. ශ්‍රී ලංකා; tamil. இலங்கை) və ya rəsmi adı ilə Şri-Lanka Demokratik Sosialist Respublikası (sinhal. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය; tamil. இலங்கை சனநாயக சோசலிசக் குடியரசு), tarixi mənbələrdə Sərəndib (سرنديب‎) adı ilə tanınırdı — Cənubi Asiyada ada-dövlət. Şri-Lanka Hind okeanında Hindistandan 31 km cənubda eyni adlı adada yerləşir. Ada-dövlət 1972-ci ilə qədər Seylon olaraq bilinirdi. Ümumi sahəsi 65610 kvadrat kilometr, əhalisinin sayı 21 milyon nəfərdən çoxdur. Şri-Lanka həm də Hind okeanının incisi adlandırılır. Hökumət qüvvələri ilə Tamil İlam Azadlıq Pələngləri (digər adı ilə Tamil pələngləri) arasında baş verən vətəndaş müharibəsi 1983-cü ildən bu yana davam edir.
Seylon bəbiri
Seylon bəbiri (lat. Panthera pardus kotiya) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü.
Seylon fili
Seylon fili (lat. Elephas maximus maximus) — Asiya filinin üç geniş yayılmış yarımnövündən biri. Seylon adasının (Şri-Lanka) endemikdir. 1986-cı ildən bəri Elephas maximus IUCN Qırmızı Siyahısına daxil edilmişdir. Səbəb isə son 60–75 il ərzində sayının ən azından 50% azalmasıdır. Yaşayış arealının insanlar tərəfindən mənimsənilməsi müşahidə olunur. == Təsviri == Asiya filləri Afrika fillərindən daha kiçik olur. Dişilər bir qayda olaraq ölçü baxımından erkəklərdən kiçikdir və iri fil dişlərinə sahib olmurlar. Erkəklərin yalnız 7% -nin iri dişləri olur. Asiya filinin müasir yarımnövlərinin ən böyüyü olan Seylon fili 2–3,5 m hündürlüyə malik olur.
Seylon çayı
Seylon çayı — Şri-Lankada yetişdirilən çay. Seylon çayı Şri-Lankanın əsas gəlir mənbələrindən biridir. Bu ölkənin ÜDM-nin 2%-ni təşkil edir. 2013-cü ildə Şri-Lankaya 1,5 milyard dollar vəsait gətirmişdi. Təxminən 1 milyona yaxın insan çay tarlalarında işləyir. Bundan əlavə, kiçik sahibkarlar tərəfindən çay əkilməsi minlərlə insan üçün yaşayış mənbəyidir. Şri-Lanka dünyanın dördüncü ən böyük çay istehsalçısıdır. 1995-ci ildə dünyanın çay ixracatının 23%-nə sahib olub. 2013-cü ildə çay hasilatı 340 milyon kiloqramı keçərək ən yüksək həddə çatmışdır.Ölkənin mərkəzi dağlıqlarının rütubəti, sərin temperaturu və yağışları yüksək keyfiyyətli çay istehsalına kömək edən iqlimi təmin edir. Digər tərəfdən, Matara, Qalle və Ratanapura rayonlarında yüksək yağışlı və isti temperaturda olan aşağı yüksəkliklərdə istehsal edilən çay yüksək səviyyəli büzücü xassələrə malikdir.
Seylon cəngəllik toyuğu
Seylon cəngəllik toyuğu (lat. Gallus lafayettii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin cəngəllik toyuğu cinsinə aid heyvan növü.
Seylon darçın ağacı
Seylon darçın ağacı (lat. Cinnamomum zeylanicum) - darçın ağacı cinsinə aid bitki növü.
Seylan
Ueylon
Villem Biykerk (nid. Willem Bijkerk; d. 20 aprel 1980, Apeldorn, Niderland) və ya səhnə adı ilə Ueylon (ing. Waylon) — Niderland müğənnisi. Ueylon The Common Linnets qrupunun üzvü olaraq Niderlandı Danimarkanın paytaxtı Kopenhagendə keçirilən 2014 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və 2-ci yeri qazanmışdır. Ueylon eyni zamanda Niderlandı Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək olan 2018 Avroviziya Mahnı Müsabiqəsində solo ifaçı olaraq təmsil etmişdir. == Musiqi karyerası == Villem Beykirk uşaqlıq vaxtlarından kantri musiqi janrından ilhamlanmış və ilkin olaraq sənətə West Virginian Railroad qrupunda barabançı olaraq başlamışdır. O, 1997-ci ildə EMI şirkəti ilə müqavilə imzalamışdır. ABŞ-nin Tennessi ştatında yerləşən Neşvilldə debüt albom hazırlıqlarına başlasa da, lakin həmin albomun hazırlığı daha sonra ləğv edilmişdir. 2001-ci ildən etibarən Amerikada yaşayan Villem idolu Ueylon Cenninqslə konsertlərdə ifa etmək fürsəti qazanmışdı.
Seylor Mars
Seylor Mars (セーラーマーズ, Sērā Māzu) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Rey Hino (火野 レイ, Hino Rei) olan Seylor Mars Günəş sistemini qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. Seylor Mars Usaqi tərəfindən tapılmış 2-ci Seylor döyüşçüsüdür. Seylor döyüşçüləri komandasının Seylor Veneradan sonra ikinci lideridir. Rey atəşi idarə etməklə yanaşı, zehni bacarıqlara da sahibdir. "Seylor Mun" manqasından başqa Seylor Mars iki qısa manqada da yer almışdır. İlk belə manqası keçmişindən bəhs edən "Kasablanka xatirələri" manqasıdır. "Rey və Minakonun qız məktəbi döyüşü" manqasında isə hekayə Seylor Mars və Seylor Venera üzərində qurulmuşdur. == Profil == Rey ilk dəfə Hikava məbədində (火川神社, Hikawa Jinja, "Alov Çayı məbədi", ingilis versiyasında Albalı Təpəsi məbədi) miko kimi peyda olmuşdur və orada iki qarğası olduğu göstərilmişdir. Manqada bu iki qarğanın adının Fobos və Deymos (Mars planetinin iki peyki) olduğu bildirilmişdi.
Seylor Merkuri
Seylor Merkuri (セーラーマーキュリー, Sērā Mākyurī) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" animanqasında personaj. Əsl adı Ami Mizuno (水野 亜美, Mizuno Ami) olan Seylor Merkuri gənc yapon tələbə qızdır. Günəş sistemini şər qüvvələrdən qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. 14-16 yaşlarındadır. 10 sentyabrda anadan olmuşdur. Boyu 158 santimetrdir. Seylor Merkuri Seylor Mun tərəfindən tapılmış ilk Seylor döyüşçüsüdür, komandanın beynidir. Əsas gücü suyun bütün aqreqat hallarını idarə etmək, onu manipulyasiya etməkdir. Həmçinin IQ səviyyəsi 300 olduğundan çox güclü intellektə malikdir, hər cür texnologiyadan başı çıxır. "Seylor Mun" manqasından başqa Seylor Merkuri qısa müddət xüsusi olaraq hazırlanmış "Aminin ilk məhəbbəti" manqasından yer almışdır.
Seylor Mun
Seylor Mun və ya Yaponiyada tanınan adı ilə Bishoujo Senshi Sailor Moon (美少女戦士セーラームーン, Bishōjo Senshi Sērā Mūn, azərb. Gözəl qoruyucu Seylor Mun‎) — yapon manqaka Naoko Takeuçi tərəfindən yazılmış və çəkilmiş şoco manqa seriyası. Manqa seriyası 1991-1997-ci illərdə "Nakayoshi" jurnalında nəşr olunmuşdur. Bu dövrdə 52 fəsli 18 tankobon cildi şəklində çap edilmişdir. Manqa seriyası Seylor Muna çevrilərək Ay şahzadəsinin və Əfsanəvi Gümüş Kristalın (「幻の銀水晶」, Maboroshi no Ginzuishō) axtarışına çıxan 14 yaşlı qız Usaqi Tsukino haqqındadır. Seriya boyunca Seylor Mun Əfsanəvi Gümüş Kristalı qorumaq və Günəş sistemini məhv etmək istəyən düşmənlərin qarşısını almaq üçün yaradılmış Seylor döyüşçüləri (セーラー戦士, Sērā Senshi) komandasına başçılıq edir. Manqa seriyasının 18 cildi əsasında Toei Animation tərəfindən anime hazırlanmışdır. Anime Yaponiyada 5 mövsüm olmaqla 1992-1997-ci illərdə yayımlanmışdır. Bundan başqa, manqa seriyası əsasında 3 animasiya filmi, 3 qısametrajlı animasiya, 1 televiziya verilişi və "Gözəl qoruyucu Seylor Mun" adlı teleserial hazırlanmışdır. Anime hekayəsi 2014-cü ildən göstərilən "Sailor Moon Crystal" animesi ilə yenidən başladılmışdır.
Seylor Neptun
Seylor Neptun (セーラーネプチューン, Sērā Nepuchūn) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Miçiru Kayo (海王 みちる, Kaiō Michiru, ingilis versiyasında Mişel Kayo) olan Seylor Neptun adi yapon yeniyetmə tələbədir. Seylor Neptun Günəş sistemini şər qüvvələrdən qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. Hekayənin 3-cü hissəsində peyda olan Seylor Neptun daim partneri və sevgilisi Seylor Uran ilə gəzir. Seylor Uran qadın olsa da, aralarında lezbiyan münasibətlər var. Hekayənin hər iki versiyasında ilk öncə antiqəhrəman kimi göstərilir. Miçiru gözəl, istedadlı, arada qaşqabaqlı olur, bütün vaxtını Seylor döyüşçüsü kimi keçirir. Onun gücləri okean, prekoqnisiya və güzgüsünün verdiyi güclərdən ibarətdir. == Profil == Seylor Neptun ilk dəfə hekayənin 3-cü hissəsində peyda olmuşdur. Bundan əvvəl isə Seylor Uranla birlikdə "Seylor Mun S"-in "qısa reklam filmi" hesab olunan 89-cu seriyasında silueti görünmüşdür.
Seylor Pluton
Seylor Pluton (セーラープルート, Sērā Purūto) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Setsuna Meyo (冥王 せつな, Meiō Setsuna) olan Seylor Pluton Günəş sistemini qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. Seylor Pluton digərlərindən fərqli olaraq əsas vəzifəsi Məkan-zaman darvazasının keşiyində durmaq, bu darvazadan icazəsiz keçmək istəyənləri dayandırmaqdır. Buna görə də Məkan-zaman darvazasını heç vaxt tərk etmir. Gücləri məkan, zaman, yeraltı dünya və qaranlıq ilə əlaqələndirilir. == Profil == Seylor Pluton "Seylor Mun R" seriyasının axırlarına qədər görünməmişdir. O, zaman darvazalarında keşik çəkən qoruyucudur. Seylor Pluton ilk dəfə Luna-P vasitəsilə Çibiusa ilə əlaqə saxlayarkən görünmüşdür. Seylor Pluton Çibiusaya Balaca Leydi kimi müraciət edir. Çibiusa Seylor Plutonu "Puu" (ingilis versiyasında "Plu") kimi çağırır.
Seylor Saturn
Seylor Saturn (セーラーサターン, Sērā Satān) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından və animesindən personaj. Əsl adı Hotaru Tomoe (土萠 ほたる, Tomoe Hotaru) olan Seylor Saturn Günəş sistemini şər qüvvələrdən qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. Seylor Saturn "Seylor Mun" animesinin 3-cü mövsümündə və 5-ci mövsümünün bəzi seriyalarında yer almışdır. Gücləri dağıntı, ölüm və yenidən doğum ilə əlaqələndirilir. Gücləri o qədər güclüdür ki, bir planeti, hətta bütün Günəş sistemini məhv edə, bütün kainatı sıfırlaya bilər. == Profil == Hotaru seriyaya ilk əvvəl Çibiusanın dostu kimi daxil edilmişdir. Hotaru Çibiusa və Usaqi ilə rastlaşana qədər heç bir dostu olmamışdır. Animeyə görə Hotaru sinif yoldaşları tərəfindən sevilməmişdir. Sinif yoldaşları onun qəribə ürəktutmalarına və güclərinə görə ondan yan keçirdilər. Bunun səbəbi Hotarunun 5 yaşına qədər bədəninin içində şər varlıq olan Xanım 9-un yaşaması olmuşdur.
Seylor Uran
Seylor Uran (セーラーウラヌス, Sērā Uranusu) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Haruka Tenno (天王 はるか, Ten'ō Haruka, ingilis versiyasında Amara Tenno) olan Seylor Uran yapon tələbədir. Seylor Uran Günəş sistemini şər qüvvələrdən qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. Seylor Uran daim partneri və sevgilisi Seylor Neptun ilə birlikdə gəzir, kişi kimi geyinir. küləyi idarə edə bilir, yaxşı qılınc oynadır, prekoqnitiv güclərə malikdir. == Profil == Haruka inadcıl, qoruyucu, amma əzmkar, bacarıqlı, heyranedici və çılğındır. Haruka ilk dəfə hekayənin 3-cü hissəsində peyda olmuşdur. Bundan əvvəl isə Seylor Neptunla birlikdə "Seylor Mun S"-in "qısa reklam filmi" hesab olunan 89-cu seriyasında silueti görünmüşdür. Seylor döyüşçüləri arasında ən hündür ikinci üzvdür (175 sm), birincisi isə Seylor Plutondur. (179 sm) 16 yaşında olmasına baxmayaraq Haruka avtoidman sürücüsüdür.
Seylor Venera
Seylor Venera (セーラーヴィーナス, Sērā Vīnasu) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Minako Ayno (愛野 美奈子, Aino Minako) olan Seylor Venera Günəş sistemini qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. Minako Aynonun kandzi tərcüməsi "sevgi" (愛, ai), "vətəndaş" (野, no), "gözəlik" (美, mi), "necə" (奈, na) və "uşaq" (子, ko) şəklindədir. Minako Ayno Usaqi tərəfindən tapılmış 4-cü və sonuncu Seylor döyüşçüsü olsa da, güclərini əldə edən ilk Seylor döyüşçüsüdür. Gücləri məhəbbət və gözəllik əsasında qurulmuşdur. Manqalarda və animelərdə ən böyük arzusu məşhur kumir olmaqdır. Minako əvvəlcə Naoko Takeuçinin 1991-ci ildə yaratdığı "Codename: Sailor V" manqasında peyda olmuş və manqanın baş qəhrəmanı olmuşdur. Daha sonra "Gözəl Qoruyucu Seylor Mun" a keçmişdir. Bu manqada və "Seylor Mun" un əvvəllərində Minako Seylor Venera deyil, "Venera" sözünün qısaltması ilə əmələ gəlmiş Seylor V (セーラーV, Sērā V) təxəllüsündən istifadə etmişdir. Seylor Venera həm də Seylor Mars ilə birlikdə "Rey və Minakonun qız məktəbi döyüşü" manqasında yer almışdır.
Seylor Yupiter
Seylor Yupiter (セーラージュピター, Sērā Jupitā) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Makoto Kinodur. (木野 まこと, Kino Makoto) Günəş sistemini şər qüvvələrdən qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. Seylor Yupiter Usaqi Tsukino tərəfindən tapılmış 3-cü Seylor döyüşçüsüdür. Komandanın ən uzun boylu (168 sm) və ən güclü üzvlərindən biri olduğundan komandanın "vuran qolu"dur. Planeti Yupiterin verdiyi güc sayəsində Makoto elektriki və bəzi bitki növlərini idarə etmək, şimşək çaxdırmaq gücünə sahibdir. Seylor Yupiter ilk dəfə manqanın 5-ci aktında, orijinal animenin 25-ci seriyasında, ikinci animenin ("Sailor Moon Crystal") 5-ci seriyasında görünmüşdür. Bir çox videooyunda yer almışdır. "Seylor Mun" manqasından başqa Seylor Yupiter özündən bəhs edən "Makonun depressiyası" manqasında da yer almışdır. == İzah == Makoto Kino personajı baş tutmayan "Codename: Sailor V" animesində yer alması üçün təklif edilmişdir, lakin onun üçün ilk öncə Mamoru Çino adı təklif olunmuşdur.
Ludolf van Seylen
Ludolf van Seylen (ing. Ludolph van Ceulen; 28 yanvar 1540 və ya 1540[…], Hildeshaym[d], Aşağı Saksoniya – 31 dekabr 1610[…], Leyden, Hollandiya qraflığı) — Holland riyaziyyatçısıdır; 1615-ci ildə p-i ədədinin 32 onluq işarəyə qədər hesablanmasını çap etdirmişdir.
Pişiklər (Seylor Mun)
Seylor Mun pişikləri (美少女戦士セーラームーンの猫, Bishōjo senshi sērāmūn no neko) — Naoko Takeuçi tərəfindən yazılmış "Seylor Mun" manqa seriyasında yer alan pişik personajlar. Seriyada 3 pişik personaj vardır: Luna, Artemis və Diana Bu üç pişik personajının öz sahibləri var. Hər pişik danışmaq qabiliyyətinə malikdir və alınlarında aypara işarəsi var. Yetkin pişiklər — Luna və Artemis əsas süjet xətti başlamazdan qabaq Gümüş Minillikdə Kraliça Serenitiyə xidmət vermişlər. Üçüncü pişik Diana isə onların XXX əsrdəki uşağıdır, daha gəncdir və Yerdə doğulmuşdur. Ayla əlaqədər münasibətlərinə görə üçü də adlarını Roma və yunan mifologiyasındakı ilah və ilahələrdən almışdır. Pişiklər Seylor döyüşçülərinə müşavir və dost kimi xidmət verirlər. Həmçinin komandanı yeni əşyalarla, güclərlə və məlumatlarla təmin edirlər. Onların əlavə fiziki formaları da var. Animedə pişiklərdən ancaq Luna insana çevrilmişdi.
Seylor Mun (dəqiqləşdirmə)
Seylor Mun — Yaponiya mediafranşizi. Seylor Mun həmçinin bu mənaları da verə bilər: == Personajlar == Seylor Mun (personaj) — Seylor Mun manqasından personaj. == Digər == Seylor Mun (anime) — eyniadlı manqa seriyası əsasında 1992-1997-ci illərdə göstərilmiş anime. Sailor Moon Crystal — 2014-cü Seylor Mun manqası əsasında yenidən çəkilmiş anime. Gözəl Qoruyucu Seylor Mun (teleserial) — 2003-cü ildə yayımlanmış teleserial. Seylor Mun musiqili filmləri — SeraMyu kimi də tanınan musiqili filmlər. Seylor Mun video oyunlarının siyahısı — eyniadlı seriya əsasında hazırlanmış video oyunların siyahısı. Seylor Mun Kolleksiya Kart Oyunu — Şimali Amerikada buraxılmış kart oyunu.
Seylor Mun (personaj)
Seylor Mun (セーラームーン, Sērā Mūn) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqa seriyasının baş qəhrəmanı. Əsl adı Usaqi Tsukinodur. (月野 うさぎ, Tsukino Usagi) İlk dəfə 28 dekabr 1991-ci ildə "Nakayoshi" jurnalında nəşr olunmuş "Seylor Mun" manqasının ilk fəslində ("Usaqi - Seylor Mun") qayğısız qız və Seylor döyüşüçlərinin de-fakto lideri kimi peyda olmuşdur. Uzun müddət özünü Yer sakini hesab etmişdir, lakin daha sonra Aydakı Gümüş Minillik Krallığından olduğunu öyrənmişdir. Əsl adının Şahzadə Sereniti (プリンセス・セレニティ, Purinsesu Sereniti) olduğunu kəşf etmişdir. "Seylor Mun" manqasında Usaqi Ay şahzadəsinin axtarışında olan Luna ilə rastlaşır. Luna ona Yeri şər qüvvələrdən qorumaq vəzifəsinin verildiyini görür və ona Seylor Muna çevrilmək üçün broşka verir. Vəzifəsinin şahzadəni tapmaq, Əfsanəvi Gümüş Kristalı qorumaq və digər Seylor döyüşçülərini kəşf etməkdən ibarət olduğunu açıqlayır. Usaqi təcrübə qazandıqdan sonra kainatın ən güclü döyüşçülərindən biri olur və Yeri onu məhv etmək istəyən düşmənlərindən qoruyur. Usaqi zəif ikən qayğısız və gümrahdır, lakin döyüşərkən ciddi olur.
Seylor Mun musiqisi
Bir çox insanlar Seylor Mun cizgi filminə xeyli sayda mahnılar yazıblar. Bu mahnıların bir çoxu məhz orijinal musiqilərin remiksidir. Bəstəkar Takanori Arisava film musiqilərinə görə bir neçə mükafatlara layiq görülmüşdür. 1998, 2000 və 2001-ci illərdə keçirilən JASRAC beynəlxalq mükafatlandırma mərasimlərində o, Seylor Mun filmi üçün bəstələdiyi musiqilərə görə bütün nominasiyalarda qalib oldu. == Mahnılar == === Gözəl Qoruyucu Seylor Mun - Musiqi Kolleksiyası === Gözəl Qoruyucu Seylor Mun - Musiqi Kolleksiyası (yap. 美少女戦士セーラームーン音楽集 - Bishōjo Senshi Sailor Moon Ongaku Shuu) - 1 may 1992-ci ildə CD formatında, 17 mart 2010-cu ildə isə HQCD formatında satışa çıxarıldı. === Gözəl Qoruyucu Seylor Mun - Sevgi Haradadır?- === Gözəl Qoruyucu Seylor Mun - Sevgi Haradadır? (yap. 美少女戦士セーラームーン ~愛はどこにあるの? - Bishōjo Senshi Sailor Moon - Ai wa Dokoni Aruno?) - bu albomun CD versiyası 1992-ci ildə, 2010-cu ildə isə HQCD versiyası satışa çıxarıldı.
Seylor Çibi Mun
Çibiusa (ちびうさ, Chibiusa) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. İlk dəfə "Nakayoshi" jurnalının 1993-cü ilin 3 fevralında yayımlanan "Seylor Mun" manqasının 14-cü aktı olan "Son və başlanğıc, Petite Étrangere"-də yer almışdır. Çibiusa XXX əsrdən Seylor Mun və dostlarından kömək istəmək üçün gələn kiçik uşaqdır. Daha sonra Seylor döyüşçüsünə — Seylor Çibi Muna (セーラーちびムーン, Sērā Chibi Mūn) çevrilmişdir. (İngilis versiyasında isə Seylor Mini Mun.) Çibiusanın tam adı Şahzadə Usaqi Balaca Leydi Sereniti (プリンセス・うさぎ S(スモール)L(レディ)セレニティ, Purinsesu Usagi Sumōru Redi Sereniti) şəklindədir. Anasının soyadını qəbul etdiyindən XX əsrdə Çibiusa Tsukino adı ilə də tanınır. Lakin onu Usaqi Tsukinodan fərqləndirmək üçün başqa adla çağırırlar. Çibiusa sözü çibi (balaca uşaq) və Usaqi sözlərindən əmələ gəlmişdir. == Profil == Müəllif Naoko Takeuçi Çibiusanı yaramaz və dəcəlliyə meyil göstərən tezböyüyən uşaq kimi təsvir etmişdi. O, Yeni Kraliça Serenitinin və Kral Endimionun qızıdır.
Seylor Mun (IV mövsüm)
Gözəl Qoruyucu Seylor Mun: SuperS (美少女戦士セーラームーン SuperS, Bishōjo Senshi Sērā Mūn Sūpāzu) — "Seylor Mun" animesinin Kunihiko İkuharanın rejissorluğu ilə Toei Animation tərəfindən çəkilmiş 4-cü mövsümü (128-166-cı seriyalar). Animenin digər mövsümlərində olduğu kimi bu mövsümdə də yapon qız Usaqi Tsukino və dostlarının başına gələn macəralardan bəhs olunur. Hekayə iki arkdan ibarətdir. Birinci arkda Peqasus Çibiusanın yuxularını daxil olmaqla onu Ölü Aydan qorumağa çalışır, çünki Ölü Ay dünyaya yiyələnmək yolunda onu öldürmək istəyirlər. İkinci arkda isə həmişə uşaq kimi qalmağı arzulayan Amazon Kvartetindən və Ölü Ayın lideri, Yeri işğal etmək niyyətində olan Kraliça Neheleniyadan bəhs olunur. Mövsüm 4 mart 1995-ci ildə TV Asahi-də yayımlanmağa başlamış və 2 mart 1997-ci ildə başa çatmışdır. Mövsüm 39 seriyadan ibarətdir. Mövsüm 2000-ci ildə Cloverway Inc. tərəfindən Şimali Amerikada ingilis dilində yayımlanmaq üçün lisenziyalaşdırılmışdır. Mövsüm ABŞ-də Cartoon Network kanalının Toonami televiziya blokunda göstərilmişdir.
Seylor Mun (I mövsüm)
Gözəl Qoruyucu Seylor Mun (美少女戦士セーラームーン, Bishōjo Senshi Sērā Mūn) — "Seylor Mun" anime serialının Dzyuniti Satonun rejissorluğu ilə Toei Animation tərəfindən çəkilmiş ilk mövsümü (1-46-cı seriyalar). Anime yapon manqaka Naoko Takeuçi tərəfindən yazılmış "Seylor Mun" manqa seriyası əsasında çəkilmişdir. Mövsüm 7 mart 1992-ci ildən 27 fevral 1993-cü ilə qədər TV Asahi kanalında yayımlanmışdır. Mövsümdə "Seylor Mun" manqa seriyasının ilk arkı olan "Qaranlıq Krallıq" arkından bəhs olunur. Anime serialının davam mövsümü olan "Seylor Mun R" 6 mart 1993-cü il tarixində yayımlanmağa başlanılmışdır. Anime serialında Usaqi Tsukino və dostlarının başına gələn əhvalatlar ələ alınır. Danışan dişi pişik Lunanın köməyi ilə Seylor Muna çevrilən Usaqi Tsukino Yeri Ay Krallığını məhv etmiş Qaranlıq Krallıqdan qorumağa çalışır. "Animage"nin 1993-cü ilin ən çox sevilən anime seriyaları siyahısında bu mövsümün "Sevilən və izlənən! Lunanın ən pis günü" seriyası birinci, "Narunun ağlayışı! Nefrit sevgi üçün ölür" seriyası üçüncü, "Parıldayan Gümüş Kristal!
Geylan
Gilan — İranın şimal-qərbində ostan. == Tarix == 1920-ci ildə İranın mərkəzi hökumətindən və Rusiyanın müdaxiləsindən narazı qalan gilak sərkərdəsi Mirzə Kiçik xan Gilanın və Gilək xalqının müstəqilliyi üçün çalışaraq Yaxın Şərqdə ilk sosialist respublikası olan Gilan Respublikasını qurdu. == Ərazi == Ostan Xəzər dənizinin qərbində yerləşir. Gilan ostanının ərazisi 14.106 km² (İSM-nə görə 14.042 km²)-dir. == Əhali == Əhalisi 2006-cı il siyahıya almasına əsasən 669,221 ailədə 2.381.063 nəfərdir. === Milli tərkib === Ostan əhalisinin çoxluğu giləklərdən ibarətdir. Geridə qalan əhalini Azərbaycan türkləri (qeyri-rəsmi qaynaqlara görə əhalinin 1/3-ni) , talışlar, tatlar, kürdlər, türkmənlər, yunanlar, ermənilər, farslar, yəhudilər, Hind-Avropa dil ailəsinə aid olan bir neçə köçəri kiçik etnik qrup (Sasani , Ağacani və sairə) və qaraçılar təşkil etməkdədir. Giləklər, Azərbaycan türkləri, talışlar, tatlar və kürdlər etnik ərazi areallarına malikdirlər, yəni kompakt halda həm kəndlərdə həm də şəhərlərdə məskunlaşmışdırlar. Farslar, yunanlar, türkmənlər, ermənilər və yəhudilər dağılmış şəkildə yalnız şəhərlərdə yaşamaqdadırlar. Giləklər: Gilan ostanında ən böyük etnik qrup giləklərdir.
Leylan
Leylan — İranın Şərqi Azərbaycan ostanının Məlekan şəhristanının Leylan bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 6,079 nəfər və 1,468 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Neyron
Neyron — sinir sisteminin quruluş vahidi. == Neyronun quruluşu == Dendrit, Akson, Ranvier buğumcuğu, telodendrit şaxələri, Şvann qişası, Hüceyrə cismi, nüvə == Çoxçıxıntılı ya çoxqütblü – multipolyar sinir hüceyrəsi == Neyron sinir sisteminin morfo-fizioloji və ya histo-fizioloji quruluş və genetik vahidi hesab olunur. XIX əsrin axırlarında meydana çıxmış bu nəzəriyyəyə neyron nəzəriyyəsi (R. Kaxal) deyilir. Bəzi müəlliflərin fikrincə neyronlar bir-birilə neyrofibrillər vasitəsilə rabitədədir, yəni neyrofibrillər qırılmadan bir neyrondan digər neyrona keçir. Bu nəzəriyyəyə neyrofibrilyar ya neyropil nəzəriyyə deyilir. Bu nəzəriyyə düzgün hesab edilmir. Neyron nəzəriyyəsinə görə sinir sistemi ayrı-ayrı neyronlardan təşkil olunmuşdur. lakinqeyd etmək lazımdır ki, neyronların arasında həmişə müəyyən bir əlaqə yaranır. Deməli neyronlarda olan müstəqillik şərtidir. Sinir sistemi bölünmüşdür və eyni zamanda tamdır.
Sablon
Sablon (fr. Sablons) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Russiyon kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38349. Kommunanın 1999-cu il üçün əhalisi 1 539 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 135 ilə 154 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 80 km qərbdə yerləşir.
Sayqon
Hoşimin və ya Xoşimin (vyet. Thành phố Hồ Chí Minh) — Vyetnamın Dong Nam Bo əyalətində şəhər. Hanoydan 1730 km cənubda yerləşir. Bu Vienam ən böyük şəhəri. 1975-ci ilə qədər Sayqon (Sài Gòn) adlandırılmışdır. Əhalisi 7240 min nəfər (2002), sahəsi 2093 km²-dir. Dong Nam Bo əyalətinin inzibati mərkəzi. Şəhərdə hava limanı var. Vyetnamın neft sənayesi mərkəzidir.
Selloa
Selloa (lat. Selloa) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Selloa breviligulata Longpre Selloa ligulata (Cuatrec.) H.Rob. Selloa linearis DC. Selloa macdonaldii (B.L.Turner) H.Rob.
Seycan
Secan (fars. سيجان‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Xosro Beyg dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 53 ailədə 83 nəfəri kişilər və 94 nəfəri qadınlar olmaqla cəmi 177 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Seydun
Seydun— İranın Xuzistan ostanının Bağ Məlik şəhristanının Seydun bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,439 nəfər və 962 ailədən ibarət idi.
Səlyan
Salyan — Azərbaycan Respublikasında şəhər, Salyan rayonunun inzibati mərkəzi. 1915-ci ildə şəhər statusu almışdır. == Tarixi == Salyan şəhəri əsrlərlə Şirvanşahlar dövlətinin tərkibində olmuşdur. Bakı hakimliyinə aid olan bu şəhər dövrünün əsas şəhərlərindən idi. Burada gəmiqayırma emalatxansı vardı. Şəhərə gəmi ilə gəlinir və burada balıq yetişdirilirdi. Salyan Quba xanlığından asılı idi və Nadir şah tərəfindən geri alınmışdı. XVIII əsrin ortalarında Salyan İbrahim Rüdbəri tərəfindən ələ keçirildi. Onun hökmranlığından narazı qalan salyanlılar kömək üçün Quba xanlığına üz tutdular və 1757-ci ildə Fətəli xanın komandanlığı altında olan qoşunlar Salyanı tutdular, İbrahim Rüdbərini qovdular və şəhəri Quba xanlığına birləşdirdilər.. 1729–1782-ci illərdə Salyan Sultanlığının paytaxtı olub.
Şevron
Şevron (chevron) — V və ya digər şəkildə fərqlənmə nişanı: