Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nadirin Simindən ayrılması (film, 2011)
Nadirin Simindən ayrılması, (fars. جدایی نادر از سیمین‎) ssenari müəllifi və rejissoru Əsgər Fərhadi olan, 2011-ci ildə Qızıl Qlobus mükafatın qazanan və Leyla Hatəmi, Peyman Məadi, Şəhab Hüseyni, Sarə Bayat və Sarina Fərhadinin oynadığı İran dram filmi. Boşanmış bir orta sinif İranlı cüt və həyat yoldaşın yaşlı atası üçün alt sinif bir sorğu tutmasını izləyən çəkişmələri mövzu edinmektedir.61.Berlin Beynəlxalq Film Festivalında ən yaxşı film sahəsində Qızıl Ayı və ən yaxşı aktyor ilə ən yaxşı aktrisa sahələrində Gümüş Ayı qazandı, beləcə Qızıl Ayı qazanan ilk İran filmi oldu. 2012 ildə 69.Qızıl Qlobus mükafatlarında ən yaxşı xarici dil film mükafatın qazandı. Film həmçinin İran film seçimi şurası tərəfindən 2012 Oskar mükafatlarının, ən yaxşı xarici dil film mükafatında iştirak etmək üçün təqdim edilmişdir və Oskar mükafatını əldə etmişdir. == Məzmun == Nadir və Simin 11 yaşlı qızları Tirmə ilə birlikdə Tehranda yaşayırlar. Şəhərli orta sinif xarakterə sahib olan ailə dağılmaq üzrədir. Simin qızı Tirmənin İrandakı mövcud şərtlər altında böyüməsini istəmədiyi üçün əri və qızıyla birlikdə ölkəni tərk etmək istəyir. Ancaq Nadir eyni fikirdə deyil. Çünki ailəylə yaşayan və Alzheimer xəstəsi olan atası üçün nigarandır.
Siminə
Siminə (tarixi adı Qaramusalı)(fars. سیمینه‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanının Siminə bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 957 nəfər və 188 ailədən ibarət idi. Şəhərin tarixi adı olan Qaramusalı, şəhərin Tatavuçay (farsca adı Siminərud) çayının sağ sahilində yerləşdiyinə görə Siminə olaraq dəyişdirilmişdir. Şəhər Tatavuçayın sağ sahilində, dəniz səviyyəsindən 1309 metr yüksəklikdə, Qərbi Azərbaycan ostanının inzibati mərkəzi olan Urmiya şəhərindən 129 kilometr cənub-şərq məsafədə yerləşir.
Həyat, sən kiminsən? (film, 1972)
== Məzmun == Azərbaycanın ucqar kəndlərindən biri... 30-cu illər. Kollektivləşmə dövrü. Hadisələr əsasən yenilik rəmzi kimi kəndə işləməyə gəlmiş gənc bir müəllimin (Tariyel Qasımov) ətrafında cərəyan edir. Müəllimin kəndə gəlişi ilə kimsəsiz qız (Zemfira İsmayılova) nişan üzüyündən imtina edir və meylini müəllimə salır. Burada qızın keçmiş nişanlısının taleyindən də bəhs olunur. Filmin sonunda müəllim gənc oğlanın məhəbbətinə mane olmamaq üçün kənddən getməyi qərara alır. Lakin məhəbbəti daşa dəymiş gənc onu yenidən kəndə qaytarır.
Şimiltəy
Şimiltəy xanım - türk və altay mifologiyasında yer altı tanrıçası. Şebəldəy xanım və ya Sibildəy xanım olaraq da xatırlanır. Cəhənnəm və yer altındakı bütün fövqəladə varlıqlar onun hökmü altındadır. Yer altı aləmiylə əlaqəli olan bütün qadın şamanlara liderlik edir. Çox uzun mis bir dimdiyi vardır. İstədiyində buludların arxasına uça bilər. Altay əfsanələrinə görə yer altının sahibi, yer altı aləminə bağlı bütün qadın şamanların lideridir. Ölüb dirilmələr halındakı zaman dövrünü kainatın nizamını işarələr. == Etimologiya == (Şim/Çim) kökündən törəmişdir. Monqolca Şim sözü hər hansı bir şeyin özünü, "Sime" isə səs-küyü ifadə edər.
Rominten meşəsi
Rominten meşəsi, Romniskaya puşça, Qırmızı meşə (alm. Rominter Heide‎, pol. Puszcza Romincka) — Rusiyanın Kalininqrad vilayətində, Nesterov rayonu ərazisində meşə. Meşənin kiçik hissəsi isə Polşa ərazisinə daxildir. Meşə kompleksinin ümumi sahəsi — təxminən 360 km²-dir. Ümumi ərazinin üçdə ikisi Rusiyaya məxsusdur. Polşaya məxsus Pominten meşə ərazisi qorunan ərazi statusuna malikdir. Rusiya ərazisində yerləşən meşə həm də Qırmızı meşə adı ilə tanınır. Ərazidə eyni adlı meşə təsərrüfatı və kənd yerləşir. Ərazidən ən böyük yaşayış məntəqəsi məhs — Krasnoles kəndidir.
Simien Milli Parkı
Simien Milli Parkı — Afrikada, Efiopiya dövlətində yerləşən milli park. UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Haqqında == Simien Milli Parkının sahəsi 13000 hektar olub, eroziya və yüksək bioloji müxtəliflik ilə yaradılmış möhtəşəm bir mənzərəyə malikdir. Milli Park çay vadiləri ilə ayrılmış Afrikanın başlıca dağ massivinin birinindən ibarətdir. Milli Parkda yüksəkliyi 4000 metrdən çox olan Ras Daşen zirvəsi yerləşir. Simien Dağları 40 milyon il əvvəl tektonik fəaliyyətlər nəticəsində yaranmışdır. . Minlərlə il boyuncaki eroziya, geridə Simien Dağlarında boğazlar, kanyonlar və uçurumlardan ibarət mənzərə buraxdı. Simien Milli Parkı nəsli tükənməkdə olan 3 növ məməliyə ev sahibliyi edir: Ualia dağ keçisi, Qelada meymunları və Efiopiya qurdu. Milli Park 1978-ci ildə 9-cu üzv kimi YUNESKO-nun Dünya İrsi siyahısına daxil edilmişdir.