GƏRGİNLİK

сущ. 1. тӀарам тир затӀунин гьал; тӀарамвал (мес. симинин, мускулдин); 2. акьалтӀай чӀехи гуж, къува, дикъет тӀалаб ийидай гьал; 3. пер. заланвал, четинвал; залан, четин везият (гьал); 4. физ. тех. напряжение; къуват (мес. электричестводин).
GƏRGİNLƏŞMƏK
GƏRGİNLİKLİ
OBASTAN VİKİ
Gərginlik
Gərginlik (mexanika) — defromasiya olunmuş cismdə xarici qüvvələrin təsirindən yaranan daxili müqavimət parametri. Gərginlik (elektrik) — elektrik sahәsinin bir nöqtәsindәn digәrinә vahid müsbәt yükün yerdәyişmәsi zamanı görülən iş.
Emosional gərginlik
Emosional gərginlik— Emosional stresin orqanizmin münaqişəli şəraitlərdə reaksiyası kimi müasir təsəvvürlər stresin təbiətinə baxışları dəyişdirdi və diqqəti humoral mexanizmlərin mərkəzi və vegetativ sinir sisteminin reaksiyaları tərəfindən həyata keçirilməsinə yönəltdi. Xüsusilə, müasir dövrümüzün emosional gərgin şəraitlərlə zəngin olması insan həyatının risk faktorlarla qarşılaşmasına şərait yaradır və əlbəttə ki, sağlamlığa ciddi təsir göstərərək insan həyatını təhlükə qarşısında qoyur. Elmi-texniki tərəqqi, elm -təhsil prosesinin mürəkkəbləşməsi və informasiya bolluğu insan həyatını emosional gərginlik yaradan faktorlarla zənginləşdirmişdir ki, məhz bu da insanın emosional vəziyyətinin və bununla əlaqədar mərkəzi sinir sisteminin emosional gərginlik zamanı fəaliyyətının öyrənilməsini aktual problemə çevirmişdir.Adaptasiya proseslərinin öyrənilməsi emosional gərginlik və stres anlayışları ilə sıx əlaqədardır.Yol verilən həddən artiq emosional gərginliyin artması zamanı orqanizm müdafiə ehtiyatlarını mobilizasiya edir.Əgər stres təsir kəsilmirsə, ikinci mərhələ başlayır; bu mərhələdə uyğunlaşma mexanizmləri ilə stres faktor arasında mübarizə başlayır.Daxili tarazlıq sistemlərinin ehtiyat imkanları qurtaqdıqdan sonra, stresin üçüncü mərhələsi başlayır və bu ehtiyatların tükənməsi ilə nəticələnir.Əgər stres davam edərsə, onda orqanizmdə hər hansı " stres xəstəliyinin " əmələ gəlməsi labüddür. Bu hal distres adlanır və orqanizmin stres şəraiti ilə mübarizə aparmağa gücü çatmır.Beləliklə, emosional gərginlik və stres insan həyatının əsas hissələrindən biri sayılır və ondan qaçmaq qeyri-mümkündür. Eyni zamanda stresin təlim və tərbiyə kimi mürəkkəb proseslərə tənzimləyici, yaradıcı və formalaşdırıcı təsirinin də vacibliyini qeyd etmək lazımdır.Lakin stres təsir insanın uyğunlaşma imkanlarından yuxarı olmamalıdır, əks təqdirdə insanın əhval- ruhiyyəsi pozularaq nevrotik və somatik xəstəliklərə səbəb ola bilər.Yaşadığımız müasir dövr ücün stres vəziyyəti xəstəlik sayılmır. Əgər stres olmasaydı, insan həyatı tamamilə mənasız olardı.Məhz stres canlı orqanizmlərin həyat aktivliyinin təmin edərək normal səviyyədə saxlanmasına nail olur.
Gərginlik (elektrik)
Elektrik gərginliyi — elektrik sahәsinin bir nöqtәsindәn digәrinә vahid müsbәt yükün yerdәyişmәsi zamanı әdәdi qiymәtcә görülәn işә bәrabәr olan kәmiyyәt. Aşağıdakı düsturla hesablanır: U = A q {\displaystyle U={A \over q}} Burada q {\displaystyle q} - elektrik yükü, A {\displaystyle A} - elektrik yükünü dövrənin ixtiyari iki nöqtəsi arasında hərəkət etdirmək üçün elektrik qüvvəsinin gördüyü işdir. Potensiallı elektrik sahәsindә (elektrostatik sahәdә) bu iş yükün getdiyi yolun formasından asılı deyil. Bu halda iki nöqtә arasındakı elektrik gərginliyi (vә ya sadәcә gәrginlik) onların arasındakı potensiallar fәrqi ilә üst-üstә düşür. Әgәr sahә qeyri-potensiallı olarsa, onda gərginlik yükün nöqtәlәr arasında getdiyi yolun formasından asılı olur. Kәnar qüvvәlәr adlanan qeyri-potensiallı qüvvәlәr istәnilәn sabit cәrәyan mәnbәyinin daxilindә tәsir göstәrmәk imkanına malikdir. Cәrәyan mәnbәyinin sıxaclarındakı gәrginlik vahid müsbәt yükün mәnbәdәn kәnarda yerlәşәn yol boyunca yerdәyişmәsi zamanı elektrik cәrәyanının gördüyü işlә ölçülür; bu halda gərginlik mәnbәnin sıxaclarındakı potensiallar fәrqinә bәrabәr olub Om qanunu ilә tәyin edilir: U = ε − I r {\displaystyle U={\varepsilon }-{Ir}} burada I {\displaystyle I} – cәrәyan şiddәti, r {\displaystyle r} – naqilin daxili müqavimәti, R {\displaystyle R} – dövrәnin xarici müqavimәti, ε {\displaystyle \varepsilon } isә mәnbәnin elektrik hәrәkәt qüvvәsidir (e.h.q). Açıq dövrәdә ( I {\displaystyle I} = 0 {\displaystyle =0} ) gәrginlik mәnbәnin e.h.q.-nә bәrabәrdir. Ona görә dә dövrә açıq olduğu zaman mәnbәnin e.h.q.-ni çox vaxt onun sıxaclarındakı gərginlik kimi tәyin edirlәr. Dәyişәn cәrәyan halında gərginlik adәtәn tәsiredici (effektiv), yәni dövr әrzindәki orta kvadratik qiymәtlә tәyin olunur.
Gərginlik (mexanika)
Gərginlik — deformasiya olunmuş cismdə xarici qüvvələrin təsirindən yaranan daxili müqavimət parametridir. Verilmiş nöqtədə gərginlik deformasiya zamanı sərt qüvvənin onun təsiri istiqamətindəki elementar sahəyə nisbəti ilə təyin olunur. Ümumi şəkildə gərginlik vahid sahəyə ( ΔA) düşən qüvvə (ΔF) ilə xarakterizə olunur: σ = lim Δ A → 0 Δ F Δ A = d F d A . {\displaystyle \sigma =\lim _{\Delta A\to 0}{\frac {\Delta F}{\Delta A}}={dF \over dA}.} İki növ gərginlik mövcuddur. Normalgərginlik – səthə təsir edən normal qüvvə istiqamətində yaranır və səth böyu bərabər paylanır. Çubuq əyildikdə isə gərginlik oxboyu qeyri-bərabər paylanır. Normal gərginlik belə tapılır: σ N = F A {\displaystyle \sigma _{N}={\frac {F}{A}}} , burada F = | F → ⊥ | {\displaystyle F=|{\vec {F}}_{\perp }|} Normal istiqamətdə təsir edən qüvvə və A {\displaystyle A} səthin sahəsidir. Əyilmədə gərginlik isə: σ M = M I ⋅ z = M W {\displaystyle \sigma _{M}={\frac {M}{I}}\cdot z={\frac {M}{W}}} , burada M = | M → | {\displaystyle M=|{\vec {M}}|} əyici moment, I {\displaystyle I} ətalət momenti, z {\displaystyle z} qüvvə ilə dayaq nöqtələri arasındakı məsafə və W {\displaystyle W} müqavimət momentidir. Toxunan gərginlik səthə toxunan boyunca yaran gərginlik olub, normal gərginliyə perpendikulyar yaranır. Bir nöqtəyə təsir edən gərginlik üç müstəvidə baxılır.
Gərginlik mənbəyi
Gərginlik mənbəyi sabit bir gərginliyi saxlaya bilən iki terminallı bir cihazdır.
Gərginlik (dəqiqləşdirmə)
Gərginlik (mexanika) — defromasiya olunmuş cismdə xarici qüvvələrin təsirindən yaranan daxili müqavimət parametri. Gərginlik (elektrik) — elektrik sahәsinin bir nöqtәsindәn digәrinә vahid müsbәt yükün yerdәyişmәsi zamanı görülən iş.
Gərginlik baş ağrısı
Gərginlik baş ağrısı(GBA) — geniş yayılmış birincili baş ağrısı formasıdır. Kişilərdə – 42%, qadınlarda isə 49% hallarda müşahidə olunur. GBA miqrenlə müqayisədə mülayimdir. == Ümumi məlumat == Adi hallarda GBA zamanı BA aşağıdakı xüsusiyyətlərə malikdir: ikitərəfli lokalizasiya sıxıcı və ya təzyiqedici xarakter ağrılar yüngüldən orta ağırlıq dərəcəsinə qədər ürəkbulanma və ya qusma yoxdur adi fiziki gərginlik zamanı artmır perikranial əzələlərin ağrıları, işığa və ya səs-küyə qarşı artmış həssaslıqla müşahidə oluna bilər GBA-nın səbəbləri tam aydın deyil, lakin onun əmələ gəlməsinə gətirən amillər müəyyən edilmişdir. Onların sırasına aşağıdakılar aiddir: emosional (həyəcan, depressiya, ailədə və həyatda stress və münaqişə vəziyyətləri) əmək və asudə vaxt rejiminin pozulması (işdə və ya təhsildə monoton əmək və ya artıq iş yükü, dincəlmə müddətinin yetərliolmaması) cinsi problemlər yuxunun pozulması havanın dəyişməsi gicgah-çənə oynağının disfunksiyası ənsə-alın və ənsəaltı əzələlərin spastik yığılması, əzələ gərginliyinə anadangəlmə meyililik Gərginlik baş ağrısı diaqnozu nevroloji müayinələrin nəticələrinin normal olması ilə yanaşı əmək qabiliyyətinin itirilməsinə gətirməyən ikitərəfli baş ağrısı olan xəstələrə qoyulmalıdır. === Əsas məqamlar === Gərginlik tipli baş ağrısı baş ağrılarının ən çox rast gəlinən səbəbidir. Lakin, bu patologiyanın əsasında duran mexanizm hələ də dəqiq məlum deyil. Gərginlik tipli baş ağrısına həm əzələ gərginliyi, həm də emosional stress səbəbindən baş verən baş ağrıları daxildir. Əzələlərin palpasiyasında qeyd edilən tapıntılar baş ağrısının yaranması ilə uzlaşmır. Mürəkkəb hallarda gərginlik tipli baş ağrısı miqrenlə yanaşı gedə bilər.
Saspens (gərginlik hissi)
Saspens (ingiliscə qeyri-müəyyənlik, narahatlıq, intizar mənasındadır) — adamın intizar, narahtlıq keçirən halını təsvir edir. Mədəniyyət elmində oxucu və ya tamaşaçılarda yaranan gərginliyi xarakterizə edir. Bu sözün latınca mənası hər hansı bir halın qeyri-müəyyən vəziyyətdə olması deməkdir. Bu gərginliyin yaranması üçün zəmin yaradır. Azərbaycan dilində bu termin adətən kinematoqrafiya sahəsinə aid işlədilir. "Saspens" sözü ilə bədii effekt, tamaşaçının filmə tamaşa etdiyi zaman xüsusi uzunmüddətli həyəcanlı vəziyyəti ifadə olunur. Saspensdən bir priyom kimi, adətən trillerlərdə və qorxu filmlərində istifadə edilir. Saspensin iki əsas növü vardır: açıq saspens və qapalı saspens. Qəhrəmanın təhlükədə olduğunu tamaşaçı bilir və narahat olursa, qəhrəmanın isə bundan xəbəri yoxdursa, bu, açıq saspensdir. Tamaşaçı təhlükənin olduğunu bilirsə, amma onun harada olduğu nə tamaşaçıya, nə də qəhrəmana məlumdursa, bu qapalı saspensdir.
Hörümçək Adam: Yüksək Gərginlik
Yeni Hörümçək-adam: Yüksək gərginlik – 2014-cü ildə istehsal olunmuş "Hörümçək-adam" filmi. == Məzmun == Piter Parker yenə də şəhəri pis adamlardan qorumağa davam edir. Məktəb illəri artıq geridədir və böyüməyin vaxtı gəlib çatıb. Bunu Piter və sevgilisi Qven də gözəl bilir. Bu səbəbdən də Piter Qveni təhlükəyə atmamaq üçün onun həyatından çıxmalıdır. Bu son deyil. Piter başa düşür ki, bir gün ondan daha güclüsü qarşısına çıxa bilər. Qəhrəman olmaq — həyatını risqə atmaq deməkdir… Həyatının qaranlıq məqamları barədə öyrənmək üçün o, köhnə tanışı Harri Osbornun yanına gedəcək. Əslində Piter Parker kimdir? O keçmişi barədə nələri bilmir?
Adrenalin 2: Yüksək gərginlik
Adrenalin 2: Yüksək gərginlik (ing. Crank: High Voltage) — 8 may 2009-cu ildə yayımlanan, baş rollarında Ceyson Steytem və Emi Smartın oynadığı, rejissoru və ssenaristi isə Mark Neveldayn və Brayan Teylor olan döyüş filmidir. == Süjet xətti == İlk filmin bitdiyi yerdən davam edən "Adrenalin 2" Çevin Los-Anceles küçələrində ölümcül tullanışdan xilas olması və daha sonra məxfi bir Çin mafiyası tərəfindən qaçırılması ilə başlayır. Üç aydan sonra isə Çev gözlərini açır və bu zaman məlum olur ki, onun demək olar ki, ölümsüz olan ürəyi cərrahi yolla çıxarılmış və onun yerinə isə işləməsi üçün müntəzəm olaraq elektrik qüvvəsinə ehtiyacı olan batareya ilə işləyən cihaz yerləşdirilmişdir. Onu əsir saxlayanlardan təhlükəli bir formada qaçmağı bacaran Çev yenidən problemlərin içinə düşür. Bu dəfə isə o, xarizmatik meksikalı quldur dəstəsinin lideri olan El Hurondan və əslən Çindən olan bir cinayət təşkilatının rəhbəri 100 yaşlı Poon Donqdan qaçır. Tibbi yardım üçün yenidən Doktor Maylza müraciət edən Çev bu dəfə isə dostu Kaylonun əkiz qardaşı olan Veneradan da dəstək alır. Artıq nə etdiyini bilən sevgilisi Yevaya qovuşan Çev əsl ürəyini tapmaq və onu oğurlayanlardan qisas almaq qərarına gəlir. Beləliklə, o, sağ qalmaq üçün hər şeyin edilə biləcəyi Los-Anceles şəhərində yenidən maraqlı macəralara başlayır. Filmin axırında isə elektrik dirəklərindən dəstək alaraq yanmağa başlayan Çevin ürəyini həkimi yerinə qoyarkən onun öldüyü zənn edilsə də birinci filmdəki kimi yenidən gözlərini qırpır.
Yeni Hörümçək-adam: Yüksək gərginlik
Yeni Hörümçək-adam: Yüksək gərginlik – 2014-cü ildə istehsal olunmuş "Hörümçək-adam" filmi. Piter Parker yenə də şəhəri pis adamlardan qorumağa davam edir. Məktəb illəri artıq geridədir və böyüməyin vaxtı gəlib çatıb. Bunu Piter və sevgilisi Qven də gözəl bilir. Bu səbəbdən də Piter Qveni təhlükəyə atmamaq üçün onun həyatından çıxmalıdır. Bu son deyil. Piter başa düşür ki, bir gün ondan daha güclüsü qarşısına çıxa bilər. Qəhrəman olmaq — həyatını risqə atmaq deməkdir… Həyatının qaranlıq məqamları barədə öyrənmək üçün o, köhnə tanışı Harri Osbornun yanına gedəcək. Əslində Piter Parker kimdir? O keçmişi barədə nələri bilmir?
Hörümçək-adam: Yüksək Gərginlik (film, 2014)
Yeni Hörümçək-adam: Yüksək gərginlik – 2014-cü ildə istehsal olunmuş "Hörümçək-adam" filmi. == Məzmun == Piter Parker yenə də şəhəri pis adamlardan qorumağa davam edir. Məktəb illəri artıq geridədir və böyüməyin vaxtı gəlib çatıb. Bunu Piter və sevgilisi Qven də gözəl bilir. Bu səbəbdən də Piter Qveni təhlükəyə atmamaq üçün onun həyatından çıxmalıdır. Bu son deyil. Piter başa düşür ki, bir gün ondan daha güclüsü qarşısına çıxa bilər. Qəhrəman olmaq — həyatını risqə atmaq deməkdir… Həyatının qaranlıq məqamları barədə öyrənmək üçün o, köhnə tanışı Harri Osbornun yanına gedəcək. Əslində Piter Parker kimdir? O keçmişi barədə nələri bilmir?

Значение слова в других словарях