SARITALA

Kənd adıdır, tala ismindən və sarı sifətindən əmələ gəlib. Bu qəlib üzrə yaranmış yer adları az deyil. Volqoqradın Тсаритсын adı türk mənşəlidir (1589-cu ildən belə adlanıb), mənası “sarı şenlik” (əvvəl sarığşun kimi olub) deməkdir. Bir vaxtlar Xəzər türklərinin paytaxtı olub. Saratov (sarı dağ) şəhərinin adı da türk mənşəlidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

SARISINI UDMAQ
SARITEL
OBASTAN VİKİ
Sarıtala
Sarıtala — Azərbaycan Respublikasının Tovuz rayonunun Sarıtala kənd inzibati ərazi dairəsində kənd. 7 mart 2012-ci ildə Ağacqala kəndi Sarıtala kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Ağacqala kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin dövlət reyestrinə daxil edilmişdir. Kənd XVIII əsrdə Xınna (indiki Yanıqlı) kəndindən çıxmış Ələkbər, Qasım və Ələsgər adlı qardaşların Sarıtala adlanan yerdə məskunlaşması nəticəsində yaranmış­dır. Talanın adı isə torpaq örtüyünün rəngi ilə bağlı olmuşdur. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd dağətəyi ərazidə yerləşir. Kənddə Sarıtala kənd kitabxana filialı, Sarıtala kənd klubu, Sarıtala poçt şöbəsi (AZ6036) fəaliyyət göstərir. Kənddə Zabit Məmmədov adına Sarıtala kənd tam orta məktəbi fəaliyyət göstərir. 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 425 000 manat vəsait ayrılmışdır. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Sarıtala bələdiyyəsi
Tovuz bələdiyyələri — Tovuz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.