Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Laşlo Sinko
Laşlo Sinko (18 Mart 1970 – 31 İyul 2015) — Macarıstanlı film aktyoru. O, 1959-cu il ilə 2009-cu il arasında 90-dan çox film və televiziya şousunda rol oynamışdır.
Sanco Nosaka
Sanco Sanetomi
Sanco Sanetomi (三条 実美, 13 mart 1837, Kioto – 28 fevral 1891, Tokio[d]) – Yaponiya saray əyanı və Meyci hökumətinin başçılarından biri. == Həyatı == 1837-ci ildə Kioto şəhərində Fucivara ailəsinin beş əsas qolundan birinin üzvü kimi doğulmuşdur. Atası Sanco Sanetsumu Ansey təmizlənməsi zamanı 1859-cu ildə şoqunluq tərəfindən öldürülmüşdür. Buna görə də Sanetomi Sonno coy hərəkatına qoşularaq imperator hakimiyyətini dəstəkləməyə başlamışdır. 1863-cü ildə imperatorluq sarayında yenicə yaradılmış dövlət işləri üzrə komissar postuna təyin olunmuş, Tokuqava şoqunluğunu devirmək və imperator hakimiyyətini bərpa etmək istəyən əyanlar arasında vacib rol oynamışdır. İmperatorluğu dəstəkləyən Çoşu əyalətinin samurayları ilə əlaqələr qurmuşdur. 30 sentyabr 1863-cü ildə baş vermiş dövlət çevrilişindən sonra altı əyanla birlikdə Çoşu əyalətinə qaçmışdır. Sonuncu Tokuqava şoqunu Tokuqava Yoşinobunun 1867-ci ilin noyabrında hakimiyyəti imperatora qaytarmasından sonra Sanetomi Kiotoya qayıtmışdır. Növbəti il Administrasiya ofisinə təyin olunmuş, İvakura Tomomi ilə birlikdə yeni hökumətin mərkəzi fiqurlarından biri olmuşdur. 1869-cu ildə Sağ nazir, 1871-ci ildə Böyük nazir təyin olunmuşdur.
Sinci (Salmas)
Sənci (fars. سنجي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 521 nəfər. yaşayır (99 ailə).
Sindo-ryu
Sindo-ryu — Yaponiyanın milli idman növü. == Mövcud vəziyyəti == Okinavada Qədim Karate döyüşü üçün yalnız bir məktəb qalmışdır və Kobudo – "Sindo-ryu" (onu “Doğru Yol məktəbi” kimi tərcümə etmək olar) rəhbərliyi 68 yaşlı Xanaşiro Neyto müəllim edir. Sindo-ryu məktəbi başqalarından döyüş növünə görə fərqlənir. Burada döyüş zamanı yalnız kontakdan istifadə olunur və Qədim Karate Okinava Döyüş növündə blok müdafiədən istifadə olunmur. "Uri Kumi Go" turnirlərində yalnız gözə zərbə vurmaq qadağa olunur. Başqa tərzlərdə isə qadağa qoyulmur. Yalnız Sindo-ryu döyüş metodlarında ən güclü, ən real texniki sessiyanın öhdəsindən gələn döyüşçünün gücü yoxlanılır. Sindo-ryu tələbələri karatedə yüz illərdir ki, tətbiq olunan xüsusi hazırlıq metodları ilə məşq edirlər. İki il mütəmadi hazırlıqdan sonra isə onlar hər hansı bir meydanda sərbəst şəkildə döyüşə çıxa bilərlər. == İstinadlar == == Xarici keçidlər == Окинава каратэ и кобудо.
Şinço
Şinço (新潮, Shinchō; Yeni dalğa) — "Shinchosha" tərəfindən nəşr olunan Yaponiya aylıq ədəbi jurnalı. 1904-cü ildə fəaliyyətə başlamasından bəri bir çox aparıcı yapon yazıçılarının əsərlərini nəşr etdirmişdir. Bu, Yaponiyanın aparıcı beş ədəbi jurnalından biridir. Jurnalda Yaponiya ədəbi əsərlərinin ingilis dilinə tərcümələri dərc olunur. Jurnal "Şinço ədəbi mükafatı"nı təqdim edir.
Ceydon Sanço
Ceydon Sanço (ing. Jadon Sancho; 25 mart 2000, Kamberuell[d], Böyük London) — ingilis futbolçu. == Həyatı == Ceydon Sanço 25 mart 2000-ci ildə İngiltərənin London şəhərində anadan olmuşdur. Valideynləri Trinidad və Tobaqoludur. Uşaqlığı Londonun cənubunda yerləşən Kenninqton bölgəsində keçmişdir. == Klub karyerası == === Həvəskar karyerası === Ceydon Sanço 7 yaşında olarkən "Uotford" komandasında həvəskar karyerasına başlamışdır. 14 yaşında olarkən 2015-ci ilin mart ayında 66000 funt-sterlinq qarşılığında "Mançester Siti" klubuna transfer olunmuşdur. 2017-ci ilin iyul ayında "Mançester Siti"nin yeni mövsüm öncəsi təlim-məşq prosesinə dəvət olunmuşdur. === Borussiya Dortmund === 31 avqust 2017-ci ildə 8 milyon funt-sterlinqlik məbləğlə Almaniyanın "Borussiya Dortmund" klubuna transfer olunmuşdur. Yeni klubunda ilk oyununa 21 oktyabr 2017-ci ildə "Ayntraxt Frankfurt" komandası ilə baş tutan qarşılaşmada çıxmışdır.
Şinci
Şinci — ad.
Şinzo
Şinzo — ad. Şinzo Abe — Yaponiyanın keçmiş Baş Naziri (2012–2020). Şinzo Koroki — Yaponiya futbolçusu.
II Sanço
II Sanço (port. Sancho II de Portugal; 8 sentyabr 1207, Koimbra – 4 yanvar 1248 və ya 1248, Toledo) — Portuqaliya krallığının IV kralı.
I Sanço
I Sanço (port. Sancho I de Portugal; 11 noyabr 1154, Koimbra – 26 mart 1211 və ya 26 mart 1212, Koimbra) — Portuqaliya krallığının II kralı.
Katsuyoşi Şinto
Katsuyoşi Şinto (d. 15 sentyabr 1960) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 15 oyun keçirib, 1 qol vurub.
Şinci Kaqava
Şinci Kaqava (yap. 香川 真司 Kaqawa Şinci [kagawa ɕindʑi̥]; doğum 17 mart 1989) — peşəkar Yaponiya futbolçusudur. Almaniyanın "Borussiya Dortmund" klubunun və Yaponiya milli futbol komandasının heyətində çıxış edir. Kaqava peşəkar futbolçu karyerasına 2010-cu ildə "Borussiya Dortmund"a qoşulmazdan əvvəl vətənində "Serezo Osaka"da başlayıb. İki il "Dortmund"un heyətində çıxış etdikdən sonra "Mançester Yunayted" ilə dörd illik müqavilə bağlayıb. İki il keçdikdən sonra yenidən "Borussiya"ya qayıdıb. Hücumameyilli yarımmüdafiəçi mövqeyində oynayan Kaqava "meydanı görmə, texnika, hərəkət və ötürmə" bacarıqları ilə məşhurdur. 29 noyabr 2012-ci ildə Kaqava Asiya Futbol Konfederasiyasının Beynəlxalq İlin Futbolçusu mükafatını qazanıb. == Klub karyerası == Kaqava futbola beş yaşında başlayıb. 1994-cü ildən 1999-cu ilə kimi "Marino Futbol Klubu"nda 1999-2001-ci illərdə "Kobe NK Futbol Klubu"nda və 2001-ci ildən 2005-ci ilə kimi "FK Miyaqi Barselona"da oynayıb.
Şinci Muray
Şinci Muray (d. 1 dekabr 1979) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Şinci Okazaki
Şinci Okazaki (d. 16 aprel 1986) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 98 oyun keçirib, 47 qol vurub.
Şinci Ono
Şinci Ono (d. 27 sentyabr 1979) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 56 oyun keçirib, 6 qol vurub.
Şinci Tanaka
Şinci Tanaka (d. 25 sentyabr 1960) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 17 oyun keçirib.
Şinzo Abe
Şinzo Abe (安倍 晋三, Abe Şinzo, 21 sentyabr 1954[…], Şincuku, Tokio, Yaponiya – 8 iyul 2022[…], Nara Tibb Universiteti Hospitalı[d], Kasixara[d], Yaponiya[…]) — Yaponiyanın keçmiş Baş Naziri (2012-2020) və Yaponiya Liberal Demokrat Partiyasının sədri. 8 iyul 2022-ci ildə Nara şəhərində seçkiqabağı kampaniya zamanı sui-qəsdə məruz qalmış, aldığı yaradan ölmüşdür. == Həyatı == === Siyasi fəaliyyəti === Şinzo Abe ilk dəfə 2006-cı ildə 52 yaşında Yaponiyanın Baş naziri olub, lakin kəskin xoralı kolit xəstəliyinə görə bir il sonra postundan gedib. 2012-də yenidən Baş nazir vəzifəsini tutub. Lakin bu dəfə də eyni xəstəlik səbəbindən 2020-ci il avqustun 28-də istefa vermək məcburiyyətində qalıb. === Şəxsi həyatı === Abenin sevimli hobbisi oxçuluq idi. Nazir ölümündən öncə Yaponiya Oxçuluq Federasıyasının nümayəndəsi kimi tanınmışdır.
Şinzo Koroki
Şinzo Koroki (d. 31 iyul 1986) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 16 oyun keçirib.
Binqo
Binqo vilayəti (備後国, Binqo no kuni) — Yaponiyanın Honşu adasının qərbində, Tohoku regionunda mövcud olmuş tarixi vilayət. Müasir dövrün Hiroşima prefekturasının qərb hissəsini əhatə etmişdir. == Tarixi == Qədim dövrlərdə Binqo Kibi (吉備国) dövlətinin tərkib hissəsi olmuşdur. VII əsrdə üç hissəyə, Binqo (備後 — Arxa Kibi), Bittyü (備中 — Orta Kibi) və Bidzenə (備前 — Ön Kibi) bölünmüşdür. Binqo vilayəti Daxili Yapon dənizinin sahilində xüsusi strateji önəmə malik idi. Tomo və Onomiti limanları paytaxt Kiotodan qərb vilayətlərinə gedən strateji yolun üzərində yerləşirdi. XVI əsrdə Binqo vilayəti Mori klanının ərazisi idi. XVII–XIX əsrlərdə isə sahilyanı torpaqlar Tokuqava klanı ilə qohumluq əlaqələri olan Masudayra ailəsinin torpağı olmuşdur. Şimaldakı dağlıq ərazi qonşuluqdakı Aki vilayətinə sahib olan Asano klanı tərəfindən idarə olunurdu. 1875-ci ildə keçirilmiş inzibati islahat nəticəsində vilayətin ərazisi yeni yaradılmış Okayama prefekturasına daxil edilsə də, bir il sonra Hiroşima prefekturasına daxil olmuşdur.
Dinqo
Dinqo (lat. Canis lupus dingo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinin adi canavar növünə aid heyvan yarımnövü.
Junco
Junco (lat. Junco) — Sərçəkimilər dəstəsinə Vələmir quşları fəsiləsinə aid cins. Bu cinsin nümayəndələri əsasən Şimali Amerika ərazisində yayılmışdır. Şimali Amerikanın iynəyarpaqlı meşələrindən tutmuş mərkəzin enliyarpaqlı meşələrinə kimi ərazilərdə yayılmışdır. Adətən cənuba miqrasiya edirlər. Bir qismi oturaq həyat sürür. Yer üzərində qidalanırlar. Quşlar sürülər halında yaşayırlar. Tum və həşaratlarla qidalanırlar. Yuvanı əsasən yerdə qururlar.
SENTO
Mərkəzi Müqavilə Təşkilatı və ya SENTO (ing. The Central Treaty Organization — CENTO), 1958-ci ilədək Bağdad paktı — Böyük Britaniya və ABŞ-nin təşəbbüsü ilə yaradılan, 1955-1979-cu illərdə Yaxın və Orta Şərq ölkələrini birləşdirən hərbi-siyasi blok. Təşkilatın üzvləri Böyük Britaniya, Fransa, Türkiyə, İran, İraq (1958-dək) və Pakistan idi. ABŞ formal olaraq təşkilata üzv olmasa da, 1957-ci ildən onun əsas komitələrinin iştirakçısı olmuşdur. SENTO-nun əsası 24 fevral 1955-ci ildə Bağdadda İraq və Türkiyə arasında imzalanan hərbi paktla qoyulmuşdur. Aprelin 4-də Böyük Britaniya, 23 sentyabrda Pakistan, 3 noyabrda isə İran bu pakta qoşuldular. 1958-ci ildə İraq blokdan çıxdığını elan etdikdən sonra, 1959-cu ildə ABŞ-la İran, Pakistan və Türkiyə arasında birbaşa və ya dolayı "kommunizm aqressiyası"na qarşı əməkdaşlıq barədə ikitərəfli müqavilələr imzalandı. Bu müqavilələr SENTO-nun fəaliyyət göstərdiyi ərazilərdə sovetpərəst, qərb əleyhdarı və digər təxribatçı qüvvələrə qarşı həlledici rol oynayırdı. XX əsrin 60-cı illərində və 70-ci illərinin əvvəllərində SENTO-ya üzv olan ölkələr arasında fikir ayrılıqları yaranmışdır. Bloka üzv olan müsəlman dövlətləri İsrailin ABŞ və digər qərb dövlətləri tərəfindən dəstəklənən fəaliyyətini tənqid edərək blok daxilində iqtisadi əməkdaşlığın gücləndirilməsini təklif edirdilər.
Ninbo
Ninbo — Çin Xalq Respublikasında Zhejiang əyalətinin şərqində yerləşən şəhər. Qeyri-rəsmi hesablamalara görə şəhərdə 7.605.700 insan yaşayır. Hangzhou körfəzinin cənubunda yerləşən Ninbodan Şərqi Çin dənizi də keçir.
Sinam
SINAM (SINAM LTD) – Azərbaycanda proqram təminatı və sistem inteqrasiyası yığılması üzrə ən böyük şirkətdir. Şirkət bundan başqa Kür markalı kompüterlərin istehsalçısıdır. Şirkətin mərkəzi qərargahı Bakı şəhərində yerləşir. Şirkətin əsasını qoyan və hal-hazırkı rəhbəri Elçin Əliyevdir. == Tarixi == Şirkətin əsası 1994-cü ildə Bakıda qoyulub. Şirkətin adı ingilis dilində olan sözlərin abbreviaturasından ibarətdir (SİNAM – Software development, Integration service, Network solutions, Automation and Control, Maintenance and support). 1997-ci ildə SİNAM Amerika Ticarət Palatasının üzvü olmuşdur. 2005-ci ildə SİNAM şirkəti Rabitə və İnformasiya Texnologiya Nazirliyi ilə birlikdə Mingəçevir şəhərində elektron məhsulları istehsal edən "KÜR" zavodunu təsis etmişdir. Müəssisə Cənubi Qafqaz və Mərkəzi Asiyada konveyer üsulu ilə kompüter istehsalı ilə məşğul olan ilk istehsalat müəssisəsidir. == Rəhbərlik == Şirkətin təsisçisi və hal-hazırkı rəhbəri Elçin Əliyevdir.
Sinar
Sinar (fr. Sinard) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38492. Kommunanın 1999-cu il üçün əhalisi 579 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 485 ilə 1005 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 115 km cənub-şərqdə, Qrenobldan 28 km cənubda yerləşir.
Sincab
Sincab (lat. Sciurus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid heyvan cinsi. Bu cins Avropa, Şimali və Cənubi Amerikanın mülayim qurşaqlarında yayılmış 30-a yaxın növü özündə cəmləşdirir. == Təsnifatı == Sincab (Sciurus) cinsi Abert sincabı (S.aberti) Qviana sincabı (Sciurus aestuans) Allen sincabı (S.alleni) İran sincabı (S.anomalus) Arizona sincabı (S.arizonensis) Qızılıqarın sincab (S.aureogaster) Boz Karolin cincabı (S.carolinensis) Sciurus colliaei Sciurus deppei Sciurus flammifer Sciurus gilvigularis Sciurus granatensis Boz-sarı sincab (S.griseoflavus) Boz sincab (S.griseus) Sciurus ignitus Sciurus igniventris Yapon sincabı (S.lis) Neyarityan sincabı (S.nayaritensis) Qara sincab (S.niger) Sciurus oculatus Sciurus pucheranii Sciurus pyrrhinus Riçmond sincabı (S.richmondi) Sanborna sincabı (S.sanborni) Sciurus spadiceus Sciurus stramineus Ala-bəzək sincab (S.variegatoides) Adi sincab (S.vulgaris) Yukatan sincabı (S.yucatanensis) Druid sincabı == İstinadlar == == Mənbə == Davidson, Alan. Oxford Companion to Food (1999), "Squirrel". p. 750.
Sincan
Sincan (Oğuz) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Sincan (Ankara) — Türkiyədə ilçə. Sincan (Çin) — əyalət.
Kinto
Kinto (gürc. კინტო) və ya Kintauri — gürcü rəqsi, Şalaxonun sədaları altında oynanılır. == Tarixçə == Oleq Panfilova görə, kintouri rəqsi əfqan baçabozi rəqsinə ritm, bədən və əl hərəkətləri, hətta geyimlərinə görə oxşayır. Kintourini qara enlibalaq şalvarda, baçabozini isə qadın paltarı geyinən kişilər ifa edir. Rəqslərdəki oxşarlıq Gürcüstan tarixi kitablarında kintonu müxtəlif şənliklər və ya bayramlarda kişiləri əyləndirən yüngül əxlaqlı kişilər kimi təqdim edən hekayələr və şəhər əfsanələri ilə təsdiqlənir. Kinto mahnılarının mətnlərində balaca oğlana ("patara biçi") müraciət kimi bir oxşarlıq da var. Doğrudur, məhəbbət məzmunlu müasir kinto mahnılarında əsas fiqur balaca qızdır ("patara qoqo"), ancaq yaşlı insanlar da xatırlayırlar ki, əvvəllər bu mahnılarda balaca oğlandan və ona olan məhəbbətdən danışılırdı. Tengiz Verulavın məqaləsində fars ənənələri ilə analogiyalar nümayiş olunur. O güman edir ki, orta əsr İranına söykənən kinto ənənəsi kinto davranışının daha sonrakı təsvirləri ilə — yalan, hiyləgərlik, fırıldaqçılıq ilə də uzlaşır. XIX əsrin sonuna aid Tiflis folklorunda kinto kəkələyən Artur aid hesab olunan belə bir mətn var: Ancaq bu iki rəqsləri fərqləndirən cəhətlər də var.
Sanyo
Sanyo Electric Co., Ltd. (yap. 三洋電機株式会社, Rom: San'yō Denki Kabushiki-gaisha) Yaponiyanın elektronika şirkətidir. Şirkətin baş ofisi Moriquçidə yerləşir. == Tarixi == Sanyo şirkəti 1947-ci ildə Konosuke Matsushitanın qaynı və keçmiş Matsushita şirkətinin işçisi olan Toshio Iue (1902-1969) tərəfindən təsis edilmişdir. 21 dekabr 2009-cu ildə Panasonic şirkəti, Sanyo-nun 50,2%-lik səhmlərini 400 milyard yapon yeni qarşılığında satın alaraq, şirkəti özünün törəmə şirkəti etmişdir. 2010-cu ilin iyul ayında isə Panasonic, Sanyonun qalan səhmlərini də aldığını elan etmişdir.
Şinzo Abenin qətli
Şinzo Abe sui-qəsdi — 8 iyul 2022-ci ildə Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin Nara prefekturasının Nara şəhərindəki Yamato-Saydayci stansiyasının yaxınlığında yerli vaxt ilə saat 11:30 ( UTC+9 ) radələrində seçki kampaniyası zamanı çıxış edərkən iki dəfə atəş açılmaqla sui-qəsdə məruz qalması nəticəsində o, ağır yaralanmış və ölmüşdür. == Atəş açılması == 8 iyul 2022-ci ildə Şinzo Abe 10 iyul bazar gününə təyin edilmiş yuxarı palataya seçkilər ərəfəsində yenidən seçilmək üçün namizəd olan Liberal Demokrat Partiyasının namizədi, Şura üzvü Keyi Sato adından çıxış edirdi. Abe əldə düzəldilmiş qoşalüləli ov tüfəngi ilə arxadan iki dəfə vurulmuş və yıxılmışdır. Abe vurulduqdan dərhal sonra şüurlu və ünsiyyətcil idi. O, sinə yarası ilə təcili vertolyotla yerli xəstəxanaya aparılıb və Kaşiharadakı Nara Tibb Universiteti Xəstəxanasına çatanda həyati əlamətlərinin olmadığı bildirildi. Abenin huşsuz olduğu və ürəyinin dayandığı bildirilmişdir; bu ifadə tez-tez Yaponiyada koroner tərəfindən ölümün rəsmi təsdiqindən əvvəl istifadə olunur. YST saat 14:45-də keçirilən mətbuat konfransında Baş nazir Fumio Kişida Abenin kritik vəziyyətdə olduğunu və "həkimlərin bu anda əllərindən gələni etdiklərini" söylədi. Şinzo Abe beş saat sonra ölmüşdür. == Şübhəli şəxs == Nara şəhərindən olan 41 yaşlı kişi Tetsuya Yamaqami (山上徹也), 2002-2005-ci illərdə Dəniz Özünümüdafiə Qüvvələrinin keçmiş üzvü, Nara Prefekturasının Polisi tərəfindən qətlə cəhddə şübhəli bilinərək həbs edilmiş və Nara Qərbi Polis İdarəsinə köçürülmüşdür. Yamaqami müstəntiqlərə deyib ki, "o keçmiş baş nazirdən narazı idi və onu öldürmək niyyətində idi." == Sonrası == Baş nazirin ofisində böhranın idarə edilməsi mərkəzi yaradılıb.
Adi sincab
Adi sincab (lat. Sciurus vulgaris) — Gəmiricilər dəstəsinin sincab cinsinə aid heyvan növü. Sincablar daha çox Avropa qitəsindəki meşələrdə yaşayırlar. Boyları 25 sm. olur. Bədənlərinin arxasında, az qala öz boyları qədər uzun, yuxarıya doğru dayanan, geniş və gur tüklərdən ibarət quyruqları olur. Sincab bu uzun quyruğu sayəsində tarazlığı pozulmadan ağacdan ağaca atlayır. Kiçik iti dırnaqları sayəsində ağaclara dırmaşa bilən sincab budağın üstündə qaça, baş aşağı yellənə və o şəkildə irəliləyə bilər. Xüsusilə, boz sincablar bir ağacın ən ucdakı budağından 4 metr uzaqdakı bir başqa ağacın budağına rahatlıqla atlaya bilirlər. Havada uçarkən qollarını və qıçlarını açaraq sanki bir paraşut kimi hərəkət edirlər.
Akiba-cinca
Akiba məbədi (秋葉神社, Akiba-cinca) – Yaponiyanın Şizuoka prefekturasının Şuçi rayonundakı Akiha dağında yerləşən şintoist məbədi. Məbəd alov kamisi Kaqutsuçiyə həsr olunmuşdur. == Haqqında == Məbəd və dağın adı yapon dilində eyni kancilərlə yazılsa da, dağ "Akiha", məbəd isə "Akiba" adı ilə tanınmışdır. Məbəd VIII əsrin əvvəllərində yanğınlarla əlaqədar fəlakətlərdən qorunmaq məqsədilə tikilmişdir. 1868-ci ilə qədər bu məbəd bodhisattva Kannona həsr olunmuş Akiba buddist məbədi ilə assosiasiya olunurdu. Kannon şintoizm kamisi olan Kaqutsuçinin prototipi hesab olunur. Bu məbədin populyarlığı Edo dövründə Yaponiyanın şərqində artmış və Yaponiyada məbədin bir çox qolunun yaranmasına səbəb olmuşdur. Hər ilin 15–16 dekabr tarixlərində məbəddə alov festivalı (himatsuri) keçirilir. Məbədin xəzinəsinə hamilər tərəfindən bağışlanmış 150-dən çox qılınc daxildir. Belə ki, yapon mifologiyasına görə İzanaqi Kaqutsuçini öldürmək üçün qılıncdan istifadə etmişdir.
Ammara Pinto
Ammara Pinto (14 sentyabr 1997) — Malavili üzgüçü. Ammara Pinto Malavini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Ammara Pinto birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 30.32 saniyəlik nəticəsi ilə 71-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Atik Sinan
Atik Sinan və ya Azad Sinan (XV əsr, Konstantinopol – 1471, Konstantinopol)) — Osmanlı memarıdır. Əslən II Mehmedin işğal etdiyi yunan torpaqlarından == Həyatı == Atik azad edilmiş qullara verilən ad olub. Memar haqqında müasir dövrə qədər az məlumat gəlib çatsa da, adının qarşısındakı atik sözündən onun xristian qullardan olduğu məlum olur. 18-ci əsrin əvvəllərində “Osmanlı dövlətinin yüksəlişi və çöküşü” adlı kitabın müəllifi, münəccim və bəstəkar Dimitri Qantəmirə görə əsl adı Xristodulos'dur. Osmanlı qaynaqlarında isə Abdullah olaraq göstərilmişdir. Hər ikisi “Allahın qulu” mənasına gəlir. Qantəmirə görə Xristodulos Fateh II Mehmetin sevimli memarı olub. Fateh onun xahişi ilə monqolların Müqəddəs Məryəm kilsəsi və ya Qanlı kilsə olaraq tanınan Panaia Muchlotissa kilsəsini heç vaxt məscidə çevirməyəcəyi fərmanını imzalamışdır. Bu kilsə həmin fərman nəticəsində Bizans dövründən qalan, lakin yerində məscid tikilməyən yeganə kilsə olmuşdur. Fərmanın bir nüsxəsi indi də kilsədə saxlanılır.
Ceserik Pinto
Ceserik Pinto (d. 21 mart 1990) — Venesuelalı üzgüçü. Ceserik Pinto Venesuelanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Ceserik Pinto birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 50 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 29.50 saniyəlik nəticəsi ilə 63 üzgüçü arasında 40-cı oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Cincu Tompson
Compact Disco
Compact Disco — Bakıda təşkil edilən 2012 Avroviziya Mahnı Müsabiqəsində "Sound Of Our Hearts" adlı mahnıyla Macarıstanı təmsil etmiş macar musiqi qrupu. İlk yarımfinaldan 52 balla onuncu yeri tutan qrup 26 mayda keçirilən finalda 19 balla 24-cü olmuşdur.
Dinko Şimunoviç
Dinko Şimunoviç (d. 1873, Knin — ö.1933, Zaqreb) — xorvat yazıçı. == Həyatı == Knində anadan olub. Təxminən 20 il Dalmatin Zaqoryesinə yaşayır və orada məktəb müəllimi kimi işləyir. 1927-ci ildə təqaüdə çıxmış, 1929-cu ildə Zaqrebə gəlmiş və 1933-cü ildə orada vəfat etmişdir. == Yaradıcılığı == Şimunoviç bir neçə hekayələr kitabı, çoxlu sayda oçerk və felyetonlar və iki roman qələmə almışdır. Əsərləri yaşadığı və işlədiyi ərazinin insanlarının həyatına həsr olunub. Müasir şəhər həyatının obrazının qəbul edilməzliyini vurğulayan yazıçı ziyalıların taleyini, kənd sakinlərinin bir çox şeylərdən məhrum edildiyini işıqlandırmaqla cəmiyyətin və təbiətin patriarxal tərzini poetikləşdirirdi. Tədqiqatçılar Dinko Şimunoviçi XX əsr ən tanınmış xorvat novellaçılarından biri adlandırırlar.
Şinzo Abe sui-qəsdi
Şinzo Abe sui-qəsdi — 8 iyul 2022-ci ildə Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin Nara prefekturasının Nara şəhərindəki Yamato-Saydayci stansiyasının yaxınlığında yerli vaxt ilə saat 11:30 ( UTC+9 ) radələrində seçki kampaniyası zamanı çıxış edərkən iki dəfə atəş açılmaqla sui-qəsdə məruz qalması nəticəsində o, ağır yaralanmış və ölmüşdür. == Atəş açılması == 8 iyul 2022-ci ildə Şinzo Abe 10 iyul bazar gününə təyin edilmiş yuxarı palataya seçkilər ərəfəsində yenidən seçilmək üçün namizəd olan Liberal Demokrat Partiyasının namizədi, Şura üzvü Keyi Sato adından çıxış edirdi. Abe əldə düzəldilmiş qoşalüləli ov tüfəngi ilə arxadan iki dəfə vurulmuş və yıxılmışdır. Abe vurulduqdan dərhal sonra şüurlu və ünsiyyətcil idi. O, sinə yarası ilə təcili vertolyotla yerli xəstəxanaya aparılıb və Kaşiharadakı Nara Tibb Universiteti Xəstəxanasına çatanda həyati əlamətlərinin olmadığı bildirildi. Abenin huşsuz olduğu və ürəyinin dayandığı bildirilmişdir; bu ifadə tez-tez Yaponiyada koroner tərəfindən ölümün rəsmi təsdiqindən əvvəl istifadə olunur. YST saat 14:45-də keçirilən mətbuat konfransında Baş nazir Fumio Kişida Abenin kritik vəziyyətdə olduğunu və "həkimlərin bu anda əllərindən gələni etdiklərini" söylədi. Şinzo Abe beş saat sonra ölmüşdür. == Şübhəli şəxs == Nara şəhərindən olan 41 yaşlı kişi Tetsuya Yamaqami (山上徹也), 2002-2005-ci illərdə Dəniz Özünümüdafiə Qüvvələrinin keçmiş üzvü, Nara Prefekturasının Polisi tərəfindən qətlə cəhddə şübhəli bilinərək həbs edilmiş və Nara Qərbi Polis İdarəsinə köçürülmüşdür. Yamaqami müstəntiqlərə deyib ki, "o keçmiş baş nazirdən narazı idi və onu öldürmək niyyətində idi." == Sonrası == Baş nazirin ofisində böhranın idarə edilməsi mərkəzi yaradılıb.
Şinzo Abeyə sui-qəsd
Şinzo Abe sui-qəsdi — 8 iyul 2022-ci ildə Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin Nara prefekturasının Nara şəhərindəki Yamato-Saydayci stansiyasının yaxınlığında yerli vaxt ilə saat 11:30 ( UTC+9 ) radələrində seçki kampaniyası zamanı çıxış edərkən iki dəfə atəş açılmaqla sui-qəsdə məruz qalması nəticəsində o, ağır yaralanmış və ölmüşdür. == Atəş açılması == 8 iyul 2022-ci ildə Şinzo Abe 10 iyul bazar gününə təyin edilmiş yuxarı palataya seçkilər ərəfəsində yenidən seçilmək üçün namizəd olan Liberal Demokrat Partiyasının namizədi, Şura üzvü Keyi Sato adından çıxış edirdi. Abe əldə düzəldilmiş qoşalüləli ov tüfəngi ilə arxadan iki dəfə vurulmuş və yıxılmışdır. Abe vurulduqdan dərhal sonra şüurlu və ünsiyyətcil idi. O, sinə yarası ilə təcili vertolyotla yerli xəstəxanaya aparılıb və Kaşiharadakı Nara Tibb Universiteti Xəstəxanasına çatanda həyati əlamətlərinin olmadığı bildirildi. Abenin huşsuz olduğu və ürəyinin dayandığı bildirilmişdir; bu ifadə tez-tez Yaponiyada koroner tərəfindən ölümün rəsmi təsdiqindən əvvəl istifadə olunur. YST saat 14:45-də keçirilən mətbuat konfransında Baş nazir Fumio Kişida Abenin kritik vəziyyətdə olduğunu və "həkimlərin bu anda əllərindən gələni etdiklərini" söylədi. Şinzo Abe beş saat sonra ölmüşdür. == Şübhəli şəxs == Nara şəhərindən olan 41 yaşlı kişi Tetsuya Yamaqami (山上徹也), 2002-2005-ci illərdə Dəniz Özünümüdafiə Qüvvələrinin keçmiş üzvü, Nara Prefekturasının Polisi tərəfindən qətlə cəhddə şübhəli bilinərək həbs edilmiş və Nara Qərbi Polis İdarəsinə köçürülmüşdür. Yamaqami müstəntiqlərə deyib ki, "o keçmiş baş nazirdən narazı idi və onu öldürmək niyyətində idi." == Sonrası == Baş nazirin ofisində böhranın idarə edilməsi mərkəzi yaradılıb.
CISCO
CISCO, Cisco Systems, Inc. — 1984-cü ildə korporativ şəbəkələr üçün avadanlıqların istehsalı ilə məşğul olan CISCO şirkəti yaradılmışdır. Şirkətin ofisi Kaliforniya ştatının San-Xose şəhərində yerləşir. Prezidenti və baş direktoru Con Çembersdir. CISCO adını San-Francisco şəhərinin sonuncu 5 hərifinin birləşməsindən götürüb.
Sayço
== Həyatı == Sayço çin mənşəli buddizm dindar ailəsində anadan olub. O, bu Nare keqonsyu Today-dzi mərkəzi məbəddə keşiş tərəfindən məktəbdə oxuyub. O, paytaxtda və paytaxt intriqalarda və savaşlarda məyus oldu və dağlarda məskən salmaq qərarına gəldi. O, əvvəllər Yaponiyaya gətirən Qandzin Tyantay məktəb mətnləri ilə maraqlanıb. Hökmdar yanında kammu Xeynan-kyo şəhəri 794-cü ildə yeni paytaxtı Kioto müasir olub. İmperator rahibləri alimlərin axtarırdı. O, Sayçonu çağırdı və rahibləri qrupu ilə birlikdə Çinə buddizm öyrənmək üçün göndərildi. Məktəbə tyantay-tszun sayço tyantay dağında düşüb, orada ординацию alıb və 806-cı ildə Yaponiyaya qayıdıb, özüylə çoxlu sayda buddist gətirdi.