SINIQ

sif.
1. Sınmış halda olan; qırıq. Sınıq dolça. Sınıq boşqab. Sınıq güzgü. Sınıq maşın.
– Mirbalayev oturduğu sınıq taburetdən qalxaraq gəzinməyə başladı. M.Hüseyn.
Dağınıq və uçuq evləri, küçələrə tökülmüş sınıq qab-qacaqları görərkən dağılmış insan yurdunun bu xarabazarlığı qarşısında yolçunun ürəyi sıxıldı. Ə.Məmmədxanlı.

2. is. Sınmış, qırılmış bütöv bir şeyin kiçik hissəsi. Stəkan sınığı. Maşının sınıqlarını düzəltmək. Qabların sınığını atmaq.
3. məc. Pərişan, qüssəli, dərdli.
[Şükür] sınıq bir ürəklə kəndə qayıtmağa məcbur olmuşdu. S.Hüseyn.
Acı qəmlərlə onun qəlbi sınıq, ruhu sınıq; Ona rəhm eyləyən əllər hanı? Olmuşmu qırıq? M.Müşfiq.
[Sona:] Ay oğul! Gözümə bir az sınıq dəyirsən? Z.Xəlil.

4. İflas etmiş, müflis.
5. məc. Məğlubiyyətə uğramış, basılıb pozulmuş. Sınıq qoşun.
◊ Sınıq çıxmaq – iflas etmək, müflis olmaq.
Nəhayət, Hacı Sultan sınıq çıxdı. S.Hüseyn.
Həmzə sınıq çıxıb iflas etmiş “intiligent” tacir və əmisi oğlu Ağasəfəri öz yanında işə götürmək niyyətində idi. Ə.Əbülhəsən.

Sınıq düşmək1) bax sınıq çıxmaq;
2) məğlub olub dağılmaq, darmadağın olmaq.
Sınıq düşən Səlim bəy suyu süzülənə-süzülənə Gorusa qayıdıb, istər-istəməz Peterburqa bir də xəbər yazdı. S.Rəhimov.

Sınıq salmaq – dağıtmaq, basmaq, məğlub etmək, darmadağın etmək.
Nəbi dağın bir tərəfində olan qoşunu sınıq salıb, dərə enişə qovdu. Qaçaq Nəbi”.

Синонимы

  • SINIQ incik — küsük
  • SINIQ qırıq — bölük
  • SINIQ 1. SINIQ, QIRIQ, SINMIŞ 2. sınıq bax incik

Антонимы

  • SINIQ SINIQ – TƏZƏ Sınıq qabda su durmaz (Ata. sözü); Təzə süpürgə təmiz süpürər (Ata. sözü)
SINIXMAQ
SINIQ-SALXAQ
OBASTAN VİKİ
Sınıq körpü
Qırmızı Körpü və ya Sınıq körpü, (gürc. წითელი ხიდი, Tsiteli Khidi) — Qazax rayonunda Gürcüstan ilə sərhədə olan və Ehram çayı üzərindən keçən körpü. Azərbaycanın orta əsrə aid olan nadir memarlıq incilərindən biridir. Xüsusi ad tikintidə istifadə olunmuş qırmızı daş üçün verilib. "Sınıq körpü" adı isə çay axınının 95 m aşağıda daha qədim körpünün xarabalarından gəlir. Qırmızı körpü XII əsr Azərbaycan memarları tərəfindən salınmışdır. Körpün uzunluğu 175 m və 4 aşırımlarda ibarətdir: 26,1 — 8,0 — 16,1 — 8,2. Tağtavanlar 22x22x4 sm kərpiçlərdən yığılıb. İşlək yolun eni 4,3 m, çıxışlarda isə 12,4 m. Arran ərazisində ilkin quruluşunu saxlamış yeganə çoxaşırımlı körpü Qırmızı körpüdür.
Sınıq xətt
Sınıq xətt A1A2, A2A3, ..., An-1An parçalarından ibarət olan A1A2...An fiquru adlanır. Belə ki, ixtiyari k ∈ {2, 3, ..., n-1} üçün Ak-1Ak və AkAk+1 parçaları, eləcə də A1 və An üst-üstə düşdükdə A1A2 və An-1An parçaları bir düz xətt üzərində olmasınlar. A1, A2, ..., An nöqtələri sınıq xəttin təpə nöqtələri, A1A2, A2A3, ..., An-1An parçaları isə sınıq xəttin tərəfləri adlanır. Sınıq xəttin birinci və sonuncu təpə nöqtələri üst-üstə düşərsə, o qapalı sınıq xətt adlanır. Sınıq xəttin tərəfləri bir-birini kəsə bilər.
Qapalı sınıq xətt
Qapalı sınıq xətt — birinci və sonuncu təpə nöqtələri üst-üstə düşən sınıq xətt adlanır.
Sınıq fənərlər küçəsi
Sınıq fənərlər küçəsi və ya Polislər (rus. "У́лицы разби́тых фонаре́й" , "Менты") , Polis məmurlarının gündəlik həyatından bəhs edən rus detektiv serialı. Televiziyada ilk dəfə 1998-ci ildə göstərilib. İlk seriyaları yazıçı Andrey Kivinovun əsərləri əsasında 1995-ci ildə çəkilib. Serial 16 mövsüm və 501 seriyadan ibarətdir. Hər seriya ayrı bir detektiv araşdırmadır. Rus televiziyası tarixində efir vaxtı baxımından ən uzun serialdır. Serialın ilk 8 seriyası 1995-ci ildə, o vaxt Sankt-Peterburqun Kirovski rayon polis idarəsinin qəsdən törədilmiş qətllərin açılması şöbəsində işləyən Andrey Kivinovun əsərləri əsasında çəkilir. Televiziya serialının müştərisi əvvəlcə "RTR" kanalı olur. Lakin 1996-cı ilin yazında kanala gələn yeni rəhbərlik, serialın görunuş və səs keyfiyyətinin zəif olması səbəbinə görə onu göstərməkdən imtina edir.
Sınıq körpü (sərhəd)
Qırmızı Körpü və ya Sınıq körpü, (gürc. წითელი ხიდი, Tsiteli Khidi) — Qazax rayonunda Gürcüstan ilə sərhədə olan və Ehram çayı üzərindən keçən körpü. Azərbaycanın orta əsrə aid olan nadir memarlıq incilərindən biridir. Xüsusi ad tikintidə istifadə olunmuş qırmızı daş üçün verilib. "Sınıq körpü" adı isə çay axınının 95 m aşağıda daha qədim körpünün xarabalarından gəlir. Qırmızı körpü XII əsr Azərbaycan memarları tərəfindən salınmışdır. Körpün uzunluğu 175 m və 4 aşırımlarda ibarətdir: 26,1 — 8,0 — 16,1 — 8,2. Tağtavanlar 22x22x4 sm kərpiçlərdən yığılıb. İşlək yolun eni 4,3 m, çıxışlarda isə 12,4 m. Arran ərazisində ilkin quruluşunu saxlamış yeganə çoxaşırımlı körpü Qırmızı körpüdür.
Sınıq körpü döyüşü
Sınıq körpü döyüşü — Azərbaycan Xalq Cümhuriyyəti qüvvələrinin və azərbaycanlı könüllü dəstələri ilə Sınıq körpü sərhəd məntəqəsinə hücum etmiş Gürcüstan Demokratik Respublikası hərbi qüvvələri arasında baş vermiş döyüş. Qafqaz İslam Ordusu və Əlahiddə Azərbaycan Korpusu qüvvələrinin sürətlə Bakıya doğru irəliləməsi bolşevik Rusiyasını təşvişə salmışdı. Rusiya ilə Almaniya arasında imzalanmış Brest-Litovsk sülh müqaviləsinə görə Cənubi Qafqaz Rusiyanın nüfuz dairəsi hesab edilirdi. Rusiya Osmanlı tərəfindən də imzalanmış müqavilənin Qafqaz İslam Ordusunun bura daxil olması ilə pozulduğunu iddia edirdi. Almaniya Rusiya ilə Bakı neftindən ona pay veriləcəyi barədə razılığa gəldikdən sonra, kəskin şəkildə neftə ehtiyac duyan, həmçinin də yenidən şərqdə ikinci cəbhənin açılmağını istəməyən Almaniya Osmanlını Bakının azad edilməsi fikrindən daşındıracağı öhdəliyini öz üzərinə götürdü. Almaniya imperiyası XİN rəhbərliyi Osmanlı hərbiyyə naziri Ənvər paşaya göstərdikləri diplomatik təzyiqlərin bir nəticə vermədiyini gördükdən sonra fəaliyyətlərini daha da artırmaq qərarına gəldilər. Belə ki, artıq bu zaman Gürcüstan Demokratik Respublikası Almaniyanın rəsmən protektoratlığına daxil olmuşdu. Beləliklə, Almaniya Osmanlı və Azərbaycan Xalq Cümhuriyyətinə göz dağı vermək üçün Gürcüstanı Azərbaycana hücum etməyə təhrik etdi. Bakı Xalq Komissarları Soveti qoşunlarına qarşı gərgin döyüşlər aparan Qafqaz İslam Ordusu və Azərbaycan Xalq Cümhuriyyəti qüvvələri Gürcüstan tərəfindən hərbi müdaxilə gözləmirdilər. Nuru paşanın raportuna görə, iyulun 27-də Azərbaycanın qərb sərhədlərindən həyəcanlı xəbərlər gəldi.
Sınıq qəlb sindromu
Sınıq qəlb sindromu — əsasən stressli vəziyyətlər və həddindən artıq emosiyaların səbəb olduğu ürək xəstəliyi. Bu sindrom həm də ciddi fiziki xəstəlik, yaxud ağır əməliyyətdan sonra da yarana bilər. Sınıq qəlb sindromunda xəstələrdə ani ürək ağrıları ola bilir və bu, bəzən infakt ilə səhv salınır. Sınıq qəlb sindromu yalnızca ürəyin bir hissəsinə təsir edərək qan dövranını müvəqqəti olaraq pozur. Qırıq qəlb sindromunun dəqiq səbəbləri bilinmir.
Sınıq tələb əyrisi
Sınıq tələb əyrisi oliqopoliya və inhisarçı rəqabətlə bağlı iqtisadi nəzəriyyə və oliqopoliya bazar modelidir. Sınıq tələb əyrisi oliqopol bazarda yapışqan qiymətlərin olma səbəbini izah edir. Firmalar eyni böyüklükdədir. Bircins mallar istehsal edirlər. Firmalar digər firmaların qiymət yüksəltməsinə etinasız, qiymət azaltmasına isə həssasdır. Bütün firmalar eyni qiymətdə təklif edirlər. MR əyrisi kəsikdir. Bu nəzəriyyə 1939-cu ildə Paul Sweezy tərəfindən irəli sürülmüşdür. O "Demand Under Conditions of Oligopoly" (Oliqopol şərtlər altında tələb) nəşrində bunu izah etmişdir. Klassik oliqopol bazar nəzəriyyəsinə görə bir əmtəənin qiyməti onun marjinal xərc və gəlirlərindən yüksək olur (P > MR = MC).
Sınıq pəncərə nəzəriyyəsi
Sındırılmış pəncərələr nəzəriyyəsi — kiçik qanun pozuntularının ümumi kriminogen vəziyyətin pisləşməsində indikator rolunu oynadığını araşdıran kriminoloji nəzəriyyə. 1982-ci ildə amerikalı sosioloqlar Ceyms Vilson və Corc Kellinq tərəfindən formalaşdırılıb. Nəzəriyyə iddia edir ki, vandalizm, ictimai yerlərdə sərxoşluq, metroda maneənin üzərindən tullanmaq və s. kimi xırda qayda pozuntuları ümumilikdə cinayətlərə qarşı dözümsüzlük mühiti yaradır və daha böyük cinayətlərin həyata keçirilməsinə kömək edir. Nəzəriyyə təcrübədə geniş tətbiqini tapmışdır — ilk öncə Nyu-Yorkda və ABŞ-nin digər şəhərlərində, həmçinin Avropada, CAR, İndoneziya və s. yerlərdə tətbiq olunmuşdur. 1994-cü ildə Nyu-York meri olan Rudolf Culiani və Nyu-York polisinin yeni komissarı Uilyam Bratton qraffiti, metrodan biletsiz istifadə, dilənçilik, rezin dəyənəklərlə dava və s. kimi xırda qanun pozuntularıyla mübarizə elan etmişlərdi. Bütün tənqidlərə baxmayaraq Culiani mübarizəsini davam etdirdi və nəticədə şəhərdə cinayətlərin sayı 2200-dən 1000-ə qədər endirildi. Qroningen universitetinin (Niderland) sosioloqları tərəfindən bu nəzəriyyənin yoxlanılması üçün bir sıra təcrübələr keçirilmişdir.
Bud sümüyünün sınıqları
Bud sümüyünün sınıqları — çox vaxt yaşlılarda onların sümüklərinin mexaniki davamlılığının azalması nəticəsində məişət zədələnmələri zamanı baş verir. Daha cavanlarda belə zədələnmələr avtomobil qəzalarından sonra ola bilər. == Bud sümüyünün sınıqlarının əlamətləri == Bud sümüyünün sınması ağır zədələnmələrə aiddir. Bud sümüklərində sınıq yerlərindən və xarakterindən asılı olmayaraq tipik əlamətlər özünü büruzə verir: kəskin ağrı; şişkinlik; deformasiya; ətrafın qısalması; qeyri-normal hərəkətin əmələ gəlməsi; fəaliyyətin pozulmasıdır. == İlk tibbi yardım == Bud sümüklərinin nəqliyyat immobilizasiyasının ən optimal üsulu Diteriks şinalarının tətbiqidir, lakin bu tədbir həkim yardımı mərhələsində həyata keçirilir. Ekstremal vəziyyətlərdə həkimə qədər mərhələdə immobilizasiyanı əlaltı vasitələr ilə (uzun taxta parçaları) həyata keçirirlər. Onları zədələnmiş tərəfin qoltuq altından ayağın altına qədər, digərini əks tərəfdən qoyurlar. Şinalar qoltuq altında, qarın nahiyəsində, baldır, diz və topuq nahiyəsində bədənə bərkidilir. Əlaltı əşyalar olmadıqda zədələnmiş ayağı sarğı materialı yaxud müxtəlif digər parçalar ilə sağlam ayağa bintləyirlər. Nəqliyyat immobilizasiyası zamanı bud-çanaq, diz oynaqlarından başqa, baldır-pəncə oynaqları hərəkətsiz vəziyyətə salınmalıdır.
Diz qapağının sınıqları
Diz qapağının sınıqları — diz qapağı adətən ona düz istiqamətdə təsir edən zərbədən (yıxılma zamanı) baş verir. Nadir hallarda xarici impuls ilə provokasiya edilmiş, gözlənilmədən, cəld, sərt diz oynağında ayağın bükülməsi nəticəsində ola bilər. Diz qapağının sınıqlarında hərəkət zamanı güclənən ağrı, şişkinlik, diz qapağında aktiv hərəkətin məhdudlaşması meydana çıxır. == İlk yardım == Diz qapağında yara olduqda ona aseptik sarğı qoyulur. Sınmış sümük fraqmentlərinin öz istiqamətini dəyişməməsi məqsədilə nəqliyyat immobilizasiyası olunur. Dizi açılmış (bükülməmiş) vəziyyətdə Kramer ya improvizə edilmiş (əlaltı vasitələrdən) şina vasitəsilə fiksə edirlər. Şina arxadan daban sümüyündən başlayaraq sağrı nahiyəsinə qədər qoyulur. Diz qapağının sınıqları ilə zədələnmişlər təcili olaraq xərəkdə xəstəxananın cərrahi şöbəsinə çatdırılmalıdır. == Həmçinin bax == Qabırğa sümüyü; Sınıqlar; Zədə; Yara; Sarğı.
Körpücük sümüyünün sınıqları
Körpücük sümüyünün sınıqları — çiyinə olan bir başa və ya dolayısı ilə olan travma nəticəsində baş verir. Bu sınıqlar çox geniş yayılmışdır və təcili tibbi yardım həkiminin praktikasında çox tez-tez rast gəlinir. Əsasən qabağa uzadılmış əlin və çiyin sümüklərinin üstünə yıxıldıqda belə sınıqlar baş verir. Travma nəticəsində baş verən sınıqlar sırasında körpücük sümüyü sınıqları təxminən 2,6% hallarda müşahidə edilir. Bu sınıqlar daha çox uşaq və gənclərdə müşahidə edilir. Körpücük sümüyü sınıqlarının üçdə biri 13–20 yaş arasında olan xəstələrin payına düşür. 20 yaşdan sonra körpücük sümüyü sınıqlarının sayı azalmağa doğru gedir və yenidən ahıllıq dövründə artmağa başlayır. Bir sıra araşdırmalardan bəllidir ki, körpücük sümüyü sınıqlarının təxminən 69% sümüyün orta 1/3 hissəsinə, 28%-i distal 1/3 hissəsinə və 2,8%-i isə proksimal 1/3 hissəsinə düşür. Distal 1/3 hissənin sınıqları öz növbəsində 3 tipə bölünür. Məhz sınığın lokalizasiyası körpücük sümüyü sınıqlarının təsnifatının əsasını təşkil edir.
Kəllə sümüklərinin sınıqları
Kəllə sümüklərinin sınıqları — açıq və qapalı sınıqlara ayırd edilərək, bütün bədəndə olan sümük sınıqları ilə müqaisədə ən qorxulu sınıqlara aiddir. Avtomobil, istehsalat qəzası, bərk, güclü zərbə, hündürdən yıxıldıqda, yaxud müxtəlif səbəbli fövqəladə hallar və s. kəllə sümüklərinin sınmasına səbəb ola bilər. == Əlamətləri == Kəllənin açıq sınıqlarının əlamətləri: ağrılı yara; qanaxma; bayıra çıxan sümük fraqmentləri; bəzən beyin toxumasının görünməsi; çox vaxt xəstədə şüurun itməsi olur. Qapalı sınıqlarının əlamətləri: ağrı; şişkinlik; qançır; şüurun pozulması; bəzən qusma; qeyri iradi diurez (sidiyəgetmə); kəllənin əsasının sınmasında isə burundan və qulaqlardan qanın və beyin mayesinin (likvorun) axması özünü büruzə verir. Fərqləndirici əlamətlərdən biri "eynək əlaməti" (gözlərin ətrafında qansızmalar) zədələnmədən bir neçə saat sonra əmələ gəlir. == İlk yardım == Zədələnmiş üfiqi vəziyyətdə başı mütləq yana çevrilmiş vəziyyətdə olmalıdır (Qəflətən baş vermiş qusma zamanı dilin qatlanmasına qarşı profilaktik tədbirdir). Başın altına dairə formasında kiçik balış qoyulur, o olmadıqda dəsmalı və ya hər hansı bir parçanı "bubliq" formasında düzəldib xəstənin başının altına qoyurlar. Başda yara olduqda onu antiseptik dərmanlar ilə təmizləyib steril sarğı qoyurlar. Yaradan çıxan sümük fraqmentlərinə dəymək, təsir etmək olmaz.
Onurğa sütununun sınıqları
Onurğa sütununun sınıqları — adətən hündürdən yıxıldıqda, əyilmiş vəziyyətdə ağır əşyanın kürəyə düşməsi zamanı, onurğa sütununa güclü zərbə olduqda baş verir. Onurğa travmaları kiçik bir yumşaq toxuma əzilməsindən onurğa sınığı və onurğa beyni zədələnməsinə qədər bir sıra şiddətdə ola bilər. Onurğa sınıqları və çıxıqları onurğa beyni zədələnməsinə və beləliklə iflicə səbəb ola bilər. Onurğa yaralanmalarının müalicə üsulu da zədələnmənin ağırlığından asılıdır. Sınıqların 5–10%-i boyun fəqərələrində, 70%-i döş və bel fəqərələrində, qalan hissəsi isə oma və büzdüm nahiyyəsində olur. Ən çox yaralanan bölgə onurğanın ən hərəkətli hissəsi olan döş və bel fəqərələrinin birləşdiyi 12-ci döş və 1-ci bel fəqərələridir. Onurğa sınıqlarının əlamətləri (simptomları) zədənin şiddətindən aslı olaraq dəyişir. Onurğa sınıqlarında aşağıdakı simptomlar müşahidə edilə bilər: Boyun, döş vəya bel ağrısı; Uyuşma, əzələ spazmı; Ətraflarda zəiflik; Qeyri-iradi nəcis və sidik ifrazı; Ətraflarda (qollarda və ya ayaqlarda) hərəkət və hissiyatın olmaması – iflici; Onurğa beyini zədələndikdə ətraflarda hərəkətin və hissiyatın itməsi baş verir. Zədələnmişin öz başına bədəninin vəziyyətini dəyişmək cəhdləri ağrı şoku ilə ağırlaşa bilər. Bu simptomlar müşahidə olunarsa, ən qısa zamanda həkimə müraciət edilməlidir.
Qabırğaların sınıqları
Qabırğaların sınıqları — döş qəfəsinə üfüqi istiqamətdə zərbə olduqda baş verə bilər. Ən tipik olan qoltuqaltı nahiyəsinin arxa qırağının səviyyəsində baş verən 4–8-ci qabırğaların sınmasıdır. Qabırğaların sınıqları zamanı əmələ gələn əlamətlər: ağrı; qançır; şişkinlik; əl ilə müayinə zamanı hamar olmayan; bəzən xırıltı verən nahiyə gözə çarpır; bərk ağrıdan xəstə dərindən nə nəfəs ala, nə də öskürə bilmir. Zədələnmiş nahiyədə qabırğaların hərəkətini məhdudlaşdırıb, rahatlıq yaratmaq lazımdır. Bu döş qəfəsinə enli, kip fiksəedici sarğının qoyulması ilə əldə edilir. Zədələnmiş dərindən nəfəs alıb verəndə sarğı qoyulur (enli bint, dəsmal, yataq ağı ilə). Şok əleyhinə ağrıkəsici (tramal, promedol) tətbiq edilir və yarımoturaq vəziyyətdə xəstə stasionara göndərilir. Bəzən qabırğa sınığında ağciyər zədələnməsi nəticəsində qanhayxırma baş verir. Belə hallarda zərərçəkənin döş qəfəsinə soyuq kompress qoyularaq xəstəxananın cərrahi şöbəsinə təcili olaraq çatdırılır. Qabırğa sümüyü; Sınıqlar; Zədə; Yara; Sarğı.
Sınıqkilsə
Hacıkənd (əvvəlki adı: Sınıqkilsə) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Hacıkənd kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmiş, 2020-ci ildə imzalanmış Dağlıq Qarabağ atəşkəs bəyənatına əsasən 25 noyabr 2020-ci ildə Kəlbəcər rayonunun digər məntəqələri ilə birlikdə işğaldan azad edilmişdir. Hacıkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Hacıkənd və Başkənd kəndlərini əhatə edir. Kəndin əvvəlki adı Sınıqkilsə olmuşdur ki, bu da kənd ərazisində mövcud olmuş qədim Alban kilsəsinin qalıqları ilə əlaqədardır.Bu qalıqlar Sınıqkilsə kəndinin qədim yaşayış məskənlərindən biri olduğuna dəlalət edir. Kənd rayon mərkəzinə yaxın, olduqca səfalı bir yerdə yerləşir. Kəndin Başkənd, Gölyeri, Sınıqkilsə kimi hissələri vardır. Sovet dövründə Kəlbəcər rayonunun qabaqcıl kolxozlarından biri kəndin "Stalin" (sonralar "Qələbə" adlandırılan) kolxozu olmuşdur. Bu yaşayış məntəqəsində Tələlər, Çirişli, Batıq, Dərin Çökək, Ayı Qovan, Qara Qaya, Armudluq, Pişik Uçan, Qovuşuq, Lay Taya, Ardıclı Burun, Pir Palıd, Göy Təpə, və s. kimi çoxsaylı türk toponimlərinə rast gəlinir. Hacıkənddə Nəcəf, Çərkəz, Bimar Əli, Eldar İsayev və s.
Sınıqlar
Sınıqlar — mexaniki zərbə və patoloji proseslər (şişlər, osteomielitlər, vərəm) nəticəsində lüləli və yastı sümüklərin tamlığının pozulmasına sınıq deyilir. Bədənin bütün zədələnmələrinin 6–7% sınıqların törənməsi ilə müşahidə olunur. Sınıqlar daha çox (60%) əl-daraq və pəncə sümüklərində törənir. Said və baldır sümüklərinin sınığı tezliyinə görə ikinci yerdə dayanır və zədələnmişlərin 20%-də müşahidə olunur. Bədənin digər sümükləri: qabırğalar və döş sümüyü — 6%, bud sümüyü 0,9%, fəqərələr 0,5%, kürək sümüyü — 0,3% hallarda sınır. Sınıqlar inkişaf dövrünə, mənşəyinə, zədələndirici amilə, dəri örtüyün vəziyyətinə, sınığın xüsusiyyətinə, yerləşməsinə, törənmə mexanizminə, növünə, sayına, müştərəkliyinə, yerdəyişməsinə görə təsnif olunur. Bədənin inkişaf dövrünə müvafiq olaraq sınıqlar iki yerə bölünür: anadangəlmə (bətndaxili) və qazanılma. Qazanılma sınıqlar — öz mənşələrinə görə 2 qrupa bölünür: travmatik və patoloji sınıqlar. Travmatik sınıqlar — sağlam sümük toxumasında mexaniki güc təsirindən yaranırlar. Patoloji sınıqlar — sümük toxumasında ilkin yaranmış xəstəliklər: birincili və metastatik şişlər, vərəm, osteomielit, sifilis, exinokok və qeyri-parazitar sistlər, abseslər, yaxud bəzi xəstəliklərdə (Qoşe xəstəliyi, osteoparoz, qalxanabənzər ətraf vəzlərin funksional pozuntularında, hormonal preparatlarla uzunmüddətli müalicə fonunda) sümük toxumasının sərtliyinin pozulması nəticəsində törənir..
Sınıqqala məscidi
Məhəmməd məscidi və ya Sınıqqala məscidi — Bakının dövrümüzə çatmış ən qədim məscidi. İki: yeraltı və yerüstü mərtəbələrdən ibarət olan məscid binası X–XI əsrlərdə inşa edilmişdir. Məscidə Sınıqqala məscidi adı 1723-cü ildə rusların Bakını top atəşinə tutmasından sonra verilib. Xəzər sahili boyunca işğalçı yürüşlərə çıxmış I Pyotrun artilleriyası həmin ilin 26 iyununda Bakını atəşə tutanda şəhərin ən qocaman məscidinin minarəsi də zədələnmişdir. Top mərmisinə qala bürcü kimi davam gətirən minarəyə xalq "Sınıq qala" adını vermişdir. Abidənin ilkin adı bəlli deyil. Məscidin şimal tərəfindəki kufi xətti ilə yazılmış kitabədə deyilir: Rəhimli və Rəhman olan Allahın adı ilə. Bu məscidin binasını (tikməyi) əmr etdi Ustad ər-rəis Məhəmməd ibn Əbu Bəkr Dörd yüz yetmiş birinci il" Mütəxxəsislərin bir çoxu Məhəmməd Əbu Bəkr oğlunu məscidin memarı sayır. Tanınmış alim Cəfər Qiyasi isə katibin mətnindən Məhəmməd Əbu Bəkr oğlunun məscidin sifarişçisi olduğu, özü də həmin şəxsin şəhər rəisi olduğu anlaşılır deyə qeyd edir. Sınıqqala Bakının salamat qalan ən əski məscidi, minarəsi isə Quzey Azərbaycan minarələrinin ən qocamanıdır.
Çiyin sümüyünün sınıqları
Çiyin sümüyünün sınıqları — mexaniki təsirin xarakterindən asılı olaraq (qabağa uzadılmış əlin və bədənə sıxılmış əlin üstünə yıxıldıqda) çiyin sümüyü baş hissəsində, üst 1/3, orta 1/3 hissədə sına bilər, lakin iri damarların və sinirlərin zədələnməsi ehtimalı olan daha təhlükəli sınıqlar çiyin sümüyünün aşağı hissəsindədir. Sınığın istiqamətindən asılı olaraq əlamətlər: kəskin ağrı; şişkinlik; qançır; deformasiya; qeyri-adi hərəkət; ətrafın qısalması; vəzifəsinin məhdudlaşması baş verir. Yalnız uşaqlarda sınıqlar zamanı çiyin sümüyünün sınıqlarında sınmış sümük fraqmentləri istiqamətini dəyişmir ("yaşıl budaq tipi") və yuxarıda göstərilən əlamətlər inkişaf etmir. Sınıq yerindən asılı olmayaraq çiyin sınıqlarında nəqliyyat immobilizasiyası üçün standart şina ilə iki taxta parçasından istifadə etmək olar; birini qoltuqaltı nahiyədən, digərini-yuxarıda əks tərəfdən qoyurlar. Bintləmə zamanı köməkçi zədələnmiş əli 900 bucaq altında əyərək, ətrafı azca bədəndən kənarlaşdırıb bu vəziyyətdə saxlayır, sonra çiyin nahiyəsini–döş qəfəsində, mil-bilək sümüyünü qarın nahiyəsinin yuxarı hissələrində bənd edərək, əli gövdəyə bintləyirlər. Şina qoyulmuş əlin ləçəkvari sarğıdan salınması məqsədəuyğun deyil, ona görə ki, o çiyin oynağının lazımi qədər hərəkətsizliyini təmin etmir. Çiyin; Sınıqlar; Zədə; Yara; Sarğı; Sümük.

Значение слова в других словарях