SİNA
SİRAB
OBASTAN VİKİ
Memar Sinan
Memar Sinan və ya Böyük Memar Sinan Ağa (Sinaneddin Yusuf – Abdulmennan oğlu Sinan) (Osmanlı Türkcəsi: قوجه معمار سنان آغا) (təq. 1490 – 17 iyul 1588, Konstantinopol) — Osmanlı memarıdır. Mənbələrə görə Sinan, I Səlim sultan olduqdan sonra başlanılan və Rumelidə olduğu kimi Anadoludan da əsgər toplanmasını irəli sürən yeni bir tətbiqata görə 1512-ci ildə İstanbula gətirildi. Orduya əsgər hazırlayan Əcəmi Oğlanlar Ocağına verildi, 1514-cü ildə Çaldıran döyüşündə, 1516–1520-ci illər arasında da Misir səfərlərində iştirak etmişdir. İstanbula dönüncə Yeniçəri Ocağına qəbul olundu. I Süleyman Qanuni dövründə 1521-ci ildə Belqrad, 1522-ci ildə Rodos səfərlərinə qatılmış və zabit rütbəsi almışdır. 1526-cı ildə qatıldığı Mohaç səfərindən sonra baş mühəndis oldu. 1529-cu ildə Vyana, 1529–1532-ci illər arasında Almaniya, 1532–1535-ci illər arasında da İraq, Bağdad, Təbriz səfərlərində iştirak etmişdir. Bu son səfər ərəfəsində Van gölünün üstündən keçəcək olan üç gəminin təmir işlərini müvəffəqiyyətlə yerinə yetirməsinə görə Ona "haseki" ünvanı verilmişdir. 1536-cı ildə Pulya səfərlərinə qatıldı.
Rəşidəddin Sinan
Rəşidəddin Sinan (ərəb. رشيد الدين سنان‎, translit. Rəşid əd-Din Sinan), həmçinin Dağ ağsaqqalı (ərəb. شيخ الجبل‎, translit. Şeyx əl-cəbəl; lat. Vetulus de Montanis; 1134 və ya 1130, Bəsrə – 1192 və ya 1193, Masyaf, Həma mühafəzəsi) — Nizari İsmaili Dövlətinin Suriya qolunun missioneri və lideri, Səlib yürüşləri tarixində əhəmiyyətli fiqur. Rəşidəddin Sinan 1232–1135-ci illər aralığında, İraqın cənubunda yerləşən Bəsr' şəhərində, zəngin bir ailədə anadan olmuşdur. Sinanın sadəcə bəzi fraqmentləri bu günə qədər qorunub saxlanmış olan avtobioqrafiyasında verilən məlumatlara görə, o, xaşxaşilərin mərkəzi olan Ələmut qalasına qardaşları ilə olan mübahisədən sonra gəlmiş və xaşxaşi məşqləri keçirmişdir. Qalanın rəhbəri olan Həsən Əla Zikrihis Salam 1162-ci ildə onu Suriyaya göndərir. Orada Diriliş günü keçirilir və Sinan Əl-Qaim elan edilir.
Sinan Akçıl
Sinan Akçıl — Sinan Siam oğlu Akçıl (20 may 1982, Leyvarden) Türk aktyor, müğənni və bəstəkardır. 2012-ci ildə Azərbaycanın Xalq Artisti Aygün Kazımova ilə "İkinci sen" duetini ifa etmişdir.
Sinan Güler
Sinan Güler (türk. Sinan Güler; 8 noyabr 1983, İstanbul) — türk peşəkar basketbolçusu, oyun qurucu və hücum edici müdafiəçi mövqeyində oynayır. Daryüşşafaka BK-nun və Türkiyə milli basketbol komandasının oyunçusu. Güler ​​2002–2004-cü illərdə Salt Lake City Community College komandası üçün kollec səviyyəsində oynamışdır. Daha sonra daha iki il Carroll Collegenin (Montana) şərəfini qorumuşdur. Beşiktaş Basketbol Klubunun gənclər komandalarında oynadıqdan sonra Güler 2000–01 mövsümündə ​​peşəkar fəaliyyətinə başladı. ABŞ-da kollecdə oxuduqdan sonra Türkiyəyə qayıtdı və Daryüşşafaka klubuna qatıldı. 2008-ci ildə isə Anadolu Efes klubuna keçdi. 2009-cu ildə yeni klubu ilə "qızıl dubl" etdi. Türkiyə kubokunu qazandı və eyni zamanda Türkiyə çempionu oldu.
Sinan Gümüş
Sinan Gümüş (15 yanvar 1994) — Türkiyənin Super Liqa klubu "Antalyaspor"-da hücumçu kimi çıxış edən alman peşəkar futbolçu.
Sinan Kaloğlu
Sinan Kaloğlu (10 İyul 1981, Tunceli) – Türkiyə futbolçusu. Sinan Kaloğlu hazırda legioner həyatı yaşasa da daha çox öz ölkəsində çıxış edib. Peşəkar karyerasına 1999-2000 mövsümündə Bolusporda başlayan Sinan qısa zaman kəsiyində Altayın maraq dairəsinə düşüb. Nəticədə bu komandaya üz tutan forvard 2000-2003-cü illər aralığında meydana çıxdığı 63 oyunda 27 qola imza atıb. Bu səbəbdən Türkiyənin aparıcı klublarından Beşiktaşın diqqətini çəkən Kaloğlu növbəti 3 ildə bu komandanın şərəfini qoruyub və "ağ-qaralı" formada keçirdiyi 22 oyunda cəmi 1 qol vurub. Lakin İstanbul təmsilçisində rəqabətin böyük olması üzündən 2004-2005 mövsümündə Diyarbəkirspor (33 oyun, 11 qol), 2005-2006 mövsümündə isə Manisasporda (25 oyun, 7 qol) icarə əsasında çıxış etmək məcburiyyətində qalıb. 2006-cı ildə isə Bursaspor Sinanın transfer hüquqlarına yiyələnib. Nəticədə 2 mövsüm Bursa təmsilçisində çıxış edən hücumçu burdakı çıxışıyla hətta Avropa klublarının da diqqətini çəkməyi bacarıb. Bursasporda 35 oyuna 10 qol vuran Kaloğlu ötən mövsüm Almaniya klublarından Bohumun təklifini müsbət cavablayır. Lakin burda bir mövsüm ərzində keçirdiyi 18 oyunda rəqib qapılarına cəmi 3 dəfə yol tapmağı bacaran forvard Hollandiyaya üz tutmaq məcburiyyətində qalır.
Sinan Karveyna
Sinan Karveyna (29 mart 1999-cu ildə anadan olub) — 3.Bundesliqa təmsilçilərindən olan Sportfreunde Lotte klubunda hücumçu kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. Karveyna Viehl akademiyası vasitəsilə inkişaf etmişdir. 26 iyun 2014-cü ildə o, Köln klubuna transfer olmuşdur. Karveyna Köln II komandası ilə iki oyunda da iştirak etmişdir. 14 iyun 2018-ci ildə Karveyna Sportfreunde Lotte klubu ilə müqavilə imzalamışdır. Karveyna klub ilə debütünü 4 avqust 2018-ci ildə 1860 Münhen klubuna qarşı oyunda etmişdir. O, 67-ci dəqiqədə Aygün Yıldırımı əvəz etmiş və 81-ci dəqiqədə qolla yadda qalmışdır. 3.Bundesliqa görüşündə Lotte rəqibinə 1-5 hesabı ilə məğlub olmuşdur. Karveyna Almaniyada anadan olmuşdur. Valideynləri isə Türkiyə vətəndaşlarıdır.
Sinan Məmmədov
Sinan Oğan
Sinan Oğan (14 mart 1969, İğdır) — Azərbaycan əsilli Türkiyə siyasətçisi, strateji tədqiqatçı və keçmiş MHP-li deputat (2011–2015); Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri. 2023-cü ilin may ayında Türkiyədə keçirilən prezident seçkilərində ATA İttifaqından prezidentliyə namizəd göstərilmişdir. Əslən azərbaycanlı olan Sinan Oğan 1969-cu ilin mart ayının 15-ində İğdırda dünyaya gəldi. 1989-cu ildə Mərmərə Universitetini bitirib. 1993–2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində dekan müavini vəzifəsində işləyən Sinan Oğan 2000-ci ildə Türkiyəyə qayıdaraq Avrasiya Strateji Araşdırmalar Mərkəzində Qafqaz istiqaməti üzrə çalışıb. O, on iki şiə müsəlmandır. Sinan Oğan Milliyyətçi Hərəkat Partiyasının İqdır bölgəsindən millət vəkilliyinə 1 nömrəli namizədi olmuş və MHP-nin S. Oğanı bu bölgədə 1 nömrəli namizəd kimi göstərməsi onun İqdırda yaşayan azərbaycanlıların səslərini qazanacağına əmin olmasından irəli gəlmişdir. Türkiyə Azərbaycan dərnəyinin rəhbəri Sinan Oğan Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərdə qalib gələrək deputat mandatı qazanmışdır. Onun iştirakı ilə Türkiyədə 20 Yanvar, Xocalı soyqırımı, 1918-ci il mart qırğınlarının qurbanlarının xatirəsinə həsr olunan çoxsaylı tədbirlər təşkil olunub. Azərbaycan dövləti və xalqının maraqlarına daha ardıcıl və sistemli şəkildə müdafiə etməsi üçün Türkiyə Azərbaycan Dərnəyi (TAD) diaspor təşkilatını yaratmışdır.
Sinan Paşa
Sinan Paşa və ya Sinanüddin Yusuf Paşa (ö. 21 dekabr 1553), I Süleyman dönəmində, 1550–1553-cü illərdə Osmanlı Donanmasının Kaptan-ı dəryası olmuşdur. Osmanlı Xanədanı ilə qohumluq əlaqəsi olan Sinan Paşa I Süleymanın qızı Mehrimah Sultanın əri sədrəzəm Kürəkən Rüstəm Paşanın qardaşı idi. Xorvat əsilli xristian bir ailənin övladı olaraq Sarayevo yaxınlarında yerləşən Butomir kəndində dünyaya gəlmişdir. Böpyük qardaşı Kürəkən Rüstəm Paşa və Nəfisə adlı bacısının olduğu bilinir. Sinan Paşa Əndərunda yetişdirilmişdir. Sokullu Mehmed Paşanın kaptan-ı dəryalığından sonra 1550 tarixində kaptan-ı dərya olaraq təyin olunmuşdur. 1551-ci ildə Malta ilə gedən Trablus Mühasirəsi və Fransaya yardım üçün aparılan Aralıq dənizi səfərlərində Osmanlı Donanmasına rəhbərlik etmişdir. Ancaq bütün bu uğurlar onun yox, o dövrdə gənc bir dənizçi olan Turqut rəisin uğuru idi. Turqut rəis, əsasən də Sinan Paşa ilə birlikdə qatıldıqları Şimali Afrika səfərindən sonra, sultanın və bütün Osmanlı dənizçilərinin gözündə Sinan Paşadan daha yüksək tutulmuş, buna baxmayaraq 1553 tarixinə qədər Sinan Paşa öz vəzifəsində qalmışdır.
Sinan Səid
Sinan Səid (1934, Kərkük – 12 iyun 1991, Bağdad) — Türkman əsilli müğənni, alim-pedaqoq, tərcüməçi, jurnalist və publisist. Sənətçi, şair və jurnalist Sinan Səid 1934-cü ildə Kərkük şəhərində anadan olmuşdur. Nəsilli-köklü bir ailəyə mənsub olan Sinan Səid ibtidai və orta təhsilini Kərkükdə başa vurduqdan sonra pedaqoji instituta qəbul olaraq 1952-ci ildə rəsm müəllimi ixtisasından məzun olub. Həmin ildən Kərkük qalasındakı "Tahirə" ibtidai məktəbində müəllim vəzifəsində işləməyə başlayıb. Daha sonra "Qərbiyyə" məktəbinə təyin olunub və 1959-cu ilə qədər orada çalışıb. 1959-cu ildə Beynəlxalq Radionun ərəb şöbəsi fəaliyyətə başlayarkən Sinan Səid müqavilə əsasında Bağdad radiosundan gəlir. 1961-ci ildə SSRİ-yə gedərək Azərbaycan Dövlət Universitetinin (ADU) (indiki Bakı Dövlət Universiteti) Jurnalistika Fakültəsində təhsilini davam etdirib. 1970-ci ilə qədər Bakı Radio və Televiziya Komitəsinin ərəbcə verilişləri şöbəsində çalışmışdır. 1965-ci ildə ADU-nun jurnalistika şöbəsini bitirmiş, 1969-cu ildə Bakıda "İraq-türkman mətbuatı və ədəbi məsələlər" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Sinan Səid mahir diktor idi, gözəl səsi vardı, onun Nərminə Məmmədova ilə birlikdə “Evlərinin Öbü Yonca”, “Hər Gün Axşam Olu Dallam” və “Qızıl Üzük, Yaşıl Qaş”ı adlı mahnılar ifa edib.
Sinan dağı
Sinan dağı – Babək rayonu ərazisində dağ (hünd. 1151,2 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı zirvəsindən (3071,6 m) cənub-qərbə ayrılan Dibəkli qolunun Qırxlardağ şaxəsinin qərb istiqamətli Əshabi-kəhf ayrılmasının qurtaracağında, Nəcəfəlidizə kəndindən 2,5 km cənub-şərqdə yerləşən alçaq tirənin suayırıcında yastı zirvə. Alt Miosenin Sakaraul mərtəbəsinə aid Qızılboğaz lay dəstəsinin çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Saltaq-Kotandağ antiklinalının cənub-qərb qanadında yerləşir. Zirvə hissəsindən və şimal-şərq yamacından şimal-qərb istiqamətli faylar keçir.
Sinan Çalışkanoğlu
Sinan Çalışqanoğlu 1978-ci il, yanvar ayının 26-da Türkiyənin İstanbul şəhərində anadan olub. Akademiya İstanbul teatr fakültəsini bitirmişdir. 2007-ci ilin sentyabr ayında, Yeşim Cərən Bozoğlu ilə evlənmiş, 2010-cu ildə isə boşanmışdır. 2013-cü ildə Tuğba Sarıünal ilə evlənmişdir. Rüzgarla Yarışan Tay Qisasa qisas Bir Təbəssüm Dönə Dönə Ayşəgül Hindisdanda Ayşəgül Çətinlikdə Terapi Cin Əli Aşiq Garanti Bankası Ülkər Opet Ace Biskrem Turkcell Tosun ilə Yabancı Damat Ən Son Atalar eşidər (Köməkçi aktyor, Ev kirəliyən) 2004 Sırlar Dünyası 2002 Bir İstanbul Nağılı (Köməkçi aktyor) 2003 Həyat Bilgisi (Atacan) 2003 Görünməz Adam (Qul Haqqı) 2004 Tərs Köşe 2005 Dəvətsiz Müsafir (Megapiksel Yüksel) 2005 Selena (Hades) 2006 - 2009 Türk Malı (Yarcan) 2010 Yahşi Cazibe-Ejder Taşkın 2011 Şanslı Masa - Moderatör (2011 - 2012 - 2013) Türk'ün Uzayla İmtihanı - Lazer Topçu Subayı Volkan (2012) Bir Yastıkta - (2013) Kapış Kapış - Sunucu (2013) Gurbette Aşk (2013) Bir Yastıkta (Gurbette Aşk Dizisinin Devamı) (2013) İşler Güçler - (Konuk Oyuncu) (Murat'ın Lise Arkadaşı Serkan) Kertenkele - (Komiser yardımcısı Levent) 2014 - 2016 Elin Oğlu - (Sunucu) 2015-2016 Klavye Delikanlı'ları - 2017 İlk Buluşma - 2017- Beyza'nın Kadınları 2005 Polis (Haluk) 2006 Kirpi (Polis Memuru) 2008 Osmanlı Cumhuriyeti (Piştici 1) 2008 İncir Reçeli (Erol) 2010 Sabit Kanca (Bilgin) 2013 İncir Reçeli 2 (Erol) 2014 Selena serialının Hadesi Sinan çalışqanoğlu əsgərə gedir.
Sinan Çalışqanoğlu

Sinan Şeyxi
Sinanəddin Yusif Gərmiyani Şeyxi (XIV əsr, Germiyanoğulları bəyliyi – 1431, Germiyanoğulları bəyliyi) — Türk Divan şairi. XV əsr türk ədəbiyyatı tarixində Şeyxinin özünəməxsus yeri var. XIV əsrin sonu, XV əsrin əvvəllərində yaşayıb. Şeyxi təxəllüslü Yusuf Sinanəddin Germiyani (?-1431) Germiyanda (Kütahiyədə) anadan olub. Öz təhsilini Germiyanda başa vurduqdan sonra biliyini artırmaq üçün İrana gedib, orada tibb, təsəvvüf, ədəbiyyat sahəsində savad alıb, göz həkimi ixtisasına yiyələnib. Ona tibblə məşğul olmasına görə adına həkim Sinan da deyiblər. İrandan Ankaraya dönüb, Hacı Bayram Vəli ilə yaxın olub, Şeyxi ləqəbini də bu üzdən alıb. Germiyanda göz həkimliyi edən Şeyxi əvvəl Germiyan hakimi II Yaqubun, sonra Süleyman şahın dönəmində, 1425-ci ildə Çələbi Mehmedin Karaman savaşı zamanı gözləri ağrıdığından onun gözünü müalicə edib, əvəzində Tokuzlular kəndi ona hədiyyə edilib. Şair 1431-ci ildə vəfat edib. Onun əldə üç əsəri var.
Dəftərdar Sinan Paşa
Dəftərdar Sinan Paşa (ö. 1596) — III Murad və III Mehmed səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi və əsli haqqında məlumat yoxdur. Saray dəftərxanasında yetişdikdən sonra Anadolu dəftərdarı olaraq saraydan ayrıldı. 1582-ci ildə Misir dəftərdarı, 2 il sonra isə Misir bəylərbəyi təyin edildi. Ancaq illik Misir xəzinəsinin həmişəkindən az gəlməsi nəticəsində haqqındakı şaiyələr çoxaldı və 1587-ci ilin aprelində vəzifədən alındı. 1590-cı ildə Diyarbəkir, Mərəş, Konya və 1595-ci ildə Sivas bəylərbəyi oldu. Bu vəzifədə ikən 1596-cı ildə vəfat etdi. == Mənbə == Sicill-i Osmani V, səh.
Sinan Şamil Sam
Sinan Şamil Sam (23 iyun 1974, Hamburq, Almaniya Federativ Respublikası – 30 oktyabr 2015, İstanbul) — Almaniya azərbaycanlılarından olan ağır çəkili peşəkar boksçu. Əsli Türkiyənin Qars şəhərindəndir. Əsli Cənubi Azərbaycandan Amasyanın Penbek kəndinə, oradan da 1926-cı ildə Qarsın Akyaka Şahnalar kəndində yerleşən Oruc Samın nəvəsi idi. Sinan Şamil Sam 1974-cü ildə Almaniyanın Frankfurt şəhərində anadan olub. Həvəskar boks üzrə doqquzqat Türkiyə çempionu olub. 1992-ci ildə dünya çempionu adını qazanıb. 1999-cu ildə böyüklər arasında da dünya çempionu olmağı bacarıb. 15 aprel 2000-ci ildə peşəkar boksa başlayıb. 12 oktyabr 2002-ci ildə polşalı Przemyslaw Saletı məğlub edərək Avropa çempionu olub. "Boğazın buğası" ləqəbi ilə tanınıb.
Atik Sinan
Atik Sinan və ya Azad Sinan (XV əsr, Konstantinopol – 1471, Konstantinopol)) — Osmanlı memarıdır. Əslən II Mehmedin işğal etdiyi yunan torpaqlarından == Həyatı == Atik azad edilmiş qullara verilən ad olub. Memar haqqında müasir dövrə qədər az məlumat gəlib çatsa da, adının qarşısındakı atik sözündən onun xristian qullardan olduğu məlum olur. 18-ci əsrin əvvəllərində “Osmanlı dövlətinin yüksəlişi və çöküşü” adlı kitabın müəllifi, münəccim və bəstəkar Dimitri Qantəmirə görə əsl adı Xristodulos'dur. Osmanlı qaynaqlarında isə Abdullah olaraq göstərilmişdir. Hər ikisi “Allahın qulu” mənasına gəlir. Qantəmirə görə Xristodulos Fateh II Mehmetin sevimli memarı olub. Fateh onun xahişi ilə monqolların Müqəddəs Məryəm kilsəsi və ya Qanlı kilsə olaraq tanınan Panaia Muchlotissa kilsəsini heç vaxt məscidə çevirməyəcəyi fərmanını imzalamışdır. Bu kilsə həmin fərman nəticəsində Bizans dövründən qalan, lakin yerində məscid tikilməyən yeganə kilsə olmuşdur. Fərmanın bir nüsxəsi indi də kilsədə saxlanılır.
Sinan Engin
Sinan Engin (4 noyabr 1964, İstanbul) — Türk futbol şərhçisi, menecer, məşqçi və keçmiş futbolçu. O, karyerasının böyük hissəsini 1974-cü ildə infrastruktur səviyyəsində qatıldığı İstanbulda mərkəzli Beşiktaş C.K.-da keçirib. Engin U18 və U21 səviyyəsində Türkiyəni təmsil edib. Hazırda Beyaz TV-də futbol şərhçisidir.
Qatil Sinan
Sinan ibn Ənəs Nəxai (ərəb. سنان بن أنس‎; VII əsr, Kufə – 686, Kufə) — Kərbəla döyüşünün iştirakçısı. Bəzi mənbələrə görə, o, Kərbəla döyüşündə İmam Hüseynin başını kəsmişdir. Azərbaycanda Aşura günü zamanı tətbiq olunan "qətl sındı" ritualı əslində "qatil Sinan" deməkdir. Atasının adı Əbu Əmr, babası Ənəsdir. O, babasının adı ilə tanınırdı. Sinan Kufədə anadan olmuşdu. Onun doğum tarixi məlum deyil. İbn Əbil Hədid İbn Hilal Səqəfiyə istinadən qeyd etmişdir ki, İmam Əlinin xilafəti dövründə Sinan uşaq yaşlarında idi və Əli onun "Allahın rəsulunun oğlunu" öldürəcəyini proqnozlaşdırmışdı. Bəzi tarix kitablarına görə Sinan "dəlicəsinə vuruşan döyüşçü" və şair idi.
Qətli-Sinan

Sinan Çiftyürek
Sinan Çiftyürek (1952, Hilvan[d], Şanlıurfa ili) — yazıçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Sinan Çiftyürek 1952-ci ildə Şanlıurfa ilinin Hilvan ilçəsində anadan olub. İbtidai və orta təhsilini Hilvan ilçəsində alıb. Tokat Müəllimlər Liseyindən məzun olub. Tədqiqatçı və yazıçı olaraq tanınır. İqtisadi, siyasi, mədəni və sosioloji mövzularda məqalələrin, o cümlədən 8 dərsliyin müəllifidir. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Van ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Kənd Təsərrüfatı, Meşə və Kənd Məsələləri Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Kürdcə bilir. Evli və 2 uşaq atasıdır.
Sinan Çətin
Sinan Çətin (türk. Sinan Çetin; 1 mart 1953) — Türkiyə kinorejissoru, aktyoru və prodüseri. O, azərbaycanəsillidir. 12–ci Dəkkə Beynəlxalq Film Festivalında ən yaxşı rejissor mükafatını qazanmışdır. Sinan Çətin 1 mart 1953-cü ildə Türkiyənin Van şəhərində, gömrük məmurunun ailəsində anadan olmuşdur. O, ailənin səkkiz övladından biridir. Ana tərəfdən azərbaycanəsilli, ata tərəfdən gürcüəsillidir. İbtidai təhsilini Aşqala rayonunda almışdır. Hacettepe Universitetinin Ədəbiyyat fakültəsində sənət tarixi üzrə təhsil almışdır. Sinan Çətin tammetrajlı filmlər və teleseriallar, əsas isə reklamlar çəkmişdir.
Xoca Sinan Paşa
Xoca Sinan Paşa (d. 1440 - ö. 1486 Gəlibolu) - Fateh Sultan Mehmed səltənətində 1476-1477 illəri arasında sədrəzəmlik etmiş Osmanlı dövlət adamıdır. İstanbulun ilk qazısı Xıdır Bəyin oğlu olub, təhsildən sonra Ədirnədə bir mədrəsəyə və yenə orada Darü'l-hədis mədrəsəsinə müdərris olmuşdur. Fateh Sultan Mehmed, vəzirlik verdiyi Sinan Paşanı özünə müəllim təyin etmiş və 1476 da vəzifədən alınan Gədik Əhməd Paşanın yerinə sədrəzəm təyin etmişdir. Bir ilə yaxın bu vəzifədə qaldıqdan sonra bilinməyən bir səbəblə vəzifədən alınaraq həbs edildi. İstanbul alimlərinin reaksiyası səbəbilə padşah Sinan Paşanı həbsdən çıxararaq Sivrihisar qazılığını verdi. Fatehin ölümünə qədər Sivrihisarda qaldı və II. Bəyazid padşah olduqda vəzirliyə qaytarıldı. Gəlibolu sancağına təyin olunub, 1486-ci ildə vəfat etmişdir.
Sinan ibn Ənəs
Sinan ibn Ənəs Nəxai (ərəb. سنان بن أنس‎; VII əsr, Kufə – 686, Kufə) — Kərbəla döyüşünün iştirakçısı. Bəzi mənbələrə görə, o, Kərbəla döyüşündə İmam Hüseynin başını kəsmişdir. Azərbaycanda Aşura günü zamanı tətbiq olunan "qətl sındı" ritualı əslində "qatil Sinan" deməkdir. Atasının adı Əbu Əmr, babası Ənəsdir. O, babasının adı ilə tanınırdı. Sinan Kufədə anadan olmuşdu. Onun doğum tarixi məlum deyil. İbn Əbil Hədid İbn Hilal Səqəfiyə istinadən qeyd etmişdir ki, İmam Əlinin xilafəti dövründə Sinan uşaq yaşlarında idi və Əli onun "Allahın rəsulunun oğlunu" öldürəcəyini proqnozlaşdırmışdı. Bəzi tarix kitablarına görə Sinan "dəlicəsinə vuruşan döyüşçü" və şair idi.
Memar Sinan Gözəl Sənətlər Universiteti
Mimar Sinan Güzel Sanatlar Universiteti (türk. Mimar Sinan Güzel Sanatlar Üniversitesi) — Türkiyənin İstanbul ilində universitet.
Memar Sinan İncəsənət Universiteti
Mimar Sinan Güzel Sanatlar Universiteti (türk. Mimar Sinan Güzel Sanatlar Üniversitesi) — Türkiyənin İstanbul ilində universitet.
Oktay Sinanoğlu
Oqtay Sinanoğlu (türk. Oktay Sinanoğlu, 25 fevral 1935, Bari – 19 aprel 2015, Mayami, Florida25 fevral 1935) — professor, Humboldt mükafatı laureatı Oqtay Nüzhət oğlu Sinanoğlu 26 fevral 1935-ci ildə İtaliyanın Bari şəhərində anadan olmuşdur. Atası o dövrdə Türkiyənin İtaliyadakı səfiri olduğunda Oqtay 1939-cu ilə qədər ailəsi ilə burada yaşamışdır. 1939-cu ildə Türkiyəyə qayıtdıqdan sonra Ankara şəhərində Yenişəhər Liseyində təhsil almağa başlamışdır. 1953-cü ildə orta məktəbi bitirən Oqtay təhsilini davam etdirmək üçün ABŞ-yə yola düşür. O, 1956-cı ildə Kaliforniya Universitetini (Berkli) kimya mühəndisi ixtisası üzrə ən yüksək göstəricilərlə başa vurur. 1957-ci ildə 8 ay müddətinə Massaçuset Texnologiya İnstitutunda təhsilini ən yüksək qiymətlərlə başa vurduqdan sonra 2 il ərzində Kaliforniya Universitetində doktorluq işini tamamlayır. 1960-cı ildən Yel (Yale) Universitetinde associate professor kimi fəaliyyət göstərməyə başlayır. 1961-ci ildə o, "Alfred P. Sloan" mükafatına, 1963-cü ildə 28 yaşında professor adına layiq görülür və XX əsrdə Yel Universitetinin ən gənc professoru olur. Bundan başqa o, Molekulyar biologiya kafedrasına ömürlük rəhbərlik etmək hüququ da qazanır.
Oqtay Sinanoğlu

Qəlat-i Sinan (Soyuqbulaq)
Qəlat-i Sinan (fars. قلات سنان‎‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 40 nəfər yaşayır (9 ailə).
Sibir sinanxumu
Cynanchum sibiricum (lat. Cynanchum sibiricum) - cynanchum cinsinə aid bitki növü.
Sinanthropus pekinensis
Erektus (lat. Homo erectus) — i̇nsan cinsinə aid nəsli kəsilmiş növ.İlk dəfə 2 milyon il əvvəl ortaya çıxdı və 110.000 il əvvəl yox oldu. Ayrıca Erektus'un insanın da atası olduğu hesab olunur.
Sinanxum
Cynanchum (lat. Cynanchum) - kəndirkimilər fəsiləsinə aid bitki cinsi.

Значение слова в других словарях