SİNQÁ

[ rus. ] tib. Qidada vitaminlərin çatışmaması nəticəsində meydana gələn və diş ətinin boşalması, yumşalması və ondan qan axması şəklində təzahür edən xəstəlik.
SİNKOQRÁFİYA
SİNQALI
OBASTAN VİKİ
Sinqa
Sinqa - Qidada vitaminlərin, xüsusilə də C vitamini (abskorbik turşusu), çatışmaması nəticəsində meydana gələn və diş ətinin boşalması, yumşalması və ondan qan axması şəklində təzahür edən xəstəlik. Xəstəliyin erkən əlamətlərinə zəiflik, yorğunluq hissi və qol və ayaq ağrısı göstərilə bilər. Müalicə edilmədən qırmızı qan hüceyrələrinin azalması, diş əti xəstəliyi, saçlarda dəyişiklik və dəridən qanaxma baş verə bilər. Xəstəlik irəlilədikcə yaraların sağalmasında zəiflik, şəxsiyyət dəyişikliyi və nəhayət infeksiya və ya qanaxma nəticəsində ölüm baş verməsi mümkündür. Simptomlar ortaya çıxması üçün ən az bir ay qidalanma rejimində C vitaminin olmamalıdır. Müasir dövrdə sinqa ən çox zehni pozğunluqları, qeyri-adi yemək vərdişləri, alkoqolik olanlarda və tək yaşayan yaşlı insanlarda baş verir. Digər risk faktorlarına bağırsaq malabsorbsiyası və dializ daxildir. Bir çox heyvan öz C vitaminini istehsal etsə də, insanlar və bir sıra canlılarda bu funksiya yoxdur. Kollagenin formalaşması üçün C vitamini tələb olunur. Diaqnozu, ümumiyyətlə, fiziki əlamətlərə, rentgen şüalarına və müalicədən sonrakı yaxşılaşmaya əsaslanır.
Sinqa xəstəliyi
Sinqa - Qidada vitaminlərin, xüsusilə də C vitamini (abskorbik turşusu), çatışmaması nəticəsində meydana gələn və diş ətinin boşalması, yumşalması və ondan qan axması şəklində təzahür edən xəstəlik. Xəstəliyin erkən əlamətlərinə zəiflik, yorğunluq hissi və qol və ayaq ağrısı göstərilə bilər. Müalicə edilmədən qırmızı qan hüceyrələrinin azalması, diş əti xəstəliyi, saçlarda dəyişiklik və dəridən qanaxma baş verə bilər. Xəstəlik irəlilədikcə yaraların sağalmasında zəiflik, şəxsiyyət dəyişikliyi və nəhayət infeksiya və ya qanaxma nəticəsində ölüm baş verməsi mümkündür. Simptomlar ortaya çıxması üçün ən az bir ay qidalanma rejimində C vitaminin olmamalıdır. Müasir dövrdə sinqa ən çox zehni pozğunluqları, qeyri-adi yemək vərdişləri, alkoqolik olanlarda və tək yaşayan yaşlı insanlarda baş verir. Digər risk faktorlarına bağırsaq malabsorbsiyası və dializ daxildir. Bir çox heyvan öz C vitaminini istehsal etsə də, insanlar və bir sıra canlılarda bu funksiya yoxdur. Kollagenin formalaşması üçün C vitamini tələb olunur. Diaqnozu, ümumiyyətlə, fiziki əlamətlərə, rentgen şüalarına və müalicədən sonrakı yaxşılaşmaya əsaslanır.
Dəniz Həyatı Parkı (Sinqapur)
Dəniz Həyatı Parkı» (ing. Marine Life Park) — Sinqapurun Sentosa adasında yerləşən dünyanın ən böyük okeanariumu. Park 22 noyabr 2012 -ci ildə açılmış və iki hissədən ibarətdir: S.E.A Aquarium okeanariumu və Adventure Cove Waterpark su əyləncə mərkəzi. == Okeanarium == Okeanariumda 45 000 000 litr həcmində dəniz suyu cəmləşib. Parkda 100 000 dəniz canlısı, 800 növ məskunlaşıb. Okeanarium 10 yaşam sahəsinə və 49 dəniz arealından ibarətdir. Mərkəzi akvarium açıq okean bölməsidir. Məhz burda dünyanın ən böyük müşahidə aynası yerləşir. Eni 36 metr, hündürlüyü 8,3 metr olan bu bölmə ziyarətçilərdə əsil dəniz dibi illuziyası yaradır. Okeanariumda dünyanın ən böyük skatların sərgisi nümayiş olunur.
Ermənistan–Sinqapur münasibətləri
Sinqapur—Ermənistan münasibətləri — Sinqapur və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Ölkələrin ikitərəfli münasibətlərdə daimi səfirlikləri yoxdur. Ermənistanın Pekindəki səfirliyi Sinqapurda akkreditə olunmuşdur. Sinqapurun Ermənistanda nümayəndəliyi yoxdur. == Tarix == Malay yarımadasında ermənilərə aid ilk xatırlatmalar 1669-cu ilə aiddir. O dövrdə Sinqapurda 87 erməni yaşayırdı. XIX əsrin sonunda İrandan Sinqapura köçən Sarkis soyadlı dörd qardaş - Martin, Tiqran, Avet və Arşak həyatları boyunca otel işinin əsl əfsanəsinə çevrilir. 23 yaşındakı Tiqran Sarkis otel işində ilk addımlarını atmağa başlayır. Bir müddət sonra Martin və Avet ilə birlikdə, qısa müddətdə E. & O. adlanan The Eastern and Oriental Otelini qururlar. Ütəlik Sinqapurdakı ən qədim xristian kilsəsi erməni köçkünlər tərəfindən tikilmişdir.
Mediasiya üzrə Sinqapur Konvensiyası
BMT-nin Mediasiya / Vasitəçilik səbəbindən ortaya çıxan beynəlxalq məskunlaşma haqqında Konvensiyası, yəni BMT-nin vasitəçilikdən irəli gələn məskunlaşma müqavilələrinin icrası haqqında Konvensiyası, BM-nin vasitəçilik / vasitəçilikdən irəli gələn beynəlxalq məskunlaşma müqavilələri haqqında Konvensiyası 20 dekabr 2018-ci il tarixində qəbul edildi və açıq 7 avqustda imza üçün. 12 sentyabr 2020-ci il tarixində qüvvəyə minən Konvensiyanın 14-cü maddəsinə uyğun olaraq beynəlxalq ticarətdə ticarət mübahisələrin alternativ həllini tənzimləyir və məhkəmə qərarları kimi qüvvəyə minən beynəlxalq həll razılaşmalarına və bağlanan mübahisələrin həllinə dair müqavilələrə daxili / ailə / şəxsi məqsədlər, həmçinin miras, ailə, əmək qanunvericiliyi şamil edilmir.
Mərcan adası (Sinqapur)
Mərcan adası (ing. Coral Island) — Sinqapur dövlətinin ərazisinə daxil olan təbii ada. Sentosa adasından cənub-qərbdə yerləşir. Ada bahalı istirahət ərazilərdindəndir. Burada burada villalar, kazinolar, çimərliklər, Kempinq üçün yerlər vardır.
Sinqal dili
Sinhal dili (සිංහල, ISO 15919: siṁhala) — həmçinin yerli olaraq Helabasa kimi tanınan, Sinhalların ana dilidir ki, Şri-Lankanın ən böyük etnik qrupunu təşkil edirlər və sayıları təxminən 15 milyon nəfərdir.Sinhala həmçinin cəmi 3 milyona yaxın , Şri-Lankanın digər etnik qruplar tərəfindən ikinci dil kimi danışılır. Sinhala dili, Hind-Avropa dillərinin Hind-ari qrupuna aid olan dildir. Sinhal Tamil dili ilə yanaşı, Şri-Lankanın rəsmi və milli dillərindən biridir.
Sinqapur
Sinqapur, rəsmi adı ilə Sinqapur Respublikası — Cənub-Şərqi Asiyada yerləşən suveren ada ölkəsi və şəhər-dövlət. Qərbdə Malakka boğazı, cənubda Sinqapur boğazı, şərqdə Cənubi Çin dənizi və şimalda Cohor boğazı ilə həmsərhəddir. Ölkənin ərazisi bir əsas adadan, 63 kiçik adadan və bir kənar adadan ibarətdir; bu adaların ümumi sahəsi müstəqillik əldə edildikdən sonra həyata keçirilən geniş meliorasiya layihələri nəticəsində 25% artmışdır. Sinqapur əhali sıxlığına görə dünyada üçüncü yerdədir. Çoxmədəniyyətli əhaliyə malik olan Sinqapurda dörd rəsmi dil var: ingilis, malay, mandarin və tamil. İngilis dili linqva frankadır və bir çox dövlət xidmətləri yalnız ingilis dilində mövcuddur. Çox irqçilik konstitusiyada təsbit olunub və təhsil, mənzil və siyasət sahələrində milli siyasəti formalaşdırmağa davam edir. Sinqapurun tarixi ən azı minilliklərə qədər uzanır. Tarixdə Tumasik [en] kimi tanınan dəniz emporiumu və sonradan ardıcıl olaraq bir neçə talassokratik imperiyaların əsas tərkib hissəsi olmuşdur. Müasir Sinqapur 1819-cu ildə Stemford Rafflz tərəfindən Britaniya imperiyasında ticarət limanı kimi qurulmuşdur.
Sinqapur (ada)
Sinqapur (malay Pulau Ujong («yarımadanın qurtaracağındakı ada») — Sinqapur dövlətinin əsas adası. Ada ölkə ərazisinin böyük hissəsini təşkil edir. Əhalinində çoxu məhs bu adada məskunlaşıb. Ən ucqar şimal nöqtəsi Sembavanqdır. Ucqar qərb və cənub nöqtəsi isə Tuasdır. Canqi Bay isə ucqar şərq nöqtəsidir. Ekvatordan 137 km şimalda yerləşib. Malay yarımadasından Cohor boğazı ilə ayrılıb. Boğazın eni 1 km-dir. Cənubdan İndoneziyadan adanı Sinqapur boğazı ayırır.
Sinqapur (dəqiqləşdirmə)
Sinqapur — Cənub-Şərqi Asiyada yerləşən şəhər-dövlət. Sinqapur adası — Sinqapur dövlətinin əsas adası. Sinqapur çayı — Sinqapur adasında olan çay.
Sinqapur (çay)
Sinqapur — Sinqapur adasında olan çay. Şəhərin Mərkəzi regionu boyunca axaraq Sinqapur boğazına tökülür. Sinqapur çayı şəhərin tarixi ərazisi hesab edilir. Əfsanəyə görə məhz bu çay yaxınlığında şahzadə Sanq Nila Utama şiri görmüş və burdanda adanın, çayın və şəhərin adı meydana gəlmişdir — sinqa pura, "şir şəhəri". 1819-cu ildə Rafflz Stemford çayda britaniya ticarət bazası yaratmış və müasir şəhərin əsası olmuşdur. Çay əsas magistral nəqliyyat vasitəsi kimi ərazinin məskunlaşmasında böyük rol oynamışdir. Şəhərin böyüməsi və çaydan intensiv istifadə sonda çayın güclü çirklənməsinə gətirib çıxarmış. Müstəqillik qazandıqdan sonra görülən ilk işlərdən biri bu tarixi ərazinin və çayın əvvəlki vəziyyətinin bərpası oldu. 1960-cı illərdə şəhərin yenidən planlaşdırılması həyata keçirildi, 1970-ci ildən çayda yük daşınması digər çaya — Keppele keçirilidi və bununla da şəhərin su nəqliyyat xətlərinin yenidən bərpasına başlanıldı. 1977-ci ildən Ətraf mühütün müdafiəsi nazirliyi çox çətin bir işə başladı: Sinqapur çayının təmizlənməsi.
Sinqapur 2018 Qış Olimpiya Oyunlarında
Sinqapur 2018 Qış Olimpiya Oyunlarında 1 idman növündə 1 idmançı ilə təmsil olunacaqdır. Bu ölkənin ilk qış olimpiya oyunları olacaqdır. Bu yarışma üzrə lisenziyalar 2017-ci dünya çempionatına əsasən müəyyən edilir. Nəticədə Sinqapur bir qadın olmaqla yarışmada təmsil olunacaqdır. Ölkəni Şayenn Qox təmsil edəcəkdir.
Sinqapur Milli Universiteti
Sinqapur Milli Universiteti və ya qısaca: NUS (malay Universiti Kebangsaan Singapura; çin. 新加坡國立大學) — Sinqapurun ən məşhur universitetlərindən biri; ölkədə yaranmış ilk ali təhsil müəssisəsi. Sinqapurun Kent Ric rayonunda yerləşir. Dünyada biotibbi, ictimai, dəqiq elmlər və maşınqayırma sahəsi üzrə tanınıb. 1904-cü ilin sentyabrında Tan Jiak Kim bir qrup Çin və digər icma nümayəndələrinə rəhbər təyin edilir. T.J.Kim Streyts Settlmentsin (Böyük Britaniyanın Cənub-Şərqi Asiyadakı müstəmləkəsi) qubernatoru Con Andersona müraciət edərək Sinqapurda tibb məktəbi yaratmaq istədiyini bildirir. 3 iyul 1905-ci ildə tibb məktəbi yaradılır və onun adı bütövlükdə Streyts və Malayziya Federativ Hökumətinin Tibb Məktəbi kimi qeyd olunur. Məktəbin binası ilə birgə tibb kitabxanasının binası da tikilir. 1912-ci ildə kral VII Edvard Tibb Məktəbinə 120000 dollar dəyərində yardım edir. 1913-cü ildə Tibb Məktəbi Kral VII Edvard adına Tibb Məktəbi, 1921-ci ildə isə təhsil müəssisəsinin akademik statusunu vurğulamaq üçün məktəb Kral VII Edvard adına Tibb Kolleci adlandırılır.
Sinqapur Respublikası
Sinqapur, rəsmi adı ilə Sinqapur Respublikası — Cənub-Şərqi Asiyada yerləşən suveren ada ölkəsi və şəhər-dövlət. Qərbdə Malakka boğazı, cənubda Sinqapur boğazı, şərqdə Cənubi Çin dənizi və şimalda Cohor boğazı ilə həmsərhəddir. Ölkənin ərazisi bir əsas adadan, 63 kiçik adadan və bir kənar adadan ibarətdir; bu adaların ümumi sahəsi müstəqillik əldə edildikdən sonra həyata keçirilən geniş meliorasiya layihələri nəticəsində 25% artmışdır. Sinqapur əhali sıxlığına görə dünyada üçüncü yerdədir. Çoxmədəniyyətli əhaliyə malik olan Sinqapurda dörd rəsmi dil var: ingilis, malay, mandarin və tamil. İngilis dili linqva frankadır və bir çox dövlət xidmətləri yalnız ingilis dilində mövcuddur. Çox irqçilik konstitusiyada təsbit olunub və təhsil, mənzil və siyasət sahələrində milli siyasəti formalaşdırmağa davam edir. Sinqapurun tarixi ən azı minilliklərə qədər uzanır. Tarixdə Tumasik [en] kimi tanınan dəniz emporiumu və sonradan ardıcıl olaraq bir neçə talassokratik imperiyaların əsas tərkib hissəsi olmuşdur. Müasir Sinqapur 1819-cu ildə Stemford Rafflz tərəfindən Britaniya imperiyasında ticarət limanı kimi qurulmuşdur.
Sinqapur Xarici İşlər Nazirliyi
Sinqapur Xarici İşlər Nazirliyi (malay Kementerian Ehwal Luar Negeri) — Sinqapur dövlət icra orqanı, ölkələr arasında diplomatik əlaqələrin inkişaf etdirilməsi və idarə olunmasından məsuliyyət daşıyan qurum. 1965-ci ildə dövlət müstəqilik əldə etdikdən sonra Nazirlik formalaşmağa başlayır. Sinqapur 188 ölkə ilə diplomatik əlaqələri saxlamaqdadır. Şəhərdəki 70 səfirlik və yüksək komissarların nümayəndəlikləri, 43 konsulluq və 11 Beynəlxalq təşkilat mövcuddur. Bundan əlavə, Sinqapur ərazisində daimi nümayəndəlik olmayan, 60 ölkənin səfirliyi akkreditə olunmuşdur.
Sinqapur Zooloji Parkı
Sinqapur zooparkı (çin. 新加坡动物园; malay Taman Haiwan Singapura; tam. சிங்கப்பூர் விலங்குக் காட்சிச்சாலை), также как Manday zooparkı, adı ilə tanınan, 28 hektarlıq qoruyucu ərazi. Zoopark su anbarı sahilində yerləşib, ətraf ərazi sıx meşə ilə əhatə olunub. Zooparkın tikintisinə 9 milyon dollar pul xərclənib. Açılış 27 iyun 1973-cü ildə baş tutmuşdur. Zoparkda 315 heyvan növü, onlardan 16 % nəsli kəsilmək üzrədir. Zooparkı il ərzində 1,6 milyon əhali ziyarət edir. Zooparkı ilk fəaliyyəti zamanı ənənəvi hal gözə çarpırdı- heyvanları açıq qəfəslərdə və şüşə ara kəsmələrdə nümayiş etdirmək. 1977-ci ildə məşhur primatoloq Fransin Niqo on səkkiz oranqutan ilə qəfəsdə altı ay birgə yaşamışdı.
Sinqapur adası
Sinqapur (malay Pulau Ujong («yarımadanın qurtaracağındakı ada») — Sinqapur dövlətinin əsas adası. Ada ölkə ərazisinin böyük hissəsini təşkil edir. Əhalinində çoxu məhs bu adada məskunlaşıb. Ən ucqar şimal nöqtəsi Sembavanqdır. Ucqar qərb və cənub nöqtəsi isə Tuasdır. Canqi Bay isə ucqar şərq nöqtəsidir. Ekvatordan 137 km şimalda yerləşib. Malay yarımadasından Cohor boğazı ilə ayrılıb. Boğazın eni 1 km-dir. Cənubdan İndoneziyadan adanı Sinqapur boğazı ayırır.
Sinqapur bayrağı
Sinqapur bayrağı — Sinqapurun rəsmi dövlət simvollarından biri. İlk dəfə 1959-cu ildə Sinqapur Britaniya İmperiyasına daxil olduğu dövrdə təsdiq edilib. İkinci dəfə 8 avqust 1965-ci ildə həmin bayraq müstəqil dövlətin rəmzi kimi qəbul edilib. Sinqapurun dövlət bayrağı 2 bərabər üfüqi zolaqdan ibarətdir: qırmızı və ağ. Qırmızı zolağın solunda aypara və 5 ulduz şəkli təsvir olunub. Sinqapurun bayrağını hazırlayan şəxs To Çin Çaedir. 1965-ci ildə rəsmi olaraq ölkənin milli bayrağı kimi qəbul edilib. Qırmızı rəng insanların ümumi qardaşlığını və bərabərliyini təmsil edir. Ağ rəng paklıq və yaxşılıq rəmzidir. Aypara şəkli gənc və inkişaf edən milləti tərənnüm edir.
Sinqapur boğazı
Sinqapur boğazı — Cənubi Çin dənizi ilə Malakka boğazını birləşdirir. Şimalda Malakka yarımadası, Sinqapur adası və cənubda Piay arxipelaqı yerləşir. Uzunluğu 114 km, eni isə 12–21 km təşkil edir. Ən dayaz yeri 22 metrdir. Boğazın adlanmasına gəldikdə eyni adlı ada, şəhər, dövlət və limanın adından götürülmüşdür. Malakka və Sinqapur boğazlar Sakit okean və Hind okeanı əsas dəniz yolu hesab edilir. İl ərzində boğazdan 50,000 gəmi keçir. Hind okeanının digər boğazlarında olduğu kimi buradada dəniz quldurluğu yayılıb. İndoneziya və Sinqapur dövlətləri tələfindən il ərzində 1500 quldur basqınları qeydə alınır.
Sinqapur coğrafiyası
Sinqapur - Cənub-Şərqi Asiyada yerləşən kiçik, yüksək urbanizasiyalaşmış ada-şəhər-dövlət. Sinqapur Malay yarımadasının cənub ucunda, Malayziya və İndoneziya arasında yerləşir. Adanın ümumi sahəsi - 719,1 km²-dir. Sahil xətlərinin uzunluğu - 193 km-dir. Sinqapuru İndoneziyadan Sinqapur boğazı, Malayziyadan isə - Cohor boğazı ayırır. Sinqapur əsas hissəsi - Pulau Udzhong adasında yerləşir. Ada rombşəkkili formadadır. Əsas adadan başqa Sinqapur dövləti çoxsaylı kiçik adalara məxsusdur. Ən ucqar adası - Pedra Brancadır. Sinqapura aid kiçik adalardan ən böyük olanları Yurong, Pulau Tekong, Pulau Yubin və Sentosadır.
Sinqapur dolları
Sinqapur dolları (ing: Singapore dollar) Sinqapurda istifadə olunan pul vahidi. Sinqapur dolları $ işarəsi ilə və ya ya digər dollar valyutalarından ayrılmaq üçün S$ işarəsindən istifadə olunur. Dollar 100 sentə bölünür. 2014-cü ildə Sinqapurun illik inflyasiya nisbəti 1,2% idi. Beynəlxalq pul kodu SGD-dir.
Sinqapur himni
Majulah Singapura (malay dilindən tərcümədə: İrəli, Sinqapur) — Sinqapurun dövlət himni. Sinqapurun dövlət himni ölkə bayrağı və gerbi ilə birlikdə millətin mədəni individuallığını ifadə edir. Himn Sinqapurun milli və dörd rəsmi dilindən biri olan malay dilində oxunur. Himnin musiqisi və sözləri 1956-1957-ci illərdə - ölkədə millətçiliyin geniş vüsət aldığı bir dövrdə bəstələnmiş və yazılmışdır. Himnin bəstəkarı və sözlərinin müəllifi Zubir Səid "Majulah Singapura" (İrəli, Sinqapur) şüarını əsas götürmüşdür. 1965-ci ildə Sinqapur müstəqilliyini elan edəndən sonra bu himn dövlət himni statusu almışdır. Majulah Singapura Mari kita rakyat Singapura Sama-sama menuju bahagia Cita-cita kita yang mulia Berjaya Singapura Marilah kita bersatu Dengan semangat yang baru Semua kita berseru Majulah Singapura Majulah Singapura İrəli, Sinqapur Biz, Sinqapur xalqı, Birlikdə xoşbəxtliyə doğru gedirik. Bizim nəcib arzumuzdur - Sinqapuru uğura qovuşdurmaq. Gəlin birləşək Yeni mənəvi əsasda Və birlikdə deyək: İrəli, Sinqapur! İrəli, Sinqapur!
Sinqapur limanı
Sinaqapur limanı — Sinqapurun ən əsas gəlir mənbəyidir.Limanın 1819-cu ildə tikintisi başa çatmışdır. Hind okeanından Sakit okeana çıxan gəmilər bu limandan keçir. Buna görə də, Sinqapur limanı 2019-il etibarı ilə 37.8 Milyon nəqliyyat tonajı (TEU) ilə dunyanın birinci ən çox istifadə edilən limanı olmuşdur. Limanın 123 ölkədə 600-dan çox limanla əlaqəsi var.Liman Sinqapur iqtisadiyyatı üçün çox önəmlidir. Çünki bu liman Sinqapur dövlətinə hər il milyardlarla pul qazandırır.
Sinqapur metropoliteni
Sinqapur metropoliteni Sinqapurda dəmir yolu sisteminin əsas komponentini təşkil edən sürətli bir tranzit sistemi olub, şəhərin bir çox hissəsini əhatə edir. Sistem 1987 ci il 7 noyabr tarixində fəaliyyətə başlamış və yalnız Toa Payoh və Yio Chu Kang arasında mövcud idi. Yaradılmasında məqsəd Sinqapurun nəqliyyat sisteminin əsasını təşkil edən geniş bir dəmir yolu şəbəkəsini inkişaf etdirmək idi. Şəbəkə 199,6 kilometr (124,0 mil) marşrutu əhatə edir və 119 stansiyadan ibarətdir. Şəbəkə mərhələlər ilə tikilmişdir.7 noyabr 1987-ci ildə 5 stansiya və 6 kilometrdən artıq ərazi əhatə etməklə fəaliyyətə başlamışdır. "Şimal-Cənub" xətti mərkəzi rayondan keçir, çünki burada ictimai nəqliyyata tələbat yüksəkdir. İnsanların demək olar ki, birbaşa evlərinə daşıyan dəmir yolu konsepsiyası onun Light Rail Transit xətlərinin tətbiqi və birləşməsi ilə nəticələndi. SBS Transit (Sinqapur avtobus xidməti) tərəfindən idarə olunan "Şimal Şərq" xətti, 20 iyun 2003-cü ildə dünyada ilk tam avtomatlaşdırılmış dəmir yolu xəttlərindən biri olaraq xidmətə başladı. Sistemin 3-cü mərhələsində, 21 Oktyabr 2017-ci Downtown xəttinin son mərhələsi başa çatmış və rəsmi açılışı nəqliyyat naziri Khaw Boon Wan tərəfindən olmuşdur. Yeraltı stansiyaların əksəriyyəti havadan bombalanmaya davam edəcək və bomba sığınacaqları kimi xidmət üçün kifayət qədər dərin və möhkəmdir.
Sinqapur orxideyası
Vanda miss Coakim (çin. 卓锦万黛兰;pinyin:zhuójǐn wàndàilán) — Sinqapur səhləbi, Sinqapur orxideyası və Şahzadə Aloha orxideyası kimi də tanınan bir hibrid orxideya növü və Sinqapurun milli gülüdür.

Значение слова в других словарях