Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sinematoqraf
Kinematoqraf (yun. κινημα, κινηματος — "hərəkət" və yun. γραφω — "yazıram" sözlərindən) — kinofilmlərin istehsalını və tamaşasını təşkil edən mədəniyyət və təsərrüfat sahəsi. Bəzən sinematoqraf (fr. cinématographe) və kinematoqrafiya (rus. кинематография) kimi də adlanır. İncəsənətin ən kütləvi növü olmaqla elmi və siyasi təbliğatın mühüm vasitəsidir. Kinematoqraf kino texnikası vasitələrinə malikdir. Filmlərin istehsalı kinostudiyalarda mərkəzləşmişdir. Kino plyonkası və aparatlarının hazırlanması ilə kino sənayesi məşğul olur.
Fenomen sinematoqrafının binası
Fenomen sinematoqrafının binası və ya Kukla Teatrının binası — 1910-cu ildə Bakıda tikilmiş ilk sinematoqraf binası. Bina İosif Ploşkonun layihəsi üzrə fransız renessansı üslubunda tikilib. Hazırda binada Azərbaycan Dövlət Kukla Teatrı fəaliyyət göstərir. == Tarixi == XX əsrin əvvəllərində Bakının planlaşmasına və tamaşa müəssisələri tikintisinə yeni memarlıq mövzusu - səssiz kino göstərilməsi üçün sinematoqraf binası daxil olmuşdur. Hamının üzünə açıq olan ucuz sinematoqraf tezliklə tamaşaçıların etimadını qazanır. Bakıda sinematoqrafların ilk binası 1909-1910-cu illərdə yeni bulvarda mülki mühəndis İosif Ploşkonun layihəsi üzrə tikilmişdir. Bu binanın tikilməsi çox müzakirələrə səbəb olmuşdur. Kinematoqrafın layihəsi şəhər rəisi tərəfindən təsdiq olunduqdan sonra 1909-cu ildə yeni binanın tikilməsinə başlanıldı. Lakin şəhər hakimiyyəti "gəzinti və istirahət üçün nəzərdə tutulan bulvarda belə tikintiyə icazənin mümkünsüzlüyünü bildirdilər. Pavilyon bulvarın yaraşığını pozar və sıxlıq yaradar, buna görə də sökülməlidir" Binanı bulvarın qurtaracağında, "Qafqaz və Merkuri" cəmiyyətinin anbarları ilə yanaşı ucaltdılar, 1910-cu ilin iyununda sinematoqraf "Fenomen" adı altında fəaliyyət göstərməyə başladı və əks fikirlərin yaranmasına səbəb oldu.
Mikado sinematoqrafının binası
Mikado sinematoqrafının binası və ya Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının binası — 1916-cı ildə Əliheydər Kərimov tərəfindən əvvəllər məhsul anbarı kimi sitifadə edilmiş bina çin-yapon üslubunda təmir edilərək sinematoqraf kimi fəaliyyət göstərməyə başlayıb. 1917-ci ildə Bakıda ilk dəfə bu teatrda orta məktəb şagirdlərinə elmi-təhsil mövzulu kinematoqrafik seans keçirilib. Binada müxtəlif dövrlərdə "Pel Mel" teatrı, Bakı azad tənqid-təbliğat teatrı, Bakı işçi teatrı fəaliyyət göstərib. 1937-ci ildən binada Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı fəaliyyət göstərir. XIX əsrin sonlarında milyonçu Hacı Haşım bəy Kərimov Molokanskaya 7 (indiki Xaqani küçəsi) ünvanında yerləşən ərazidə məhsul ehtiyyatını saxlamaq üçün anbar tikdirir. Hacı Haşım bəyin oğlu Əliheydər Kərimov Çin və Yaponiyaya səyahət etdikdən sonra Bakıya qayıdır və gördüyü binalardan təsirlənərək anbarın yerləşdiyi yerdə şərq üslubunda bina tikdirir. Bu binada 26 dekabr 1916-cı ildən Mikado sinematoqrafı fəaliyyət göstərməyə başlayıb. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə binada “Pelmel” klub teatrı fəaliyyət göstərib. Burada əsasən rus və digər millətlərin teatr və musiqi həvəskarları, əcnəbi truppalar çıxış ediblər. Aprel işğalından sonra 1920-ci ildən 29 aprel 1923-cü ilə qədər binada Bakı azad tənqid-təbliğat teatrı fəaliyyət göstərib.
Kinematoqraf
Kinematoqraf (yun. κινημα, κινηματος — "hərəkət" və yun. γραφω — "yazıram" sözlərindən) — kinofilmlərin istehsalını və tamaşasını təşkil edən mədəniyyət və təsərrüfat sahəsi. Bəzən sinematoqraf (fr. cinématographe) və kinematoqrafiya (rus. кинематография) kimi də adlanır. İncəsənətin ən kütləvi növü olmaqla elmi və siyasi təbliğatın mühüm vasitəsidir. Kinematoqraf kino texnikası vasitələrinə malikdir. Filmlərin istehsalı kinostudiyalarda mərkəzləşmişdir. Kino plyonkası və aparatlarının hazırlanması ilə kino sənayesi məşğul olur.
Kinomatoqraf
Kinematoqraf (yun. κινημα, κινηματος — "hərəkət" və yun. γραφω — "yazıram" sözlərindən) — kinofilmlərin istehsalını və tamaşasını təşkil edən mədəniyyət və təsərrüfat sahəsi. Bəzən sinematoqraf (fr. cinématographe) və kinematoqrafiya (rus. кинематография) kimi də adlanır. İncəsənətin ən kütləvi növü olmaqla elmi və siyasi təbliğatın mühüm vasitəsidir. Kinematoqraf kino texnikası vasitələrinə malikdir. Filmlərin istehsalı kinostudiyalarda mərkəzləşmişdir. Kino plyonkası və aparatlarının hazırlanması ilə kino sənayesi məşğul olur.
Avstraliya kinematoqrafı
Avstraliya kinosu — Avstraliyanın kinematoqrafiya və film sənayesi. Avstraliya kinosunun yaranması XX əsrin əvvəllərinə təsadüf edir. O vaxtdan bəri Avstraliyanın çəkiliş qrupları çoxsaylı filmlər çəkmiş, onlardan bir neçəsi beynəlxalq səviyyədə təriflənmişdir. Bir çox tanınmış aktyor və rejissor karyeralarına Avstraliyada başlamış, onların bir çoxu beynəlxalq reputasiya qazanmış, bəziləri isə ABŞ kimi daha böyük kino mərkəzlərində karyeralarında daha böyük uğur tapmışdır. Avstraliyada filmlər təsnifatlaşdırılaraq senzuraya məruz qalır. == Tarixi == Avstraliya İttifaqında kinematoqrafiya XX əsrin əvvəllərində yaranmışdır. "İlk xristian şəhidləri" (1900, rejissor Cozef Perri) Avstraliya İttifaqının ilk bədii filmidir. Səsli film 1930-cu ildə çəkilmişdir ("Kölgələr aləmindən", rejissor A. R. Harvud). Avstraliya İttifaqı sənədli kinosunun inkişafına məşhur Niderland rejissoru Yoris İvensin ("İndoneziya çağırır", 1945; Avstraliyada çəkilmişdir) böyük təsiri olmmuşdur. Xarici kino şirkətlərinin ölkənin kinostudiyalarına nəzarət etməsi Avstraliya İttifaqı kinematoqrafiyasının inkişafına təsir göstərmişdir.
Avstriya kinematoqrafı
Avstriya kinematoqrafı — Avstriya mədəniyyət və iqtisadiyyatının film istehsalı və onların auditoriyaya nümayişi ilə əlaqədar qolu. == Tarixi == Avstriyada ilk bədii film 1908-ci ildə çəkilmişdir ("Pillədən pilləyə", rejissor X. Hanus). 1920-ci illərdə Avstriyada işləyən macar rejissoru Aleksandr Kordanın "Şahzadə və dilənçi" (1920), "Samson və Dalila" (1923), Robert Vinenin "Orlakın əlləri" (1924) filmləri ilə Avstriya kinosunda müvəqqəti yüksəliş başlamışdı. Nasist ağalığı dövründə Avstriya kinematoqrafiyası tənəzzülə uğramışdı. İkinci Dünya müharibəsindən sonra antisemitizm əleyhinə çəkilmiş "Mühakimə" (1948, rejissor Georq Vilhelm Pabst) filmi Avstriya kinosunun nailiyyətidir. Avstriya kinosunda revü janrı ("Dünay övladı", 1951, rejissor Georq Yakobi; "Qızıl simfoniya", 1956, rejissor E. Bordozi), milli və xarici bəstəkarların həyatından alınmış bioqrafik filmlər – "Frans Şubert" (1953, rejissor V. Kilm-Velte), Motsartın həyatının son illərindən bəhs edən "Ver əlini, mənim həyatım" (1956, rejissor K. Xartl), pyes ("Uzaq ölkə", 1973, Artur Şnitslerin pyesi üzrə), opera ("Vindzor cici bacıları", 1965) və operettaların ekranlaşdırılması əsas yer tutur. 1950-ci illərin axırlarından etibarən Almaniya, ABŞ, Birləşmiş Krallıq, İtaliya, Fransa və başqa ölkələrin kino prokatları Avstriya kinosuna böyük təzyiq göstərməyə başlamışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Г. С. Паповян. Австрийская кинематография // Кино: Энциклопедический словарь / С. И. Юткевич. — Москва: Советская энциклопедия, 1987.
Azərbaycan kinematoqrafı
Azərbaycan kinematoqrafiyası — Azərbaycanda istehsal olunan filmlərdən ibarətdir. Yarandığı gündən insanların dünyagörüşünü formalaşdıran, hər bir xalqın tarixini, milli adət-ənənəsini yaşadan, həyatın bütün sahələrinə nüfuz edən kino sənəti bəşəriyyətin ən böyük kəşfidir. Kino yeganə sənət növüdür ki, özündə mədəniyyətin bir neçə sahəsini birləşdirir. Kinonun bir üstünlüyü də əyaniliyindədir, inandırma gücünə və təsirə malik olmasındadır. == Tarixi == === Səssiz dövr === Azərbaycan kinematoqrafının tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetləri ("Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və s.) və "İlişdin" bədii kinosüjetdən ibarət idi. 1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri (ticarət evləri) tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradılmışdır. 1915-ci ildə adı çəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə İbrahim bəy Musabəyovun "Neft və milyonlar səltənətində" romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı. Filmi çəkmək ücün Sankt-Peterburqdan rejissor Boris Svetlov dəvət olunmuşdur. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilirdi.
Moldova kinematoqrafı
Moldova kinosu — Moldovanın kinematoqrafiya və film sənayesi. 1952-ci ildə Kişinyovda xronika və sənəfli filmlər kinostudiyası (1957-ci ildən "Moldova-film") təşkil olunmuşdur. İlk moldav bədii filmi ("Moldav havaları") 1955-ci ildə yaradılmışdır. Moldova kinosunda tarix və vətənpərvərlik mövzusu, eləcə də dövrün problemlərinə həsr edilmiş filmlər başlıca yer tuturdu. Moldova SSR kinosunun "Armageddon" (1962, rejissor M. İzrailev), "Payızın son ayı" (1965, rejissor V. Derbenyov), "Sergey Lazo" (1967, rejissor A. Qordon), "Qətldə ittiham edilirlər" (1969, rejissor B. Volçek), "Leytarlar" (1971, rejissor E. Lotyanu), "Sonuncu qayduk", "Kişi arxa olanda" (1972, 1977, rejissor V. Qajiu), "Dmirti Kantemir" (1973, rejissorlar V. İovitse və V. Kalaşnikov), "Gecə quşunun çığırtısına inanma" (1976, rejissor Y. Burgin), "Qala" (1978, rejissor V. Paskaru), "Şeytan yuvasında" (1981, rejissor V. İovitse) və s. filmləri ən çox tanınanlardandır. 1962-ci ildə Moldova Kinematoqrafçılar İttifaqı təşkil edilmişdir. Большая советская энциклопедия, статья «Молдавская ССР», раздел «Кино».