KİNEMATOQRAF

[yunancadan]
1. Hərəkət edən obyektlərin şəklini işığa həssas plyonkaya çəkmək, habelə bunları ekranda göstərmək üçün aparat; bu aparatın tətbiqinə əsaslanan tamaşa.
2. bax kinematoqrafiya.

Синонимы

  • KİNEMATOQRAF 1. KİNEMATOQRAF, SİNEMATOQRAF (köhn.) ..biz sinematoqrqfa getdik, şəklə baxdıq (Çəmənzəminli). 2. kinematoqraf bax kinematoqrafiya
KİNDARLIQ
KİNEMATOQRAFÇI
OBASTAN VİKİ
Kinematoqraf
Kinematoqraf (yun. κινημα, κινηματος — "hərəkət" və yun. γραφω — "yazıram" sözlərindən) — kinofilmlərin istehsalını və tamaşasını təşkil edən mədəniyyət və təsərrüfat sahəsi. Bəzən sinematoqraf (fr. cinématographe) və kinematoqrafiya (rus. кинематография) kimi də adlanır. İncəsənətin ən kütləvi növü olmaqla elmi və siyasi təbliğatın mühüm vasitəsidir. Kinematoqraf kino texnikası vasitələrinə malikdir. Filmlərin istehsalı kinostudiyalarda mərkəzləşmişdir. Kino plyonkası və aparatlarının hazırlanması ilə kino sənayesi məşğul olur.
Avanqard (kinematoqrafiya)
Avanqard (fr. avant-garde; fr. avant – əvvəl və fr. gard – keşikçi, mühafizəçi) — 1920-ci illərdə Fransada kommersiya kinematoqrafiyasından fərqli olaraq yaranan kinematoqrafiyanın inkişaf istiqaməti. "Avanqard" termini bəzən "eksperimental kinematoqrafiya" anlayışının sinonimi kimi istifadə olunur. Kino avanqardı innovativ ifadə vasitələrindən istifadə, bədii yaradıcılığa eksperimental yanaşma, çox vaxt klassik kino estetikasından kənara çıxmaqla xarakterizə olunur. Bu, Fransa, Almaniya və Rusiyada teatr, rəssamlıq və ədəbiyyatda ümumən innovativ cərəyanlarla sıx bağlıdır. Kino avanqard sənətkarlarının fəaliyyəti digər sənət növlərinin nəzəriyyəsinə əsaslanan kinematoqrafiya nəzəriyyəsinin inkişafı ilə bağlıdır. Avanqard kinoya tez-tez distribusiya baxımından art haus deyilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Ежи Тёплиц.
Avstriya kinematoqrafı
Avstriya kinematoqrafı — Avstriya mədəniyyət və iqtisadiyyatının film istehsalı və onların auditoriyaya nümayişi ilə əlaqədar qolu. == Tarixi == Avstriyada ilk bədii film 1908-ci ildə çəkilmişdir ("Pillədən pilləyə", rejissor X. Hanus). 1920-ci illərdə Avstriyada işləyən macar rejissoru Aleksandr Kordanın "Şahzadə və dilənçi" (1920), "Samson və Dalila" (1923), Robert Vinenin "Orlakın əlləri" (1924) filmləri ilə Avstriya kinosunda müvəqqəti yüksəliş başlamışdı. Nasist ağalığı dövründə Avstriya kinematoqrafiyası tənəzzülə uğramışdı. İkinci Dünya müharibəsindən sonra antisemitizm əleyhinə çəkilmiş "Mühakimə" (1948, rejissor Georq Vilhelm Pabst) filmi Avstriya kinosunun nailiyyətidir. Avstriya kinosunda revü janrı ("Dünay övladı", 1951, rejissor Georq Yakobi; "Qızıl simfoniya", 1956, rejissor E. Bordozi), milli və xarici bəstəkarların həyatından alınmış bioqrafik filmlər – "Frans Şubert" (1953, rejissor V. Kilm-Velte), Motsartın həyatının son illərindən bəhs edən "Ver əlini, mənim həyatım" (1956, rejissor K. Xartl), pyes ("Uzaq ölkə", 1973, Artur Şnitslerin pyesi üzrə), opera ("Vindzor cici bacıları", 1965) və operettaların ekranlaşdırılması əsas yer tutur. 1950-ci illərin axırlarından etibarən Almaniya, ABŞ, Birləşmiş Krallıq, İtaliya, Fransa və başqa ölkələrin kino prokatları Avstriya kinosuna böyük təzyiq göstərməyə başlamışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Г. С. Паповян. Австрийская кинематография // Кино: Энциклопедический словарь / С. И. Юткевич. — Москва: Советская энциклопедия, 1987.
Fasiləsiz çəkiliş (kinematoqrafiya)
Fasiləsiz çəkiliş (ing. Continuous shot) və ya Təkkadrlı film (ing. One-shot, one shot) — yalnız bir kadrdan ibarət və ya o hissi vermək üçün hazırlanmış bədii film. == Nümunələr == === Gerçək təkkardlı === †Beş dəqiqəlik bir kadr və filmin başlıq titrləri filmin 57 dəqiqəlik kadrından əvvəl gəlir.
Kinematoqrafçılar İttifaqı
Azərbaycan Kinematoqrafçılar İttifaqı
Marvel Kinematoqrafiya Kainatı
Marvel Kinematoqrafiya Kainatı (ing. Marvel Cinematic Universe, MCU) və ya qısaca MKK – Marvel Studios tərəfindən Marvel komiksləri əsasında ərsəyə gətirilmiş və özündə superqəhrəmanlar haqqında filmlər seriyasını birləşdirən kinematoqrafiya kainatı. Bu kainat bir neçə filmin ümumi sujet xəttində əlaqələndirilməsi nəticəsində yaradılmışdır. Filmlər əsasən müstəqil süjetə malik olub və ayrı-ayrı superqəhrəmanlardan bəhs edir. Bundan başqa bu qəhrəmanların bir araya gəldiyi krossoverlərdə mövcuddur. Artıq 26 film buraxılmışdır: "Dəmir adam" (2008), "Möhtəşəm Halk" (2008), "Dəmir adam 2" (2010), "Tor" (2011), "Birinci qisasçı"(2011), "Qisasçılar"(2012), "Dəmir adam 3" (2013), "Tor 2: Zülmət krallığı" (2013), "Birinci qisasçı: Başqa müharibə" (2014), "Qalaktika mühafizəçiləri" (2014), "Qisasçılar: Altron erası"(2015), "Qarışqa-adam" (2015), "Birinci qisasçı: Qarşıdurma" (2016), "Doktor Strenc" (2016), "Qalaktika mühafizəçiləri 2" (2017), "Hörümçək-adam: Evə qayıdış" (2017), "Tor: Raqnarök" (2017), "Qara pantera" (2018), "Qisasçılar: Sonsuzluq savaşı" (2018), "Qarışqa-adam və Arı" (2018), "Kapitan Marvel" (2019), "Qisasçılar: Final" (2019), "Hörümçək-adam: Evdən uzaqda" (2019), "Qara dul" (2021), "Şanq Çi: On üzük əfsanəsi" (2021), "Əbədilər" (2021) və "Hörümçək-adam: Evə yol yoxdur" (2021). 2022-2023-cü illər ərzində bu filmlər də çıxıb: "Doktor Strenc: Dəlilik multikainatında", "Tor: Sevgi və İldırım", "Qara pantera: Əbədi Vakanda", "Marvellər", "Qalaktika mühafizəçiləri 3", "Qarışqa-adam və Arı: Kvantomaniya". 2024-cü ilin iyul ayında "Dedpul və Porsuq" filminin premyerası gözlənilir. 2025-ci ildə "Kapitan Amerika 4: Yeni qəribə dünya", "İldırımçılar", "Fantastik dördlük", "Bleyd" filmlərinin, 2026-cı ildə "Qisasçılar 5", 2027-ci ildə isə "Qisasçılar 6: Gizli Müharibələr" filmləri gözlənilir. Hələlik ən son planlaşdırılan film "Zirehli döyüşçülər"dir.
Marvel Kinematoqrafiya Kainatı: Birinci faza
Marvel Kinematoqrafiya Kainatının Birinci fazası — Marvel Comics personajları əsasında Marvel Studios tərəfindən istehsal olunan ABŞ superqəhrəman filmlər seriyası. == Filmlər == ==== Dəmir adam (2008) ==== Silah istehsal edən Stark lndustries-i atası Houard Starkdan miras alan Antoni "Toni" Stark "Ceriko" adlı yeni raketini nümayiş etdirmək üçün dostu və hərbi əlaqə zabiti Polkovnik-leytenant Ceyms Rouds ilə birlikdə müharibənin davam etdiyi Əfqanıstana gəlir. Raketin Amerika Birləşmiş Ştatları Ordusunun komandirlərinə göstərilməsindən sonra, Starkın da içində olduğu konvoy pusquya düşürülür və Stark hücum edənlər tərəfindən istifadə edilən, öz şirkətinə aid raketlə ciddi formada yaralanır. "Ten Rings" (On Üzük") adlı terrorist qrupu tərəfindən tutulub mağarada həbs edilir. Onunla birlikdə həbs olunmuş Doktor Yinsen Starkı yaralayan qəlpə parçalarının ürəyinə çatmağının və onu öldürməyinin qarşısını almaq üçün Starkın sinəsinə elektromaqnit yerləşdirir. "Ten Rings"-in lideri Raza terroristlər üçün Ceriko raketi inşa etməsinin qarşılığında Starka azadlıq təklif edir, amma o və Yinsen elektromaqnitini güclə təmin etmək üçün qövs reaktoru adı verilən kiçik və güclü elektrik generatoru hazırlayıb qaçmaq üçün prototip zireh inşa edirlər. Əsirlikdən xilas olan Stark satılan silahların ardınca getmək üçün zirehini daha çox təkmilləşdirməyə və istifadə etməyə qərar verir. 2006-cı ilin aprel ayında Marvel Dəmir adam-a prodüserlik etmək üçün Con Favreauyu işə gətirdi. Ardınca Art Maktum-Mett Hollouey ilə Mark Ferqus-Hauk Ostbiyə ayrı olaraq iki ssenari yazıdırıldı və Favreau hər iki layihəni bir ssenaridə birləşdirdi. Sonda hazır olan ssenariyə Con Avqust tərəfindən də bir neçə əlavə və düzəltmə edildi.
Marvel Kinematoqrafiya Kainatı: Dördüncü faza
Marvel Kinematoqrafiya Kainatının Dördüncü fazası — Marvel Comics personajları əsasında Marvel Studios tərəfindən istehsal olunan ABŞ superqəhrəman filmlər seriyası. == Filmlər == ==== Qara dul (2021) ==== Nataşa Romanova özünü tənha hiss edir və keçmişi ilə əlaqəli sui-qəsd nəzəriyyəsi ilə üzləşir. Onu yıxmaq üçün heç nədən imtina etməyəcək güc tərəfindən izlənilən Romanova cəsus olaraq keçmişi ilə və Qisasçı olmadan çox əvvəl geridə qalan qırıq münasibətlərlə mübarizə etmək məcburiyyətindədir. Kevin Fayqi Qisasçılar: Altron dövründə Nataşa Romanova / Qara dul rolunun sevildiyini görüb bu rol üçün solo film hazırlamağı düşündüyünü dedi. 2018-ci ilin yanvarında ssenari üçün Cek Skaeffer, iyulda isə Keyt Şortland rejissorluq üçün işə gətirildi. Ned Benson fevral ayında ssenarini yenidən yazdı. Çəkilişlər 2019-cu ilin mayında başladı və oktyabra qədər Norveç, Birləşmiş Krallıq, Budapeşt, Mərakeş və Gürcüstanda davam etdi. Qara dulun premyerası 29 iyun 2021-ci ildə London, Los-Anceles, Melburn və Nyu-Yorkda baş tutdu. Film 9 iyul 2021-ci ildə ABŞ-də ilk baxışa çıxarıldı. "Post-credits" səhnədə Falkon və Qış əsgəri serialından Valentina Alleqra de Fontaini rolu ilə tanınan Culia Luis-Dreyfus filmdə Şahingöz serialındakı Yelena rolu ilə yer alır.
Marvel Kinematoqrafiya Kainatı: Üçüncü faza
Marvel Kinematoqrafiya Kainatının Üçüncü fazası — Marvel Comics personajları əsasında Marvel Studios tərəfindən istehsal olunan ABŞ superqəhrəman filmlər seriyası. == Filmlər == ==== Kapitan Amerika: Vətəndaş müharibəsi (2016) ==== Sakoviada Altronun Qisasçılar tərəfindən məğlub edilməsindən təxminən bir il sonra Stiv Rocers, Nataşa Romanova, Sem Uilson və Vanda Maksimova Brok Rumovun labarotoriyadan bioloji silah oğurlamasının qarşısını almaq üçün Laqosda əməliyyat hazırlayırlar. Tutulan Rumlov özünü partladaraq Rocersi öldürmək istəyir. Amma düyməyə basmamış Maksimova telekinez bacarıqlarını istifadə edərək partlamanı başqa istiqamətə çevirir. Bununla da yaxınlıqda yerləşən binada yaşayan bir neçə Vakandalı insanı yanlışlıqla öldürür. Hadisə mətbuatda ciddi təsir göstərir. Həmin anda ABŞ Dövlət Departamentindən Taddeus Ross Qisasçılara BMT-nin hazırladığı Sakovia müqaviləsini təqdim edir. Toni Stark Altronun yaranmasında və Sakoviada səbəb olduğu dağınıtlarda iştirakına görə dövlət nəzarəti altında qalmağın tərəfindədir. Komandanın digər lideri Stiv Rocers isə siyasətçilərdən daha çox şəxsi mühakiməsinə güvəndiyini bildirərək sövdələşməni rədd edir. Filmin əsas mövzusu 2006-cı ildə məhdud sayda nəşr edilən Vətəndaş müharibəsi komiksinə əsaslanır.
Marvel Kinematoqrafiya Kainatı: İkinci faza
Marvel Kinematoqrafiya Kainatının İkinci fazası — Marvel Comics personajları əsasında Marvel Studios tərəfindən istehsal olunan ABŞ superqəhrəman filmlər seriyası. == Filmlər == ==== Dəmir adam 3 (2013) ==== 2012-ci ildə baş verən Nyu-York müharibəsindən bəri streslə mübarizə aparan Stark bir sıra sirli partlamanın izinə düşür və terrorist Mandarin ilə qarşı-qarşıya gəlir. Marvel və Disney 2010-cu ilin sonlarında üçüncü Dəmir adam filmini istehsal etdiklərini açıqladılar. 2011-ci ilin fevral ayında Dəmir adam 3 filminin rejissorluğu üçün Şane Blak işə gətirildi. Blak filmin ssnearisini Dreu Pearsi ilə birlikdə yazdı. Robert Dauni, Qvinet Peltrou və Don Çidl Dəmir adam 2-dəki rollarını yenidən canlandırdılar. Həmçinin Quy Pearsi və Ben Kinqsley Aldrik Killian və Revor Slatteri rollarını canlandırmaq üçün heyətə qatıldılar. Çəkilişlər 2012-ci ilin may ayında Şimali Karolina əyalətində başladı. Həmçinin Cənubi Florida, Çin və Los-Ancelesdə əlavə çəkilişlər aparıldı. Filmin premyerası 2013-cü il 14 apreldə Parisdə yerləşən Le Grand Rex-də və 24 apreldə Los-Ancelesdə yerləşən El Capitan Theatre-də baş tutdu.
Marvel Kinematoqrafiya Kainatı filmləri
Marvel Kinematoqrafiya Kainatı (ing. Marvel Cinematic Universe, qısaca MCU) filmləri Marvel Comics-in cizgi romanlarına əsaslanan və Marvel Studios tərəfindən hazırlanan Amerika istehsalı superqəhrəman filmləri seriyasıdır. MCU bütün filmlərin toplandığı ümumi fantastika dünyasıdır. Filmlər 2007-ci ildən başlayaraq çəkilməyə davam edir. Bu müddət ərzində Marvel Studios ümumilikdə iyimi üç film hazırlamışdır. Gələcəkdə çıxacaq ən az on beş film isə hazırlanma mərhələlərindədir. Kinematoqrafiya kainatı dünya üzrə 22,5 milyard dollardan çox gəlir əldə edərək tarixin ən çox qazanan film seriyası olmuşdur. Bu maliyyə nəticəsinə inflyasiyasız hesabla tarixin ən çox gəlir əldə edən ikinci filmi olan Qisasçılar: Final da daxildir. 2021-ci ildən etibarən ən çox gəlir əldə edən ilk iyirmi beş filmin səkkizi Marvel Studios-a aiddir. Kevin Fayqi bütün seriyada, Avi Arad ilk iki filmdə, Qale Anne Hard İnanılmaz Halk-da, Emi Paskal Hörümçək-adam filmlərində, Setefen Broussard Qarışqa-adam və Eşşək arısı filmində və Conatan Skuartz isə Şanq-Çi və on üzük əfsanəsi filmində prodüserlik vəzifəsini öz üzərlərinə götürmüşlər.
Marvel Kinematoqrafiya Kainatı filmlərinin siyahısı

Moldova kinematoqrafı
Moldova kinosu — Moldovanın kinematoqrafiya və film sənayesi. 1952-ci ildə Kişinyovda xronika və sənəfli filmlər kinostudiyası (1957-ci ildən "Moldova-film") təşkil olunmuşdur. İlk moldav bədii filmi ("Moldav havaları") 1955-ci ildə yaradılmışdır. Moldova kinosunda tarix və vətənpərvərlik mövzusu, eləcə də dövrün problemlərinə həsr edilmiş filmlər başlıca yer tuturdu. Moldova SSR kinosunun "Armageddon" (1962, rejissor M. İzrailev), "Payızın son ayı" (1965, rejissor V. Derbenyov), "Sergey Lazo" (1967, rejissor A. Qordon), "Qətldə ittiham edilirlər" (1969, rejissor B. Volçek), "Leytarlar" (1971, rejissor E. Lotyanu), "Sonuncu qayduk", "Kişi arxa olanda" (1972, 1977, rejissor V. Qajiu), "Dmirti Kantemir" (1973, rejissorlar V. İovitse və V. Kalaşnikov), "Gecə quşunun çığırtısına inanma" (1976, rejissor Y. Burgin), "Qala" (1978, rejissor V. Paskaru), "Şeytan yuvasında" (1981, rejissor V. İovitse) və s. filmləri ən çox tanınanlardandır. 1962-ci ildə Moldova Kinematoqrafçılar İttifaqı təşkil edilmişdir. Большая советская энциклопедия, статья «Молдавская ССР», раздел «Кино».
SSRİ Kinematoqrafçılar İttifaqı
SSRİ Kinematoqrafçılar İttifaqı — SSRİ kinematoqrafçılarını birləşdirən ictimai təşkilat. 1965-ci ilin noyabrında təsis qurultayında yaradılıb, təşkilat komitəsi 1957-ci ildə yaradılımışdı.
Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universiteti
Sergey Gerasimov adına Ümum-Rusiya Dövlət Kinematoqrafiya İnstitutu (rus. Всероссийский государственный институт кинематографии имени С.А.Герасимова) — SSRİ-də yeganə kinometaqrafiya təhsili verən ali məktəb, dünyada bu sahə üzrə ən köhnə universitetdir. 1919-cu ildə Vladimir Qardin tərəfindən qurulub, Moskva şəhərində yerləşir. İnstitutda dərs demiş seçmə insanlar arasında Sergey Eyzenşteyn, Vsevolod Pudovkin və Aleksey Batalov olmuşdur. 1986-cı ildə rus kino rejissoru və aktyor Sergey Gerasimovun adı verildi. 35 mm film istehsalı metodları təhsilinə fokuslanan az sayda film məktəbindən biridir. ÜDKİ SRİ-nin qabaqcıl film məktəbiydi. İndiki vaxtda da dünyanın ən çox hörmət görən film universitetlərindən biridir. Məzunları arasında çoxu rus olmayan bir çox qabaqcıl rejissorlar vardır. Məktəb XX əsrin ortalarından xarici tələbə qəbul etməyə başladı.
Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu

Stiven Strenc (Marvel Kinematoqrafiya Kainatı)
Stiven Strenc (ing. Stephen Strange) — Marvel Kinematoqrafiya Kainatında (MCU) Benedikt Kambertbetç tərəfindən canlandırılan, eyniadlı Marvel Comics personajına əsaslanan və əsasən elmi dərəcəsinə uyğun olaraq Doktor Strenc olaraq adlandırılan uydurma personaj. Personaj ilk dəfə "Doktor Strenc" (2016) filmində karyerasını sona çatdıran avtomobil qəzasından sonra sehrli güclər kəşf edib dünyanı qoruyan neyrocərrah olaraq görünmüşdür.
Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutu
Sergey Gerasimov adına Ümum-Rusiya Dövlət Kinematoqrafiya İnstitutu (rus. Всероссийский государственный институт кинематографии имени С.А.Герасимова) — SSRİ-də yeganə kinometaqrafiya təhsili verən ali məktəb, dünyada bu sahə üzrə ən köhnə universitetdir. 1919-cu ildə Vladimir Qardin tərəfindən qurulub, Moskva şəhərində yerləşir. İnstitutda dərs demiş seçmə insanlar arasında Sergey Eyzenşteyn, Vsevolod Pudovkin və Aleksey Batalov olmuşdur. 1986-cı ildə rus kino rejissoru və aktyor Sergey Gerasimovun adı verildi. 35 mm film istehsalı metodları təhsilinə fokuslanan az sayda film məktəbindən biridir. ÜDKİ SRİ-nin qabaqcıl film məktəbiydi. İndiki vaxtda da dünyanın ən çox hörmət görən film universitetlərindən biridir. Məzunları arasında çoxu rus olmayan bir çox qabaqcıl rejissorlar vardır. Məktəb XX əsrin ortalarından xarici tələbə qəbul etməyə başladı.
Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu

Qırğızıstan kinematoqrafiyası
Qırğızıstan kinematoqrafiyası — Qırğızıstan Respublikasının kino sənəti və kino sənayesi. Onun əsasını "Qırğızfilm" studiyası təşkil edir. Kino tarixində 500-dən çox film çəkilmişdir. 1998-ci ildə Aktan Abdıkalıkovun "Beşkempir" filmi Qazaxıstanın Almatı şəhərində keçirilən 1-ci Avrasiya Beynəlxalq Film Festivalında "Ən yaxşı film" nominasiyasında Qran-pri qazanıb. 2005-ci ildə Ernest Abdyzhapparovun Saratan filmi II Avrasiya IFF-də münsiflər heyətinin xüsusi mükafatını qazandı. 2008-ci ildə 5-ci Avrasiya İFF-də Temir Birnazarovun "Naməlum marşrut" filmi xüsusi bədii film üçün münsiflər heyətinin mükafatını qazandı.
Sergey Gerasimov adına Ümum-Rusiya Dövlət Kinematoqrafiya İnstitutu
Sergey Gerasimov adına Ümum-Rusiya Dövlət Kinematoqrafiya İnstitutu (rus. Всероссийский государственный институт кинематографии имени С.А.Герасимова) — SSRİ-də yeganə kinometaqrafiya təhsili verən ali məktəb, dünyada bu sahə üzrə ən köhnə universitetdir. 1919-cu ildə Vladimir Qardin tərəfindən qurulub, Moskva şəhərində yerləşir. İnstitutda dərs demiş seçmə insanlar arasında Sergey Eyzenşteyn, Vsevolod Pudovkin və Aleksey Batalov olmuşdur. 1986-cı ildə rus kino rejissoru və aktyor Sergey Gerasimovun adı verildi. 35 mm film istehsalı metodları təhsilinə fokuslanan az sayda film məktəbindən biridir. ÜDKİ SRİ-nin qabaqcıl film məktəbiydi. İndiki vaxtda da dünyanın ən çox hörmət görən film universitetlərindən biridir. Məzunları arasında çoxu rus olmayan bir çox qabaqcıl rejissorlar vardır. Məktəb XX əsrin ortalarından xarici tələbə qəbul etməyə başladı.
Azərbaycan Kinematoqrafçılar Birliyi
Azərbaycan Kinematoqrafçılar İttifaqı — Azərbaycan kinematoqrafçılarının sovet dövründə təsis edilmiş ictimai birliyi. == Tarixi == 11 yanvar 1963-cü ildə təsis edilmişdir. Təşkilatın 1981-ci il V qurultayında kinodramaturq Rüstəm İbrahimbəyov AKİ-nin birinci katibi seçilmişdir. İttifaq MDB və Baltik ölkələri Kino İttifaqları Konfederasiyasınn təsisçilərindən və üzvüdür. 1981-ci il V qurultayında kinodramaturq Rüstəm İbrahimbəyov Azərbaycan Kİ-nin birinci katibi seçilmişdir. 1996-cı ildə MDB və Baltikanı Kinematoqrafçılar Birliyi Konfederasiyasının iştirakı ilə, Azərbaycan Kinematoqrafçılar ittifaqı Azərbaycanda dünya kinosunun 100 illiyinə həsr olunmuş ilk Beynəlxalq Bakı festivalı - "Şərq-Qərb" keçirildi və nəticədə bu cür tədbirlər ənənəvi hal aldı. 18 dekabr 2000-ci ildə Azərbaycan prezidenti Heydər Əliyev tərəfindən avqustun 2-nin kinematoqrafçılar günü kimi qeyd olunması ilə bağlı sərəncam imzalandı. Hər cümə günü kino pərəstişkarları üçün dünya və milli kinematoqrafının Qızıl Fondunu təşkil edən filmlərin nümayişləri keçirilir, həmçinin yeni çəkilmiş filmlər də göstərilir. AKİ beynəlxalq əlaqələrin inkişafı üçün çalışır. 2005-ci ildə səfirliklər və Mədəniyyət Nazirliyi ilə birgə tədbirlər keçirilmişdi.
Fransa Kinematoqrafiyası
Fransız kinosu (frans. Cinéma français) — Fransanın milli kinosu və kino istehsalıdır. == Erkən tarixi == Məhz Fransada kinematoqrafiya yarandı, 1895-ci il dekabrın 28-də Kapusin bulvarında (Paris) "Grand Kafé" salonunda "Lümyer qardaşlarının kinematoqrafı"nın ictimai nümayişi keçirildi. Fransız kinosu o vaxtdan bəri Fransada və xaricdə populyarlığını qoruyub saxlayır və geniş ictimaiyyət arasında kassa uğuruna görə yalnız Amerika və Hindistandan sonra ikinci yerdədir. İlkin inkişaf dövründə fransız kinosu əsasən kaskadyor kinosu idi, mühüm rolu kaskadyor çəkilişinin ixtiraçısı — "film ekstravaqanzaları"nın müəllifi Jorj Melyes görkəmli dramaturqları, teatr aktyorlarını və bəstəkarları kinoya cəlb edirdi. 910-cu illərdə M. Linderin iştirakı ilə kinokomediyalar və L. Feyadın macəra dolu serialları beynəlxalq şöhrət qazanmışdı. Birinci Dünya müharibəsindən əvvəl fransız kinosu dünya üzrə film istehsalının təxminən 90% — ni istehsal edirdi (əsasən "Pate" və "Gomon"şirkətlərinin köməkliyi ilə). Müharibədən sonrakı illərdə Fransada kinodan kommersiya məqsədləri üçün istifadəsinə qarşı hərəkat yarandı. Hərəkata o dövrün kino avanqardının nümayəndələri rəhbərlik edirdilər. Rəsmi təcrübələrlə məşğul olan avanqardlar eyni zamanda kinonun ifadəli imkanlarını xeyli genişləndirdilər.
ABŞ kinematoqrafiyası
ABŞ kinosu — Amerika Birləşmiş Ştatlarında, əsasən Hollivudda ("Metro-Goldwyn-Mayer", "20th Century Fox", "Paramount Pictures", "Warner Brothers", "Columbia Pictures") olan kino şirkətlərinin istehsal etdiyi filmlər. ABŞ kinematoqrafiyası XX əsrin əvvəllərindən başlayaraq bütün dünya kinematoqrafiyasına əsaslı şəkildə təsir etmişdir. == Yaranması == ABŞ-də kinofilmlərin istehsalına 1896-cı ildə Nyu-Yorkda başlanılmışdır. Tomas Alva Edisonun qurduğu "Edison" kinostudiyasında dünyanın ilk süjetli filmi, "Qatarın qarət edilməsi" (1903, rejisor E. Porter) çəkilmişdir. 1910–20-ci illərdə kinorejissorlardan D. U. Qriffit tarixi və psixoloji dram, eləcə də epopeya janrını təkmilləşdirdi, T. X. İns "vestern"in (kovboy filmi), M. Sennett ekssentrik komediya janrının əsasını qoydular. ABŞ kino sənayesinin maliyyə kapitalı ilə əlaqəsi, iri kapital qoyuluşu, həmçinin prokatdan gələn külli miqdarda gəlir kinonu ölkədə sənayenin ən mühüm sahələrindən birinə çevirdi. === Hollivud === Hollivud filmlərini isə ideoloji təbliğatın əsas silahına çevirdi. Hollivud kino istehsalı "vestern", salon komediyası, "qanqster" filmləri, tarixi, psevdoromantik dram janrları əsasında inkişaf edirdi. Bu filmlərdə R. Valentino, M. Pikford, D. Ferbenks, sonralar Q. Qarbo, K. Qeybl, Q. Kuper və başqa aktyorlar çəkilirdilər. Bir sıra realist rejisorlar (Ç. Çaplin, E. Ştroheym, K. Vidor, C. Ford, F. Kapra, U. Uayler, O. Uelles) öz filmlərində Amerika həyatını əks etdirməyə müvəffəq olmuşlar.
Danimarka kinematoqrafiyası
Danimarka kinematoqrafiyası — Dan dilində 1897-ci ildən etibarən istehsal olunan və 1980-ci illərdən bəri müntəzəm olaraq yeni filmlər istifadəyə verən və əsasən Danimarka Kino İnstitutu (Det Danske Filmstitut) tərəfindən çəkilən filmləri təsvir etmək üçün istifadə olunan termindir. Danimarka kinematoqrafiyasında məzmun baxımından realizm, cinsi açıqlıq, dini və əxlaqi məsələlər kimi mövzulardan bəhs edilir. Danimarka kinosunun ən məşhur rejissorları arasında Benjamin Kristensen, Karl Teodor Dreyer, Erik Ballinq, Qabriel Aksel, Bill Avqust, Lars fon Trier, Anders Tomas Censen, Tomas Vinterberq, Suzanna Bayr və Nikolas Vindinq Refn kimi məşhur adlar vardır. == Bəzi filmlər == Ali məhəbbət (film, 2012) Alleqro (film, 2005) Bir rumka daha Dalğaları yararkən Doqvill (film, 2003) Vicdanı oyadan == İstinadlar == == Əlavə ədəbiyyat == David Bordwell: Essay on Danish Cinema, in Film #55, Denmark 2007 Marguerite Engberg: Dansk stumfilm. De store år, vol. 1–2. Copenh. 1977 (summary in English) Hjort, Mette; Lindqvist, Ursula, redaktorlar A Companion to Nordic Cinema. Malden, Massachusetts: Wiley Blackwell. 2016.

Значение слова в других словарях