Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sirop
Sirop (ərəb. شراب‎ şərab; lat. sirupus) — suda əsasən şəkər məhlulundan ibarət olan, çox miqdarda həll edilmiş şəkər olan, lakin kristalların az miqdarda meylini göstərən qalın, viskoz (yapışqan) bir maye. Onun tutarlılığı (ardıcıllığı, quruluşu) bəkməzə bənzəyir. Yapışqanlıq, bir çox hidroksil (OH) qrupa sahib olan həll edilmiş şəkər ilə su arasındakı çoxlu hidrogen əlaqələrinə görə meydana gəlir. Siroplar suda şəkəri həll edərək və ya saman suyu, sorqum suyu və ya ağcaqayın sapı kimi təzə suları azaltmaqla hazırlana bilər. Qarğıdalı siropu isə qarğıdalı nişastasından şəkərlərə çevrilən bir fermentativ prosesdən istifadə edilərək əldə edilir.
Nurofen (sirop)
Ağcaqayın siropu
Ağcaqayın siropu (fr. Sirop d'Érable; ing. Maple syrup) — ağcaqayından əldə edilən şirin sirop. Amerika Birləşmiş Ştatları və Kanadada vafli və pankeyk ilə birlikdə çox istifadə olunur. Siropda çoxlu miqdarda saxaroza cəmlənir. == Sirop haqqında == Avropalılar Amerikaya ayaq basmazdan əvvəl, Alqonkin xalqının sinzibuckwud (Azərbaycan dilində ağacdan çəkilmiş) adı ilə istehsal etdiyi sirop, ağacın gövdəsinə bir kəsiyin atılması və ya kran bağlanaraq öz suyunun yığılması ilə əldə edilirdi. Sonra isə qaynadılaraq konsistensiyaya (tutarlılığa) gətirilir və hazırlanır. Dünyada ən çox Kanadada istehsal olunur. ABŞ-də isə Vermont ən çox istehsal edən regiondur. Bu regionda ildə 1700 m³ şərbət istehsal olunur.
Pirop
Pirop — mineral, piralspit seriyasından qranat Mg3Al2[SiO4]3. == Haqqında == Pirop - saf pirop təbiətdə rast gəlmir. Pirop adətən 40 mol. %-ə qədər almandin komponenti, 10-20 mol. %-dək qrossulyar komponentinin qarışığı olur. Spessartin komponentinin miq­­darı 2 mol. %-dən çox olmur. Rəngi çəhrayı-qırmızı, bənövşəyidən qarayadək; n=1,705-1,760. X.ç. 3,58-3,75, a=11,543-11,580 A°.
Sinop
Sinop — Türkiyənin Sinop ilinin inzibati mərkəzi.
Sinop döyüşü
Sinop döyüşü – 1853 noyabrın 18-də vitse-admiral Pavel Stepanoviç Naximovun komandanlığı altında Rusiya Qara Dəniz Donanması tərəfindən türk eskadrasının məğlub edilməsi. Döyüş Türkiyənin Qara dəniz sahilindəki Sinop şəhərinin limanında (Sevastopoldan təqribən 300 km) baş vermişdir. Türk eskadrosı bir neçə saat ərzində məğlub edilmişdir. Bu, tarixə yelkənli donanmaların son böyük döyüşü kimi düşmuşdür. Rus donanmasının bu yürüşü ingilis mətbuatında son dərəcə mənfi reaksiyalara səbəb oldu və "Sinop qırğını" ("Massacre of Sinope") adlandırıldı. Bu döyüş Böyük Britaniya və Fransanın Osmanlı İmperiyası tərəfində (1854-cü ilin martında) müharibəyə girməsi üçün bir səbəb oldu. Sinop burnundakı türk eskadrası üzərində vitse-admiral Pavel Stepanoviç Naximovun komandanlığı altında Rus hərbi-donanmasının qələbəsi günü — 1 dekabr "Rusiyanın Hərbi Şöhrət Günü" kimi qeyd olunur. == Döyüşün gedişi == Vitse-admiral P. S. Naximov (84 toplu döyüş gəmisi "İmperatrisa Mariya", "Çesma" və "Rostislav") dəniz naziri knyaz Menşikov tərəfindən Anadolu sahillərinə göndərilmişdi. Buna səbəb Sinopdakı türk hərbi-dəniz qüvvələrinin Suxum və Potiyə desant çıxarmaq niyyətində olması haqqında məlumatların daxil olması idi. Noyabrın 11-də (yeni təqvimlə noyabrın 23-də) Sinopa yaxınlaşan Naximov, 6 sahil batareyasının qorunması altında buxtada türk gəmilərinin bir dəstəsini aşkar etdi.
Sinop ili
Sinop ili — Türkiyədə il. == Coğrafiya == Sinop Qara dənizin sahilində, şimala doğru uzanan Boztəpə burnu və yarımadası üzərində yerləşir. İlin sahəsi 5862 km2 olub Türkiyə ərazisinin 0.8 %-ni əhatə edir. Qərbində Kastamonu, cənubunda Çorum, cənub-şərqində Samsun illəri, şimalında Qara dəniz yerləşir. 475 km uzunluğundakı sərhədlərinin 300 km-i quru, 175 km-i isə dəniz sahilidir. Dağlar dənizə paralel olaraq yerləşmiş olub şimal-qərbdə uzanan dağlar Mərkəz ilçələrə 9–10 km yaxlaşdıqca alçalır və sahil ovalıqlar əmələ gətirir. Ən yüksək təpələr Ayancıkda Çanqal (1.605 m) və Boyabatda Dranazdır (1.345 m) Boyabat-Durağan bölgəsindəki Qızılirmaq vadisi istisna olmaqla əhəmiyyətli vadisi yoxdur. Sinop və Boyabat ən əhəmiyyətli düzənliklərdir. Ən əhəmiyyətli çaylarından Göyirmaq Boyabat ovalığını sulayıb Qızılirmaqla birləşir. Çatalzeytun, Ayancık, Qarasu, Qanlıçay (Güzəlcəçay) və Kabalı çayları Qara dənizə tökülür.
Sinop qalası
Sinop qalası — Sinop şəhərinin yerləşdiyi yarımadada tarixi bir qaladır. Qala e.ə. VII əsrdə şəhəri qorumaq məqsədilə yaradılıb. Roma, Bizans və Anadolu Səlcuqluları dövründə bir neçə dəfə bərpa olunubdur. Günümüzdə hələ də tarixi xüsusiyyətini qoruyan qalanın divarları 2.050 metr uzunluğu, 25 metr hündürlüyü, 3 metr enindədir. İki əsas giriş qapısı vardır. Qala divarı bütün şəhəri əhatə edir. Bu qala şəhərin tarixi əsərləri arasında ən önəmli əsərlərindən hesab olunur. Sinopun Yalı və Kefevi məhəlləlrini əhatə edən, xarici və daxili limanları arasında yerləşən qalanın nə vaxt inşa edildiyi məlum deyil. Bəzi mənbələr qalanın tikintisini Hetlərə qədər getdiyini bildirirlərsə də bu öz təsdiqini tapmamışdır.
San Siro
San Siro, həmçinin rəsmi adı olan Cüzeppe Meattsa adı ilədə tanınır — İtaliyanın Milan şəhərində yerləşən futbol stadionu. Milan və İnter klublarının ev stadionudur. Stadion öncə San Siro adlandırılıb, sonradan stadiona, hər iki Milan klubunun formasını geyinmiş hücumçu Cüzeppe Meattsanın adı verilib. == Tarixi == İlk əvvəllər "San Siro" Milan klubunun stadionun yerləşdiyi ərazinin adı idi. Buna görə də azarkeşlər stadionu San Siro olaraq adlandırırdılar. Ancaq 1920-ci illərin ortalarında "rossonerilər"in azarkeşləri üçün Milanın ilk stadionu kiçik sayılmağa başlayır. O zaman Milanın prezidenti, varlı bir iş adamı olan Pyero Pirelli, yeni arenanın tikintisi üçün torpaq sahəsi alır. 1926-cı ilin sentyabrında, 35 mindən çox tamaşaçı tutumu olan yeni San Siro Futbol Stadionun açılışı olur. İllər sonra yerli bələdiyyə stadionu Milan klubundan alır. Şəhər və klub tədricən stadionu genişləndirir və artıq 1940-cı ildə İtaliyanın Almaniyaya qarşı oyununda stadionun tutumu 65.000 tamaşaçıya çatdırılır.
Şiro
Şiro — ad Şiro Azumi — keçmiş Yaponiya futbolçusu. Şiro Kikuhara — keçmiş Yaponiya futbolçusu. Şiro Misaki — keçmiş Yaponiya futbolçusu. Şiro Teşima — keçmiş Yaponiya futbolçusu.
Şirov (Tarım)
Şirov (az-əbcəd. شیرُو‎, fars. شیراب‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Dəstgirdə qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 30 nəfər yaşayır (9 ailə).
Şiro Azumi
Şiro Azumi — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Şiro Kikuhara
Şiro Kikuhara (d. 7 iyul 1969) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Şiro Misaki
Şiro Misaki — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Şiro Teşima
Şiro Teşima (26 fevral 1907 - 6 noyabr 1982) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib, 2 qol vurub.
Kirov (Kirov)
Kirov — Rusiya Federasiyasında yerləşən şəhər Kirov vilayətinə daxildir
Bibop
Bibop və ya bop, melodik bir quruluşdan daha çox harmonik bir quruluş üzərində qurulmuşdur və sürətli templə improvizasiyayla xarakterizə edilən caz növüdür. 1940-cı illərin başlarında və ortalarında Amerika Birləşmiş Ştatlarında ortaya çıxmışdır.
Driop
Driop və ya Driops (q.yun. Δρύοψ; mənası – "palıdabənzər") — yunan mifologiyasında personaj. O, bir versiyaya görə, Sperxi və Polorin oğludur. Başqa bir versiyaya görə, Driop Apollon ilə Dianın oğludur. Bir versiyada onun Heraklın sevimlisi olduğu bildirilir. Driop Eta vilayətində hökmranlıq etmişdir. O, Driopanın atasıdır. Driop Parnas yaxınlığında yaşayan driopların əcdadı. Driopun ziyarətgahı Asində yerləşirdi.
Firon
Firon (yun. Φαραώ / pharaōn) — qədim Misirdə padşah, çar, kral. Britaniya Ensiklopediyasına görə, "firon" kəlməsi yeni çarlıq dövründən etibarən (18-ci xanədanlıqdan başlayır; b.e.ə. 1539–1292-ci illər) 22-ci xanədanlığa qədər (b.e.ə. 945–730-cu illər) hörmət mənasında işlədilib, sonralar da bu söz çarın ünvanına çevrilib, əvvəllər isə bu xitab heç vaxt işlədilməyib. Bu mövzuda başqa bir məlumat isə Amerika Akademik Ensiklopediyasında (Academic American Encyclopedia) qeyd edilmişdir. Həmin ensiklopediyada "firon" ləqəbinin yeni çarlıq dövründən etibarən istifadə edilməyə başladığı bildirilir. == Firon Quranda == Göründüyü kimi, "Firon" kəlməsindən müəyyən bir tarixdən sonra istifadə edilməyə başlanıb. Dolayısı ilə Quranda bu fərqin tam olaraq qeyd edilməsi – Yusif dövründəki hökmdardan həmişə "kral, çar, hökmdar" olaraq bəhs edildiyi halda Musanın dövründəki hökmdarın hər dəfə "firon" adlandırılması – Quranın Allahın sözü olmasını sübut edən başqa bir dəlildir. Keçmişin xəbərlərinin bir qisminə sənə belə nəql edirik.
Girov
Girov və ya əsir — müharibə və ya müəyyən hərəkətlərdə qabaqlayıcı tədbir kimi təhlükəsizlik məqsədləri üçün varlıqların və ya şəxslərin tutulması və ya saxlanmasıdır. Girov qismində tutulan varlıq və ya şəxs girov və ya əsir adlanır. İndiki müasir istifadədə, müharibələrdə deyil, hər hansı bir cinayətdə iştirak etmiş şəxsin və qrupun, işəgötürən, hüquq-mühafizə orqanları və ya hökumət orqanlarına zorla tələblərini qəbul etdirməyə və tələb yerinə yetirildikdən sonra sərbəst buraxılan şəxsə deyilir. Girov götürən şəxs məhkumlara fiziki zərər verə bilər.
Jiron
Jiron (fr. Giron) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belqard-syur-Valzerin kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. INSEE kodu — 01174. == Əhalisi == 2010-cu ildə əhalinin sayı 162 nəfər təşkil edirdi.
Kirov
Kirov (Kirov) — Rusiya Federasiyasında yerləşən şəhər, Kirov vilayətinə daxildir. Kirov (Vedibasar) — Vedibasar mahalında kənd.
Sarov
Sarov (Tərtər) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Sarov (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Maralyansarov — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd.
Serou
Seraou, və ya serau (lat. Capricornis) — Boşbuynuzlular fəsiləsinə aid olan Yaponiya, Çin, Hindistan və Cənub-Şərqi Asiya ərazilərində yaşayan növ. Dişilərdə buynuz 4–6 sm, erkəklərdə isə 8–10 sm təşkil edir. Həyat tərzinə görə Qorallarlardan fərqlənmir. 4–6 başdan ibarət ailələr şəklində yaşayırlar. Qış ayları yemin asan şəkildə əldə edildiyi bölgələrə enirlər.
Serov
Serov — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Sibos
Sibos (ing. Sibos – Swift International Banking Operations Seminar) və ya SIBOS — Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) hər il təşkil etdiyi beynəlxalq sərgi-konfrans. Bu ənənəvi tədbirin keçirilməsinə 1978-ci ildən başlanılmışdır. İlk konfrans Brüsseldə keçirilmişdir. Hər il keçirilən bu sərgi-konfransa dünyanın iri bank və maliyyə qurumlarının nümayəndələri qatılırlar. Müxtəlif ölkələrdən minlərlə nümayəndəni bir araya gətirən SIBOS sərgi-konfransı ümumdünya bank-maliyyə sektorunun əhəmiyyətli nailiyyətlərindən sayılır. Sibos dünyanın maliyyə sektorundakı innovativ trendlərin izlənməsi, yeni bankçılıq təcrübə və texnologiyaları ilə tanışlıq, ən əsası isə işgüzar əlaqələrin qurulması baxımından çox mühüm platforma hesab edilir.
Sikoz
Sikoz — stafilokokklarin törətdiyi xroniki iltihabi xəstəlik.
Sinod
Ruhanilər məclisi və ya Sinod – xristianlıqda dini və ya inzibati mübahisələri həll etmək üçün çağırılan iclas. Qədim yunan dilində “yığıncaq”, “iclas”, “toplantı”, “komitə”, “komissiya”, “assambleya” mənalarını verən sinodos (σύνοδος) sözündən yaranmışdır. Latın dilinə keçmiş olan versiyası isə concilium terminidir.
Siqor
Siqor (yun. Σηγώρ), həmçinin Soar və ya Soara (q.yəh. צוער‎ ‎ “kiçik”; lat. Zoara, yun. Ζογορα) — Əhdi-ətiqdə Sodom pentapolunun beş şəhərindən biri. Əksər tərcüməçilərə görə, şəhər Ölü dənizin cənub-şərq ucunda, Kerek vadisində, Moav dövləti ilə sərhəddə yerləşir. Şəhər İosif Flavi, Ptolemey, Yevsevi və İyeronim tərəfindən xatırlanır. Şəhər Lut və qızları üçün sığınacaq olması və məqsədilə Sodom və Qomorranı məhv edən faciədən xilas edilmişdir. Şəhər əvvəllər Bela kimi də tanınırdı (ivr. ‏בלע‏‎) və kiçik bir dövlətin paytaxtı idi.
Sirab
Sirab mineral suyu
Siraf
Bəndər Siraf və ya Tahiri— İranın Buşehr ostanının Kəngan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3 500 nəfər və 722 ailədən ibarət idi.
Qırov
Qırov – ayaz gecələrdə yerin və cisimlərin səthi soyuyaraq mənfi temperatura düşdükdə onların səthinə çökən buz kristalcıqları.