Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sivriyarpaq aktinidiya
Sivriyarpaq aktinidiya (lat. Actinidia arguta) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin aktindiyakimilər fəsiləsinin aktinidiya cinsinə aid bitki növü. == Təbii yayılması == Saxalində, Kuril adalarında, Koreya və Yaponiyanın iynəyarpaqlı meşələrində bitir. Uzaq Şərq meşələrinin ən iri, oduncaqlı lianasıdır. == Botaniki təsviri == 25 m hündürlüyə çatan bitkidir. Gövdəsi möhkəm oduncaqlaşmış, diametri 10–15 sm-ə çatır. Kürəvi, yumurtavari yarpaqları üstdən dərivari, tünd-yaşıl,15 sm uzunluğunda, 10 sm enində olur. Çiçəkləri ikievlidir. Zoğları hamar, açıq-bozdur. İyun-iyul aylarında çiçəkləyir.
Sivriyarpaq akvilegiya
Sivriyarpaq akvilegiya (lat. Aquilegia oxysepala) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin akvilegiya cinsinə aid bitki növü.
Sivriyarpaq ağcaqayın
== Təbii yayılması == Avrоpada, Karеyada, cənubda isə Qafqazda, Balkanda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 30-m ə çatan sıх, yumru çətirli ağacdır. Cavan budaqların qabığı hamar, qırmızımtıl-bоzdur. Ağacın gövdəsi tünd, qоnurumtul-bоz, bəzən tam qara rəngli, üzərində çохlu çatları оlan qabıqla örtülmüşdür. Yarpaqlar 5 dilimlidir, tünd yaşıldır, payızda narıncı-sarımtıl rəngdə оlur, uzunluğu 18 sm-ə qədərdir. Mayın I və II оngünlüyündə çiçəkləyir, sеntyabrın оrtalarında mеyvələri yеtişir. Çiçəkləri sarımtıl-yaşıl, ətirlidir, qalхan çiçək qrupuna yığılmışdır. Ömrünün ilk 3 ilində tеz böyüyür, 17 yaşında çiçəkləyir və mеyvə vеrir. == Ekologiyası == Məhsuldar və rütubətli tоrpaqlara tələbkardır, tеz böyüyür, kölgəyə, küləyə davamlıdır. Tоrpağın şоranlaşmasına dözmür.
Sivriyarpaq kassiya
Sivriyarpaq kassiya (lat. Cassia acutifolia) - kassiya cinsinə aid bitki növü.Cassia acutifolia Delile (=Senna alexandrina Mill.) - İtiyarpaq (Aleksandriya səna, Afrika sənası, itiuclu səna, Misir sənası, səna, kassiya) == Botaniki xarakteristikası: == Çoxillik yarımkol bitkisi olub, hündürlüyü 1-1,5 m-ə bərabərdir. Gövdəsi budaqlanandır. Yarpaqları cüt lələkvari, növbəli, yalançı zoğu əsasından bizəoxşardır. Yarpaqcıqları demək olar ki, oturaq, neştərvari, bütövkənarlı, zirvəsi itiuclu, əsasından bərabər olmayan, uzunluğu 20-30 mm, eni isə 5-9 mm-ə bərabərdir. Hamaşçiçəkləri qoltuq tumurcuqları fırçayabənzərdir. Çiçəkləri ziqomorf olub, diametri 8 mm, kasacığı 5 kasa yarpağından, çiçək tacı 5 bərabər olmayan sarı rəngli ləçəkdən ibarətdir. Meyvəsi yastı, dəricikli, azacıq əyilmiş olub, uzunluğu 3-5 sm, eni isə 1,5-2,5 sm-ə bərabərdir. Toxumları yası, ürəkşəkilli və sarılımtıl-yaşıl rəngli olur.Yarpaqları mövsüm ərzində 2-3 dəfə əl ilə toplanılır. Sonuncu dəfə bütün bitki yığılır və yarpaqları çeşidlərə ayrılır.
İriyarpaq acıçiçək
İriyarpaq acıçiçək (lat. Gentiana macrophylla) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin acıçiçək cinsinə aid bitki növü.
İriyarpaq andız
Şərq andızı (lat. Inula orientalis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik, 20-50 (60) sm hündürlükdə, gövdəsi duz, şırımlı, sadə, tüklü bitkidir. Yarpaqları bütöv, yanlardan kirpikli, aşağıdakılar uzunsov-kürəkvari gövdədən dartılmış, sonrakılar oturaq ürəkvari və ya yumurtavari ucubizdir. Səbətləri iri, 20-30 mm enində, tək-tək yerləşirlər. Sarğısının yarpaqları çoxcərgəli, biz-lansetvari, sıx qaratəhər kirpiklidir. Dilcik çiçəkləri qızılı-sarı, sarğıdan iki dəfə uzundur. Toxumcaları 3 mm uzunda silindrvari, çılpaq, şırımlıdır; kəkili qonur, tükcüklü, toxumcalardan bir az uzundur. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında yuxarı dağ qurşağından alp qurşağına kimi yayılmışdır. Subalp və alp çəmənlərində, məşə kənarlarında və talalarında bitir.
İriyarpaq cökə
İriyarpaq hortenziya
İriyarpaq hortenziya (lat. Hydrangea macrophylla) — hortenziyakimilər fəsiləsinin hortenziya cinsinə aid bitki növü. == Təbii yayılması == == Botaniki təsviri == Hündürlüyü 1-2 m, düz qalxan budaqlara malik koldur. Yarpaqları sadə, yumurtavari və tünd yaşıl, uzunluğu 7-15 sm, kənarları dişlidir. Çiçəkləri iri, çəhrayı, bəzən mavi və ağ rəngdə olub, enli, qalxanvari çiçək qrupunda toplanır. Kasayarpaqları iri, yaşımtıl, tədricən ağ, çəhrayı və ya mavi rəngdə olur. Meyvəsi 2-3 bölümlü, çoxsaylı xırda toxumları olan qutucuqdur. Yazdan yayın ortasına qədər 18-200 C-də toxumlarla, zoğlarla və kolun bölünməsi ilə çoxaldılır. == Ekologiyası == İşıqlı və yarımkölgəli ərazilərdə bitir. 100C-yə qədər soyuqlara dözür.
İriyarpaq mahmızçiçək
İriyarpaq mahmızçiçək (lat. Delphinium grandiflorum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin mahmızçiçək cinsinə aid bitki növü.
İriyarpaq çilədağı
Eremostachys molucelloides (lat. Eremostachys molucelloides) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin çilədağı cinsinə aid bitki növü. == Sinonimləri == Eremostachys macrophylla Montbret & Aucher ex Benth. Eremostachys molucelloides var. intermedia Regel Eremostachys molucelloides var. macrophylla (Montbret & Aucher ex Benth.) Regel Eremostachys molucelloides subsp. macrophylla (Montbret & Aucher ex Benth.) Takht. Eremostachys pyramidalis Jaub.
İriyarpaq ürəkotu
İriyarpaq ürəkotu (lat. Cardamine macrophylla) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin ürəkotu cinsinə aid bitki növü.
İriyarpaq qargiləmeyvə
İriyarpaq qargiləmeyvə (lat. Symphoricarpos rotundifolius) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin qargiləmeyvə cinsinə aid bitki növü.
İriyarpaq kövrək mürdəşər
İriyarpaq kövrək mürdəşər (lat. Frangula grandiflora) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin mürdəşər cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısna görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssəs olanlar" kateqoriyasına aiddir - VU A2.c. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == 4-5 (6) m hündürlükdə kol va ya alçaqboylu ağacdır.Tumurcuqları iri olub, tüklüdür. Yarpaqları 7-22 sm uzunluğunda, 4-10 sm enindədir, nazik, tökülən, ellipsşəkilli və ya enli-ellipsşəkilli, təpə hissədə sivriucluvə ya üçbucaq formasında sivriləşmiş, qaidədə dəyirmi və ya azacıq ürəkvari, kənarları xırda mişardişli, üst tərəfdən tünd-yaşıl, çılpaq, tutqun, alt hissədən sarımtıl, damarlar boyunca tüklüdür. Çiçəkləri xırda, sarımtıl, uzunayaqlı boş 6-14 (1-2) çiçəkli qoltuq yarım çətirlərində toplanmışdır. Meyvələri şarabənzər, tünd-qırmızı, 6-8mm diametrində çəyirdəkdir, çəyirdəkləri 8 sayda, mərciyə bənzər, qəhvəyi rəngdə, enli şəffaf buruncuqludur. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləməsi aprel-iyun, meyvə əmələ gətirməsi iyul-avqust aylarına təsadüf edir. Mezofitdir.