Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Siyəzən (Siyəzən)
Siyəzən — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Zarat kənd Sovetinin Siyəzən kəndi Beşdam kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Siyəzən adlanan ərazidə hələ qədimdən neft yatağı aşkar edilmişdir. Topo­nimin yaranması da məhz bununla əlaqədar­dır. Tədqiqatçılar oykonimi "qara su", "qara torpaq", "qara düzənlik" kimi mənalandır­mışlar. == Coğrafiyası və iqlimi == Kənd Samur-Dəvəçi ovalığında yerləşir. == Əhalisi == Əhalisinin sayı 132 nəfərdir (2009-cu il).
Siyəzən
Siyəzən — Azərbaycanın Siyəzən rayonunun inzibati mərkəzi. 1954-cü ildə rayon tabeli şəhər statusu almışdır. == Tarixi == Siyəzən rayon kimi ilk dəfə 11 fevral 1940-cı ildə təşkil olunmuş və 1959-cu ildə ləğv edilərək Dəvəçi rayonunun tərkibinə verilmişdir. 2 aprel 1992-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının qərarı ilə Siyəzən rayonu 1959-cu il sərhədləri daxilində yenidən bərpa olunmuşdur. 1950-70-ci illərdə Siyəzəndə neftçıxarmanın sürətli inkişafı rayonun dağ kəndlərinin dağılmasına gətirib çıxarmışdır. Qızıl-Burun dəmir yolu stansiyası bu prosesin hesabına böyüyərək Siyəzən şəhərinin yaranmasına səbəb olmuşdur. == Mədəniyyəti == Gilgilçay səddi – Erkən orta əsrlərdə Azərbaycanda inşa edilmiş ən böyük müdafiə səddidir. İlkin orta əsrlərdə Azərbaycanı şimaldan bir neçə möhtəşəm sədd qoruyurdu. Onlardan Dərbənd qalası ölkənin şimal sərhəddində idisə, Gilgilçay səddi Şirvanın içərilərində çəkilmişdi. Ərəbdil qaynaqlarında "Sur ət-Tin" ("Gil divar") adlandırılan bu səddin əsasının Sasani hökmdarı Qubad (488-531) zamanında qoyulduğu bildirilir.
Allahyarlı (Siyəzən)
Allahyarlı — Azərbaycan Respublikasının Siyəzən rayonunun Ərziküş kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Siyəzən rayonunun Ərziküş kənd inzibati-ərazi vahidi tərkibindəki Allahyarlı kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Alxanlı (Siyəzən)
Alxanlı — Siyəzən rayonunda yerləşən qədim kənd. Yaranma tarixi XVIII əsrin sonu-XIX əsrin əvvəllərinə təsadüf edir. Kənd haqqında qısaca olaraq Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsərində məlumat verilib. == Toponimikası == "Alxanlı" adının mənası haqqında müxtəlif fikirlər var. Azərbaycanın digər rayonlarında eyni adlı kəndlər vardır.Mənşəyinin eyni olduğu düşünülür.Kəngərli tayfasının bir qolu olduğu və XVIII əsrdə Pənahəli xanın Naxçıvandan köçürdüyü camaat olması barədə fikirlər vardır. == Tarixi == XX əsrin 50-ci illərinə qədər Alxanlı kəndi böyük yaşayış məskəni kimi qalıb. Lakin həmin dövrdə SSRİ rəhbərliyi tərəfindən "xam torpaqlara hücum" elan edilməsi nəticəsində kəndin əhalisi 6–7 km şərqdə, Xəzər dənizinə doğru düzən ərazidə salınmış Yenikənd kəndinə köçürülmüşdür. Hazırda kənddə əsasən maldarlıqla məşğul olan bir-neçə ailə yaşayır. Kəndin ərazisində qədim məscid, istifadə olunmayan kəhriz qalıqları, qədim qəbiristanlıq və evlərin xarabalıqları qalmaqdadır. == Coğrafiyası və iqlimi == Kənd Bakı-Quba avtomobil yolunun üzərində, Gilgilçayın sol sahilindəki dağ yamacında yerləşir.
Gilgilçay (Siyəzən)
Gilgilçay — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Gilgilçay fəhlə qəsəbəsi Həmyə kənd Sovetindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla Gilgilçay qəsəbə Soveti yaradılmışdır. == Tarixi == === Tarixi abidələri === Pir Xəlil türbəsi — Gilgilçay qəsəbəsində yerləşir. Şərq memarlıq üslubunda tikilmiş Pir Xəlil türbəsi VIII əsr abidəsidir. Türbədə dəfn edilmiş XVII əsr Sufi dərvişlərindən Xəlil Baba haqqında yazılı qaynaqlarda dəqiq məlumat yoxdur.
Kolanı (Siyəzən)
Kolanı — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 28 nəfərdir. == Toponimikası == Siyəzən rayonunun Yenikənd inzibati ərazi vahidində kənd. Dəniz sahilindədir. Keçmiş adı Kolanıqışlaq olmuşdur.
Nardaran (Siyəzən)
Nardaran — Azərbaycanın Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Zarat kənd Sovetinin Nardaran kəndi Beşdam kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Yaşayış məntəqəsi Şıx Aladınlı kəndinin qışlaq yeri olmuş­dur. Sonralar həmin kənddən çıxmış ailələr bu qışlaq yerində məskən salmış və kənd də Şıx Aladınlı adlanmışdır. Tədqiqatçılara görə, yaşayış məntəqəsinin adı fars dilin­dəki nar (ikihürgüclü erkək dəvə) və daran (yer, məkan) komponentlərindən düzəlib, "dəvə saxlanılan, dəvə yetişdirilən yer" mənasındadır. Etnoqrafik materiallar da yaşayış məntəqələrində əhalinin keçmişdə dəvəçiliklə geniş məşğul olduğunu sübut edir. Xalq etimologiyasına əsaslanan bəzi tədqiqatçılar oykonimi "nar bitkisinin çox olduğu yer" və ya atəşpərəstliklə əlaqədar "od olan yer" kimi izah edirlər. == Coğrafiyası və iqlimi == Kənd Samur-Dəvəçi ovalığında yerləşir. == Əhalisi == Əhalisinin sayı 54 nəfərdir (2009-cu il).
Qaragöz (Siyəzən)
Qaragöz — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 18 nəfərdir. Əhalini tatlar təşkil edir.
Siyəzən (dəqiqləşdirmə)
Siyəzən rayonu — Azərbaycanın rayonlarından biri. Siyəzən — Azərbaycanın Siyəzən rayonunun inzibati mərkəzi. Siyəzən (Siyəzən) — Azərbaycanın Siyəzən rayonunda kənd.
Siyəzən bələdiyyələri
Siyəzən bələdiyyələri — Siyəzən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Siyəzən bələdiyyəsi
Siyəzən bələdiyyələri — Siyəzən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Siyəzən rayonu
Siyəzən rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Siyəzən şəhəridir. == Tarixi == "Siyəzən" sözünün etimalogiyası dəqiq müəyyənləşdirilməmişdir. Bəzi tədqiqatçıların fikrincə bu söz İran qrupu dillərində "qara torpaq" digərlərinə görə isə hələ qədimdən buradan cıxan neftlə əlaqədar "quru su" deməkdir.Siyəzən rayonu 11 fevral 1940-cı ildə yaradılıb. 1959-cu ildə ləğv edilərək Dəvəçi rayonunun (indiki Şabran) tərkibinə verilmişdir. 1992-ci ildə Siyəzən yenidən ayrı rayon olmuşdur. Dəvəçi rayonundan ayrıldıqdan sonra Siyəzənin qədim kəndləri Ağbaş və Qalaalti sanatoriyasi Şabran rayonuna qalmışdir Rayonun ümumi sahəsi 0,738 min kv. km-dir. == Coğrafi mövqeyi == Siyəzən rayonu Azərbaycanın şimalında, Böyük Qafqaz dağları ilə Xəzər sahilində olan Samur-Dəvəçi ovalığında yerləşir. Ovalığın cənub-şərqində yarımsəhra landşaftı, dağətəyi hissələrdə isə boz-çəmən, şabalıdı-qəhvəyi, qismən qara torpaqlar yerləşməklə, meşə-çəmən landşaftı xarakterikdir.
Siyəzən şəhəri
Siyəzən — Azərbaycanın Siyəzən rayonunun inzibati mərkəzi. 1954-cü ildə rayon tabeli şəhər statusu almışdır. == Tarixi == Siyəzən rayon kimi ilk dəfə 11 fevral 1940-cı ildə təşkil olunmuş və 1959-cu ildə ləğv edilərək Dəvəçi rayonunun tərkibinə verilmişdir. 2 aprel 1992-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının qərarı ilə Siyəzən rayonu 1959-cu il sərhədləri daxilində yenidən bərpa olunmuşdur. 1950-70-ci illərdə Siyəzəndə neftçıxarmanın sürətli inkişafı rayonun dağ kəndlərinin dağılmasına gətirib çıxarmışdır. Qızıl-Burun dəmir yolu stansiyası bu prosesin hesabına böyüyərək Siyəzən şəhərinin yaranmasına səbəb olmuşdur. == Mədəniyyəti == Gilgilçay səddi – Erkən orta əsrlərdə Azərbaycanda inşa edilmiş ən böyük müdafiə səddidir. İlkin orta əsrlərdə Azərbaycanı şimaldan bir neçə möhtəşəm sədd qoruyurdu. Onlardan Dərbənd qalası ölkənin şimal sərhəddində idisə, Gilgilçay səddi Şirvanın içərilərində çəkilmişdi. Ərəbdil qaynaqlarında "Sur ət-Tin" ("Gil divar") adlandırılan bu səddin əsasının Sasani hökmdarı Qubad (488-531) zamanında qoyulduğu bildirilir.
Yenikənd (Siyəzən)
Yenikənd — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == XX əsrin 50-ci illərində SSRİ rəhbərliyinin "Xam torpaqlara hücüm" proqramının irəli sürülməsi nəticəsində dağ kəndlərinin əhalisinin böyük bir hissəsinin düzənlik əraziyə köçürülməsi nəticəsində meydana gəlib. Yenikənd inzibati ərazi vahidinin mərkəzidir. İnzibati ərazi vahidliyinin tərkibinə Yenikənddən başqa Tağay və Kolanı kəndləri, eləcə də qədim Alxanlı kənd yeri daxildir. == Əhalisi == Əhalisinin sayına görə Siyəzən rayonunda ən böyük kənddir. Kənd əhalisinin sayı 2009-cu ildə 3067 nəfər olmuşdur. 01.08.2016-cı ilə görə əhalinin sayı artaraq 3925 nəfərə çatmışdır. Əhalinin əsas hissəsini etnik tərkibcə azərbaycanlılar təşkil edir. Əhali əsasən kənd təsərrüfatı sahələri-əkinçilik, maldarlıq və quşçuluqla məşğul olur. Kənd əhalisi köçüb gəldikləri qədim kəndlərə uyğun olaraq eyni məhəllələrdə yaşadıqları üçün həmin məhəllələrin qeyri rəsmi olaraq həmin adlarla adlandırılması qalmaqdadır.
Zarat (Siyəzən)
Zarat — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. == Haqqında == Kənd Azərbaycanın gözəl guşələrindən biridir. Orada yayda həddindən artıq isti, qışda isə həddindən artıq soyuq olur. Azərbaycanın məşhur Beşbarmaq dağı da bu kənddə yerləşir. == Əhalisi == Əhalisinin sayı 1410 nəfərdir (2009-cu il). == Toponimikası == Siyəzən rayonunun Çuxur-əzəmi inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Tədqiqatçılar oykonimi ərəb dilindəki ziraət (əkin yeri) sözü ilə əlaqələndirir, yaşayış məntəqələrinin keçmiş əkin yerlərində salınmalarına əsaslanırlar.
Çarxana (Siyəzən)
Çarxana — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 17 fevral 1993-cü il tarixli, 514 saylı Qərarı ilə Siyəzən rayonunun Çarxana kəndi Sədan kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Əsl adı Çaparxana olmuşdur. Yerli əhalinin verdiyi məlumata görə, əvvəllər burada çaparxana (poçt məntəqəsi) var idi. Sonralar yaranmış yaşayış məntəqəsi ərazinin əvvəlki adını saxlamışdır. Çarxana çaparxana sözünün fonetik variantıdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == Əhalisinin sayı 80 nəfərdir və tatlardır (2009-cu il).
Siyəzən Şərab zavodu
Siyəzən Şərab zavodu — şərab istehsalı ilə məşğul olan Azərbaycan müəssisələrindən biri. == Tarixi == Zavod 1970-ci ildə qurulmuş, 1990-cı illərdə isə fəaliyyətini dayandırmışdır. 2010-cu ildə "Synergy Group" ASC tərəfindən yenidən qurulmuş və burada beynəlxalq standartlara uyğun istehsal prosesi təşkil edilmişdir.
Yenikənd Bələdiyyəsi (Siyəzən)
Siyəzən bələdiyyələri — Siyəzən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çıraqqala Siyəzən FK
Çıraqqala futbol klubu Siyəzəndə yaranmışdır. 1 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir.
Heydər Əliyev Muzeyi (Siyəzən)
Heydər Əliyev Muzeyi — Azərbaycanın Siyəzən rayonunda Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin dövlətçilik irsini özündə təcəssüm etdirən muzey.Ümumilikdə Heydər Əliyev mərkəz və muzeyləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği, Azərbaycan tarixi və dilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin yaşadılması istiqamətində sistemli fəaliyyət göstərir.Azərbaycanda Heydər Əliyev muzeylərinin təşəbbüskarı və yaradıcılarından biri Quba Heydər Əliyev Mərkəzinin direktoru Elza Orucova olmuşdur.Heydər Əliyev muzeylərinin mahiyyət etibarı ilə mərkəz kimi fəaliyyət göstərdiyini, onların regionlarda ictimai-siyasi və mədəni mərkəzlər kimi mühüm rol oynadığını nəzərə alaraq, habelə yerlərdən daxil olan çoxsaylı müraciətlərə əsasən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə Heydər Əliyev Muzeyləri mərkəz adlandırılmışdır. == Haqqında == 3 mərtəbədən və 14 otaqdan ibarət olan Siyəzən rayon Heydər Əliyev Mərkəzinin müasir orijinal layihə əsasında inşasına 2013-cü ilin yanvar ayında başlanmış və iyul ayında başa çatdırılmışdır. Ümumi sahəsi 1200 m2 olan Mərkəzdə dünya şöhrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitablar, fotolar, fəxri diplomlar və digər sənədlər sərgilənir. Fotolarda Ulu Öndərin uşaqlıq, yeniyetməlik, tələbəlik illəri, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi, Azərbaycan Kommunist Partiyasının birinci katibi olduğu dövrlərdə Siyəzən rayonuna səfərləri əks olunmuşdur. Mərkəzdə, həmçinin Ümummilli Lider Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, müstəqil Azərbaycan Respublikasının Prezidenti olduğu dövrlərdə Siyəzənə səfərlərini əks etdirən fotolar yer almışdır.Binanın I mərtəbəsində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdiren foto və sənədlərdən ibarətdir. Mərkəzdə ümumilikdə 449 eksponat vardır. Bunlardan Heydər Əliyevin müxtəlif dövürlərdə çəkdirdiyi 71 ədəd foto, 76 ədəd sənəd, 34 ədəd yağlı boya ilə cəkilmiş rəsm əsərləri, 1 büst və 267 kitabdan ibarətdir. Binanın I mərtəbəsində həmçinin, xalçaçılıq ənənələrinin yaşadılmasında böyük töhfələr verərək bu sənətin qədimliyini, dəyərini qoruyub saxlanmasına xidmətən göstərən xalçaçılıq dərnəyi fəaliyyət göstərir. Mərkəzin ikinci mərtəbəsində isə konfrans zalı, dizayn və nikah otağı, sərgi salonu vardır. Rəssamlıq dərnəyində məşğul olan şagirdlərin tez-tez rəsm sərgiləri təşkil olunacaq.
Şabran-Siyəzən seçki dairəsi
54 saylı Dəvəçi-Siyəzən seçki dairəsi
54 saylı Şabran-Siyəzən seçki dairəsi
Göyəzən
Göyəzən (qəzet) —
Siyənək
Siyənək (lat. Clupea) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin siyənəkkimilər dəstəsinin siyənəklər fəsiləsinə aid heyvan cinsi.
Siyəsət
Siyasət (qədim yunanca: Πολιτικά, politika — "şəhərlərin işləri") — sosial qruplarda qərarların qəbulu və ya fərdlər arasında güc münasibətlərinin digər formaları, məsələn, resursların və ya statusun bölüşdürülməsi ilə əlaqəli fəaliyyətlər məcmusu. Siyasəti və hökuməti öyrənən sosial elm sahəsinə siyasi elm — politologiya deyilir Siyasi fəaliyyət müxtəlif sosial qruplar, siniflər və dövlətlər arası münasibətlər üzərində qurulur. Hakimiyyət problemi ilə bağlı olan hər hansı bir fəaliyyət siyasi xarakter daşıyır. Siyasət cəmiyyətin inkişafının müəyyən mərhələsində yaranır və o xüsusi mülkiyyətə əsaslanan istehsal formalarının, sosial strukturun, mədəni mədəniyyətin formalaşdığı dövrdə təşəkkül tapmışdı. Müxtəlif sosial qruplar öz mənafelərini qoruyub saxlamaq üçün xüsusi idarəetmə aparatını yaradırlar. Siyasi hakimiyyət müxtəlif təsisat formaları vasitəsilə həyata keçirilir."Siyasət" termini Azərbaycan dilinə ərəb dilindən keçib. Sözün ərəb dilindəki hərfi mənası "at təlimi" deməkdir. Bir çox qərb ölkələrində, məsələn, ingilisdilli ölkələrdə, "Politics", almandilli ölkələrdə isə "Politik" terminini istifadə edirlər. "Politics/Politik" sözü yunan sözü olan "Polis" sözündən götürülüb. "Polis" sözünün mənası şəhər deməkdir.
Ağbaş siyənək
Ağbaş siyənək (lat. Alosa hrashnikovi grimmi) — siyənək cinsinin nümayəndəsidir. == Yayılması == Astrabad körfəzindən Qaraboğazgöl körfəzinə qədər yayılmışdır. Xəzər dənizinin cənubi - şərqində yaşayır. == Morfoloji əlamətləri == Böyük ağzı, alt çənəsində qabarlı qalınlaşma vardır. Qəlsəmə dişcikləri yoğun, kobud, əyri, küt, çox vaxt ucu qalınlaşmış və ya haçalanmışdır. Alt çənəsi adətən yüngülcə irəli çıxır, üst çənə göz ortasının şaqulisinə çatır. Balığa bu adın verilməsi onun başının ağ-süd rəngində olması ilə əlaqədardır. Başqa siyənəklərdən bəzi morfoloji əlamətlərinə görə də fərqlənir. Uzunluğu 25-29 sm, kütləsi orta hesabla 300 q olur.