MATAN
MATIR
OBASTAN VİKİ
Matar
Matar — Anju adaları qrupuna daxil olan elə də böyük olmayan ada. Ada Çukot dənizi ilə Şərqi Sibir dənizi araspnda yerləşir. İnzinati cəhətdən Yakutiya ərazisinə daxildir. Ərazi Ust Lena qoruğuna daxildir.
Matara
Matara (sinh. මාතර, tam. மாத்தறை) — Şri-Lankada şəhər. Cənub əyalətinin okean sahillərində yerləşir. Ölkə paytaxtı Kolombodan 160 km məsafədədir. Matara dairəsinin əsas ticarət mərkəzi və inzibati mərkəzidir. Şəhər 2004-cü ildə Hind okeanında baş vermiş zəlzələdən böyük zərər görmüşdür. Şəhər əhalisinin sayı 68 000, aqlomerasiyada isə əhalinin sayı 831 mindir. == Etimologiyası == «Matara» sözü «Böyük bərə» mənasını verir və böyük ehtimal ki, tamil dilində olan «matturay» sözündəndir. Matturay sözü isə «böyük dəniz limanı» və ya «böyük qala» mənasını daşıyır.
Mataram sultanlığı
Mataram sultanlığı — 1575-ci ildə qurulan və 1755-ci ilədək həyat sürən Yava adasındakı müstəqil bir müsəlman dövləti. == Tarixi == İslama bağlılıq, Hindu mədəniyyətini mənimsəmiş olan Macapahit hakimlərinə qarşı bir qorunma vasitəsi olaraq ortaya çıxınca İslami çevrə bir anda genişlədi. Şimal sahilləri xalqı da İslamiyəti qəbul etdi və silaha sarılaraq Macapahitlərə qarşı savaşdı. 1520-ci illərdə y Demak sultanı Raden Patah son Macapahit hakiminə qarşı zəfər əldə edərək Hindu hakimiyyətinə son verdi. İslamiyətin müstəqilliyə çatmaqda önəmli bir ünsür təşkil etdiyinin anlaşılması üzərinə öncəki dönəmdə hakim sinfi təşkil edənlər durumlarını qorumaq üçün İslamiyəti qəbul etmək məcburiyyətində qaldılar. Beləcə yeni düzəndə özlərinə bir yer edərək sosial həyatdakı köhnə durumlarını qismən də olsa qoruya bildilər. XVI əsrin sonlarına doğru Orta Yava bölgəsində Mataram sultanlığı adıyla geniş bir siyasi güc ortaya çıxdı (1575). Bu yeni dövlət Yava şimal sahili İslam dövlətləri kimi tamamilə İslami bir dövlət görüntüsü vermədi. Mataram hakimləri müsəlman olmaqla birlikdə onların hakimiyyətində qədim Hindu Macapahit krallığı dönəmindən qalma bir sıra siyasi ünsürlərin izlərini görmək mümkündür. Mataram sultanlığı hakimiyyətində qədim dönəmə aid Macapahit hakim və aristokratları fəaliyətlərini sürdürdülər.
Matariki Universitetləri Şəbəkəsi
Matariki Universitetləri Şəbəkəsi (ing. Matariki Network of Universities – MNU) — tədqiqat və bakalavr tədrisi ilə bağlı əlaqələrin qurulmasına yönəldilmiş universitetlərarası beynəlxalq birlik. == Adı == Maori dilində olan "Matariki" sözü Qədim yunan mifologiyasında "Yeddi Bacı" kimi tanınan "Ülkər" ulduzu deməkdir. Bu Şəbəkənin 7 təsisçisinin olmasında da özünü göstərir. == Tarixi == 2010-cu ildə yaranmışdır. == Fəaliyyəti == Şəbəkənin potensial fəaliyyətinə aşağıdakılar daxildir: inkişaf etmiş tələbə mübadiləsi; birgə magistr proqramları; sosial-məsuliyyət layihələri; tədqiqatlarla bağlı əməkdaşlığı; qarşılıqlı maraq doğuran mövzular üzrə konfranslar və seminarlar; ziyarət təqaüdü; fakültə və heyət mübadiləsi və ezamiyyə; qiymətləndirmə və ən yaxşı təcrübələrin mübadiləsi; mədəni və idman fəaliyyəti.