Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Skate Kitchen
Skate Kitchen (azərb. Skeyt mətbəxi‎) — Kristal Mozellin 2018-ci ildə ssenarisi və rejissorluğu ilə çəkilmiş ABŞ filmi. Bu onun qısametrajlı filmi "That One Day" əsasında çəkilib. Film Nyu-Yorkda bir qrup qadın skeytbordçu ilə dostlaşan Kamil (Reyçel Vinberq) adlı yeniyetmə qızın hekayəsindən bəhs edir. Real həyatda da var olan "Skate Kitchen" qrupunun üzvləri bu filmdə özlərinin uydurma versiyalarını canlandırıblar. Skate Kitchen — Internet Movie Database saytında.
Kate
Kate (KDE Advanced Text Editor) — KDE tərəfindən yaradılan mətn redaktorudur. UTF-8, UTF-16, ISO-8859–1 və ASCII kodinqlərini dəstəkləyir. Sintaksi tanıma (highlighting) xüsusiyyətinə malikdir. C++ dili ilə Kate üçün pluginlər yazmaq mümkündür.
Sate
Sate İndoneziya mətbəxinə məxsus, ədviyyatlardan istifadə edərək şişə çəkilmiş və manqalda qızardılmış ət yeməyidir. Xüsusi sousla süfrəyə verilir. Sate dilimlənmiş toyuq, keçi, qoyun, mal əti, donuz əti, balıq, digər ət və ya tofudan ibarət ola bilər. Kokos palmasının yarpaqları daha original olmasına baxmayaraq, bambuk şişləri tez-tez istifadə olunur. Odun və ya kömür ocağı üzərində qızardılır və sonra müxtəlif ədviyyatlarla servis olunur. Sate müxtəlif souslarla süfrəyə verilir, lakin ən çox soya və yer fıstığı sousundan istifadə olunur. Belə ki, yer fıstığı sousu tez tez sate sousu adlandırılır. Sate İndoneziyayanın Yava adasına məxsusdur. Bu İndoneziyanın milli yeməyidir. Həmçinin Cənub-Şərqi Asiyada, xüsusilə İndoneziya, Malayziya, Sinqapur , Tayland və Vyetnamda məşhurdur.
Skane (bölgə)
Skane — İsveçin ən cənubunda yerləşən inzibati ərazi vahidi.
Travis Skatt
Trevis Skott (əsl adı: Jak Berman Vebster II; 30 aprel 1991, Hyuston, Texas, ABŞ) — amerikalı repçi, müğənni, mahnı yazarı və prodüser. O, "Billboard", "Latin Qremmi", "MTV Video" və "BET Hip Hop" da daxil olmaqla çoxsaylı mükafata layiq görülüb, üstəlik səkkiz dəfə "Qremmi" mükafatına namizəd göstərilib. O, 2023-cü ilə qədər ABŞ-də 49 milyondan çox albom satmağa nail olmuşdur. Trevis 2012-ci ildə Epic Records ilə müqavilə imzalayıb, bunun ardınca o, 2013-cü ildə "Owl Pharaoh" adlı ilk miksteypini çıxarıb. Onun ikinci miksteypi "Days Before Rodeo" növbəti il 2014-cü ildə buraxılıb. 2015-ci ildə yayımladığı ilk albomu "Rodeo" ona geniş tanınma qazandırıb, alboma daxil olan "Antidote" sinqlı "Billboard" hit-paradında yuxarı cərgələrdə qərarlaşıb. İkinci albomu "Birds in the Trap Sing McKnight" 2016-cı ildə işıq üzü görüb, və bu onun ilk bir nömrəli albomu kimi yadda qalıb. Trevisin üçüncü albomu "Astroworld" 2018-ci ildə işıq üzü görüb, Dreyk ilə birgə ifa etdiyi "Sicko Mode" albomun ən çox sevilən treklərindən biri olub. Trevis növbəti il 2019-cu ildə "Jackboys" kompilasiya albomunu dinləyicilərinə təqdim edib. 2023-cü ildə, uzun müddətdir gözlənilən dördüncü albomu "Utopia"nı yayımlayıb.
Kate Apton
Keyt Apton (ing. Kate Upton; 10 iyun 1992) — amerikalı model və aktrisa. Keyt Apton 10 iyul 1992-ci ildə ABŞ-nin Miçiqan əyalətində anadan olmuşdur. Uşaqlığını Florida ştatının Melburn şəhərində keçirmişdir. 2008-ci ildə "Miami Elite Model Managment" ilə müqavilə imzalayan Kate, sonradan Nyu-Yorka köçmüşdür və elə orada ilk dəfə modelliyə addım atmışdır. İlk dəfə Dooney&Bourke çanta markasının modeli olmuşdur. Daha sonra "Sports Illustrated Swimsuit Issue" üz qabığına çıxmışdır və müxtəlif mükafatlara layiq görülmüşdür. Həmin dövrdən, indiyədək Beach Bunny çimərlik geyimi və Victoria Secret üçün modellik edir. Həmçinin 2011-ci ilin iyul ayında, "Esquire" jurnalı tərəfindən "Yayın qadını" seçilmişdir. 2014-cü ildə Kameron Diaz və Lesli Mannla birlikdə "Digər qadın" filmində rol almışdır.
Kate Upton
Keyt Apton (ing. Kate Upton; 10 iyun 1992) — amerikalı model və aktrisa. Keyt Apton 10 iyul 1992-ci ildə ABŞ-nin Miçiqan əyalətində anadan olmuşdur. Uşaqlığını Florida ştatının Melburn şəhərində keçirmişdir. 2008-ci ildə "Miami Elite Model Managment" ilə müqavilə imzalayan Kate, sonradan Nyu-Yorka köçmüşdür və elə orada ilk dəfə modelliyə addım atmışdır. İlk dəfə Dooney&Bourke çanta markasının modeli olmuşdur. Daha sonra "Sports Illustrated Swimsuit Issue" üz qabığına çıxmışdır və müxtəlif mükafatlara layiq görülmüşdür. Həmin dövrdən, indiyədək Beach Bunny çimərlik geyimi və Victoria Secret üçün modellik edir. Həmçinin 2011-ci ilin iyul ayında, "Esquire" jurnalı tərəfindən "Yayın qadını" seçilmişdir. 2014-cü ildə Kameron Diaz və Lesli Mannla birlikdə "Digər qadın" filmində rol almışdır.
Mikoyan Skat
Mikoyan Skat (rus. Микоян Скат) — MiG şirkəti tərəfindən Rusiya Müdafiə Nazirliyi üçün 2005-ci ildən bəri Stels texnologiyası əsasında yaradılmış pilotsuz uçuş aparatıdır. Skat pilotsuz uçuş aparatının kökü 2005-ci ildə Mikoyan şirkətinin layihə üzərində işə başlamasına kimi gedir. Radarlara mümkün qədər az tutulması ehtimalı xüsusilə vurgulanmış və buna görə də, aparat uçan qanad konfiqurasiyasında, üçbucaq şəklində, kompozit materiallardan istifadə edilməklə və iki daxili silah çuxurunda gizlənmiş silahlanma yuvaları ilə hazırlanmışdır. Yalnız tam ölçülü maketi ilk dəfə MAKS 2007 beynəlxalq hava şousunda təqdim edilmişdir. Bununla birlikdə, pilotsuz təyyarə istehsal mərhələsindən keçmədi və maliyyə çatışmazlığı səbəbindən layihə üzərində iş daha sonra 2012-ci ildə dayandırıldı. Skat, Klimov RD-93 mühərrikinin bir variantı olan Klimov RD-5000B turbofan mühərriki ilə işləyən Kh-31 kimi raketlər üçün kifayət qədər böyük olan iki ventral silah bölməsində silah aparmaq üçün nəzərdə tutulmuş, radarlara tutulma ehtimalı aşağı olan səs sürətindən aşağı sürətlə (subsonik) uçan PUA-dır. Tək mühərrikli subsonik dizaynı 11.5 metr (37.7 fut) qanad sahəsinə malikdir və uzunluğu 10.25 metr (33.6 fut) təşkil edir. PUA maksimum hündürlük ağırlığında saatda maksimum 800 kilometr (497 mil) sürətə və 10 ton ağırlığında qalxma ağırlığına (yəni maksimum 10 tonluq yük ilə havaya qalxa bilər) malikdir. Döyüş radiusu 2000 km (1240 mil) təşkil edir və iki tona qədər döyüş yükünün daşınması nəzərdə tutulmuşdur.
Qedunq Sate
Qedunq Sate Bandunq, Qərbi Yava, İndoneziyada ictimai bir binadır. Holland memar J. Qerber tərəfindən indiki İndoneziya elementlərini birləşdirən neoklassik memarlığı təsvirinə əsasən Niderland Ost-Hindi Dövlət Müəssisələrindən olan (Hökumət Sektorları Departamenti sözündən ibarətdir) bu bina 1920-ci ildə tamamlandı. Bu gün bina Qərbi Yava əyalətinin qubernatorluğu və muzey kimi xidmət edir. Onun ümumi adı Qedung sate indoneziyalıların "satay binasına" çevrilmiş bir ləqəbidir və bu binanın mərkəzi zirvəsinin şəklinə istinaddır - indoneziyanın ənənəvi yeməklərindən biri olan "satay" adına bənzəyir.
Travis Skat
Trevis Skott (əsl adı: Jak Berman Vebster II; 30 aprel 1991, Hyuston, Texas, ABŞ) — amerikalı repçi, müğənni, mahnı yazarı və prodüser. O, "Billboard", "Latin Qremmi", "MTV Video" və "BET Hip Hop" da daxil olmaqla çoxsaylı mükafata layiq görülüb, üstəlik səkkiz dəfə "Qremmi" mükafatına namizəd göstərilib. O, 2023-cü ilə qədər ABŞ-də 49 milyondan çox albom satmağa nail olmuşdur. Trevis 2012-ci ildə Epic Records ilə müqavilə imzalayıb, bunun ardınca o, 2013-cü ildə "Owl Pharaoh" adlı ilk miksteypini çıxarıb. Onun ikinci miksteypi "Days Before Rodeo" növbəti il 2014-cü ildə buraxılıb. 2015-ci ildə yayımladığı ilk albomu "Rodeo" ona geniş tanınma qazandırıb, alboma daxil olan "Antidote" sinqlı "Billboard" hit-paradında yuxarı cərgələrdə qərarlaşıb. İkinci albomu "Birds in the Trap Sing McKnight" 2016-cı ildə işıq üzü görüb, və bu onun ilk bir nömrəli albomu kimi yadda qalıb. Trevisin üçüncü albomu "Astroworld" 2018-ci ildə işıq üzü görüb, Dreyk ilə birgə ifa etdiyi "Sicko Mode" albomun ən çox sevilən treklərindən biri olub. Trevis növbəti il 2019-cu ildə "Jackboys" kompilasiya albomunu dinləyicilərinə təqdim edib. 2023-cü ildə, uzun müddətdir gözlənilən dördüncü albomu "Utopia"nı yayımlayıb.
Golden State Warriors
Qolden Steyt Uorriorz — NBA-da Sakit okean qrupunda yer alan Oklənd, Kaliforniyanı təmsil edən basketbol klubu. 1946-cı ildə Filadelfiya, Pensilvaniyada "Filadelfiya Uorriorz" adıyla qurulmuşdur. NBA-də 1947, 1956, 1975, 2015 və 2017-ci illərndə 5 dəfə çempion olmuşdur. Üç çempionluğun ardından 40 il sonra 2015-ci il finallarında "Klivlend Kavalers" üzərində qalib gələrək çempion olmuşlar. 2015-16 mövsümündə 73 qalibiyyət 9 məğlubiyyət alaraq NBA tarixinin normal mövsümündə ən çox qalib gələn komandası ünvanını almışdır. Warriors, Peter A. Tyrrell tərəfindən 1946-cı ildə "Filadelfiya Warriors" adıyla quruldu. 1946-47 mövsümündə "Çikaqo Stags"i 4-1 məğlub edərək çempion oldu. Bu uğur NBA rəhbərliyi tərəfindən ilk çempionluq olaraq qəbul edilir. Bir il sonra 1947-48 mövsümündə də final oynamağa nail oldular, lakin Baltimor Bullets qarşısında 4-2 məğlub oldular. İkinci çempionluğu isə 1955-1956 mövsümündə oldu, Warriors bu dəfə "Fort Wayne Piston"s ilə 5 oyundan sonra 4-1 hesabı ilə qalib gəldilər.
State University of New York Press
State University of New York Press və ya SUNY Press — Nyu-York Dövlət Universitetinə bağlı Amerikan universitet kitab nəşr şirkətidir. Olbani, Nyu-Yorkda yerləşir. 1966-cı ildə qurulub. Müxtəlif bilik sahələrində elmi əsərlərin nəşri ilə məşğul olur. Hər il təxminən 160-180 kitab nəşr edir və ABŞ-nin ən böyük universitet kitab nəşrçilərindən biridir.
Katet
Katet — düzbucaqlı üçbucağın düz bucağı əmələ gətirən tərəflərin hər biri adlanır.
Katex
Katex — Azərbaycan Respublikasının Balakən rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. XVII əsrdə Cənubi Dağıstandan gəlmiş avarların Katex adlanan yerdə məskunlaşması nəticəsində yaranmışdır. Ərazi adını buradan axan Katex çayının adından almışdır. Katex çayı sahilində, Alazan-Əyriçay çökəkliyindədir. Kənddə soyuducu anbar kompleksi var. Kompleksin inşasına 2011-ci ilin sentyabrında başlanmış, 17 avqust 2013-cü ildə açılışı olmuş və açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir. Sahəsi 1,36 hektar olan kompleksə 12 soyuducu kamera və inzibati bina daxildir. Katex kəndində kompleksə məxsus 50 hektar sahədə meyvə bağları da salınmışdır. Meyvə bağlarında xaricdən gətirilmiş alma sortları əkilmiş, damcı üsulu ilə suvarma sistemi qurulmuşdur. Kənddə Katex kəndi "Mərkəzi" məscidi və Katex kəndi Kombinat məscidi dini icmaları fəaliyyət göstərir.
SEATO
Cənub-Şərqi Asiya Müqaviləsi Təşkilatı, qısa adı SEATO, ABŞ-nin rəhbərliyi altında beynəlxalq kollektiv müdafiə üçün yaradılan SEATO Cənub-Şərqi Asiya ölkələri və burada maraqları olan 8 ölkənin iştirakı ilə yaradılmışdır. Məqsəd Cənub-Şərqi Asiyanı kommunizmə qarşı, xüsusən də Çinə qarşı güclü etmək olmuşdur. Təşkilat 1954-cü ilin sentyabr ayında yaradılmışdır. Təşkilata Filippinin paytaxtı olan Manila şəhərində yaradıldığı üçün Manila Təşkilatı da deyilirdi.
Sirte
Sirt və ya Surt (ərəb. سرت‎) — Liviyanın Sirt vilayətin paytaxtı. Müəmmər əl-Qəzzafinin doğum yeridir.
Skande
Skande (gürc. სკანდე) və ya digər adı ilə Skanda (gürc. სკა asა) — Gürcüstanın İmereti bölgəsindəki Terjola bələdiyyəsində yerləşən kənd. Skande ölkənin qərb bölgəsində, Kvirila çay sisteminin bir hissəsi olan Çxari adlı kiçik çay vadisində yerləşir. Kənd Terjola şəhərindən təxminən 15 km şimal-qərbdə yerləşir. Əhalisi 2014-cü ilin siyahıyaalınmasına görə 434 nəfərdir. Skandedan Bizans mənbələrində də bəhs edilmişdir. Bizans imperatoru I Yustinianın Novellae əsəri və Menander Protektorun əsərləri də bu qəbildəndir. Mənbələrdə Skandenın Lazika bölgəsinin daxili hissələrində olması və bölgədə Bizans və Sasani imperiyaları arasında qarşıdurmaların olduğu qeyd edilmişdir. Yaxşı müdafiə olunan və strateji cəhətdən yaxşı qorunan Skande qalası Sarapanis qalası ilə birlikdə ölkənin şərqində olan İberiya sərhədindən gələ biləcək hücumlara qarşı ölkəni qorumuşdur.
Cucumis chate
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Daysuke Sakata
Daysuke Sakata (d. 16 yanvar 1983) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Eric Saade
Eric Saade – livan əsilli isveçli müğənni və aparıcıdır. 2011 Avroviziya Mahnı Müsabiqəsində İsveçə 3-üncü yeri qazandırıb. Bu İsveçin bu yarışmada 1999-cu ildən bəri qazandığı ən yaxşı nəticədir. Eric Saade 29 oktyabr 1990-cı ildə İsveçdə anadan olub. Onun atası fələstin əsilli Livan vətəndaşı, anası isə İsveç vətəndaşıdır. 4 yaşında onun valideynləri ayrılır. Eric 13 yaşında mahnılar yazmağa başlayır. 15 yaşına qədər futbolla məşğul olur. Bundan sonra uşaqlar arasında keçirilən "Joker" adlı musiqi yarışmasının qalibi olur. 2007-ci ildə İsveçdə gənclərdən ibarət yeni bir pop qrup yığılırdı.
Erik Saade
Eric Saade – livan əsilli isveçli müğənni və aparıcıdır. 2011 Avroviziya Mahnı Müsabiqəsində İsveçə 3-üncü yeri qazandırıb. Bu İsveçin bu yarışmada 1999-cu ildən bəri qazandığı ən yaxşı nəticədir. Eric Saade 29 oktyabr 1990-cı ildə İsveçdə anadan olub. Onun atası fələstin əsilli Livan vətəndaşı, anası isə İsveç vətəndaşıdır. 4 yaşında onun valideynləri ayrılır. Eric 13 yaşında mahnılar yazmağa başlayır. 15 yaşına qədər futbolla məşğul olur. Bundan sonra uşaqlar arasında keçirilən "Joker" adlı musiqi yarışmasının qalibi olur. 2007-ci ildə İsveçdə gənclərdən ibarət yeni bir pop qrup yığılırdı.
Günəş saatı
Günəş saatı — Günəşin səmadakı mövqeyinə görə qnomonun kölgəsinin uzunluğunun dəyişməsi və kölgənin siferblat üzərindəki hərəkətinə əsasən vaxtın təyin edilməsinə imkan verən qurğu. Adi günəş saatı dizaynlarında, şaquli şəkildə yerləşdirilmiş çubuğun kölgəsi, üfüqi şəkildə yerləşdirilmiş səthdə günün saatlarını göstərən siferblatın üzərinə düşür. Günəş səmada hərəkət etdikcə saatın üzərindəki çubuğun kölgəsi müxtəlif saat xətləmələri ilə üst-üstə düşərək hərəkət edir. Bu qurğularda çubuq Yerin fırlanma oxuna uyğunlaşdırılmalıdır. Buna görə də bu növ günəş saatının düzgün vaxtı göstərməsi üçün çubuq maqnit şimalını deyil, coğrafi şimalı göstərməlidir. Bundan əlavə, çubuğun üzərində dayandığı üfüqi səthlə yaratdığı bucaq saatın yerləşdiyi coğrafi enliyə bərabər olmalıdır. Ancaq bu iki xüsusiyyətə uyğun olmayan, lakin fərqli prinsiplər çərçivəsində işləyən günəş saatları da qurula bilər. Bu saatları dairənin ortasına çubuq qoyaraq və kompasdan istifadə etməklə (o, şimalı göstərməlidir) kölgənin hər saatın tamamında düşdüyü yeri işarələməklə etmək olar. Amma buludlu günlər və gecə kimi amillər bu tip saatları yararsız hala salır.
Skaner
Skaner (ing. scanner) – gerçək görüntünün rəqəmli surətini yaratmaq üçün qurğudur. Skaner sənədlərin, mətnlərin, çertyojların, qrafiklərin, rəsmlərin, fotoşəkillərin kompyuterə daxil edilməsi üçün qurğu. Sənədin rəqəmsal təsvirini yaradır və onu kompyuterin yaddaşına yerləşdirir. Skanerin iki növü var: standart skaner üzçıxaran maşının kiçildilmiş variantını xatırladır; portativ (daşınan) skaner isə əslində rəqəmli kameradır. Skaneriniş prinsipi üzçıxaran qurğunun (kseroksun) iş prinsipi ilə çox oxşardır. Ancaq ondan fərqli olaraq skaner görüntünün üzünü çıxarmır, onu qrafik fayla çevirir. Fayl kompüterdə yadda saxlanıldıqdan sonra onu başqa yerə köçürmək, dəyişdirmək, elektron poct ilə göndərmək və s. olar. Skanerlərdən nəşriyyat işlərində, layihələndirmə sistemlərində, animasiyalarda geniş istifadə olunur.
Skayp
Skype (azərb. Skayp‎) — Estoniyada yaranan səsli və görüntülü danışmağa imkan verən kompüter proqramı. Bu proqram IP-telefoniyada geniş istifadə olunur. Skype istifadəçiləri bir-birləri ilə səsli, görüntülü və mətn danışıqlarına görə heç bir ödəniş etmirlər, amma Skype-dan mobil və stansionar telefonlara zəng etmək ödənişlidir. Bu proqramın köməyi ilə demək olar ki, dünyanın əksər telefon operatorlarına zəng etmək olar. Daim Skype-da anonimliyin təmin olunması məsələsi istifadəçilər müzakirə olunur. Buna görə də Skype-dan istifadə zamanı anonimliyi qorumaq üçün GPass-dan istifadə olunur.
Sketç
Sketç — estrada üçün yazılmış kiçik məzhəkə.
Dana Skott
Dana Styuart Skott (ing. Dana Stewart Scott; 11 oktyabr 1932, Berkli, Kaliforniya) — riyazi məntiq və kompüter elmləri sahəsindəki işləri ilə tanınan amerikalı riyaziyyatçı. Skottun araşdırması model nəzəriyyəsi, avtomatika nəzəriyyəsi, modal və intuisist məntiq, konstruktiv riyaziyyat və məntiqlə kateqoriya nəzəriyyəsi arasındakı birləşmə ilə əlaqədardır. Fəlsəfi maraqlar məntiq əsasları, riyaziyyat fəlsəfəsi və təbii dillərin semantik təhlili sahəsində işləmişdir. Riyazi hesablama nəzəriyyəsini inkişaf etdirərək kompüter elminin inkişafına böyük töhfə vermişdir. O, tipik bir λ-hesablama modelini hazırladı, bunun üçün əvvəlcə tam lattalarda xüsusi bir topologiyanı (daha sonra onun adı ilə) təqdim etdi və sonradan qismən sifariş edilmiş dəstləri tamamlamaq üçün ümumiləşdirdi. Bu model çərçivəsində hesablama nəzəriyyəsi və modellərini inkişaf etdirdi, proqramlaşdırma dillərinin denotasion semantikası prinsiplərini inkişaf etdirdi və hesablama anlayışını dərinləşdirdi. 2012-ci ilə kimi Berkli, Kaliforniya ştatında işləyib və yaşamışdır. Scott D. S. Advice on modal logic. — Philosophical problems in logic.
Boz şkala
Boz şkala - (ing.grayscale (gray scale), ru.оттенки серого) -boz rəngin qaradan ağa aralığında çalarlarının ardıcıllığı. Boz şkaladan kompüter qrafikasında qrafik görüntülərin detallaşdırılmasında istifadə olunur. Bozun çalarlarının sayı görüntünün hər bir pikselinin intensivliyini göstərmək üçün istifadə olunan bitlərin sayından asılı olur. Bozun çalarlarının kodlaşdırılmasında nə qədər çox bit iştirak edərsə, mümkün dərəcələmə sırası da bir o qədər çox alınır. Məsələn, ekranın hər bir pikseli üçün iki bitdən istifadə edilsə, bozun dörd unikal çaları alınacaq; bir pikselə altı bit boz şkalada 64, səkkiz bit isə 256 müxtəlif çalar verəcək. Kodlaşdırma bitlərinin sayı artdıqca bunun üçün gərəkli olan yaddaşın miqdarı da artır: bozun 256 çaları olan halda görüntünün hər bir pikseli üçün yaddaşın bir baytı tələb olunur, yəni eni və hündürlüyü 100 piksel olan kiçik görüntü üçün 10 000 bayt gərəkli olacaq. Buna görə də şəklin detallaşdırılmasını və yaddaşın tutumunu balanslaşdırmaq lazımdır ki, kiçik yaddaş sərfi hesabına yaxşı görüntü almaq mümkün olsun. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Harel Skaat
Harel Skaat (yəhudicə:הראל סקעת) — İsrail müğənnisi. İsraili 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil edib. Harel Skaatın ifa etdiyi mahnı "Milim" adlanırdı. O bu mahnı ilə 2010 Avroviziya Mahnı Müsabiqəsində 14-cü oldu. Harel Skaat İsraildəki televiziya müsabiqələrindən birində iştirakı ilə tanınıb. 2006-cı ildə onun ilk solo albomu işıq üzü görüb.
Hekate boğazı
Hekate boğazı (ing. Hekate Strait - Hayda-Quani və materikdən (Britaniya Kolumbiya) ayırır. Dikson-Entrans boğazını Şahzadə Şarlota körfəzi ilə birləşdirir. Ən enli hissədə eni 140 km, ən dar yerdə isə 48 km təşkil edir. Boğazın uzunluğu 260 km-dir. Ən dərin yeri 45 m olaraq şimalda yerləşir. Qışda havası çox sərt və soyuq olur. Burada güclü dalğalar müşahidə edilir. Tufanlar və küləklərin sürəti 46 km/s-a çatır. Boğazın suları dəniz məhsulları ilə zəngindir.
Karlos Sarate
Karlos Zareyt (ing. Carlos Zarate Santa; 23 may 1951) — Meksikalı boksçu. Karlos keçirtdiyi 70 döyüşün 63 döyüşünü nakautla qalib olmuşdur. Cəmi 4 dəfə məğlubiyyətə uğrayıb. Dünyada ən peşəkar boksçularından biridir. O, WBC çempionatında yüngül çəki üzrə 28 dekabr, 1976-cı ildə Norveçdə qalib gəlmişdir. WBC döyüşü 8 may 1976-cı ildə başlamış və 3 iyun 1979-cu ilə qədər davam etmişdir. O, Lup Pindora qalib gəlmiş lakin, finalda Con Ovenə uduzan Karlos son saniyələrdə vurduğu zərbələr nəticəsində hesab dəyişmiş və qalib olmuşdur. Zareyt 100 idmançı arasında, 1999-ci ildə Askeytid Press tərəfindən 20-ci əsrin 1 saylı idmançısı (Raben Alviz yanaşı) kimi seçilib.