ƏHATƏ

is. [ ər. ] Ətrafını tutma, dövrələmə, dörd tərəfini tutma.
Səlim adamların əhatəsində tərini silə-silə yeriyirdi. S.Rəhimov.

□ Əhatə etmək1) bax əhatələmək.
Şənbə günü sübhdən padşahlıq sarayını əhatə etsinlər və içəri daxil olub Yusif şahı təxtdən yerə salıb həlak etsinlər. M.F.Axundzadə.
Düşmənlər hər tərəfdən şəhəri əhatə etmişdi, şəhər darvazaları tamamən bağlanıb, dallarına qalın torpaq çəkilmişdi. Çəmənzəminli.
Ətrafı düşmən əhatə edibdir. M.S.Ordubadi;

2) məc. qavramaq. Bütün məsələləri əhatə etmək mümkün olmadı.
– Görünür, mənim ərz etdiklərimi lazımınca əhatə edə bilməmişsiniz. M.S.Ordubadi.
Mirzə Fətəlinin komediyaları böyük ictimai məsələləri əhatə edən, komik planda ictimai xarakterlər yaradan klassik komediya əsərləri idi. M.İbrahimov.

Əhatə olunmaq – bax əhatələnmək.
Bizim [Xəzər] dənizinin suyu acı da olsa, hər bir tərəfdən quru ilə əhatə olunduğu üçün göl hesab olunur. H.Zərdabi.
Bəsti gənclərlə əhatə olunmuş halda qapıdan içəriyə girdi… Ə.Sadıq.
[Ağbulaq kəndi] sıldırımlı dağların geniş ətəyində yerləşərək hər tərəfdən meşə ilə əhatə olunmuşdur. S.Rəhimov.

Əhatəyə almaq – bax əhatə etmək. Faytonu əhatəyə aldılar.
İki milis qabaqda, iki milis arxada, ikisi də yanda dərəyə endilər. İ.Şıxlı.

Синонимы

  • ƏHATƏ dövrə — yan-yörə

Этимология

  • ƏHATƏ Ərəbcədir. Mühit, həyat sözləri ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
ƏHALİSİZLİK
ƏHATƏEDİCİ
OBASTAN VİKİ
Bakirə mələklərin əhatəsində
"Bakirə mələklərin əhatəsində" (fr. La Vierge aux Anges) — fransız akademik rəssamı Vilyam Buqronun 1898-ci ildə işlədiyi rəsm əsəri. Əsərdə buludların üzərində dayanmış iyirmi bir mələyin əhatəsində öz taxtında ayaq üstə daynaraq qucağında körpə tutmuş Məryəm təsvir edilmişdir. Məryəm ananın qabağında diz çökmüş mələklər əllərində büxurdanlar tutmuşlar.

Значение слова в других словарях

грин-ка́рточка заве́дующий икну́ть макросоциоло́гия непрове́ренный стаму́ха уме́линка акко́рд струн говори́ть на разных языках дозна́ться конфо́рмный намора́живать нахо́хливаться о́перный сута́на вне bassinette disproportionately eleventh-hour ice milk icehockey knowledge base mackle кожура телефонировать