Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Slovaklar
Slovaklar (slovak. Slováci, tək sayda Slovák, qadın cinsində Slovenka) Slovakiya əhalisinin əsas hissəsini təşkil edən, slovak dilində danışan, slavyan icmasına aid olan xalq. Slovakların əksər hissəsi müstəqil Slovakiya ərazisində yaşayır. Digər dövlətlərdən isə Çexiya, Xorvatiya, Polşa, Macarıstan və Serbiya ərazilərində etnik azlıq təşkil edirlər. ABŞ, Kanada və Böyük Britaniyada yaşayan immiqrant slovaklar isə həmin ölkələrdəki Slovak diasporunu təşkil edir.
Voevodinada slovaklar
Voevodinada slovaklar — böyük bir milli azlıqdır və muxtar bölgənin serb və macarlardan sonra üçüncü ən böyük etnik qrupudur. 2011-ci il siyahıyaalmasına görə Voevodinadakı slovakların sayı 50 321 nəfər və ya Voevodina əhalisinin 2,61% -i olmuşdur. Slovaklar rəsmi olaraq milli azlıq olaraq tanınıb, slovak dili Voevodinada rəsmi dildir. Onların təhsil, mədəniyyət və informasiya sahəsindəki hüquqları rəsmi olaraq qorunur. Katolik olan əksər etnik slovaklardan fərqli olaraq, Voevodina slovaklarının əksəriyyəti protestantlardır (evangelistlər). == Tarixi == Voevodinanın indiki slovakları 18-19-cu əsrlərdə müasir Slovakiya ərazisindən köç edənlərin nəsilləridir. Tatralardan gələn ilk məskunlar VI Karlın hakimiyyəti dövründə Baçkaya köçdülər. 1720-ci ildə Bayşa ətrafına, təxminən 1740-ci ildə Baçi-Petrovasa yerləşdilər və Mariya Tereza dövründə Bezdana yerləşdilər. Bəziləri sonradan Sremə köçür. 1760-cı ildə 120 slovak ailəsi Selençada məskunlaşdı, sonradan bir çoxu Stara Pazova köçdü.
Serb Respublikasında slovaklar
Serb Respublikasında slovaklar (serb. Словаци у Републици Српској, slovak. Slováci v Republike srbskej) — Serb Respublikası ərazisində yaşayan və işləyən slovak əsilli icması. Hazırda slovaklar Serb Respublikasının rəsmi 12 milli azlıqları siyahısına daxildir. Onların hüquqlarını Serb Respublikası Milli Azlıqlar Soveti tərəfindən qorunur. 2013-cü il məlumatına respublika ərazisində 109 slovak yaşayır. == Tarixi == Slovaklar Serb Respublikası ərazisində ilk slovaklar 1885-ci ilə meydana gəlmişdir: bu zaman 12 kəndli ailəsidən ibarət icma idi. Onlar Pivnise, Kovaçisa, Lyoba, Binqula və Baçki-Petovasdan insanlar gələrək Bielinada yerləşmişlər. Gəlmələr əsasən kənd təsərrüfatı ilə məşğul olurlar. Köçkünlər arasında ən məşhurlarından biri XIX — əsrin sonları XX əsrin əvvəlləri bölgəyə gəlmiş İosip Senixradski olmuşdur.
Sovkalar
Sovkalar (lat. Noctuidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinə aid heyvan fəsiləsi.
O2 Slovakia
O2 Slovakia — Slovakiyada mobil xidmət təchizatçısıdır. O2, Slovakiyada 2007-ci ilin Fevral ayının 2-də ticari xidmətlər ilə təxminən 600 min qeydli istifadəçi ilə Telefonica olaraq və 400 min Slovak aktiv olaraq O2 xidmətini istifadə etməyə başlamışdır. Operator, 2015-ci ilin sentyabr ayının 1-ə qədər 1 milyon 700 min aktiv SİM karta (3 ay aktivdir) malikdir. Şirkət, PPF-ə aid O2 Çex Respublikası'nın filialıdır. == Prefiks == Operator tərəfindən əvvəlcədən müəyyən olan Slovak Respublikası Telekommunikasiya Bürosu - (prefiks) müştərilərin operatorlarını müəyyən edir. 0940 - digital GSM və UMTS 0944 - digital GSM və UMTS 0948 - digital GSM və UMTS 0949 - digital GSM və UMTS O2 şəbəkəsi rəqib mobil operator şəbəkələrinə nömrə göndərə bilər. Operatora aid olmaq üçün məlumat xətti operatorunu veb saytı operatoru vasitəsilə doğrulamalıdır. Əlavə olaraq, "Hara çağırım" xidmətini də aktivləşdirə bilərsiniz, avtomatik bir mesaj sizi öz şəbəkəsinin xaricində axtardığınız nömrənin sizi xəbərdarlıq verməsi ilə nəticələnir. == Rouminq == O2 Slovakia, rouminq şəriklərinin sayını davamlı genişləndirir. 2007-ci ilin Sentyabr ayının 1-dən etibarən operator, Avropa Komissiyası tərəfindən normativ fəaliyyətlərə və Müdiriyyət uyğun olaraq rouminq rabitə ödənişlərini dəyişdirməyə tabe tutuldu.
Slovakca Vikipediya
Slovakca Vikipediya — Vikipediyanın slovak dilində olan bölməsidir.
Kia Motors Slovakia
Kia Motors Slovakia — Koreyanın Kia Motors şirkətinə məxsus olan avtomobil zavodu. Avtomobil zavodu Slovakiyanın Jilina şəhərində yerləşir. Zavodun tikintisinə 2004-cü ilin oktyabrında başlanılmışdır. Artıq 2005-ci ilin dekabrında tikinti işləri tam olaraq bitir. 2006-cı ilin iyununda zavod test rejimində işə salınır. 7 dekabr 2006-cı ildə ilk avtomobil koveyrdən alınır. Şirkətdə aşağıdakı avtomobil modellərini istehsal edilir: Kia cee’d (beş qapılı) dekabr 2006-cı ildən Kia Sportage iyun 2007-ci ildən Kia cee’d_sw (universal) iyul 2007-ci ildən Kia pro_cee’d (üç qapılı) oktyabr 2007-ci ildən Hyundai ix35 (beş qapılı universal) yanvar 2010-cu ildən Zavodun istehsal gücü il ərzində 300 min avtomobildir. 2008-ci ildə Kia Motors Slovakia zavodunda 201 507 avtomobil buraxılmışdır. Bu isə 2007-ci ilə nisbətdə 38 % çoxdur. 2006-cı ildən 2008-ci ilə qədər konveyrdən 360 623 avtomobil buraxılmışdır.