Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
SOAP protokolu
SOAP (Simple Object Access Protocol) protokolu — şəbəkə daxilində ayrı-ayrı proqramların qarşılıqlı əlaqəsini təmin edən bir sistem. Bu protokol məlumatların veb-servislər üzərindən ötürülməsini, emal edilməsini təmin edir.
Skayp
Skype (azərb. Skayp‎) — Estoniyada yaranan səsli və görüntülü danışmağa imkan verən kompüter proqramı. Bu proqram IP-telefoniyada geniş istifadə olunur. Skype istifadəçiləri bir-birləri ilə səsli, görüntülü və mətn danışıqlarına görə heç bir ödəniş etmirlər, amma Skype-dan mobil və stansionar telefonlara zəng etmək ödənişlidir. Bu proqramın köməyi ilə demək olar ki, dünyanın əksər telefon operatorlarına zəng etmək olar. Daim Skype-da anonimliyin təmin olunması məsələsi istifadəçilər müzakirə olunur. Buna görə də Skype-dan istifadə zamanı anonimliyi qorumaq üçün GPass-dan istifadə olunur.
Soara
Siqor (yun. Σηγώρ), həmçinin Soar və ya Soara (q.yəh. צוער‎ ‎ “kiçik”; lat. Zoara, yun. Ζογορα) — Əhdi-ətiqdə Sodom pentapolunun beş şəhərindən biri. Əksər tərcüməçilərə görə, şəhər Ölü dənizin cənub-şərq ucunda, Kerek vadisində, Moav dövləti ilə sərhəddə yerləşir. Şəhər İosif Flavi, Ptolemey, Yevsevi və İyeronim tərəfindən xatırlanır. Şəhər Lut və qızları üçün sığınacaq olması və məqsədilə Sodom və Qomorranı məhv edən faciədən xilas edilmişdir. Şəhər əvvəllər Bela kimi də tanınırdı (ivr. ‏בלע‏‎) və kiçik bir dövlətin paytaxtı idi.
Sonay
Sonay — Azərbaycan folklorunda yazın son aylı gecələridir. Azərbaycan mifik düşüncəsində Günəş və Ay əbədi aşiqdir. Onlar heç vaxt bir-birlərinə qovuşmurlar. Sonay payız gecə-gündüz bərabərliyi zamanı baş verir. Beləliklə, Sonayın bütöv ayı çıxanda günəş batır. Bu əbədi aşiqlərin bir neçə dəqiqə ərzində üz üzə görüşə biləcəyi vaxtdır. O gecə Sonayın görünüşü sevgi ilə dolu hesab edilir. Əsli və Kərəmin sevgi hekayəsi əslində Sonayın sevgisinin təkrarıdır. Bu iki aşiq bir-birini axtarır. Bir az bir-birlərin görüb yenə itirirlər.
SOPA
Stop Online Piracy Act (SOPA və ya H.R. 3261) — 26 oktyabr 2011-ci ildə Lamar Smit və 12 nəfər həmmüəlliflər tərəfindən ABŞ-nin Nümayəndələr Palatasına təqdim olunmuş qanun layihəsidir. Qanun layihəsi Amerika hüquq-mühafizə orqanlarına İnternetin gizli kontinenetlərinə, müəllif hüquqları ilə qorunan intellektual mülkiyyətin ticarətinə və kontrafaktlara qarşı mübarizədə imkanlarını genişləndirir.
Sony
Sony Corporation (yap. ソニー Sony) — transmilli şirkət. Mənzil qərargahı Yaponiya və ABŞ-dadır. 1946-cı ildə yapon mühəndisləri Akio Morita və Masaru İbuka tərəfindən Yaponiyada yaradılıb. "Sony" sözü latın dilindən sonus (“səs”) və ingilis sözlərindən “sunny boys” (“günəşli oğlanlar”) sözlərindən yaradılmışdır. Morita dünyanın heç bir dilində olmayan sözü tapmaq istəyirdi. Yapon dilində “Sonny” sözünün tələffüzü (“sonni”) uğursuz biznesi xatırladan söz mənasını verdiyindən, o, “n” hərflərindən birinin pozulmasına qərar verir. Hazırda Sony Corporation — Sony Group holdinqin tərkibinə daxildir. Sony Group əsas əməliyyat seqmenti: Sony Corporation Sony Computer Entertainment (Sony Playstation, video oyunlar ) Sony Pictures Entertainment Sony Music Entertainment (musiqi alətləri). Sony Financial Holdings (maliyyə sferasında əməliyyatlar — sığorta, banklar) Sony (mobil telefonlar) Sony Vaio (noutbuklar) Sony Bravia (televizorlar) 2005-ci il üçün əməkdaşlarının sayı 151400 nəfər olmuşdur.
Stay
Stay (Tuci mahnısı)
Mugil soiuy
Liza haematocheila (lat. Liza haematocheila) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinin kefallar fəsiləsinin liza (balıq) cinsinə aid heyvan növü.
Popay əməliyyatı
"Popay" əməliyyatı (ing. Operation Popeye) — 1967–1972-ci illərdə, Vyetnam müharibəsi zamanı ABŞ Hərbi Hava Qüvvələri tərəfindən iqlim silahlarından istifadə əməliyyatı. Əməliyyatın adı cizgi film personajı olan Dənizçi Popayın adı ilə verilmişdir. Yüksək dərəcədə məxfi olan bu proqram çərçivəsində Şimali Vyetnam hərbçilərinin tədarükünü pozmaq, yol səthini yumşaltmaq və sürüşmələrə səbəb olmaq üçün Ho Şi Min cığırı boyunca yağışlar mövsümünü uzatmağa cəhd edilmişdir. ABŞ-nin keçmiş müdafiə naziri Robert Maknamara beynəlxalq elmi ictimaiyyətin bu əməliyyata etiraz edə biləcəyindən xəbərdar idi, lakin o, prezidentə ünvanladığı memorandumda qeyd etmişdir ki, keçmişdə bu cür etirazlar ABŞ-nin milli təhlükəsizliyinin maraqlarına uyğun hesab edilən hərbi əməliyyatların qarşısını almaq üçün əsas olmamışdı. Kimyəvi hava proqramı Taylanddan başlayaraq Kamboca, Laos və Vyetnam üzərində həyata keçirilmişdir. İddialara görə, əməliyyat o zamankı müdafiə naziri Melvin Leyrdin icazəsi olmadan dövlət katibi Henri Kissincer və Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən maliyyələşdirilmişdir. Leyrd Konqres qarşısında hava dəyişikliyi proqramının taktiki silah kimi istifadə məqsədilə mövcudluğunu şiddətlə təkzib etmişdi. "Rainmaking in SEASIA" başlıqlı hesabatda Kaliforniyada yerləşən Çayna-Leyk Hərbi Hava Qüvvələri bazasında hazırlanmış və Okinava, Quam, Filippin, Texas və Floridada sınaqdan keçirilmiş proqramda təyyarələr tərəfindən qurşuni yodid və gümüş yodiddən istifadəni təsvir edir. Bu səy "Stormfyuri" layihəsi adlı qasırğanın öyrənilməsi proqramının bir hissəsi idi.
Dilara Soley Deli
Dilara Soley Deli (14 aprel 2002) —
Sapa İnka
Sapa İnka (Keçua:Inka Qhapaq) və ya Apu — İnklərin Tanrı-hökmdar mənasında istifadə etdikləri isim.
Sape boğazı
Sape boğazı (ind. Selat Sape) — Kiçik Zond adaları akvatoriyasında yerləşən boğaz. Sumbava və Komodo adasını ayırlr. Flores dənizini Sumba boğazı ilə birləşdirir. Olduqca təhlüləliyi ilə seçilir. Burada iti dəniz axınları və qayalıqlar mövcuddur. Aktiv balıqçılıq regionudur. Boğaz ərazinin bir hissəsi Komodo milli parlı ərazisinə daxildir . Suları Dayvinq həvəskarlarını bura cəlb edir. Boğaz Flores dənizini Sumbava boğazı ilə birləşdirir və Hind okeanına aiddir.
Skay adası
Skay adası (ing. Isle o Skye; şot.kelt An t-Eilean Sgitheanach və ya Eilean a' Cheò; ş.german Isle o Skye) — Şotlandiyanın şimal-qərbində yerləşən ada. Bu, Daxili Hebridlərin ən böyük arxipelaqıdır. İnzibati cəhətdən Haylend rayonuna aiddir. Murray, W.H. The Hebrides. London: Heinemann. 1966. Adomnán of Iona. Sharpe, Richard (redaktor). Life of St Columba.
Sony Ericsson
Sony Mobile Communications AB (keçmiş Sony Ericsson Mobile Communications AB) — transmilli mobil telefon istehsalçısı. Sony şirkətinin bölməsi. Mərkəz-qərargahı Yaponiyanın paytaxtı Tokioda yerləşir. Əsası Sony Ericsson adı altında və ortaq şirkət formasında 1 oktyabr 2001-ci ildə Sony şirkəti və İsveçin telekommunikasiya avadanlığı istehsalçısı olan Ericsson şirkəti tərəfindən qoyulmuşdur. 2012-ci il 16 fevral tarixində Sony şirkəti Ericssonun şirkətdəki payını satın almışdır. Sony Mobile Communications şirkətinin Tokio (Yaponiya), Çennai (Hindistan), Lund (İsveç), Pekin (Çin) və Silisium vadisində (ABŞ) tədqiqat və istehsal mərkəzləri var. Dünya bazarındakı payı baxımından Sony Mobile 2012-ci ilin I rübünün nəticələrinə görə dünyanın 10-cu böyük mobil telefon istehsalçısı və 2012-ci ilin 3-cü rübündə dünyanın 3-cü böyük smartfon istehsalçısıdır.
Sony Music
Sony Music — hər iki yerli artistlərin (sənətkarların) geniş silsiləsini və beynəlxalq super ulduzlar özündə saxlayan (daxil edən) siyahı ilə qlobal qeydə alınmış musiqi şirkətidir. Şirkət tarixdə ən vacib qeydiyyatların bəzilərini özündə saxlayan geniş kataloqa malikdir. Bu hər janrdan musiqini təmsil edən baş rekord nişanlara evdir. Sony Musiqisi Əyləncəsi Amerikanın Sony Korporasiyasının tamamilə mülkiyyətində olan filialıdır.
Sony Pictures
Sony Pictures Entertainment Inc. (qısaca Sony Pictures və yaSPE) film və televiziya proqramlarının istehsalını, ticarətini və distribütorluğunu edən Amerika mərkəzli əyləncə şirkətidir. Yaponiya texnologiyası və media şirkəti olan Sony-ə aid şirkətdi r. 2007-ci ildə dəyəri 8,58 milyard $ olaraq açıqlanmışdır.
Sony Records
Sony Music — hər iki yerli artistlərin (sənətkarların) geniş silsiləsini və beynəlxalq super ulduzlar özündə saxlayan (daxil edən) siyahı ilə qlobal qeydə alınmış musiqi şirkətidir. Şirkət tarixdə ən vacib qeydiyyatların bəzilərini özündə saxlayan geniş kataloqa malikdir. Bu hər janrdan musiqini təmsil edən baş rekord nişanlara evdir. Sony Musiqisi Əyləncəsi Amerikanın Sony Korporasiyasının tamamilə mülkiyyətində olan filialıdır.
Sopi Smit
Cefferson Randolf Sopi Smit (ing. Soapy Smith; 2 noyabr 1860, Koveta[d], Corciya – 8 iyul 1898, Skakvey) — Amerika Birləşmiş Ştatlarının Kolorado və Alyaska ştatlarından fəaliyyət göstərmiş qanqster.
Hipofiz sapı
Hipofiz sapı (həmçinin infundibulyar sap, Fenderson hunisi və ya sadəcə olaraq infundibulum kimi tanınır) — hipotalamus və hipofiz arxası arasındakı əlaqə. Üçüncü mədəciyin dibi hipofiz zirvəsinin birləşdiyi quyuya doğru hunişəkilli girinti kimi aşağıya doğru — infundibulyar girintiyə doğrudur. Diafraqma sellalarının bərk beyin qabığından keçir, çünki o, hipotalamusun maqnosellüler neyrosekretor hüceyrələrindən neyrohipofiz hormonlarını, oksitosin və vazopressini qana buraxaraq arxa hipofiza qədər aksonları daşıyır. Bu əlaqə hipotalamo-hipofiz traktı və ya hipotalamo-neyrohipofiz traktı adlanır. == Zədələnməsi == Hipofiz sapının zədələnməsi antidiuretik hormonun ifrazını bloklayır, nəticədə polidipsiya (həddindən artıq su qəbulu) və poliuriya (həddindən artıq sidik ifrazı) baş verir. == Ölçüsü == Optik xiazma səviyyəsində hipofiz sapının diametri 3,3 mm, hipofiz vəzinin bağlanma yerində isə 1,9 mm-dir.
Sony Mobile
Sony Mobile Communications AB (keçmiş Sony Ericsson Mobile Communications AB) — transmilli mobil telefon istehsalçısı. Sony şirkətinin bölməsi. Mərkəz-qərargahı Yaponiyanın paytaxtı Tokioda yerləşir. Əsası Sony Ericsson adı altında və ortaq şirkət formasında 1 oktyabr 2001-ci ildə Sony şirkəti və İsveçin telekommunikasiya avadanlığı istehsalçısı olan Ericsson şirkəti tərəfindən qoyulmuşdur. 2012-ci il 16 fevral tarixində Sony şirkəti Ericssonun şirkətdəki payını satın almışdır. Sony Mobile Communications şirkətinin Tokio (Yaponiya), Çennai (Hindistan), Lund (İsveç), Pekin (Çin) və Silisium vadisində (ABŞ) tədqiqat və istehsal mərkəzləri var. Dünya bazarındakı payı baxımından Sony Mobile 2012-ci ilin I rübünün nəticələrinə görə dünyanın 10-cu böyük mobil telefon istehsalçısı və 2012-ci ilin 3-cü rübündə dünyanın 3-cü böyük smartfon istehsalçısıdır.
Sway (mahnı)
Sway – Meksikalı bəstəkar Pablo Beltran Ruizin 1953-cü ildə, mambo tərzində bəstələdiyi ¿Quién será? mahnısının ingiliscə olan versiyasıdır. Mahnıya 1954-cü ildə Norman Gimbel ingilis dilində sözlər yazmış və bundan sonra mahnını məşhur aktyor və musiqiçi Din Martin ifa etmişdir. Din Martin mahnını ingilis dilində oxuyan ilk ifaçı olmuşdur. Mahnı onun ifasında Billboard Hit Paradında 15-ci yerə yüksəlmişdir. Eyni ildə mahnı İngiltərədə altıncı yerə qədər yüksələ bilmişdir. Mahnı Din Martindən sonra dünyanın bir çox ölkələrindən olan musiqiçilər tərəfindən fərqli üslublarda ifa edilmişdir. 1953 – Pablo Beltrán Y Su Orchestra 1954 – Eylin Barton, Coral Records, kataloq nömrəsi 61185, 1954 – Din Martin, Capitol Records, kataloq nömrəsi 2818, US 15, UK 6 1954 – Olavi Virta (fin dilində) 1960 – Perez Prado və Rosemary Clooney, A Touch of Tabasco albomu 1960 – Bobbi Ridell, Capitol Recording Studios, NYC 1961 – Ben E. Kinq, "Spanish Harlem" albomu 1963 – Kliff Riçard, "When In Spain" albomu 1976 – Ajda Pekkan, "Kim Ne Derse Desin" albomu (türk dilində) 1990 – Bjork in album Gling-Gló, as "Í dansi með þér" (island dilində) 1999 – Shaft, (Mucho Mambo) adıyla "Sway" albomu 2000 – Athena – Macera, "Tam Zamanı Şimdi" albomu (türk dilində) 2003 – Maykl Buble, 2004 – Pussycat Dolls, Shall We Dance?
Temple stay
Temple stay Cənubi Koreyanın buddist məbədlərində ölkənin mədəniyyətinin öyrədildiyi bir proqramdır. Temple stay iştirakçılara buddist tələbələrin yaşam tərzini təcrübə etmək və rahiblərin izah etdiyi hekayələr vasitəsilə Koreya Buddist mədəniyyətinin və tarixinin müxtəlif tərəflərini öyrənmək imkanı verir. Bu proqram 2002-ci ildə keçirilən Dünya çempionatından bəri mövcuddur. Temple stay proqramı ilk dəfə 2002-ci il Dünya kuboku zamanı xarici turistlər üçün qonaqlama yerinin azlığı problemindən yaranmışdır. Hal-hazırda nəinki xarici qonaqlar, eyni zamanda yerli əhali də Temple stayə qoşulur.1700 illik tarixi ərzində Koreya Buddizmi Ganhva Seon (bir növ Zen meditasiyası) təcrübəsini qoruyub saxlaya bilmişdir. Hər il yay və qış mövsümündə 2500-ə yaxın rahib ölkə daxilindəki 100 məbəddən birində 100 günlük meditasiyaya başlayır. Koreyada məbəddə qalmaq insana sabitlik və sülh hissi verir. Koreya buddizminin Coqye ordenində məbədlər koreyalılar və xaricilər üçün açıq elan olundu, həmçinin 2002-ci il Koreya-Yaponiya Dünya Kubokunu mədəni bir Dünya Kubokuna çevirmək üçün onların Sansada qalmalarına icazə verildi. Nəticədə 1000 əcnəbi və 10.000 Koreyalının Koreya-Yaponiya Dünya Kubokunun keçiriləcəyi 31 may 2002-ci il tarixindən 30 iyun 2002-ci il tarixinədək məbəddə təxminən 30 gün qalmasına icazə verildi. İştirakçıların sayının çoxluğu nəticəsində bu ərəfədə CNN, New York Times, BBC və NHK də daxil olmaqla, dünyanın bir sıra media orqanları Temple staylə bağlı məlumat verməyə başladılar ki, bu da Koreya Buddizmi və məbədlərinin məşhurlaşmasına gətirib çıxardı.
Voay robustus
Voay robustus — Madaqaskarda tapılan, Holosendə nəsli kəsilmiş Crocodylidae sinfinə daxil olan timsah növü. Voay cinsinin tək növüdür Voay Brochu, 2007. Voay robustus uzunluğu 4 m , çəkisi 170 kq qədər olmuşdur. Bu onu göstərir ki, Madagaskarın ən böyük yırtıcılarından biri olmuşdur. Bəlkə də müasir Malaqasi Nil timsahı ilə ekoloji cəhətdən eyni olduğunu deməyə əsas var. Voay robustus növü ilk dəfə 1872-ci ildə təsvir edilmişdir. Onlar müasir Crocodylus cinsinə aid edirdilər. Bəzi elm adamları bunu Nil timsahının bir yarımnövü hesab edirlər. Bununla belə daha sonra onların Osteolaemus cinsinə Crocodylusdan daha yaxın olduğu ortaya çıxır. Bu onun 2007-ci ildə ayrıca bir cinsə daxil olasını təmin edir.
Copy-paste
Kəs, köçür və yapışdır (ing. cut, copy, paste) — əməliyyat sisteminin bufer mübadiləsi ilə proqramların işi funksiyalar dəstidir. BAcOT_Təam Fayllar və obyekt (şəkil, mətn, səs və s.) hissələrini copy-paste etmək olar.
I Sway
I Sway (azərb. Mən yellənirəm‎) – Cənubi Koreya qız qrupu "(G)I-dle" tərəfindən buraxılmış yeddinci Koreya minialbomu. 8 iyul 2024-cü ildə buraxılmışdır. Əsas sinqlı "Klaxon" olan minialboma 4 trek daxildir. == Buraxılması == 10 iyun 2024-cü ildə "Cube Entertainment" qrupun 8 iyulda yeni minialbom buraxacağını açıqlamışdır. 21 iyunda albom üçün konsept treyleri buraxılmışdır. 27 iyunda alboma daxil olan mahnıların siyahısı və əsas sinql "Klaxon" açıqlanmışdır. 28 iyunda albomun səs nümunəsi, 1 iyulda beş video tizeri buraxılmışdır. 2 iyulda albom üçün giriş filmi yayımlanmışdır. Minialbom və "Klaxon" mahnısı üçün klip 8 iyulda buraxılmışdır.
Şapo
Şapo (fr. Chapeau) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Nyoyi-le-Real kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03054. 2008-ci ildə əhalinin sayı 223 nəfər təşkil edirdi. 2007-ci ildə 124 yaşda (15-64 yaş arasında) 97 nəfər iqtisadi cəhətdən, 27 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78,2%, 1999-cu ildə 56.1%). Fəal olan 97 nəfərdən 92 nəfər (52 kişi və 40 qadın), 5 nəfər işsiz (1 kişi və 4 qadın) idi. Aktiv olmayan 3 nəfər arasında şagird və ya tələbə, 14 nəfər təqaüdçü, 10 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Mizu şobay
Mizu şobay (水商売) və ya hərfi tərcümədə su ticarəti – Yaponiyada seks, bar, gecə klubu, karaoke kimi əyləncələrdən ibarət gecə həyatını bildirən termin. Əsasən kişiləri məmnun etməyə diqqət ayıran bu cür əyləncə şirkətləri Tokionun Akasaka və Qinza rayonlarında cəmlənib. Edo dövründə Tokuqava şoqunluğu tərəfindən lisenziyalaşdırılan həzz kvartalları "ukiyo" (üzən dünya) adlandırılırdı. Bu kvartallardan ən məşhuru Tokioda yerləşən Yoşivara kvartalı idi. Bir çox kişi samuray və tacir buradakı çay evlərinə, fahişəxanalara, kabuki və bunraku teatrlarına və ictimai hamamlara gəlirdi. "Mizu şobay" (su ticarəti) termini də ilk dəfə Edo dövründə işlədilmişdir. Belə ki, ucuz, lisenziyası olmayan fahişələr müştəri tapmaq üçün çayın sahilində gözləyirdilər və qayıqda müştərilərlə cinsi əlaqəyə girirdilər. "Su ticarəti" termini ingilis dilində ilk dəfə Con Morli tərəfindən "Su ticarətinin şəkilləri: Bir qərblinin Yaponiya macəraları" (1985) əsərində işlədilmişdir. Yaponiyada bir çox kişi evdə əylənmək və arvadları ilə çöldə vaxt keçirmək əvəzinə işdən sonra qrup şəklində mizu şobayla məşğul olmağa gedirlər. Karaoke barları, xüsusilə, populyardır.
Türkan Şoray
Türkan Şoray (28 iyun 1945, Əyyubsultan) — türk kinoaktrisası, ssenarist və rejissor. Yeşilçamın ən önəmli simalarından biri. Qərb ölkələrində Türkan Şoray Şərqin "Elizabet Teylor"u adlandırılır. O, həmçinin Türkiyə kinosunun "Sultanı" kimi də tanınır. Karyerasına 1960-cı ildə başlamış və "Acı Həyat" filmi ilə 1-ci Antalya Qızıl Portağal kinofestivalında ən uğurlu aktrisa kimi ilk mükafatını qazanmışdır. 222-dən çox filmdə rol alan Şoray, bütün dünya üzrə ən çox bədii filmdə rol ifa edən aktrisa kimi tarixə düşmüşdür. 12 mart 2010-cu ildə Şoray UNICEF-in Türkiyədəki xoşməramlı səfiri seçilib. Bu barədə o belə fikir bildirib: "Məncə, sevgi ilə edilə bilməyəcək heç bir şey yoxdur. Gücü sevgi ilə birləşdirsək, bir çox problemin öhdəsindən gələ bilərik". Hülya Koçyiğit, Filiz Akın və Fatma Girik ilə birlikdə o, türk kinematoqrafiyasında qızıl dövrün simvoludur və türk kinosunun dörd ən mühüm aktrisasından biri kimi qəbul edilir.
Klod Şapp
Klod Şapp (fr. Claude Chappe; 25 dekabr 1763[…] – 23 yanvar 1805[…], Paris) — fransız ixtiraçı. 1792-ci ildə Teleqraf sistemini yaratmağı təklif etmişdir. Klod Şapp təpələrin üzərində, teleqraf qüllələri quraşdırdı. Hər qüllənin üzərində 49 ayrı istiqamətə dəyişə bilən, iki çarxlı fırladıcı vardı. 49 istiqamətin hər biri, bir hərfə və ya şərti işarəyə uyğunlaşdırılmışdı. Bu sistem uğurlu oldu, belə ki, XIX əsrin ortalarında Fransada teleqraf xəttlərinin uzunluğu 4.828 kilometə çatmışdır. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Şapa (şəhər)
Şapa və ya Sapa (vyet. Sa Pa) — Vyetnamın şimal-qərbində, Laokay vilayətində şəhər. Hanoydan 350 km şimal-qərbdə, Çin ilə sərhəd yaxınlığında, dəniz səviyyəsindən təxminən 1,600 m yüksəklikdə yerləşir. Böyük turizm mərkəzidir. Coğrafi baxımdan nadir relyef və təbiətə malikdir. Şəhərin yaxınlığında Hind-Çinin ən yüksək zirvəsi Fanşipan zirvəsi yerləşir. İqlimi yayda mülayim və yağışlı, qışda isə nisbətən soyuqdur. Şapada orta illik temperatur 15,4°C-dir. Ən isti aylar iyul və avqust, ən soyuq aylar dekabr və yanvardır. Şəhərin mərkəzində, yanında katolik kilsəsi olan bir park var.