Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şoralı mağarası
Şoralı mağarası — Şəгuг rayonunun Axura kəndindən şərqdə, Pisdər mağarasının qərb tərəfində mağara. Qövsvari formalıdır. Uzunluğu 15 m-dən artıqdır. Alt Triasın Qarabağlar lay dəstəsinin əhəngdaşılarından təşkil olunmuş yüksəkliyin yamacındadır. Mağaradan ibtidai insan məskəni kimi istifadə olunduğu ehtimal edilir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin mərkəzi hissəsində, Tənənəm antiklinalının nüvə hissəsində yarləşir.
Boyaqlı
Boyaqlı - Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Aşağı Ayrım kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Coğrafiyası == Boyaqlı kəndi Tərtər çayının sahilində, dağətəyi ərazidədir. XIX əsrdə Kəlbəcər kəndinin əhalisinin yaylaq yurdu olmuşdur. Boyaq bitkiləri cox olduğu üçün yurd belə adlandırılmışdır. Sonralar kəndin kəlbəvəli və mərdanlı nəsillərinə mənsub bir qrup camaatı yaylaq yurdunda məskunlaşmış, yeni yaşayış məntəqəsi yurdun adını saxlamışdır. == Tarixi == Bu kəndin ərazisində boyaq otları vardır. Həmin otlardan yerli əhali boyaq kimi istifadə edirdilər. Kəndin adı buradan götürülmüşdür. == Məşhur yerlər == Şişin başı, Almaağacı, Camışuçan, Arxacyeri, Xırman, Xal, Xalın qayası, Şorun dərəsi, Çərkəzin şamı, Nağı dədənin şamı, Naziksu, Məmmədbiçən tala, Malqayıtmaz, Şəl, Küllü kaha, Şorun dərəsi, Əlikişinin kahası, Qaraşın şamı, Şirinin şamı, Davalı şam, Dəyirmanlar, Darı yeri, Əyriyol, Xırdadüz, Darı yerləri.
Daraqlı
Daraqlı (qaq. Taraklı) Moldovada şəhərdir. Daraqlı rayonun mərkəzi.
Goranlı
Goranlı — Azərbaycan Respublikasının Goranboy rayonunun Goranlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 10 oktyabr 2006-cı il tarixli, 151-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun Goranlı kənd inzibati ərazi dairəsi Goranlı kənd inzibati ərazi vahidi hesab edilmişdir. == Toponimikası == XIX əsrdə Qarabağ düzündə maldarlıqla məşğul olmuş goran tirəsinin adı ilə bağlıdır. XIX əsrdə Gorançayın sol sahilində, indiki Qayadamı deyilən yerdə yerləşən kənd Goran adlanırdı. XX əsrin əvvəllərində həmin kənd Kürəkçayın sağ sahilinə köçmüş və Goranlı (Gorandan gələnlər) adlanmışdır. == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində, Kürəkçay stansiyasının alt tərəfində, Qazançı və Xəsədərli kəndlərinin neytralında yerləşir. Goranlı kəndi isti iqlimə və az şoranlaşmış torpaq qatına malikdir. Torpaq strukturunun zəif olması kənd əhalisini maldarlıqla məşğul olmağa sövq edir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 582 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Kənd əhalisi əsasən heyvandarlıq və qismən də maldarlıqla məşğul olur.
Moranlı
Moranlı (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Moranlı (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Qonaqlı
Qonaqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Qaradaş kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndin keçmiş adı Yekəalılar olmuşdur. Yaşayış məntəqəsini həmin rayondakı Yekəalılar (indiki Vahidli) kəndindən gəlmiş Molla Qurban adlı şəxs salmışdır. Kənd Qovaqlı meşə sahəsinin ətəyində salındığına görə belə adlanmış, sonra da rəsmi sənədlərdə Qonaqlı şəklinə düşmüşdür. Qonaq sözü qovaq ağa­cının adının yerli tələffüz variantıdır. Hazırda kəndin yaxınlığındakı Bəydəmirli kəndinin (Gədəbəy гayonu) сənubunda qovaq ağaclarının çox olduğu yer də Qonaqlıçökək adlanır. Oykonim qonaq (qovaq) sözündən və -lı şəkilçisindən düzəlmişdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Axıncaçayın dərəsində yerləşir. == Əhalisi == === Şəhidləri === Hüseynov Mustafa Ələddin oğlu (1996-2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Qıraqlı
Qıraqlı (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Qıraqlı (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd.
Saraclı
Saraclı (Kəleybər) — İranda kənd. Saraçlı oymağı — Oğuz boylarından Bəydili boyuna mənsub oymaqlardan biri. Saraçlı (Borçalı) — Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd Saraçlı (Manavqat) — Türkiyə Cümhuriyyəti Antalya ili, Manavgat ilçəsində kənd. Saraçlı (Aralıq) — Türkiyə Cümhuriyyəti İğdır ili, Aralıq ilçəsində kənd. Saraçlı (Geyvə) — Türkiyə Cümhuriyyəti Sakarya ili, Geyvə ilçəsində kənd. Saraçlı (Çərşənbə) — Türkiyə Cümhuriyyəti Samsun ili, Çərşənbə ilçəsində kənd. Saraçlı (Of) — Türkiyə Cümhuriyyəti Trabzon ili, Of ilçəsində kənd.OxşarBığlı Hüseyn Saraclı — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Sevan rayonu ərazisində kənd.
Soğanlı
Soğanlı (Piranşəhr) — İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. Soğanlı (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd.
Torpaqlı
Torpaqlı (Ərdəbil) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Torpaqlı Axtarma (palçıq vulkanı) — Abşeronda palçıq vulkanı.
Xorablı
Xorablı (fars. خورابلو‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Çolaqlı
Baqqal — Azərbaycan Respublikasının Şəki rayonunun Cəfərabad kənd inzibati ərazi dairəsində kənd.
Çıraqlı
KəndlərÇıraxlı (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Çıraqlı (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd. Çıraqlı (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Çıraqlı (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Çıraqlı (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda kənd. Çıraqlı (Şörəyel) — Qərbi Azərbaycanın Şörəyel mahalında kənd. Çiraxlı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. Çıraqlı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonundakı kənd. Çıraqlı — Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indiki Barana (Noemberyan) rayonunda qışlaq. Çıraqlı — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Barana (Noemberyan) rayonunda dağ.
Araqlı
Araqlı (türk. Araklı) — Trabzon ilinin ilçəsi.
Ocaqlı
Ocaqlı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Ocaqlı oyk. Cəlilabad r-nunun Qarazəncir i.ə.v.-də kənd. Düzənlikdədir. əsl adının Ocaqqulu olduğu söylənilir. Keçmiş adı Panovand olmuşdur. Yaşayış məntəqəsi pirembel tayfasının üçüncü qolunun məskunlaşması nəticəsində yaranmışdır. XIX əsrin ortalarında 64 ailədən ibarət olan panavandlıdar Muğanda köçəri həyat sürürdülər, Panavandlılann bəş tirəsi vardır. Qışlaqlar həmin tirələrin (Hacıtağı, Sadi, Ocaqqulu, Hacı Mustafa və Fərzulla) adı ilə adlanmışdı. Yaşayış məntəqəsi 1887-ci ildə 40 ailədən ibarət ocaqlar (ocaqqulıı) nəslinin Ocaqlı qışlaq, yaxud Ocaqqulu qışlaq adlı yerda məskunlaşması nəticəsində yaranmış və həmin nəslin adı ilə adlandırılmışdır.
Otaqlı
Otaqlı (Kəlbəcər)
Saralı
Sarılı Xəştab — Azərbaycan Respublikasının Zəngilan rayonunun Yeməzli kənd inzibati ərazi dairəsində kənd.Saralixaştab kəndi dağlıq ərazidədir. Kəndin adı 1933-cü ildə Sarallı Xəştab kimi qeydə alınmışdır. Oykonimin birinci komponenti sarallı tayfasının adinı, ikinci komponenti isə bu tayfaya məxsus qışlağın adını əks etdirir. Mənbələrdə bu tayfanın adı sarıalılı kimi qeyd olunmuşdur. Sarıalılı orta əsrlərda Qarabağda və Zəngəzurda yaşamış Azərbaycan ellərindən biridir. XIX əsrin ortalarında Zəngəzur qəzasında yaşayan bu tayfaya məxsus Sarallı kənd icmasina daxil olan Ağqaya, Almalıq, Girmik, Şordərə, Mollalı, Siznaq, Faroe, Xəştab və Xilic adlı qışlaqlar, Zor, Berdaş, Giramsan, Gard, Aqadi (Mehralı), Xoştanak və Bayşam adlı yaşayış məntəqələri olmuşdur.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Boyaqlı (Kəlbəcər)
Boyaqlı - Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Aşağı Ayrım kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Coğrafiyası == Boyaqlı kəndi Tərtər çayının sahilində, dağətəyi ərazidədir. XIX əsrdə Kəlbəcər kəndinin əhalisinin yaylaq yurdu olmuşdur. Boyaq bitkiləri cox olduğu üçün yurd belə adlandırılmışdır. Sonralar kəndin kəlbəvəli və mərdanlı nəsillərinə mənsub bir qrup camaatı yaylaq yurdunda məskunlaşmış, yeni yaşayış məntəqəsi yurdun adını saxlamışdır. == Tarixi == Bu kəndin ərazisində boyaq otları vardır. Həmin otlardan yerli əhali boyaq kimi istifadə edirdilər. Kəndin adı buradan götürülmüşdür. == Məşhur yerlər == Şişin başı, Almaağacı, Camışuçan, Arxacyeri, Xırman, Xal, Xalın qayası, Şorun dərəsi, Çərkəzin şamı, Nağı dədənin şamı, Naziksu, Məmmədbiçən tala, Malqayıtmaz, Şəl, Küllü kaha, Şorun dərəsi, Əlikişinin kahası, Qaraşın şamı, Şirinin şamı, Davalı şam, Dəyirmanlar, Darı yeri, Əyriyol, Xırdadüz, Darı yerləri.
Daraqlı seloziya
Daraqlı seloziya (lat. Celosia cristata) - seloziya cinsinə aid bitki növü.
Daraqlı timsah
Daraqlı timsah və ya Duzlu su timsahı (lat. Crocodylus porosus) — əsl timsahlar sinfinə daxil olan, çağdaş dövrdə yaşayan ən böyük sürünən. Öz dəstəsinin ən böyük nümayəndəsi, eləcə də ən böyük quru və ya sahil yırtıcısı. Bu növün erkəkləri təxminən iki ton kütləsi ilə yeddi metr uzunluğa çata bilir. 5.2 metr uzunluğa müntəzəm böyüyən yeganə müasir timsah növüdür. Digər tərəfdən, dişi daraqlı timsahlar erkəklərə nisbətən daha kiçikdir. Daraqlı timsah duzlu suda yaşaya bilən, lakin ümumiyyətlə manqrov bataqlıqlarında, deltalarda, laqunlarda və çayların aşağı axarlarında yaşaması ilə seçilirlər. Digər çağdaş timsah növlərindən daha geniş ərazidə yayılmışdır. Arealı Hindistanın şərq sahillərindən başlayaraq, Cənub-Şərqi Asiyanın əksəriyyət ərazilərindən Cənubi Avstraliyaya qədər uzanır. Keçmişdə bu nöçün nümayəndələri Afrikanın şərq sahillərində və Yaponiyanın cənub sahillərində belə yayılmışdı.
Daraqlı triton
Daraqlı triton (lat. Triturus cristatus), (Salamandridae) fəsiləsindən (Caudata) dəstəsindan suda-quruda yaşayanlar növü. Status. Azərbaycanda Triturus cristatus carelini (Strauch, 1870) yarımnövü yaşayır. Nadirdir.Yayılması. Respublikanın cənub-şərqində (Lənkəran rayonunda) və Böyük Qafqaz sıra dağlarının cənub-şərq ətəklərində (Şamaxı və İsmayıllı rayonlarında) tək-tək hallarda təsadüf edilir. Yaşayış yeri. Gündüz həyat tərzi keçirir. Adətən meşəlik, meşə-bozqır və dağ-səhra rayonlarında dəniz səviyyəsindən təxminən 500-600 metrdən 2200 metrə qədər hündürlükdə müşahidə edilir. Açıq sahələrdə yerləşən su hövzələrində, ot bitkisi ilə zəngin, əksərən durğun və temperaturu 12-20 C qədər olub, çox da böyük olmayan təmiz sulu göllərdə, nohurlarda, meşə gölməçələrində, su kanallarında yaşamağı daha çox sevir.
Duraqlı (Xudabəndə)
Duraqlı (fars. دوراخلو‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 70 nəfər yaşayır (13 ailə).
Düz Qıraqlı
Düz Qırıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Düz Qırıqlı kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim düz və qırıqlı (oğuz tayfalarından biri olan qırıqların adını əks etdirən etnotoponim) komponentlərindən düzəlib. Kənd düzənlikdə salındığına görə və Dönük Qırıqlı kəndindən fərqləndirmək məqsədilə belə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Düz Qırıqlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində, Kür çayının cənub–şərqində, İpək yolunun üzərində ("Qırıq ocaq" adlandırılan yerdə) yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Qənirə Paşayeva — jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin üzvü. Qəzənfər Paşayev — Filologiya elmləri doktoru və professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, ədəbiyyatşünas, folklorşünas, publisist, dilçi, yazıçı və tərcüməçi. === Şəhidləri === Bədirov Nəcməddin Nurəddin oğlu (2001-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Əliyev Asim Nuru oğlu (1999-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Salmanov Sahil Vüqar oğlu (2002-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. == İqtisadiyyatı == Kəndin iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir.
Goranlı bələdiyyəsi
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Moranlı (Cəlilabad)
Moranlı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Moranlı oyk., sadə. Cəbrayıl r-nunun Qaraqasımlı i.ə.v.-də kənd. Ceyrankeçməz çayı sahilində, düzənlikdədir Cəlilabad r-nun eyniadlı i.ə.v.-də kənd. Düzənlik ərazidədir. Sabirabad r-nunun eyniadlı i.ə.v.-də kənd. Muğan düzündədir. Keçmişdə maldarlıqla məşğul olmuş moranlı tayfasınm məskunlaşması nəticəsində yaranmışdır. XIX əsrdə moranlılar şahsevən tayfa ittifaqına daxil idilər. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 966 nəfər əhali yaşayır.
Moranlı (Sabirabad)
Moranlı — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası == Moranlı kəndi Sabirabad rayonunun cənub şərqində yerləşir. Rayonla yol məsafəsi 50 km-dir. Kəndin inzibati ərazi dairəsinə Moranlı, Sarxanbəyli, Bala-Həşimxanlı kəndləri daxildir. == Əhalisi == 3800 nəfər əhalisi var. == İqtisadiyyatı == Kənddə demək olar təsərrüfatın bütün sahələri inkişaf etməkdədir. Burada daha çox dənli bitkilər, pambıqçılıq, heyvandarlıq, bostan bitkiləri və soğan becərilir. Moranlı kəndində əvvələr "İşıqlı Yol" kolxozu (sonralar "Azərbaycan Kommunist Partiyası adına 60 illik kolxoz") fəaliyyət göstərmişdir. Kənddə 2017-ci ildə istifadəyə verilən Moranlı Pambıq Qəbulu məntəqəsi Moranlı inzibati dairəsində becərilən xam pambığın qəbuluna, həmçinin 30-a yaxın yerli sakinin işlə təmin olunmasına şərait yaradır. == Mədəniyyət == Kənddə 2016-cı ildə yeni istifadəyə verilən 432 şagird yerlik tam orta məktəb, mədəniyyət evi, 3 məscid, tibb məntəqəsi, poçt şöbəsi var.
Şirazlı
Şirazlı — Vedibasar mahalının Vedi rayonunda kənd. == Tarixi == Şirazlı - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. Rayon mərkəzindən 5 km cənub-şərqdə, Vedi çayından axan arxın yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə 1873-cü ildə 150 nəfər, 1886-cı ildə 235 nəfər, 1897-ci ildə 451 nəfər, 1904-cü ildə 229 nəfər, 1914-cü ildə 251 nəfər, 1916-cı ildə 480 nəfər azərbaycanlı yaşamışdır. 1918-1919-cu illərdə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuş, İran və Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişdir. 1922-ci ildə burada 216 nəfər azərbaycanlı, 114 nəfər erməni, 1926-cı ildə 243 nəfər azərbaycanlı, 130 erməni, 1931-ci ildə 256 nəfər azərbaycanlı, 182 nəfər erməni, 1972-ci ildə 2616 nəfər azərbaycanlı, 873 erməni, 1987-ci ildə 3000 nəfər yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən zorla qovulmuşlar. İndi ermənilər məskunlaşıb.
Şorabil
Şorəbil gölü — Ərdəbil şəhərinin cənubunda yerləşən gözəl bir gölün adı dır. Bu göl Ərdəbil universitəsinin qonşuluğunda yerləşibdir. Yanında bir park və əyləncə imkanları da vardır.
Şoranlıq
Şoranlıq (rus. солончаки, ing. solonchaks) — şoran torpaq tipi, üst qatında 1-3 dən 10-15%-ə qədər asan həll olan duz olur. Çöl, yarımsəhra və səhra zonalarında yayılmışdır. Şoranlaşma əsasən səthdən suyun buxarlanması nəticəsində baş verir. Torpaq pro­fili zəif təbəqələnmiş olur; az məh­suldardır. Təbii bitki örtüyü halofit­lərdən (dəvəayağı, şorangə, sirkən, yulğun, acərək və s.) ibarət olur və ya heç olmur. Yuyulduqdan və qrunt sula­rının səviyyəsi aşağı salındıqdan sonra əkinçilik üçün yararlıdır. Mərkəzi Afrika, Asiya, Avstraliya, Şimali Amerika, Qazaxıstan, Orta Asiya, Azərbaycan (Kür-Araz ovalığı, Xəzəryanı ovalıq), Krım, Aşağı Volqaboyu, dənizqırağı Dağıstanda yayğındır. Zəminin profili aşağıdakı morfoloji quruluşa malikdir: A. humus üfüqu, humustoplanması sezilməyəndən seçilənə qədər çox tərəddüd edir, boz, açıq-boz, bəzən üst örtükdən boz aralıq üfüq kimi, sıx köklərlə dolu çim qalıqları seçilir, üfüqün üst qatında ağ-appaq, yaxud bozumtul-ağ qabıq və ya şiş kimi bol duz təbəqəsi formasında olur; B (Bg) — humus üfüqu yaxud üst duz üfüqu altında, bəzən B üfüquna keçən, yekcins təbəqə və ya təbəqələr dizisi seçilir; G —müxtəlif dərəcəli təzahüratlı gley üfüqu.
Şorəlli
Şorəlli — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
Şotanlı
Şotalı, Şotanlı - Yelizvetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda tarixi kənd. == Tarixi == Oxçu çayının sağ sahilində yerləşmişdir. Erməni mənbələrində kəndin ilk adının Şatah olduğu göstərilir. Toponim «hunların varisi şato» etnoniminə mənsubluq bildirən -lı şəkilçisinin qoşulması ilə düzəlib, «şato tayfasına mənsub kənd» mənasını ifadə edir. Mənbələrdə qeyd edilən şato tayfasının adı toponimdə şata, şota fonetik formasında öz əksini tapmışdır ki, Azərbaycan dilində o~a səsəvəzlənməsi qanunauyğun haldır. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə 30 nəfər, 1922-ci ildə 25 nəfər, 1926-cı ildə 19 nəfər azərbaycanlı yaşamışdır. 1930 - cu illərdə kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Somali
Somali (somali: Soomaaliya; ərəb. الصومال‎), rəsmi adı Somali Federativ Respublikası — Şərqi Afrikada Afrika buynuzu deyilən coğrafi bölgədə olan bir ölkədir, faktiki olaraq vətəndaş müharibəsi və separatistlərin fəaliyyəti nəticəsində bir neçə hissəyə parçalanmışdır. Qərbində Cibuti, Efiopiya və Keniya, şərqində Hind okeanı vardır. Paytaxtı Mogadişu'dur. Sahə 637.657 km ², əhalisi 8.6 mln. nəfərdir. 20 sentyabr 1960-cı ildən BMT-nin üzvüdür. == Tarixi == === Qədim dövr === E.ə. III minilliyin ortalarında müasir Somalinin şimal sahillərinə dəniz vasitəsilə misirlilər gəldilər. Onlar bu ərazidən (Misirlilər bu ərazini Punt ölkəsi adlandırırdılar) öz ölkələrinə qızıl, qullar daşıyırdılar.
Ananiya Şiraklı
Ananiya Şiraklı; Şirakasi (erm. Անանիա Շիրակացի; bilinmir və ya təq. 610, Şörəyel mahalı – bilinmir) — erməni coğrafiyaşünası, filosof, riyaziyyatçı, kartoqraf, tarixçi, astronom və kimyaçı, qədim erməni təbiətşünaslığının banisi. == Bioqrafiya == Şirak vilayətində anadan olmuşdur. Bəzən özünü Şirakavan adlı yerin adı ilə Şiravakansi də adlandırıb. Atasının adı Ovannes idi. Ermənistanda ilkin təhsilini alıb, təhsilini davam etdirmək üçün Bizansa yola düşüb. O, Feodosiopol (Karin) şəhərindən keçərək, IV Ermənistan vilayətinə getmiş və orada riyaziyyatçı Kristosaturdan təhsil almışdır. Hesab edilir ki, o, «bütün elmləri oyrənmədi», bir müddətdən sonra Trabzona üz tütdu, hansı ki orada məşhur alim Tixik onun müəllimi olub, Şirakasinin özünün yazdığı kimi, Tixik erməni yazısının bilicisi» idi. Burada Ananiya Şiraklı 8 ilə yaxın təhsil alır.