Şoralı mağarası — Şəгuг rayonunun Axura kəndindən şərqdə, Pisdər mağarasının qərb tərəfində mağara. Qövsvari formalıdır. Uzunluğu 15 m-dən artıqdır. Alt Triasın Qarabağlar lay dəstəsinin əhəngdaşılarından təşkil olunmuş yüksəkliyin yamacındadır. Mağaradan ibtidai insan məskəni kimi istifadə olunduğu ehtimal edilir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin mərkəzi hissəsində, Tənənəm antiklinalının nüvə hissəsində yarləşir.[1][2]
Şoralı mağarası | |
---|---|
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Region |
|
Vilayət |
|