Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Correa
Correa (lat. Correa) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Correa aemula (Lindl.) F.Muell. Correa alba Andrews Correa backhouseana Hook. Correa bauerlenii F.Muell. Correa calycina J.M.Black Correa decumbens F.Muell. Correa eburnea Paul G.Wilson Correa glabra Lindl. Correa × harrisii Paxton Correa lawrenciana Hook. Correa pulchella J.B.Mackay ex Sweet Correa reflexa (Labill.) Vent. Correa × rubra Sm.
Korrez
Korrez (fr. Corrèze, oks. Corresa) — Fransanın mərkəz hissəsinin cənubundakı Akvitaniya regionunun departamentlərindən biri. Sıra nömrəsi — 19. İnzibati mərkəzi — Tül şəhəridir. Əhalisi — 252.235 nəfər (departamentlər arasında 80-ci yer, 2010-cu ilin məlumatları). == Coğrafiya == Ərazisi — 5857 km². Departament üç hissəyə bölünür - dağ (ən yüksək nöqtə - Bessu dağı, 978 m), düz və Briv çayının vadisi. == Tarix == Korrez, 1790-cı ilin mart ayında qurulan ilk 83 departamentlərdən biridir. Keçmiş Limuzin əyalətinin ərazisində yerləşir.
Sarkel
Sarkel (və ya Şarkil, Xəzər dilində "ağ ev") ― müasir Rusiyanın Rostov vilayətində, Don çayının sol sahilində mövcud olmuş qala. Qala 830-840-cı illərdə Bizansın köməyi ilə Xəzərlər tərəfindən tikilmişdir. İnşasında istifadə olunan ağ əhəngdaşı səbəbilə qala Sarkel, yəni "ağ ev" adlandırılmışdır. Sarkel Don çayının sol sahilindəki təpədə yerləşirdi. Hal-hazırda həmin ərazi Simlyansk su anbarının inşasından sonra su altında qalmışdır. == Tarix == Sarkel 833-cü ildə Xəzər dövlətinin şimal-qərb sərhədini qorumaq üçün tikilmişdi. Xəzərlər müttəfiqləri olan Bizans imperatoru Feofildən istehkamla əhatə olunmuş bir paytaxt qurmaq üçün mühəndislər istəmiş və Teofil baş mühəndisi Petronas Kamaterosu göndərmişdi. Bu xidmətlərin müqabilində isə Xəzər xaqanı bəzi Krım müstəmləkələrini Bizansa vermişdi. Tarixçilər Donda niyə bu qədər güclü bir qala tikildiyini müəyyənləşdirə bilməmişdirlər. Onlar bu məsrəfli tikintinin Xəzərlər üçün təhlükə yaradan hər hansı bir regional gücün yüksəlməsindən qaynaqlandığını iddia edirlər.
Sarsel
Sarsel (fr. Sarcelles) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament —Val-d’Uaz, rayon — Sarsel. Əhalisi — 1 127 nəfər (1999). Bələdiyyə Paris şəhərinin 17 km şimal, Serji bələdiyyənin 24 km şərqdə yerləşir.
Surrey
Surrey və ya Sarrey (ing. Surrey [ˈsʌri]) — Cənubi İngiltərədə qraflıq, Cənub-Şərqi İngiltərə regionunun bir hissəi, "Ev qraflığı" (Home Counties) adlandırılan qraflıqlardan biri. İnzibati mərkəzi Kinqston-apon-Tems olsa da, qraflığın tarixi şəhəri Gilford sayılır. Əhalisi — 1 098 300 (2007-ci ilin hesablamaları).
Sospel
Sospel (fr. Sospel, it. Sospello) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Kont kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Sospel kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 62,39 km², əhalisi — 3440 nəfərdir (2006) artım tendensiyası ilə: 3568 nəfər (2012), əhalinin sıxlığı 57,2 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 3537 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 3568 nəfər.
Corel
Corel Korporasiyası (/kəˈrɛl/, kə-REL; "Cowpland Research Laboratory" abbreviaturasından) - Qrafika üzrə ixtisaslaşmış Ottava, Ontario mərkəzli Kanada proqram təminatı şirkəti. O, CorelDRAW kimi proqram başlıqlarının istehsalı və AfterShot Pro, PaintShop Pro, Painter, Video Studio və WordPerfect-in sahibi kimi məşhurdur. == Məhsullar == Corel Chess - Don Deyli və Larri Kaufman tərəfindən hazırlanmış şahmat mühərriki Corel Designer - Əvvəlki adı Micrografx Designer, peşəkar texniki illüstrasiya proqramı. Corel Digital Studio - dörd proqram dəsti: PaintShop Photo Express (Paint Shop Pro-nun yüngül versiyası), VideoStudio Express (video redaktə proqramı), DVD Factory (DVD yazmaq və konvertasiya üçün proqram), WinDVD (DVD pleyer proqramı). CorelDRAW - Vektor qrafikası redaktoru. Corel Graphics Suite - CorelDRAW, PhotoPaint və Capture proqramlarının birləşməsi. Corel Home Office – Ability Office 5-ə əsaslanan və həmçinin Corel-in WinZip proqram təminatına əsaslanan ofis dəsti. O, Corel-in öz WordPerfect fayl formatlarını dəstəkləmir. Corel KnockOut - Professional şəkil maskalama plaqini. Corel Paint It!
Forel
Alabalıq (digər adı: forel) — qızılbalıqlar fəsiləsinə aid olan balıq cinsi. Alabalıq bulaq mənşəli dağ çaylarının və göllərinin daimi sakinləridir. Onlara şəffaf suyu və dibi daşlı olan bütün dağətəyi çaylarda da rast gəlmək olur. Azərbaycan ərazisində forellər Böyük və Kiçik Qafqaz sıra dağlarından, eləcə də Talış dağlarından süzülən bulaq mənşəli çaylarda yayılmışdır. Hər bir çayda yaşayan balıq öz rənginə, biololi və həmçinin bəzi morfoloji xüsusiyyətlərinə görə bir-birindən fərqlənirlər. Lakin bütün çaylarda yaşayan alabalıqlar üçün bədəndə əlvan xalların olması xarakterikdir. Çayların dibinin vəziyyətindən asılı olaraq balıqların rəngi də dəyişə bilir. Əgər çayın dibi açıq rəngli daşlardan təşkil olunmuşdursa, onda balığın da rəngi açıq olur, əgər daşlar tutqun rəngdədirsə balığın rəngi də tünd rəngdə olur. Bütün alabalıqlar üçün ən xarakter xüsusiyyət onların soyuq suya və oksigenə hədsiz tələbkar olmalarıdır. Belə ki, suda istilik 15-18°C, oksigenin miqdarı isə 1 litr suda 7-8 sm3 olduqda alabalıqlar özlərini yaxşı hiss edir, yaxşı qidalanır və böyüyürlər.
Sorbe
Sorbe və ya şərbət (fr. sorbet) – dondurulmuş desert. Şəkərli sirop və ya meyvə şirəsindən, püredən hazırlanır. Həmçinin şampan, şərab, konyak əlavə edərək də istifadə edilə bilər. == Haqqında == Bəzən sorbe soyuq halda tam dondurulmadan istifadə edilir. Onu çox vaxt yemək çeşidləri arasında verirlər. Çünki o həzmə yaxşı təsir edir. Tamamiylə sorbe dondurulmuş olduğu üçün dondurma kimi desertdir. == Tarixi == Ərəb sözü olan şərbət, soyuq alkoqolsuz içkidir. Avropaya ilk dəfə XVI əsrdə Turkiyədən dəyişilmiş şəkildə gəlib çıxmışdır.
Sorex
Qonurdiş (lat. Sorex) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin yereşənlər fəsiləsinə aid heyvan cinsi.
Adriano Korrea
Adriano Korrea Klaro (26 oktyabr 1984[…], Kuritiba) və ya qısaca Adriano — sol cinah müdafiəsi mövqeyində oynayan braziliyalı futbolçu. Onun çıxış etdiyi sonuncu klub Belçikanın "Eypen" klubu olub. Peşəkar futbol sahəsində ambidekstriyaya malik nadir futbolçulardan olan Adriano meydanın hər iki hissəsində müdafiəçi və ya yarımmüdafiəçi mövqeyilərində çıxış etməyi bacarır. Karyerasına "Koritiba" klubunda başladıqdan sonra 2005-ci ildə İspaniyaya yollandı, "Sevilya" və "Barselona" klublarında bir neçə La Liqa mövsümünü keçirdi və hər iki klubla bir neçə böyük titul qazandı, o cümlədən sonuncu ilə 2015-ci ildə "trebl" etməyə nail oldu. On il ərzində Braziliya millisində çıxış edən Adriano ölkəsini iki Amerika Kuboku turnirində təmsil edib və 2004-cü ildə qalib gəlib.
Burrel həbsxanası
Burrel həbsxanası (alb. Burgu i Burrelit) ― Albaniyanın şimal-şərq şəhəri Burreldən kənarda, Mata Rayon Polis İdarəsində yerləşən 198 məhbus tutumlu maksimal təhlükəsizlik həbsxanası. 2011-ci ildə həbsxanada 182 məhkum vardı və 120 islah məmuru işləyirdi. Birmərtəbəli qurum 21.000 kvadratmetr ərazini əhatə edən üç sahəyə bölünür. Burrel həbsxanası 1992-ci ildə Albaniya İşçi Partiyasınının hakimiyyətdən getdikdən sonra bağlandı. Həbsxana 1997-ci ildə yenidən açıldı və Albaniyanın hazırda fəaliyyət göstərən 21 həbsxanasından biridir, ölkədə ömürlük həbs edilmiş məhkumların olduğu beş həbsxanadan biri və mütəşəkkil cinayətlərə görə mühakimə olunanların olduğu iki həbsxanadan biridir. Bəzi ictimai fəallar həbsxananın bağlanmasını və buranı 1944–1992-ci illər arasında işgəncə verilərək öldürülənlərin xatirə yerinə çevrilməsini tələb edirdilər. 2013-cü ilin may ayında Burrel həbsxanasının direktoru Dəmir Çupi istefaya göndərildi. Buna məhbus Zenelinin Kukes şəhərində yaşayan həyat yoldaşını ziyarət etmək üçün 5 günlük məzuniyyət alması, lakin həbsxanaya qayıtmaması səbəb oldu. Bu, 2013-cü ildə təkrarlanan üçüncü belə hadisə idi.
Correa aemula
Correa aemula (lat. Correa aemula) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinin correa cinsinə aid bitki növü.
Correa alba
Correa alba (lat. Correa alba) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinin correa cinsinə aid bitki növü.
Correa backhouseana
Correa backhouseana (lat. Correa backhouseana) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinin correa cinsinə aid bitki növü.
Correa baeuerlenii
Correa calycina
Correa calycina (lat. Correa calycina) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinin correa cinsinə aid bitki növü.
Correa decumbens
Correa decumbens (lat. Correa decumbens) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinin correa cinsinə aid bitki növü.
Correa eburnea
Correa eburnea (lat. Correa eburnea) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinin correa cinsinə aid bitki növü.
Correa glabra
Correa glabra (lat. Correa glabra) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinin correa cinsinə aid bitki növü.
Correa lawrenceana
Correa pulchella
Correa pulchella (lat. Correa pulchella) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinin correa cinsinə aid bitki növü.
Correa reflexa
Correa reflexa (lat. Correa reflexa) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinin correa cinsinə aid bitki növü.
Cosayya Uorren
Cosayya Uorren (26 iyun 1798[…], Boston – 14 aprel 1874, Boston) — ABŞ ixtiraçısı, individualist anarxist, musiqiçi və yazıçı.
Cosayya Vorren
Cosayya Uorren (26 iyun 1798[…], Boston – 14 aprel 1874, Boston) — ABŞ ixtiraçısı, individualist anarxist, musiqiçi və yazıçı.
Şorgöl
Şorgöl (Bünab) Şorgöl (Biləsuvar) Şor Göl (Salmas) Şorgöl — Ağcabədi rayonu ərazisində süni təpə. Hündürlüyü 10 m. Şorgöl — Ağcabədi rayonu ərazisində göl. Mil düzündədir; Şorgöl — Bakı şəhəri Suraxanı rayonu ərazisində göl.
Şorəli
Şorəli — İrəvan xanlığının Göycə mahalında kənd adı. == Toponimiyası == XIX əsrin ortalarından sonra kəndin adı mənbələrdə çəkilmir. Azərbaycan xalqının etnik tarixi ilə bağlı qədim toponimlərdəndir. Erkən orta əsrlərdə Albaniyada və indiki Ermənistan ərazisində yaşamış türk mənşəli Şor (əsli Çor) tayfasının adını əks etdirir. Peçeneqlərin Çor (Çur) tayfasının adındandır. Azərbaycanda Çorman (Kəlbəcər r-nu), Çor-Yurt (Yardımlı r-nu), Corlu (Qəbələ r-nu), Corlu (Gürcüstanda) adları ilə eynidir. İlk dəfə “VII əsr Erməni coğrafiyası” adlı mənbədə Şorapor (“Şor dərəsi” yaxud “Şor vadisi” mənasındadır) toponimində əksini tapmış bu elin adı ilə bağlı bir sıra toponimlər vardır. Əsl adı “Şor eli”, yəni “Şor tayfası” (“Şirak el” kimi).
Şörəyel
Tarixi yaşayış məntəqələri
Sorxə
Sorxə (Bostanabad) — İranda kənd. Sürxə — İranın Simnan ostanının şəhərlərindən və Sürxə şəhristanının mərkəzidir. ‎Baba Sorxə (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
"Şöhrət" ordeni
"Şöhrət" ordeni (Azərbaycan) — Azərbaycanın dövlət təltifi
Aleksandrovka (Şörəyel)
Aleksandrovka, Qarakilsə — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd.
Andre Şürrle
Andre Şürrle (alm. André Schürrle‎; 6 noyabr 1990) —Almaniyalı yarımmüdafiəçi və hücumçu. Andre Şürrle Borussiya Dortmund FK-da oynayır. Orada 21 nömrə ilə çıxış edir. 184 santimetr boya malikdir. O, həm də Almaniya milli futbol komandasının oyunçusudur.
Aralıq (Şörəyel)
Aralıq — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 22 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tabeliyində olmuşdur. Toponim «hüdud, sərhəd, iki torpağı, mülkü və s.ni bir-birindən ayıran, xətt, mərz», «iki yaşayış məntəqəsi arasındakı məsafə», «ortalıq» mənasında işlənən ara sözünə məkan anlamı bildirən -lıq şəkilçisinin artırılmasından əmələ gəlib «aralıqda, iki yaşayış kəndinin arasında, iki kəndin sərhəddində yerləşən kənd» mənasını bildirir. Relyefli bağlı yaranan düzəltmə quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7.XII.1945-ci il tarixli fərmanı ilə adı dəyişdirilib Yerezqavors qoyulmuşdur. == Əhalisi == Kənddə azərbaycanlıların etnoqrafik qruplardan olan qarapapaqlar yaşamışdır. Burada 1886-cı ildə 300 nəfər, 1897-ci ildə 397 nəfər, 1908-ci ildə 441 nəfər, 1914 - cü ildə 510 nəfər qarapapaqlar yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuş, Türkiyədən ermənilər köçürülərək burada yerləşdirilmişdir. İndi burada ermənilər yaşayır.
Armudlu (Şörəyel)
Armudlu — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Artik rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 9 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim armud bitki adına çoxluq mənası bildirən "-lu" şəkilçisinin artırılması ilə düzəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 31.V.1946-cı il fərmanı ilə adı dəyişdirilib Tufaşen (Tuf kəndi) qoyulmuşdur.
Arıxvəli (Şörəyel)
Arıxvəli — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 24 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk mənşəli arıq etnonimi ilə Vəli şəxs adından əmələ gəlmişdir. «Arıq (Arıx) tayfasından olan Vəliyə məxsus kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 21.X.1967-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Lernut qoyulmuşdur.
Ağkilsə (Şörəyel)
Ağkilsə — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 18 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1937-ci ilə kimi Leninakan rayonunun inzibati ərazi bölgüsünə daxil idi. Kəndin ərazisindəki ağ rəngdə olan kilsəyə görə oykonim Ağkilsə adlandırılmışdır. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7.XII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Kraşen qoyulmuşdur. == Əhalisi == Kəndin əsas və yerli sakinləri azərbaycanlılar olmuşdur. Ermənilər buraya 1820-1825-cı illərdə Türkiyənin Qars və Basen bölgələrindən köçürülmüşdür. 1897-ci ildə burada 12 nəfər azərbaycanlı yaşamışdır.
Bayandur (Şörəyel)
Bayandur — 1728-ci ildə İrəvan əyalətinin Şurəgəl nahiyəsində kənd adı İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 20 km, Gümrü şəhərindən 10 km şimal-qərbdə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində olmuşdur. "İrəvan əyalətinin icmal dəfətəri"ndə Bayandırlı formasında qeyd edilmişdir. == Toponimi == Toponim bayandur qədim türk tayfasının adı əsasında əmələ gəlib, "bayandur tayfasının yaşadığı kənd" mə'nasını bildirir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Bayandur tayfasının adındandır. == Əhalisi == 1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1828–30-cu illərdə Türkiyədən köçürülmüşdür.
Başköy (Şörəyel)
Başköy — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 7 km məsafədə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Başkənd kimi, Qafqazın 5 verstlik xəritəsində Baş kyoq formasında qeyd edilmişdir. Toponim Azərbaycan dilində "əsas, böyük, dağın zirvəsi" mənalarında işlənən baş sözü ilə müasir türk dilində "kənd" mənasında işlənən köy sözündən əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 31. V.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Saralanc qoyulmuşdur.