Aralıq — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd.[2]
kənd | |
Aralıq | |
---|---|
40°42′ şm. e. 43°46′ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Şörəyel mahalı |
Rayon | Düzkənd rayonu |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.480 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rayon mərkəzindən 22 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tabeliyində olmuşdur.
Toponim «hüdud, sərhəd, iki torpağı, mülkü və s.ni bir-birindən ayıran, xətt, mərz»[3], «iki yaşayış məntəqəsi arasındakı məsafə», «ortalıq»[4] mənasında işlənən ara sözünə məkan anlamı bildirən -lıq şəkilçisinin artırılmasından əmələ gəlib «aralıqda, iki yaşayış kəndinin arasında, iki kəndin sərhəddində yerləşən kənd» mənasını bildirir. Relyefli bağlı yaranan düzəltmə quruluşlu toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7.XII.1945-ci il tarixli fərmanı ilə adı dəyişdirilib Yerezqavors qoyulmuşdur.
Kənddə azərbaycanlıların etnoqrafik qruplardan olan qarapapaqlar yaşamışdır[5]. Burada 1886-cı ildə 300 nəfər, 1897-ci ildə 397 nəfər, 1908-ci ildə 441 nəfər, 1914 - cü ildə 510 nəfər qarapapaqlar[6] yaşamışdır[7].
1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuş, Türkiyədən ermənilər köçürülərək burada yerləşdirilmişdir. İndi burada ermənilər yaşayır.