Bayandur (Şörəyel)

Bayandur — 1728-ci ildə İrəvan əyalətinin Şurəgəl nahiyəsində kənd adı[2] İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd[3].[4]

Tarixi Azərbaycan əraziləri
Bayandur
Ümumi məlumatlar
Ölkə Ermənistan
Bölgə Şörəyel mahalı
Sahəsi
  • 12 km²
Əhalisi
  • 725 nəf. (2012)[1]
Saat qurşağı
Xəritədə yeri
Bayandur xəritədə
Bayandur
Bayandur

Rayon mərkəzindən 20 km, Gümrü şəhərindən 10 km şimal-qərbdə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində olmuşdur. "İrəvan əyalətinin icmal dəfətəri"ndə Bayandırlı formasında[5] qeyd edilmişdir.[6]

Toponim bayandur qədim türk tayfasının adı[7] əsasında əmələ gəlib, "bayandur tayfasının yaşadığı kənd" mə'nasını bildirir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Bayandur tayfasının adındandır.

1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1828–30-cu illərdə Türkiyədən köçürülmüşdür[8]. 1918-ci ildə əhali qovulduqdan sonra kənd dağılmışdır[9][10]İndi ermənilər yaşayır.

  1. http://www.armstat.am/file/article/marz_12_42.pdf.
  2. İrəvan əyalətinin icmal dəftəri. Bakı. 1996.
  3. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri", Bakı, "Elm", 2002.
  4. Обозрение Российских владений за Кавказом. Спб.,. . 1836.
  5. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996, s.131
  6. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Бајандур // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
  7. Kaşğari M. Divani — lügat — it türk, I–III cilt, Ankara, 1992. s.56
  8. Qorqodyan Z.1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, "Melkonyan fond", 1932, s.40
  9. Bayramov A.Ə. Qədim Oğuz еllərinin-Ağbaba, Şərəyəl və Pəmbək bölgələrinin yеr-yurd adları. Bakı. 1996.
  10. Эфендиев О.А. Территория и границы Азербайджанских государстве в ХV-ХVI вв. “Историческая география Азербайджана”,. Баку. 1987.