Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Soxan
So Xan - türk, monqol və altay mifologiyasında qaranlıq ilahı. Yerin altında yaşayır, Yo Xanın oğludur. (So/Sog) kökündən törəmişdir. Soyuqluq, görməzlik bildirən bir köktür. Soğmak feli, məğlub etmək və üzmək mənaları ehtiva edir. Soyuq sözüylə də əlaqədardır.
SOPA
Stop Online Piracy Act (SOPA və ya H.R. 3261) — 26 oktyabr 2011-ci ildə Lamar Smit və 12 nəfər həmmüəlliflər tərəfindən ABŞ-nin Nümayəndələr Palatasına təqdim olunmuş qanun layihəsidir. Qanun layihəsi Amerika hüquq-mühafizə orqanlarına İnternetin gizli kontinenetlərinə, müəllif hüquqları ilə qorunan intellektual mülkiyyətin ticarətinə və kontrafaktlara qarşı mübarizədə imkanlarını genişləndirir.
Saxa
Saxa Respublikası (Yakutiya) (rus. Респу́блика Саха́ (Яку́тия), saxa Саха Өрөспүүбүлүкэтэ) – Rusiya Federasiyası subyektlərindən biri. Rusiya Federasiyası Konstitutsiyası və Saxa Respublikası Konstitutsiyasına görə konstitutsiya-müqavilə prinsiplərinə əsasən, Rusiya Federasiyasının tərkibinə daxildir. Uzaq Şərq Federal Dairəsinə aiddir. 1922-ci il aprelin 27-si RSFSR-in tərkibində Yakutiya MSSR şəklində yaradılmışdır. 1990-cı ildə Yakutiyanın dövlət suverenitetinə dair akt qəbul edilmişdir. 1991-ci ildə hazırkı adını (Saxa Respublikası) almışdır. Saxa Rusiya Federasiyasının ən böyük regionu, habelə dünyanın ən böyük inzibati vahididir. Əgər Saxa müstəqil dövlət olsa idi, dünyada ərazisinə görə yeddinci dövlət olardı. (3103.2 min km²), lakin əhali sıxlığına görə Rusiyada ən son yerlərdən birini tutur.
Soba
Soba - odun, qaz, yağ və kömür yandırmaqla nəzarətli istilik yaratmq üçün tətbiq olunan qurğudur. Sobalar tətbiq sahələrinədn asılı olaraq müxtəlif formalara malik olurlar. Buraya yemək hazırlamaq üçün istifadə olunan sadə sobalardan tutmuş, polad və digər metalların əridilməsi üçün tətbiq olunan domna sobaları daxildir. Uzun müddət kömür sobaları ən geniş yayılmış sənaye sobaları idilər. kömür sobalarına istənilən ölçüdə rsat gəlmək olurdu. Kömür oduna nisbətən daha yüksək temperaturda yanır. Buna görə də kömür sobalarının konstruksiyası daha istiyə davamlı olurdular. Odun sobalarından fərqli olaraq kömür sobalarını həm odun, həm də kömürlə işlətmk olur. Kömür sobaları torla təchiz olunurlar ki, bu da havanı aşağıdan verməyə şərait yaradır. Alovun altından verilən havanın miqdarı kömürün növündən asılıdır.
Soda
Soda: Kalsium soda, Paltar ağartma sodası — Natrium-karbonat - Na2CO3. Kristallik soda — Kiristallohidrat kalsiumlu sodanın ümumi adı: Natrit — Na2CO3*10H2O. Termonatrit — Na2CO3*H2O. İçməli soda, ərzaq sodası — Natrium-hidrokarbonat - NaHCO3.
Soma
Soma (türk. Soma) — Türkiyənin qərbində, Egey regionunun Manisa ilində yerləşən şəhər və rayon. 2009-cu il əhali siyahıya alınmasına əsasən, ərazidə 101 011 nəfər yaşayır. Bunlardan 74 158 nəfəri Soma şəhərinin kənarında yaşayır.. Bütün rayonun ərazisi 839 kv. kilometrdir (324 kvadrat mil). Şəhər mərkəzi dəniz səviyyəsindən 161 metr hündürlükdədir. Şəhər Egey dənizinin sahilindən (Dikili limanı) 62 km uzaqlıqda, Bakırçayın sol qolunda yerləşmişdir. Şəhərin mikrorayonları: Turqutalp və ya Zəfər (qərb), Onüç Eylül (şimal), Hüriyyet (şərq), Samsaci (cənub). 13 mayda 2014-cü ildə bölgədə yerləşən kömür mədənlərində böyük insan tələfatına səbəb olan partlayış baş vermişdir.
Sona
Sona — qadın adı. Sona Bağırova (müğənni) — Azərbaycan müğənnisi, Azərbaycanın Əməkdar Artisti (1943). Sona Nuriyeva — İlk azərbaycanlı təyyarəçi qadınlarından biri Sona Qasımova — Azərbaycanın ilk qadın idmançılarından biri, Sona Qurbanova — tarix üzrə fəlsəfə doktoru Sona Əhmədova-Şirinova — Azərbaycan xalça ustası, SSRİ Dövlət mükafatı laureatı (1950). Sona Mikayılova — Aktrisa Sona Aslanova — Azərbaycanın tanınmış opera müğənnisi, aktrisa. Sona Hacıyeva — Azərbaycan aktrisası. Sona Babayeva — Aktrisa Sona Bağırova — Azərbaycanın əməkdar jurnalisti. Sona Əliyeva — Azərbaycan aktrisası. Sona Vəlixan — göz həkimi, əməkdar elm xadimi, professor.
Soya
Soya (lat. Glycine max L.) — paxlakimilər fəsiləsinin botaniki cinsi. Soya istilik və rütubət sevən bitkidir. Çiçəkləmə və yetişmə dövründə daha yüksək yəni 18–25 °C temperatur tələb edir. Toxumlar 6–8 °C temperaturda cücərir. Soyanın cücərtisi –2–5 °C ətrafında olan yaz şaxtalarını yaxşı keçirir. Bu bitki çiçəkləmə və dənədolma fazasında ən çox su tələb edir. Transpirasiya əmsalı 600-ə yaxındır. Çiçəkləmə fazası 15–40 gün, gecyetişən sortlarda isə 80 günə qədər davam edə bilir. Soya qısa gün bitkisidir.
Toxa
Toxa torpağı formalaşdırmaq, alaq otlarını ləğv etmək, torpağı təmizləmək və toxum köklərini yığmaq üçün istifadə edilən qədim və çox yönlü kənd təsərrüfatı və bağçılıq alətidir. Torpağın formalaşdırılmasına bitkilərin dibinin ətrafına qrunt yığmaq, dar şırımlar açmaq və toxum əkmək üçün dayaz xəndəklər qazmaq daxildir. Bir toxa ilə alaq otları torpağın səthini qarışdırmaq və ya yarpaqları köklərdən kəsmək, torpağın köhnə köklərdən və məhsul qalıqlarından təmizlənməsini əhatə edir. Torpağı qazmaq və münbitləşdirmək üçün toxumlar kartof kimi kök bitkiləri yığmaq üçün istifadə olunur. Müxtəlif görünüş və məqsədlər üçün bir çox növ toxa var. Bəziləri bir neçə funksiya təklif edir, digərləri isə yalnız tək və xüsusi məqsədə malikdir. İki ümumi toxa növü var: torpağın formalaşdırılması üçün toxalar və alaq otlarını təmizləyərək torpağın "nəfəs almasını" təmin etmək üçün olan toxalar. Toxalar qədim texnologiya olub, kotandan əvvəl və bəlkə də yalnız qazma çubuğundan əvvəl mövcud olmuşdu. Şumer mifologiyasında toxanın ixtirasını tanrılar şurasının başçısı Enlil hesab edirdilər. Əl toxası sülalələrəqədərki Misir sənətində təsvir edilmişdir və toxalar Hammurapi çəcəlləsi (e.ə.
Oxa
Oxa — Rusiya Federasiyasında yerləşən şəhər. Saxalin vilayətinə daxildir.
Lauren Soşa
Loren Mari Soka (ing. Lauren Marie Socha; 9 iyun 1990, Derbi) — İngiltərə aktrisası. "Misfits" serialında Kelli Beyli roluna görə "BAFTA" mükafatına layiq görülüb. == Karyerası == Loren Soşa İngiltərənin Derbi şəhərində Robert və Katlin Sokanın ailəsində anadan olub. Onun qardaşı Maykl Soka da aktyordur. Loren bir sıra teatr məktəblərinin üzvü olub, daha sonradan Nottingem şəhərində çalışıb. 2006-cı ildə 15 yaşlı Loren Soka Arctic Monkeys qrupunun "When The Sun Goes Down" klipində çəkilib. 2009-cu ildə "The Unloved" teleserialında çəkilib və "Ən yaxşı ikinci dərəcəli aktrisa"-na aday olub. Elə həmin ildə Loren Soka "Misfits" serialında Kelli Beyli rolunu oynamağa başlayır. Qısa zaman ərzində populyarlaşan serial 2010-cu ildə "Ən yaxşı drama" nominasiyasında BAFTA-ya layiq görülür.
Mikrodalğalı soba
Mikrodalğalı sobanın iş prinsipi elktromaqnit dalğalarının təsir mexanizminə əsalanır. Məlum olduğu kimi atomda elektron bir stasionar haldan digərinə keçərkən enerji şüalandırır, bu enerji şüalanmanın tezliyi (y) ilə bağlı olur, E=hy ilə ifadə olunur və bu enerji kvant adlanir. Burada h=4 .10–15ev.c = 6.10–34coul.c –Plank sabitirir. Bir elektron – volt (ev) 1 volt gərginlikli sahədə 1 elektronun qovulmasına, başqa sözlə sürət verilməsinə sərf olunan enerjidir. Elektromaqnit (EM) dalğaların bu kvantlara bölmək olar və göründüyuü kimi onun şüalanma enerjisi tezliklə bağlıdır. EM dalğaları, spektrinə və dalğa uzunluğuna gorə şərti olaraq, 8 tezlik diapazonuna bölünür: səs tezlikli dalğalar, radio, UYT (mikrodalğalı şüalar), infraqırmızı (İQ) şüalar, görünən içıq, ultrabənövşəyi (UB) şüalar, rentgen şüaları, qamma şüalar. Ultrayüksək tezlikli (UYT) kvantların enerjisi — atom və malekullarda rəqsi rərəkətləri həyəcanlandırmağa bəs edir, İQ -atmosferdə udulur, görünən işığın kvant enerjisi — 2–3 ev-a bərabərdir və hər hansı kimyəvi əlaqəni qırmağa və kimyəvi reaksiyanın getməsinə səbəb ola bilər, gözün torlu qişasına, fotoplyonkaya təsir edir, UB şüalar — daha da güclü kimyəvi rabitəni qırmağa, xarici elektronu qoparmağa, atomu ionlaşdırmağa qadirdir və həyat üçün zərərlidir, Rentgen şüaları- hətta atomun daxili təbəqəsindən elektron qopara və nüvəni həyacanlandıra bilər, Qamma şüalar- atom nüvəsini dağıtmağa qadirdir və güclü energetik qamma şüaları elementar hissəciyin daxilinə kecib , proton və neytrona təsir edir. Mikrodalğalar, başqa sözlə, UYT-li şüalar –dalğa uzunluğu 1m- dən 1mm-ə qədər olan, EM –dalğalarıdır. Mikrodalğalar təbiətdə də var- Günəş EM –dalğaları şüalandırır. Bu dalğalar fəzada 300 000 km/s – işıq sürəti ilə yayılır.
Naoki Soma
Naoki Soma (d. 19 iyul 1971) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 58 oyun keçirib, 4 qol vurub.
Peucedanum sowa
İyli şüyüd (lat. Anethum graveolens) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin şüyüd cinsinə aid bitki növü. Anethum graveolens var. anatolicum N.F.Koren' Anethum graveolens subsp. australe N.F.Koren' Anethum graveolens var. chevallieri Maire Anethum graveolens var. copiosum N.F.Koren' Anethum graveolens var. nanum N.F.Koren' Anethum graveolens var. parvifolium N.F.Koren' Anethum graveolens var. tenerifrons N.F.Koren' Angelica graveolens (L.) Steud.
Renier Sosa
Renier Sosa (30 aprel 1972) — Kubanı təmsil edən stolüstü tennisçi. Renier Sosa Kubanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Samuel Sosa
Samuel Alexandro Sosa Kordero (17 dekabr 1999-cu ildə anadan olub) — Venesuela Primyera Diviziya təmsilçilərindən olan Deportivo Taçira klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Venesuela futbolçusudur. Sosa Venesuelanın U-20 millisi ilə 2017 FİFA U-20 Dünya Çempionatında iştirak etmişdir. Vanuatu millisi ilə görüşdə Sosa yeddinci qolun müəllifi olmuş və komandası 7-0 hesabı ilə qalib gəlmişdir.
Saxa Respublikası
Saxa Respublikası (Yakutiya) (rus. Респу́блика Саха́ (Яку́тия), saxa Саха Өрөспүүбүлүкэтэ) – Rusiya Federasiyası subyektlərindən biri. Rusiya Federasiyası Konstitutsiyası və Saxa Respublikası Konstitutsiyasına görə konstitutsiya-müqavilə prinsiplərinə əsasən, Rusiya Federasiyasının tərkibinə daxildir. Uzaq Şərq Federal Dairəsinə aiddir. 1922-ci il aprelin 27-si RSFSR-in tərkibində Yakutiya MSSR şəklində yaradılmışdır. 1990-cı ildə Yakutiyanın dövlət suverenitetinə dair akt qəbul edilmişdir. 1991-ci ildə hazırkı adını (Saxa Respublikası) almışdır. Saxa Rusiya Federasiyasının ən böyük regionu, habelə dünyanın ən böyük inzibati vahididir. Əgər Saxa müstəqil dövlət olsa idi, dünyada ərazisinə görə yeddinci dövlət olardı. (3103.2 min km²), lakin əhali sıxlığına görə Rusiyada ən son yerlərdən birini tutur.
Saxa Vikipediya
Yakutca Vikipediya — Vikipediyanın yakut dilində olan bölməsidir.
Saxa atı
Saxa atı (saxa сылгы və ya саха ата) — Saxa ərazisində formalaşan at. Cins xalq seleksuyası sayəsində yerli şəraitı uyğunlaşaq formalaşmışdır. Saxa cinsi şaxtaya davamlı olmaqla yanaşı qalın dəriyə və uzunluğu 8-15 sm olan xəzə malikdir. Bu ad hətta qışın sərt vaxtı qırnaqları ilə qarı eşərək onun altınfa yerləşən otlarla qidalana bilir. Bu atlar il boyu açıq səma altında yaşayırlar. Yayda +40°, qışda isə -60° S temoeratur şəraitində yaşaya bilir. Onlar sərbəst şəkildə qida aşkarlaya bilirlər. 1988-ci ildə tundra ərazisinə 160 km² əraziyə bir sürü saxa atıları buraxılmışdır. Hədəf isə bölgənin ekosistemini bərpa etmək olmuşdur. Bu atlara nisbətən yaxın cins Monqol atlarıdır.
Saxa dili
Saxa (Yakut) dili — saxaların xalq dili. Rusiya Federasiyasının Saxa Respublikasının rəsmi dövlət dilidir. Türk dillərinə daxildir.
Saxa ədəbiyyatı
Saxa ədəbiyyatı — Saxa türklərinin ana dilində yaratdığı ədəbiyyat. 1632-ci ildə Saha türklərinin ruslar tərəfindən işğalına qədər, onların yazılı ədəbiyyatı yox idi, lakin çox zəngin bir xalq ədəbiyyatı var idi. Bu xalq ədəbiyyatı materiallarından biri də Olonho dastanı və ona bağlı xalq ədəbiyyatı örnəkləridir. Bu örnəklər unikal bir ənənəyə malikdir və bir çox fərqli hekayədən ibarətdir. Hekayələrin hər biri öz qəhrəmanının adı ilə çağırılır və onların olonhohut adlı xüsusi rəvayətçiləri var. Olonhohutlar tarixi ənənəyə riayət edərək qəhrəmanları və hadisələri ətraflı təsvir edir, rəvayətləri zəngin məcaz və metafor ilə bəzəyir, Altay alliteasiyasını uğurla tətbiq edirlər. Olonhohutların söylədiyi bu hekayələr bir zəncir meydana gətirir və Olonhonun həlqəsində yığılır. İndiyə qədər tərtib edilə bilən ən əhəmiyyətli olonholar bunlardır: Er Soğotoh, Ürüng Uolan, Nurgun Bootor, Kulun Kulustuur, Bahımmı Baatır, Erbextey Bergen, Mülcü Böğö, Sün Caahın. Digər xalq ədəbiyyatı örnəkləri içərisində sehen (əfsanə), kepseen (xalq hekayəsi), uge (nağıl), ostuoruya (nağıl) qavrayış (alqış, ilahi), iria (nəğmə, xalq mahnısı), xohoon (qoşma), kırııstar (bəddua), bilgelər (inanclar), ös xohoonnoro (atalar sözləri), taabirinnar (tapmacalar) diqqəti çəkir. Bu zəngin xalq ədəbiyyatı nümunələrinin yazıya alınması yalnız 1819-cu ildə kiril əlifbasına əsaslanan xüsusi əlifbaya keçid ilə mümkün olmuşdur.
Sona Aslanova
Sona Şahnəzər qızı Aslanova — Azərbaycanın tanınmış opera müğənnisi, aktrisa, Azərbaycan SSR əməkdar artisti (1956). Azərbaycanın məşhur opera ifaçısı Sona Aslanova 1924-cü ildə oktyabrın 4-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında musiqi təhsili alır. 1952-ci ildə konservatoriyanı bitirdikdən sonra elə orada dərs deməyə başlayır. Azərbaycan səhnəsinə isə onu ilk dəfə Üzeyir Hcıbəyov gətirir. Sənətkar 200-dən çox mahnı ifa edir. "Görüş", "Telefonçu Qız" və başqa filmlərə çəkilir. Bir çox filmlərdə obrazların dilindən mahnıları da, məhz Sona Aslanova ifa edir. Opera səhnəsinə isə "Arşın Mal Alan" -da Gülçöhrə, "Əsli və Kərəm" — də Əsli, "Koroğlu" -da Nigar obrazını yaradır. Bakıda Kamal adlı bəylə evli olan Sona xanım 1994-cu ildə ABŞ-yə oğlunun yanına köçür.
Sona Axundova
Axundova-Bağırbəyova Sona Əbdül qızı (23 avqust 1896, Şamaxı – 1982, Bakı) — tibb elmləri doktoru, professor (1952), Azərbaycan SSR əməkdar elm xadimi (1964), Azərbaycan SSR əməkdar həkimi (1960) Sona Axundova 1896-cı ildə Şamaxı şəhərində qulluqçu ailəsində anadan olub. İlk təhsilini Bakıda Hacı Zeynalabdin Tağıyevin təşkil etdiyi qızlar gimnaziyasında alıb, "Müqəddəs Nina" pansionunda qalıb. Bu təhsil ocağını qurtardıqdan sonra Kiyev Universitetinin Tibb fakültəsinə qəbul olunub. Tələbə ikən inqilabı iş aparıb, 1918-ci ildə təhsilini başa vurmamış Bakıya qayıtmaq məcburiyyətu qarşısında qalıb. Azərbaycanda sovet hakimiyyətinin qurulmasında fəal iştirak edib. Təhsilini Moskva Dövlət Universitetinin Tibb fakültəsində davam etdirib və 1923-cü ildə həkimlik diplomu alıb. Tələbəlik dövründə dəfələrlə Nəriman Nərimanov, Qəzənfər Musabəyov, Sultan Məcid Əfəndiyev ilə görüşüb. Həkimlik fəaliyyətinin ilk illərində Bakı, Gəncə, Yevlax xəstəxanalarında işləyib, Azərbaycanda geniş yayılmış traxoma və qeyri-infeksion göz xəstəliklərinin müalicə və profiliktikasında yaxından iştirak edib. 1940-cı ildə dünyada şöhrət qazanmış göz xəstəlikləri üzrə alim-akademik V.P.Filatovun klinikasına ezam edilib. Sonra Azərbaycanda ilk dəfə Filatov üsulu ilə toxuma terapiyası və geratoplastika cərahiyyə əməliyyatları aparmağa başlayıb.
Sona Babayeva
Sona Babayeva — Azərbaycan aktrisası. 8 noyabr 1941-ci ildə Bakıda doğulub. 24 iyun 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun «Dram və kino aktyorluğu» fakültəsini bitirib. 13 sentyabr 1963-cü ildən Gənc Tamaşaçılar Teatrında çalışır. 57 ildir Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. 10 dekabr 2018-ci il tarixində "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Sona Bağırova
Sona Bağırova (jurnalist)
Şota
Şota — gürcü adı. Şota Rustaveli — XII əsr gürcü xalqının dahi şairi. Şota Arveladze — gürcüstanlı futbol mütəxəssisi, keçmiş futbolçu. Şota İataşvili — gürcü şair, yazıçı, tərcüməçi və tənqidçi. Şota Mişvelidze — Gürcüstanlı kişi ağır atlet.
Coca-Cola
Koka-Kola (ing. Coca-Cola) — The Coca-Cola Company tərəfindən istehsal olunan kofeinli qazlı sərinləşdirici içki. Koka-Kola 1800-cü illərin sonlarında Corciya ştatının Atlanta şəhərində Con Stit Pemberton adlı əczaçı tərəfindən dərman vasitəsi olaraq yaradılmışdır. Əvvəlcə bu içki morfin asılılığı, həzmsizlik və baş ağrıları kimi problemlərin müalicəsi üçün nəzərdə tutulmuşdu. 1888-ci ildə Pemberton Koka-Kola içkisinin reseptini iş adamı Eyza Qriqqs Kendlerə satır. Kendler "The Coca-Cola Company" şirkətini təsis etmiş və omun marketinq strategiyaları sayəsində Koka-Kola XX və XXI əsrlərdə dünyada ən çox satılan sərinləşdirici içki olmağa müvəffəq olmuşdur. Koka-Kola adı içkinin orijinal reseptində istifadə olunan iki əsas inqrediyentdən gəlir: "koka" yarpaqları və "kola" qozları, hansılar ki, onlardan kofein əldə olunur. Hazırda Koka-Kolanın dəqiq resepti yalnız seçilmiş bir neçə adama məlumdur və bu kommersiya sirri kimi məxfi saxlanılır. Digər şirkətlər Koka-Kolanın reseptini yenidən yaratmağa cəhd etmiş və bəziləri içkinin oxşar variantlarını bazara çıxarmışdırlar.
Satomura Şoha
Satomura Coha (里村紹巴, 1525, Nara[d] – 2 iyun 1602) və ya Satomura Şoha – Yaponiya şairi. XVI əsrin əsas renqa şairlərindən biri hesab olunur. Əsl soyadı Matsumura olsa da, 1552-ci ildə müəllimi Satomura Şokyunun ölümündən sonra soyadını dəyişmişdir. Bəzi mənbələrdə 1527-ci ildə doğulduğu qeyd olunur. Coha 12 yaşında Nara şəhərindəki Kofuku məbədinin şagirdi olmuş və qısa müddətdən sonra renqa janrını öyrənməyə başlamışdır. 1545-ci ildə keşiş olmuş, Coha adını götürmüş və 1544-cü ildə renqa ustası Şukeyi Kiotoya qədər müşayiət etmişdir. Burada bir çox renqa məclisində iştirak etmiş, keçmiş saray əyanlarının başçılığı altında klassik poeziyanı və "Gencinin hekayəsi" romanını öyrənmişdir. Şukeyin ölümündən sonra Şokyunun şagirdi olmuşdur. Şokyunun ölümündən sonra onun oğlu və varisi Şoşitsunun təhsilini öz üzərinə götürmüş və onu böyütmüşdür. Bu dövrdən sonra Coha ölkənin ən qabaqcıl renqa şairi kimi tanınmışdır.
Coca-Cola Cherry
Coca-Cola Cherry (orijinal satış adı və hələ də tanındığı adı ilə Cherry Coke) — Koka-Kolanın albalı dadlı versiyası. İçki The Coca-Cola Company tərəfindən istehsal olunur. == Tarixi == Bir çox restoran, kinoteatr və apteklər içki 1985-ci ildə mağazalarda rəsmi olaraq təqdim edilməzdən çox əvvəl Koka-Kolaya albalı siropu əlavə edərək onun qeyri-rəsmi versiyasını təqdim etmişdilər. The Coca-Cola Company ilk dəfə 1982-ci ildə Tennessi ştatının Noksvill şəhərində keçirilən Ümumdünya Sərgisinə gələn tamaşaçılara digər dadlarla birlikdə Kola-nın rəsmi albalı dadlı versiyasını da təqdim edərək içkinin sınaqdan keçirməyə başladı. "Cherry Coke" 1985-ci ilin yayında ABŞ-də əsas istehsala daxil oldu. 2007-ci ilə qədər ABŞ-də və bəzi digər ölkələrdə Coca-Cola Cherry olaraq adlandırılan Cherry Coke, o dövrdə Coca-Cola-nın üçüncü variasiyası idi. == Beynəlxalq paylanma == Coca-Cola Cherry bir sıra müxtəlif ölkələrdə paylanmışdır. İçki hal-hazırda ABŞ-dən başqa İsveç, Albaniya, Çin, Ukrayna, Böyük Britaniya, İrlandiya Respublikası, Finlandiya, Almaniya, Belçika, Danimarka, Fransa, Macarıstan, Çexiya, Hollandiya, Polşa, Slovakiya, Xorvatiya, Latviya, Litva, Cənubi Afrika, Cənubi Koreya, Bolqarıstan, Yunanıstan, Rumıniya və Peruda mövcudur. İçki Yaponiyada da mövcuddur və burada hələ də "Cherry Coke" kimi tanınır. Coca-Cola Cherry Yeni Zelandiyada bəzi supermarketlərdə tapıla bilər (adətən Böyük Britaniya və ya ABŞ-dən gətirilir).