Koxanəbi
Koxanəbi — Azərbaycan Respublikasının Tovuz rayonunun Koxanəbi kənd inzibati ərazi dairəsində kənd.
== Toponimikası ==
Kənd keçmiş Ocaqlı kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Kəndin adı koxa (kovxa) və Nəbi (şəxs adı) sözlərindən ibarət olub, "kəndxuda Nəbiyə məxsus" mənasındadır. "Kəndxuda" sözünun sinonimi olan kovxa XVI-XIX əsrlərdə Azərbaycanda və qonşu ölkələrdə inzibati vəzifə olmuşdur. Kovxalar mahal bəyinə tabe idilər. Hər kəndin ayrıca kovxası olurdu. Bu kənd də tabeliyində olduğu kovxanın adını daşıyır.
== Tarixi ==
=== Tarixi abidələri ===
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
== Coğrafiyası və iqlimi ==
Kənd Əsrikçay və Zəyəmçay arasında, dağlıq ərazidə, Ermənistan sərhəddinin yaxınlığında yerləşir.
== Əhalisi ==
=== Şəhidləri ===
Ələkbərov Muraz Məzahir oğlu (1995-2020) — İkinci Qarabağ müharibəsi şəhidi.