Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sarkel
Sarkel (və ya Şarkil, Xəzər dilində "ağ ev") ― müasir Rusiyanın Rostov vilayətində, Don çayının sol sahilində mövcud olmuş qala. Qala 830-840-cı illərdə Bizansın köməyi ilə Xəzərlər tərəfindən tikilmişdir. İnşasında istifadə olunan ağ əhəngdaşı səbəbilə qala Sarkel, yəni "ağ ev" adlandırılmışdır. Sarkel Don çayının sol sahilindəki təpədə yerləşirdi. Hal-hazırda həmin ərazi Simlyansk su anbarının inşasından sonra su altında qalmışdır. == Tarix == Sarkel 833-cü ildə Xəzər dövlətinin şimal-qərb sərhədini qorumaq üçün tikilmişdi. Xəzərlər müttəfiqləri olan Bizans imperatoru Feofildən istehkamla əhatə olunmuş bir paytaxt qurmaq üçün mühəndislər istəmiş və Teofil baş mühəndisi Petronas Kamaterosu göndərmişdi. Bu xidmətlərin müqabilində isə Xəzər xaqanı bəzi Krım müstəmləkələrini Bizansa vermişdi. Tarixçilər Donda niyə bu qədər güclü bir qala tikildiyini müəyyənləşdirə bilməmişdirlər. Onlar bu məsrəfli tikintinin Xəzərlər üçün təhlükə yaradan hər hansı bir regional gücün yüksəlməsindən qaynaqlandığını iddia edirlər.
Sarule
Sarule (sardin: Sarùle) — Sardiniyanın Nuoro əyalətindəki kommuna və kiçik şəhər. Sahəsi 52,72 km²-dir. Kommunanın əhalisi 1,696, əhalinin sıxlığı isə bir kvadrat kilometrə 32 nəfərdir. == Qonşu kommunalar == Sarule kommunası aşağıdakı kommunalarla həmsərhəddir: Mamoiada, Ollolai, Olzai, Orani və Ottana.
Sparks
Sparks – 1970-ci ildə Ron və Rassell Mael qardaşları tərəfindən yaradılan ABŞ rok qrupudu. Əvvəlki illərdə eksperimental pop rok, proto-pank, psixodeliya, proq elementləri ilə ifa edən Sparks qrupu sonra disko janrına keçib. Zaman-zaman qrup inkişafının istiqamətini radikal dəyişirdi, lakin musiqi tənqidçilər (xüsusilə britaniyalı) tərəfindən yüksək qiymətlər alırdı. Bu qrup bir sıra musiqiçilərə (Depeche Mode, New Order, Morrissey və s.) təsir gostərib və müasir musiqi tarixində ən nüfuzlu və yenilikçi qruplardan biri sayılır.Sparks qrupunun yeddi sinqlı "UK Top 40" -a daxil idi; bu sıradan birincisi ən yüksək yerə (#2) çatan "This Town Ain't Big Enough for Both of Us" sinqlı qrupun ən tanınan mahnısıdır.
Spark
Spark və ya Sumqayıt Park — Sumqayıt şəhərində yaranmış Azərbaycan rok qruplarından biri. 1997-2003-cü illər arasında fəaliyyət göstərmişdir. == Tarixi == Spark qrupu 1997-ci ilin noyabr ayında Kamal Xudiyev, Emin Əfəndiyev və Dmitri Strekalov tərəfindən Sumqayıt şəhərində yaradılıb. Kollektiv 4 nəfərdən ibarət olub, sonra isə qrupa daha iki nəfər - zərb və klavye ifaçısı qoşulub. Bu tərkiblə qrup məşq üçün yer axtarışına başlayır. Qrup öncə uğursuzluqla qarşılaşır; onlara məşq üçün yer verilə biləcək klublarda istədikləri avadanlıqlar olmur. Bir neçə müddətdən sonra onlar bir tanışları sayəsində «Dostluq Mədəniyyət Evi»nin direktoru ilə razılaşırlar, direktor onlara bir otaq və köhnə musiqi alətləri verir. == Üzvləri == === İlkin tərkibi === Emin Əfəndiyev - vokal Kamal Xudiyev - gitara Dmitri Strekalov (Damien) - gitara Rafael Qasımov (RBG) - bass-gitara Elşən Hacıyev - piano Elvin Bəşirov - zərb alətləri === Sonrakı üzvləri === Viktor Medyakov - vokal Dmitri Strekalov (Damien) - gitara Eldəniz Mirzoyev - gitara Rafael Qasımov (RBG) - bass-gitara Elvin Bəşirov - zərb alətləri Səid Qəniyev - klaviş (sintezator, orqan) Oqtay Abdullayev - gitara == Fəaliyyətləri == Qrup bu otağa “köçdükdən” dərhal sonra məşqlərə və proqramın hazırlanmasına başladı. 2 ay ərzində «Город мечты» («Arzular şəhəri») adlı proqramı tamamilə hazır oldu. 28 may 1998-ci ildə qrup Sumqayıt Dövlət Musiqili Dram teatrında ilk çıxışını etdi, amma bütün proqramı ilə yox, sadəcə 4 mahnı ilə.
Solanum spirale
Solanum spirale (lat. Solanum spirale) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü.
Spartel burnu
Spartel burnu (isp. Espartel, ərəb. رأس سبارتيل‎) — Mərakeşin Cəbəllütariq boğazı sahillərində yerləşən burun. Tanjer şəhərindən 10 km aralıdadır. Burundan bir qədər aralıda 12 min il öncə batnış Spartel adası yerləşirdi. Bəzi tətqiqatçılar bu adanın Altantida olması fikirini irəli sürürlər. burundan cənuba doğru dünyanın ən uzun çimərliklərindən (47 km) biri yerləşir. Herkules mağaraları buradadır. Atlantik okean və aralıq dənizi arasında bir ərazidə yerləşməsi onun əhəmiyyətini artırır. 1782-ci ilin oktyabrında ABŞ İstiqlal müharibəsinə aid britaniyalılarla ispanlar arasında Spartel burnu döyüşü baş vermişdir.
Trichostema spirale
Böyrək çayı, erkəkcikli ortosifon, erkəkcikli böyrəkotu (lat. Orthosiphon stamineus) - böyrəkotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası: == Böyrək çayı böyük olmayan həmişəyaşıl kol bitkisidir. Gövdəsi dördtilli, budaqlanan, tünd-bənövşəyi olub, hündürlüyü 30-40 sm-dir. Yarpaqları qarşı-qarşıya, uzunsov-yumurtavari və ya rombvari, pazabənzər əsası və itiuclu zirvəsi vardır. Çiçəkləri monosimmetrik, qarşı-qarşıya düzülmüş çiçək köbəsi zirvədə kəsik-kəsik salxımşəkilli hamaşçiçəklərlə əvəz olunur. Kasacığı zəngşəkilli və ikidodaqlıdır. Çiçək tacı ikidodaqlı, əsası boruşəkilli olub, tutqun-bənövşəyidir. Erkəkciyi 4 ədəd olmaqla, boruşəkilli çiçək tacı vardır. Bütöv və ya sınmış yarpaqları qısasaplaqlı, rombabənzər-ellipsvari və ya uzunsov-yumurtavari, zirvəsi itiuclu və pazabənzər-itiuclu əsasa malik, qismən eşilmiş formalıdır.
Brenna Sparks
Brenna Sperk (ing. Brenna Sparks; 2 fevral 1992) — amerikalı pornoaktrisa. == Bioqrafiya == 2 fevral 1992-ci ildə Nevada ştatının Las-Veqas şəhərində Laoslu asiya mənsubiyyətli ailənin uşağı olaraq dünyaya gəldi. Məktəbdən ayrıldıqdan sonra bir neçə ay Five Guys fast-food restoranında ofsiant olaraq işlədi. Buradan ayrıldıqdan sonra karyerasına ekzotik rəqqas olaraq başladı. Daha sonra pornoqrafiya sənayesinə daxil oldu. 2016-cı ilin sonunda — 24 yaşında ilk dəfə pornoqrafiya aktriası olaraq porno filmdə yer aldı.Aktrisa olaraq Hard X, Evil Angel, Devil's Film, Wicked, Girlfriends Films, Bangbros, Digital Playground, Reality Kings, 3rd Degree, Sweetheart Video, Hustler, Tushy, Naughty America, Brazzers və Blacked kimi şirkətlərlə işlədi.2019-cu ildə pornoqrafiya sənayesində ilk mükafatına nominasiya göstərildi. Nominasiya göstərildiyi mükafatlara Spank Bank (2018–2019), AltPorn (2019), AVN (2019–2020), Urban X (2019), XBIZ (2019) mükafatları aiddir. Hələki qazandığı mükafat yoxdur.
Nikolas Sparks
Nikolas Çarlz Sparks (ingiliscə Nicholas Charles Sparks 31 dekabr 1965 Omaha, Nebraska, ABŞ) tanınmış məşhur amerikalı yazıçıdır. Romanlarını sevgi və tale mövzularında yazır. Onun çapdan çıxmış 20 romanı vardır. Sparksın kitabları 50-dən çox dilə tərcümə edilmişdir. Təkcə ABŞ-də 75 milyondan çox, dünya üzrə isə 105 milyondan çox satılmışdır.. == Həyatı və karyerası == Nikolas Çarlz Sparks Nebraska ştatının Omaha şəhərində professor Patrik Maykl Sparks (1942–1996) və evdar qadın Cil Emma Mariya Sparksın (1942–1989) ailəsində 31 dekabr 1965-ci ildə dünyaya gəlmişdir. Nikolasın ingilis, irland, alman və çex kökləri vardır. 1985-ci ildə məktəb vaxtı Sparks öz birinci "The Passing" adlı əsərini və 1989-cu ildə "The Royal Murders" əsərini yazmışdır (Hansı ki, bu əsərlər heç vaxt çap olunmamışdır.). O, Notr-Dam universitetində idman təqaüdü ilə təhsil almışdır. 1985-ci ildə birinci kursda oxuyarkən onun iştirak etdiyi komanda qaçış üzrə kollec rekordu nəticəsini göstərmişdir.
Rubi Sparks
Rubi Sparks (ing. Ruby Sparks) — 2012-ci il ABŞ istehsalı romantik, fentezi, komediya-dram filmi. Rejissoru Conatan Deyton və Valeri Farisdir. Ssenarisi Zoi Kazan tərəfindən yazılıb. Baş rollarda Pol Dano və Zoi Kazan çəkilib. Film gənc yazar Kelvindən bəhs edir, bir gün o, gördüyü yuxudan sonra xəyalındakı qız haqqında kitab yazmağa qərar verir. Onun yaratdığı bu personaj möcüzəli şəkildə öz evində peyda olur.
Muriyel Spark
Dam Muriyel Spark DBE- (1 fevral 1918[…], Edinburq – 13 aprel 2006[…], Florensiya) ödüllü bir Şotlandiyalı romançı(roman yazıçısı) idi. 2008-ci ildə Tayms qəzetinin "1945-ci ildən bu yana 50 böyük britaniyalı yazıçı" siyahısında yeraldı. == Uşaqlığı == Muriel Sarah Camberg 1918-ci ildə Edinburqda doğulub. Atası şotland, anası ingilis idi. Ceyms Cillespi kollecində oxuyub. İstedadli tələbə olan Muriel 12 yaşında ikən "Out of a Book" başlıqlı şeirinə görə Volter Skot mükafatı alıb == Ailə həyatı == 1937-ci ildə Muriel Camberg Sydney Oswald Spark ilə evlənmişdir. Evliliyinin ilk illərində Afrikada yaşayır, 1938-ci ildə oğlu Robin kimi tanınan Samuel doğulur, amma Murielin evliliyi tezliklə boşanma ilə sona yetir. 1944-cü ildə ərindən ayrılıb oğlu ilə Londona qayıdır. == Əsərləri == Əsərlərini elmi və bədii olmaqla 2 qrupa bölmək olar. Elmi əsərlərinə tənqidi məqalə və bioqrafiyalar, bədii əsərlərinə isə şeirlər, romanlar, pyeslər və qısa hekayələr daxildir.
John R. Searle
John Rogers Searle(d. 31 iyul 1932, Denver, Kolorado Amerika Birləşmiş Ştatları). 31 iyul 1932-ci il, Kolumbiyanın Denver şəhərində anadan olan John Rogers Searle, Amerikalı bir filosofdur. Maraqların əsas istiqamətləri: dil fəlsəfəsi, ağıl fəlsəfəsi və metafizika. Searle hazırda Berkeley, Kaliforniya Universitetində professor işləyir.
Spark (Sumqayıt Park)
Spark və ya Sumqayıt Park — Sumqayıt şəhərində yaranmış Azərbaycan rok qruplarından biri. 1997-2003-cü illər arasında fəaliyyət göstərmişdir. == Tarixi == Spark qrupu 1997-ci ilin noyabr ayında Kamal Xudiyev, Emin Əfəndiyev və Dmitri Strekalov tərəfindən Sumqayıt şəhərində yaradılıb. Kollektiv 4 nəfərdən ibarət olub, sonra isə qrupa daha iki nəfər - zərb və klavye ifaçısı qoşulub. Bu tərkiblə qrup məşq üçün yer axtarışına başlayır. Qrup öncə uğursuzluqla qarşılaşır; onlara məşq üçün yer verilə biləcək klublarda istədikləri avadanlıqlar olmur. Bir neçə müddətdən sonra onlar bir tanışları sayəsində «Dostluq Mədəniyyət Evi»nin direktoru ilə razılaşırlar, direktor onlara bir otaq və köhnə musiqi alətləri verir. == Üzvləri == === İlkin tərkibi === Emin Əfəndiyev - vokal Kamal Xudiyev - gitara Dmitri Strekalov (Damien) - gitara Rafael Qasımov (RBG) - bass-gitara Elşən Hacıyev - piano Elvin Bəşirov - zərb alətləri === Sonrakı üzvləri === Viktor Medyakov - vokal Dmitri Strekalov (Damien) - gitara Eldəniz Mirzoyev - gitara Rafael Qasımov (RBG) - bass-gitara Elvin Bəşirov - zərb alətləri Səid Qəniyev - klaviş (sintezator, orqan) Oqtay Abdullayev - gitara == Fəaliyyətləri == Qrup bu otağa “köçdükdən” dərhal sonra məşqlərə və proqramın hazırlanmasına başladı. 2 ay ərzində «Город мечты» («Arzular şəhəri») adlı proqramı tamamilə hazır oldu. 28 may 1998-ci ildə qrup Sumqayıt Dövlət Musiqili Dram teatrında ilk çıxışını etdi, amma bütün proqramı ilə yox, sadəcə 4 mahnı ilə.