Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Spesifik Qalaktikalar
Pekulyar qalaktika (ing. Peculiar galaxy) - Mənası qəribə deməkdir. Ona görə ki, digər qalaktikalardan fərqli olaraq Habbl ardıcıllığına tabe deyil. 1966-cı ildə "Pekulyar qalaktikaların atlası" tərtib edilmişdir.
Artırılmış yaddaş spesifikasiyası
Artırılmış yaddaş spesifikasiyası – Lotus, Intel, Microsoft və AST Research şirkətləri tərəfindən hazırlanmış spesifikasiya; real rejimdə işləyən tətbiqi proqramlara artırılmış yaddaşdan istifadə etməyə imkan verən proqram interfeysinin təsviri. Bu artırılmış yaddaşın idarə olunması Microsoft şirkətinin HIMEM.SYS faylı şəklində təqdim etdiyi xüsusi quraşdırılan qurğu drayveri vasitəsilə həyata keçirilir. Tətbiqi proqram artırılmış yaddaşla işləmək istəyirsə, bu drayverdən istifadə etməlidir; özlüyündə təkcə drayverin varlığı hələ bu yaddaşı erişilən etmir.
Pasifik yupikləri
Supiklər, Alyutiklər və ya Pasifik yupikləri (öz dilində olan adı: Sugpiaq tək Sugpiak iki Sugpiat cəm və ya Alutiiq tək Alutiik iki Alutiit cəm; İngiliscə Alutiiq, Sugpiaq, Pacific Yupik) — Amerika Birləşmiş Ştatlarında, Alyaska ştatının cənub cəhətində yaşayan Yupik qolundan bir Eskimos xalqıdır. Yupik xalqları içində ən cənubda yaşayan xalqdır. Mədəni olaraq Yupiklərə deyil Aleutlara yaxındır. Ona görə digər adları olan Alyutik adı Aleutların adından gəlir == Təsnifatı == Eskimos-Aleut xalqları Aleut xalqı Eskimoslar Sirenik eskimosları¹ Yupik xalqları Sirenik yupikləri¹ Əsl Yupik xalqları Sibir yupikləri Naukan yupikləri Alyaska yupikləri Unaliq-Pastuliq yupikləri : Norton Sound bölgəsində Əsl Alyaska yupikləri : Yukon və Kuskokvim bölgələrində Egegik yupikləri : Bristol Bay bölgəsində Çupiklər : Hooper Bay və Chevak bölgələrində Nunivak çupikləri : Nunivak adasında Supiklər İnuit xalqları İnyupiklər və ya Alyaska inuitləri İnuitlər və ya Kanada inuitləri Qərbi Kanada inuitləri Şərqi Kanada inuitləri Qrenlandiya inuitləri == Adlandırma == Özlərini suk ('insan') və -piaq ('gerçək') sözlərinin birləşməsindən əmələ gəlmiş "Supiklər", dillərini isə Sugcestun və ya Sugt'stun, Sugtestun ('insana bənzər, insan kimi') adlandırırlar. Alyaska'yı Aleut adalarından kəşfə başlayan rus kaşif, kürk kürk taciri və məskunlaşmaçılar tərəfindən Aleut (rus. Алеут) adı verilen yerlilər, o zamanın Rusçasında bu günki Aleutları ve Kodiak adasındaki yupik eskimoslarını (ing. Alutiiq) əhatə edirdi. Rusçadaki Aleut adının, Rusiyanın şimalında yaşayan Çukçaların dilindən olan "daimi sahil sakini" sözündən yarandığı ehtimal olunur. 1784-ci ildə Kodiak adasında olan Three Saints koyuna (supikcə Sun'alleq) yerləşən rus kürk tacirləri (промышленник), Supiklərlə qarşılaşan ilk Avropalılardır. Supiklər, mədəni olaraq Aleutlara ən çox bənzəyən eskimoslardır.
Pasifik (Formula-1 komandası)
Pasifik ( ing. Pacific Racing) Britaniyanın avtomobil yarış komandası idi. 1994-1995-ci illərdə Formula 1 yarışlarında iştirak etmişdir. == Tarixi == 1974-cü ildə keçmiş mexanik və yarışçı Keith Wiggins tərəfindən Avropa Formula- Ford çempionatında iştirak etmək üçün yaradılmışdır. Komandaya Amerikanın tanınmış siqaret markası Marlboro sponsorluq edirdi. Yarışçı isə Harald Huysman idi. İlk sezon uğurlu oldu. Huysman iki titul: Avropa və Benilüks çempionluğu qazandı. Növbəti sezonda, Huysmanın məsləhəti ilə komandanın Formula 3-də iştirakı üçün Bertrand Gachot dəvət olunur. Qrup həmçinin Reynard Motorsports avtomobillərini istifadə etməyə başladı.