Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Stifftia
Stifftia (lat. Stifftia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Aristomenia Vell.
Stifftioideae
Stifftioideae (lat. Stifftioideae) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki yarımfəsiləsi.
Brayan Skiff
Brayan A.Skiff — Amerikan astronom. O, 114P/Vaysman–Skiff (Cennifer Vaysman ilə birlikdə) və 140P/Bouell–Skiff (Edvard Bouell ilə birlikdə) kometləri də daxil olmaqla, çoxsaylı asteroidlərin və dövri kometaların kəşf edilməsində mühüm rol oynamışdır. == Bioqrafiyası == 1980-ci ildən 1997-ci ilə kimi Skiff 60-a qədər kiçik planet kəşf etmişdir. Bu siyahıya (15398) 1997 UZ23 və 37 kilometr diametrə malik qaranlıq Yupiter troyası kimi kosmik obyektlər daxildir. LONEOS layihəsi üzərində işlədiyi dövrlərdə o, 2003-cü ilin oktyabrında itirilmiş asteroid sayılan 69230 Hermes asteroidini və 2004-cü ilin mayında atir asteroid sayılan (434326) 2004 JG6 asteroidini kəşf etmişdir. Skiff 1976-cı ildən Louell rəsədxanasında astronom kimi fəaliyyət göstərir. O, həmçinin Mars Hill yay voleybol komandasında voleybolçudur. == Mükafatları və uğurları == Florian mənşəli asteroid olan 2554 Skiff onun şərəfinə adlandırılmışdır. Asteroidin rəsmi adlandırma forması 8 aprel 1982-ci ildə Kiçik Planet Mərkəzində təsdiq edilmişdir. (M.P.C. 6834).
TIFF
TIFF (Tagged Image File Format) – rastr qrafik görüntülərin daranması, saxlanması və mübadiləsi zamanı istifadə olunan standart fayl formatı. Aldus və Microsoft şirkətləri tərəfindən işlənib hazırlanıb. Parktiki olaraq bütün qrafik paketlər TIFF formatını dəstəkləyir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Adam Şiff
Adam Bennett Şiff (ing. Adam Bennett Schiff; 22 iyun 1960, Freyminqem[d], Massaçusets) — amerikalı siyasi xadim, demokratlar partiyasından olan konqresmen. 2001-ci ildən Kaliforniyanın 28-ci konqres dairəsindən ABŞ Nümayəndələr Palatasının üzvüdür. 2019-cu ildən Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədridir. == Bioqrafiya == Yəhudi ailəsində anadan olub. Stanford Universitetini bitirib (1982) və Harvard Hüquq Məktəbində (1985) doktorluq dərəcəsi alıb, özəl hüquq təcrübəsi ilə məşğul olub. 1987-ci ildən 1993-cü ilə qədər Kaliforniya Mərkəzi Dairəsinin ABŞ Prokurorluğunun prokuroru olub. 2015–2019-cu illərdə ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədr müavini olub. == Mükafatları == Dostluq ordeni (16 dekabr 2021-ci il, Ermənistan) — Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə, erməni-amerikan dostluq münasibətlərinin möhkəmlənməsinə və inkişafına, ümumbəşəri dəyərlərin qorunması mühüm töhfələrə görə. Mxitar Qoş medalı (11 aprel 2011-ci il, Ermənistan) — erməni-amerikan dostluq əlaqələrinin möhkəmlənməsinə və inkişafına, həmçinin erməni soyqırımının beynəlxalq səviyyədə tanınmasına mühüm töhfəyə görə.
Stiks
Stiks (yun. Στύξ "əcaib", lat. Styx) — yunan mifologiyasında ilk canlıların əmələ gəlmiş olduğu dəhşətin tərənnümü, eyni zamanda şəxsləşdirilmiş mifik çay "Stiks"in obrazı, Okean və Tefidanın qızı , Higinə görə Niks və Erebin qızı , Hesioda görə titan Pallantın arvadı, Zel (qısqanc), Biya (qüvvət), Kratos (güc), Nikanın (zəfər) anası.
Sətif
Sətif və ya Setif (ərəb. سطيف‎, fr. Sétif) — Əlcəzairin şimal-şərqində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. Dəniz səviyyəsindən təxminən 1096 m yüksəklikdə yerləşir. Şəhərin tikililərinin çoxusu Fransa müstəmləkəçiliyi dövrünə aiddir, lakin yaxınlıqda Qədim Roma dövründən qalma nekropol və Bizans qalasının xarabalıqları qorunub saxlanılmışdır. 2013-cü ilin məlumatına görə, şəhərin əhalisi təxminən 324 min nəfərdir. Numidiya mənşəli şəhər romalılara Sitifis kimi tanınırdı. 97-ci ildə imperator Nerva öz veteranlarını burada məskunlaşdırmışdır. İki yüz il sonra Sitifen bölgəsi inzibati olaraq Mavretaniyadan ayrılmışdır. Ərəblərin işğalından sonra şəhər əvvəlki əhəmiyyətini itirmişdir.
Setif
Sətif və ya Setif (ərəb. سطيف‎, fr. Sétif) — Əlcəzairin şimal-şərqində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. Dəniz səviyyəsindən təxminən 1096 m yüksəklikdə yerləşir. Şəhərin tikililərinin çoxusu Fransa müstəmləkəçiliyi dövrünə aiddir, lakin yaxınlıqda Qədim Roma dövründən qalma nekropol və Bizans qalasının xarabalıqları qorunub saxlanılmışdır. 2013-cü ilin məlumatına görə, şəhərin əhalisi təxminən 324 min nəfərdir. Numidiya mənşəli şəhər romalılara Sitifis kimi tanınırdı. 97-ci ildə imperator Nerva öz veteranlarını burada məskunlaşdırmışdır. İki yüz il sonra Sitifen bölgəsi inzibati olaraq Mavretaniyadan ayrılmışdır. Ərəblərin işğalından sonra şəhər əvvəlki əhəmiyyətini itirmişdir.
Stinq
Stinq (ing. Sting) kimi tanınan Qordon Metyu Tomas Samner, 2 oktyabr 1951[…] — məşhur ingilis müğənnisi. O, 1977-ci ildən 1986-cı ilə qədər çox uğurlu "The Police" qrupunun solisti, mahnı müəllifi və basçısı olub. 1985-ci ildə artist solo karyerasına başlayır. Solo musiqiçi və "The Police" qrupunun üzvü kimi Stinq 17 "Qremmi" mükafatı sahibidir. The Dream of the Blue Turtles (1985) ...Nothing Like the Sun (1987) The Soul Cages (1991) Ten Summoner's Tales (1993) Mercury Falling (1996) Brand New Day (1999) Sacred Love (2003) Songs from the Labyrinth (2006) If on a Winter's Night...
Diff
Diff — İki fayl arasında fərqi tapıb, ekrana vermək üçün utilitdir. İlk versiyası 70-ci illərdə Unix əməliyyat sistemində yazılmışdır.
Stef.
Boris Popov (bolq. Борис Стефанов Попов; 8 iyun 1894, Sofiya, Bolqarıstan knyazlığı – 12 dekabr 1979, Sofiya, Bolqarıstan Xalq Respublikası[d]) — Bolqarıstan botaniki. Boris Popov toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. Centaurea albofimbriata Centaurea parilica Colchicum filifolium Colchicum soboliferum Eranthis bulgaricus Gymnadenia × borisii Hypecoum pendulum subsp. ponticum Jasione bulgarica Stefanoff, B. Monographie der Gattung Colchicum L.. — Sofia, 1926. — 100 p. Stefanoff, B. Herkunft und Entwicklung der Vegetationstypen in den Rhodopen. — Sofia, 1927. — 205 p.
Stiv
Stiv — ad. Stiv Ditko — ABŞ komiks rəssamı və yazıçısı. Stiv Cobs Stiv Sandvoss — Amerikalı kino aktyor. Stiv Voznyak — Amerikalı texnoloji sahibkar Stiv Şirippa — ABŞ aktyoru. Stiv Miller Stiv Smit Stiv Smit (velosipedçi) — Kanadalı peşəkar dağ motosiklet sürücüsü. Stiv Smit (akademik) — akademik. Stiv Smit (jurnalist) — jurnalist. Stiv Smit (professor) — professor.
Adam stili
Adam stili (və ya Adamesk və "Adam qardaşlarının üslubu") — 18-ci əsrə aid neoklassik interyer dizaynı və memarlıq stili. Şotlandiyalı üç qardaş, Con Adam (1721-1792), Robert Adam (1728-1792) və Ceyms Adam (1732-1794) tərəfindən tətbiq olunmuşdur. Onlardan son ikisi bu sahədə daha məşhur idilər. Adam qardaşları, ilk dəfə olaraq memarlıq və interyer üçün kompleks stil təklif etmişdilər: divarlar, tavanlar, kaminlər, mebellər, çilçıraqlar və xalçalar Adam qardaşları tərəfindən vahid ortaq sxem əsasında hazırlanırdı. Əksər hallarda, səhvən "Adams stili" adı ilə tanınsa da, bu memarlıq və mebel stili üçün düzgün termin "Adam qardaşlarının üslubu"dur (ing. Style of the Adam Brothers). Adam stili 1760-cı illərin sonlarından etibarən 18-ci əsr İngiltərə, Şotlandiya və Rusiyasında ali və orta təbəqəyə aid iqamətgahlarda və İstiqlal müharibəsindən sonra ABŞ-də özünə yer tapdı. Rusiyada bu stil şotland memarı Çarlz Kameron tərəfindən təqdim edilmişdi, ABŞ-də isə Federal stil adı ilə tanınmağa başladı və fərqli xüsusiyyətlər qazandı. 1795-ci ildən etibarən Adam stili Regent stili və fransız ampir stili ilə əvəz olundu. == Təsirlənib == Adam stili əsasən aşağıdakılardan təsirlənmişdir: Qazıntılar zamanı yenicə tapılan Qədim Roma dövrünə aid Pompeya və Herkulanum şəhərlərindəki freskalar və divar rəsmləri; Qazıntılar zamanı tapılan çoxsaylı qara və qırmızı etrusk yunan vazaları; Britaniyada Ceyms Stüart və Nikolas Revetin 1762-ci ildə nəşr olunan "Afina qədimlikləri" kitabından və digər bu kimi nəşrlərdən məlum olan klassik yunan memarlığı.
Kliff Robertson
Kliff Parker Robertson (ing. Clifford «Cliff» Parker Robertson III; d. 9 sentyabr 1923 - 9 sentyabr 2011) — ABŞ aktyoru. == Filmoqrafiya == Kliff Robertson 60-a yaxın filmə çəkilib. 1968-ci ildə “Çarli” filmində Ən yaxşı kişi roluna görə "Oskar" mükafatına layiq görülüb. Robertson 2000-ci illərdə də filmlərə çəkilirdi.
Maykl Svift
Shift klavişi
Shift klavişi(Shift key,клавиша Shift,üst karakter tuşu)-başqa klavişlərin adi qiymətini dəyişən klaviş; bunun üçün hərf, yaxud rəqəm klavişini basarkən Shift klavişini basıb-saxlamaq gərəkdir. Shift klavişindən həmçinin standart olmayan simvolları almaq, yaxud xüsusi funksiyaları çalışdırmaq üçün istifadə olunur. Məsələn, IBM PC-uyumlu kompüterlərdə Shift + funksional klaviş kombinasiyası təkcə funksional klavişin özünü basdıqda çalışdırılan komandadan başqa komandanı göstərə bilər. İlk PC/XT klaviaturasında Shift klavişi yuxarıya yönəli oxla (⇧) qeyd olunub. Başqa IBM klaviaturalarına həmin klaviş həm oxla, həm də Shift sözüylə qeyd oluna bilər.Shift düyməsinə aid klaviatura simvolu (ISO / IEC 9995 beynəlxalq standart seriyasında Level 2 Select düyməsi olaraq adlandırılan) ISO / IEC 9995–7-də simvol 1, ISO 7000-də "Avadanlıqlarda istifadə üçün qrafik simvollar" ISO-7000–251 simvolunun yönlü variant kimidir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 774 s.
Steffi Yakob
Steffi Yakob (qızlıq soyadı: Hanzlik; d. 30 sentyabr 1975) — Almaniyanı təmsil edən skeletonçu. Steffi Yakob, Almaniyanı 2002-ci ildə baş tutan XIX Qış Olimpiya Oyunlarında təmsil edib. Steffi Yakob, 2002-ci ildə Almaniya yığmasının heyətində Birləşmiş Ştatların Solt Leyk Siti şəhərində baş tutan XIX Qış Olimpiya Oyunlarına qatıldı. Steffi Yakob, 1-ci gedişdə 52.82 saniyə, 2-ci gedişdə isə 53.13 saniyə nəticə göstərdi və yarışları 13 idmançı sırasında 7-ci yerdə başa vurdu.
Stivi Uander
Stivi Hardavey Morris Uander (ing. Stevland Hardaway Morris Wonder 13 may 1950[…], Saqino[d], Miçiqan) — məşhur Amerika musiqiçisi.
Stivi Vander
Stivi Hardavey Morris Uander (ing. Stevland Hardaway Morris Wonder 13 may 1950[…], Saqino[d], Miçiqan) — məşhur Amerika musiqiçisi.
Teylor Svift
Teylor Svift (ing. Taylor Swift; 13 dekabr 1989, Vest-Ridinq[d], Pensilvaniya) — amerikalı müğənni-bəstəkar. XXI əsrin ən nüfuzlu musiqiçilərindən biridir.[kimə görə?] Svift mahnı yazmağa 14 yaşında ikən başlayıb, o, 2005-ci ildə Big Machine Records ilə müqavilə bağladıqdan sonra kantri müğənnisi olmuşdur. Sviftin 2006-cı ildə yayımladığı öz adını daşıyan studiya albomu daxil olmaqla altı albomu Big Machine tərəfindən buraxılıb. Teylorun ikinci albomu "Fearless"dən "Love Story" və "You Belong with Me" mahnıları ABŞ-də ən çox dinlənən treklər olmuşdur. Onun rok elementlərinə malik olan növbəti albomu "Speak Now" (2010) hit-paradlara birinci pillədə qərarlaşıb. 2012-ci ildə buraxdığı "Red" albomundan "We Are Never Ever Getting Back Together" sinqlı onun uğurunu daha da artırmışdır. Daha sonra 2014-cü ildə "1989" albomunu yayımlayan Svift kantri imicindən uzaqlaşdı, albomun "Shake It Off", "Blank Space", və "Bad Blood" mahnıları önəmli populyarlıq qazandı. 2017-ci ildə buraxdığı "Look What You Made Me Do" sinqlı ilə altıncı albomu "Reputation"u dəstəklədi. Big Machine-dən ayrıldıqdan sonra Svift 2018-ci ildə Republic Records ilə müqavilə bağladı və yeddinci studiya albomu olan "Lover" 2019-cu ildə buraxıldı.
Stivi Niks
Stefani Linn Niks (ing. Stephanie Lynn Nicks 26 may 1948, Finiks) — ABŞ müğənnisi, bəstəkar və prodüser. O, daha çox Fleetwood Mac qrupundakı fəaliyyəti və solo ifaları ilə tanınır. O karyerasına keçmiş sevgilisi və duet yoldaşı Lindsi Bukinqam ilə başlamışdır. Onların birgə yazdığı "Buckingham Nicks" albomu işıq üzü görür, lakin bu, o qədər də uğurlu olmur. Daha sonra, Niks 1975-ci ildə Fleetwood Mac qrupuna qoşulur. Bu müddətdə o, qrupun formalaşması üçün bir sıra işlər görür. Hətta, qrupun Niks ilə birgə yazdığı "Rumours" adlı albomu ABŞ-da 20× platin sertifikatı alaraq dünya üzrə ən çox satılan albomlardan biri olmuşdur. 1981-ci ildə, Fleetwood Mac qrupunun üzvü olaraq qalan Niks solo karyerasına başlamış və Billboard 200-də birinci yerdə olan "Bella Donna" studiya albomunu yayımlayır. O, Fleetwood Mac qrupu ilə səkkiz studiya solo albomu və yeddi studiya albomu buraxmış və təkcə ABŞ-da təsdiqlənmiş cəmi 65 milyon nüsxə satmışdır.
Kliff Riçard
Kliff Riçard (ing. Sir Cliff Richard , 14 oktyabr 1940[…], Lakhnau, Britaniya Hindistanı) — məşhur ingilis müğənnisi və aktyoru. O, Birləşmiş Krallıqda 21,5 milyondan çox sinql satışına malik olan və Böyük Britaniyanın Singles Chart tarixində "The Beatles" və Elvis Preslidən sonra ən çox satılan üçüncü müğənnidir. Riçard dünya üzrə 250 milyondan çox disk sataraq bütün zamanların ən çox satılan musiqi sənətçilərindən biridir. == Albomlar == 1959: Cliff 1959: Cliff Sings 1960: Me and My Shadows 1961: Listen to Cliff! 1961: 21 Today 1961: The Young Ones 1962: 32 Minutes and 17 Seconds with Cliff Richard 1963: Summer Holiday 1963: When in Spain 1964: Wonderful Life 1964: Aladdin and His Wonderful Lamp 1965: Cliff Richard 1965: When in Rome 1965: Love is Forever 1966: Kinda Latin 1966: Finders Keepers 1967: Cinderella 1967: Don't Stop Me Now!
Still xəstəliyi
Still xəstəliyi (ing. Still´s dis.) – 16 yaşaqədər (2–5 yaş) uşaqlarda yaranan xroniki artrit (oynaq sayı və ağırlığı müxtəlif), cins fərqi yoxdur, qızdırma (ən azı 2 həftə ərzində 3 ardıcıl gündə sənədləşdirilməsi), daxili üzvlərin (limfadenopatiya, hepatomeqaliya və ya splenomeqaliya, serozit) zədələnməsi, tez keçib gedən səpgi ilə xarakterizə olunur. EÇS normal olması xəstəliyi inkar edir. Anemiya, leykositoz, trombositoz, ferritin, CRP artır, ANA və RF neqativ olur.
Arxitektura stili
Memarlıq üslubu — memarlıq xüsusiyyətlərin və əlamətlərinin məcmusudur. Memarlıq üslubunu, müəyyən dövrün və yerin xarakterik xüsusiyyətləri, funksional, konstruktiv və incəsənət tərəflərinin fərqliliyi formalaşdırır və onun ikişafı iqlim, dini və mədəni amillərdən asılıdır. Memarlığın inkişafı zamandan birbaşa asılı olmasına baxmayaraq, həmişə üslublar ardıcıllıqla dəyişmir. Müəyyən dövrlərdə, fərqli üslubların eyni zamanda mövcudluğu tarixdə müşahidə olunmuşdur (məsələn, barokko və klassisizm, modern və eklektika, funksionalizm, konstruktivizm və ar-deko).
Stiks (okeanida)
Stiks (yun. Στύξ "əcaib", lat. Styx) — yunan mifologiyasında ilk canlıların əmələ gəlmiş olduğu dəhşətin tərənnümü, eyni zamanda şəxsləşdirilmiş mifik çay "Stiks"in obrazı, Okean və Tefidanın qızı , Higinə görə Niks və Erebin qızı , Hesioda görə titan Pallantın arvadı, Zel (qısqanc), Biya (qüvvət), Kratos (güc), Nikanın (zəfər) anası.
Tyudor stili
Tüdor stili — York sülaləsi əvəz edən Tüdorlar İngiltərəni 1485–1603-cü illərdə idarə edib. Bu dövrdə meydana gələn memarlıq stili, binaların təsvirini əsaslı şəkildə dəyişərək yeni səviyyəyə gətirdi. Bu stildə tikilmiş bəzi evlər, dövrümüzə qədər gəlib çatmışdır. Tüdor stili üçün xarakterik cəhətlər — qara tirlər və ağ divar panelləridir. Bu, memarların seçimi deyildi, hər şeyi inşaatçıların seçdiyi materiallar müəyyən edirdi. XV–XVI əsrlərdə bütün İngiltərə meşə ilə əhatə olunmuşdu, buna görə də ağac, həmçinin gil tapmaq çətin deyildi. Alternativ olaraq bəzi evlərdə kərpicdən istifadə edirdilər, lakin binanın həndəsi quruluşunu müəyyən edən tirlər yenə də qalırdı. Sauthemptonda yerləşən Tüdorlar memarlıq muzeyi bu stilin səciyyəvi əlamətlərini nümayiş etdirir: yuxarı mərtəbələr aşağı mərtəbənin sərhədindən kənara çıxır, pəncərə və qapı girişləri yastı tağlarla bəzədilib. Nisbətən sadə fasad, interyerin detalları ilə kontrastdadır. XIX əsrin sonlarında Tüdorlar öz intibah dövrünü yaşadılar.
Tüdor stili
Tüdor stili — York sülaləsi əvəz edən Tüdorlar İngiltərəni 1485–1603-cü illərdə idarə edib. Bu dövrdə meydana gələn memarlıq stili, binaların təsvirini əsaslı şəkildə dəyişərək yeni səviyyəyə gətirdi. Bu stildə tikilmiş bəzi evlər, dövrümüzə qədər gəlib çatmışdır. Tüdor stili üçün xarakterik cəhətlər — qara tirlər və ağ divar panelləridir. Bu, memarların seçimi deyildi, hər şeyi inşaatçıların seçdiyi materiallar müəyyən edirdi. XV–XVI əsrlərdə bütün İngiltərə meşə ilə əhatə olunmuşdu, buna görə də ağac, həmçinin gil tapmaq çətin deyildi. Alternativ olaraq bəzi evlərdə kərpicdən istifadə edirdilər, lakin binanın həndəsi quruluşunu müəyyən edən tirlər yenə də qalırdı. Sauthemptonda yerləşən Tüdorlar memarlıq muzeyi bu stilin səciyyəvi əlamətlərini nümayiş etdirir: yuxarı mərtəbələr aşağı mərtəbənin sərhədindən kənara çıxır, pəncərə və qapı girişləri yastı tağlarla bəzədilib. Nisbətən sadə fasad, interyerin detalları ilə kontrastdadır. XIX əsrin sonlarında Tüdorlar öz intibah dövrünü yaşadılar.
Viktorian stili
Viktorian stili — kraliça Viktoriyanın (1837–1901) şərəfinə adlandırılsa da, həmin dövrdə kraliça Anna stili, kral Yakov stili, italyan və neoqotika stilləri yayılmışdı. Bunlardan başqa, memarlar materiallarla eksperimentlər edərək, müxtəlif stillərin elementlərini qarışdırırdılar – məsələn, dik tyudor damları ilə qotik oxvari tağlar. Viktorian stili Avstraliya istisna olmamaqla, bütün Britaniya imperiyasında geniş yayılmışdı. 1885-ci ildə memar Harri Kent, Çarlz B. Feyrfaks üçün, hazırda Sidneydə tarixi abidə sayılan Kaerleon evini layihələndirdi. 45 dərəcə bucaqlıq dam, erker kimi detallar və daş astarlı qırmızı kərpic divarları, vitraj şüşələr və verandanın XIX əsrin ikinci yarısında Avstraliyada yayılmış kraliça Anna stilinə işarə edən çuqun dayaqları tamamlayır. Viktorian stilini yerli xüsusiyyətlərlə adaptasiya etmək asan idi. Bu stilin dəyişkən elementləri var idi və o, müxtəlif miqyaslı və müxtəlif tipli binaların layihəsi üçün uyğun idi. Memarların əvvəlki stillərin konstruktiv məhdudiyyətlərindən yan keçmələri ictimaiyyətin o qədər xoşuna gəldi ki, viktorian dizaynı demək olar ki, universal oldu. San Fransiskoda XIX əsrin ortalarında və ikinci yarısında tikilən viktorian evləri buna nümunə ola bilər. Britaniyalı memarlar, bir qayda olaraq, qırmızı kərpic və ağ daş astardan istifadə etmişdilərsə, onların amerikan kolleqaları bəzi detalları ağ rənglə ayırdılar və onların aralarındakı panelləri müxtəlif rənglərlə boyadılar.
SWIFT
SWIFT (ing. Society for Worldwide Interbank Financial Telecommunication) – Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti məlumat ötürülməsi və ödənişlərin həyata keçirilməsi üçün beynəlxalq banklararası sistemdir. SWIFT 1973-cü ildən mövcuddur. Onun köməyi ilə ilk maliyyə əməliyyatı 19 oktyabr 1977-ci ildə Belçika şahzadəsi Albert tərəfindən həyata keçirilib. SWIFT – Belçika qanunvericiliyi tərəfindən yaradılmış kooperativ cəmiyyətdir və onun üzvlərinə – 209 ölkədə 9700-dən çox bank təşkilatı – məxsusdur. Bu təşkilat maliyyə aləmini birləşdirən alətləri birlikdə təqdim edir. Onun əsas xüsusiyyəti isə ondan ibarətdir ki, iştirakçı bank şəxsi unikal SWIFT şifrəyə sahib olur. Avropada ödənişlər həyata keçirmək üçün bankın SWIFT şifrəsini və alıcının IBAN şifrəsini bilmək kifayətdir.Bir gün ərzində SWIFT vasitəsilə pul köçürmələri, banklararası ödənişlər, qiymətli kağızlar, ümumi dəyəri milyard avrodan çox olan yol çekləri də daxil olmaqla milyondan çox tranzaksiya həyata keçirilir. Bu növ köçürmələr adətən əcnəbi valyuta, xüsusən də ABŞ dolları vasitəsilə həyata keçirilir.SWIFT demək olar ki, bütün qaydalarında beynəlxalq ISO standartlarından istifadə edir. Bu səbəbdən bəzi inkişaf etmiş ölkələr SWIFT standartları əsasın öz milli köçürmə sistemləri standartlarını yaradıblar.
Şrift
Şrift yada Yazı tipi (en. font) – eyni üsluba (məsələn, Courier), şəklə (kursiv), qalınlığa (məsələn, yarımqalın) və ölçüyə malik olan simvollar yığını; şriftlərin üslublarını (TYPEFACE) bir-birilə dəyişik salmaq olmaz. Şrift, verilmiş dizayna malik müəyyən ölçülü, üslublu və qalınlıqlı bütün simvolların çoxluğudur; şriftin üslubu isə dizaynın özüdür. Ekran görüntüsünü formalaşdırarkən və sənədləri çap edərkən şriftlər ya rastr görüntülər (nöqtələrin kombinasiyası) vasitəsilə, ya da konturlara (müəyyən riyazi düsturlara) görə formalaşdırılır. Müxtəlif şriftlərin tətbiqinə imkan verən proqramlar, onları ekranda yarada bilməsələr belə, şriftin şəkli və ölçüsü haqqında informasiyanı printerə verir. Printerin lazım olan şrifti əks etdirməsi üçün, ya şrift haqqında tam informasiya proqram tərəfindən printerə yüklənməli, ya da printerin özünə və ya printerin şrift kartricinə (FONT CARTRİDGE) yerləşdirilməlidir . Rastr şrifti — unikal bit görüntüsü (nöqtələrin kombinasiyası) kimi təsvir olunan, müəyyən ölçü və üslublu simvolların yığınıdır. Rastr şriftlərə misal olaraq Microsoft Windows və Mac OS əməliyyat sistemlərinin ekran şriftlərini göstərmək olar. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Şifr
Şifr (ərəb. صِفْر ‎, ṣifr "Sıfır", ordan, fr. chiffre "sifra") — hansısa mətnin ötürülmək üçün "açar" vasitəsilə oxunmaz vəziyyətə çatdırılması sistemi. Ərəb dilindən götürülüb. Sıfır sözü ilə kökdaşdır. Şifrlər diplomatik nümayəndəliklər öz hökumətləri ilə yazışması, silahlı qüvvələrdə öz rabitələri ilə məlumat ötürülərkən və bankların tranzaksiyası zamanı istifadə edilir. Şifr, yəni "sıfır"rəqəmi bir Hind rəqəmidir. Onu Avropaya ilk gətirən alim "Əl–Xarəzmi" olmuşdur. "şifr" tarixə "əs-sifr" yəni sıfır olaraq gəlmişdi.
Mixel Ştifel
Mixel Ştifel (ing. Michael Stifel; 1487, Esslinqen-na-Nekkare[d], Müqəddəs Roma imperiyası – 19 aprel 1567, Yena, Müqəddəs Roma imperiyası) — Alman riyaziyyatçısı və səyahətçi təbliğatçısıdır; "Tam hesab" kitabının müəllifidir; kitabda onun yazıldığı dövrdə hesab əməlləri, məchul və onun qüvvətlərinin işarələnmələrində aparılan bütün dəyişikliklər öz əksini tapmışdır; kvadrat kökləri işarə etmək üçün simvol daxil etmişdir; ədədi silsiləni mənfi ədədlər obastına genişləndirmiş, həndəsi silsilədə isə mənfi üstlü qüvvət daxil etmişdir. 1487-ci ildə doğulub. 1567-ci ildə vəfat edib.