Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Smile
Smile — 1936-cı ildə çəkilmiş "Müasir dövr" (Modern Times) filminin saundtreki kimi Çarli Çaplin tərəfindən bəstələnmiş mahnı. Sözləri 1954-cü ildə Con Törner və Ceffri Parsons tərəfindən yazılmışdır. Mahnı bir sıra müğənnilər tərəfindən ifa edilmişdir. Həmçinin, 1995-ci ildə Maykl Cekson tərəfindən ifa edilmiş və onun həmin il yayımlanan HIStory: Past, Present and Future, Book I albomuna daxil edilmişdir. Mahnı ilk dəfə Net Kinq Koul tərəfindən 1954-cü ildə ifa edilmişdir. Həmçinin, 1991-ci ildə onun qızı Natali özünün "Unforgettable...With Love" adlı albomunda bu mahnıya yer vermişdir. Smile, though your heart is aching, Smile, even though it's breaking. When there are clouds in the sky- You'll get by. If you smile through your fear and sorrow, Smile and maybe tomorrow You'll see the sun come shining through For you. Light up your face with gladness, Hide every trace of sadness.
Adam stili
Adam stili (və ya Adamesk və "Adam qardaşlarının üslubu") — 18-ci əsrə aid neoklassik interyer dizaynı və memarlıq stili. Şotlandiyalı üç qardaş, Con Adam (1721-1792), Robert Adam (1728-1792) və Ceyms Adam (1732-1794) tərəfindən tətbiq olunmuşdur. Onlardan son ikisi bu sahədə daha məşhur idilər. Adam qardaşları, ilk dəfə olaraq memarlıq və interyer üçün kompleks stil təklif etmişdilər: divarlar, tavanlar, kaminlər, mebellər, çilçıraqlar və xalçalar Adam qardaşları tərəfindən vahid ortaq sxem əsasında hazırlanırdı. Əksər hallarda, səhvən "Adams stili" adı ilə tanınsa da, bu memarlıq və mebel stili üçün düzgün termin "Adam qardaşlarının üslubu"dur (ing. Style of the Adam Brothers). Adam stili 1760-cı illərin sonlarından etibarən 18-ci əsr İngiltərə, Şotlandiya və Rusiyasında ali və orta təbəqəyə aid iqamətgahlarda və İstiqlal müharibəsindən sonra ABŞ-də özünə yer tapdı. Rusiyada bu stil şotland memarı Çarlz Kameron tərəfindən təqdim edilmişdi, ABŞ-də isə Federal stil adı ilə tanınmağa başladı və fərqli xüsusiyyətlər qazandı. 1795-ci ildən etibarən Adam stili Regent stili və fransız ampir stili ilə əvəz olundu. Adam stili əsasən aşağıdakılardan təsirlənmişdir: Qazıntılar zamanı yenicə tapılan Qədim Roma dövrünə aid Pompeya və Herkulanum şəhərlərindəki freskalar və divar rəsmləri; Qazıntılar zamanı tapılan çoxsaylı qara və qırmızı etrusk yunan vazaları; Britaniyada Ceyms Stüart və Nikolas Revetin 1762-ci ildə nəşr olunan "Afina qədimlikləri" kitabından və digər bu kimi nəşrlərdən məlum olan klassik yunan memarlığı.
Arxitektura stili
Memarlıq üslubu — memarlıq xüsusiyyətlərin və əlamətlərinin məcmusudur. Memarlıq üslubunu, müəyyən dövrün və yerin xarakterik xüsusiyyətləri, funksional, konstruktiv və incəsənət tərəflərinin fərqliliyi formalaşdırır və onun ikişafı iqlim, dini və mədəni amillərdən asılıdır. Memarlığın inkişafı zamandan birbaşa asılı olmasına baxmayaraq, həmişə üslublar ardıcıllıqla dəyişmir. Müəyyən dövrlərdə, fərqli üslubların eyni zamanda mövcudluğu tarixdə müşahidə olunmuşdur (məsələn, barokko və klassisizm, modern və eklektika, funksionalizm, konstruktivizm və ar-deko).
Gangnam Style
Gangnam Style — koreyalı musiqiçi Çe-Sanın mahnısı. Mahnı 2012-ci ilin iyul ayında səslənib. Komik, ritmik və qeyri-adi rəqslərə görə çox böyük maraq doğurub. Mahnının YouTube-a yüklənən videosunu ilk dövrlərdə 350 milyondan çox adam izləmiş və bununla da o Ginnesin Rekordlar Kitabına daxil olmuşdur. İndi isə 2 milyarddan çox izlənmiş bu video Youtube-da ən çox izlənmiş videodur. Video YouTube tarixinin ən populyar videosu sayılır.
Smile (albom)
Smile — L'Arc~en~Ciel qrupunun albomudur.
Tyudor stili
Tüdor stili — York sülaləsi əvəz edən Tüdorlar İngiltərəni 1485–1603-cü illərdə idarə edib. Bu dövrdə meydana gələn memarlıq stili, binaların təsvirini əsaslı şəkildə dəyişərək yeni səviyyəyə gətirdi. Bu stildə tikilmiş bəzi evlər, dövrümüzə qədər gəlib çatmışdır. Tüdor stili üçün xarakterik cəhətlər — qara tirlər və ağ divar panelləridir. Bu, memarların seçimi deyildi, hər şeyi inşaatçıların seçdiyi materiallar müəyyən edirdi. XV–XVI əsrlərdə bütün İngiltərə meşə ilə əhatə olunmuşdu, buna görə də ağac, həmçinin gil tapmaq çətin deyildi. Alternativ olaraq bəzi evlərdə kərpicdən istifadə edirdilər, lakin binanın həndəsi quruluşunu müəyyən edən tirlər yenə də qalırdı. Sauthemptonda yerləşən Tüdorlar memarlıq muzeyi bu stilin səciyyəvi əlamətlərini nümayiş etdirir: yuxarı mərtəbələr aşağı mərtəbənin sərhədindən kənara çıxır, pəncərə və qapı girişləri yastı tağlarla bəzədilib. Nisbətən sadə fasad, interyerin detalları ilə kontrastdadır. XIX əsrin sonlarında Tüdorlar öz intibah dövrünü yaşadılar.
Tüdor stili
Tüdor stili — York sülaləsi əvəz edən Tüdorlar İngiltərəni 1485–1603-cü illərdə idarə edib. Bu dövrdə meydana gələn memarlıq stili, binaların təsvirini əsaslı şəkildə dəyişərək yeni səviyyəyə gətirdi. Bu stildə tikilmiş bəzi evlər, dövrümüzə qədər gəlib çatmışdır. Tüdor stili üçün xarakterik cəhətlər — qara tirlər və ağ divar panelləridir. Bu, memarların seçimi deyildi, hər şeyi inşaatçıların seçdiyi materiallar müəyyən edirdi. XV–XVI əsrlərdə bütün İngiltərə meşə ilə əhatə olunmuşdu, buna görə də ağac, həmçinin gil tapmaq çətin deyildi. Alternativ olaraq bəzi evlərdə kərpicdən istifadə edirdilər, lakin binanın həndəsi quruluşunu müəyyən edən tirlər yenə də qalırdı. Sauthemptonda yerləşən Tüdorlar memarlıq muzeyi bu stilin səciyyəvi əlamətlərini nümayiş etdirir: yuxarı mərtəbələr aşağı mərtəbənin sərhədindən kənara çıxır, pəncərə və qapı girişləri yastı tağlarla bəzədilib. Nisbətən sadə fasad, interyerin detalları ilə kontrastdadır. XIX əsrin sonlarında Tüdorlar öz intibah dövrünü yaşadılar.
Viktorian stili
Viktorian stili — kraliça Viktoriyanın (1837–1901) şərəfinə adlandırılsa da, həmin dövrdə kraliça Anna stili, kral Yakov stili, italyan və neoqotika stilləri yayılmışdı. Bunlardan başqa, memarlar materiallarla eksperimentlər edərək, müxtəlif stillərin elementlərini qarışdırırdılar – məsələn, dik tyudor damları ilə qotik oxvari tağlar. Viktorian stili Avstraliya istisna olmamaqla, bütün Britaniya imperiyasında geniş yayılmışdı. 1885-ci ildə memar Harri Kent, Çarlz B. Feyrfaks üçün, hazırda Sidneydə tarixi abidə sayılan Kaerleon evini layihələndirdi. 45 dərəcə bucaqlıq dam, erker kimi detallar və daş astarlı qırmızı kərpic divarları, vitraj şüşələr və verandanın XIX əsrin ikinci yarısında Avstraliyada yayılmış kraliça Anna stilinə işarə edən çuqun dayaqları tamamlayır. Viktorian stilini yerli xüsusiyyətlərlə adaptasiya etmək asan idi. Bu stilin dəyişkən elementləri var idi və o, müxtəlif miqyaslı və müxtəlif tipli binaların layihəsi üçün uyğun idi. Memarların əvvəlki stillərin konstruktiv məhdudiyyətlərindən yan keçmələri ictimaiyyətin o qədər xoşuna gəldi ki, viktorian dizaynı demək olar ki, universal oldu. San Fransiskoda XIX əsrin ortalarında və ikinci yarısında tikilən viktorian evləri buna nümunə ola bilər. Britaniyalı memarlar, bir qayda olaraq, qırmızı kərpic və ağ daş astardan istifadə etmişdilərsə, onların amerikan kolleqaları bəzi detalları ağ rənglə ayırdılar və onların aralarındakı panelləri müxtəlif rənglərlə boyadılar.
Still xəstəliyi
Still xəstəliyi (ing. Still´s dis.) – 16 yaşaqədər (2–5 yaş) uşaqlarda yaranan xroniki artrit (oynaq sayı və ağırlığı müxtəlif), cins fərqi yoxdur, qızdırma (ən azı 2 həftə ərzində 3 ardıcıl gündə sənədləşdirilməsi), daxili üzvlərin (limfadenopatiya, hepatomeqaliya və ya splenomeqaliya, serozit) zədələnməsi, tez keçib gedən səpgi ilə xarakterizə olunur. EÇS normal olması xəstəliyi inkar edir. Anemiya, leykositoz, trombositoz, ferritin, CRP artır, ANA və RF neqativ olur.
Smile! :D
Smile! :D (böyük hərflərlə) — ABŞ elektronika musiqisi prodüseri Porter Robinsonun üçüncü studiya albomu. 26 iyul 2024-cü ildə Mom + Pop Music tərəfindən buraxılıb.
Adirondak (stil)
Adirondak interyer və memarlıqda ən maraqlı etno stillərdən biridir. 20-ci əsrin ortalarında ABŞ-də yaranıb və adı Nyu-York şəhərindəki Adirondak dağlarından götürülüb. Bu stil üçün səciyyəvi xüsusiyyətlər aşağıdakılardan ibarətdir: Hər şeyin təbii olması - faktura, material, rəng; Ağac gövdələri, budaqları və kökündən qeyri-adi formalar; Yolunmamış daşlardan istifadə; Kobud parçalar; Əl işi əşyalar, böyük və ağır güzgülər, təbiət rəsmləri və s; Tünd yaşıl, nanə yaşılı, şam ağacı yaşılı, sarı, qızılı, açıq-boz, səma mavisi, tünd qırmızı və təbii taxta tonlarından istifadə.
Cascading Style Sheets
CSS (ing. Cascading Style Sheets) — sənədin xarici görünüşünün, işarələmə dilinin istifadəsi ilə yazılmış, formal təsvir dili. Adətən HTML və XHTML işarələmə dillərində yazılmış veb-səhifələrin təsviri və tərtibatı üçün istifadə edilir, lakin istənilən digər XML sənədlərə, məsələn, SVG və ya XUL-a da tətbiq edilə bilər. HTML sənədlərini yaradarkən veb-dizaynerlər müxtəlif mürəkkəb məsələlərlə qarşılaşırlar: müəyyən abzas daxilində şifrələrin dəyişdirilməsi; mətnin və ya təsvirin sənədin hər hansı bir yerində yerləşdirilməsi; mətnin və ya fonun rənginin dəyişdirilməsi; müxtəlif verilənlər cədvəllərinin format edilməsi və s. Bu işləri standart üsulla da yerinə yetirmək olar, yəni HTML dilində hər bir abzası ayrıca əmrlər yığımı ilə təsvir etmək mümkündür. Bu halda proqramın yazılması prosesi həddən artıq çətinləşəcək, sənədin ölçüsü isə çox böyük olacaq. Bu işi sadələşdirmək üçün səhifələrə CSS standartında yerinə yetirilmiş xarici fayl qoşulur və həmin faylda istifadə olunmuş xüsusi makrodil vasitəsilə səhifə birdəfəlik formatlaşdırılır. Başqa sözlə, CSS faylı burada şablon kimi istifadə edilir ki, onun köməyilə HTML sənədlərində mətnlər, cədvəllər və digər elementlər formatlaşdırılır. CSS standartından heç bir məhdudiyyət qoyulmadan istənilən serverdə istifadə etmək olar. CSS kodları, HTML kodlarının içinə yazıla bildiyi kimi xarici bir CSS faylı yaradılaraq da əməliyyat yaradıla bilir.
Everything Still Worries Me
Everything Still Worries Me (kiçik hərflərlə) — Mançesterdən olan müğənni Abbie Ozard-ın debüt studiya albomu. 25 iyul 2024-cü ildə House Anxiety tərəfindən buraxılıb.
Don't Smile at Me
Don't Smile at Me — ABŞ müğənnisi Billi Aylişin debüt mini-albomu. 11 avqust 2017-ci ildə Darkroom və Interscope Records tərəfindən buraxılıb. Mini-albomdakı treklər Ayliş və prodüserlik edən qardaşı Finneas O'Konnell tərəfindən yazılmışdır. Albom R&B və caz elementlərini özündə birləşdirən elektropop və bedrum pop rekordudur. Mini-albom 2016-cı ildən 2018-ci ilə qədər yeddi sinqlın buraxılması ilə tanıdılıb. "Ocean Eyes", "Idontwannabeyouanymore" və "Bellyache" albomun hit mahnıları atasında yer alır. Billi Ayliş mini-albomu üçün 2017 və 2018-ci illərdə Don't Smile at Me Tour və Where's My Mind konsert turları həyata keçirmişdir. Mini-albom musiqi tənqidçilərinin rəğbətini qazanıb. Bir çoxu Billi Aylişin musiqisini və ifalarını bəyənidklərini bildiriblər. "Don't Smile at Me" kommersiya uğuru qazanıb, ABŞ Billboard 200-də 14-cü, Birləşmiş Krallıq Albomlar hit-paradında isə 12-ci sıraya yüksəlib.
Makes Me Sick Makes Me Smile
Makes Me Sick Makes Me Smile — ABŞ indi-rok qrupu Pretty Sick(en)-in debüt studiya albomu. 30 sentyabr 2022-ci ildə Dirty Hit tərəfindən buraxılıb.
Şilə
Şilə (türk. Şile) — İstanbul ilinin ilçəsi. Mərmərə regionunun şimal-şərqində, Qara dəniz sahilində yerləşir. Şərqdə Kandıra, cənub-şərqdə Dərincə və Körfəz, cənubda Pendik və Qəbzə, cənub-qərbdə Çəkməköy, qərbdə isə Beykoz ilçələri ilə həmsərhəddir.
Ştimle icması
Ştimle (serb. Штимље) — Kosovoda icma. Əhatə etdiyi ərazi 134 km² bərabərdir. İcmanın inzibati mərkəzi Ştimle şəhəridir. Ştimle icması 22 yaşayış məntəqəsindən ibarətdir, yaşayış məntəqəsinin orta sahəsi 6,1 km²-dır.
Eqon Şile
Eqon Şile (alm. Egon Schiele‎; 12 iyun 1890[…] – 31 oktyabr 1918[…], Vyana, Avstriya-Macarıstan) — Avstriya rəssamı. Eqon Şile 12 iyun 1890-cı ildə anadan olmuşdu. Ekspressionist Eqon Şile XX əsrin məşhur rəssamı olub. O da seksual təsvirlərlə xeyli məşhurluq qazanıb. Bildirilir ki, o, 17 yaşlı modellə birlikdə həbs olunub. Şile erotikaya baş vuran ilk rəssamlardan biri olub. Eqon Şile 31 oktyabr 1918-ci ildə Vyanada vəfat edib.
Georgi Ştil
Şilə mayakı
Şilə mayakı (türk. Şile Feneri) — İstanbulun Şilə ilçəsində Bosfor və Qara dənizə xidmət edən bir mayak. Qara dənizdə sahil təhlükəsizliyini təmin edən iki mayakdan biri olan Şilə mayakı, digər mayak evləri kimi 1859-cu ildə Osmanlı İmperiyası dövründə inşa edilmişdir. Mayak dəniz səviyyəsindən 60 metr yüksəklikdəki qayalarda 110 sm yüksəklikdədir. Səkkizguşəli qüllə şəklində inşa edilmişdir. Görüş məsafəsi 20 dəniz milini təşkil edən sarım sistemi olan fənər ilk dövrlərdə 3 qaz lampası ilə işləyərkən 1968-ci ildə elektriklə işləməyə başladı. Bu gün muzeyə çevrilən Şilə mayakı, 150 illik bir tarixə sahibdir. Şilə mayakı, Krım müharibəsində gəmilərin Qara dənizdən Bosfora girməsini təmin etmək üçün qurulan mayaklardan biridir. Bu məqsədlə, 1856-1859-cu illərdə Bosfor ətrafında qurulan Anadolu mayakından sonra Sultan Əbdüləziz tərəfindən inşa edilmişdir. Türk memarları daş hissəsini dizayn edərkən, metal hissələri və linza büllur sistemi Parisdəki bir fabrikdən idxal edilmişdir.
Etilen
Etilen (C2H4) - alken sırasına daxil olan doymamış karbohidrogendir. Etilen, üzvi maddələri quru distillə etdikdə əmələ gəlir. İşıq qazı və krekinq qazlarının tərkibində çox olur. Laboratoriyalarda etileni etil spirtindən, qatı sulfat turşusu vasitəsilə, su ayirmaqla alırlar. Etilen rəngsiz, iysiz və yanıcı qazdır, suda pis, spirt və efirdə yaxşı həll olur. Etilen qazından sənayedə müxtəlif sintezlər üçün istifadə edilir. Ondan etil spirti, etilxlorid, dixloretan, etilenoksid, iprit və başqa maddələr alırlar. Yüksək təzyiqdə müxtəlif temperaturlarda və müxtəlif katalizatorlar vasitəsilə etileni polimerləşdirərək ondan maye olefin karbohidrogenləri, yüksəközlülü sürtkü yağları, kayçukabənzər elastik bərk polimer alırlar. Etilenin özü vasitəsiz olaraq az işlənir. Onu bəzən meyvələri tez yetişdirmək üçün tətbiq edilir, asetilenlə qatışığını metal emalında işlədir və ya ondan narsilen adlanan natrkotok maddə kimi təbabətdə istifadə edirlər.
Sative
Sative (gürc. სათივე) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. 2002 siyahıyaalmaya görə kəndin əhalisi 191 nəfər idi. 2014-cü ildə 188 nəfər yaşayırdı. Gürcüstan Sovet Ensiklopediyası, VIII cild, səh.
Shine
Shine — (Azərbaycanca: Parla) Avstriyanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Atiye
Atiyə Dəniz (22 noyabr 1988, Bremen) — türk-holland milliyətli müğənni və bəstəkar. Uşaq yaşlarından etibarən musiqiyə bağlı olan müğənni, 6 yaşında piano dərsləri almağa başlamışdır. Səs təhsilinə opera sənətçisi və İzmir Dövlət Opera və Baleti Şan pedoqoqu Bariton Aşkın Metiner ilə başlayan Atiyə hələ də bu məşqlərinə davam edir. Ailəsindən gələn musiqi mədəniyyəti və atasının çaldığı tembr nağaraları ilə bərabər musiqi məşqlərini sürətləndirməş və hələ 19 yaşında ikən, 2007-ci ilin Mart ayında ilk studiya albomu "Gözyaşlarım"ı çıxarmışdır. Albomda həm ingiliscə həm də türkcə mahnıları olan Atiye, çıxış mahnısı "Don't think" mahhnısı ilə internetdə qısa zaman kəsiyində populyarlaşmağı bacarmışdır. Bu mahnısıyla 2007-ci ildə qurulan beynəlxalq "Kral Tv Video Musiqi Mükafatları"nda "Ən yaxşı çıxış edən qadın sənətiçi" mükafatını almışdır.
Spike
Spayk İsrail istehsalı 4-cü nəsil daşına bilən, atəş aç-unut prinsipi ilə işləyən tank əleyhinə idarəolunan raket kompleksidir (TƏİR). İsrailin "Rafael Advanced Defence Systems" şirkəti tərəfindən istehsal olunur. 2016-cı il məlumatlarına əsasən, Spayk ailəsinə aid təqribən 25,600 raket 25 ölkəyə satılıb ki, bu ölkələrdən biri də Azərbaycandır. Raket hədəfi avtonom şəkildə və ya operatorun nişan alması ilə də vura bilir. İkinci halda raketin operator pultuna göndərdiyi videosiqnal əsasında qərar qəbul edilir. Operator artıq havada olan raketin uçuşu korrektə edə bilər. Görünməyən hədəflərə zərbə endirmək üçün raketə əlavə informasiya daxil olmalıdır (məsələn peyk və ya dronlardan). Spayk-SR "Spayk" ailəsinin ən kiçik nümayəndəsi daşınan "Spayk-SR" (Short range- kiçik məsafə) kompleksidir. Raketin buraxılışı tank əleyhinə qumbaraatanlar kimi çiyin üstündən edilir. Silahın qısa məsafəli versiyası 2012-ci ildə təqdim olunub.
Stiks
Stiks (yun. Στύξ "əcaib", lat. Styx) — yunan mifologiyasında ilk canlıların əmələ gəlmiş olduğu dəhşətin tərənnümü, eyni zamanda şəxsləşdirilmiş mifik çay "Stiks"in obrazı, Okean və Tefidanın qızı , Higinə görə Niks və Erebin qızı , Hesioda görə titan Pallantın arvadı, Zel (qısqanc), Biya (qüvvət), Kratos (güc), Nikanın (zəfər) anası.
Stela
Stela və ya stel — ucaldılmış və hündürlüyü enindən uzun olan monolitik bir daşdan ibarət olan bir əsərdir. Söz yunan dilində stele, yəni, "dik dayanan blok" sözündən yaranmışdır. Taxta olanları da tapılmışdır. Fərqli şəkildə istifadə olunan müxtəlif növ stellər var. Məsələn, xüsusilə Qədim Yunanıstanda tapılan məzar daşları şəklində stellər var. Bunlara qəbir stelləri də deyilir. Amarnada sərhədləri işarələyən Akhenaten steli var; stellər həm də sərhəd göstəriciləri kimi istifadə olunmuşdurlar. Bunlardan başqa, hərbi qələbələri xatırladan stellər də mövcuddur. Mesopotamiyada stellər əsasən padşahların əmrlərinin yazılmış olduğu abidələr kimi tapılmışdır. Stellər, Qədim Yaxın Şərqdə, Yunanıstanda və Misirdə və həmçinin müstəqil şəkildə Çində bəzi Buddist mədəniyyətlərində və Mezoamerikan mədəniyyətlərində görünmüşdür.
Stinq
Stinq (ing. Sting) kimi tanınan Qordon Metyu Tomas Samner, 2 oktyabr 1951[…] — məşhur ingilis müğənnisi. O, 1977-ci ildən 1986-cı ilə qədər çox uğurlu "The Police" qrupunun solisti, mahnı müəllifi və basçısı olub. 1985-ci ildə artist solo karyerasına başlayır. Solo musiqiçi və "The Police" qrupunun üzvü kimi Stinq 17 "Qremmi" mükafatı sahibidir. The Dream of the Blue Turtles (1985) ...Nothing Like the Sun (1987) The Soul Cages (1991) Ten Summoner's Tales (1993) Mercury Falling (1996) Brand New Day (1999) Sacred Love (2003) Songs from the Labyrinth (2006) If on a Winter's Night...
Astilbe
Astilbe (lat. Astilba) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin daşdələnkimilər fəsiləsinə aid bitki cinsi. "Astilba" yunan sözü olub "A" - "çox", "stilbe" - "parlaq" deməkdir. Bitkiyə bu adın verilməsi onun yarpaqlarının parıltılı olması ilə əlaqədardır. Şərqi Asiya, Yaponiya və Şimali Amerikada bu çoxillik bitkinin 30-a yaxın növü məlumdur. Gülçülükdə istifadə olunur. Astilbanın kökümsovunu hissələrə bölməklə çoxaltmaq olar. Bölünmüş hər bir hissədə tumurcuq olmalıdır. Qələmlə çoxaldılmış astilba tez gül açır. Çiçək qurumağa başlayanda saplağını kəsmək lazımdır.
Stiven
Stiven — ad. Stiven Spilberq — görkəmli Amerika rejissoru, prodüseri və ssenaristi. Stiven Kinq – öz qorxu janrlı romanları ilə məşhur olan ABŞ-lı yazıçı. Stiven Frirz — Akademiya mükafatına namizədliyi olan İngilis film rejissoru. Stiven Hokinq — Stiven Cerrard — İngilis futbolçu. Stiven Soderberq — ABŞ rejissoru.
Göz yaşımı yar silə (albom)
Göz yaşımı yar silə və ya digər adıyla Göz yaşımı yar silə (Eldar Mansurovun mahnıları 1999)– Azərbaycan müğənnisi Aygün Kazımovanın studiya albomu. Alboma 10 mahnı daxildir. Aygün Kazımovanın 1998-ci ildə "Şahin-R" şirkətinin logosu ilə satışa çıxardığı audio-kaset formatındakı albomudur.
Dendrobium senile
Dendrobium senile (lat. Dendrobium senile) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü.
Didi Sative
Didi Sative (gürc. დიდი სატივე) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. 2002 siyahıyaalmaya görə kəndin əhalisi 374 nəfər idi. 2014-cü ildə 293 nəfər yaşayırdı. Gürcüstan Sovet Ensiklopediyası, III cild, səh.
Emile Loubet
Emile Loubet (31 dekabr, 1838 – 20 dekabr, 1929) — Fransa prezidenti. 1899-cu ildə bu vəzifəyə seçilmişdir.
Nailə
Nailə — Azərbaycan adı. Nailə Bağırova — Azərbaycan iqtisadçısı və dövlət xadimi Nailə Vəlixanlı — tarix üzrə elmlər doktoru, professor Nailə Sultan (II Əbdülhəmidin qızı) — 34. Osmanlı sultanı II Əbdülhəmidin qızı. Nailə Əsgərzadə — Azərbaycan əsilli Rusiya jurnalisti Nailə Mehdibəyova — Azərbaycan televiziyasının ilk diktorlarından Nailə Mirməmmədli — bəstəkar, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Nailə Dadaşova — kino montajçısı, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2019). Nailə İslamzadə — televiziya aparıcısı, Azərbaycanın əməkdar artisti (1998). Nailə Rəhimbəyli — AMEA Folklor İnstitutunun “Musiqi Folkloru” şöbəsinin müdürü, sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Mirzəyeva — AMEA Zoologiya İnstitutu, biologiya elmləri doktoru. Nailə İsayeva — pedaqoq, Xəzər Universiteti nəzdindəki Dünya məktəbinin həmtəsisçisi, qurucu direktoru Nailə Allahverdiyeva — Rusiya art-meneceri, rəssam Nailə Musayeva — Azərbaycan Memarlıq və İnşaat Universitetində alim.
Şairə
Şair — şeir yazan şəxs; təbiətində şeir yazmaq qabiliyyəti olan şəxs.
Şalle
Şalle (fr. Challex) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Kollonj kantonuna daxildir. Kommunanın dairəsi — Jeks. INSEE kodu — 01078. Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 100 km şimal-şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 60 km şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 1225 nəfər təşkil edirdi. 2010-cu ildə 798 nəfər əmək qabiliyyətli insan (15-64 yaş arasında) arasında 618 nəfər iqtisadi fəal, 180 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 77.4%, 1999-cu ildə 71.7%). Fəaliyyət göstərən 618 sakindən 575 nəfər (309 kişi və 266 qadın) işləyir, 43 nəfər işsizdir (23 kişi və 20 qadın).
Şasle
Şasle (fr. Chasselay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vine kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38086. Kommunanın 1999-cu il üçün əhalisi 341 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 418 ilə 729 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 32 km qərbdə yerləşir.
Şilvə
Şilvə-i Ülya (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Şilvə-i Süfla (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Əvilə
Əvilə — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 572 nəfərdir. Yerli əhalinin məlumatına görə, oykonim talış dilində "qıjı" və ya "ayıdöşəyi" bitkisinin adı olan "əvilə" sözündəndir. Tədqiqatçıların fikrincə, əvilə talış dilində "toplu, coxluq, cəmlik" mənalarını bildirir.